Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-13/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Hacıqabul rayonunun Meyniman kəndində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq sonuncuya məxsus içərisində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan dəyəri 305 manat olan “Samsung A5” markalı telefonu masanın üzərindən götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 305 manat ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə saat 03:00 radələrində ünvan 4 ünvanının qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus içərisində 10 manat dəyərində ***-***-**-** və ***-***-**- ** mobil nömrələr olan dəyəri 250 manat olan “Xiaomi Redmi 6A” markalı telefonu, Zərərçəkmiş şəxs3 məxsus içərisində 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan dəyəri 400 manat olan “Samsung J5” markalı telefonu, Zərərçəkmiş şəxs9 məxsus içərisində 10 manat dəyərində 055- ***-**-** və ***-***-**-** mobil nömrələr olan dəyəri 120 manat olan “Samsung J2” markalı telefonu, habelə içərisində 106 manat olan, öz dəyəri isə 20 manat təşkil edən pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 260 manat, Zərərçəkmiş şəxs3 410 manat və Zərərçəkmiş şəxs9 256 manat ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 04:00 radələrində ünvan 5 ünvanının qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 məxsus içərisində ümumilikdə 40 manat dəyəri olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan dəyəri 600 manat olan “Honour X8” markalı telefonu, habelə şalvarının cibində olan 74 AZN pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 714 manat ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanının qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq sonuncuya məxsus içərisində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan dəyəri 200 manat olan “Samsung A 10” markalı telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 205 manat ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə saat 07:00 radələrində ünvan 10 ünvanının qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs6 məxsus balansında 1 manat danışıq vaxtı olan içərisində 5 manat dəyərində 050 *** ** ** mobil nömrə olan dəyən 80 manat olan “İphone 5” markalı telefonu və şalvarının cibindən 157 manat pulu, Zərərçəkmiş şəxs8 məxsus balansında 2 manat danışıq vaxtı olan içərisində ümumilikdə 38 manat dəyəri olan 070 *** ** ** və 051 *** ** ** mobil nömrələr olan dəyəri 320 manat olan “Samsung J4+” markalı telefonu və şalvarının cibindən 160 AZN pulu, Zərərçəkmiş şəxs7 məxsus 0,20 manat danışıq vaxtı olan içərisində 3 manat dəyərində 050 *** ** ** mobil nömrə olan dəyəri 270 manat olan “Samsung A10” markalı telefonu və şalvarının cibindən 205 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 243 manat, Zərərçəkmiş şəxs8 520 manat və Zərərçəkmiş şəxs7 478,20 manat ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019cu il tarixdə saat 01:00 radələrində Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində spirtli içki qəbul etmiş və maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə Nərimanov rayonu Montin qəsəbəsinə gəlmiş, təxminən 30 dəqiqə həmin ərazidə gəzmişdir. Bu zaman həmin ərazidə yerləşən evlərdən birinin, yəni Daş karxanası 577 ünvanının qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Evə daxil olduqda təxminən 3-4 otaq olduğunu görmüşdür. Otaqlardan birinin qapısı isə aralı vəziyyətdə olduğundan həmin otağa daxil olaraq sağ tərəfdə olan masanın üzərindən “Samsung A5” markalı telefonu oğurlamışdır. Oğurluq edən zaman çətinlik çəkmədiyinə görə yenə də oğurluq əməlini davam etdirmək qərarına gəlmişdir. Bu məqsədlə Daş karxanası ev 471 ünvanında da qapının açıq vəziyyətdə olmasını görüb içəri daxil olmuş, içəridə 3 nəfər olmasını görmüş, lakin onlar yatdığından həmin ünvandan 1 ədəd “Samsung J2” markalı, 1 ədəd “Samsung J5” markalı, 1 ədəd isə “Xiaomi” markalı mobil telefonları, habelə 1 ədəd pul qabını götürmüşdür. Sonra həmin pul qabının içərisində 106 manat pul və şəxsiyyət vəsiqəsi olduğunu görmüş, pulu cibinə qoymuş, pul qabını isə içərisində şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlıqdakı zibil qutusuna atmışdır. Bundan sonra həmin ərazidən uzaqlaşmadan yenə də oğurluq etmək qərarına gəlmişdir. Sonra Daş karxanası 584 A ünvanının qapısının da açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda evin həyətində bir neçə otaq olduğunu görüb otaqların birindən “Honour” markalı telefon və orada olan şalvarın cibindən isə 74 manat pul götürərək evdən çıxmışdır. Bundan sonra həmin ərazidən uzaqlaşmışdır. Evdən çıxdıqda “İnstagram” sosial şəbəkəsində özünü Brilliant kimi təqdim edən şəxslə tanış olmuş, onun “Gənclik” şadlıq sarayının yaxınlığında olan evinə getmişdir. Evə getdikdə evdə heç kimin olmadığını, sonra həmin şəxsin cinsi azlıq nümayəndəsi olmasını müəyyən etmişdir. Evdə bir az söhbət etdikdən sonra Brilliant adlı şəxs mətbəxə getmiş, bu zaman o, otaqdakı tumbanın üzərində olan pul kisəsindən 100 manat pul götürüb cibinə qoymuş və Brilliant mətbəxdən qayıtmamış evdən çıxmışdır. Lakin bu zaman oğurladığı “Samsung J 2” markalı telefon və içərisində yalnız özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul qabını həmin otaqdakı masanın üzərində yaddan çıxarmışdır. Bu hadisədən bir müddət sonra isə xx.xx.2019-cu il tarixdə yenə də ünvan 8 ünvanının qapısının açıq olmasından istifadə edərək evə daxil olmuşdur. Evin həyətində bir neçə otaq olduğunu, həmin otaqlardan birinin qapısının aralı olmasını görmüşdür. Əvvəlcə qapını aralamış, qaranlıq olduğuna görə əlində olan alışqanın fanarı ilə ətrafa baxmış, bu zaman qapının sağ tərəfində olan tumbanın üzərində “Samsung A10” markalı telefonu götürərək oradan uzaqlaşmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə yenə də ünvan 9 ünvanının qapısının açıq olmasından istifadə edərək evə daxil olmuş, evin həyətində bir neçə otaq olduğunu, həmin otaqlardan sol tərəfdə olan birinin qapısının aralı olmasını görmüşdür. İçəridə olan şəxslərin yatdığını görüb oradan 1 ədəd Samsung A10, 1 ədəd Samsung J4+ və 1 ədəd İphone 5 markalı telefonları, sonra isə otaqda olan şalvarların birinin cibindən 157 manat, digərindən 160 manat, digərindən isə 205 manat pul götürərək oradan uzaqlaşmışdır. Təxminən 2 il əvvəl münasibətdə olduğu, lakin hazırda adını unutduğu qız həmin ünvanda yaşadığından bir neçə dəfə həmin ünvanda olmuş, ona görə də orada olan evlərin qapısının açıq qaldığı barədə məlumatı olmuşdur. Əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi zamanı onu heç kim görməmiş, oğurluq hadisəsi barədə əvvəlcədən və ya sonradan başqa heç kimə məlumat verməmiş, oğurluq hadisəsini tək törətmiş, habelə həmin telefonları şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərə satmış, telefonlardan yalnız biri, yəni “Samsung J2” markalı telefonu “İnstagram" sosial şəbəkəsində tanış olduğu, sonradan cinsi azlıq nümayəndəsi olmasını öyrəndiyi, özünü Brilliant kimi təqdim etmiş şəxsin yaşadığı mənzildə unutmuşdur. Oğurladığı pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməllərdən çox peşmandır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, onlara dəymiş ziyanın ödənildiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 6 ünvana gəlmiş, istifadəsində olan “Samsung A 10” markalı mobil telefonu evin girişinin sağ tərəfində termonun üzərinə qoymuş və yatmışdır. Saat 13:00 radələrində oyandıqda telefonun yerində olmadığını görmüş, sonra qonşuluqda yaşayan Gülnarın telefonu ilə istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etdikdə telefona zəng çatmadığına görə telefonun oğurlandığını başa düşüb bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Yaşadığı evin qapısının qıfılı xarab olduğuna görə qapı açıq vəziyyətdə olmuşdur. “Samsung A10” markalı telefonu 2019-cu ilin iyun ayında 299 manata almışdır. Hazırda isə həmin telefonun qiyməti təxminən 200 manat, içərisində olan mobil nömrənin dəyəri 5 manat olduğundan və nömrənin balansında hər hansı məbləğ olmadığından ona ümumilikdə 205 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəmə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında əmisi oğlu Rəsul və onun qardaşı Fuad ilə birlikdə kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində işdən çıxıb evə gəlmiş, təxminən 1 saat sonra Fuad da evə gələrək onunla bir az söhbət etdikdən sonra yatmış və yatan zaman ona məxsus “İphone 5” markalı mobil telefonu yatdığı çarpayının yanına qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində yuxudan oyandıqda “İphone 5” markalı mobil telefonu tapa bilməmiş, telefonu tapmaq üçün Fuadı oyadıb ondan zəng etməsini istədiyi zaman Fuad da özünə məxsus “Samsung” markalı telefonun yerində olmamasını aşkar etmişdir. Belə olan halda Rəsulu oyadıb bu barədə bildirdikdə Rəsulun da “Samsung” markalı telefonunun yerində olmamasını aşkar etmişlər. Bundan sonra isə şalvarın cibinə baxdıqda 157 manat pulun, həmçinin Rəsul və Fuad da ciblərinə baxıb pullarının olmadığını bilmişlər. Belə olan halda evdə oğurluq hadisəsinin baş verməsi məlum olduğundan bu barədə polisə məlumat vermişdir. Rəsul taksi fəaliyyəti ilə məşğul olduğuna və evə gec gəldiyinə görə yaşadıqları evin qapısı açıq vəziyyətdə idi. “İphone 5” markalı telefonu hadisədən təxminən 1 ay əvvəl 80 manata almışdır. İçərisində olan 050 *** ** ** saylı mobil nömrənin dəyəri 5 manat, nömrənin balansında 1 manat danışıq məbləği olduğundan və cibindən 157 manat nağd pulu oğurlandığından ümumilikdə ona 243 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadələri elan olunarkən aydın olur ki, o, 2015-ci ilin sentyabr ayından etibarən ünvan 11 ünvanında yerləşən evdə kirayədə qalır, 2019-cu ilin sentyabr ayından etibarən Zahid və Həsən adlı dostları da onunla birlikdə həmin ünvanda qalmağa başlamışdır. xx.xx.2019-cu ili tarixdə saat 01:00 radələrində yaşadığı ünvanda “Samsung A5” markalı telefonun zəngli saatını qurub otaqdakı masanın üzərinə qoyaraq yatmış, səhər saat 08:00 radələrində yuxudan oyandıqda masanın üzərinə qoyduğu “Samsung A5” markalı mobil telefonun yerində olmamasını görmüşdür. Sonra dostu Zahidə bu barədə bildirmiş və polisə məlumat vermişdir. Yaşadığı evin qapısı açıq vəziyyətdə idi. Bundan başqa “Samsung A5” markalı telefonu 2016-cı ildə 700 manata almış, hazırda isə qiymətinin təxminən 300 manat olduğuna, içərisində olan ***-***-**-** saylı mobil nömrənin dəyərinin 5 manat təşkil etdiyinə və nömrənin balansında hər hansı məbləğ olmadığına görə ona ümumilikdə 305 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadələri elan olunarkən aydın olur ki, o, 2016-cı il tarixdə Bakı Biznes Universitetinə daxil olaraq Bakı şəhərinə gəlmiş, gəldiyi vaxtdan Goranboy rayonunda eyni sinifdə oxuduğu Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 ilə birlikdə əvvəlcə Yasamal rayonun ərazisində, sonra isə 2016-ci ilin dekabr ayından etibarən ünvan 12 ünvanında yerləşən evdə kirayə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 02:00 radələrində yatmış, səhər saat 10:30 radələrində Ceyhunun onu oyadaraq “Samsung J 2” markalı telefonunun, içərisində 106 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin yerində olmaması barədə məlumat vermişdir. Sonra özünə məxsus yatdığı yatağın yanında döşəmənin üzərinə qoyduğu “Xiaomi Redmi 6 A” markalı telefonun yerində olmadığını aşkar etmişdir. Yaşadığı evin qapısı açıq vəziyyətdə idi. “Xiaomi Redmi 6 A” markalı telefonu 2018-ci ilin mart ayında 250 manata aldığına, içərisində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrin dəyərinin cəmi 10 manat təşkil etdiyinə və nömrənin balansında hər hansı məbləğ olmadığına görə ona ümumilikdə 260 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs X6 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadələri elan olunarkən aydın olur ki, o, 2016-cı il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olaraq Bakı şəhərinə gəlmiş, gəldiyi vaxtdan Goranboy rayonunda eyni sinifdə oxuduğu Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə əvvəlcə Yasamal rayonun ərazisində, sonra isə 2017-ci ilin dekabr ayından etibarən ünvan 12 ünvanında yerləşən evdə kirayə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 01:40 radələrində yatmış, səhər saat 10:30 radələrində yuxudan oyanan zaman yatağın üzərinə qoyduğu “Samsung J2” markalı mobil telefonun, televizorun üzərinə qoyduğu içərisində 106 manat pul və şəxsiyyət vəsiqəsi olan öz dəyəri isə 20 manat olan pul kisəsinin yerində olmamasını aşkar etmiş, ona görə də otaq yoldaşları Muraz və İsmayılı oyatmışdır. Muraz və İsmayıl da onlara məxsus telefonların da yerində olmadığını görmüşlər. Yaşadığı evin qapısı açıq vəziyyətdə idi. “Samsung J 2” markalı telefonu 2019-cu ilin yanvar ayında 250 manata aldığına, içərisində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin dəyərinin cəmi 10 manat təşkil etdiyinə, nömrənin balansında hər hansı məbləğ olmadığına və 106 manat nağd pulunun oğurlandığına görə ona ümumilikdə 386 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, ünvan 13 ünvanında qardaşı Fuad və əmisi oğlu Fariz ilə birlikdə kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində evə gəlmiş, həmin vaxt Fariz və Fuadın artıq yatmışdılar. Yatan zaman özünə məxsus “Samsung J4” markalı mobil telefonu yatdığı çarpayının yanına qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində Fuad və Fariz onu yuxudan oyadıb mobil telefonlarını tapa bilməmələrini demiş, telefonlara zəng etmək istədikdə özünə məxsus mobil telefonun yerində olmamasını aşkar etmişdir. Bundan sonra isə şalvarın cibinə baxdıqda 160 manat pulun olmadığını görmüşdür. Həmçinin Fuad və Fariz da ciblərinə baxıb pullarının olmadığını bildirmişlər. Belə olan halda evdə oğurluq hadisəsinin baş verməsi məlum olduğundan bu barədə polisə məlumat vermişdir. Taksi fəaliyyəti ilə məşğul olduğuna və evə gec gəldiyinə görə yaşadıqları evin qapısı açıq vəziyyətdə olur, habelə özü də işdən qayıtdıqdan sonra qapını bağlamayaraq açıq vəziyyətdə saxlamışdır. “Samsung J4” markalı telefonu hadisədən 2 ay əvvəl 320 manata aldığına, içərisində olan 051 *** ** ** saylı mobil nömrənin dəyərinin 8 manat, içərisində olan 070 *** ** ** saylı mobil nömrənin isə dəyərinin 30 nanat təşkil etdiyinə, nömrələrin balansında ümumilikdə 2 manat danışıq məbləği olduğuna və 160 manat nağd pulunun oğurlandığına görə ona ümumilikdə 520 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmişdir. Hal-hazırda və gələcəkdə ondan heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, ünvan 13 ünvanında qardaşı Rəsul və əmisi oğlu Fariz ilə birlikdə kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində işdən çıxıb evə gəlmiş, həmin vaxt Fariz də evdə olmuş, onunla söhbət etdikdən sonra Fariz yatmışdır. Bir az istifadəsində olan “Samsung A 10” markalı telefonda oyun oynadıqdan sonra saat 02 radələrində yatmış, yatan zaman telefonu yatdığı çarpayının yanına qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 06 radələrində qapının açıldığını eşidib oyanan zaman Rəsulun gəldiyini görüb yenidən yatmışdır. Saat 10:30 radələrində isə Fariz onu yuxudan oyadıb mobil telefonunu tapa bilməməsini demiş, telefona zəng etmək istədikdə özünə məxsus mobil telefonun yerində olmamasını aşkar etmişdir. Rəsulu da oyadıb bu barədə bildirdikdə onun da “Samsung’’ markalı telefonunun yerində olmamasını aşkar etmişlər. Bundan sonra isə şalvarın cibinə baxdıqda 157 manat pulun olmadığını, həmçinin Rəsul və Fariz də ciblərinə baxıb pullarının olmadığını bildirmişlər. Evdə oğurluq hadisəsinin baş verməsi məlum olduğundan bu barədə polisə məlumat vermişdir. Rəsul taksi fəaliyyəti ilə məşğul olduğuna və evə gec gəldiyinə görə yaşadıqları evin qapısı açıq vəziyyətdə idi. Bundan başqa “Samsung A10” markalı telefonu hadisədən 3 ay əvvəl 270 manata aldığına, içərisində olan 050 *** ** ** saylı mobil nömrənin dəyərinin 3 manat təşkil etdiyinə, nömrənin balansında 0.20 manat danışıq məbləği olduğuna və 205 manat nağd pulunun oğurlandığına görə ona ümumilikdə 478,20 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmişdir. Hal-hazırda və gələcəkdə ondan heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadələri elan olunarkən aydın olur ki, o, son 1 ildir ki, ünvan 14 ünvanında yerləşən evdə kirayə yaşayır. 2019-cu ilin aprel ayında 600 manata “Honour X 8” markalı mobil telefon almış, bundan başqa istifadə etmək üçün 25 manata 051-817- 41- 71 saylı, 15 manata isə ***-***-**-** saylı nömrələr almışdır. xx.xx.2019-cu il tarixdə saat 02:30 radələrində yatmış, səhər saat 06:30 radələrində yuxudan oyanan zaman yatağın yanındakı stulun üzərinə qoyduğu “Honour X 8” markalı mobil telefonun yerində olmamasını görüb, şalvarın cibində qalmasını ehtimal edərək cibinə baxdıqda 74 manat nağd pulun da cibində olmadığını aşkar etmişdir. Yaşadığı evin qapısı açıq vəziyyətdə idi. Bundan başqa “Honour X 8” markalı telefonu 600 manata aldığına, içərisində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrin dəyərinin cəmi 40 manat təşkil etdiyinə, nömrənin baansında hər hansı məbləğ olmadığına və 74 manat nağd pulunun oğurlandığına görə ona ümumilikdə 714 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, 2016-cı il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olaraq Bakı şəhərinə gəlmiş, gəldiyi müddət etibarən Goranboy rayonunda eyni sinifdə oxuduğu Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs9 ilə birlikdə əvvəlcə Yasamal rayonun ərazisində, sonra isə 2017-ci ilin dekabr ayından etibarən ünvan 12 ünvanında yerləşən evdə kirayə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 02:30 radələrində yatdığını, səhər saat 10:30 radələrində Ceyhunun onu oyatdığını, Ceyhunun “Samsung J 2” markalı telefonun, içərisində 106 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin yerində olmaması barədə məlumat verdiyini, sonra isə özünə məxsus yatağın üzərinə qoyduğu “Samsung J 5“ markalı və Muraza məxsus "Xiaomi Redmi 6 A” markalı telefonun yerində olmadığını aşkar etdiklərini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, yaşadığı evin qapısı açıq vəziyyətdə idi. Bundan başqa “Samsung J5” markalı telefonu 2018-ci ilin mart ayında 450 manata aldığını, hazırda isə qiymətinin 400 manat olduğuna, içərisində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin dəyərinin cəmi 10 manat təşkil etdiyinə və nömrənin balansında hər hansı məbləğ olmadığına görə ona ümumilikdə 410 manat ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmişdir. Hal-hazırda və gələcəkdə ondan heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid1 və Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, təxminən 2017-ci ildən etibarən Nəsimi rayonu, D.Əliyeva 106 ünvanında yerləşən “Bakcell” adlı mağazada satıcı olaraq işləyir. xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində X4 “Samsung J2” markalı telefonu satmaq üçün mağazaya gəldiyini, telefon ilə bağlı problemin olub-olmamasını soruşduğunu, sonra telefonun necə işləməsinə baxdığını, telefona 60 manat verəcəyini dediyini bildirmişdir. Həmin tarixdə qeyd olunan telefonu sonradan adının Mühəmməd olduğunu öyrəndiyi şəxsə 130 manata satdığını, telefon satıldıqda 1 ay zəmanət verildiyinə görə həmin şəxsin xx.xx.2019-cu il tarixdə müxtəlif bəhanələr gətirərək telefonu geri qaytardığını qeyd etmişdir. Bildirmişdir ki, telefonu X3 alarkən oğurluq olub-olmadığını soruşmuş, lakin telefonun oğurluq olmadığı barədə məlumat vermişdir. Şahid2 (Brilliant - cinsi azlıq) oğlunun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin sentybar ayında “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqdan sonra Orxanın onunla bir neçə dəfə görüşdüyünü, sonuncu dəfə isə 2019-cu ilin noyabr ayında onun əvvəllər yaşadığı Nərimanov rayonu, “Gənclik” şadlıq sarayı yaxınlığında yerləşən evinə gəldiyini, evə girdikdən sonra su istədiyini, Orxana su gətirmək üçün mətbəxə gedib qayıtdıqda Orxanın evdə olmadığını, Orxanın getməyindən şübhələnib əşyalarını yoxladıqda pul kisəsində 100 manat pulun olmamasını gördüyünü, otaqda içərisində Orxana məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul qabı ilə 1 ədəd “Samsung” markalı telefon qalmasını aşkar etdikdə isə həmin 100 manat pulun Orxan tərəfindən oğurlandığını müəyyən etdiyini bildirmişdir. Sonra Orxanın zəng edərək telefonu və şəxsiyyət vəsiqəsini istədiyini, buna qarşılıq olaraq Orxandan 100 manat pulunu tələb etdikdə Orxanın anasının xəstəliyi ilə əlaqədar pula ehtiyac olduğunu dediyini, lakin həmin müddətdən sonra Orxan ilə əlaqəsinin kəsildiyini qeyd etmişdir. Bundan başqa isə həmin gün tanışı X4 evə gəldiyini, bir neçə saat evdə olduğunu, növbəti gün oyandıqda qeyd olunan “Samsung” markalı telefonun və qara rəngli pul qabının yerində olmamasını görüb Elgünə zəng etsə də, Elgün ilə əlaqə saxlaya bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Orxanın ona məxsus 100 manat pulu oğurlaması ilə bağlı şikayəti yoxdur, habelə qeyd olunan “Samsung” markalı telefonun oğurluq olması barədə də məlumatı olmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X8 baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə gəlib hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. ünvan 6 ünvanı həyət evidir. Bu evin giriş qapısı dəmir seyf qapıdandır. Evin həyəti 40 kv.m. sahədir. İki mərtəbədən ibarətdir. Birinci mərtəbədə ümumi 5 otaq, hər bir otaqda əlavə olaraq kirayə vətəndaşlar yaşayır. Zərərçəkmiş şəxs1 yaşadığı otağın qapısı plastikdir, otaqda iki nəfərlik çarpayı, masa, stullar vardır. Quluyeva bu otaqda telefonunun oğurlandığını dedi və telefonunu çarpayının kənarına qoyduğunu bildirdi və telefon oğurlanan yeri göstərdi; “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X11 Afiq Akif oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilən yer ünvan 16 ünvanıdır. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 yaşadığı evdə olarkən xx.xx.2019-cu il tarixdə saat 01:00-dan 08:00-a kimi olan müddət ərzində ona məxsus 300 manat dəyərində olan “Samsung A5” markalı telefonunun açıq qapıdan daxil olma yolu ilə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Baxış zamanı baxış keçirilən yer qəhvəyi rəngli, dəmir konstruksiyalı giriş qapısı olan, içərisində bir ədəd masa və 3 ədəd yataq olan bir otaqlı evdir, baxış zamanı hər hansı maddi sübut aşkar olunmadı; “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyev Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer ünvan 4 ünvanıdır. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 yaşadıqları evdə olarkən xx.xx.2019-cu il tarixdə saat 02:30-dan 10:30-a kimi olan müddət ərzində müvafiq olaraq “Xiomi redmi 6”, “Samsung J2” və “Samsung J 5” markalı mobil telefonların, habelə Zərərçəkmiş şəxs9 məxsus içərisində şəxsiyyət vəsiqəsi və 106 manat pul olan pul kisəsinin naməlum şəxs tərəfindən evə daxil olunaraq oğurlandığını bildirmişdir. Baxış keçirilən yer qara rəngli, dəmir konstruksiyalı giriş qapısı olan, içərisində paltar dolabı, televizor, bir ədəd masa, 2 ədəd stul və 3 ədəd yataq olan bir otaqlı evdir, baxış zamanı hər hansı maddi sübut aşkar olunmadı; “Götürmə və baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rüstəm Diniyev icraatında olan, CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs9 məxsus olan oğurlanmış 359-***- *******-241 və 359-***-*******-249 İMEİ kodlu, “Samsung J2” markalı, qara rəngli telefonu ünvan 17 ünvanında yerləşən “Bakcell” mağazasının satıcısı Şahid1 götürmüşdür; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X7 icraatında CM-in 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsini müdafiəçisi X9 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Təbriz Xankişiyevin iştirakı ilə yerində yoxlamışdır. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olundu ki, şübhəli şəxs qismində dindirilərkən ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerinə gedərək hansı oraya üsulla daxil olduğunu, hansı əşyaları götürdüyünü və hadisənin necə baş verməsini əyani şəkildə göstərsin. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dan çıxıb Nərimanov rayonu, Daş karxanası küçəsi istiqamətinə getmək lazım olduğunu bildirdi. Təqsirləndirilən şəxs ilk növbədə xx.xx.2019-cu il tarixdə ünvan 18 ünvanının yarım açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq “Honour X8” markalı mobil telefonu, sonra isə Daş karxanası küçəsi ev 577 ünvanının qapısının açıq olmasından istifadə edərək “Samsung A5” markalı, daha sonra Daş karxanası küçəsi ev 471 ünvanının qapısının açıq olmasından istifadə edərək 2 ədəd “Samsung” markalı, 1 ədəd “Xiomi” markalı mobil telefonu götürdüyünü, bundan başqa xx.xx.2019-cu il tarixdə Daş karxanası ev 431 ünvanının qapısının açıq olmasından istifadə edərək 2 ədəd “Samsung” və 1 ədəd “İphone” markalı telefonu oğurladığını bildirmişdir. İstintaq hərəkəti keçirilərkən iştirakçılardan şikayət və vəsatət daxil olmadı. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülmədi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1264/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X10, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili X12, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Nərimanov rayonu, Daş karxanası ərazisində yerləşən X1 məxsus 245 nömrəli ünvandır. Evə giriş 2 saylı dəmir darvaza ilədir. Zərərçəkmiş şəxs7 qardaşı Zərərçəkmiş şəxs8 və əmisi oğlu Zərərçəkmiş şəxs6 ilə həyətə girişdə sol tərəfdə yerləşən mənzildə kirayədə yaşadıqlarını, xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində naməlum şəxs və ya şəxslərin həmin mənzilə qanunsuz daxil olaraq oradan onlara məxsus 2 ədəd “Samsung”, 1 ədəd “İphone” markalı mobil telefonları və ümumilikdə 500 manata yaxın məbləğdə nağd pulu oğurladıqlarını bildirdi. Həmin mənzilin giriş qapısı taxta materialdandır. Hadisə baş verən zaman qapı açıq vəziyyətdə olmuşdur. Mənzilə girişdə kiçik mətbəx, daha sonra isə yataq otağı vardır. Mənzilə qanunsuz daxil olan şəxslər pul və mobil telefonları həmin yataq otağından götürmüşdür. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar olunmadı və götürülmədi; “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Nurlan Nurulu hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer ünvan 5 ünvanıdır. Hadisə yerinə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə saat 02:30-dan 06:30-a kimi olan müddət ərzində həmin ünvanda naməlum şəxs 600 manat dəyərində “Samsung” markalı mobil telefon və 74 manat pul oğurlamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32117 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-J250F/DS” modelli mobil telefon aparatının satışı üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3, 177.2.4 və 66.2, 67.1-ci maddələri ilə 02 il azadlıqdan məhrum etmə və 1300 manat cərimə cəzaları təyin edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 11 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının ödənilməmiş hissəsi 1300 manat CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 1300 manat cərimə cəzası saxlanılmışdır; Salyan Rayon Məhkəməsinin 7(057)-472/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 03 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 21/1-156 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 1300 manat cərimə olunması barədə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 376/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsindən icra olunması üçün xx xxxx 2021-ci il tarixdə Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hal-hazıra kimi cərimə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.2 və 177.2.3-cü maddələrinə müvafiq olaraq eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən törətidyi əməlləri etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsini, sonnucuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 11 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir (Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı). Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini 18 noyabr-xx xxxxxx 2019-cu tarixlərdə, yəni cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir və həmin əməlləri törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, xx xxxxxx 2018-ci tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən 11 (on bir) ay 03 (üç) gün vaxtından əvvəl şərti olaraq azad edildiyi (Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı) müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6, 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən, həmçinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, xx xxxxxx 2018-ci tarixli hökmü ilə ona təiyn edilmiş cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, xx xxxxxx 2018-ci tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş 11 (on bir) ay 03 (üç) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və cərimə cəzası isə tam birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-76.6.3, 67.1), cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2) cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). İş üzrə maddi sübut - “Samsung J2” markalı telefonun Zərərçəkmiş şəxs9 qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X13 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X17 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 95 (doxsan beş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 30 (otuz) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X9 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Salyan Rayon Məhkəməsinin 7(057)-472/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 376/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və 1300 (min üç yüz) manat cərimə cəzası tam birləşdirilsin və qəti olaraq ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 1300 (min üç yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Samsung J2” markalı telefonun Zərərçəkmiş şəxs9 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. X17 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən şəxs X5 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-13/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-13/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver