Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-126/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:55 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi Bakı şəhəri “15 saylı” Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, orta təhsilli, evli və 2 azyaşlı övladı olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Vətən MMC-də sürücü işləmiş, məhkumluğu olmayan, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:50-də texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə “Vətən” firmasına məxsus BB149367 seriyalı nəqliyyat vasitəsini, “AC 082256” nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında 26 nömrəli marşrut xətti ilə idarə edirdi. “Daewoo” markalı, “BS090” modelli **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi istiqamətinə hərəkətdə olarkən X20 küçəsi 130 saylı ünvanın qarşısına düşən yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Yəni əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli kimi tələblərinə riayət etməyərək, piyada zolağının üzərində idarə etdiyi avtobusun qabaq sağ tərəfi ilə yolun sağ tərəfindən sol tərəfinə piyada keçən X5 ehtiyatsızlıqdan vurmuş, nəticədə X12 Şahbazovun idarə etdiyi avtomobilin qabaq hissəsinə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla Rəhilə Zeynalovanın sol ayağının üzərinə çıxaraq ona kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin və qişalarına qansızma, ağciyərlərin cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, sağ bazunun qapalı, qəlpəli sınıqları, sol budun travmatik amputasiyası, sağ qaşüstü nahiyyənin, sağ və sol almacıq nahiyyəsinin, burun tağının, sağ və sol said nahiyyəsinin, hər iki əlin arxa səthinin, sağ ayaq pəncəsinin çoxsaylı sıyrılmış yaraları, sağ üst göz qapağının əzilmiş-cırılmış yarası, üst və alt göz qapaqlarının qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildə BCD kateqoriyalı sürücülük vəsiqəsi almış, həmin vaxtdan “Vətən firması”ında 26 nömrəli sərnişin avtobusunu idarə etmiş, marşrut xətti Binəqədi rayonu, 9-cu MKR Həmzə Babaşov küçəsindən Nərimanov rayonu, “Montin” bazarı deyilən yerə və əks istiqamətə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində idarə etdiyi “Daewoo” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə Ə.Rəcəbli küçəsi istiqamətində təxminən 5-10 km/saat sürətlə hərəkət edərkən F.X.Xoyski küçəsi 130 ünvanının qarşısında piyada zolağında hərəkət istiqamətinə nəzərən yolu sağdan-sola keçən insanları görüb sürəti azaltmış, piyada zolağına daxil olan şəxslər yolu keçdikdən sonra sol güzgü ilə arxaya nəzər yetirmiş, ani anda fikri güzgüdə qalmış, bu səbəbdən mərhum X4 piyada zolağına daxil olduğunu görməmış, bu vaxt nə olduğunu başa düşmədən avtobusun nəyəsə çırpıldığını hiss etmiş, ani anda avtobusun qabaq sağ tərəfi ilə yolu sağdan-sola keçmək istəyən piyadanı, yəni Rəhilə Zeynalovanı vurduğunu başa düşmüş, dərhal əyləcə sıxıb avtobusu saxlamışdır. O, avtobusu biraz geri hərəkət etdirmiş və Rəhilə Zeynalovanın ayağı avtobusun qabaq sağ təkərinin altından çıxarılmışdır. X18 maşını hadisə yerinə yaxınlaşmış, həkimlər mərhuma ilk tibbi yardım göstərən ərəfədə Yol Patrul Xidməti əməkdaşı ona yaxınlaşaraq adını, soyadını soruşmuş, o, özü barədə polis əməkdaşına məlumat vermişdir. İdarə etdiyi avtobusu dayanacağa qoyaraq dərhal iş yoldaşları ilə birlikdə Rəhilə Zeynalovanın aparıldığı “X16”ə gəlmiş, daha sonra zərərçəkənin qızları xəstəxanaya gəlmiş, onlara yaxınlaşıb özü barədə məlumat vermişdir. Hadisənin onun tərəfindən törədildiyini deyərək xəstəxana xərclərini qarşılamaq istəmiş, lakin Rəhilə Zeynalovanın qızları onunla danışmaq istəməmiş və o, bir qədər sonra polis əməkdaşları ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinə gəlmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etmədiyini, hadisə yerində olan polis əməkdaşının tapşırığı əsasında avtobusu hadisə yerindən kənara sürdüyünü, hadisə nəticəsində idarə etdiyi avtobusa hər hansı bir zədə almadığını bildirmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, mərhumun xəstəxana və dəfn xərclərini qarşılamaq istəsədə zərərçəkmiş şəxsin hüquqi varisi bununla razılaşmamış o, dəfələrlə barışmaq üçün cəhdlər etsədə heç bir nəticə əldə etməmişdir. O, əməlindən səmimi peşman olmasını, törətmiş olduğu cinayətin ehtiyyatsızlıq ucbatından baş verməsini, himayəsində 2 azyaşlı övladının olmasını, himayəsində yaşlı anasının olmasını, ailəsinin tək gəlir mənbəyi kimi onun olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadə verərək bildirmişdir ki, “Heydər Əliyev” mərkəzinin ətrafında gəzərkən hazırda adını xatırlamadığı şəxs ona zəng edib anasına oxşayan bir qadının yolda avtobus tərəfindən vurulduğunu demiş, o, tez evə gəlmiş, lakin anasını evdə tapmamış, daha sonra X17 zəng edib maraqlandıqda anası Rəhilə Zeynalovanın “Semaşko” adı ilə tanınan X15 aparıldığını öyrənmiş, dərhal həmin xəstəxanaya getmiş, artıq hadisəni törətmiş Ramin adlı avtobus sürücüsünün orada olduğunu görmüş, Ramin adlı şəxs onlara yaxınlaşıb üzrxahlıq etmək istəsə də onunla heçnə danışmamış, həmin vaxt anası xəstəxanada əməliyyat olunaraq ayağı amputasiya edilmiş, lakin, bir neçə saat sonra dünyasını dəyişmişdir. Sabahı gün dəfn edilmişdir. Hadisəni törədən Ramin Xankişiyevin qohumları dəfn və yas mərasimləri zamanı onlara gəlib başsağlığı vermək istəsələr də onları qəbul etməmiş, nə yas mərasimlərinə, nə də ki, dəfn zamanı onların gəlməsinə razılıq verməmişdir. Yekun olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmır və onun barışıq təklifini rədd edir. Məhkəmədən onun barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, F.X .Xoyski küçəsində ünvanına düşən avtomobil yolunda baş vermişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü aslaft beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 14,8 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 14,4 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt vardır. Hər istiqamət üzrə 2 hərəkət zolağı olmaqla hərəkət zolaqları qırıq-qırıq xətlərlə ayrılır. Yolun sağ və sol kənarlarında piyada keçidi yol nişanı, yolun hərəkət hissəsində isə yolun üzərində olan piyada keçidi – “Zebra” vardır. Hərəkət hissəyə birləşir sağdan 20 sm hündürlükdə səki daşı, solda 20 sm hündürlükdə səki daşı, sağdan piyadaların hərəkəti üçün səki, işıq dirəkləri, və.s vardır. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli 2/32751 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, “Ulduz” metrostansiyası yaxınlığında yerləşən 22 saylı müvəqqəti avtomobil dayanacağında saxlanılan Daewoo markal, BS090 modelli, **-TF-*** dövlət nömrə nişanlı avtobusa baxış keçirilmişdir. Baxış keçirilən zaman avtobusun üzrərində hər hansı bir zədə aşkar olunmamışdır. “DVD diskə baxış keçirilməsi haqqında” 01 oktyabr 2022-ci il protokoldan və DVD diskdən görünür ki, görüntünün 02:31 dəqiqəsində mərhum X1 Ramin Xankişi oğlunun idarə etdiyi "Daewoo” markalı, “BS090” modelli **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət istiqamətinin sağından soluna doğru adi yerişlə piyada zolağına daxil olaraq hərəkətini davam etdirir. Qarşısında piyada zolağı olmasına baxmayaraq sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla piyada zolağına daxil olur və avtobusun qabaq sağ tərəfi ilə Rəhilə Zeynalovanı vurur. Nəticədə sonuncu avtobusun qarşısına yıxılır. Sürücü avtobusu dayandırır, daha sonra arxaya doğru hərəkət etdirir, sərnişinlər avtobusdan düşürlər. Görüntünün 3:20 dəqiqəsində hadisə yerinə X21 əməkdaşı yaxınlaşır. 03:40 dəqiqəsində hadisə yerinə Təcili və X6 avtomaşını gəlir və 09:40 dəqiqəsində mərhum xərək vasitəsilə TTTY avtomaşınına mindirilir, görüntünün 10:20 dəqiqəsində TTTY avtomaşını yolun ortasından manevrə edərək mərhumu X15 aparır. Sürücü Təqsirləndirilən şəxs isə TTTY maşını ilə eyni anda avtobusu hərəkət etdirərək hadisə yerindən uzaqlaşır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 116 nömrəli rəyindən görünür ki, meyitin ekspertizası rəyindən görünür ki, X11 qızı meyitinin məhkəmə-tibbi müayinə aşkar edilmiş xəsarətlər - kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqlar baş beyin və qişalarına qansızma, ağciyərlərin cırılması, hər iki tərəfdən qabırğalarının çəxsaylı sınıqları, sağ bazunun qapalı, qəlpəli sınıqları, sol budun travmatik amputasiyası, sağ qaşüstü nahiyənin, sağ və sol almacıq nahiyəsinin, burun tağının, sağ və sol said nahiyəsinin, hər iki əlin arxa səthinin, sağ ayaq pəncəsinin çoxsaylı sıyrılmış yaralar sağ üstü göz qapağının əzilmiş - cırılmış yara, üst və alt göz qapaqlarının qançırları, həyati olub ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvir hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə, hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022ci il tarixli, 8/3130 nömrəli ekspertiza rəyindən görünür ki, “Daewoo” markalı, BS090 markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarışını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilənməsi haqqında” 10 dekabr 2022-ci il tarixli qərardan aydın olur ki, ünvan 2 ünvanında yerləşən “Misli” adlı mərc oyunları məntəqəsində quraşdırılmış videomüşahidə kamerasının xx.xx.2022-ci il tarixdə saat 13:48:56-dan saat 14:02:26-dək olan müddət ərzində qeydə aldığı görüntülərin köçürüldüyü 01 ədəd DVD disk, eləcə də Daxili İşlər Nazirliyinin növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2022-ci il tarixli 003-18356-1222 nömrəli məktubla daxil olmuş 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Daewoo” markalı, “BS090” modelli **-TF- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu iş əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və məhkəmə baxışmadək saxanılması üçün “Vətən” firmasına qaytarılması nəzərə alınsın. Məhkəmədə tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixldə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan 078 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, ondan ötrü ki, o, 2019-cu ildən "Vətən" firmasında Bakı şəhərində sərnişindaşıma sektorunda fəaliyyət göstərən 26 nömrəli marşrutda sürücü vəzifəsində çalışır. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs yüksək nizam-intizama riayət edərək, nümunəvi işçi kimi firma rəhbərliyinin etimadını doğruldub. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri Qəsəbəsi üzrə nümayəndəlik tərəfindən 14-19/25 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayonu, Bilcəri qəsəbəsi, Yeni yaşayış massivi küçəsidə inşa edilmş özbaşına tikilidə yaşayır. Yaşadığı müddət ərzində Biləcəri qəsəbə İnzibati ərizə dairəsi üzrə nümayəndəliyinə heç bir şikayə daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri Qəsəbəsi üzrə nümayəndəlik tərəfindən 4/81 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində anası, həyat yoldaşı və iki azyaşlı övladı vardır. Təqdim olunan şəxsiyyət vəsiqələrindən aydın olur ki, xx.xx.2015-ci il təvəllüdlü Orxan adında və xx.xx.2016-cı il təvəllüdlü Yağmur adında övladları vardır. Məhkəmədə tədqiq olunan 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, hadisəni təsadüfi axarı zəminində ilk dəfə baş verməsini cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsin Təcili və X6 avtomaşını vasitəsilə xəstəxanaya aparmasını, özünün də dərhal xəstəxanaya getməsini, xəstəxana və dəfn xərclərini ödəmək üçün dəfələrlə mərhumun ailə üzvlərinə (qızlarına) müraciət etməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkənin hüququ varisi ilə barışıq əldə etmək üçün dəfələrlə cəhd etməsini, həmçinin himayəsində iki azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Cinayət işinə baxılarkən isə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Təcili və X6 çağırılaraq xəstəxanaya aparılmış, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın azaldılması üçün özü də xəstəxanaya getmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin tələbi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - Daewoo” markalı, “BS090” modelli **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu “Vətən” firmasına qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - videomüşahidə kameralarının görüntülərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Daewoo” markalı, “BS090” modelli **-TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu “Vətən” firmasına nəzərə alınsın. İş üzrə maddi sübut - videomüşahidə kameralarının görüntülərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-126/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-126/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver