Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-126/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz, və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən “Mado” restoranının yaxınlığında tanışı Şahid1 Etibar oğlunun etibarından sui-istifadə edib, sonuncunun anası Zərərçəkmiş şəxs məxsus balansında 2 manat danışıq limiti olmuş 28 manat dəyərində ***-***-**-** saylı “Azərfon" MMC-yə məxsus mobil nömrə olan 01 ədəd 850 manat dəyərində 256 GB daxili yaddaşlı, ”MWC92RM/A” modelli, “F17D20LAN6Y8'" seriyalı “İphone 11 Pro'" markalı mobil telefonu danışmaq adı ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 880 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 “instagram” sosial şəbəkəsindən tanımışdır. İslam da Sumqayıt şəhər sakinidir. O, İslamla üz-üzə görüşməsə də, hərdən “instagram” sosial şəbəkəsi ilə əlaqə saxlamışlar. 28 aprel 2023-cü il tarixdə saat 16 radələrində İslam ilə "İnstagram” sosial şəbəkəsində mesaj yazaraq harada olduğunu soruşmuşdur. İslam da Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında olduğunu bildirmişdir. Həmin vaxt o, İslama "Nərimanov” metrostansiyasının yaxınlığında olduğunu bildirib görüşməyi təklif etmiş və həmin gün Nərimanov metrostansiyasını yaxınlığında yerləşən “Mado” restoranım yaxınlığında İslam ilə görüşmüşdür. İslamla bir qədər "Mado” restoranının arxa hissəsində yerləşən parkda gəzərək söhbət etmişlər. Həmin vaxt o, İslamdan istifadə etdiyi “İphone 11 Pro” markalı mobil telefonunu zəng vurmaq üçün istəmişdir. İslam da “İphone 11 Pro” markalı mobil telefonunu danışmaq üçün ona vermişdir. O, İslamdan telefonu alaraq xatırlamadığı tanışına zəng vurub danışmağa başlamış və onlar “Mado” restoranının qarşı hissəsinə gəlmişlər. Həmin vaxt orada tanışı Qərib və Elmanın olduğunu görüb yaxınlaşaraq görüşmüşdür. Həmin vaxt İslamı Qərib və Elmanla tanış edərək tanışları olduğunu bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün İslama məxsus “İphone 11 Pro” markalı mobil telefonu ələ keçirib sataraq pul əldə etmək qərarına gəlmişdir. İslam tanışları ilə söhbət edən zaman o, dostlarına kənarda telefonla danışaraq gələcəyini bildirib telefonu qulağına qoyaraq danışırmış kimi göstərib onlardan uzaqlaşmış və tez mobil telefonu söndürüb üzərində mobil nömrəni çıxarıb tullamışdır. Mobil telefonun şifrəsini bildiyi üçün içərisində olan məlumatları silib Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığına getmiş və orada yerləşən “TELE Time” adlı mobil telefon mağazasında işləyən şəxsə özünə məxsus olduğunu bildirib şəxsiyyət vəsiqəsinin surəti ilə 380 manata satmışdır. Əldə etmiş olduğu pulu isə şəxsi işlərinə xərcləmişdir. Hazırda zərər çəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma oğludur. İslam orta məktəbi 9-cu sinfə kimi oxumuşdur. İslamın istifadə etmək üçün mobil telefonu olmadığı üçün 31 may 2021-ci il tarixdə o, “Kontakt Home” mağazasından kreditlə 3141.80 manat dəyərində “İphone 11 Pro 256 GB” markalı mobil telefonu, 28 manata isə ***-***-**-** saylı mobil nömrəni alaraq istifadə etməsi üçün oğluna vermişdir. Həmin vaxtdan etibarən İslam qeyd olunan mobil telefonu istifadə etməyə başlamış və o da həmin mobil telefona görə kreditini ödəmişdir. 28 aprel 2023-cü il tarixdə İslam onunla əlaqə saxlayaraq “instagram” sosial şəbəkəsində tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranının yaxınlığında qiyməti 2100 manat dəyərində **********69888 imei kodlu, üzərində 28 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu danışmaq adı ilə alaraq ələ keçirdiyini bildirmişdir. Həmin gün “İnstargam” sosial şəbəkəsində Vüsal ilə yazışaraq telefonu qaytarmasını istəyən zaman sonuncu onlara mobil telefonu 400 manata saldığını, polisə şikayət etməməyi, iki günə telefonun pulunu verəcəyini bildirmişdir. Bu səbəbdən onlar polisə bu barədə məlumat verməmişdir. Lakin, Vüsalın onları aldatdığını, telefonu qaytarmadığını görmüş və xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək ərizə ilə müraciət elmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Mado” restoranının qarşısıdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqdim etmə və götürmə barədə” 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon aparatı və 01 ədəd A4 formatlı kağız üzərində zəmanət talonu sübut əhəmiyyəti kəsb etdiyindən istintaq tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2023-cü il tarixli, 3-16-16/2-9/5673/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 256 GB daili yaddaşlı, “MWC92RM/A” modelli, “F17D20LAN6Y8” seriyalı, “İphone 11 Pro” markalı mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs “İphone 11 Pro” markalı mobil telefonu tanımışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “İphone 11 Pro” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, şahidlərin və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalı və “İphone 11 Pro” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “İphone 11 Pro” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-126/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-126/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver