Məhkəmə qərarları › İş №1(005)-128/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-128/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-128/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdam rayonu, Güllücə İnzibati Ərazi Dairəsi, Tağıbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanan halhazırda Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, "xxxx" MTK tərəfindən sökülmüş 5 mərtəbəli binanın 1-ci mərtəbəsində sonuncuya məxsus olan qeyriyaşayış sahəsinin həmin ünvanda yeni tikilmiş binada Zərərçəkmiş şəxs geri verilməsi məsələsinin həll olunması üçün sonuncudan 01 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən yaşadığı evdə həmin dövrün valyuta məzənnəsi ilə 10 200 (on min iki yüz) manata bərabər, 6000 (altı min) ABŞ dollar pulu alaraq verdiyi vədlərə əməl etməyib, ona olan etibardan sui-istifadə edib, aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 10200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin payız aylarından tanıyırmış. Belə ki, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 5 mərtəbəli bina plana düşüb söküldüyü üçün o, həmin binanın söküntüsündə iştirak etmişdir. Həmin ildə Zərərçəkmiş şəxs qeyd olunan binadan köçmüş və bina sökülmüşdür. Həmin binanın 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs məxsus obyekt fəaliyyət göstərirmiş. Şirkət Fədayla müqavilə bağlamış və ona bildirilmişdi ki, köhnə binada ona məxsus olan mənzilin və obyektin əvəzinə ona yeni tikilən binadan mənzil və obyekt veriləcəkdir. Fəday da bununla razılaşmışdır. Təxminən 2 ilə bina tikilmişdir. Bundan sonra Fəday həmin binadan ona veriləcək olan mənzilin və obyektin harda yerləşdiyi ilə maraqlanmağa başlamışdır. Bu zaman həmin şirkətdən ona bildirilmişdir ki, yeni tikilən binadan ona veriləcək obyekt nəzərdə tutulmamışdır, lakin mənzil veriləcəkdir. Bir müddət sonra mənzili ona təhvil vermişdir. Lakin obyekti təhvil verilməmişdir. Bundan sonra Fəday köhnə binanı sökən şəxsi, yəni Həsəni axtarmağa başlamış və onu taparaq bu barədə onunla danışmışdır. Həsən Fədaya bildirmişdir ki, bu məsələnin həllində, yəni ona yeni tikiləcək binada obyekt verilməsi məsələsinin həll olunmasında ona kömək göstərə bilər. Fəday söhbət zamanı ona bildirmişdir ki, yeni tikilmiş həmin binada ona obyekt verilməsi məsələsinin həll olunması üçün pul da verməyə hazırdır. Fədayla 15.000 manata razılaşıblar. Bundan təxminən on gün sonra Fəday Həsənə yaşadığı həmin yeni tikilmiş binada yerləşən mənzilində 10.000 (on min) manat pul vermişdir. Onu da qeyd edib ki, Fəday Həsənə 10.000 (on min) manat pulu ABŞ dolları şəklində, yəni 6.000 (altı min) ABŞ dolları vermiş və ona verdiyi həmin dollar kupyurların nömrəsini özündə qeyd edib götürmüşdür. Həsən isə öz növbəsində Fədayın və yoldaşının yanında həmin 6.000 ABŞ dollarının kupyurlarının qeyd olunduğu vərəqə imza atmış ki, həmin pulları təhvil almışdır. X10 yeni tikilmiş binada obyekt verilməsi məsələsini həll edə bilməmişdir. Məsələ həll olunmadığı üçün Fəday ona dollar şəklində verdiyi 10.000 (on min) manat pulu geri tələb etməyə başlamışdır. Ona görə də, Fəday, onun pulunu qaytara bilmədiyi üçün Həsəndən şikayət etmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində 01 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 5 mərtəbəli binada 1-ci mərtəbədə yaşayırmış. Həmin mənzilin altında isə özünə məxsus aptekləri var idi. Həmin apteki həyat yoldaşı Şahid işlədirmiş. 2020-ci ildə onların yaşadıqları bina plana düşmüşdür. Həmin ilin avqust ayında onlar həmin binadan köçmüşdür. Bundan sonra Rahatlığın Məkanı-Gold adlı şirkət Fədayla müqavilə bağlamışdır. Və ona bildirmişdirlər ki, köhnə binada ona məxsus olan mənzilin və obyektin əvəzinə ona yeni tikilən binadan mənzil və obyekt veriləcəkdir. Fəday bununla razılaşmışdır. Təxminən 2 ilə bina tikilmişdir. Bundan sonra o, həmin binadan veriləcək olan mənzilin və obyektin harda yerləşdiyini maraqlanmağa başlamışdır. Bu zaman həmin şirkətdən ona bildiriblər ki, yeni tikilən binadan ona veriləcək obyekt nəzərdə tutulmamışdır. Lakin mənzil veriləcəkdir. Bir müddət sonra mənzili təhvil veriblər. Lakin obyekti təhvil verməyiblər. Bundan sonra o, köhnə binanı sökən şəxsi axtarmağa başlamışdır. Bundan sonra o, həmin köhnə binanı sökən şəxsləri axtarmışdır. Bu zamanla Həsən ilə danışmışdır. Həsən ona bildirmişdir ki, obyektin verilməsi məsələsinin həll edilməsində ona köməklik edəcəkdir. Bundan bir neçə gün sonra Həsən ona bildirmişdi ki, Hikmət və Mahir adlı şəxs ilə danışıb. Həsən ona deyib ki, onun qohumu var, rəhbər vəzifədə işləyir. Həmin şəxs işi həll edəcəkdir. Lakin bu işin həll olunması üçün hörmət etmək lazımdır. Həsən 10.000 dollar lazım olacağını bildirmişdir. Bundan sonra o, Həsənə bildirmişdir ki, hal-hazırda elə də imkanı yoxdur. Pulu düzəldən zaman ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Həsən onun yaşadığı binanın qarşısına gəlib və onunla görüşüb. Həsən ona bildirib ki, ona veriləcək yeri göstərməyə gelib. Bundan sonra onunla birlikdə gedib və Fədaya yeni tikilən binanın birinci mərtəbəsində arkonun sol tərəfinindəki yer göstərmiş və bildirmişdir ki, bu yer ona veriləcəkdir. Fəday həmin yerin verilməsinə razı olmuşdur. Bundan sonra o, Həsəni öz evinə dəvət etmişdir. 2022-ci ilin oktyabr ayında onun yaşadığı mənzildə Həsənə 6.000 ABŞ dollar pulu vermişdir. Bu zaman o, Həsənə bildirmişdir ki, ona 6.000 dollar məbləğində pulun verməyi barədə bir sənəd olsun. Bundan sonra o, Həsənə verdiyi 6.000 dolların hər birini bir bir seriya nömrələrini vərəqdə qeyd edərək Həsənə qol çəkdirmişdir. Qalan 4 000 dollar pulu isə obyekt təhvil veriləndən və müqavilə bağlanandan sonra verəcəyini bildirmişdir. Həsən bununla razılaşmışdır. Lakin bugünə kimi ona obyekt verilməmişdir. Həsəndən isə pulunu tələb edən zaman hər dəfəsində fərqli bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Həsən onun etirbarından sui istifadə edərək 6.000 dollar pulunu ələ keçirmişdir. Bundan sonra o, Həsəni axtarmağa başlamışdır. Həsənin ailəsini tapmışdır. Onların evlərinə getmişdir. Bütün qohumları ilə əlaqə saxlamışdır. Dəfələrlə onlara bildirmişdir ki, Həsən onun 6 000 dollar pulunu ələ keçirmişdir. Ona deyilsin ki, onun pulunu geri qaytarsın. Lakin bunların heç bir müsbət nəticəsi olmamışdır. Həsən onun telefonlarına cavab verməmişdir. Bundan sonra o, Daxili İşlər orqanlarına müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 5 mərtəbəli binada 1-ci mərtəbədə yaşayırmışlar. Həmin mənzilin altında isə özlərinə məxsus aptekləri var idi. Həmin apteki özü işlədirdi. 2020-ci ildə onların yaşadıqları bina plana düşmüşdür. Həmin ilin avqust ayında onlar həmin binadan köçüblər. Bundan sonra Rahatlığın Məkanı-Gold adlı şirkət onlarla müqavilə bağlamışdır. Onlara bildiriblər ki, köhnə binada onlara məxsus olan mənzilin və obyektin əvəzinə onlara yeni tikilən binadan mənzil və obyekt veriləcəkdir. Təxminən 2 ilə bina tikilmişdir. Bundan sonra onlar həmin binadan veriləcək olan mənzilin və obyektin harda yerləşməsi ilə maraqlanmağa başlamışdırlar. Bu zaman həmin şirkətdən onlara bildiriblər ki, yeni tikilən binadan onlara veriləcək obyekt nəzərdə tutulmamışdır, lakin mənzil veriləcəkdir. Bir müddət sonra mənzili təhvil veriblər. Lakin obyekti təhvil verməyiblər. Bundan sonra onlar köhnə binanı sökən şəxsi axtarmağa başlamışdır. Bu barədə Həsən ilə danışıblar. Həsən onlara bildirmişdi ki, Hikmət və Mahir adlı şəxs ilə danışıb. Onun qohumu var, rəhbər vəzifədə işləyir. Həmin şəxs işi həll edəcəkdir. Lakin bu işin həll olunması üçün hörmət etmək lazımdır. Həsən 10.000 dollar lazım olacağını bildirmişdir. Həsəni öz evlərinə dəvət ediblər. 2022-ci ilin oktyabr ayında onların yaşadıqları mənzildə Həsənə 6.000 ABŞ dollar pulu həyat yoldaşı Zərərçəkmiş şəxs onun yanında vermişdir. Bu zaman Bu barədə bir sənəd imzalatmışdır. Lakin bugünə kimi onlara obyekt verilməmişdir. Həsəndən isə pullarını tələb edən zaman hər dəfə fərqli bəhanələr gətirərək onların pulllarını geri qaytarmamışdır. Bundan sonra onlar başa düşüblər ki, Həsən onların etirbarından sui-istifadə edərək 6.000 dollar pullarını ələ keçirmişdir. Bundan sonra həyat yoldaşı X11 orqanlarına müraciət etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ərizə ilə müvafiq orqanlara müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlarının yazıldığı və pulların seriya nömrələrinin əks olunduğu 01 (bir) ədəd vərəq hər iki şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X3 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs təqdim etmiş olduğu ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 6.000 ABŞ dolları maddi ziyandan 1000 manatı ödənilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan 1000 manatını ödəməsi nəzərə alımışdır. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6 000 ABŞ dollar pulu verən zaman həmin pulların seriya nömrələri qeyd olunmuş və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlarını yazaraq imzalarının əks olunduğu 01 (bir) ədəd vərəq maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmdən görünür ki, Həsənov X2 Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətinə nəqliyyat vasitəsinin idarəetmək hüququndan məhrumedilməklə 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Məhkəmənin sorğusu əsasında Daxili İşlər Nazirliyinin X12 İdarəsindən elektron qaydada təqdim edilmiş Daxili İşlər Nazirliyinin Web Portal çıxarışından aydın olur ki, hökm üzrə Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sürücülük vəsiqəsindən istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Sürücülük vəsiqəsinin qaytarılma tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi məlumatlardan aydın olur ki, BA seriya nömrəli 063201 saylı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsi tərəfindən verilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünük ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinı dair 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-128/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanası tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərəfinən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, "xxxx" MTK tərəfindən sökülmüş 5 mərtəbəli binanın 1ci mərtəbəsində sonuncuya məxsus olan qeyri-yaşayış sahəsinin həmin ünvanda yeni tikilmiş binada Zərərçəkmiş şəxs geri verilməsi məsələsinin həll olunmasına vəd verərək ondan 6.000 (altı min) ABŞ dolları ələ keçirməsi ilə bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ittiham olunan məbləğdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və görmək niyyətində olmadığı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin, müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs münasibətdə vurmuş olduğu maddi ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, himayəsində 01 azyaşlı övladı olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, şübhəli şəxs qismində tutulduğu 2 gün (26-28 avqust 2023-cü il tarix), həmçinin həbsdə saxlanıldığı 31 may 2024-cü il tarixdən - 21 iyun 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6 000 ABŞ dollar pulu verən zaman həmin pulların seriya nömrələri qeyd olunmuş və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlarını yazaraq imzalarının əks olunduğu 01 (bir) ədəd vərəq cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün (26-28 oktyabr 2023-cü il tarix) və həbsdə saxlanıldığı 31 may 2024-cü il tarixdən – 21 iyun 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 10 (on) ay, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut hesab edilmiş - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6 000 ABŞ dollar pulu verən zaman həmin pulların seriya nömrələri qeyd olunmuş və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlarını yazaraq imzalarının əks olunduğu 01 (bir) ədəd vərəq cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar