Məhkəmə qərarları › İş №1(005)-129/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-129/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-129/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 (mülki cavabdeh) və onun müdafiəçisi “X18” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 (mülki cavabdeh) və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Nərimanov rayonu, M.Araz küçəsi, ev 52A-da qeydiyyatda olmaqla yaşayan və xx.xx.2022-ci il tarixli qərarla barəsidə “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 03 azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Nərimanov rayonu, M.Araz küçəsi, ev 52A-da qeydiyyatda olmaqla yaşayan və xx.xx.2022-ci il tarixli barəsində “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus televizorlar və mobil telefonları satıb pulunu verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda 1 ədədi 1130 ABŞ dolları ekvivalentində olan 1921 manat dəyərində olmaqla ümumilikdə 2260 ABŞ dolları ekvivalentində olan 3842 manat dəyərində 2 ədəd 64GB yaddaşlı, “iPhone X” markalı mobil telefonu, 1 ədədi 800 ABŞ dolları ekvivalentində olan 1360 manat dəyərində olmaqla ümumilikdə 1600 ABŞ dolları ekvivalentində olan 2720 manat dəyərində 2 ədəd 64GB yaddaşlı, “iPhone 8” markalı mobil telefonu, 1 ədədi 598 ABŞ dolları ekvivalentində olan 1016 manat 60 qəpik dəyərində olmaqla ümumilikdə 1196 ABŞ dolları ekvivalentində olan 2033 manat 20 qəpik dəyərində 2 ədəd “İPhone Mix” markalı mobil telefonu və 1 ədədi 750 ABŞ dolları ekvivalentində olan 1275 manat dəyərində olmaqla ümumilikdə 3750 ABŞ dolları ekvivalentində olan 6375 manat dəyərində 5 ədəd 55 düyümlü, “LG” markalı televizoru ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 8806 ABŞ dolları ekvivalentində olan 14970 manat 20 qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus televizorlar və oyun aparatlarını satıb pulunu verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda 1 ədədi 635 ABŞ dolları ekvivalentində olan 1079 manat 50 qəpik dəyərində olmaqla ümumilikdə 3810 ABŞ dolları ekvivalentində olan 6477 manat dəyərində 6 ədəd 43 düyümlü, “LG” markalı televizoru və 1 ədədi 452 ABŞ dolları ekvivalentində olan 768 manat 40 qəpik dəyərində olmaqla ümumilikdə 1356 ABŞ dolları ekvivalentində olan 2305 manat 20 qəpik dəyərində 3 ədəd “Sony” markalı “Playstation 4” oyun aparatını ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 5166 ABŞ dolları ekvivalentində olan 8782 manat 20 qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəllərindən Zərərçəkmiş şəxs ilə tanışdır. Onlar qonşu olmuşlar, o, Zərərçəkmiş şəxs adına məhsul gətirmək üçün adam tapırdı və hər tapdığı şəxs üçün isə Zərərçəkmiş şəxs ona 100 manat pul vermişdir. O, isə məhsulu adına gətirdikləri şəxsə 50 manat, gömrükdən məhsulları gətirən taksiyə 20 manat pul verirdi. Qalan 30 manat pulu isə özünə götürürdü. 2018-ci ildə Əliyeva X3 onun tapdığı şəxslərin adına müxtəlif markalı televizorlar gətizdirmişdir. O, da Zərərçəkmiş şəxs və həmin şəxslərlə birlikdə hava limanına getmişdir. Orada televizorları adına gələn şəxslər qəbul edib, hava limanından kənarda Zərərçəkmiş şəxs vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, göndərilən televizorların 3 ədədi sınıq çıxmışdır. Televizorların hava limanından çıxarıldıqdan sonra, onun tapdığı, məhsulları qəbul edən şəxslərin ehtiyatsızlığı tərəfindən sındıqlarını əsas gətirib, televizorların dəyərinin ümumilikdə 1500 ABŞ dolları olduğunu və həmin məbləğin onun ödəməli olduğunu bildirmişdir. Bundan başqa, məhsulları hava limanında qəbul edən şəxslərin adından Zərərçəkmiş şəxs məhsulları gömrükdən keçirmək üçün ümumilikdə 6608 manat dövlət rüsumu ödəmişdir. Həmin pulu da, Zərərçəkmiş şəxs ondan tələb etmişdir. Onun Zərərçəkmiş şəxs hazırda hər hansı bir məbləğdə borcu olmamasına baxmayaraq 3 ədəd televizor sınıq olduğundan həmin televizorların pulunu, həmçinin dövlət rüsumu ilə bağlı Zərərçəkmiş şəxs vermiş olduğu pulu ödəməyi öz üzərinə götürmüşdür. Buna görə də, o, Zərərçəkmiş şəxs 1500 ABŞ dolları və 6608 manat pulu tam olaraq ödəyəcəkdir. Həmçinin qeyd etmişdir ki, sonuncu dəfə Zərərçəkmiş şəxs 2018-ci ilin sentyabr ayında oğlu Təqsirləndirilən şəxs2 lazım olduğundan televizorlar və oyun aparatları götürmüşlər. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs2 həmin məhsulların pulunu tam olaraq ödəmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qeyd etdiyi məbləğləri ödəməyə hazırdır. Lakin, Zərərçəkmiş şəxs satmaq üçün mal götürmüşdür, həmin malların pulunu da ödəmişdir. Pakizə xanımdan televizor və telefon götürüb satmış və 1 ay ərzində götürdüyü malın pulunu ödəmişdir. Ödəmədiyi halda əlavə mal ona verilmirdi. Həmçinin lombarda qızıllarını qoyaraq pul götürmüş Zərərçəkmiş şəxs lombard pulunu da ödəmişdir. Oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mal alması barədə sonradan məlumatı olmuşdur. Pulu ödəmək niyyətindədir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin sentyabr ayında adını hazırda xatırlamadığı dostu oyun zalı açdığından dostuna televizorlar və oyun aparatları lazım olmuşdur. O, hesab etmişdir ki, həmin məhsulları Zərərçəkmiş şəxs götürüb dostuna baha qiymətə satar. Zərərçəkmiş şəxs onlara hazırda xatırlamadığı sayda 5000 manat dəyərində televizorlar və oyun aparatları vermişdir. Bundan sonra o, həmin televizorlar və oyun aparatlarını dostuna vermişdir. Qarşılığında isə dostu ona 3000 manat pul vermişdir. O isə həmin pulu Zərərçəkmiş şəxs vermişdir. Dostu ona bildirmişdir ki, qalan pulu isə qısa müddət ərzində verəcəkdir. Sonra isə elə olmuşdur ki, dostunun uşağı xəstə olduğundan uşağını Türkiyə Cümhuriyyətinə aparmışdır. Bundan sonra onun dostu ilə əlaqəsi kəsilmişdir. Qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs cəmi 2000 manat borcu qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşadığı üçün evə gətirdiyi məhsulları görmüş və ondan həmin məhsullardan satmaq üçün istəmişdir. O, təxminən 2017-ci ildən Təqsirləndirilən şəxs1 nisyə olaraq məhsul vermişdir. Təqsirləndirilən şəxs1 verdiyi məhsulları təxminən 1 ay ərzində satıb, pulunu ona vermişdir. O da, bundan sonra Təqsirləndirilən şəxs1 satması üçün yeni məhsul verirdi. Təqsirləndirilən şəxs1 götürdüyü məhsulların pulunu ödəməmiş o, yeni məhsul vermirdi. Lakin bu 1 ayı əhatə edirdi. Yəni 1 ay ərzində yeni əhsul vermirdi. 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 ondan 1 ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 1921 manat təşkil edən 1130 ABŞ dolları dəyərində 02 ədəd 64 GB yaddaşlı “iPhone X” markalı ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 3842 manat olan 2260 ABŞ dolları dəyərində mobil telefon, 1 ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 1360 manat təşkil edən 800 ABŞ dolları dəyərində 02 ədəd 64 GB yaddaşlı “iPhone 8” markalı ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 2720 manat olan 1600 ABŞ dolları dəyərində mobil telefon, 1 ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 1016 manat 60 qəpik təşkil edən 598 ABŞ dolları dəyərində 02 ədəd “iPhone Mix” markalı ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 2033 manat 20 qəpik olan 1196 ABŞ dolları dəyərində mobil telefon və bir ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 1275 manat təşkil edən 750 ABŞ dolları dəyərində 5 ədəd 55 düyümlü “LG” markalı ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 6375 manat olan 3750 ABŞ dolları dəyərində televizoru, ümumilikdə Azərbaycan manatına məzənnəsi 14970 manat 20 qəpik təşkil edən 8806 ABŞ dolları məbləğində malları götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin məhsulların pulunu 2018-ci ilin sentyabr ayına qədər ödəməliymiş. Əvvəllər də Təqsirləndirilən şəxs1 ondan 7-8 ay ərzində müxtəlif məhsullar götürüb, pulunu hissə-hissə ödəmişdir. Həmin ərəfədə yəni 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs2 adını demədiyi dostunun oyun zalı açdığını, ona televizorlar və oyun aparatlarının lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 atasının borcu olduğunu deyib, bu səbəbdən istədiyi məhsulları verməyəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs1 ona narahat olmamağını bildirərək öz məsələsi ilə oğlunun işini qatmamağını, həmçinin Təqsirləndirilən şəxs2 lazım olan məhsulları verməyini ona bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 pulu qısa müddət ərzində ödəyəcəyinə onu arxayın etdiyindən o, onlarla razılaşıb istəkləri əsasında 1 ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 1079 manat 50 qəpik təşkil edən 635 ABŞ dolları dəyərində 6 ədəd 43 düyümlü “LG” markalı ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 6477 manat olan 3810 ABŞ dolları dəyərində televizorları və 1 ədədinin qiyməti Azərbaycan manatına məzənnəsi 768 manat 40 qəpik təşkil edən 452 ABŞ dolları dəyərində 3 ədəd “Sony” markalı “Playstation 4” oyun aparatını ümumilikdə dəyəri Azərbaycan manatına məzənnəsi 2305 manat 20 qəpik olan 1356 ABŞ dolları dəyərində oyun aparatlarını, ümumilikdə Azərbaycan manatına məzənnəsi 8782 manat 20 qəpik təşkil edən 5166 ABŞ dolları məbləğində məhsulları vermişdir. Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 ilə aralarında olan razılaşmaya əsasən götürmüş olduqları məhsulların pulunu sentyabr ayı ərzində ödəməliymişlər. Sentyabr ayının sonlarında o, yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs1 görmüşdür. O, Təqsirləndirilən şəxs1 məhsulların pulunu nə üçün ödəmədiyini soruşduqda, Təqsirləndirilən şəxs1 oğlunun bütün pulları mərc oyunlarına qoyduğunu və uduzduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 pulları ödəməsini xahiş etmişdir. Son olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən götürülmüş məşiət avadanlıqlarının geri qayatılmasını, qaytarılmayacağı təqdirdə ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmiş və bu barədə məhkəməyə təqdim etmiş olduğu mülki iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs1 ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etməsini bildirmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin başlannasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialla bağlı Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmamasına görə, həmçinin Təqsirləndirilən şəxs2 və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 6(005)-105/2022 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 tərəfidən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 iyul 2022-ci il tarixli qərarı qanunuz hesab edilərək ləğv olunmuş və toplanmış material üzrə araşdırıma yenidəndavam etdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialla bağlı Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmaması görə, həmçinin Təqsirləndirilən şəxs2 və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması” haqqında 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə İstintaq Şöbəsinin müstəntiq Səddam Hüseyn tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 avqust 2022-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. Məhkəmədə tədqiq edilən “Diskə baxış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan səs yazılarını dinləyərkən müəyyən olunmuşdur ki, danışıqlar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında olan danışıqlar zamanı X1 Pakizə Çingiz qızına müxtəlif bəhanələr gətirməklə vaxt qazanmışdır. Təqsirləndirilən şəxs1 bildirir ki, Məhəmmədin işləri bu ay həll olunur pulun əvəzində avtomobil götür aylıq ödənişlərin onlar edəcəkdir. X8 isə avtomobilə ehtiyacı olmadığını, götürmüş olduqları əşyaların ödənişini etməkləri tələb etmişdir. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında olan danışıqlar zamanı isə Təqsirləndirilən şəxs2 bildirir ki, əşyaları vermiş olduğu dostunun uşağı xəstə olduğundan uşağını Türkiyə Cümhuriyyətinə aparmışdır. Qayıdandan sonra məsələni həll edəcəkdir. Məhkəmədə tədqiq edilən “İttham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi ilə bağlı saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmədə tədqiq edilən tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaqı aparılan ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 özgənin əməlakını ələ keçirməklə yanaşı, təkrarən özgənin əməlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etdiyindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs2 təqsirləndiriən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü madədləri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 22006681 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış Təqsirləndirilən şəxs1 Qəhərman oğlu və Təqsirləndirilən şəxs2 ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına saxlanılması üçün əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 1670 manat ödəniş etməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olması ilə bağl Daxili İşlər Nazirliyinin BƏSİİ-də əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyətinin 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan və xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayonu, Məmməd Araz küçəsi 52 a nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, həmçinin qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində onunla bağlı şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan “X11” X15 2 nömrəli Poliklinika Şöbəsində verilmiş arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 “Şəkərli diabet tip 2” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən dispanser qeydiyyatındadır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Qəhrəman oğlunun əvvəllər məhkum olması ilə bağl Daxili İşlər Nazirliyinin BƏSİİ-də əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfidən ona vurulmuş maddi ziyandan 2800 manat məbləğində ödəniş ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfidən ona vurulmuş maddi ziyandan 1000 manat məbləğində ödəniş ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən və xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfidən ona vurulmuş maddi ziyandan 500 manat məbləğində ödəniş ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli nəticəsində ona vurmuş maddi ziyanın 17.775 manatın və mənəvi ziyan qismində 1000 manatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon 37 nömrəli şəhər poliklinkası tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş tibbi müayinənin nəticəsi ilə bağlı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Hipertorik kriz” diaqnozu ilə müalicə təyin edilmişdir. Məhkəmədə tədqiq edilən “Elektorun Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-ci il təvəllüdlü X2, xx.xx.2010cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu, xx.xx.2012-ci il təvəllüdlü X6 və həyat yoldaşı X9 vardır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus məişət avadanlıqlarını sataraq əldə olunan pulu ona verməsinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbyacan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsdən ittiham olunan məbləğlərdə ona məxsus məişət avadanlıqlarını sataraq əldə olunan pulu Zərərçəkmiş şəxs verməsi ilə bağlı vəd verərək sonuncuya məxsus məişət avadınlıqlarını əvəzsiz olaraq ələ keçirməklə üzərlərinə götürdükəri müvafiq öhdəlikləri yerinə yetirmək niyyətlərinin olmadığı istintaq materialları ilə yanaşı, həmçinin, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan səs yazmaları ilə müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, həmçinin digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməli düzgün olarq Azərbyacan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrini ilə tövsif etdiyindən onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində məbləğlə razılaşmayaraq, zərərçəkmiş şəxsə məxsus əşyaları mütəmadi götürüb sataraq əldə olunan pulu hər zaman ona geri vermələri, lakin son 01 ay ona verməli olduğu pulu gecikdirdiklərini, pandemiya səbəbindən tam ödənişi həyata keçirə bilmədiklərini, az-az məbləğlərdə Zərərçəkmiş şəxs ödənişlər etdiklərini bildirmələri ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadə verərəkən Zərərçəkmiş şəxs müxtəlif məişət avadanlıqları götürüb satmalarını, zərərçəkmiş şəxsə borclu olduqlarını bildirsələr də, Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli törətmədiklərini aralarındakı münasibətlərin mülki xarakterli olmasını bildirmişlər. Lakin zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilməmiş, zərərçəkmiş şəxsdən götürülmüş mallar geri qaytarılmamışdır. Təqsirləndirilən şəxslərin ifadələri məhkəmədə tədqiq edilmiş səs yazıları, habelə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, səhhəti ilə bağlı problemlərin olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə həmçinin digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 03 azyaşlı övladını və həyat yoldaşının olmasını, vurulmuş ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən iş materialarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 14970 manat 20 qəpik məbləğində vurmuş olduğu maddi ziyanın ibtidai istintaq dövründə 1670 manatı, məhkəmə istintaqı zamanı 1500 manatı, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs vurmuş olduğu 8782 manat 20 qəpik məbləğində maddi ziyanın 2800 manat məbləği zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, ödənilmiş məbləğlər nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindikləri üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduqları maddi ziyan ödənilməmiş qalan hissəsi onlar tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs1 (mülki cavabdeh) 11.800 manat 20 qəpik, təqsirləndirilən şəxslərin birlikdə vurduqları ziyan üzrə 5982 manat 20 qəpik məbləği Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünməklə, yəni, 2991 manat 10 qəpik məbləğində pul hər ikisindən ayrı-ayrılıqda tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Bu baxımdan mülki iddiaçının dəyən mənəvi ziyana görə mülki cavabdehlərdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 72 (yetmiş iki) iş saatı üçün 432 (dörd yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutma altında saxlanıldığı 02 (iki) gün (10-12 noyabr 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 72 (yetmiş iki) iş saatı üçün 432 (dörd yüz otuz iki)manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 (mülki cavabdeh) 14.791 manat 30 qəpik məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 (mülki cavabdeh) 2.991 manat 10 qəpik məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs1 Qəhərman oğlu və Təqsirləndirilən şəxs2 ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı disk iş cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar