Məhkəmə qərarları › İş №1(005)-127/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-127/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-127/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs4 Mayıs oğlunun və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, isləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Mayıs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərkibində 22 avqust 2023-cü il tarixdə saat 02:00 radələrində ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsindən yumruqla vuraraq ona sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, sifətin sol və sağ yarısının sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, Təqsirləndirilən şəxs1 sol sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq sifətin sol yarısının şişkinliyi, sol göz yuvasının yumşaq toxumalarını şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə və Təqsirləndirilən şəxs4 xuliqanlıq niyyəti ilə təpiklə burun nahiyəsindən vuraraq burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində 22 avqust 2023-cü il tarixdə saat 02:00 radələrində ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsindən yumruqla vuraraq ona sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, sifətin sol və sağ yarısının sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, Təqsirləndirilən şəxs1 sol sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq sifətin sol yarısının şişkinliyi, sol göz yuvasının yumşaq toxumalarını şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə və Təqsirləndirilən şəxs4 xuliqanlıq niyyəti ilə təpiklə burun nahiyəsindən vuraraq burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində 22 avqust 2023-cü il tarixdə saat 02:00 radələrində ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq ona sifətin sol yarısının şişkinliyi, sol göz yuvasının yumşaq toxumalarını şişkinlik halında əzilməsi ilə müşayiət olunanhematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə sağ sifət nahiyəsindən yumruqla vuraraq sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, sifətin sol və sağ yarısının sıyrıqlarmdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə və Təqsirləndirilən şəxs4 isə xuliqanlıq niyyəti ilə təpiklə burun nahiyəsindən vuraraq burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, burun tənəffüsünün pozulması ilə müşayiəti olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs4, tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində 22 avqust 2023-cü il tarixdə saat 02:00 radələrində ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, cv 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs təpiklə burun nahiyəsindən vuraraq ona burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə yumruqla vuraraq sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, sifətin sol və sağ yarısının sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə və Təqsirləndirilən şəxs1 sol sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq sifətin sol yarısının şişkinliyi, sol göz yuvasının yumşaq toxumalarını şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, X9 və Təqsirləndirilən şəxs4 uzun müddətdir ki, tanıyır. Onlar bir orta məktəbdə oxumuş və aralarında yoldaşlıq münasibəti olmuşdur. 21 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində dostu Nihatla danışan zaman sonuncuya Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Fərid” adlı kafeyə gedəcəyini bildirmişdir. Nihat da həmin kafeyə gələcəyini bildirmişdir. Daha sonra o, “Fərid” adlı kafeyə getmişdir. Həmin vaxt o, kafedə tanışı Rüstəm Səfərov, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 masa arxasında əyləşib pivə içdiyini görmüş, yaxınlaşaraq onlarla görüşüb masa arxasına əyləşib pivə sifariş vermişdir. O, kafedə 2 bakal pivə sifariş verib içmişdir. 22 avqust 2023cü il tarixdə saat 02:00-da kafe bağlandığı üçün onlar kafedən çıxaraq evə getmək məqsədi ilə yolun digər tərəfinə keçmişlər. Nərimanov rayonu, X14 küçəsində olan köşkün yaxınlığında bir nəfər şəxsin dəmir hasara, yəni reşotkaya söykənib zarıldadığını, sərxoş olduğunu görüb həmin şəxsə yaxınlaşaraq nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların hər birini qucaqlayıb səmimi görüşərək «İnqlab uşağı» olmasını bildirmiş və onlara birlikdə içməyi təklif etmişdir. Onlar da Kənanın sərxoş olduğunu və onlarla səmimi dost kimi qucaqlaşdığını görüb Kənana etiraz etməmişdir. Daha sonra onlar birlikdə köşkə yaxınlaşmış və Kənan onların hər biri üçün 01 ədəd “Kuller” markalı pivə almışdır. Sonra onlar birlikdə X14 küçəsi ev 51A ünvanının həyətində olan bisetkaya gedərək orada əyləşib pivə içə-içə söhbət etməyə başlamışlar. Həmin söhbət zamanı Kənan onunla söhbət edərək nə üçün spirtli içki içdiyini soruşmuşdur. O da Kənana hər kəsin özünə görə problemləri olduğunu, bu səbəbdən içdiyini bildirmişdir. Həmin vaxt Kənan ona kobud şəkildə cavab verərək onun ünvanına nalayiq ifadə işlətmişdir. Buna baxmayaraq o, Kənana yeni tanış olduqlarını deyərək sonuncudan nə üçün söyüş söydüyünü soruşmuşdur. Kənan da üzrlü saymalarını bildirmişdir. Onlar söhbət edən zaman yenidən Kənan onun ünvanına nalayiq ifadə işlətmişdir. Buna baxmayaraq o, Kənana yeni tanış olduqlarını deyərək sonuncudan nə üçün söyüş söydüyünü soruşmuşdur. Kənan da üzrlü saymalarını bildirmişdir. Onlar söhbət edən zaman yenidən Kənan onun ünvanına nalayiq ifadə işlətmişdir. O da Kənanın işlətmiş olduğu ifadəni sonuncunun özünə qarşı işlətmişdir. Həmin vaxt Kənan sağ qolunun dirsək hissəsi ilə onun sinəsindən vurmuş və əlində olan pivə butulkasını qarşı tərəfdə oturan uşaqlara tərəf atmışdır. Daha sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Kənan oturduğu yerdən qalxaraq Rüstəmin üzərinə hücum etmiş və ilk olaraq Rüstəm yumruqla Kənanın sifət nahiyəsindən vurmuşdur. Buna baxmayaraq Kənan sakitləşməmiş və yenidən onların üzərinə gedən zaman o, Nicat, Rüstəm və Nihat Kənanın üzərinə gedərək sonuncunu bir neçə dəfə yumruqla vurmuşlar. Daha sonra Kənan səndələdiyi üçün onlar oradan qaçaraq uzaqlaşıb çıxıb getmişlər. Daha sonra onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər və o, polis bölməsində olan zaman Kənanın düyülməsi ilə bağlı şikayət etdiyini öyrənmişdir. Hadisənin baş verməsinə səbəb Kənanın söyüş söyməsi olsa da, o, baş verənlərdən peşmandır və səhv etmişdir ki, sonuncunun birlikdə içki içməyi barədə təklifini qəbul etmişdir. Sonda Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs dəymiş ziyanının ödənildiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 uzun müddətdir ki, tanıyır. Onlar bir orta məktəbdə oxumuş və aralarında yoldaşlıq münasibəti olmuşdur. 21 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində dostu Rüstəmlə birlikdə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Fərid” adlı kafedə oturub pivə sifariş verib içməyə başlamışdır. 22 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində Nicatla kafedə oturub pivə içən zaman tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də kafeyə gəlmişdir. Mehdi və Nihat onun oxuduğu məktəbdə oxumuş və həmin vaxtdan aralarında yoldaşlıq münasibəti yaranmışdır. Mehdi və Nihat onlarla görüşmüş tanış olduqları üçün sonuncular da onların əyləşdiyi masa arxasına əyləşərək pivə sifariş verib içməyə başlamışlar. 22 avqust 2023-cü il tarixdə saat 02:00-da kafe bağlandığı üçün onlar oradan çıxaraq evə getmək məqsədi ilə yolun digər tərəfinə keçmişlər. X14 küçəsində olan köşkün yaxınlığında bir nəfər şəxsin dəmir hasara, yəni reşotkaya söykənib zarıldadığını, sərxoş olduğunu görüb həmin şəxsə yaxınlaşaraq nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların hər birini qucaqlayıb səmimi görüşərək «İnqlab uşağı» olmasını bildirmiş və birlikdə içməyi təklif etmişdir. Onlar da Kənanın sərxoş olduğunu və səmimi dost kimi qucaqlaşdığını görüb etiraz etməmişlər. Daha sonra birlikdə köşkə yaxınlaşmış və Kənan onların hər biri üçün 01 ədəd “Kuller” markalı pivə almışdır. Sonra birlikdə Həsən Əliyev küçəsi ev 51A ünvanının həyətində olan bisetkaya gedib əyləşib pivə içə-içə söhbət etməyə başlamışlar. Həmin vaxt Kənan Mehdi ilə söhbət edərək nə üçün spirtli içki içdiyini soruşmuşdur. Mehdi də Kənana hər kəsin özünə görə problemləri olduğunu, bu səbəbdən içdiyini bildirmişdir. Kənan Mehdiyə kobud şəkildə cavab verərək sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. Buna baxmayaraq onlar Kənana yeni tanış olduğunu deyərək nə üçün söyüş söydüyünü soruşmuşlar. Kənan da üzrlü saymaların bildirmişdir. Onlar söhbət edən zaman yenidən Kənan Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Mehdi də Kənanın işlətdiyi ifadəni sonuncunun özünə qarşı işlətmişdir. Həmin vaxt Kənan sağ qolunun dirsək hissəsi ilə Mehdinin sinəsindən vuraraq əlində olan pivə butulkasını ona tərəf atmışdır. O, geri çəkildiyi üçün butulka ona dəyməyib yerə düşmüşdür. Kənan oturduğu yerdən qalxaraq onun üzərinə hücum etmiş və ilk olaraq Rüstəm yumruqla sonuncunun sifət nahiyəsindən vurmuşdur. Buna baxmayaraq Kənan sakitləşməyib yenidən onların üzərinə gələn zaman o, Nihat, Rüstəm və Mehdi Kənanın üzərinə gedərək bir neçə dəfə yumruqla vurmuşlar. Kənan səndəllədiyi üçün onlar oradan qaçaraq uzaqlaşıb çıxıb getmişlər. Daha sonra onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər və o, orada olan zaman Zərərçəkmiş şəxs onu döymələri ilə bağlı şikayət etdiyini öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş ziyanının ödənildiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur və sonuncu ilə eyni orta məktəbdə oxumuşdur. 21 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində dostu Nicatla birlikdə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Fərid” adlı kafedə oturub pivə sifariş verib içməyə başlamışlar. 22 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində Nicatla kafedə oturub pivə içən zaman tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də kafeyə gəlmişdir. Mehdi və Nihat onun oxuduğu məktəbdə oxumuş və həmin vaxtdan aralarında yoldaşlıq münasibəti yaranmışdır. Həmin vaxt Mehdi və Nihat onlarla görüşmüşdür. Onlar tanış olduğu üçün Mehdi və Nihat da onların əyləşdiyi masa arxasına əyləşərək pivə sifariş verib içməyə başlamışlar. 22 avqust 2023-cü il tarixdə saat 02:00-da kafe bağlandığı üçün onlar kafedən çıxaraq evə getmək məqsədi ilə yolun digər tərəfinə keçmişlər. X14 küçəsində olan köşkün yaxınlığında bir nəfər şəxsin dəmir hasara, yəni reşotkaya söykənib zarıldadığını, sərxoş olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların hər birini qucaqlayıb səmimi görüşərək «İnqlab uşağı» olmasını bildirmiş və onlara birlikdə içməyi təklif etmişdir. Onlar da Kənanın sərxoş olduğunu və onlarla səmimi dost kimi qucaqlaşdığını görüb sonuncuya etiraz etməmişlər. Sonra onlar birlikdə köşkə yaxınlaşmış və Kənan onların hər biri üçün 01 ədəd “Kuller” markalı pivə almışdır. Sonra onlar birlikdə X14 küçəsi ev 51A ünvanının həyətində olan bisetkaya gedərək bisetkada əyləşib pivə içəiçə söhbət etməyə başlamılar. Həmin söhbət zamanı Kənan Mehdi ilə söhbət edərək nə üçün spirtli içki içdiyini soruşmuşdur. Mehdi də Kənana hər kəsin özünə görə problemləri olduğunu, bu səbəbdən içdiyini bildirmişdir. Kənan da Mehdiyə kobud şəkildə cavab verərək sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. Buna baxmayaraq onlar Kənana yeni tanış olduğunu deyərək sonuncudan nə üçün söyüş söydüyünü soruşmuşlar. Kənan da onlara üzrlü saymalarını bildirmişdir. Onlar söhbət edən zaman yenidən Kənan Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Mehdi də Kənanın işlətdiyi ifadəni sonuncunun özünə qarşı işlətmişdir. Həmin vaxt Kənan sağ qolunun dirsək hissəsi ilə Mehdinin sinəsindən vuraraq əlində olan pivə butulkasını ona tərəf atmışdır. O, geri çəkildiyi üçün butulka ona dəyməyib yerə düşmüşdür. Kənan oturduğu yerdən qalxaraq onun üzərinə hücum etmiş və o da özünü qorumaq üçün yumruqla sonuncunun sifət nahiyəsindən vurmuşdur. Buna baxmayaraq Kənan sakitləşməmiş və yenidən onun üzərinə gələn zaman o, Nicat, Nihat və Mehdi Kənanın üzərinə gedərək sonuncunu bir neçə dəfə yumruqla vurmuşlar. Daha sonra Nicat, Nihat və Mehdi besetkanın arxa hissəsinə keçərək oradan uzaqlaşmışlar. Sonra Kənan onun yanından keçərək binanın digər çıxışına tərəf gedən zaman o, sonuncunu səsləsə də, ona cavab vermədiyi üçün o da uşaqların arxasınca gedərək onlara çatmışdır. Yolda olan zaman o, sol qolunda qan ləkəsi olduğunu görüb qolunu yuyaraq yaşadığı ünvana getmişdir. Daha sonra onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər və o, polis bölməsində olan zaman Kənanın düyülməsi ilə bağlı şikayət etdiyini öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş ziyanının ödənildiyini, zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, X9 və Təqsirləndirilən şəxs3 uzun müddətdir ki tanıyır. Onlar bir orta məktəbdə oxumuş və aralarında yoldaşlıq münasibəti olmuşdur. 21 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində dostu Mehdi ilə danışan zaman sonuncu ona Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Fərid” adlı kafeyə gedəcəyini bildirmişdir. O da yaşadığı ünvandan çıxaraq həmin kafeyə getmişdir. Həmin vaxt o, kafedə tanışı Rüstəm Səfərov və Təqsirləndirilən şəxs2 masa arxasında əyləşib pivə içdiyini görüb yaxınlaşaraq görüşüb masa arxasına əyləşib pivə sifariş vermişdir. O, masa arxasında əyləşdikdən 5 dəqiqə sonra Mehdi də kafeyə gələrək onlarla görmüş və sonuncu da masa arxasında əyləşmişdir. Daha sonra onlar kafedə 3-4 bakal pivə sifariş verib içmişlər. 22 avqust 2023-cü il tarixdə saat 02:00-da kafe bağlandığı üçün onlar kafedən çıxaraq evə getmək məqsədi ilə yolun digər tərəfmə keçmişlər. Həsən Əliyev küçəsində olan köşkün yaxınlığında bir nəfər şəxsin dəmir hasara, yəni rcşotkaya söykənib zarıldadığını, sərxoş olduğunu görüb həmin şəxsə yaxınlaşaraq nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların hər birini qucaqlayıb səmimi görüşərək «İnqlab uşağı» olmasını bildirmiş və onlar birlikdə içməyi təklif etmişdir. Onlar da Kənanın sərxoş olduğunu və onlarla səmimi dost kimi qucaqlaşdığını görüb ona etiraz etməmişlər. Daha sonra onlar birlikdə köşkə yaxınlaşmış və Kənan onların hər biri üçün 01 ədəd “Kuller” markalı pivə almışdır. Sonra onlar birlikdə Həsən Əliyev küçəsi, ev 51A ünvanının həyətində olan bisetkaya gedərək bisetkada əyləşib pivə içə-içə söhbət etməyə başlamılar. Həmin söhbət zamanı Kənan Mehdi ilə söhbət edərək nə üçün spirtli içki içdiyini soruşmuşdur. Mehdi də Kənana hər kəsin özünə görə problemləri olduğunu, bu səbəbdən içdiyini bildirmişdir. Həmin vaxt Kənan Mehdiyə kobud şəkildə cavab verərək sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. Buna baxmayaraq onlar Kənana onların yeni tanış olduğunu deyərək sonuncudan nə üçün söyüş söydüyünü soruşmuşlar. Kənan da onlara üzrlü saymalarını bildirmişdir. Onlar söhbət edən zaman yenidən Kənan Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Mehdi də Kənanın işlətdiyi ifadəni sonuncunun özünə qarşı işlətmişdir. Həmin vaxt Kənan sağ qolunun dirsək hissəsi ilə Mehdinin sinəsindən vuraraq əlində olan pivə butulkasını onlara tərəf atmışdır. Geri çəkildikləri üçün butulka onlara dəyməyib yerə düşmüşdür. Kənan oturduğu yerdən qalxaraq onların üzərinə hücum etmiş və ilk olaraq Rüstəm yumruqla Kənanın sifət nahiyəsindən vurmuşdur. Buna baxmayaraq Kənan sakitləşməmiş və yenidən onların üzərinə gələn zaman o, Nicat, Rüstəm və Mehdi Kənanın üzərinə gedərək sonuncunu bir neçə dəfə yumruqla vurmuşlar. Kənan geri çəkilərək onun üzərinə gələn zaman o, bir dəfə təpik zərbəsi ilə baş nahiyəsindən vurmuşdur. Daha sonra Kənan səndələdiyi üçün onlar oradan qaçaraq uzaqlaşıb çıxıb getmişlər. Daha sonra onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər və o, polis bölməsində olan zaman Kənanın düyülməsi ilə bağlı şikayət etdiyini öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs dəymiş ziyanının ödənildiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 avqust 2023-cü il tarixdə saat 22 radələrində dostları ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “İce pub” adlı kafedə spirtli içki olan araq içmişlər. Saat 23:30 radələrində kafedən çıxaraq dostu Emil ilə birlikdə “Dənizkənarı Bulvar”a gedərək orada kofe içdikdən sonra 22 avqust 2023-cü il tarixdə, saat 01:30 radələrində yaşadığı Nərimanov rayonu, X14 küçəsi, ev 51 A, mənzil 71 ünvanına getmişdir. Mənzildə bacısından yemək istəyən zaman bacısı hazır yemək olmadığını bildirmişdir. Buna görə də, o, özünə yemək almaq məqsədi ilə mənzildən çıxaraq həyətə düşüb məhəllədə olan köşkün yaxınlığına getmişdir. O, bir qədər sərxoş olduğu üçün hava almaq məqsədi ilə köşkün qarşı hissəsində olan dəmir hasara, yəni reşotkaya söykənib hava almağa başlamışdır. Həmin vaxt əvvəllər tanımadığı, adlarının sonradan Nicat, Nahid, Mehdi və Rüstəm olduğunu öyrəndiyi 4 nəfər şəxs ona yaxınlaşaraq nə isə problem olub-olmadığını, nə qulluq lazım olarsa edə biləcəklərini demişlər. O da həmin şəxslərə onun qulluq edə biləcəyini, nə istəsələr ala biləcəyini bildirmişdir. Həmin şəxslər ondan özləri üçün spirtli içki olan “Kuller” adlı pivəni almağını istəmişlər. Buna görə də, onlar bilikdə köşkə yaxınlaşmışlar. Həmin köşkdən özünə və həmin şəxslərin hər biri üçün 01 ədəd “Kuller” markalı pivəni almışdır. Daha sonra həmin şəxslərdən biri onun qoluna girdikdən sonra birlikdə məhəllədə olan besetkaya getmişlər və orada oturub almış olduğu pivəni içərək söhbət etmişlər. Həmin vaxt bilmədiyi səbəbdən onların arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı ilk olaraq Rüstəm onun üzərinə gələrək onun sol göz və sağ baş nahiyəsindən ardıcıl bir neçə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən o, özünü itirib yerə yıxılmış, yerdə olan zaman Mehdi və Nicat da onun üzərinə gələrək yumruqla onun sağ göz, sağ gicgah və alın nahiyəmdən vurmuşdur. O, yerdən qalxmaq istəyən zaman Nihat onun üzərinə gələrək bir dəfə təpik zərbəsi ilə onun burun nahiyəsindən vurmuş və zərbənin təsirindən o, özünü itirmişdir. Saat 02:30 radələrində isə özünə gələn zaman artıq besetkada yerdə olduğunu, sifətində ağrılar olduğunu, qan axdığını görmüşdür. O, yerdən qalxan zaman onunla birlikdə bisetkada olan 4 nəfər şəxsin, yəni Nicat, Nahid, Mehdi və Rüstəmin orada olmadığını görmüşdür. Həmin vaxt o, üzərinə baxan zaman üzərində olan “Samsung Note 9” markalı mobil telefonun və boynumda olan qızıl boyunbağının yerində olmadığını, götürüldüyünü aşkar etmişdir. Artıq həmin vaxt ona məlum olmuşdur ki, köşkdən pivə aldığı və onunla birlikdə bisetkada əyləşən şəxslər onu vurub xəsarət yetirərək mobil telefonunu və qızıl boyunbağısını götürmüşlər. Daha sonra o, besetkadan çıxaraq yaşadığı binanın yan tərəfində gedərək divara söykənib bir qədər yerdə oturmuşdur. Sonra isə yaşadığı mənzilə getmişdir. Həmin vaxt anası onun vəziyyətini və sifətinin qan içində olduğunu görüb tanımadığı şəxslər tərəfindən döyülməyi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları yaşadığı mənzilə gəlmiş və o, orada hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonra isə vəziyyəti yaxşı olmadığı üçün ailə üzvləri onu X15 aparmışlar. X10 həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Hadisədən sonra dayısı Natiq onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş və telefona tanımadığı şəxs cavab vermişdir. Həmin şəxsdən mobil telefonu qaytarmasını istəsələr də, həmin şəxs telefonu Həsən Əliyev küçəsində yerləşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasının qarşısında yerdən tapdığını bildirmiş və qaytarmayaraq telefonu söndürmüşdür. Sonda Zərərçəkmiş şəxs da hazırda təqsirləndirlən şəxslər ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun övladıdır. 21 avqust 2023-cü il tarixdə saat 20 radələrində oğlu Rüstəmlə birlikdə yaşadığı ünvanda yemək yeyib televizora baxmışdır. Həmin gün saat 23 radələrində onun yuxusu gəldiyi üçün o, dincəlmək üçün yataq otağına keçib yatmışdır. Oğlu Rüstəm isə mobil telefonda oyun oynamışdır. O, xx.xx.2023-cü il tarixdə sat 05 radələrində yuxudan ayılan zaman oğlu Rüstəmin evə daxil olduğunu görmüşdür. Rüstəmdən haradan gəldiyini soruşan zaman sonuncu ona dostu Nicatla birlikdə məhəllədə olduğunu bildirmişdir. Həmin gün saat 13 radələrində onun mobil telefonuna zəng gəlmiş və telefona cavab verən zaman telefonda onunla danışan şəxsin polis əməkdaşı olduğunu öyrənmişdir. Həmin polis əməkdaşı ona oğlu Rüstəmlə birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə yaxınlaşmağını bildirmişdir. Həmin vaxt Rüstəm evdə olmadığı üçün sonuncuya zəng vuraraq polisdən zəng gəldiyini, gecə nə baş verdiyini soruşmuşdur. Rüstəm də ona gecə tanışları ilə birlikdə olan zaman bir nəfər şəxslə aralarında dava-dalaş baş verdiyini bildirmişdir. Bundan sonra Rüstəmlə birlikdə Nərimanov RPİ-nin 16-cı Pş-nə getmişdir. Orada ona məlum olmuşdur ki, 22 avqust 2023cü il tarixdə oğlu Rüstəm tanışı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə Həsən Əliyev küçəsi, ev 51 ünvanının qarşısında aralarında yaranmış mübahisə zamanı adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi vuraraq xəsarət yetirmişlər. Bundan sonra o, oğlu Rüstəmin tutduğu əmələ görə üzür istəmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana getsə də, sonuncunun ailə üzvləri onunla görüşməmişdir. Həmin vaxt ona qapı arxasında cavab verən və Kənanın bacısı kimi təqdim edən qadın ona Kənanın çox pis döyüldüyünü və xəstəxanada olduğunu, hadisə zamanı qardaşı Kənanın mobil telefonunun sındığını demişdir. Cinayət işinin İ cildinin 9-14-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 A ünvanının qarşısıdır. Cinayət işinin İ cildinin 48-ci vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 49-cu vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 77-78-ci vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görümür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokul ondan ötrü tərtib etmişdir ki, icraatında istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPMnin 51, 85, 87 və 236-cı maddələrinin tələblərinə riayət etməklə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirakı ilə 22 avqust 2023-cü il tarixdə Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə baş vermiş dava-dalaş hadisəsi ilə bağlı görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “VİD- 20230831- WA0024” adlı, 01 ədəd “VİD-20230831-WA0026” adlı video fayl aşkar olundu. Həmin “VİD-20230831-WA0024” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının yaxınlığında yerləşən köşkün kamera görüntüsü vardır. Həmin görüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs köşkün qarşısında satış üçün nəzərdə tutulmuş yerdə dayanaraq sifariş verməsi, onun sağ tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs3, onların arxasında isə ardıcıl formada dayanmış şəxslərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olması görünür. Görüntünün davamında Zərərçəkmiş şəxs köşkdən özü və Rüstəm, Nihat, Mehdi və Nicatın hər biri üçün 01 şüşə pivə alması və aldığı pivələrin pulunu verdikdən sonra birlikdə köşkdən ayrılıb getmələri müəyyən edildi. İkinci 01 ədəd “VİD-20230831-WA0025” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə hadisə yerini göstərib tanımadığı şəxslər tərəfindən aralarında mübahisə baş verdiyini və mübahisə zamanı həmin şəxslərin onu vuraraq xəsarət yetirdiyi üçün huşunu itirdiyi üçün hadisəni xatırlamadığını bildirməsi, hadisə yerində 03 butulka yarımçıq vəziyyətdə pivə butulkasının, eyni zamanda hadisə yerində oturacağın və betonun üzərində qan izlərinin olması, həmçinin Zərərçəkmiş şəxs sifətində, sol göz alm və dodaq nahiyəsində nahiyələrində xəsarətlər olması müşahidə edildi. Üçüncü 01 ədəd “VİD-20230831-WA0026” adlı fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 02:25:50-də hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qaça-qaça məhəllə ilə hərəkətdə olması, onların arxasınca isə Təqsirləndirilən şəxs1 da gələrək onlara çatması, həmin vaxt Təqsirləndirilən şəxs4 əlində pivə butulkası olması və birlikdə hərəkət edib çıxıb getmələri müşahidə olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə köşkdə pivə alan şəxsin özü, digər şəxslərin onun vuraraq xəsarət yetirmiş Mehdi, Nihat, Nicat və Rüstəm olduğunu bildirmişdir. Cinayət işinin İ cildinin 91-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 92-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 93-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 94-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2023-cü il tarixli, 1089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2023-cü il tarixli, 1088 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarət-sağ əlin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin İ cildinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 22 sentyabr 2023-cü il tarixli, 1056 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sifətin sol yarısının şişkinliyi, sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sol göz yuvasının, burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunanhematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, burun tənəffüsünün pozulması, burun sümüyünün yerdəyişən sınığı (burun sümüklərinin repazisiya cərrahi əməliyyatdan sonrakı vəziyyət) qançırı, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralar, sifətin sol və sağ yarısının sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin İ cildinin 145-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 4/1611 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “VİD-20230831-WA0024.mp4” adlı videoyazıda görüntüləri qeydə alınmış şəxsin - ağ rəngli uzunqol köynək geyinmiş, sol qolunda qara rəngli saat olan, köşkdən aldıqları malın pulunu verən şəxsin boynunda boyunbağı görüntüləri müəyyən olunmadı. Cinayət işinin İ cildinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 04 noyabr 2023-cü il tarixli, 27/1056 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sifətin sol yarısının şişkinliyi, sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sol göz yuvasının, burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunanhematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, burun tənəffüsünün pozulması, burun sümüyünün yerdəyişən sınığı (burun sümüklərinin repazisiya cərrahi əməliyyatdan sonrakı vəziyyət) qançırı, sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralar, sifətin sol və sağ yarısının sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər. Qeyd edilən xəsarətlərdən a) burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi- qançırı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı (burun sümüklərinin repazisiya cərrahi əməliyyatdan sonrakı vəziyyət), dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir, b) sifətin sol yarısının şişkinliyi, sağ ənsə və alının sağ yarısının tüksüz hissəsinin, sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematomaları, sol gözün ağlı qişası altına geniş sahəli qansızma, üst dodağın sol yarısının ön səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaralar, ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, v) sağ göz yuvasının, sağ almacıq, sağ gicgah nahiyələrinin qançırları, alının tüksüz hissəsinin sağ yarısının, sifətin sol və sağ yarısının sıyrıqları ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Yumruq və təpik küt əşyaların xüsusiyyətlərini daşıdığından qeyd olunan xəsarətləri yumruqla ya təpiklə vurulması nəticəsində əmələ gəlməsi istintaq yolu ilə aydınlaşdırılması məqsədəuyğundur. Cinayət işinin İ cildinin 197-198-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 235-236-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 28-29-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 70-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 75-76-cı vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan RespublikasıCPM-nin 51, 85, 91 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 və müdafiəçisi X3 iştirakı ilə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə baş vermiş davadalaş hadisəsi ilə bağlı görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “VİD-20230831-WA0024” adlı, 01 ədəd “VİD-20230831- WA0026” adlı video fayl aşkar olundu. Həmin “VİD-20230831-WA0024” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının yaxınlığında yerləşən köşkün kamera görüntüsü vardır. Həmin görüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs köşkün qarşısında satış üçün nəzərdə tutulmuş yerdə dayanaraq sifariş verməsi, onun sağ tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs3, onların arxasında isə ardıcıl formada dayanmış şəxslərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olması görünür. Görüntünün davamında Zərərçəkmiş şəxs köşkdən özü və Rüstəm, Nihat, Mehdi və Nicatın hər biri üçün 01 şüşə pivə alması və aldığı pivələrin pulunu verdikdən sonra birlikdə köşkdən ayrılıb getmələri müəyyən edildi. İkinci 01 ədəd “VİD-20230831-WA0025” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə hadisə yerini göstərib tanımadığı şəxslər tərəfindən aralarında mübahisə baş verdiyini və mübahisə zamanı həmin şəxslərin onu vuraraq xəsarət yetirdiyi üçün huşunu itirdiyi üçün hadisəni xatırlamadığını bildirməsi, hadisə yerində 03 butulka yarımçıq vəziyyətdə pivə butulkasının, eyni zamanda hadisə yerində oturacağın və betonun üzərində qan izlərinin olması, həmçinin Zərərçəkmiş şəxs sifətində, sol göz alın və dodaq nahiyələrində xəsarətlər olması müşahidə edildi. Üçüncü 01 ədəd “VİD-20230831-WA0026” adlı fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 02:25:50-də hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qaça-qaça məhəllə ilə hərəkətdə olması, onların arxasınca isə Təqsirləndirilən şəxs1 da gələrək onlara çatması, həmin vaxt Təqsirləndirilən şəxs4 əlində pivə butulkası olması və birlikdə hərəkət edib çıxıb getmələri müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 xx.xx.2023-ci il tarixdə köşkdən Zərərçəkmiş şəxs pivə aldıqdan sonra birlikdə binanın qarşısında olan besetkaya getdiklərini və orada aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirsələr də, sonuncuya məxsus mobil telefonu və boyunbağını götürmədiklərini bildirmişdir. Cinayət işinin İİ cildinin 77-78-ci vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85, 91 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş-Təqsirləndirilən şəxs2 və müdafiəçisi X8 iştirakı ilə oğlunun iştirakı ilə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə baş vermiş dava-dalaş hadisəsi ilə bağlı görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “VİD-20230831-WA0024” adlı, 01 ədəd “VİD- 20230831-WA0026” adlı video fayl aşkar olundu. Həmin “VİD-20230831-WA0024” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının yaxınlığında yerləşən köşkün kamera görüntüsü vardır. Həmin görüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs köşkün qarşısında satış üçün nəzərdə tutulmuş yerdə dayanaraq sifariş verməsi, onun sağ tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs3, onların arxasında isə ardıcıl formada dayanmış şəxslərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olması görünür. Görüntünün davamında Zərərçəkmiş şəxs köşkdən özü və Rüstəm, Nihat, Mehdi və Nicatın hər biri üçün 01 şüşə pivə alması və aldığı pivələrin pulunu verdikdən sonra birlikdə köşkdən ayrılıb getmələri müəyyən edildi. İkinci 01 ədəd “VİD-20230831-WA0025” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə hadisə yerini göstərib tanımadığı şəxslər tərəfindən aralarında mübahisə baş verdiyini və mübahisə zamanı həmin şəxslərin onu vuraraq xəsarət yetirdiyi üçün huşunu itirdiyi üçün hadisəni xatırlamadığını bildirməsi, hadisə yerində 03 butulka yarımçıq vəziyyətdə pivə butulkasının, eyni zamanda hadisə yerində oturacağın və betonun üzərində qan izlərinin olması, həmçinin Zərərçəkmiş şəxs sifətində, sol göz alm və dodaq nahiyəsində nahiyələrində xəsarətlər olması müşahidə edildi. Üçüncü 01 ədəd “VİD-20230831- WA0026” adlı fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 02:25:50-də hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qaça-qaça məhəllə ilə hərəkətdə olması, onların arxasınca isə Təqsirləndirilən şəxs1 da gələrək onlara çatması, həmin vaxt Təqsirləndirilən şəxs4 əlində pivə butulkası olması və birlikdə hərəkət edib çıxıb getmələri müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdə köşkdən Zərərçəkmiş şəxs pivə aldıqdan sonra birlikdə binanın qarşısında olan besetkaya getdiklərini və orada aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirsələr də, sonuncuya məxsus mobil telefonu və boyunbağını götürmədiklərini bildirmişdir. Cinayət işinin İİ cildinin 79-80-ci vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatımda istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85, 91 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş- xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7şayan Təqsirləndirilən şəxs4 və müdafiəçisi X6 iştirakı ilə oğlunun iştirakı ilə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə baş vermiş dava-dalaş hadisəsi ilə bağlı görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “VİD- 20230831-WA0024” adlı, 01 ədəd “VİD-20230831-WA0026” adlı video fayl aşkar olundu. Həmin “VİD-20230831-WA0024” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının yaxınlığında yerləşən köşkün kamera görüntüsü vardır. Həmin görüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs köşkün qarşısında satış üçün nəzərdə tutulmuş yerdə dayanaraq sifariş verməsi, onun sağ tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs3, onların arxasında isə ardıcıl formada dayanmış şəxslərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olması görünür. Görüntünün davamında Zərərçəkmiş şəxs köşkdən özü və Rüstəm, Nihat, Mehdi və Nicatın hər biri üçün 01 şüşə pivə alması və aldığı pivələrin pulunu verdikdən sonra birlikdə köşkdən ayrılıb getmələri müəyyən edildi. İkinci 01 ədəd “VİD-20230831-WA0025” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə hadisə yerini göstərib tanımadığı şəxslər tərəfindən aralarında mübahisə baş verdiyini və mübahisə zamanı həmin şəxslərin onu vuraraq xəsarət yetirdiyi üçün huşunu itirdiyi üçün hadisəni xatırlamadığını bildirməsi, hadisə yerində 03 butulka yarımçıq vəziyyətdə pivə butulkasının, eyni zamanda hadisə yerində oturacağın və betonun üzərində qan izlərinin olması, həmçinin Zərərçəkmiş şəxs sifətində, sol göz alın və dodaq nahiyəsində nahiyələrində xəsarətlər olması müşahidə edildi. Üçüncü 01 ədəd “VİD-20230831-WA0026” adlı fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 02:25:50-də hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qaça-qaça məhəllə ilə hərəkətdə olması, onların arxasınca isə Təqsirləndirilən şəxs1 da gələrək onlara çatması, həmin vaxt Təqsirləndirilən şəxs4 əlində pivə butulkası olması və birlikdə hərəkət edib çıxıb getmələri müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs4 xx.xx.2023-ci il tarixdə köşkdən Zərərçəkmiş şəxs pivə aldıqdan sonra birlikdə binanın qarşısında olan besetkaya getdiklərini və orada aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirsələr də, sonuncuya məxsus mobil telefonu və boyunbağını götürmədiklərini bildirmişdir. Cinayət işinin İİ cildinin 81-82-ci vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatımda istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85, 91 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş-Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə oğlunun iştirakı ilə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə baş vermiş dava-dalaş hadisəsi ilə bağlı görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “VİD-20230831-WA0024” adlı, 01 ədəd “VİD-20230831-WA0026” adlı video fayl aşkar olundu. Həmin “VİD-20230831-WA0024” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının yaxınlığında yerləşəfı köşkün kamera görüntüsü vardır. Həmin görüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs köşkün qarşısında satış üçün nəzərdə tutulmuş yerdə dayanaraq sifariş verməsi, onun sağ tərəfində dayanmış şəxsin Təqsirləndirilən şəxs3, onların arxasında isə ardıcıl formada dayanmış şəxslərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olması görünür. Kənan Osman oğlunu köşkdən özü və Rüstəm, Nihat, Mehdi və Nicatın hər biri üçün 01 şüşə pivə alması və aldığı pivələrin pulunu verdikdən sonra birlikdə köşkdən ayrılıb getmələri müəyyən edildi. İkinci 01 ədəd “VİD-20230831-WA0025” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 51 ünvanının qarşısında istirahət üçün nəzərdə tutulmuş (besetkada) yerdə hadisə yerini göstərib tanımadığı şəxslər tərəfindən aralarında mübahisə baş verdiyini və mübahisə zamanı həmin şəxslərin onu vuraraq xəsarət yetirdiyi üçün huşunu itirdiyi üçün hadisəni xatırlamadığını bildirməsi, hadisə yerində 03 butulka yarımçıq vəziyyətdə pivə butulkasının, eyni zamanda hadisə yerində oturacağın və betonun üzərində qan izlərinin olması, həmçinin Zərərçəkmiş şəxs sifətində, sol göz alın və dodaq nahiyəsində nahiyələrində xəsarətlər olması müşahidə edildi. Üçüncü 01 ədəd “VİD-20230831- WA0026” adlı fayl açıldıqda ekranda xx.xx.2023-cü il tarixdə saat 02:25:50-də hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qaça-qaça məhəllə ilə hərəkətdə olması, onların arxasınca isə Təqsirləndirilən şəxs1 da gələrək onlara çatması, həmin vaxt Təqsirləndirilən şəxs4 əlində pivə butulkası olması və birlikdə hərəkət edib çıxıb getmələri müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə köşkdən Zərərçəkmiş şəxs pivə aldıqdan sonra birlikdə binanın qarşısında olan besetkaya getdiklərini və orada aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirsələr də, sonuncuya məxsus mobil telefonu və boyunbağını götürmədiklərini bildirmişdir. Cinayət işinin İİ cildinin 100-120-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilən zaman görüntülər köçürülmüş 01 ədə DVD formatlı diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs1, X13, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışmışdır, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam şəkildə onlar tərəfindən ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Mayıs oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Mayıs oğlunun əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mayıs oğlunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Mayıs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını, həmçinin 44 günlük X5 iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Mayıs oğlunun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını, həmçinin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Mayıs oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 Mayıs oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs4 Mayıs oğlu cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs4 Mayıs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 Mayıs oğlunun üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Mayıs oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Mayıs oğlunun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mayıs oğluna göstərilmiş hüquqi xidmətə görə müvafiq olaraq “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 50 (əlli) iş saatına görə 900 (doqquz yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Mayıs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 Mayıs oğlunun üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 Mayıs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Mayıs oğlunun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 Mayıs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yü əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Mayıs oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mayıs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrıayrılıqda 50 (əlli) iş saatına görə cəmi 900 (doqquz yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar