Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-126/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Maliyyə uçotu və Təminat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Təşkilati-təminat şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan təsərrüfat və anbar müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 maddi məsul vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan vahid niyyətlə xeyli miqdarda satış məqsədi ilə saxlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 4 mart 2019-cu il tarixdən 19 sentyabr 2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (indiki Baş idarəsinin) Mühasibat uçotu və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əsasnaməsi"nə əsasən, Baş İdarədə mühasibat uçotunun İctimai Sektor üçün X1 Standartlarına uyğun təşkil edilməsi və aparılması, Baş İdarənin növbəti il və sonrakı üç ildə dövlət büdcəsində vergi orqanının saxlanması xərclərinin və büdcədənkənar vəsait üzrə tələb olunan vəsaitin müəyyənləşdirilməsi və hazırlanmış büdcə layihəsinin (proqnoz məlumatlarının) müəyyən olunmuş vaxtdan gec olmayaraq Vergilər Nazirliyinin aidiyyəti struktur vahidinə göndərilməsinin təmin edilməsi, dövlət büdcəsindən, həmçinin büdcədənkənar fonddan ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına, baş İdarə tərəfindən aparılan hesablaşmaların və digər maliyyə-təsərrüfat əməliyyatlarının, habelə öhdəliklərin icrasının düzgünlüyünə, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına nəzarət edilməsi, baş İdarədə mal-materialların hesabatının tərtib edilməsi və Vergilər Nazirliyinin aidiyyəti struktur vahidinə göndərilməsinin təmin edilməsi, baş İdarədə ciddi hesabat blanklarının hərəkətinə nəzarət edilməsi və uçotunun aparılması, baş İdarənin təsərrüfat işlərinin təşkil edilməsi və Baş İdarənin təsərrüfat xərcləri üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin təmin edilməsi, Vergilər nazirinin 19 aprel 2006-cı il tarixli **********613100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarının işçilərinə (vəzifəli şəxslərinə) istifadə üçün inventar və avadanlığın verilməsi və onların istifadəsinə nəzarət edilməsi haqqında Qaydalar”a əsasən, “Fərdi tam maddi məsuliyyət haqqında” müqavilənin (Forma A) icrasının təmin olunmasına nəzarət edilməsi, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi və onların pozulmasının qarşısının alınması, öz səlahiyyətləri daxilində Baş İdarənin digər struktur vahid və bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi, görülmüş işlərin nəticələri barədə müəyyən olunmuş forma üzrə hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədləri ilə müəyyən edilmiş digər səlahiyyətlərə malik, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasına səbəb olan hərəkətləri etməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin Nazirlik (Xidmət) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) Təşkilati-təminat şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan təsərrüfat və anbar müdiri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 54 ünvanında yerləşməklə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) istifadəsində olan anbarda saxlanılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli hökmləri və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında 10.06.2020-ci il tarixli qərarla məhv edilməli olan alkoqollu içkilərdən bir hissəsinin - 11 növ 198 ədəd alkoqollu içkinin və anbarda saxlanılma əsası istintaqla müəyyən edilməyən 33 ədəd alkoqollu içkilərin məhv edilməsinə Təqsirləndirilən şəxs2lə məsul vəzifəli şəxslər kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək onlara etibar edilmiş həmin əmlakı mənimsəməklə talamaq məqsədilə 25 dekabr 2019-cu il tarixdən 2020-ci ilin iyul ayınadək olan müddətdə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı cinayətkar niyyətə uyğun olaraq həmin anbarda tamah niyyəti ilə rəsmi sənəd olan 26 dekabr 2019-cu il tarixli, 27 aprel 2020-ci il tarixli və iyun 2020-ci il tarixli “məhv edilmə haqqında aktları kompüterdə tərtib etməklə aktlara guya qeyd edilən alkoqollu içkilərin məhv edilməsi barədə bilə-bilə yalan məlumatları daxil edərək imzalayacaq şəxslərə az həcmdə içki şüşələrinin məhv edilməsi prosesinin şəkillərini və video görüntülərini göstərərək onları inandırıb aktları imzalamalarına nail olub, özü də imzalayıb, həmin məhsulları məhv etməyərək vahid niyyətlə həmin içkiləri qeyd edilən anbardan satış üçün götürməklə, o, cümlədən, 2020-ci ilin avqust ayında şəxsən 228 manat dəyərində 2 ədəd 1 litr həcmdə “Chivas Reqal 18”, 156 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “Patron”, 76 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “Absalut”, 40 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmcə «Beefeater», 20 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “Nemirovskaya" və 100 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “De Kuper” adlı alkoqollu içkiləri daşıyaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında, həmçinin, Təqsirləndirilən şəxs2 50 manat dəyərində aksiz markasız 1 ədəd 0,5 litr həcmdə “Beluga ağ”, 312 manat dəyərində 6 ədəd 0,5 litr həcmdə “Beluga transalting” və 1170 manat dəyərində 06 ədəd 0,7 litr həcmdə “BELUGA Gold Line”, 990 manat dəyərində 06 ədəd 0,7 litr həcmdə "BELUGA Allure", 141 manat dəyərində aksiz markasız 3 ədəd 0,7 litr həcmdə "KREMLİN”, 42 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə Kinzmarauli, 25 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 45 manat dəyərində 1 ədəd 1 litr həcmdə "RED LABEL”, 70 manat dəyərində 1 ədəd 1 litr həcmdə “GREY GOOSE”, 38 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 64 manat dəyərində 2 ədəd 1 litr həcmdə “Gordons”, 120 manat dəyərində 2 ədəd 1 litr həcmdə "Jack Daniels”, 48 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “J B”, 45 manat dəyərində 1 ədəd 1 litr həcmdə "Molinari”, 41 manat dəyərində 1 ədəd 1 litr həcmdə “Bacardi", 54 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə "Flirt Vodka”, 20 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə "Nemirovskaya”, 55 manat dəyərində 1 ədəd 1 litr həcmdə "JAMESON”, 30 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 65 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə "GREY CARDİNAL” və 72 manat dəyərində 1 ədəd 0,7 litr həcmdə "XENTA ABSENTA” adlı alkoqollu içkiləri daşıyaraq yaşadığı ünvan 5 ünvanında saxlayıb, habelə, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayı ərzində Təqsirləndirilən şəxs2lə birlikdə 1.991 manat dəyərində 181 ədəd məhv edilməli, 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “WHİTE № 5” adlı alkoqollu içkini yuxarıda qeyd olunan ünvanda yerləşən anbardan götürərək satış məqsədi ilə saxlayıb, həmin içkidən 1.100 manat dəyərində 100 ədədini həmin müddətdə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 66-da yerləşən avtoservisin ərazisində cinayətdən xəbərsiz olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 vahid niyyətlə satmaqla, həmin satışdan əldə edilən cəmi 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs2lə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, qalan 0,7 litr həcmdə “WHİTE № 5" adlı 81 ədəd spirtli içkini isə Təqsirləndirilən şəxs2 özünə məxsus “CHEVROLET CRUZE” Az **-VT-*** dövlət qeydiyyat nişanlı maşınında satış məqsədilə saxlamaqla, ümumilikdə qeyd edilən qaydada Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) saxlananda olmaqla onlara etibar edilmiş 26 adda, 231 ədəd orta bazar dəyəri cəmi 6.108 (altı min bir yüz səkkiz) manat məbləğində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, habelə, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumilikdə 905 manat dəyərində yuxarıda qeyd olunan 20 ədəd aksiz markası ilə markalanmalı olan içkini aksiz markası olmadan vahid niyyətlə xeyli miqdarda satış məqsədilə saxlamış, həmin hərəkətləri ilə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və istintaq orqanı qərarlarının icrası ilə əlaqədar məhvi nəzərdə tutulan malların məhv edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyətini pozmaqla əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla Ayd n Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 maddi məsul vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan vahid niyyətlə xeyli miqdarda satış məqsədi ilə saxlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 5 oktyabr 2018-ci il tarixdən 19 sentyabr 2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (indiki Baş idarəsinin) Təşkilati-təminat şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan təsərrüfat və anbar müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əsasnaməsinə əsasən, Baş İdarədə mühasibat uçotunun İctimai Sektor üçün X1 Standartlarına uyğun təşkil edilməsi və aparılması, Baş İdarənin növbəti il və sonrakı üç ildə dövlət büdcəsində vergi orqanının saxlanması xərclərinin və büdcədənkənar vəsait üzrə tələb olunan vəsaitin müəyyənləşdirilməsi və hazırlanmış büdcə layihəsinin (proqnoz məlumatlarının) müəyyən olunmuş vaxtdan gec olmayaraq Vergilər Nazirliyinin aidiyyəti struktur vahidinə göndərilməsinin təmin edilməsi, dövlət büdcəsindən, həmçinin büdcədənkənar fonddan ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına, baş İdarə tərəfindən aparılan hesablaşmaların və digər maliyyə-təsərrüfat əməliyyatlarının, habelə öhdəliklərin icrasının düzgünlüyünə, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına nəzarət edilməsi, baş İdarədə mal-materialların hesabatının tərtib edilməsi və Vergilər Nazirliyinin aidiyyəti struktur vahidinə göndərilməsinin təmin edilməsi, baş İdarədə ciddi hesabat blanklarının hərəkətinə nəzarət edilməsi və uçotunun aparılması, baş İdarənin təsərrüfat işlərinin təşkil edilməsi və Baş İdarənin təsərrüfat xərcləri üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin təmin edilməsi, Vergilər nazirinin 19 aprel 2006-cı il tarixli **********613100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarının işçilərinə (vəzifəli şəxslərinə) istifadə üçün inventar və avadanlığın verilməsi və onların istifadəsinə nəzarət edilməsi haqqında Qaydalar”a əsasən, “Fərdi tam maddi məsuliyyət haqqında" müqavilənin (Forma A) icrasının təmin olunmasına nəzarət edilməsi, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi və onların pozulmasının qarşısının alınması, öz səlahiyyətləri daxilində Baş İdarənin digər struktur vahid və bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi, görülmüş işlərin nəticələri barədə müəyyən olunmuş forma üzrə hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədləri ilə müəyyən edilmiş digər səlahiyyətlərə malik, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasına səbəb olan hərəkətləri etməklə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin Nazirlik (Xidmət) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) Mühasibat uçotu və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 54 ünvanında yerləşməklə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) istifadəsində olan anbarda saxlanılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli hökmləri və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında 10.06.2020-ci il tarixli qərarla məhv edilməli olan alkoqollu içkilərdən bir hissəsinin - 11 növ 198 ədəd alkoqollu içkinin və anbarda saxlanılma əsası istintaqla müəyyən edilməyən 33 ədəd alkoqollu içkilərin məhv edilməsinə Təqsirləndirilən şəxs1la məsul vəzifəli şəxslər kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək onlara etibar edilmiş həmin əmlakı mənimsəməklə talamaq məqsədilə 25 dekabr 2019-cu il tarixdən 2020-ci ilin iyul ayınadək olan müddətdə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı cinayətkar niyyətə uyğun olaraq, sonuncu tərəfindən həmin anbarda tamah niyyəti ilə rəsmi sənəd olan 26 dekabr 2019-cu il tarixli, 27 aprel 2020-ci il tarixli və iyun 2020-ci il tarixli "məhv edilmə haqqında aktları kompüterdə tərtib edilməklə aktlara guya qeyd edilən alkoqollu içkilərin məhv edilməsi barədə bilə-bilə yalan məlumatları Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edərək imzalayacaq şəxslərə az həcmdə içki şüşələrinin məhv edilməsi prosesinin şəkillərini və video görüntülərini göstərərək onları inandırıb aktları imzalamalarına nail olub, Təqsirləndirilən şəxs1 tərəfindən imzalandıqdan sonra həmin məhsulları məhv etməyərək vahid niyyətlə həmin içkiləri qeyd edilən anbardan satış üçün götürməklə, o, cümlədən, 2020-ci ilin avqust ayında şəxsən 50 manat dəyərində aksiz markasız 1 ədəd 0,5 litr həcmdə "Beluga ağ", 312 manat dəyərində 6 ədəd 0,5 litr həcmdə “Beluga transalting" və 1170 manat dəyərində 06 ədəd 0,7 litr həcmdə “BELUGA Gold Line", 990 manat dəyərində 06 ədəd 0,7 litr həcmdə "BELUGA Allure", 141 manat dəyərində aksiz markasız 3 ədəd 0,7 litr həcmdə "KREMLİN”, 42 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə Kinzmarauli, 25 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 45 manat dəyərində 1 ədəd 1 litr həcmdə “RED LABEL”, 70 manat dəyərində 1 ədəd 1 litr həcmdə "GREY GOOSE”, 38 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 64 manat dəyərində 2 ədəd 1 litr həcmdə "Gordons”, 120 manat dəyərində 2 ədəd 1 litr həcmdə "Jack Daniels”, 48 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “J B", 45 manat dəyərində 1 ədəd 1 litr həcmdə "Molinari”, 41 manat dəyərində 1 ədəd 1 litr həcmdə “Bacardi”, 54 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “Flirt Vodka”, 20 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “Nemirovskaya”, 55 manat dəyərində 1 ədəd 1 litr həcmdə "JAMESON”, 30 manat dəyərində aksiz markasız 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 65 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “GREY CARDİNAL” və 72 manat dəyərində 1 ədəd 0,7 litr həcmdə “XENTA ABSENTA” adlı alkoqollu içkiləri daşıyaraq yaşadığı ünvan 5 ünvanında, həmçinin, Təqsirləndirilən şəxs1 228 manat dəyərində 2 ədəd 1 litr həcmdə “Chivas Reqal 18", 156 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “Patron”, 76 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “Absalut", 40 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə «Beefeater», 20 manat dəyərində aksiz markasız 1 ədəd 1 litr həcmdə “Nemirovskaya” və 100 manat dəyərində aksiz markasız 2 ədəd 1 litr həcmdə “De Kuper" adlı alkoqollu içkiləri daşıyaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında saxlayıb, habelə, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayı ərzində Təqsirləndirilən şəxs1la birlikdə 1.991 manat dəyərində 181 ədəd məhv edilməli, 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “WHİTE № 5" adlı alkoqollu içkini yuxarıda qeyd olunan ünvanda yerləşən anbardan götürərək satış məqsədi ilə saxlayıb, həmin içkidən 1.100 manat dəyərində 100 ədədini həmin müddətdə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 66-da yerləşən avtoservisin ərazisində cinayətdən xəbərsiz olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 vahid niyyətlə satmaqla, həmin satışdan əldə edilən cəmi 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, qalan 0,7 litr həcmdə “WHİTE № 5” adlı 81 ədəd spirtli içkini isə özünə məxsus “CHEVROLET CRUZE" markalı “Az **-VT-***" dövlət qeydiyyat nişanlı maşınında satış məqsədilə saxlamaqla, ümumilikdə qeyd edilən qaydada Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (Baş idarəsinin) saxlananda olmaqla onlara etibar edilmiş 26 adda, 231 ədəd orta bazar dəyəri cəmi 6.108 (altı min bir yüz səkkiz) manat məbləğində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, habelə, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ümumilikdə 905 manat dəyərində yuxarıda qeyd olunan 20 ədəd aksiz markası ilə markalanmalı olan içkini aksiz markası olmadan vahid niyyətlə xeyli miqdarda satış məqsədilə saxlamış, həmin hərəkətləri ilə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və istintaq orqanı qərarlarının icrası ilə əlaqədar məhvi nəzərdə tutulan malların məhv edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyətini pozmaqla əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Maliyyə uçotu və Təminat şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. Departamentin fond hesabı anbar müdiri üzrə vəzifələri Təqsirləndirilən şəxs2 icra edir. Maliyyə uçotu və Təminat şöbəsinin baş mütəxəssisi kimi vəzifələrinə Departamentin ümumi təsərrüfat işinin təşkili, kommunal təsərrüfatı işinin təkmilləşdirilməsi, kommunal təsərrüfatın istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, departamentin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, invertarlardan təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, təmir sahəsində verilmiş səlahiyyətlər dairəsində qüsur aktlarının tərtibi, zibillərin daşınması, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, istismarı və təmiri işinin təşkili, o cümlədən departamentin anbarına saxlanc üçün təhvil verilmiş mal-materialın, ərzaq və qeyri-ərzaq məhsullarının qəbulu, onların yerləşdirilməsi, təhvil verilməsi, məhv edilməsi işinin təşkili və s. funksiyalar aid olmuşdur. Anbara saxlanc üçün verilmiş əşyalardan müvafiq qanuni qüvvəyə minmiş məhkəmə hökmləri ilə müəyyən edilmiş əşyaların məhvetmə prosesinin təşkili zamanı tərəfindən müvafiq akt tərtib edilmişdir. Məhvetmə prosesində Departamentin rəis müavini Xaliq İsgəndərov, Əməliyyat idarəsinin rəis müavini Elnur müəllim, İstintaq idarəsinin rəis müavini Pərvin Quliyev, Mühafizə idarəsinin rəis müavini Oqtay Əliyev, Operativ şöbənin rəis müavini Nahid Şahbazov, Təşkilat-Analitik şöbəsinin bir əməkdaşı iştirak edərək tərtib olunmuş aktı imza etməlidirlər. Lakin mövcud təlimata baxmayaraq əksər vaxtlarda qeyd olunan vəzifəli şəxslər məhvetmə prosesində iştirak etmədən müvafiq aktı imzalayaraq iştiraklarını təsdiqləmişlər. Çünki o, məhv olunmuş malların şəkillərini və video görüntülərini telefonuna çəkərək akta imza edən şəxslərə göstərmişdir. Onlar da həmin şəkillərdə olan məhv edilmiş malları görüb ona inanaraq aktlara imza etmişlər. Bundan istifadə edərək 2020-ci ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda 181 ədəd 0.7 litr ölçüdə olan "№5” Ağsu araqlarını məhv olunması barədə müvafiq məhkəmə hökmlərinin icrası ona və anbardar Təqsirləndirilən şəxs2 həvalə olunsa da, bu barədə formal aktlar tərtib olunaraq guya ki məhv edilməsi prosesi sənədləşdirilmiş və həmin spirtli içki məhsullarını qabaqcadan razılıq əldə etdiyi kimi Təqsirləndirilən şəxs2 satmaq üçün götürmüş və sonradan ona 100 butulka arağın satışından əldə etdiyi 400 manat pul vəsaitindən 200 manatını vermiş və o da həmin pulu Aydından qəbul edib öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin avqust ayında məhv edilməli olan müxtəlif növ spirtli içkilərdən öz şəxsi istifadəsi üçün götürərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanına gətirərək evdə saxlamış və həmin içkilərdən istifadə etməmiş və ya satışını həyata keçirməmişdir. İfadəsində qeyd etdiyi hər iki hal üzrə tərəfindən müvafiq aktlar tərtib olunmuş və yuxarıda adlarını qeyd etdiyi vəzifəli şəxslər də guya ki, məhvetmə prosesində iştirak etmiş kimi aktı imzalayaraq təsdiq etmişlər. Sonda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təşkilatitəminat şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan təsərrüfat və anbar müdiri vəzifəsində işləmişdir. Ondan başqa Təqsirləndirilən şəxs1 Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentinin Maliyyə uçotu və Təminat şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. Onun vəzifəsi anbar müdiri olsa da faktiki olaraq formal xarakter daşımışdır. Belə ki, əsas işləri Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. O, Departamentin ümumi təsərrüfat işinin təşkilini, o cümlədən departamentin anbarına saxlanc üçün təhvil verilmiş mal- materialın, ərzaq və qeyri-ərzaq məhsullarının qəbulu, onların yerləşdirilməsi, təhvil verilməsi, məhv edilməsi işinin təşkilini həyata keçirmişdir. O, Paşanın yanında bu işlərə kömək etsə də heç bir sənəd tərəfindən imzalanmamışdır. Anbara saxlanc üçün verilmiş əşyalardan müvafiq qanuni qüvvəyə minmiş məhkəmə hökmləri ilə müəyyən edilmiş əşyaların məhvetmə prosesinin təşkili zamanı iştirak etsə də Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Məhvetmə prosesində Departamentin rəis müavini Xaliq İsgəndərov, Əməliyyat idarəsinin rəis müavini Elnur müəllim, İstintaq idarəsinin rəis müavini Pərvin Quliyev, Mühafizə idarəsinin rəis müavini Oqtay Əliyev, Operativ şöbənin rəis müavini Nahid Şahbazov, Təşkilat-Analitik şöbəsinin bir əməkdaşı iştirak edərək tərtib olunmuş aktı imza etməli idilər. Lakin mövcud təlimata baxmayaraq əksər vaxtlarda qeyd olunan vəzifəli şəxslər məhvetmə prosesində iştirak etmədən müvafiq aktı imzalayaraq iştiraklarını təsdiqləmişlər. Çünki Paşa məhv olunmuş malların şəkillərini və videolarını telefonuna çəkərək akta imza edən şəxslərə göstərmişdir. Adları qeyd edilən şəxslər də həmin şəkillərdə olan məhv edilmiş malları görüb aktlara imza etmişlər. Bundan istifadə edərək 2020-ci ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda 630 ədəd 0.7 litr ölçüdə olan “№5” Ağsu araqlarını məhv olunması barədə müvafiq məhkəmə hökmlərinin icrası Təqsirləndirilən şəxs1 və ona həvalə olunmuşdur. Bu barədə formal aktlar tərtib olunaraq guya ki, araqların hamısı tam olaraq məhv edilmiş və bu proses sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs1 həmin araqların 449 ədədini və digər məhv edilməli olan araqları avtomaşına yığıb məhv etmək üçün Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna aparmışdı. Avtomaşında yer qalmadığı 181 ədəd “№5” Ağsu araqları anbarda qalmışdı. Daha sonra Paşa məhv edilmə haqqında aktları tərtib etmiş, həmin aktı imzalayacaq şəxslərin müəyyən qisminə məhv etmə prosesinin şəkillərini və video görüntülərini göstərərək onları inandırıb aktlara imzalatdırmışdır. Daha sonra anbara qayıtdıqda Təqsirləndirilən şəxs1 qərar vermişdir ki, yerdə qalan 181 ədəd “№5” Ağsu araqlarını anbardan çıxarsın. Paşa ona təklif etmişdir ki, onun əhatəsi böyük olduğundan bu araqları anbardan çıxarıb satsın. O, həmin araqlardan 100-ü dost tanışa verərək 400 manat əldə edib ondan Təqsirləndirilən şəxs1 200 manat vermişdir. Qalan 81 araq butulkası isə oğluna məxsus “CHEVROLET CRUZE" maşınında olan zaman hüquq mühafizə orqanlarının əməkdaşları onu saxlamışlar. Bundan başqa, 2020-ci ilin avqust ayında məhv edilməli olan müxtəlif növ spirtli içkiləri Paşa öz şəxsi istifadəsi üçün götürərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanına apararaq evdə saxlamışdır. Ona yaşadığı evdən aşkar edilmiş spirtli içkiləri Paşa vermişdir. Həmin içkilər məhv olunmalı idi. Sonda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda yerləşən avtoservisdə motorist kimi çalışır. Təqsirləndirilən şəxs2 onun yaxın tanışıdır. Aydın 2020-ci ilin sentyabr ayının əvvələrində ona bildirmişdir ki, yaxşı keyfiyyətdə olan “№5 ” Ağsu araqları vardır. Aydından araqların qiymətini soruşmuş, Aydın bildirmişdir ki, hər yanda baha olsa da həmin arağın bir ədədi ona 4 manata başa gəlmiş və bir ədədini 4 manata satacağını söyləmişdir. O, həmin araqların satış qiymətinin ucuz olduğunu görüb 2020-ci ilin sentyabr ayında 18 ədəd arağa görə 72 manat pulu Aydına verib həmin araqları alıb evə qoymuşdur. Özü və dostları ilə həmin araqları içmişlər. Bir müddət sonra Aydınla görüşüb həmin araqların yaxşı keyfiyyətdə olduğunu söyləmişdir. Yenidən Aydından həmin araqlardan istəmiş, Aydın isə onun həmin araqları bəyəndiyini görüb gələcəkdə həmin araqlardan yenə əldə edə biləcəyini və bu barədə ona xəbər edəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs2 həmin araqları haradan almasını ona söyləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda yerləşən avtoservisdə çilingər işləyir. Təqsirləndirilən şəxs2 onun yaxn tanışı İlqarın dostudur. 2020-ci ilin sentyabr ayının əvvələrində Aydın ona və dostu X2 bildirmişdir ki, yaxşı keyfiyyətdə olan "№5" Ağsu araqları vardır. O, özü və Cümşüd üçün Aydından "№5” Ağsu araqlarının qiymətlərini soruşmuş, Aydın bildirmişdir ki, hər yanda müxtəlif qiymətlərə olsa da həmin araqların birinin qiyməti ona 4 manata başa gəldiyini və bir ədədini 4 manata satacağını demişdir. O, həmin arağın satış qiymətinin uyğun olduğunu görüb 2020-ci ilin sentyabr ayında 18 butulka arağa görə 72 manat pulu Aydına verib araqları alıb evə qoymuşdur. Özü və dostları ilə həmin araqları içmişdir. Həmin araqların keyfiyyətini görüb Cümşüd üçün də 1 qutu içində 9 ədəd və əlavə 5 ədəd arağın alınması üçün 56 manata pulu Aydına verərək qeyd edilən araqları alıb Cümşüdə vermişdir. Bir müddət sonra Aydınla görüşüb həmin araqların yaxşı keyfiyyətdə olduğunu söyləmişdir. Qeyd edilən araqlardan başqa Aydından başqa bir spirtli içki almamışdır. Təqsirləndirilən şəxs2 həmin araqları haradan almasını ona söyləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunda yerləşən avtoservisdə dəzgahda mexanik işləyir. Təqsirləndirilən şəxs2 onun tanışıdır. 2020-ci ilin sentyabr ayının əvvələrində Aydın ona bildirmişdir ki, yaxşı keyfiyyətdə olan “№5” Ağsu araqları vardır. Həmin arağın bir ədədini 4 manata satdığını demişdir. O, həmin araqların satış qiymətinin ucuz olduğunu görüb 2020-ci ilin sentyabr ayında 32 ədəd arağa görə 128 manat pulu Aydına verib həmin araqları alıb evə qoymuşdur. Özü və dostları ilə həmin araqları içmişlər. Onların həmin araqları içdikdən sonra səhətində heç bir problemi olmamışdır. Təqsirləndirilən şəxs2 həmin araqları haradan almasını ona söyləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunda yerləşən avtoservisdə elektronik diaqnostika sahəsində işləyir. Təqsirləndirilən şəxs2 uşaqlıq dostudur. 2020-ci ilin sentyabr ayının əvvələrində Aydın ona bildirmişdir ki, əla keyfiyyətdə olan “№5” Ağsu araqları vardır, hər yanda arağın qiyməti baha olsa da bir ədədini 4 manata satdığını bildirmişdir. O, həmin araqların satış qiymətinin ucuz olduğunu görüb 2020-ci ilin sentyabr ayında 18 ədəd arağa görə 72 manat pulu Aydına verib həmin araqları alıb evə qoymuşdur. Özü, qohumları və dostları ilə həmin araqları içmişlər. Təqsirləndirilən şəxs2 həmin araqları haradan almasını ona söyləməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 19 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, toplanılmış material üzrə AR CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 308.1-ci maddələri fakta görə cinayət işi başlanılmışdır. Baxış və götürmə aparılması haqqında 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus **-VT-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin arxa yük hissəsindən 9 (doqquz) qutu, ümumilikdə 81 (səksən bir) ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “WHİTE “№ 5” adlı alkoqollu içkilər aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Əliyar Əliyev küçəsi bina 8 mənzil 108-də yerləşən evindən 7 ədəd 0,5 litr həcmdə və 12 ədəd 0,7 litr həcmdə “BELUGA", 3 ədəd 0,7 litr həcmdə “KREMLİN", 1 ədəd 0,75 litr həcmdə “Kinzmarauli”, 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 1 ədəd 1 litr həcmdə “RED LABEL”, 1 ədəd 1 litr həcmdə “GREY GOOSE", 1 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 2 ədəd 1 litr həcmdə “Gordons", 2 ədəd 1 litr həcmdə “Jack Daniels”, 1 ədəd 1 litr həcmdə "J B", 1 ədəd 1 litr həcmdə “Molinari”, 1 ədəd 1 litr həcmdə “Bacardı”, 1 ədəd 1 litr həcmdə “Flirt Vodka”, 1 ədəd 1 litr həcmdə “Nemirovskaya", 1 ədəd 1 litr həcmdə “JAMESON", 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 1 ədəd 1 litr həcmdə “GREY CARDİNAL” və 1 ədəd 0,7 litr həcmdə “XENTA ABSENTA" adlı alkoqollu içkilər müəyyən olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evin 3/1-59 nömrəli mənzilinə keçirilmiş baxış zamanı, oradan 2 ədəd 1 litr həcmdə “Chivas Reqal 18”, 2 ədəd 1 litr həcmdə “Patron”, 2 ədəd 1 litr həcmdə “Absalut", 1 ədəd 1 litr həcmdə «Beefeater», 1 ədəd 1 litr həcmdə “Nemirovskaya" və 2 ədəd 1 litr həcmdə “De Kuper” adlı alkoqollu içkilər müəyyən olunaraq götürülmüşdür. Vergilər Nazirliyinin 04.03.2019-cu il tarixli **********177400 nömrəli Kadr yerdəyişməsi barədə əmrindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 4 mart 2019-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (indiki Baş idarəsinin) Mühasibat uçotu və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentinin 05.10.2018-ci il tarixli **********408900 nömrəli Vəzifəyə təyinat haqqında əmrindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 isə 5 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (indiki Baş idarəsinin) Təşkilati-təminat şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan təsərrüfat və anbar müdiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus **-VT-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze" markalı nəqliyyat vasitəsindən, onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 8 saylı evin 108 nömrəli mənzilindən, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evin 3/1-59 nömrəli mənzilindən aşkar edilərək götürülmüş spirtli içkilərin orta bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış mütəxəssis araşdırmasının nəticəsinə dair 20 noyabr 2020-ci tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 99-VT- 120 dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsindən və onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 8 saylı evin 108 nömrəli mənzilindən aşkar edilərək götürülmüş 22 adda, 121 ədəd müxtəlif spirtli içkilərin orta bazar dəyəri 4388.00 manat, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evin 3/1-59 nömrəli mənzilindən aşkar edilərək götürülmüş 6 adda, 10 ədəd müxtəlif markalı spirtli içkilərin orta bazar dəyəri cəmi 620.00 manat, qeyd edilən 26 adda, 131 ədəd spirtli içkilərin orta bazar dəyəri ümumilikdə 5008.00 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18.11.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18.11.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət əməlinin tövsif edilməsi haqqında 22 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələrinə tövsif edilmişdir. Maddi sübut hesab edilməsi haqqında 22 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsinə, o cümlədən yaşayış yerlərinə baxış keçirilməsi zamanı aşkar edilmiş 9 (doqquz) qutu, ümumilikdə 81 (səksən bir) ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı elan “WHİTE № 5”, 7 ədəd 0,5 litr həcmdə və 12 ədəd 0,7 litr həcmdə “BELUGA”, 3 ədəd 0,7 litr həcmdə “KREMLİN”, 1 ədəd 0,75 litr həcmdə “Kinzmarauli”, 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 1 ədəd 1 litr həcmdə “RED LABEL”, 1 ədəd 1 litr həcmdə “GREY GOOSE", 3 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 2 ədəd 1 litr həcmdə "Gordons”, 2 ədəd 1 litr həcmdə “Jack Daniels”, 1 ədəd 1 litr həcmdə “J B”, 1 ədəd 1 litr həcmdə “Molinari”, 1 ədəd 1 litr həcmdə “Bacardi”, 1 ədəd 1 litr həcmdə “Flirt Vodka”, 2 ədəd 1 litr həcmdə “Nemirovskaya”, 1 ədəd 1 litr həcmdə “JAMESON”, 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 1 ədəd 1 litr həcmdə “GREY CARDİNAL” və 1 ədəd 0,7 litr həcmdə “XENTA ABSENTA”, 2 ədəd 1 litr həcmdə “Civas Reqal 18”, 2 ədəd 1 litr həcmdə “Patron”, 1 ədəd 1 litr həcmdə «Beefeater» və 2 ədəd 1 litr həcmdə “De Kuper” alkoqollu içkilər və 26 dekabr 2019-cu il tarixli, 27 aprel 2020-ci il tarixli və iyun 2020-ci il tarixli “məhv edilmə haqqında akt”lar cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olduğundan maddi sübut kimi tanınmışdır. Zərər çəkmiş hüquqi şəxs qismində tanınma haqqında 22 dekabr 2020-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs - Dövlət Vergi Xidməti ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi nümayəndəsi Nümayəndə mülki iddia verərək cinayət nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 100 ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “White №5” adlı alkoqollu içkilərin satılaraq mənimsənilmiş 1100,0 manat məbləğdə maddi ziyanın onlardan müştərək qaydada tutularaq Dövlət Vergi Xidmətinin hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evdən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 8 saylı evin 108 nömrəli mənzilindən və **-VT-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı maşından aşkar edilərək götürülmüş ümumilikdə 26 adda, 131 ədəd orta bazar dəyəri 5008,0 manat olan spirtli içkilərin Dövlət Vergi Xidmətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi nümayəndəsi Nümayəndə 06.05.2021-ci il tarixdə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışığın əldə olunmasını, maddi ziyanın ödənilməsini, dövlət nəfinə 25 faiz ziyan məbləğinin ödənilməsini nəzərə alaraq onlara qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 179-cu maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmələrini xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə 27.05.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənildiyindən tərəfindən verilmiş mülki iddianın geri qaytarılması xahiş edilmişdir. 26.04.2021-ci il tarixli 7043 nömrəli “xxxx” ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 1527 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərər çəkmiş hüquqi şəxsə tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər biri hazırda Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə mülki iddia verərək cinayət nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 100 ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “White №5” adlı alkoqollu içkilərin satılaraq mənimsənilmiş 1100,0 manat məbləğdə maddi ziyanın onlardan müştərək qaydada tutularaq Dövlət Vergi Xidmətinin hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evdən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 8 saylı evin 108 nömrəli mənzilindən və **-VT-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı maşından aşkar edilərək götürülmüş ümumilikdə 26 adda, 131 ədəd orta bazar dəyəri 5008,0 manat olan spirtli içkilərin Dövlət Vergi Xidmətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə 27.05.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənildiyindən tərəfindən verilmiş mülki iddianın geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 məxsus **-VT-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsindən və onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 8 saylı evin 108 nömrəli mənzilindən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evin 3/1-59 nömrəli mənzilindən aşkar edilərək götürülmüş 9 (doqquz) qutu, ümumilikdə 81 (səksən bir) ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “WHİTE № 5”, 7 ədəd 0,5 litr həcmdə və 12 ədəd 0,7 litr həcmdə “BELUGA”, 3 ədəd 0,7 litr həcmdə “KREMLİN”, 1 ədəd 0,75 litr həcmdə “Kinzmarauli”, 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 1 ədəd 1 litr həcmdə “RED LABEL”, 1 ədəd 1 litr həcmdə “GREY GOOSE", 3 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 2 ədəd 1 litr həcmdə "Gordons”, 2 ədəd 1 litr həcmdə “Jack Daniels”, 1 ədəd 1 litr həcmdə “J B”, 1 ədəd 1 litr həcmdə “Molinari”, 1 ədəd 1 litr həcmdə “Bacardi”, 1 ədəd 1 litr həcmdə “Flirt Vodka”, 2 ədəd 1 litr həcmdə “Nemirovskaya”, 1 ədəd 1 litr həcmdə “JAMESON”, 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 1 ədəd 1 litr həcmdə “GREY CARDİNAL” və 1 ədəd 0,7 litr həcmdə “XENTA ABSENTA”, 2 ədəd 1 litr həcmdə “Civas Reqal 18”, 2 ədəd 1 litr həcmdə “Patron”, 1 ədəd 1 litr həcmdə «Beefeater» və 2 ədəd 1 litr həcmdə “De Kuper” alkoqollu içkilər Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı, 26 dekabr 2019-cu il tarixli, 27.04.2020-ci il tarixli və 27 iyun 2020-ci il tarixli məhv etmə haqqında aktlar isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02(iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02(iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 məxsus **-VT-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsindən və onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 8 saylı evin 108 nömrəli mənzilindən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 saylı evin 3/1-59 nömrəli mənzilindən aşkar edilərək götürülmüş 9 (doqquz) qutu, ümumilikdə 81 (səksən bir) ədəd 0,7 litr həcmdə Ağsu zavodunun istehsalı olan “WHİTE № 5”, 7 ədəd 0,5 litr həcmdə və 12 ədəd 0,7 litr həcmdə “BELUGA”, 3 ədəd 0,7 litr həcmdə “KREMLİN”, 1 ədəd 0,75 litr həcmdə “Kinzmarauli”, 1 ədəd 0,75 litr həcmdə «САПЕРАВИ», 1 ədəd 1 litr həcmdə “RED LABEL”, 1 ədəd 1 litr həcmdə “GREY GOOSE", 3 ədəd 1 litr həcmdə “ABSOLUT VODKA”, 2 ədəd 1 litr həcmdə "Gordons”, 2 ədəd 1 litr həcmdə “Jack Daniels”, 1 ədəd 1 litr həcmdə “J B”, 1 ədəd 1 litr həcmdə “Molinari”, 1 ədəd 1 litr həcmdə “Bacardi”, 1 ədəd 1 litr həcmdə “Flirt Vodka”, 2 ədəd 1 litr həcmdə “Nemirovskaya”, 1 ədəd 1 litr həcmdə “JAMESON”, 1 ədəd 0,75 litr həcmdə “KİSİ”, 1 ədəd 1 litr həcmdə “GREY CARDİNAL” və 1 ədəd 0,7 litr həcmdə “XENTA ABSENTA”, 2 ədəd 1 litr həcmdə “Civas Reqal 18”, 2 ədəd 1 litr həcmdə “Patron”, 1 ədəd 1 litr həcmdə «Beefeater» və 2 ədəd 1 litr həcmdə “De Kuper” alkoqollu içkilər Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş üzrə maddi sübut - 26 dekabr 2019-cu il tarixli, 27.04.2020-ci il tarixli və 27 iyun 2020-ci il tarixli məhv etmə haqqında aktlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-126/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-126/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver