Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-129/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi - «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X2, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 9, mənzil 90 saylı ünvanda qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 3 göstərən Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN №**********) tərkibində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 106/42k ünvanda yerləşən “texno service” təmir mərkəzində xx.xx.2018-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddətdə anbardar köməkçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, inzibati idarə heyəti tərəfindən tam maddi məsuliyyətlə ona etibar olunmuş maddi dəyərləri, Zərərçəkmiş şəxs QSC-nin “Maxi.az” mağazalar şəbəkəsindən alınmış telefonlarda olan nasazlıqla bağlı “texno service” təmir mərkəzinə təmir üçün verilmiş mobil cihazları layiqincə qorumaq, saxlamaq, onların salamatlığını təmin etmək, ona etibar olunan maddi dəyərlərə qayğı ilə yanaşmaq, ona etibar olunmuş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, onlara heç bir halda ziyan vurmamaq, vurulmasına səbəb olan ondan asılı olan heç bir hərəkətə yol verməmək, ziyanın vurulmasının qarşısını alınması üçün ondan asılı olan bütün tədbirləri həyata keçirmək, müvafiq təmir mərkəzlərinə təqdim etmək, təhvil almaq, müştərilərə təhvil vermək və sair vəzifə və səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, 20 iyun 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından müxtəlif növ, o cümlədən dəyəri 1570 manat məbləğində 3581xx-xx-057256-0 imei kodlu bir ədəd “İphone 13 mini 128 GB green” markalı, dəyəri 3250 manat olan 3545xx-xx-238688-8 imei kodlu bir ədəd “İphone 14 pro 256 GB Deep Purole” markalı, dəyəri 1850 manat olan 3500xx-xx-171085-7 imei kodlu bir ədəd “İphone 13 128 GB Green” markalı, dəyəri 4110 manat olan 3523xx-xx-617141-8 imei kodlu bir ədəd “İphone 14 Pro Max 512 GB Space Black” markalı, dəyəri 3840 manat olan 3506xx-xx-184959-5 imei kodlu bir ədəd “İphone 14 pro 512 Gb Deep purple” markalı, dəyəri 2250 manat olan 3598xx-xx-277711-0 imei kodlu bir ədəd “İphone 14 plus 128Gb Midnight” markalı, dəyəri 3250 manat olan 3545xx-xx-131176-8 imei kodlu bir ədəd “İphone 14 pro 256 GB Space Black” markalı, dəyəri 2950 manat olan 3582xx-xx-27367-5 imei kodlu bir ədəd “İphone 14 pro 128 GB Gold” markalı, dəyəri 3500 manat olan 3548xx-xx-567872-9 imei kodlu bir ədəd “İphone 14 pro max 256 GB Deep Purple” markalı, dəyəri 3500 manat olan 3580xxxx-233502-6 imei kodlu bir ədəd “İphone 13 pro max 256 GB “Graphite” markalı, dəyəri 2950 manat olan 3581xx-xx-903193-4 imei koldu bir ədəd “İphone 14 pro 128 GB Deep Purple” markalı, dəyəri 2250 manat olan 3590xx-xx-371477-6 imei kodlu bir ədəd “İphone 14 plus 128 GB Midnight” markalı, dəyəri 750 manat olan 8687xx-xx-042838-4 imei kodlu Xiaomi Poco X3 pro markalı, dəyəri 2800 manat olan 3500xx-xx-157282-8 imei kodlu Samsung S22 ultra black markalı mobil telefonları, dəyəri 1080 manat olan SJN6F4-39- W5T imei kodlu İphone Watch series 8 GPS 41 MM markalı elektron qol saatını, dəyəri 500 manat olan SH31GW4FB1059 imei kodlu airpods pro markalı simsiz qulaqlıqları, dəyəri 440 manat olan SYDPQWP63K2 imei kodlu airpods 3 markalı simsiz qulaqlıqları, ümumillikdə 40840 (qırx min səkkiz yüz qırx) manat dəyərində mobil cihazları müştərilərə təhvil verməli olduğu halda götürərək istintaqa məlum olmayan müxtəlif lombardlarda girov qoyub kredit götürərək əldə etdiyi pulları özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, ittiham üzrə qeyd olunan mobil cihazları telefon, saat və simsiz qulaqlıqları götürsə də, oların bazar qiyməti ilə razı olmamış və onun hesabına görə həmin ziyan 30000 manat məbləğində olmuşdur. O, 15 iyul 2018-ci il tarixdən 2023-cü ilin fevral ayınadək Zərərçəkmiş şəxs QSC-nin servis mərkəzində anbardar köməkçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs QSC-nin fəaliyyət istiqaməti elektronik avadanlıqların satışından ibarətdir. Servis Mərkəzi “Texno servis” adlanmış və Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 106/42 ünvanda yerləşmişdir. Servis mərkəzində Zərərçəkmiş şəxs QSC-nin “Maxi.az” mağazalarından alınan mallarda yaranmış defektlərin, nasazlıqların təmiri həyata keçirilmişdir. Müştərilər “Maxi.az” mağazalarından elektronik əşya alan zaman onlara məhsullarla bağlı müvafiq zəmanətlər verilmişdir. Həmin zəmanətlərin müddətləri 1- 3 ili əhatə etmişdir. Mobil telefonların zəmanəti isə 1 il olmuşdur. Müştəri “maxi.az” mağazalarından aldığı məhsulda nasazlıq yarandığı halda zəmanət verilmiş şərtlərə uyğun olaraq məhsulu Zərərçəkmiş şəxs QSC-nin servis mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 106/42 ünvanda yerləşən Texno sevis mərkəzinə təqdim etmişdir. Servis Mərkəzində qəbul bölməsinin əməkdaşları müştəri tərəfindən təqdim olunan məhsulu qəbul etmiş, nasazlığı ilə bağlı qeydiyyat apararaq anbara, yəni ona təqdim etmişlər. Onun vəzifəsi servis mərkəzinə təmir üçün verilmiş telefonları saxlamaqdan, bundan başqa təqdim olunmuş telefonları digər servis mərkəzlərinə təhvil verməkdən, təmir olunduqdan sonra servislərdən təhvil almaqdan, müştərilərə zəng edərək telefonu müştərilərə təhvil vermədkən ibarət olmuşdur. Mobil telefonlardan bəzilərinin, Apple, Xiaomi, Lenovo və digər markalarına məxsus mobil cihazlar təmir olunması üçün onların distibyutoru olduğu şirkətlərə göndərilmişdir. Ona təhvil verildikdən sonra o, müştərilərlə əlaqə saxlayaraq telefonları onlara təqdim etmişdir. O, anbardar köməkçisi vəzifəsində çalışsa da, faktiki olaraq anbardar vəzifəsini icra etmişdir. Şəxsi borcları yarandığından 2022-ci ilin noyabr ayından o, servisə təmir üçün təqdim olunmuş İphone markalı mobil telefonları anbardan götürərək lombarda girov qoyaraq kredit götürmək qərarına gəlmişdir. Bundan sonra ona təhvil verilmiş iphone markalı mobil telefonları götürərək müxtəlif ərazilərdə yerləşən lombardlara girov qoyaraq 1000-1500 manat məbləğində kreditlər götürmüşdür. İlk vaxtlar borclarını ödəyərək telefonları girovdan azad edib qaytarmaq istəmişdir. Lakin maddi vəziyyətilə əlaqədar kreditləri ödəyə bilməmişdir. Bundan sonra lombardda girov olan mobil telefonlar satışa çıxarılmışdır. İphone markalı telefonların əksəriyyəti işlək vəziyyətdə olmuşdur. Buna görə də orada normal olan telefonları götürərək lombarda girov qoymuşdur. Qeyd etdiyi kimi həmin telefonlar saxlanılması üçün ona verilmişdir. O asanlıqla həmin telefonları servis mərkəzindən götürə bilmişdir. Siyahıda qeyd olunan telefonlar ona təqdim olunmuşdur. Qeyd olunan telefonların əksəriyyəti işlək, yəni saz vəziyyətdə olmuşdur. İşlək vəziyyətdə olmayan telefonlar isə rəsmi servisə göndərilmiş, həmin telefonlar təmir və ya diaqnostika olunaraq saz vəziyyətdə ona təhvil verilmişdir. Telefonlar müştərilərə təhvil verilməli olduğu halda o, həmin telefonları müxtəlif ərazilərdə yerləşən lombardlarda girov qoyaraq kredit götürmüş və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sadəcə imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilmir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin tərkibində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 106/42k ünvanda yerləşən “texno service” təmir mərkəzində xx.xx.2018-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddətdə anbardar köməkçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, inzibati idarə heyəti tərəfindən tam maddi məsuliyyətlə ona etibar olunmuş maddi dəyərləri, Zərərçəkmiş şəxs QSC-nin “Maxi.az” mağazalar şəbəkəsindən alınmış telefonlarda olan nasazlıqla bağlı “texno service” təmir mərkəzinə təmir üçün verilmiş mobil cihazları layiqincə qorumaq, saxlamaq, onların salamatlığını təmin etmək, ona etibar olunan maddi dəyərlərə qayğı ilə yanaşmaq, ona etibar olunmuş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, onlara heç bir halda ziyan vurmamaq, vurulmasına səbəb olan ondan asılı olan heç bir hərəkətə yol verməmək, ziyanın vurulmasının qarşısını alınması üçün ondan asılı olan bütün tədbirləri həyata keçirmək, müvafiq təmir mərkəzlərinə təqdim etmək, təhvil almaq, müştərilərə təhvil vermək və sair vəzifə və səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, 20 iyun 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından müxtəlif növ, ümumilikdə 40840 manat dəyərində mobil cihazları müştərilərə təhvil verməli olduğu halda götürərək istintaqa məlum olmayan müxtəlif lombardlarda girov qoyub kredit götürərək əldə etdiyi pulları özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Nəticədə şirkətə 40840 manat ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər və tərəflərindən verilmiş mülki iddianı müdafiə edərək tam təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin servis mərkəzinin müdiri vəzifəsində çalışmağa başlamışdır. 01 mart 2023-cü il tarixdə hazırki vəzifəsinə, pərakəndə satış şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs 15 iyul 2021-ci ildən tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin Sevis Mərkəzində anbardar işləmişdir. Servis mərkəzi Zərərçəkmiş şəxs QSC-nin “Maxi.az” mağazalarından alınan mallarda yaranmış defektlərin, nasazlıqların təmirini həyata keçirmişdir. Müştərilər “Maxi.az” mağazalarından elektronik əşya alan zaman onlara məhsullara müvafiq zəmanətlər verilmişdir. Həmin zəmanətlərin müddətləri 1-3 ili əhatə etmişdir. Mobil telefonların zəmanəti isə 1 il olmuşdur. Müştəri “maxi.az mağazalarından aldığı məhsulda nasazlıq yarandığı halda zəmanət verilmiş şərtlərlə uyğun olaraq məhsulu Zərərçəkmiş şəxs QSC-nin servis mərkəzinə təqdim etmişlər. Servis Mərkəzində qəbul bölməsinin əməkdaşları müştəri tərəfindən təqdim olunan məhsulu qəbul etmiş, nasazlığı ilə bağlı qeydiyyat apararaq anbara təqdim etmişlər. Təqsirləndirilən şəxs anbardar olaraq vəzifəsi Servis Mərkəzinin əməkdaşları tərəfindən müştərilərdən qəbul olunaraq anbardara yəni, Təqsirləndirilən şəxs verilmiş mobil cihazların, mobil telefonların, qulaqcıqların, elektron qol saatlarının, planşetlərin saxlanmasından, onların qorunmasından, cihazların təmirə verilməsindən, təmir olunduqdan sonra qəbul şöbəsinə təqdim etməkdən ibarət olmuşdur. Mobil telefonlardan bəzilərinin, Apple, Xiaomi, Lenovo və digər markalarına məxsus mobil cihazlar təmir olunması üçün onların distibyutoru olduğu şirkətlərə göndərilmişdir. 2022-ci ilin dekabr ayının sonlarında 2023-cü ilin yanvar ayının əvvəllərində müştərilər tərəfindən təmir olunması üçün Servis mərkəzinə verdikləri telefonların təmir edilməməsi və onlara təqdim olunmaması ilə bağlı şikayətlər daxil olmuşdur. O, həmin vaxt Servis Mərkəzinin müdiri vəzifəsində çalışmışdır. O, şikayətlərlə bağlı araşdırma aparmışdır. Araşdırma zamanı mobil cihazlarının göndərildiyi digər servislərlə əlaqə saxlanılaraq cihazların təmir olub-olunmaması ilə bağlı soruşduqda servislər imey kodlarını yoxlayaraq belə cihazların onlara təqdim olunmadığını bildirmişlər. O, da bunun bağlı audit şöbəsinə məlumat vermiş və audit yoxlamasının aparılmasını tələb etmişdir. Təqsirləndirilən şəxslə əlaqə saxlamış və yaranmış vəziyyətlə bağlı onunla danışmışdır. Təqsirləndirilən şəxs ona mobil cihazların servisdə olduğunu, şəxsən Servisə təqdim etdiyini bildirmişdir. O, da Apple Servislə əlaqə saxladığını və onlara müştərilərin təqdim etdiyi telefonların imey kodlarını servislərdə yoxladığını, mobil cihazların onlara verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona servisin səhv etdiyini bildirmişdir. Bu zaman onu görüşə dəvət etmiş, lakin Vüsal Haqveriyev onunla görüşməmişdir. Qısa müddət sonra Audit yoxlaması başlamışdır. Audit yoxlaması zamanı 14 ədəd “Apple” markalı müxtəlif modelli “İphone”, 2 ədəd “Xiaomi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefonlar, 2 ədəd Airpods və 1 ədəd “iphone” elektron saatın olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında telefon almaq məqsədilə Bakı şəhəri Nərimanov rayonuda “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Maxi.az” mağazasından xatırladığına görə 2250 manata İphone 14 plus 128GB Midnight markalı mobil telefon almışdır. Telefonu aldıqdan təxminən 10-12 gün sonra telefonun göstəriciləri onu qane etməmişdir. O, da göstəriciləri daha üstün olan model almaq məqsədilə telefonu aldığı “Maxi.az” mağazasına müraciət etmişdir. Oradan onu Zərərçəkmiş şəxs QSC-nin servis mərkəzinə yönləndirmişlər. O, Bakı şəhəri Nərimanov rayonu, X7 küçəsində yerləşən “Texno service”ə müraciət etmişdir. Təmir Mərkəzinin qeydiyyat şöbəsinə yaxınlaşaraq telefon barədə məlumat vermişdir. Qeydiyyat şöbəsində tanımadığı əməkdaş telefonu ondan qəbul etmişdir. Müvafiq sənəd tərtib edərək və həmin sənədə qeydlər yazaraq telefonu ondan təhvil almışdır. Lakin mobil telefonun qəbulundan sonra ona heç bir məlumat verilməmişdir. O, servisə gedərək şirkətdən telefonu tələb etmişdir. Xatırladığına görə servisdə ona rəy göstərərək telefonun saz vəziyyətdə olduğu bildirmişlər və daha üstün model almaq üçün gözləməsini demişlər. O, bir müddətdə gözləmişdir. 2023-cü ilin yanvar ayında “Gənclik Mall”-da yerləşən “Maxi.az” mağazasında getmiş, şirkətdən yeni model İphone 14 pro 128 GB midnight vermişlər. O, təxminən 500 manat məbləğində əlavə pul ödəmişdir. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs telefonu mənimsəməsi ilə bağlı şirkət tərəfindən ona məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs QSC-nin tərkibində olan “Maxi.az” mağazalar şəbəkələrindən telefon almaq qərarına gəlmiş, telefon almaq məqsədilə “Maxi.az” mağazasının Əhmədli qəsəbəsində yerləşən Əhmədli filialına getmiş, mağazadan xatırladığına görə 3500 manata İphone 13 pro max 256GB graphite markalı mobil telefon almışdır. Telefonu aldıqdan bir müddət sonra telefonda nasazlıq olmuşdur. Mobil telefon sönərək açılmamışdır. O, da nasazlıqla bağlı Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsində yerləşən servis mərkəzinə, Texno servisə müraciət etmişdir. Telefonu orada ondan qeydiyyat şöbəsində adını xatırlamadığı və üzdən tanımadığı əməkdaş qəbul etmişdir. O, da müvafiq sənədlərə imza etməklə telefonu əməkdaşa təqdim etmişdir. Servisin əməkdaşı ona telefonu təmir üçün hansısa servisə göndərəcəklərini bildirmişdir. Lakin mobil telefonun qəbulundan 14-15 gün keçməsinə baxmayaraq servis öz öhdəliklərini yerinə yetirməyərək telefonu təmir edib qaytarmamışdır. O, da telefonun təmiri ilə bağlı maraqlandıqda hazırda telefonun təmirdə olduğu, araşdırılacağı və bu barədə məlumat veriləcəyi bildirilmişdir. Bir müddət də gözləmiş, lakin ona telefon ilə bağlı heç bir məlumat verilməmişdir. Telefonu servisə verdikdən təxminən 30 gün keçdikdən sonra yenidən servisə müraciət etmişdir. Bu zaman ona telefonda zavod qüsuru olduğu bildirilmişdir. O, şirkətdən telefonu tələb etdikdə ona anbarda İphone 13 pro max 256GB graphite markalı mobil telefonun qalmadığı bildirilmişdir və ona mobil telefonun dəyəri, xatırladığına görə 3500 manat məbləğində pul qaytarılmışdır. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Onun Təqsirləndirilən şəxs telefonu mənimsəməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətində anbardar köməkçisi vəzifəsində işə başlamışdır. xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”dən görünür ki, tam maddi məsuliyyətlə ona etibar olunmuş maddi dəyərləri, Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin anbardar köməkçisi ona İdarə tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 9/3688 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş inventarizasiya aktı, mobil cihazların servisə təqdim edilməsini özündə əks etdirən sifariş tapşırığı məlumatları nəzərə alınmaqla Zərərçəkmiş şəxs QSC-nin anbardar köməkçisi Təqsirləndirilən şəxs cəmiyyətdə işlədiyi dövrdə müvəqqəti saxlanc anbarında aparılmış mədaxil və məxaric əməliyyatları nəticəsində hesabında 44.740 manat məbləğində çatışmazlıq qalması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7967-9/8087/2023 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş inventarizasiya aktı, mobil cihazların servisə təqdim edilməsini özündə əks etdirən sifariş tapşırığı məlumatları nəzərə alınmaqla Zərərçəkmiş şəxs QSC-nin anbardar köməkçisi Təqsirləndirilən şəxs cəmiyyətdə işlədiyi dövrdə müvəqqəti saxlanc anbarında aparılmış mədaxil və məxaric əməliyyatları nəticəsində hesabında 44.740 manat məbləğində çatışmazlıq qalması müəyyən edilmişdir. Malların yeni vəziyyətdə 2022-ci ilin avqust ayından 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 44740 müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(005)- 346/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış müqavilələr və digər sənədlər, Zərərçəkmiş şəxs QSC-nin “Texno servis” təmir mərkəzində telefonların təhvil alınması barədə sənədlər cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü qismən təqsirli hesab edərək ona irəli sürülmüş ittihama dair məbləği qəbul etməməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan sənədlər, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 9/3688 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7967-9/8087/2023 nömrəli ekspert rəyləri və şahid ifadələri ilə Təqsirləndirilən şəxs ona etibar olunmuş Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib 40840 manat məbləğində mənimsəməklə talaması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərər çəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməməsini, zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 346/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 28 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-346/2023 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs ilə bağlanmış müqavilələr və digər sənədlər, Zərərçəkmiş şəxs QSC-nin “Texno servis” təmir mərkəzində telefonların təhvil alınması barədə sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərər çəkmiş hüquqi şəxs – Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə 40.840 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 40.840 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh)- Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X4 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətdə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətdə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(005)-346/2023 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs ilə bağlanmış müqavilələr, digər sənədlər və Zərərçəkmiş şəxs QSC-nin “Texno servis” təmir mərkəzində telefonların təhvil alınması barədə sənədlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia tam təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 40.840 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-129/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-129/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver