Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-127/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bərdə rayonu, Hüseynallar kəndində qeydiyyatda olan və Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, mədən 2 küçəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında şifahi razılıq əsasında ünvan 1 ünvanında yerləşən Şahid3 məxsus təkər təmiri məntəqəsini icarəyə götürərək orada rəsmi qeydiyyatdan keçməyərək və müvafiq icazəsi olmadan fərdi qaydada təkər təmiri ilə məşğul olan zaman 23.07.2021-ci il tarixdə saat 09:30 radələrində "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.10.7 bəndinin tələbini, yəni avtomobildən çıxarılmış şinə havanın vurulmasını, bu məqsəd üçün ayrılmış yerdə və qoruyucu çəpərlərin istifadə ilə yerinə yetirilməsini təmin etməli olduğu halda, həmin tələblərə riyaət etməyib, pozaraq avtomobildən çıxarılmış təkərin şininə təmir etmək məqsədi ilə hava vurarkən şin partlayıb yaranmış hava təzyiqi nəticəsində təkər təmiri məntəqəsindən çıxaraq X4 məxsus təkər təmiri məntəqəsi ilə üzbə-üz yerləşən kafenin ərazisinə düşüb həmin vaxt kafedə müştəri kimi əyləşən Zərərçəkmiş şəxs dəyərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs posthemoragik və travmatik şokla müşayiət olunan dalağın, mədəaltı vəzin quyruğunun, böyük piyliyin, enən çənbər bağırsağın cırılmaları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə və ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sol bazunun sıyrılmış yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 131.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.08.2021-ci il tarixli, 583 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - posthemorragik və travmatik şokla müşayiət olunan dalağın, mədəaltı vəzin quyruğunun, böyük piyliyin, enən çənbər bağırsağın cırılmaları, sol bazunun sıyrılmış yarası bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti 23.07.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə posthemorragik və travmatik şokla müşayiət olunan dalağın, mədəaltı vəzin quyruğunun, böyük piyliyin, enən çənbər bağırsağın cırılmaları ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağılamlığa AĞİR zərər vurmaya, sol bazunun sıyrılmış yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 23.08.2021 ci il tarixli 10/4087 ncmrəli rəyinə görə, baş vermiş hadisə ilə əlaqədar "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydalarının 2.4, 2.13, 13.10.7 bəndlərinin tələbləri pozulmuşdur. İşlərin təhülkəsizlik görülməsi metod və üsulları barədə təlim keçirilməmiş, bilikləri yoxlanılmamış Təqsirləndirilən şəxs sərbəst işə buraxıldığına görə, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydalarfnın 2.4, 2.13 bəndlərinin tələbləri sexin sahibi tərəfindən pozulmuşdur. Avtomobildən çıxarılmış şinə havanın vurulması, bu məqsəd üçün ayrılmış yerdə və qoruyucu çəporlərin istifadə ilə yerinə yetirilməsini təmin etmədiyinə görə, "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.10.7 bəndinin tələbləri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokolundan görünür ki, 23.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən həmin məntəqənin qarşısında təkər təmir edilən təkər partlamış nəticədə məntəqədə işləyən Təqsirləndirilən şəxs və üzbə-üz kafedə oturan Zərərçəkmiş şəxs xəsarət almışlar. Məntəqəyə daxil olduqda giriş tərəfdə yaşıl rəngli təkərlərə hava vurmaq üçün kompressor vardır. Kompressora müxtəlif ölçülü rezin materialdan olan şlanqlar birləşmişdir. Kompressorun yanında üzərində «SFİ TA» yazısı olan təkərlərin şinini diskdən çıxarmaq üçün cihaz vardır. Həmin cihazın qarşısında döşəmənin üstündə üzərində «Rotaki» yazısı olan təkəri maşınlara bağlayan cihaz vardır. Bundan başqa təkər təmiri məntəqəsində döşəmənin üstündə çoxlu sayda təkər hissələri, müxtəlif xırda cihazlar vardır. Baxışda iştirak edən Şahid3 bildirdiyinə görə, həmin təkərin partlaması nəticəsində şin üzbə-üz yerləşən kafe istiqamətində, təkərdə olan disk isə yol istiqamətində düşmüşdür. Bundan sonra baxış iştirakçıları təkər təmiri məntəqəsi ilə üzbəüz kafeyə getmişlər və kafedə bir ədəd cırılmış vəziyyətdə olan üzərində «Lanvigator» yazısı olan təkər aşkar edilmişdir. Həmin təkər baxış protokoluna əlavə edilib götürülmüşdür. Bundan sonra baxış iştirakçıları təkər təmiri məntəqəsinin qarşısında olan yolla təxminən 20 metr sağ tərəfə getdikdə bir ədəd təkər diski aşkar edilmişdir. Həmin diskdə baxış protokoluna əlavə edilib götürülmüşdü. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən təkər təmiri məntəqəsində Təqsirləndirilən şəxs tərəfindən təkər təmiri zamanı təkərin partlaması nəticəsində şinin təkər təmiri məntəqəsi ilə üzbə-üz olan kafeyə düşməsi nəticəsində kafedə olan Zərərçəkmiş şəxs dəyməsi və sonuncunun xəsarət alması təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə 01 ədəd cırılmış vəziyətdə olan üzərində «Lanvigator» yazısı olan təkər və 01 ədəd təkər disk maddi sübut kimi tanınmaqla Nərimanov RPİ-nin saxlanc yerində saxlanılır. İş üzrə baş vermiş hadisənin video görtülərinin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26.11.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı 18.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 131.2-cü maddəsi ilə təqsirli bilir və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs oğlunun barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, işi üzrə maddi sübut 01 ədəd təkər və 01 ədəd təkər diski qanuni sahibinə qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 40, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd təkər və 01 ədəd təkər diski qanuni sahibinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-127/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-127/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver