Məhkəmə qərarları › İş №1(005)-13/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-13/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-13/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvnaında qeyidiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyul 2021-ci İl tarixdə, saat 12 radələrində ünvan 1-də yaşayan dayısı arvadı Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək, əvvəlcədən özü ilə gətirdiyi dəmir alətlə mənzilin pəncərəsini açıb evə qanunsuz daxil olmuş və yataq otağında olan dolabın gözlüyündə saxlanılan sonuncuya məxsus 1500 manat dəyərində, İtaliya istehsalı olan 750 əyyarlı, 15 qram kütləli, brilyant qaşlı, uzunsov formalı, bir dəst qızıl sırğa və üzüyü, bir ədəd 600 manat dəyərində, İtaliya istehsalı olan 750 əyyarlı, 07 qram kütləli, uzunsozv formalı, üstündə qaşı olmayan bir cüt qızıl sırğanı, bir ədəd 1.300 mgnat dəyərində, İtaliya istehsalı olan 750 əyyarlı, 10 qram kütləli, paxlava formalı, qızıl boyunbağını, bir ədəd 600 manat dəyərində, İtaliya istehsalı olan 750 əyyarlı, 05 qram kütləli, dairəvi formalı, qızıl kulonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 rəhmətlik dayısının arvadıdır və onlarla qonşuluqda yaşayır. 25 iyul 2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün yaşadığı evin həyətində müvəqqəti yaşayan ölmüş dayısının arvadı Səbinə Allahverdiyevanın evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 26 iyul 2021-ci il tarixdə səhər açıldıqda dayısı arvadı Səbinənin evdən çıxıb getməsini gözləmiş, həmin gün saat 10 radələrində Səbinə çıxıb getdikdə saat 12 radələrinədək gözləmiş və sonra Səbinənin yaşadığı evin damına çıxıb özü ilə götürdüyü dəmir alətlə pəncərəni açmış və mənzilə daxil olmuşdur. Sonra mənzili axtarmağa başlamış və yataq otağındakı dolabın içərisindən bir ədəd boyunbağı və bir ədəd üzük taparaq götürüb evi tərk etmişdir. Həmin günü oğurladığı boyunbağını və üzüyü pula ehtiyacı olduğu üçün Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən qızıl satışı mağazasına aparmış və şəxsiyyət vəsiqəsini təqdim etməklə öz əşyası kimi üzüyü 410 manat satmış, boyunbağı isə qızıl olmadığı üçün özünə qaytarılmışdır. Sonra pulu şəxsi tələbatlarına sərf edərək xərcləmiş, boyunbağını isə xatırlamadığı yerdə tullamışdır. Sonradan isə dayısı arvadı Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə polisə şikayət etməsini eşitmiş, lakin qorxduğu üçün etdiyi əməli etiraf etməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 23 ünvanından qapını bağlayaraq çıxıb getmiş və həmin günü saat 14 radələrində evə qayıtmışdır. Qapını açıb mənzilə daxil olduqda dəhlizin pəncərə şüşəsinin sınmasını görmüş, sonra yataq otağına baxdıqda hər yerin dağınıq olmasını və orada olan dolabın gözlüyündə saxladığı qızıl-zinyət əşyalarının yerində olmadığını aşkar etmişdir. Bu zaman evdə olmadığı iki saat ərzində mənzilinin qarət olunmasım başa düşmüş, ona görə dərhal qardaşı Nəsimiyə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra qardaşı evinə gəlmiş və baş vermiş oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, az sonra evinə polis əməkdaşları gəlib müayinə etmiş, daha sonra isə Nərimanov RPİ-yə gedib evindən oğurluq olması və qızıl əşyalarının talanması barədə şikayət ərizəsi yazmışdır. Daha sonra o, göstərmişdir ki, mənzilindən oğurlanmış qızılları-dəyəri 1.500 manat olan, 15 qram kütləli, 750 əyyarlı olmaqla İtaliya istehsallı, brilyant qaşlı, uzunsov formalı, bir dəst qızıl sırğa və üzük olmuş, dəyəri 600 manat olan, bir ədəd, 750 əyyarlı, 07 qram kütləli, uzunsov formalı, qaşsız, bir cüt qızıl sırğa olmuş, dəyəri 1.300 manat olan, bir ədəd 750 əyyarlı, 10 qram kütləli. paxlava formalı qızıl boyunbağı olmuş, dəyəri 600 manat olan, bir ədəd, 750 əyyarlı, dairəvi formalı. 05 qram kütloli, bir ədəd qızıl kulon olmuşdur. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 4.000 manat maddi ziyan dəymiş, oğurluq zamanı mənzilindən ona məxsus qızıl əşyalarından başqa qiymətli bir əşya və ya pul oğurlanmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 27-29-cu vərəqələrində olan şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsindən görünür ki, 26 iyul 2021-ci il tarixdə günorta saatlarında bacısı Zərərçəkmiş şəxs ona zəng edərək yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə gələrkən qapını açıb mənzilə daxil olduqda dəhlizin pəncərə şüşəsinin sınmasını, sonra yataq otağına baxdıqda hər yerin dağınıq olmasını və orada olan dolabın gözlüyündə saxladığı qızıl-zinyət əşyalarının yerində olmadığını aşkar etməsini bildirmişdir. Sonra ondan baş vermiş oğurluq barədə Azərbaycan Respublikası DİN-tıin 102 xidmətinə zəng vurub məlumat verməsini xahiş etmişdir. Daha sonra o, göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq zamanı ona məxsus qızıl-zinyət əşyalarının oğurlanması nəticəsində ona cəmi 4.000 manat maddi ziyan dəymişdir. Sonradan bacısının evinə polis əməkdaşları gələrək hadisə yerini müayinə elmiş və bacısı Səbinə Nərimanov RPİ-yə gedərək evindən oğurluq olması və qızıl əşyalarının talanması barədə şikayət ərizəsi yazmışdır. Cinayət işinin 110-112-ci vərəqələrində olan şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsindən görünür ki, hazırda ünvan 2 ünvanda yerləşən “Mələk” salon malları mağazasında qızıl alışı polkasını icarə müqaviləsi əsasında götürərək işlətmiş, heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Bundan başqa o, göstərmişdir ki, 26 iyul 2021-ci il tarixdə günorta saatlarında əvvəl qonşuluqda yaşayan Rolan yanına gəlmiş və onda bir ədəd satlıq üzük olmasını, pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. Həmin vaxt üzüyə baxmış və əzik olduğunu görmüş, sonra həmin üzüyün üzərində olan sadə qaşı çıxartmaq şərtilə qramını 68 manatdan ala biləcəyini demişdir. Sonra Rolan onunla razılaşdığı üçün üzüyün qaşlarını sökərək çəkib ona 410 manat pul vertnişdir. Həmin vaxt Rolanın şəxsiyyət vəsiqəsinin surətini çıxarıb ona öz xətti ilə “qızıl öz malımdır, oğurluq deyil” sözlərini yazdırmışdır. Daha sonra o, göstərmişdir ki, Rolandan üzüyü aldıqdan bir neçə gün sonra həmin üzüyü əridib istifadə etmişdir. 04 oktyabr 2021-ci il tarixdə isə icarəyə götürüb işlətdiyi mağazada olarkən polis əməkdaşları gəlib Rolanın ona satdığı üzüyün oğurluq olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona üzüyü satan zaman cinayət yolu ilə əldə etməsini bildirməmiş, əksinə özünə məxsus olmasını və pula ehtiyacı olmasına görə satmaq istəməsini bildirmişdir. Rolan onu inandıraraq öz şəxsiyyət vəsiqəsini təqdim eldiyinə görə inanıb həmin üzüyü ondan almış, həmin vaxt Rolan ona bir ədəd qızıl qadın üzüyündən başqa heç bir qızıl əşyası satmamışdır. Rolanın ona satdığı qızıl üzüyün oğurluq yolu ilə əldə olunmasını əvvəlcədən bilməmiş, əgər bilsəydi almazdı. Cinayət işinin 5-11-ci vərəqələrində olan “Baxış keçirilməsi barədə” 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 85.4.2 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq Zərərçəkmiş şəxs müraciəti əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri, Nərimaov rayonu, H.Mirzəyev küçəsində 23 ünvanında yerləşir. Yaşayış evi 3 otaqdan ibarət olmaqla yataq otağından, qonaq otağından, mətbəxdən və dəhlizdən ibarətdir. Yaşayış evinin pəncərəsi açılı vəziyyətdədir. Yaşayış evinin pəncərələrinin bir hissəsi dəmir barmaqlıqlardan ibarətdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-97-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1000/2021 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 131-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 21/626R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik kartlarının surətləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2021-ci il tarixdə, ünvan 10-da yaşayan, Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izinin DİN-in KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-91/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyənedildikdə onun dərhal tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-2907 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan ödənilməmiş olsa belə şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli Teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir maddi tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 20 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 43 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 43 (qırx üç) iş saatına görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (01 il 01 ay 28 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 43 (qırx üç) iş saatına görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar