Məhkəmə qərarları › İş №1(005)-13/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-13/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-13/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müd/afiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi - X5, təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Türkiyə Respublikası, Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X39 (İbrahim Halil) Mehmet oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X39 (İbrahim Halil) Mehmet oğlu xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “Şah lahmacun” restoranında olan atası Şahid2 yanına gələn zaman, həmin vaxt icraatında olan X11 Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında “MN0458287” nömrəli qərarı əsasında başlanmış ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyət nümayəndəsi olmaqla xidməti geyim formasında qeyd olunan restorana gəlmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsinin icra məmuru vəzifəsində, İ dərəcəli ədliyyə qulluqçusu rütbəsində xidmət edən Zərərçəkmiş şəxs öz xidməti vəzifələrini yerinə yetirərək qeyd olunan iaşə obyektinin VÖEN-nin icra sənədindəki borclu şəxslə uyğunluq təşkil etməsini aydınlaşdırmaq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən restoranın kassasında olan pul vəsaitinə yaranmış borcun həcmində həbs qoymaq məqsədilə kassa arxasında oturmuş atası Şahid2 boş kassa çeki tələb etməsi səbəbindən aralarında yaranmış mübahisəni görüb restoranın içərisinə daxil olaraq Zərərçəkmiş şəxs yumruqla zərbələr vurub yerə yıxaraq alnın sol yarısının tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, burnun şişkinlik halında əzilməsi-qançırı və səthi əzilmiş yarası, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi-qançırı, sağ qulaq seyvanının üst hissəsinin, sağ və sol gözaltı nahiyələrinin qançırları hər biri baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması ilə müşayiət olunan istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və üst çənədə 11-ci, 12-ci, 22-ci dişlərin diş uclarının hissəvi, 13-cü dişin diş yuvasından tam travmatik çıxığı ilə müşayiət olunan, üst dodağın ön səthinin və alt dodağın iç səthinin əzilmiş yaraları, ümumilikdə dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (10%) itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar sağlamlığına Az Ağır xəsarət yetirmiş və hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X39 (İbrahim Halil) Mehmet oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçərək Bakı şəhərində yaşamağa başlamışdır. 2002-ci ildə Bakı Anadolu Türk Liseyində birinci sinifə başlamış, doqquzuncu sinifdən isə, Atatürk liseyində oxumuş oradan məzun olmuşdur. O, heç yerdə işləmir, arada bir atasının işlədiyi Nərimanov rayonunda yerləşən “Şah lahmacun” adlı kafeyə gedib ona köməklik edir. xx.xx.2022-ci il tarixdə səhər yuxudan oyandıqda, halsız və ağrıları olduğunu görüb atasına zəng edərək kafeyə gələ bilməyəcəyini bildirmişdir. Həmin gün saat 13 radələrində kafeyə gəlmiş və kafenin içərisində səs-küy mübahisə olduğunu görmüşdür. Əsəbi olduğu üçün mübahisəyə qarışmayıb bir müddət çöldə gözləmiş, lakin səs-küy çoxaldığı və insanların kafenin giriş hissəsinə toplaşdığı üçün o da içəri daxil olmuşdur. Həmin vaxt restorana gələn icra məmuruna insanların “ağsaqqalı niyə vurursan, sən kimsən, sənin nə ixtiyarın var” dediklərini eşitmiş, orada olan tək ağsaqqal atası olduğu üçün Zamiqin atasını vurduğunu düşünmüş, həmin vaxt ətrafa baxıb atasını görə bilməmiş və anidən çox əsəbləşmişdir. Çox əsəbləşdiyi üçün Pərvin onu çölə itələmiş və “sən qarışma” demişdir. Araz da gəlib onu oradan kənarlaşdırmış və “atan getdi” demişdir. Çöldə bir müddət gözlədikdən sonra içəri daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs vurmamış, vurmamağı üçün də Pərvin onu itələyib çölə çıxartmışdır. Zərərçəkmiş şəxs konkret olaraq kim tərəfindən xəsarət yetirilməsini görə bilməmiş və bu barədə məlumatı olmamışdır. Oradan çıxıb Türk səfirliyinə getmiş və atasının orada olduğunu görmüşdür. Atası ilə danışdıqda, ona çox ətraflı məlumat verməmiş, lakin atasının başının arxa hissəsində qızartı olduğunu görmüşdür. Atası telefonunu istəmiş və onun nömrəsindən DİN-in 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Atası “sən get mən gələcəm” dedikdən sonra oradan çıxıb getmişdir. Hadisə zamanı kafedə işçilər və müştərilər olmuşdur. Sonda təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlu himayəsində bir azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ziyanı tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ilin mart ayından etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləyir, İ dərəcəli ədliyyə qulluqçusu rütbəsindədir. X11 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X7 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməli olan icra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuşdur. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən “Şah Lahmacun” kafesinə şöbədə könüllü kimi fəaliyyət göstərən Şahid1 ilə birlikdə getmişdir. Bu zaman özünü həmin restoranın mühasibi və rəhbəri Məftun Rüstəmovun qardaşı kimi təqdim edən Şahid3 adlı şəxs ona yaxınlaşmışdır. Həmin şəxsə X11 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati qərarı üzrə təyin edilmiş 200 manat cərimə barədə məlumat vermişdir. Cərimə barədə məlumatlı olduqlarını, cərimənin ödənilməsi üçün 1 həftə vaxt verilməsini xahiş etmiş, o cərimənin icrası üçün könüllü müddətin bitməsini Yavuza bildirmiş, lakin çoxsaylı xahiş və təkidlərinə qarşılıq olaraq bir həftə vaxt verərək məlum ünvandan geri qayıtmışdır. Həmin tarixdən bir həftə sonra Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə cərimənin ödənilməsi üçün əlaqə saxlamaq istəsə də, sonuncu tərəfindən telefon zənglərinə cavab verilməmişdir. Bu səbəbdən, yenidən icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində şöbədə könüllü kimi fəaliyyət göstərən Şahid1 ilə birlikdə “Şah Lahmacun” restoranına getmişdir. Bu zaman ona restoranda inzibatçı kimi çalışan özünü Pərviz və Mehmet kimi təqdim edən şəxslər yaxınlaşmışdır. Onlardan restoranın mühasibi işləyən Şahid3 soruşmuş və icra sənədi ilə bağlı məlumat vermişdir. Bu zaman həmin şəxslər Şahid3 zəng etməyini bildirmişlər. O isə, Şahid3 dəfələrlə zəng etdiyini, lakin Yavuzun cavab vermədiyini və məcburi icra tədbirləri tətbiq edəcəyini bildirmişdir. Bu səbəbdən, ilk öncə onlardan hansı VÖEN-lə fəaliyyət göstərdiklərini aydınlaşdırmaq üçün boş kassa çeki tələb etmiş, lakin dəfələrlə, təkidlə boş kassa çeki tələb etsə də, kassa çeki ona təqdim edilməmiş və ondan kassa çekini nə məqsədlə tələb etdiyini soruşmuşlar. O cavabında əgər fəaliyyət ünvanı və borclu şəxsin adı icra sənədindəki şəxslə uyğunluq təşkil etdiyi halda, kassada olan pul vəsaitinə tələb həcminə qədər 200 manatın üzərinə protokollaşdırıb “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə uyğun olaraq həbs qoyacağını bildirmişdir. Bu zaman təkrar kassa çeki tələb etdikdə, Mehmet və Pərviz adlı şəxslər aqressiv cavab verərək həmin ünvandan kənarlaşmağını istəyərək, güc tətbiq edəcəkləri ilə hədələmiş, bundan sonra Mehmet onu əli ilə itələyərək, təpik zərbələri vurub kassanın yanından kənarlaşdırmağa çalışmışdır. O təpik zərbəsindən sonra münaqişəni genişləndirməmək və kənarlaşmaq üçün arxa-arxaya qapıya doğru getmişdir. Çünki həmin restoranda olan əməkdaşlar onun ətrafına toplaşmışlar. Təpik zərbəsindən yayınmaq üçün geri çəkilən zaman ona arxa tərəfdən üzünü tam olaraq görmədiyi kimsə gəlib yumruqla möhkəm vurmuşdur. Zərbənin təsirindən huşunu itirərək yerə yıxılmış, ayılan zaman burnunun, ağzının qan içərisində olduğunu, ön dişlərinindən dördünün sındığını görmüşdür. İlk öncə onunla birlikdə gələn Amiddən onu vuranların kimliyini soruşmuş, Amid həmin vaxt ona təpik zərbəsi vuran Mehmeti saxladığı üçün tam olaraq görə bilmədiyini, lakin həmin şəxsin orta boylu, saqqalı, iri cüssəli, qara köynəkdə olan biri olduğunu və vurduqdan sonra orada çalışan əməkdaşların təklifi ilə hadisə yerindən uzaqlaşdığını bildirmişdir. O, daha sonra orada olan Mehmet və Pərvizdən onu kimlərin, nə üçün vurduğunu soruşduqda həmin şəxslər heçnə deməyərək, onu vuran şəxsi tanımadıqlarını qeyd etmişlər. Daha sonra adlarını bilmədiyi, orada kuryer, ofisiant və kürədə işləyən əməkdaşlardan ona kimin xəsarət yetirdiyini soruşmuş, həmin şəxslər də ilk öncə ona kimlər tərəfindən xəsarətlər yetirilməsi barədə məlumat verməmiş, lakin bunun cinayət əməli olduğunu və bu əməlin nəticəsində onların məsuliyyətə cəlb ediləcəyini, hadisə yerinə polis əməkdaşlarının dəvət edildiyini, onların da bu cinayətdə ittiham olunacaqlarını bildirmiş, bu zaman həmin şəxslər məsuliyyətə cəlb olunmaqdan qorxduqları üçün onu vuran şəxsin Mehmetin oğlu İbrahim olduğunu bildirmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onun həmin kafedə görüntülərini çəkmişdir. Həmin vaxt zərbələrin təsirindən özünü çox pis hiss etmiş və güclü ağrıları olmuşdur. Bu səbəbdən Bakı şəhər X34 müraciət etmiş və ilkin tibbi yardım göstərilmişdir, vəziyyəti pis olduğu üçün gecəni xəstəxananın Nevrologiya şöbəsində keçirmiş, müvəqqəti əmək qabiliyyəti olmadığı üçün bir müddət işə çıxmamış və ev şəraitində müalicəsini davam etdirmişdir. Həmin vaxt hadisənin təsirindən əsəbi olduğundan, həmçinin, orada olan şəxsləri şəxsən tanımadığından dəqiq kim olmalarını deyə bilməmişdir. İstintaq zamanı onun iştirakı ilə videogörüntüyə baxış keçirilən zaman onu vuran şəxsin İbrahim Karakaya olmasını dəqiq bilmişdir. Kamerada görünən şəxs X8r. Hadisə zamanı ona xəsarət yetirən şəxs həmin şəxs olmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlu ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən etibarən qardaşı X12 direktoru olduğu "xxxx" MMC-nin nəzdində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında “Şah lahmacun” adlı kafesini açıb işlətməyə başlamışdır. Həmin kafeyə müdir kimi nəzarət etmişdir. Şahid2 təxminən 10 il bundan əvvəl tanımışdır. Mehmet restoran sektorunda işlədiyi üçün kafedə adminstrator kimi işləməyə başlamışdır. O, daima kafedə olmuş və kassada oturmuşdur. O, olmadığı vaxtlar Mehmet onu əvəz etmişdir. xx.xx.2020-ci il tarixdə X11 Bakı Regional Bölməsi tərəfindən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı kafedə yoxlama keçirilmiş və pozuntu aşkar olunduğu üçün vəzifəli şəxs kimi qardaşı X12 adına 200 manat məbləğində inzibati cərimə protokolu tərtib edilmişdir. 2022-ci ilin fevral ayında Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs ona zəng edərək qeyd edilən inzibati cərimə barədə məlumat vermiş, ödəmək lazım olduğunu bildirmiş və bununla bağlı icra şöbəsinə yaxınlaşmağını tələb etmişdir. O, bir neçə gün sonra Nərimanov rayon İcra Şöbəsinə yaxınlaşaraq Zərərçəkmiş şəxsla görüşmüş, hazırda ödəməyə imkanı olmadığını bildirərək ona vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs çox gecikdirməməyini bildirmiş və oradan çıxıb gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir neçə dəfə ona zəng etmiş, bir dəfə kafeyə gəlmiş və ondan cərimənin ödənilməsini tələb etmişdir. O isə, maddi imkan olmadığı üçün cəriməni ödəyə bilməmişdir. İcra məuru xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində işlədiyi kafeyə gəlmişdir. Həmin gün bacısı oğlunun Bakı Hərbi Məhkəməsində işi olduğu üçün, kafedə işləri qaydasına qoyaraq, kafeni Mehmetə tapşırmış və saat 10:30 radələrində çıxıb getmişdir. Bakı Hərbi Məhkəməsinə girdiyi zaman telefonunu polis postuna təhvil vermiş və təxminən saat 17 radələrində məhkəmədən çıxmışdır. Telefonunu götürüb baxdıqda, Zərərçəkmiş şəxs və işçilərin ona zəng etdiklərini görmüşdür. O, kafenin nömrəsinə zəng etmiş, telefonu Pərviz açmışdır və icra məmuru Zərərçəkmiş şəxs kafeyə gəldiyini, dava olduğunu, icra məmurunun Mehmeti itələyərək yerə yıxdığını və daha sonra Zərərçəkmiş şəxs üzünün qan içində olduğunu bildirmişdir. Bundan sonra Mehmet ona zəng edərək icra məmurunun onu itələyərək yerə yıxdığını və başının kafelə dəydiyi üçün ağrıdan dayana bilmədiyini bildirmişdir. O, qeyd olunan hadisənin şahidi olmamışdır, hadisənin baş vermə şəraiti və halları barədə dəqiq məlumatı yoxdur. İbrahimi Şahid2 oğlu kimi tanımış və həmin şəxs arada kafeyə gələrək kuryerlərə köməklik göstərmişdir. İbrahim adətən, günorta saatlarında kafeyə gəldiyindən, o isə hadisənin baş verdiyi gün səhər saatlarında kafedə olduğu üçün hadisənin baş verdiyi vaxt İbrahimi görməmişdir. Hadisənin baş verdiyi vaxt kafedə olmadığı üçün Zərərçəkmiş şəxs kim tərəfindən xəsarət yetirildiyini görməmişdir, işçilərdən də maraqlandıqda görmədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən "Şah lahmacun” adlı kafedə aşbaz (kababçı) kimi işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində işlədiyi kafeyə gəlib işə başlamışdır. Həmin gün saat 13 radələrində xidməti geyim formasında sonradan icra məmuru olduğunu bildiyi Zamiq adlı şəxs yanında cavan bir oğlanla kafeyə daxil olmuşdur. Həmin vaxt kafenin müdiri Yavuz orada olmadığı üçün Şahid2 kassada oturmuşdur. İcra məmuru Zamiq ona yaxınlaşmış və bir neçə dəqiqə danışmışlar. Zamiq müdirləri Yavuzu axtarmışdır. Sonradan onların mübahisə etməyə başladıqlarını görmüşdür. Bu zaman Zamiq kassaya əl ataraq Mehmeti kassadan qovmağa çalışmışdır. Lakin, Mehmet ona qarşı çıxmışdır. Zamiq əli ilə Mehmeti sinəsindən tutub itələmiş, nəticədə Mehmet yerə yıxılmış və başı kafelə dəymişdir. Bu zaman müştərilər də ayağa qalxıb icra məmuruna irad bildirmiş və mübahisə davam etməməsi üçün Zamiqi çölə çıxartmağa çalışmışlar. Müştərilərin köməkliyi ilə Zamiq kafenin giriş hissəsinə çıxarılmışdır. Bu zaman o da əlində kabab şişləri dayanmışdır. Anidən qapının giriş hissəsində Zamiqin yerə yıxıldığını və Pərvizin İbrahimi oradan kənarlaşdırdığını görmüşdür. O düşünmüşdür ki, Zamiqi İbrahim vurmuşdur. Ona görə, hadisənin böyüməməsi üçün İbrahimi oradan kənarlaşdırmağa çalışmışdır. İbrahim bir neçə saniyə kənarda dayanmışdır. O yaxınlaşıb Zamiqin qolundan tutub əl-üzünü yumağa aparmaq istəmişdir. Zamiq isə, “mənə toxunma” deyib imtina etmişdir. Daha sonra o İbrahimə yaxınlaşıb əsəblərinə hakim olmalı olduğunu bildirmişdir. Bu zaman İbrahim oradan uzaqlaşaraq getmişdir. Zamiq kimlərəsə zəng etməyə başlamış, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları kafeyə gəlmişlər. Mehmetin Zamiq adlı icra məmuruna təpiklə zərbə vurmasının şahidi olmamış, əksinə Zamiq Mehmeti itələmiş, nəticədə Mehmet yerə yıxılmış və başı kafelə dəymişdir. Bundan sonra isə, müştərilər ayağa qalxmış və insanlar giriş hissəyə toplaşmışdır. Mehmet ayağa qalxanadək Zamiq müştərilər tərəfindən çölə çıxarılmışdır. Həmin vaxt kafedə işçi heyəti və müştərilər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında icarəyə götürdüyü yerdə meyvətərəvəz satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində həmişə olduğu kimi mağazasına gələrək işə başlamışdır. Həmin gün saat 13 radələrində onun mağazasının yanında yerləşən "Şah lahmacun" restoranında adminstrator işləyən Mehmetin oğlu İbrahim onun yanına gələrək siqaret çəkməyə başlamış, bu zaman "Şah lahmacun" restoranının içərisindən səs-küy gəlmişdir. İbrahimlə heç bir söhbət etməmiş və içəridə nə baş verməsindən xəbəri olmamışdır. Bir anda səs-küy yüksəlmiş və İbrahimin içəri tərəf getdiyini görmüş, o da nə baş verdiyini görmək üçün ayağa qalxaraq ağacın yanında dayanmışdır. Restoranın giriş hissəsində adamların çox olduğunu, orada hansısa mübahisə baş verdiyini görmüşdür. Mübahisəyə qarışmayaraq geri qayıtmış və öz yerinə keçmişdir. Bundan sonra İbrahim oradan çıxıb getmiş və onu görməmişdir. Bir neçə dəqiqə sonra restoranın qarşısında xidməti geyim formasında olan bir nəfər şəxsin ağız və burnunun qan içərisində olduğunu görmüşdür. Həmin vaxt insanlar restoranın giriş hissəsində toplaşdığından həmin şəxsə xəsarət yetirildiyini görə bilməmiş, sonradan xidməti geyim formasında olan həmin şəxsin ağız və burnunun qan içərisində olduğunu gördükdə onun döyüldüyünü bilmişdir. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları restorana gəlmişlər və xidməti geyim formasında olan şəxs onlarla çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsidir. xx.xx.2022-ci il tarixdə könüllü olaraq Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra Şöbəsində icra məmurlarına fəaliyyətlərində köməklik göstərmişdir. X11 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X7 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməli olan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən “Şah Lahmacun” restoranına şöbədə icra məmuru işləyən Zərərçəkmiş şəxsla birlikdə getmişdir. Bu zaman özünü həmin restoranın mühasibi və rəhbəri Məftun Rüstəmovun qardaşı kimi təqdim edən Şahid3 adlı şəxs onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs həmin şəxsə X11 Bakı Regional Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati qərarı üzrə təyin edilmiş 200 manat cərimə barədə məlumat vermişdir. Həmin şəxs cərimə barədə məlumatlı olduqlarını, cərimənin ödənilməsi üçün 1 həftə vaxt verilməsini xahiş etmişdir, cərimənin icrası üçün könüllü müddətin bitməsi ona bildirilmiş, lakin çoxsaylı xahiş və təkidlərə qarşılıq olaraq bir həftə vaxt verərək məlum ünvandan geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxsla birlikdə yenidən “Şah Lahmacun” kafesinə getmişlər. Bu zaman kafedə inzibatçı kimi çalışan özünü Pərviz və Mehmet kimi təqdim edən şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslərdən restoranın mühasibi işləyən Şahid3 soruşaraq onlara icra sənədi ilə bağlı məlumat vermişlər, lakin həmin şəxslər Şahid3 zəng etmələrini bildirmişlər. Zərərçəkmiş şəxs isə, ona dəfələrlə zəng etdiyini, lakin Yavuzun cavab vermədiyini və məcburi icra tədbirləri tətbiq edəcəyini bildirmişdir. Bu səbəbdən, ilk öncə onlardan hansı VÖEN-lə fəaliyyət göstərdiklərini aydınlaşdırmaq üçün boş kassa çeki tələb etmişlər. İcra məmuru Zərərçəkmiş şəxs dəfələrlə, təkidlə boş kassa çeki tələb etsə də, restoranın əməkdaşları kassa çekini təqdim etməmiş, kassa çekini nə məqsədlə tələb etdiyini soruşmuşlar. Zərərçəkmiş şəxs izah verdikdən sonra təkrar kassa çeki tələb etdikdə, Mehmet və Pərviz adlı şəxslər ona aqressiv cavab verərək həmin ünvandan kənarlaşmaqlarını tələb edərək, güc tətbiq edəcəkləri ilə hədələmiş, bundan sonra Mehmet əli ilə Zərərçəkmiş şəxs itələyərək, təpik zərbələri vurub kassanın yanından kənarlaşdırmağa çalışmışdır. Təpik zərbəsindən sonra Zərərçəkmiş şəxs münaqişəni genişləndirməmək və kənarlaşmaq üçün arxa-arxaya qapıya doğru getmiş, həmin vaxt kənardan əvvəllər tanımadığı və adını bilmədiyi orta boylu, saqqalı, iri cüssəli, qara köynəkdə olan bir nəfər içəri girərək Zərərçəkmiş şəxs yumruqla zərbə vurmuşdur. Zərbədən sonra Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra restoranda olan şəxslər Zərərçəkmiş şəxs vuran şəxsi oradan kənarlaşdırmışlar. Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmaqla, üzünün qanlı olduğunu görmüş və kömək edərək sonuncunu ayağa qaldırmışdır. Zamiq onu vuran şəxsin kim olduğunu soruşduqda, həmin şəxsi tanımadığını, lakin həmin şəxsin orta boylu, saqqalı, iri cüssəli, qara köynəkdə olan bir nəfər olduğunu və vurduqdan sonra orada çalışan əməkdaşların təklifi ilə hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Zamiq Kazimovu vuran şəxs Mehmetin oğlu İbrahim adlı şəxs olmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildə arvadı X19, oğlu X28 və qızı Bahar Karakaya ilə birlikdə Azərbaycan Respublikasına köçərək Bakı şəhərində yaşamağa başlamışdır. Hadisədən təxminən 5 ay əvvəl Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən “Şah lahmacun” adlı restoranda administrator kimi işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində işlədiyi restorana gələrək işə başlamışdır. Həmin gün saat 13 radələrində əvvəllər tanımadığı özünü icra məmuru kimi təqdim edən adını sonradan bildiyi Zamiq adlı şəxs yanında tanımadığı cavan bir oğlan ilə formada restorana daxil olmuşdur. Həmin vaxt restoranın müdiri Yavuz orada olmadığı üçün o, kassada oturmuşdur. Zamiq ona yaxınlaşaraq 214 manat borcları olduğunu bildirmişdir. O isə, işlərə qarışmadığını, restoranın müdiri Yavuzun şəxsi işi ilə əlaqədar çıxdığını və səhəri günü gəlib Yavuzla görüşərək pulu ala biləcəyini ona bildirmişdir. Zamiq Yavuzun ünvanına “şərəfsiz və s." nalayiq söyüşlər söyərək 1 həftədir onu aldatdığını bildirərək onunla razılaşmamış və pulu indi götürməli olduğunu bildirmişdir. Bundan sonra Zamiq kassaya əl atıb pul götürmək istəmiş, lakin onun qarşısına çıxmış, bu zaman Zamiq onun sinəsindən tutub itələməsi nəticəsində yerə yıxılmış, başı kafelə dəymişdir. O ayağa qalxdıqda başının çox ağrısından özünə gəlməyə çalışarkən kafenin giriş hissəsində insanların birbirinə qarışdığını görmüşdür. Həmin vaxt Zamiqin burnunun qanadığının şahidi olmuşdur. Zamiqi kimin vurmasını görə bilməmişdir. Daha sonra insanlar aralanmış və o, oradan çıxıb Türk Səfirliyinə gedib müraciət etmişdir. Hadisə zamanı o, Zərərçəkmiş şəxs heç bir zərbə vurmamış, Zamiq onu itələyərək yerə yıxmış, nəticədə başı kafelə dəymişdir. Həmin vaxt kafedə işçilər və müştərilər olmuşdur. Oğlan işçilər və müştərilərdən bir neçəsi Zamiqi oradan kənara çəkmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 və Şahid7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid5 və Şahid7 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 15-16-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən “Şah Lahmacun” adlı kafedir. Kafenin giriş hissəsində “dönər”, “lahmacun” və “pizza” yazıları yazılmış 03 hissə vardır. Kafeyə daxil olduqda giriş hissənin sağ tərəfində hazır yeməklər düzülmüşdür. Təxminən 3 metr irəlidə giriş hissənin sol tərəfində kassa yerləşir. Kassadan çekinə baxış keçirilən zaman ********** nömrəli VÖEN ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adına olması müəyyən edildi. Kassanın önündə isə stol və stullar düzülmüşdür. İçəridə kafenin işçiləri və müştərilər vardır, kafeyə ön və arxa hissədən giriş-çıxış mövcuddur. Kafedə quraşdırılmış kameralar yoxlanıldı və işlək vəziyyətdə olmadığı müəyyən edildi. Kafenin yaxınlığında, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsində “TŞ6-022” nömrəli təhlükəsiz şəhər videokameralarının olması aşkar edildi. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir digər əşya əlamətlər aşkar edilmədi. Cinayət işinin İ cildinin 28-29-cu vərəqələrində olan X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə vəzifəli şəxs X20 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 63-cü vərəqində olan HK-2 N-1495 nömrəli, 29 aprel 2022-ci il tarixli raportdan görünür ki, 29 aprel 2022-ci il tarixdə, saat 18:35 radələrində KTM-dən tibbi bacısı Mürsəlova bildirdi ki, 1985-ci il təvəllüdlü Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 37A, mənzil 17-də yaşayan Zərərçəkmiş şəxs kəllə-beyin travması ilə müraciət etmişdir. Cinayət işinin İ cildinin 73-cü vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMCnin qanuni təmsilçisi X20, təsisçilər və nizamnamə kapitalında X12 mayasının miqdarı – 98%, X9 – 1%, Karakaya Bahar – 1%-dir. Cinayət işinin İ cildinin 93-cü vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X13 Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan 203-C-22 saylı materialın araşdırması ilə əlaqədar iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci ildə rayon prokurorluğuna daxil olmuş "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən filialından götürülmüş çöl kamerasının xx.xx.2022-ci il tarixdə saat 13:05-dən saat 13:11-ə qədər olan müddət ərzində qeydə alınmış görüntülərinə baxış keçirtmişdir. Zərfin içərisində 01 ədəd DVD disk var. 01 ədəd DVD diskdə olan “Kaмepa14_Sahil 1_Sahil_**********0449_**********1059_1_4G” adlandırılmış fayla baxış zamanı müəyyən edildi ki, hadisə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində baş vermiş, həmin vaxt kafenin giriş hissəsində insanlar toplaşmış, X2 çölündə giriş hissənin sol tərəfində dayanmış, saat 13:07-də anidən kafenin giriş hissəsinə doğru hərəkət etmiş, həmin vaxt bir nəfər şəxs yerə yıxılmış, İbrahim Karakaya oradan uzaqlaşmışdır. TŞ 6-064.1, TŞ 6- 077.1 və TŞ 6-077.(3) 2 nömrələri ilə nömrələnmiş DVD disklərdə isə, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi. Cinayət işinin İ cildinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 427 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının sol yarısının tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, burunun şişkinlik halında əzilməsi-qançırı və səthi əzilmiş yarası, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi qançırı, sağ qulaq seyvanının üst hissəsinin, sağ və sol gözaltı nahiyələrinin qançırları, üst çənədə mərkəzdən sola 3(11), 4(12), alt çənədə mərkəzdən sola 3(22) dişlərin taclarının hissəvi, üst çənədə mərkəzdən sola 5(13) dişin yuvasından tam travmatik çıxığı ilə müşayiət olunan, üst dodağın ön səthinin və alt dodağın iç səthinin əzilmiş yaraları – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 431 nömrəli rəydən görünür ki, 1968-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin İ cildinin 138-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T 255/2022 nömrəli rəyin davamından görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alnın sol yarısının tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, burunun şişkinlik halında əzilməsi-qançırı və səthi əzilmiş yarası, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi-qançırı, sağ qulaq seyvanının üst hissəsinin, sağ və sol gözaltı nahiyələrinin qançırları, üst çənədə 11-ci, 12-ci, 22-ci dişlərin diş taclarının hissəvi, 13-cü dişin diş yuvasından tam travmatik çıxığı ilə müşayiət olunan, üst dodağın ön səthinin və alt dodağın iç səthinin əzilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən üz və baş nahiyəsinə vurulan zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (10%) itirilməsinə səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. xx.xx.2022-ci il tarixli, 427 saylı rəydə sağlamlığa zərərvurma dərəcəsinin təyinində yanlışlığa yol verilmişdir. Cinayət işinin İ cildinin 174-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 710 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Birliyin Nərimanov rayon şöbəsinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun almış olduğu xəsarətlər - baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, alnın sol yarısının tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, burunun şişkinlik halında əzilməsi - qançırı və səthi əzilmiş yarası, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi-qançırı, sağ qulaq seyvanının üst hissəsinin, sağ və sol gözaltı nahiyələrinin qançırları, üst çənədə 11-ci, 12-ci, 22-ci dişlərin diş uclarının hissəvi, 13-cü dişin diş yuvasından tam travmatik çıxığı ilə müşayiət olunan, üst dodağın ön səthinin və alt dodağın iç səthinin əzilmiş yaraları, bərk küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən üz və baş nahiyəsinə vurulan zərbələr nəticəsində yarana bilərdilər, ümumilikdə dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (10%) itirilməsi ilə nəticələnən sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərdə üst çənədə 11-ci, 12-ci, 22-ci dişlərin diş taclarının hissəvi, 13-cü dişin diş yuvasından tam travmatik çıxığı ilə müşayiət olunan, üst dodağın ön səthinin və alt dodağın iç səthinin əzilmiş yaraları istisna olmaqla digər xəsarətlərdə hər biri baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması ilə müşayiət olunduğundan istər ayrıayrılıqda, istərsə də bütövlükdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Birliyin təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T255/2022 saylı rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun olmuşdur. Birliyin Nərimanov rayon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 427 saylı rəyi şəxsin sağlamlığa zərərvurma dərəcəsini sağlamlığın pozulması nöqteyi nəzərdən deyil, əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (10%) itirilməsi kriteriyası baxımından qiymətləndirilməli idi. Cinayət işinin İ cildinin 192-ci vərəqində olan xx.xx.2013-cü il tarixli, 124-K nömrəli Əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə (icra məmuru vəzifəsi üzrə) stajor təyin edilmişdir. Cinayət işinin İ cildinin 193-cü vərəqində olan xx.xx.2014-cü il tarixli, 91-K nömrəli Əmrdən çıxarışdan görünür ki, stajorluq müddətini bitirmiş Zərərçəkmiş şəxs altı ay sınaq müddəti ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə icra məmuru təyin edilmişdir. Cinayət işinin İ cildinin 194-cü vərəqində olan xx.xx.2014-cü il tarixli, 367-K nömrəli Əmrdən çıxarışdan görünür ki, sınaq müddəti baş çatmış və attestasiyadan keçmiş Zərərçəkmiş şəxs ədliyyə orqanlarına daimi qulluğa qəbul olunaraq Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə icra məmuru vəzifəsi təyin edilmişdir və İİİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmişdir. Cinayət işinin İ cildinin 196-cı vərəqində olan xx.xx.2020-ci il tarixli, 422-K nömrəli Əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs İ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmişdir. Cinayət işinin İİ cildinin 6-ci vərəqində olan Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cənab Elçin Məmmədova ünvanlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Arayış”ından görünür ki, X6 Bakı regional bölməsinin xx.xx.2020-ci il tarixli ******* №-li qərarı ilə vəzifəli şəxs X20 İXM-nin 211.2-ci maddəsi ilə (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) 200 manat cərimə edilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmiş, icra məmuru Zərərçəkmiş şəxs icraatına verilmiş və onun tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı borclu M.Rüstəmova bildiriş göndərilmişdir. Tələb könüllü müddətdə yerinə yetirilmədiyinə görə 25 yanvar, 15 fevral, 03 mart, 01 aprel 2022-ci il tarixlərdə borcun ödənilməsi üçün M.Rüstəmova xəbərdarlıq göndərilmiş, lakin cərimə ödənilməmişdir. Yaranmış zərurətlə əlaqədar icra məmuru xx.xx.2022-ci il tarixdə şöbədə könüllü fəaliyyətə cəlb edilmiş Şahid1 və Zaur Ağayevlə borclunun işlədiyi “Şah-Ət Lahmacun” kafesinə gəlmiş, özünü borclunun qardaşı və "xxxx" MMC-nin mühasibi kimi təqdim edən Şahid3 cərimə barədə məlumatlı olduqlarını, ödənilməsi üçün 1 həftə vaxt verilməsini xahiş etmişdir. Ötən dövrdə cərimə ödənilməmiş, 20, 22 və 29 aprel 2022-ci il tarixlərdə Şahid3 (***-***-**-**) icra məmurunun zənglərinə cavab verməmişdir. Bu səbəbdən icra məmuru Zərərçəkmiş şəxs könüllü fəaliyyətə cəlb edilmiş Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində “Şah Lahmacun" kafesinə getmiş, inzibatçı kimi çalışan özünü Pərviz və Mehmet kimi təqdim edən şəxslərdən mühasib Şahid3 soruşmuş, onlar sonuncuya zəng etməyi təklif etmişlər. Onlara Yavuzun telefon zənglərinə cavab vermədiyi və məcburi icra tədbirlərinin tətbiq ediləcəyi birdirilmişdir. İcra məmuru onlardan kafenin VÖEN-ni aydınlaşdırmaq üçün boş kassa qəbzi tələb etmiş, onlar bunun nə məqsədlə tələb edildiyini soruşmuş, icra sənədindəki borclu şəxslə uyğunluq təşkil etdiyi halda, kassada olan pul vəsaitinə tələb həcmində “İcra haqqında” Qanunun 45-ci maddəsinə uyğun olaraq həbs qoyacağını bildirmişdir. Təkrar kassa qəbzi tələb edildikdə, Mehmet və Pərviz icra məmuruna aqressiv cavab verərək həmin ünvandan kənarlaşmağı istəmiş, güc tətbiq edəcəkləri ilə hədələmiş, həmin an Mehmet əli ilə icra məmurunu itələmiş, təpiklə vuraraq hücüm etmişdir. İcra məmuru təpik zərbəsindən arxa tərəfə qapıya doğru geri getmiş, münaqişəni böyütməmək üçün kənarlaşmaq istəmiş, kafe əməkdaşlarının hamısı oraya toplaşmış, zərbələrdən yayınmaq üçün geri çəkilən zaman üzlərini görmədiyi şəxslər arxadan icra məmurunun başına möhkəm zərbə vurmuş, bu zaman o, huşunu itirmiş, ayılan zaman burun və ağzının qan içində olduğunu, qabaq dişlərinin 4-nün sındığını görmüşdür. İcra məmuru onunla icra yerinə gələn Şahid1 onu kimin vurduğunu soruşmuş, ən canfəşanlıq göstərən şəxsin orta boylu, saqqalı, iri cüssəli, qara köynəkdə olan biri olduğunu və vurduqdan sonra orda çalışan əməkdaşların təklifi ilə hadisə yerindən uzaqlaşdığını bildirmişdir. İcra məmuru Mehmet və Pərvizdən onu kimlərin və nə üçün vurğunu soruşduqda heç biri tanımadıqlarını bildirmiş, lakin orada işləyən əməkdaşlara cinayəti bilib gizlətdikləri və onların məsuliyyət daşıyacaqları barədə icra məmuru tərəfindən xəbərdar edildikdən sonra onu vuran şəxsin Mehmetin oğlu İbrahim olduğu bildirilmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək icra məmurunun kafedə görüntülərini çəkmiş, zərbələrin təsirindən özünü pis hiss etdiyindən və ürəkbulanması olduğundan Bakı şəhər X34 müraciət etmiş, ona ilkin tibbi yardım göstərilmiş, ağız nahiyyəsinə tikiş tətbiq edilmiş, gecəni Nevrologiya şöbəsində keçirmişdir. Nərimanov rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və material istintaqın aparılması üçün RPl-nin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işinin İİ cildinin 66-67-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs X14 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 85-ci vərəqində olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, X29 Mehmet "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 75 saylı mənzildə yaşamışdır və qeydiyyatdadır. Qeyd olunan ünvanda yaşadığı müddət ərzində o sakit, mehriban bir qonşu kimi tanınmışdır. X4 mehribançılığı, ünsiyyətcilliyi və etik davranış normaları ilə binanın sakinləri arasında hər kəsin hörmətini qazanmışdır. Cinayət işinin İİ cildinin 81-ci vərəqində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, X1 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 89-106-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC-dən götürülmüş videogörüntülərin öz üzərində hadisənin izlərini saxladığına və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin birinci müavini Azad Qasımovun məhkəmənin sorğusuna cavab olan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü X1 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix – xx.xx.2017; İstiqamət – Giriş. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Zəfər Şamilovun məhkəmənin sorğusuna cavab olan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü X28 (pasport № U********) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 7 ünvanına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-134/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs X1 barəsində axtarış elan edilməsi, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, X1 olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin Bölmə rəisi Həmidə Vahabovanın məhkəmənin sorğusuna cavab olan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü X28 barəsində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla bağlı qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Cavid İsmayılzadənin 13 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü “Halil Karakaya” adlı şəxsin Türkiyə Respublikasındakı Səfirliyi tərkibində Daxili İşlər Nazirliyinin Nümayəndəliyindən əldə olunmuş məlumata əsasən xx.xx.2024-cü il tarixdə məhkəmə qərarı ilə adını dəyişdirərək “X40” adını qəbul etdiyi və həmin şəxlərin eyni şəxs olması müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərkibində Daxili İşlər Nazirliyinin Nümayəndəliyinin 10 may 2024-cü il tarixli, 3-13- 4/2-NT-130/2024 nömrəli məktubdan görünür ki, Nərimanov RPİ tərəfindən 61561 nömrəli axtarış üzrə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü X28 adlı şəxsin xx.xx.1996-cı il təvəllüdlü X40 adlı şəxslə eyni şəxs olub olmaması məlumatının araşdırılması üçün aidiyyəti üzrə Türkiyə DİN-nin X23 (EGM) müraciət olunmuş və daxil olmuş cavabda, qeyd edilən Türkiyə Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü “İbrahim Halil” Karakaya adlı şəxsin xx.xx.2024-cü il tarixində məhkəmə qərarı ilə adını dəyişdirərək “Ali Han” Karakaya adını qəbul etdiyi və həmin şəxslərin eyni şəxs olmasının müəyyən edildiyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-2179/2024 nömrəli məktubdan görünür ki, X39 (İbrahim Halil) Mehmet oğlu xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş 12 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət işi üzrə təqsirləndirilən şəxs X4 ilə barışmış ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 1 saylı Bakı Asan Xidmət X25 tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı 469076 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 06 yanvar 2018-ci il təvəllüdlü X10 atası hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 1 saylı Bakı Asan Xidmət X25 tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, AZ-İV seriyalı 996556 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında 09 iyul 2018-ci il tarixdə 3624 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X16, ana qrafasında isə X21 göstərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin 17.1 və 17.2-ci maddələrinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) Cinayət Məcəlləsinin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) Cinayət Məcəlləsinin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 iyun tarixli Qərar). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müxtəlif ağırlıqda olan xəsarətləri və onların nəticələrini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməlidir. Əməlin cinayətlərin məcmusu kimi tövsif edildiyi bu kimi hallarda isə ümumi və xüsusi normalar arasında faktiki rəqabətin yaranmadığı, əksinə onların bir-birini tamamlayan müxtəlif normalar kimi çıxış etməsi nöqteyi-nəzərindən məsələyə Cinayət Məcəlləsinin 17.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, qanunverici Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) Məcəllənin 128 və 127.1-ci maddələri ilə müqayisədə daha ağır, Məcəllənin 127.2 və 126-cı maddələrinə münasibətdə isə daha yüngül cəza müəyyən etməklə, sağlamlığa yüngül zərər vurma və sağlamlığa az ağır zərər vurma ilə nəticələn halların yalnız Məcəllənin 315-ci maddəsi ilə tövsifini mümkün edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, bundan başqa himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun cinayəti öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.1 və 315-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, X39 (İbrahim Halil) Mehmet oğlu Türkiyə Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə hesab edir ki, X39 (İbrahim Halil) Mehmet oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi əcnəbi olan təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğluna Azərbaycan Respublikası CM-nin 127.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 23-cü bəndində məhkəmələrə, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə müşavirə otağında cinayət işinə məhkəmə baxışının nəticələrinə dair digər məsələlərlə yanaşı həm də cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını da müzakirə etməli və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 352.2.7 və 353.2.8-ci maddələrinin tələblərinə uyğun olaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.1-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı gəldiyi nəticələrin motivlərini göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində digər cəza növləri ilə yanaşı həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza nəzərdə tutulmuş və həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, bu cəza yalnız əlavə cəza kimi tətbiq edilir. Məhkəmə hesab edir ki, Türkiyə Respublikasının vətəndaşı olan X39 (İbrahim Halil) Mehmet oğluna Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə şamil edilmir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA0087300 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və 1 saylı Bakı Asan Xidmət X25 tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, AZ-İV seriyalı 996556 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X16, ana qrafasında isə X21 göstərilmiş və Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə iş materiallarından X39 (İbrahim Halil) Mehmet oğlunun himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan bir azyaşlı uşağının olduğu müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, X39 (İbrahim Halil) Mehmet oğluna Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla X39 (İbrahim Halil) Mehmet oğluna qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən götürülmüş videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X39 (İbrahim Halil) Mehmet oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X39 (İbrahim Halil) Mehmet oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X39 (İbrahim Halil) Mehmet oğluna qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X39 (İbrahim Halil) Mehmet oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 24 may 2024-cü il tarixdən hesablansın. X39 (İbrahim Halil) Mehmet oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən götürülmüş videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar