Məhkəmə qərarları › İş №1(005)-128/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-128/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-128/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə, Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyada olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə saat təxminən 07 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus «Palma» adlı kafenin çöl hissəsində quraşdırılmış «Efiniti» markalı kondisionerin mühərrikini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə saat təxminən 07:15 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus «Şirin su» şirkətinə məxsus binanın çöl hissəsində quraşdırılmış kondisionerin mühərrikini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 aprel 2022-ci il tarixdə, saat 12:15 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə giriş qapısında olan qıfılı qırmaqla qanunsuz daxil olub, otaqdan bir ədəd 1000 manat dəyərində “Samsung” markalı televizoru və 100 manat dəyərində gümüşdən olan boyunbağını və üzük dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 aprel 2022-ci il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mənzilə giriş qapısında olan qıfılı sındırmaqla qanunsuz daxil olub, oradan 01 ədəd 1300 manat dəyərində «Samsung» markalı plazma televizoru, 01 ədəd 1500 manat dəyərində «HP» markalı noutbuk kompyuteri, 01 ədəd 220 manat dəyərində “Asus” markalı, U57A model İntel Corc İ5 xüsusiyyətli noutbuku və 01 ədəd 200 manat dəyərində “Lenovo” markalı, V560 model noutbuku və 375 manat nəğd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3595 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayının ortalarında ona pul lazım olduğu üçün haradansa oğurluq etmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq həmin işi asan görə bilmək üçün bir ədəd avtomobil kirayələmək istəmiş, lakin həm avtomobil idarə edəcəyi və həm də eyni anda da oğurluq edəcəyi üçün bu işi bir arada görə bilməyəcəyi üçün kömək məqsədi ilə bir məhəllədə yaşayan Rahidə müraciət etmiş, lakin sonuncuya ilkin olaraq oğurluq edəcəyini bildirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Rahidlə əlaqə saxlayıb, ona sürücülük vəsiqəsi olduğundan icarəyə avtomobil götürməyi və birlikdə avtomobil ilə şəhər ətrafında gəzməyi təklif etmişdir. Rahid də etiraz etməmiş və həmin gün 19 radələrində Binə qəsəbəsində görüşüb, birlikdə «Nəriman Nərimanov» heykəli yaxınlığında avtomobil icarə yerinə gələrək, oradan Rahidin adına «Kia Cerato» markalı avtomobili 3 günlüyünə icarəyə götürmüş və 180 manat icarə haqqını ödəmişdir. Bundan sonra həmin gün həmin avtomobil ilə ikisi şəhər ərazisində sürüb gəzmiş, birlikdə vaxt keçirmişlər, icarə müddətində isə avtomobili Rahid idarə etmiş, o, isə adətən şəhər ərazisində Rahidə avtomobili haralara sürməsini deyib, istiqamətləndirmiş və özü hər hansı bir oğurluq edə bilmək üçün yerləri özlüyündə göz gəzdirib axtarmışdır. Belə ki, 19 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində Rahidlə yenidən məhəllədə görüşmüş və icarəyə götürdüyü avtomobil ilə yenidən şəhər gəzməyə getməyi təklif etmişdir. Bundan sonra, birlikdə şəhərin mərkəz hissəsinə gələrək avtomobil ilə gəzməkdə davam etmiş, artıq 20 mart 2022-ci il tarixdə saat təxminən 07 radələrində hava alqarınlıq vaxtı o, Rahidə avtomobili ünvan 4 ünvanın qarşısına sürdürmüş və orada bir obyektin qarşısında olan kondisioneri çıxarmaq niyyətində olmuşdur. Həmin yerə çatdıqdan sonra Rahidə onu gözləməsini bildirmiş və özü avtomobildən düşüb avtomobildə olan kəlbətini götürüb, həmin yerin yaxınlığında yerləşən kafenin giriş hissəsində pilləkənlərin yanında yerləşdirilmiş 1 ədəd kondisonerin çöl hissədən olan mühərriki söküb avtomobilə gətirib qoymuşdur. Daha sonra Rahidə avtomobili sürməsini bildirmiş və onu oradan istiqamətləndirərək Nərimanov rayonu Xan Şuşinski küçəsi 21 saylı üvnaııda yerləşən binanın yanına gətirmişdir. Daha sonra həmin binanın pilləkənin alt tərəfində olan kondisioner mühərrikini çıxarmaq üçün avtomobildən düşmüş və həmin kondisionerin mühərrikini çıxarıb avtomobilin yanına gətirmiş və mühərriki avtomobilin arxa yük hissəsinə yerləşdirmişdir. Həmin vaxt Rahid ondan nə etdiyini soruşduqda ona konkret olaraq bir söz deməmiş, lakin qorxmaması üçün narahat olmamasını, bütün məsuliyyətin ona aid olduğunu demişdir. Bundan sonra Rahidə avtomobili Suraxanı rayonu ərazisində olan qəbirstanlığa sürməsini bildirmiş və orada həmin 2 ədəd mühərrikləri Rahidin də köməkliyi ilə daş hasarın kənarına qoyaraq, oradan şəhərə qayıdıb avtomobili icarə götürdüyü yerə təhvil verib ayrılmışdır. Daha sonra isə Rahidlə əlaqə saxlamamış və oğurladığı həmin 2 ədəd kondisioner mühərriklərini bir neçə gün sonra metal qəbulu kimi sataraq həmin pulu öz ehtiyaclarını xərcləmişdir. Bundan başqa göstərmişdir ki, pula ehtiyacı olduğundan 2022-ci ilin aprel ayının əvvələri dəqiq xatırlamadığı tarixdə ünvan 5 ünvanda yerləşən iki mərtəbəli evdə yerləşən iki mənzildən oğurluq hadisələri törətmişdir. Belə ki, həmin ərəfədə şəhərdə yerləşən yerini dəqiq xatırlamadığı «Rent-a-car»dan götürdüyü «Hyundai Elantra» markalı, nömrəsini dəqiq xatırlamadığı avtomobillə həmin ünvanın yaxınlığından keçən zaman həmin evdə söküntü işlərinin aparıldığını və mənzil sahiblərinin evdə olmadıqlarını görmüşdür. Həmin evdə yerləşən mənzillərdən oğurluq etmənin əlverişli olduğunu düşündüyü üçün idarə etdiyi maşını evin yaxınlığında saxlayıb tək piyada həmin evə yaxınlaşmışdır. Ətrafda kimsənin olmadığını görüb əvvəl həmin evin aşağı mərtəbəsində yerləşən mənzilə yaxınlaşmış, mənzil sahibinin evdə olmadığını və qapının qıfılının bağlı olduğunu görüb, əvvəl mənzilin giriş qapısının qıfılını özü ilə götürdüyü dəmir parçası ilə sındırıb həmin mənzilə daxil olaraq həmin mənzildən lədəd plazma «Samsung» markalı televizor, 1 ədəd gümüş üzüyü və 1 ədəd boyunbağını oğurlamışdır. Oğurladığı 1 ədəd televizoru kənara qoyub sonra evin 2-ci mərtəbəsinə qalxmış, 2-ci mərtəbədə yerləşən mənzilin giriş qapısının taxtadan olduğunu və qapının qıfılının zəif olduğunu görüb təpiklə qapıya zərbə vurmuş və qapının qıfılı zərbədən qırılmışdır. Qapı açıldıqdan sonra həmin mənzilə daxil olub otaqlarda olan 1 ədəd «Samsunq» markalı televizoru, 1 ədəd «Lenovo» markalı, 1 ədəd «Asus» markalı və 1 ədəd «HP» markalı notbuk kompyuterləri və təxminən 400 manat məbləğində pulu oğurlayıb həmin mənzildən çıxmışdır. Bundan sonra aşağı mərtəbədən və 2-ci mərtəbədən oğurladığı əyşaları ardıcıl daşıyıb yaxınlıqda saxladığı maşına yığmış və sonra maşını idarə edib həmin yerdən aralaşmışdır. Qeyd olunan ünvanda aşağı mərtəbədə yerləşən mənzildən oğurladığı 1 ədəd «Samsunq» markalı televizorun satışı barədə sosial şəbəkədə elan yerləşdirmiş, tanımadığı şəxs həmin gün axşam saatlarında zəng vuraraq onunla Nərimanov parkında görüşüb razılaşaraq 90 manata satmış və həmin pulu şəxsi tələbatları üçün xəcləmişdir. Televizoru satdığı şəxsə özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını bildirmiş, oğurluq olması barədə deməmişdir. Həmin şəxsdə ona inanıb televizoru almış, televizoru aldığı şəxsi tanımır, adı və soyadını, harada yaşadığını bilmir, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Aşağı mərtəbədəki mənzildən oğurladığı gümüş metaldan olan boyunbağı və üzüyü isə dəyərsiz hesab etdiyimdən həmin parkda yerə tullamış, tulladığı yeri xatırlamır və bu səbəbdən yerini göstərə bilmir. Evin 2-ci mərtəbəsində yerləşən mənzildən oğurladığı pulları özü üçün xəcləmiş, həmin mənzildən oğurladığı 1 ədəd «Samsunq» markalı televizoru eyni qaydada satışı barədə sosial şəbəkədə elanı yerləşdirdir. Tanımadığı şəxs həmin gün axşam saatlarında zəng vuraraq onunla Neftçilər metrostansiyasının yaxınlığında görüşüb razılaşaraq 130 manata salmış və həmin pulu şəxsi tələbatları üçün xəcləmişdir. Televizoru satdığı şəxsə özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını bildirmiş, oğurluq olması barədə deməmişdir. Həmin şəxsdə ona inanıb almış, həmin şəxsi tanımır, adı və soyadını, harada yaşadığını bilmir, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Evin 2-ci mərtəbəsində oğurladığı 1 ədəd «Lenovo» və 1 ədəd «Asus» markalı noutbuk kompyuterlərini tanışı Orxan adlı şəxslə birlikdə ünvan 6 ünvanda yerləşən "Ağa" adlanan kompyuterlərin təmiri servisində satmışdır. Həmin mağazanın satıcısı ilə özüm telefon vasitəsi ilə danışaraq 2 ədəd kompyuterlərin özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Mağazanın satıcısı ona demişdir ki, şəxsiyyət vəsiqəsinin sürətini təqdim edib üzərində satılan əşyaların oğurluq olmaması və hansı qiymətə satılması barədə yazıb qeydiyyat aparıldıqdan sonra həmin kompyuterləri ondan ala bilər. O da sonuncunun təklif ilə razı olub özünə məxsus sənədin surətini istifadəsində olan hazırda xatırlamadığı nömrəyə aid “vatsap" sosial şəbəkə vasitəsi ilə mağazanı işlədən şəxsin nömrəsinə göndərmişdir. Həmin gün tanışı Orxan onun yanında olmuş və icarə götürdüyü maşınla həmin mağazanın qarşısına getmişdir. Məqsədi kompyuterləri salıb əvəzində aldığı pulla icarəyə götürdüyü maşının icarə pulunu verdikdən sonra qalanını tanışı Orxana əvvəlcədən ona borcu olduğu pulun özünə qaytarmaq olmuş və Orxana bu barədə demişdir. Həmin vaxt Orxana kompyuterlərin oğurluq olması barədə deməmiş, ona yalandan demiş ki, guya kompyuterlər qardaşına məxsusdur və ona borclu olduğu pulu qaytarmaq üçün satır. Maşınla mağazanın yerləşdiyi yerə gəldikdə maşını saxlamaq üçün münasib yer tapmadığı üçün tanışı Orxandan xahiş etmişdir ki, 2 ədəd kompyuterləri mağazada satıcıya verib əvəzində pulu alsın. Orxan onun sözünə imtina etməyib qeyd etdiyi kompyuterləri maşından götürüb həmin mağazaya getmişdir. Bir az keçmiş Orxan maşına əyləşib bildirmişdir ki, satıcı kopyuterləri 250 manat qiymətə dəyərləndirib və ona həmin məbləğdə pulu vermişdir. O, Orxana Neftçilər metrostansiyasnın yaxınlığında gözləməsini, icarə götürdüyü maşının icarə pulunu verib həmin yerə gələcəyini demiş, Orxan onunla razılaşıb maşından düşüb görüşəcəkləri yerə getmişdir. O, maşını icarəyə götürdüyü yerə gəlib maşının icarə pulunu və əlavə bir neçə gün sürmək üçün veriləcək icarə pulları verdikdə kompyuterlərin satışından aldığı pulu həmin yerə vermiş, buna görə Orxana borclu olduğu pulu vermək üçün üstündə pul qalmamışdır. Bundan sonra Orxanla Neftçilər metrostasiyasının yaxınlığında görüşüb orada yerləşən adını xatırlamadığı kafedə oturmuş, Orxana bildirmişdir ki, kompyuterlərin satışına görə aldığı pulları maşının icarə puluna vermiş və ona borclu olduğu 180 manat pulu qaytarmaq üçün üstündə pul qalmamışdır. Orxana narahat olmamasını, yaxın günlərdə ona borclu olduğu pulu qaytaracağını bildirmiş və sonra Orxandan ayrılıb şəxsi işləri ilə bağlı getmişdir. Həmin vaxtdan Orxanla heç bir əlaqəsi olmamış, qeyd olunan kompyuterləri satarkən tanışı Orxana və ya satdığı mağazada işləyən şəxsə oğurluq olması barədə bildirməmiş, onlara qardaşına məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını yalandan deyərək inandırmış, evin 2-ci mərtəbəsində yerləşən mənzildən oğurladığı 1 ədəd «HP» markalı kompyuteri isə Ağdaş rayonunda tanışı Şahid3 tanışı Natiq adlı şəxsə satmış, belə ki, həmin ərəfədə Ağdaş rayonuna gedərək tanışı Elmanın evində 1 gün qonaq qalmış və oğurladığı qeyd olunan kompyuteri satmaq üçün özü ilə aparmışdır. Elmana demişdir ki, 1 ədəd «HP» markalı notbuk kompyuteri qardaşına məxsusdur və pula ehtiyacı olduğundan satmalıdır. Elman onun sözlərinə inanıb həmin kompyuteri Ağdaş şəhərində telefon aparatlarının alverini edən Natiq adlı şəxsə satmasında ona köməklik etmiş, həmin kompyuteri Natiq adlı şəxsə sataraq ondan 150 manat pul almış və həmin gün Ağdaş şəhərindən getmişdir. Qeyd olunan kompyuteri satarkən tanışı Elmana və ya satdığı Natiq adlı şəxsə əşyanın oğurluq olması barədə bildirməmiş, kompyuterin özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığımı yalandan deyərək inandırmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 aprel 2022-ci il tarixdə saat 11:15-də anası ilə şəxsi işləri ilə əlaqədar yaşadığı evdən çıxıb şəhərə getmişlər. Həmin vaxt evdə kimsə qalmamış, atası və bacısı tezdən onlardan əvvəl evdən çıxıb işə getmişlər. O, anası ilə evdən çıxarkən evin pəncərələrini və giriş qapısını bağlamış, həmin gün şəhərdə olarkən saat təxminən 14 radələrində atası ona zəng vurub bildirmişdir ki, o, işdən evə gəldikdə evin giriş qapısının qıfılının naməlum kimsə tərəfindən sındırıldığını, evin içərisində otaqlarda olan əşyaların dağıdıldığını bildirmişdir. Bundan sonra anası ilə dərhal yaşadığı evə gəlmiş və atasının dediyi vəziyyəti gördükdə məlum olmuşdur ki, evin giriş qapısının qıfılını naməlum kimsə oğurluq etmək məqsədilə sındırmış və evin içərisinə qanunsuz daxil olub otaqlarda əşyaları dağıdaraq oğurluq etmişdir. Buna görə evdə olan əşyaların yerində olubolmamasına baxdıqda məlum olmuşdur ki, evə daxil olmuş naməlum şəxs evin içərisindən otaqlarda olan ona məxsus 01 ədəd 1300 manat dəyərində «Samsung» markalı plazma televizoru, 01 ədəd 1500 manat dəyərində «HP» markalı noutbuk kompyuteri, 01 ədəd 1000 manat dəyərində «Asus» markalı noutbuk kompyuteri, 01 ədəd 500 manat dəyərində «Lenovo» markalı noutbuk kompyuteri və 375 manat nəğd pulu, yəni ümumilikdə 4675 manat dəyərində əmlakı oğurlamışdır. Oğurluq hadisəsinin baş verməsinə tam əmin olduqdan sonra atasının istifadəsində olan telefonla DİN-nın 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və bir az keçmiş yaşadığı evə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gedərək baş vermiş hadisə barədə rəsmi ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4675 manat maddi zərər vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən binanın zirzəmisində «Palma» adlı kafesi vardır. Həmin kafe təxminən 7-8 aydır ki, təmir etdiyi üçün işləməmiş və hazırda da fəaliyyət göstərmir. Belə ki, kafeni təxminən son bir neçə ay ərzində yeni təmir etdirmiş və kafenin soyudulması və isidilməsi üçün bir ədəd «Efiniti» markalı kondisioneri 600 manata alaraq kafeyə yerləşdirmişdir. Həmin kondisionerin mühərriki kafeyə giriş pilləkənin üst hissəsində çöldə quraşdırılmış, hazırda kafe fəaliyyət göstərmədiyindən kafeyə təxminən həftədə bir dəfə özü gedib baş çəkir. 23 mart 2022-ci il tarixdə saat təxminən 12 radələrində o, kafeyə baş çəkmək üçün getdiyi zaman kafenin pilləkəninin üzərinə yerləşdirilmiş kondisionerin mühərrikinin yerində olmadığını və yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. Həmin vaxt nəzər yetirdikdə kafenin qapısının bağlı olduğunu, kafenin giriş qapısına hər hansı bir müdaxilə edilmədiyini, yalnız çöl tərəfdə divara bərkidilmiş kondisionerin mühərrikinin açılıb çıxarılaraq oğurlandığını başa düşmüşdür. Bundan sonra kondisionerin oğurlandığını anladığı üçün bununla bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və daha sonra bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 600 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Cinayət işinin İ cildinin 75-76-cı vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 09 aprel 2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin qapısını qıfılla bağlayıb getmiş və təxminən yarım saat sonra yenidən evinə qayıtdıqda görmüşdür ki, qapı üzərində olan qıfıl qırılmış və qapı açıq vəziyyətdədir. O evə daxil olmuş və görmüşdür ki, otaqda olan bir ədəd plazma Samsunq markalı televizor, 1 ədəd gümüşdən olan nazik boyunbağı və 1 ədəd gümüşdən olan üzük oğurlanmışdır. O, bundan sonra ərizə yazmaq üçün 18-ci PŞ-nə getmiş və ərizə ilə müraciət etmiş, sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1100 manat ziyan dəymişdir. Cinayət işinin İ cildinin 174-175-ci vərəqələrində olan Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 8 ünvanda yerləşən «Şirin Su» şirkətinə məxsus istehsalat binasında çalışır və həmin binada özünə məxsus otaq üçün nəzərdə tutulmuş bir ədəd kondisioner quraşdırmışdır. Belə ki, həmin kondisionerin hazırda markasını xatırlamır, lakin dəyəri 450 manatdır. Kondisionerdən hazırda yay ayları olmadığından istifadə etmir və kondisionerin mühərriki binanın pilləkəninin alt tərəfində bir qədər gözə dəyməyən yerdə olduğundan, tez-tez nəzərə çarpmır. 04 aprel 2022-ci il tarixdə saat təxminən 09 radələrində işə gəldiyi zaman təsadüfən gözü pilləkənin alt tərəfinə sataşmış və həmin vaxt kondisionerin mühərrikinin yerində olmadığını görmüşdür. Nəzər yetirdikdə, kondisionerin həmin çöl tərəfdə olan mühərrikin yerindən çıxarılaraq oğurlanmuş olduğunu aşkar etmiş, buna görədə, həmin gün bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, kondisionerin kim tərəfindən və nə zaman oğurlandığını dəqiq bilmir, oğurluqla bağlı konkret olaraq şübhə etdiyi hər hansı şəxs yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 450 manat məbləğində maddi ziyan dəymişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, Şahid2 məhkəməyə teleqramla müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 6-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanıdır. Həmin mənzil 2-ci mərtəbədə yerləşir. Mənzildən 375 manat pul, Samsung markalı televizor və 3 ədəd noutbuk oğurlanmışdır. Cinayət işinin İ cildinin 64-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 18, mənzil 24 ünvanıdır. Mənzildən “Samsung” markalı televizor və gümüşlər oğurlanmışdır. Cinayət işinin İ cildinin 141-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Baş vermiş hadisə yeri Zərərçəkmiş şəxs3 bildirdiyinə görə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmisinin sol tərəfidir. Hadisə yeri pilləkənlərin sağ tərəfidir. Cinayət işinin İ cildinin 148-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisə yeri vətəndaş Zərərçəkmiş şəxs4 bildirdiyinə görə ünvan 11 ünvanda yerləşən binanın pilləkənində yerləşən dəmir pəncərənin qarşısıdır. Hadisə yeri küçənin sağ tərəfidir. Cinayət işinin İ cildinin 228-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 9/2207 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Efiniti” markalı kondisionerin mühərrik hissəsinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 200,00 manat müəyyən olunur. Cinayət işinin İ cildinin 234-235-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 29,178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanun tətbiq edilərək cəzadan azad edilmişdir. Cinayət işinin İ cildinin 247-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 248-ci vərəqində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli, 4(007)-232/2022 saylı qərarının çıxarışından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-in 177.2.3 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbirinin seçilməsi, həbsin əvvəlinin 28 aprel 2022-ci il saat 22:20-dən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 20-ci vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 70-ci vərəqində olan “Təqdim edilmiş videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 78-də fəaliyyət göstərən «Aga servis» kompyuterlərin alışı və satışı servisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış 2 ədəd videogörüntü prosessi fiksə edilmişdir. DVD diskində olan 1-ci videogörüntü 17:13:53 dəqiqədən başlayaraq qeydə alınmışdır və videogörüntü 01:27 dəqiqəni əhatə edir. Videogörüntüyə baxış zamanı müəyyən olundu ki, kompyuterlərin alışı-satışı servisinə bir nəfər əynində göy rəngli cins şalvar, ağ köynək, göy rəngli gödəkçə və başında kepka olan şəxs daxil olur, servisdə işləyən şəxslə danışıq aparır, eyni zamanda servisdə olan notbuklara baxır. Daha sonra qeyd edilən əlamətli şəxs servisin giriş qapısına tərəf gedərək oranı tərk edir. DVD diskində olan 2-ci videogörüntü 17:13:53 dəqiqədən başlayaraq qeydə alınmışdır və videogörüntü 01:39 dəqiqəni əhatə edir. Videogörüntüyə baxış zamanı müəyyən olundu ki, kompyuterlərin alışı-satışı servisində olan bir nəfər əynində göy rəngli cins şalvar, ağ köynək, göy rəngli gödəkçə və başında kepka olan şəxs servisdə işləyən şəxslərə iki ədəd kompyuteri təqdim etdiyi üçün həmin servisdə işləyən şəxslər kompyuterlərə baxış keçirir və əlində tutduğu dəftərdə qeydiyyat aparır. Həmin vaxtı əynində göy rəngli cins şalvar, ağ köynək, göy rəngli gödəkçə və başında kepka olan şəxs əlində tutduğu mobil telefonla kimiləsə danışır və servisdə işləyən şəxslərlə danışığını davam etdirir. DVD diskinə baxışda iştirak edən Şahid1 bildirmişdir ki, videogörüntülərdə əksi təsvir olunan əynində göy rəngli cins şalvar, ağ köynək, göy rəngli gödəkçə və başında kepka olan şəxs özüdür və tanışı Təqsirləndirilən şəxs ona olan borcunun ödənilməsi üçün sonuncuya məxsus iki ədəd kompyuteri həmin servisə gətirmiş və servisdə satışını təşkil etmişdir, daha sonra əldə ediləcək puldan Təqsirləndirilən şəxs ona olan borcunu ödəmişdir. Kompyuterləri həmin servisdə işləyən şəxslərə satılması üçün təklif etdikdə isə əlində tutduğu mobil telefonla Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradır və servis işçilərinin kompyuterlərə görə təklif etdiyi məbləğ barədə sonuncuya məlumat verir. Cinayət işinin İİ cildinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 9/8504 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş notbukların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 420 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd “Asus” markalı, U57A model İntel Core İ5 xüsusiyyətli noutbuk - 220 manat, - 01 ədəd “Lenovo” markalı, V560 model noutbuk 200 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 90-97-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-270/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 103-119-cu vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Asus” markalı, U57A model İntel Core İ5 xüsusiyyətli noutbuk, 01 ədəd “Lenovo” markalı, V560 model noutbuk və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 78-də fəaliyyət göstərən «Aga servis» kompyuterlərin alışı və satışı servisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskin maddi sübut kimi tanınması, 2 ədəd noutbukun saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 147-ci vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, o, özünə məxsus olan oğurlanmış noutbukları təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 20 mart 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-270/2022 saylı hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-270/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 78-də fəaliyyət göstərən «Aga servis» kompyuterlərin alışı və satışı servisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 01 ədəd “Asus” markalı, U57A model İntel Core İ5 xüsusiyyətli noutbuk, 01 ədəd “Lenovo” markalı, V560 model noutbuk qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 58 (əlli səkkiz) iş saatına görə 348 (üç yüz qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(007)-270/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 78-də fəaliyyət göstərən «Aga servis» kompyuterlərin alışı və satışı servisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd “Asus” markalı, U57A model İntel Core İ5 xüsusiyyətli noutbuk, 01 ədəd “Lenovo” markalı, V560 model noutbukun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 58 (əlli səkkiz) iş saatına görə 348 (üç yüz qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar