Məhkəmə qərarları › İş №1(005)-13/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-13/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-13/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:20 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Qasım İsmayılov (indiki Goranboy) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 32.4, 308.2 və 32.4, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3n edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququna malik olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 16 iyul 2019-cu il tarixli qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Şahid2 ilə 2021-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında bankdan kredit vəsaitləri əldə edilərək özünün və üçüncü şəxslərin xeyrinə yönəldilməsinə və qazanc əldə edilməsinə köməklik göstərilməsini Şahid2 xahiş etməsi ilə əlaqədar, ayrı-ayrı şəxslərin "xxxx" MMC-də işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etmək qərarına gəlib, sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra müvafiq olaraq "xxxx" MMC-yə məxsus 2EB988C1C162C424 seriya-nömrəli “ASAN İmza” kartını Şahid2 əldə edib xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid7 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də mağaza meneceri vəzifəsində işləməklə aylıq 970 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid3 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq 880 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid16 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə aylıq 1200 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid11 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də ticarət üzrə menecer vəzifəsində işləməklə aylıq 1150 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid15 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 1100 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid5 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid19 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid6 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq da 1260 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid13 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz X5 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə aylıq 1250 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid14 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması və eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz X2 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması barədə biləbilə yalan məlumatları, əmək müqavilələrinin bağlanması haqqında əmək müqaviləsi bildirişlərini "xxxx" MMC-yə məxsus 2EB988C1C162C424 seriya-nömrəli “ASAN İmza” ilə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda rəsmi informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etməklə, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şahid2 informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, həmin hərəkətləri ilə adları qeyd edilən şəxslərlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi, Qaradağ və Nərimanov filialları arasında saxta elektron arayışlar əsasında bağlanmış “X27” və kredit müqavilələri üzrə müxtəlif məbləğlərdə pul vəsaitlərinin götürülməsinə, o cümlədən xx.xx.2021-ci il tarixdə Şahid7 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 7.300 manat, xx.xx.2021-ci il tarixdə Şahid3 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 4.000 manat, xx.xx.2021-ci il tarixdə Şahid16 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 4.500 manat, xx.xx.2021-ci il tarixdə Şahid11 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 6.000 manat, xx.xx.2021-ci il tarixdə Şahid15 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.500 manat, xx.xx.2021-ci il tarixdə Şahid5 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat, xx.xx.2021-ci il tarixdə Şahid6 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.500 manat, xx.xx.2021-ci il tarixdə Şahid19 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 2.500 manat, xx.xx.2021-ci il tarixdə X11 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.000 manat, xx.xx.2021-ci il tarixdə Şahid13 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.600 manat, xx.xx.2021-ci il tarixdə X8 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.600 manat və xx.xx.2021-ci il tarixdə Şahid14 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 3.500 manat olmaqla ümumilikdə 12 nəfər şəxs tərəfindən cəmi 53.500 (əlli üç min beş yüz) manat pul vəsaitinin əldə edilərək özü, debitorlar və Şahid2 arasında bölüşdürülməsinə və nəticədə adları qeyd edilən 12 nəfər şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən filiallarından götürülmüş kredit üzrə pul vəsaitinin banka ödənilməməsinə nail olaraq, vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru Şahid2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxs olan "xxxx" ASC-nin bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə sonuncunu təhrik etmişdir. Bundan başqa o, təkrarən, 12 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X15 Baş İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 20natlı sair qeyri-ərzaq mallarının, dəmir məmulatlarının, su kəməri, istilik şəbəkəsi və sanitar avadanlıqlarının, meşə və tikinti materiallarının topdan satışı növündə sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququna malik olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən, vəzifəli şəxs olan Şahid1 ilə 2021-ci ilin noyabr ayında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan, faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında bankdan kredit vəsaitləri əldə edilərək özünün və üçüncü şəxslərin xeyrinə yönəldilməsinə və qazanc əldə edilməsinə köməklik göstərilməsini Şahid1 xahiş etməsi ilə əlaqədar, ayrı-ayrı şəxslərin "xxxx" MMCdə işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etmək qərarına gəlib, sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra "xxxx" MMC-yə məxsus 7ACAB598652CD330 seriya-nömrəli “ASAN İmza” kartını Şahid1 əldə edib xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid4 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də satıcı vəzifəsində işləməklə aylıq 1.150 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid18 xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə ayda 980 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid10 xx.xx.2020-ci il tarixdən etibarən Şahid1 rəhbəri olduğu "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə ayda 1.500 manat əmək haqqı alması və eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid17nun xx.xx.2020-ci il tarixdən etibarən Şahid1 rəhbəri olduğu "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə ayda 1.400 manat əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları və əmək müqavilələrinin bağlanması haqqında əmək müqaviləsi bildirişlərini "xxxx" MMC-yə məxsus 7ACAB598652CD330 seriya-nömrəli “ASAN İmza” ilə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda rəsmi informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etməklə, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şahid1 informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə adları qeyd edilən şəxslərlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Qaradağ və Nərimanov filialları arasında saxta elektron arayışlar əsasında bağlanmış “X27” və kredit müqavilələri üzrə müxtəlif məbləğlərdə pul vəsaitlərinin götürülməsinə, o cümlədən xx.xx.2021-ci il tarixdə Şahid4 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat, xx.xx.2021-ci il tarixdə Şahid18 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 3.300 manat, xx.xx.2021-ci il tarixdə Şahid10 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat və xx.xx.2021-ci il tarixdə Şahid17 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.300 manat olmaqla ümumilikdə 4 nəfər şəxs tərəfindən cəmi 17.600 (on yeddi min altı yüz) manat pul vəsaitinin əldə edilərək özü, debitorlar və Şahid1 arasında bölüşdürülməsinə və nəticədə adları qeyd edilən 4 nəfər şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən filiallarından götürülmüş kredit üzrə pul vəsaitinin banka ödənilməməsinə nail olaraq, vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru Şahid1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxs olan "xxxx" ASC-nin bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə sonuncu təkrarən təhrik etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qismən özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, təxminən 2018-ci il tarixdə Şahid1 Elcan adlı şəxs vasitəsilə tanımışdır. Həmin ərəfələrdə Şahid1 həmin ərazidə olan kafelərdə fəhlə kimi işləmişdir. Şahid2 ilə isə Bakı metropoliteninin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yanında yerləşən çayxanada tanış olmuşdur. İlk olaraq Elcan Şahid1 adına 12.11.208-ci il tarixdə "xxxx" MMC şirkətini rəsmiləşdirmiş. Şahid1 adına rəsmiləşdirilmiş “ASAN İMZA”nı isə Təqsirləndirilən şəxs özündə saxlamış və bundan sonra həmin şirkətə Elcan və müxtəlif tanışları vasitəsilə adamlar cəlb etməyə başlamışdır. Belə ki, həmin şəxsləri şirkətin işçiləri kimi rəsmiləşdirmiş və onların güya ki, yüksək məbləğlərdə əmək haqqı almalarını göstərmişdir. Tanışları heç bir işdə işləməyən şəxslərin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini “whatsapp” proqramı vasitəsilə göndərmiş, ardınca o, müvafiq şirkətlərin “ASAN İMZA”sı ilə “my.gov.az” internet portalına həmin vətəndaşların şirkətlər tərəfindən işə götürülməsi barədə əmək müqaviləsinin bildirişini çıxarmışdır. Əvvəlcə həmin şəxslərin kreditə əşya götürəcəyini bilmişdir. Bankdan kredit götürəcəklərini bilmədiyini söyləmişdir. Sonradan həmin şəxslərin "xxxx" ASC-nin müxtəlif filiallarından kredit götürdüklərini öyrənmişdir. Həmin dövrdə Şahid2la aramızda olan danışıq zamanı sonuncu adına "xxxx" MMC olmasını bildirmiş və onunla da bu qaydada işləməsini təklif etmişdir. Həmin vaxt "xxxx" MMC-nin vergi işlərini həll etmiş və şirkətin adına olan VÖEN-i aktivləşdirmişdir. Şahid7 Albala qızı, Şahid3, Şahid16, Şahid11, Şahid15, Şahid4, Şahid18, Şahid5, Şahid19, Şahid6, Şahid10, Şahid13, Şahid17, X11, X7 və X1 "xxxx" MMC və "xxxx" MMC-də işə götürülmələri barədə məlumatları özü “my.gov.az” internet resursuna daxil etmişdir. Həmin şəxsləri Mətləb və Edman vasitəsilə əmək müqaviləsini rəsmiləşdirmişdir. Şahid1 adına rəsmiləşdirdiyi şirkətə münasibətdə işə götürdüyü adamlar tərəfindən verilən puldan ona 50 (əlli) və ya 100 (bir yüz) manat məbləğində pul vermişdir. Şahid2la işlədiyi hissədə isə qazancını sonuncu ilə yarı bölmüşdür. Daha sonra adlarına kredit rəsmiləşdirilmiş şəxslər də bu məsələdə maraqlı olmuşlar. Belə ki, işləməyən şəxslərə banklar tərəfindən kredit verilmir və həmin şəxslər də belə saxta iş yerləri təqdim etməklə özlərinə lazım olan məbləğdə kreditin götürülməsinə nail olmuşlar. Eyni zamanda, Elcan adlı şəxs daha sonra adının Mehralı olduğunu öyrəndiyi şəxsin bankın nümayəndəsinin də sözügedən məsələdən məlumatı olduğunu müəyyən etmiş və bankın nümyəndəsi olan Rüfət Xanbabayevə pul göndərdiyinin şahidi olmuşdur. İş üzrə adları çəkilən X9, X10, X6, Şahid9, Şahid8, Yusif, Tofiq, Sənan, Telman və Süleyman adlı şəxslərin heç birini tanımadığını söyləmişdir. Müvafiq kredit götürəcək şəxsləri onunla tanışları calaşdırmışdır. O, hər bir adına kredit götürülmüş şəxslərdən alınan ümumi məbləğdən hər dəfəsində 50 (əlli) və ya 100 (bir yüz) manat məbləğində pulu zəhmət haqqı olaraq almışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC və "xxxx" MMC-nin təsisçiləri aidiyyəti üzrə Şahid1 və Şahid2 olmuşdur. Həmin şirkətlərin təsisçilərinə məxsus elektron imza isə Şahid1 və Şahid2 istifadə edə bilmədikləri üçün Yusibov Əliyarda olmuşdur. Şirkətlər fəaliyyət göstərməsə də vergi orqanlarında aktiv olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bildiyini, 308-ci maddə ilə özünü təqsirli bilmədiyini və əməlindən peşman olduğunu söyləmişdir. Həmçinin qeyd etmişdir ki, ilkin olaraq həmin şəxslərin bankdan kredit götürəcəyini bilməmiş, yalnız mağazalardan əşyalar alacağını bildiyini söyləmişdir. Daha sonradan isə Beynəlxalq Bankdan kreditlər götürüldüyünü öyrənmişdir. Bu zaman isə bankın əməkdaşının bu barədə məlumatı olduğunu qeyd etmişdir. Məlumatları elektron imza ilə imzalamaqla sistemə daxil etsə də, vəzifəli şəxs olmadığını və öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etmədiyini söyləmişdir. Səhətində ciddi problemlər olduğunu, müalicə aldığını, yüksək təzyiq xəstəsi olduğunu və insult keçirdiyini qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqşunası vəzifəsində çalışır. "xxxx" ASC-də aparılmış yoxlama nəticəsində ödənilməyən kreditlər olduğu və aparılmış araşdırma zamanı kredit götürmüş şəxslərin eyni müəssisələrdə, yəni "xxxx" MMC və "xxxx" MMC-də işləmələri barədə elektron sistemdə məlumatlar aşkar edilmişdir. Hazırda götürülmüş kredit məbləğləri üzrə şəxslər tərəfindən qismən ödənişlərin aparıldığını bildirmişdir. Bu barədə arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonu-dekabr ayının əvvəllərində Lalə Xasıyeva pula ehtiyacı olduğunu, bankdan kredit götürmək istədiyini, lakin özünə kredit düşmədiyini bildirərək məndən kredit götürüb ona verməyi xahiş etmiş, o, isə rəsmi iş yeri və gəlirimin olmadığını, ona görə də, kredit götürə bilməyəcəyimi demişdir. X25 tanışları vasitəsilə adını şirkətlərdən birinə işçi kimi yazdıra biləcəyini, müvafiq şirkətdə işləməklə aylıq müəyyən qədər əmək haqqı almağı barədə məlumatları elektron portala yerləşdiriləcəyini, bununla da, bankdan kredit götürə biləcəyini demiş, o isə özünün də pula ehtiyacı olduğunu nəzərə alıb, Lalə Xasıyevanın təklifinə etiraz etməmişəm. Lalə Xasıyeva şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o isə həmin ərəfədə dəqiq xatırlamadığı tarixdə “WhatsApp Messenger” tətbiqetməsi vasitəsilə şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin şəklini sonuncuya göndərmişdir. Bir müddət sonra Lalə Xasıyeva adını tanışları vasitəsilə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə yazdırdığını, bunun əsasında bankdan kredit götürəcəyini bildirmişdir. Lakin o "xxxx" adlı şirkətini tanımadığını, şirkətin harada yerləşdiyini, kimin rəhbərliyi altında, hansı fəaliyyətlə məşğul olduğunu və şirkətin fəaliyyəti ilə bağlı digər məlumatları, o cümlədən həmin şirkətin həqiqətən mövcud olub-olmadığını bilməmiş, şirkətin səlahiyyətli şəxslərindən heç kəsi tanımamış, həmin şirkətdə heç vaxt işləməmişdir. Daha sonra Lalə Xasıyeva onu tanımadığı, adı Kənan, digərininki isə Sənan olan iki nəfər şəxslə əlaqələndirib görüşdürmüşdür. Belə ki, "xxxx" ASC-nin Qaradağ filialından kredit götürmək üçün əvvəlcədən Lalə Xasıyeva ilə görüş təyin edərək xx.xx.2021-ci il tarixdə həmin filialın qarşısında görüşmüşlər. X21 kredit götürə bilməkdən ötrü Bank işçisinin suallarını necə cavablandıracağını izah etmiş və 4.000-4.500 manat və ya daha artıq məbləğdə kredit sifariş verməyini istəmişlər. O, filiala daxil olub elektron növbə götürmüş, növbə çatdıqda tək şəxsiyyət vəsiqəsi ilə tanımadığı kredit mütəxəssisinə yaxınlaşıb 4.000–4.500 manat kredit götürmək istədiyimi bildirmiş, kredit mütəxəssisi isə anket məlumatları, iş yeri, vəzif, gəlirləri və sair barədə suallar vermişdir. Mütəxəssisin iş yeri və gəlirlərim ilə bağlı suallarını əvvəlcədən öyrədilmiş formada cavablandırmış, mütəxəssis isə verdiyi məlumatları elektron portal vasitəsilə yoxladıqdan sonra 4.000 (dörd min) manat nağd kredit və kredit limiti 500 (beş yüz) manat olan “Tam kart” məhsulu təklifi etmiş, o, razılaşdıqdan sonra müqavilə bağlanmaqla zəruri sənədləşdirmə prosesləri icra olunmuş və nağd kredit vəsaiti və “Tam kart” məhsulu alıb Bankdan çıxmışdır. Bundan sonra götürdüyü nağd vəsaitin 3.000 (üç min) manatını filialın qarşısında Şahid8 yanında Lalə Xasıyevaya vermiş, sonuncu isə həmin pulun 1.500 (bir min beş yüz) manatını Kənangilə verəcəyini, qalan 1.500 (bir min beş yüz) manatı öz şəxsi ehtiyaclarına sərf edəcəyini bildirmişdir. Kreditdən qalan 1.000 (bir min) manat pulu və balansında 500 (beş yüz) manat olan “Tam kart”ı özünə götürmüşdür. Məhkəmənin sualına cavab olaraq götürdüyü kredit üzrə banka özünün ödənişlər etdiyini bildirmiş və Təqsirləndirilən şəxs tanımadığını və görmədiyini söyləmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid20 bildirmişdir ki, "xxxx" ASC-də fəaliyyət göstərir. “Whistleblowing” (hüquq pozuntusu barədə məlumatlandırma) siyasəti çərçivəsində daxil olma mənbəyi əsasında "xxxx" ASC-də həqiqiliyi şübhə doğuran arayış (iş yerindən arayış) təqdim edilməklə kreditlərin verilməsi məsələsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək seçmə üsulu ilə yoxlama aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, iş yeri "xxxx" MMC olan 4 müştəriyə (Şahid10, Şahid4, Şahid18, Şahid17) 2021-ci ilin dekabr ayı ərzində Bankın müxtəlif müştəri xidməti strukturlarında, yəni Qaradağ və Nərimanov filiallarında cəmi 17.600 (on yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Müştərilər tərəfindən təqdim edilən məlumatlar əsasında “my.gov.az” portalından əldə edilmiş iş yerindən arayışların təhlili zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-də çalışan 4 müştəri ilə əmək müqaviləsi eyni vaxtda – xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Kredit almaq üçün Banka müraciət edərkən iş yeri "xxxx" MMC kimi göstərilən müştərilərin bəzilərinin kredit borcu üzrə gecikmələr müşahidə edilmişdir. Bank tərəfindən müvafiq müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılmış, aparılmış telefon danışıqlarına əsasən iş yerindən arayışlarda göstərilən məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Bank tərəfindən müştərilərə nağd kreditlər və “Tam kart” kredit kartları həmin şəxslərlə Bank arasında bağlanan “X27” müqavilələri və kredit müqavilələri əsasında verilmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-də “Korporativ pərakəndə seqmentinə aid müştərilər üçün kredit”, “Pensiyaçılar üçün kredit” və “Yeni müştəri üçün kredit” məhsulları üzrə kreditlərin verilməsi proseslərinin tənzimlənməsinə dair” Metodiki Göstərişlərə əsasən, potensial borcalanın iş yeri haqqında məlumatlar “Elektron Hökumət” portalından çıxarılmış arayış və ya iş yerindən arayışla sübut edilməlidir. Təcrübədə iş yerinin təhlili zamanı digər vasitələrdən istifadə etmək zərurəti mövcud deyil, çünki elektron arayışda potensial borcalanın iş yeri, vəzifəsi, iş stajı və əmək haqqı barədə bütün məlumatlar göstərilir. Məhkəmə iclasında dindirilmiş Şahid6 bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonu-dekabr ayının əvvəllərində şəxsi ehtiyaclarım ilə bağlı pula ehtiyacım olduğundan bankdan kredit götürmək qərarına gəlmişdir. Lakin rəsmi iş yeri və gəliri olmadığına görə krediti necə götürəcəyini bilməmişdir. Bu barədə qohumum Şahid9 bildirdikdə sonuncu, tanışı Şahid8 bu məsələdə köməklik edə biləcəyini demiş, danışmaq üçün sonuncunun nömrəsini vermiş, Şahid8 ilə tanış edib bundan sonrakı proseslərə qarışmamışdır. Şahid8 ilə bu barədə danışarkən o, tanışı Kənan Muradlı vasitəsilə adını "xxxx" MMC-yə işə yazdırıb ayda stabil əmək haqqı almağı barədə məlumatları elektron portala yerləşdirməklə "xxxx" ASC-dən 4-5 min manat məbləğdə kredit götürməyiə köməklik göstərə biləcəyini demiş və razılamışmışdır. "xxxx" adlı şirkəti tanımamış, həmin şirkətin həqiqətən mövcud olub-olmadığını bilməmişdir. Şirkətin səlahiyyətli şəxslərindən heç kəsi tanımamışdır. xx.xx.2021-ci il tarixdə mən kredit götürmək üçün tək şəxsiyyət vəsiqəsi ilə "xxxx" ASC-nin Qaradağ filialına yaxınlaşıb, filialın qarşısında Şahid8 və Kənan Muradlı ilə görüşmüşdür. Sevinclə Kənanın yanında əlavə bir nəfər tanımadığı şəxs olmuşdur. Kənan Muradlı orada Bankın işçisinin suallarına necə cavab verməli olduğunu izaha edərək qalan bütün məlumatların mütəxəssis tərəfindən elektron portaldan əldə ediləcəyini, tək şəxsiyyət vəsiqəsi ilə bütün rəsmiləşdirmələrin aparılacağını, təqribən 5.000 (beş min) manat kredit götürəcəyi təqdirdə 2.300 (iki min üç yüz) manatını ona verməli olduğumu bildirmişdir. Filiala daxil olub elektron növbə götürmüş, tanımadığım kredit mütəxəssisinə yaxınlaşıb 5.000 (beş min) manat kredit götürmək istədiyii bildirmiş, kredit mütəxəssisi isə anket məlumatları, iş yeri, vəzifə, gəlirləri və sair barədə suallar vermiş, mütəxəssisin suallarını öyrədilmiş formada cavablandırmışdır. Mütəxəssis isə verdiyi məlumatları elektron portal vasitəsilə yoxladıqdan sonra 5.000 (beş min) manat nağd kredit və balansında 500 (beş yüz) manat olan “Tam kart” məhsulu təklifi etmişdir. Razılaşdıqdan sonra müqavilə bağlanmaqla zəruri sənədləşdirmə prosesləri icra olunmuş, 5.000 (beş min) manat nağd kredit və balansında 500 (beş yüz) manat olan “Tam kart” məhsulu alıb çıxmışdır. Şahid8, Kənan Muradlı və onun yanında gəlmiş tanımadığım şəxs Bankın qarşısında gözləmişlər. O, pulun 2.300 (iki min üç yüz) manatını sayıb Kənan Muradlıya vermiş və onlar ayrılaraq bundan sonra bir daha görüşməmişlər. Məhkəmənin suallarına cavab olaraq hazırda kredit götürdüyü məbləğ üzrə ödnişlər etdiyini bildirmiş və Təqsirləndirilən şəxs tanımadığını və heç vaxt görmədiyini söyləmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid21 bildirmişdir ki, 2019-cu ildən 2022-ci ilədək "xxxx" ASC-in Qaradağ filialında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. 2022-ci ildən isə "xxxx" ASC-in Binəqədi filialında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Şahid4 adlı bir müştəri banka yaxınlaşmış və onun adına kredit rəsmiləşdirilmişdir. Onunla bağlanmış kredit müqaviləsi və kredit qovluğuna əlavə edilmiş digər sənədlərdə kredit rəsmiləşdirməsini aparan şəxs kimi adının qarşısındakı imza ona məxsus olmuş və rəsmiləşdirmə onun tərəfindən aparılmışdır. Qeyd olunan müştərinin şəxsi məlumatları, kredit tarixçəsi, iş yeri, gəlirləri və kreditin təyinatı ilə bağlı şübhə doğuran hallar olmadığına görə kredit müraciəti qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri və əlbir olduqları vasitəçilər ya müştəri qismində Bankın müştəri xidməti strukturlarına yaxınlaşaraq, ya da dolayı yollarla Bank tərəfindən kredit verilməsinin şərtlərini ətraflı öyrənərək, həmin şərtlərə uyğun saxta portal məlumatları əsasında kreditlərin alınmasına nail olmuşlar. Bununla bağlı Bankın əməkdaşları ilə sövdələşmə halları olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Əliyar Yusibov özü şəxsən müraciət etməmiş, müştəri qismində Şahid4 olmuşdur. Müştəri kreditin bütün şərtlərini ödədiyi üçün onun adına kredit rəsmiləşdirilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən kafedə ofisiant işləyir, həmçinin rəsmi olaraq "xxxx" MMC-nin direktoru olsa da, həmin şirkətdə faktiki olaraq hər hansı fəaliyyətlə məşğul olmamışdır. 2020-ci ildə şəxsi tələbatları ilə bağlı pula ehtiyacı olduğundan uzun müddətdən bəri tanıdığı Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan Elməddin adlı şəxs Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Əlyar ona pul qazanmaq üçün "xxxx" adlı şirkətə direktor təyin olunmağı təklif etmiş, o, şirkətin kimə məxsus olduğunu və hansı fəaliyyətlə məşğul olmasını soruşsa da, Əlyar bu barədə informasiya verməmişdir. O, Əlyarın təklifi ilə razılaşmış, bundan sonra şirkətin direktoru kimi rəsmiləşdirilməsi ilə əlaqədar bütün zəruri sənədləşdirmə işləri Əlyarın təşkilatçılığı ilə həyata keçirilmiş, həmçinin adına “Asan İmza” kartı açılmışdır. O, “Asan İmza” nömrəsini Əlyarın tələbi ilə ona vermişdir. Onun baş vermiş hadisələrdən məlumatı olmamış, Əlyar onun savadsızlığından istifadə etmiş və nəticədə bu hadisələr baş vermişdir. O, soruşduqda Əlyar ona bu işlərin qorxulu olmadığını, narahat olmamağı və heç bir problem olmayacağını bildirmişdir. O, "xxxx" MMC-də hansı vəzifədə olmağından məlumatsız olmuşdur. O, bankdan kredit götürən şəxsləri şəxsən tanımamış, əmək müqavilələrinin bağlanmasında iştirak etməmişdir. Müvafiq şəxslərlə əlaqəni Əlyar müxtəlif tanışları vasitəsi ilə qurmuşdur. Əlyar 2021-ci ilin dekabr ayı ərzində onunla Bakı şəhəri ərazisində 3-4 dəfə görüşərək, hər dəfə götürülən kreditlərdən 50-100 manat məbləğində pul vəsaitləri vermiş, həmin vəsaitləri öz şəxsi ehtiyaclarına sərf etmişdir. “Asan İmza” Əlyarda olmuş, şirkətin faktiki yerləşdiyi ünvanı, fəaliyyət sahəsini və başqa təfərrüatlar barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid17 bildirmişdir ki, Bakı şəhərində və Respublikanın digər bölgələrində keçirilən toy və şənliklərdə meyxanaçı kimi iştirak edirəm. 2021-ci il tarixdə də adəti üzrə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində meyxana deyərkən özünü “Telman” kimi təqdim edən bir nəfər tanımadığı şəxs yaxınlaşıb ifamı bəyəndiyini bildirərək söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsə mərhum atasının xəstəliyinə görə müalicəsi ilə əlaqədar maddi sıxıntılarının olduğunu bildirdikdə o, tanışları vasitəsilə mBakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə işçi kimi rəsmiləşdirib stabil əmək haqqı almağı barədə məlumatları “Elektron hökumət” portalına yerləşdirərək "xxxx" ASC-dən 4-5 min manat kredit götürməyinə kömək edə biləcəyini, bunun müqabilində krediti götürdükdən sonra ona 350 (üç yüz əlli) manat verməli olduğumu bildirmişdir. O, isə razılığını ifadə etdikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin şəklini tələb etmişdir. Telman telefonla danışdığı şəxsə “Yusif” deyə müraciət etmiş, lakin Yusif adlı şəxsi tanımamış, sonuncu ilə hər hansı formada ünsiyyəti olmamışdır. Telman adlı şəxs Yusif adlı şəxslə danışdıqdan sonra təxminən 1 saat kafedə oturub qarşı tərəfin cavabını gözləmişik. 1 saat sonra Yusif adlı şəxs Telmanla əlaqə saxlayıb danışmış, danışığı bitirdikdən sonra Telman adlı şəxs adının "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə yazıldığını, guya xx.xx.2020-ci il tarixdən həmin vəzifədə işləməklə ayda 1.400 (bir min dörd yüz) manat əmək haqqı aldığını, bunun əsasında "xxxx" ASC-nin istənilən filialından tək şəxsiyyət vəsiqəsi ilə 4-5 min manat kredit götürə biləcəyini, Bank işçisinin suallarını öyrətdiyi formada cavablandırmağını, kafedə oturub onu gözləyəcəyini, krediti götürdükdən sonra həmin kafedə görüşüb tələb etdiyi 350 (üç yüz əlli) manatı verməli olduğunu bildirmişdir. O, razılaşıb krediti götürmək üçün ABB-nin Qaradağ filialına getmişdir. Tanımadığım kredit mütəxəssisinə yaxınlaşıb 5.000–5.500 manat kredit götürmək istədiyini bildirmişdir. , kredit mütəxəssisi isə anket məlumatlarını dəqiqləşdirmiş həmin məlumatları elektron portal vasitəsilə yoxladıqdan sonra 5.000 (beş min) manat nağd kredit və kredit limiti 300 (üç yüz) manat olan “Tam kart” məhsulu təklifi etmişdir. Krediti götürdükdən sonra birbaşa “20 Yanvar”dakı kafeyə qayıtmış, orada gözləyən Telman adlı şəxsə 5.000 (beş min) manat nağd kredit və kredit limiti 300 (üç yüz) manat olan “Tam kart” götürdüyünü bildirib əvvəlcədən razılaşdığı kimi pulun 350 (üç yüz əlli) manatını Telman adlı şəxsə vermişdir. Atasının vəfatı ilə əlaqədar əlavə pula ehtiyacı olduğundan krediti ödəyə bilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X3 bildirmişdir ki, "xxxx" ASC-də biznes kreditlərinin verilməsi üzrə şöbədə işləmişdir. 3-4 il bundan əvvəl Əliyar Yusibovla biznes krediti ilə bağlı görüşmüşdür. Lakin, o, bankın biznes krediti üçün mövcud tələblərinə cavab vermədiyindən ona kredit verilməsinin mümkün olmamasını bildirmişdir. Bundan sonra onunla görüşməmiş və danışmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Mehralı adlı şəxsi Əliyar Yusibovun vasitəsi ilə Elcan kimi tanımışdır. İlk dəfə Mehralı qaynatası ilə banka getmişdir, belə ki, qaynatası kredit istəyirdi, lakin o, kredit şərtlərinə cavab vermirdi. İkinci dəfə Mehralı zəng edib, tanışı üçün biznes krediti istəmişdir. Həmin şəxs də şərtlərə uyğun olmadığına görə ona kredit verilməmişdir. Bir-iki dəfə isə zəng edib istehlak krediti istəyib, lakin həmin sahədə çalışmadığı üçün məlumat verməmişdir. Daha sonra isə görüşməmişdir. Həmçinin sildirmişdir ki, kredit götürülən filialların işçisi deyil, özünün istehlak kreditləri ilə bağlı sahəyə aidiyyatı yoxdur. Cinayət işi üzrə məhkəmə iclasında dindirilmiş şahidlər Şahid8, Şahid3, Şahid4, Şahid16, Şahid22h oğlunun ifadələri digər şahidlərin ifadələri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid2, Şahid7 Albala qızı, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid18, Şahid19 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilən şəxslərin ibtidai istintaqda vermiş olduqları ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini tərəfindən Azərbaycan Respublikaısnın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində eyni tarixdə çoxsaylı şəxslərlə əmək müqaviləsinin bağlanması və kredit verildikdən sonra əmək müqavilələrinə xitam verilməsi hallarının araşdırılması xahiş olunmuşdur. Məhkəmədə tədqiq edilən “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan aydın olur ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində və digər faktlara görə Azərbaycan Respublikasının CM-in 32,4, 308.2 və 32.4, 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldam görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq edilən “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan 03 ədəd mobil telefona, üzərində borclular yazılmış kağıza və kağıza bükülmüş formada olan 03 ədəd bank kartına baxış keçirilmiş, mobil telefonlardan iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkarlanmamış, həmçinin “Borclar” sözü qeyd edilmiş kağız parçasında “1.loğm.Rizv- 2G0”, “2.Nəzifə-250”, “3.Elmin-200+100+50”, “Təbriz.Rizv-200”, “5.Adil.Mət-200-bu ay ax” və “6.Elzamin-100+300” sözlərinin yazılması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ əməliyyat sorğu kartotekasından əldə edilmiş məlumatlara əsasən əvvəllər məhkum olunmuşdur.Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 147-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinməklə əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə şərti azadlıqdan məhrumetmə cəsasında məhkum edilmişdir. Naftalan Şəhər Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 93-7-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il, 11 ay, 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü nə əsasən Cinayət Məcəlləsinin 179.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinərək 11 il, 6 ay azadlıqdan məhrumetmə cəzasına, Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək 09, il, 09 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilərək 3 saylı İstintaq Təcridxanasına etap olunması barədə qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və xx.xx.2025-ci il tarixində tərtib olunmuş protokoldan aydın olmuşdur ki, təqsirləndirilən şəxs könüllü şəkildə məhkəmə iclasına gəlmişdir. Məhkəmədə tədqiq edilən “Yeni Klinik” X26 tərəfindən təsdiq edilmiş “Ambulator tibbi kitabçadan çıxarış”dan və “Ə.D.Məlikov adına X22" publik-hüquqi şəxs tərəfindən təsdiq edilmiş “Ambulator tibbi kitabçadan çıxarış”dan və “Beyin MRT Müayinəsi” sənədindən aydın olur ki, Təqsirləndirilən şəxs mülayim dərəcəli beyində atrofiyas, kistik işemik ocaq, insult ocağının mövcudluğu üzrə dioqnozu qoyulmuşdur və müalicə almaqdadır. Məhkəmədə tədqiq edilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, qeyd olunan tarixə əldə edilmiş məlumatlara əsasən "xxxx" ASC-dən kredit götürmüş 16 şəxsdən (Şahid4, Şahid3, Şahid16, Şahid11, Şahid15, X7 – borcları tam bağlanmışdır. Şahid10, Şahid17, Şahid18, Şahid7, Şahid5, Şahid6, Şahid19, X11, Şahid13, X8 – qismən ödənişlər olunmaqdadır.) 06 şəxs tərəfindən götürülmüş kreditlər üzrə ödənişlər tam ödənilərək borcları bağlanmış, digər şəxslər tərəfindən isə qismən ödənişlər edilmişdir. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, 32.4, 313-cü maddəsi ilə özünü təqsirli bilir və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyinə görə məsuliyyətdən azad olunmasını və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 313-cü maddəsi ilə təqsirli bilinməsi barədə düzgün qənaətə gəlsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 308.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308-ci maddəsi ilə nəzərdə tutulan cinayət obyektiv cəhətdən bir sıra zəruri əlamətlər ilə səciyyələnir, a) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq İstifadə etməsindən ibarət olan əməl; b) vətəndaşların və ya idarə, müəssisə və təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; c) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Belə olan halda məhkəmə tərəfindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilən əməl dispoziyasına əsasən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinə görə məsuliyyət müəyyən edən CM-nin 32.4 308.1-ci maddəsi ilə tam uzlaşır. Sözügedən əməlin CM-nin 32.4, 308.2-ci maddəsi ilə tövsif edilməsinin düzgün olmadığı, əslində onun bu əməlinin CM-nin 32.4, 308.1-ci maddəsi ilə tövsif edilməli olması həm də ondan görünür ki, CM-nin 308.2-ci maddəsində nəzərdə tutulan ağır nəticələr dedikdə, dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi şəkildə pozma, vətəndaşlara, dövlətə və ya ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və sair başa düşülə bilər. Lakin Təqsirləndirilən şəxs əməlinin hansı ağır nəticələrə səbəb olması istintaq orqanı tərəfindən əsaslandırılmamış və sübuta yetirilməmişdir. Həmçinin "xxxx" ASC-nin müxtəlif şəxslərə vermiş olduğu kredit məbləğləri üzrə 06 (altı) şəxs tərəfindən məbləğlər tam ödənilərək kredit borcu bağlanmış, digər şəxslər tərəfindən isə ödənişlər qismən edilmiş və ödənişlərin edilməsi də davam etdirilir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət əməli heç də ağır nəticələrə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü yalnız bilə-bilə yanlış məlumatları elektron imza ilə imzalamaqla təqsirli bilməsi, lakin vəzifəli şəxs olmadığını və öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməməsi ilə bağlı ifadəsini məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi özünü müdafiə xarakterli ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübut edilmiş müqavilələr və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1 və 32.4, 313-cü maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə Təqsirləndirilən şəxs cəza təyin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində həyat yoldaşının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, səhətində ciddi problemlər olmasını, müalicə almasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı məhkum nəzarət altında saxlanılmalıdır. Buna görə də ona yaşayış yerini müəyyən saatlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması məqsədəuyğun hesab olunur. İş üzrə maddi sübut – kredit müqavilələri və müqaviləyə əlavə edilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”, elektron arayışların surətləri cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.4 308.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 18:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab edilmiş - kredit müqavilələri və müqaviləyə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli, elektron arayışların surətləri cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar