Məhkəmə qərarları › İş №1(005)-130/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-130/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-130/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1991-ci il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Boşçallar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X8 oğlu Şahid2 Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, 2016-cı ilin iyul ayında Bakı şəhəri Nəsimi rayonu, Azərbaycan prospektində yerləşən «Beşmərtəbə» dairəsinin qarşısında ondan 5.000 manat, sonradan isə onun oğlunu Azərbaycan İncəsənət Univerisitetinə deyil, X3 qəbul etdirəcəyinə dair yalandan vəd verərək, xx.xx.2016-cı il tarixdə günorta saatlarında ünvan 1 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında əlavə 5.000 manat məbləğində, vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 10.000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək zərərçəkmiş şəxs Elşən Hüseynova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu Nail Quliyevi Azərbaycan X16 və İdman Akademiyasına Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, xx.xx.2016-cı il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında 5.000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X9 oğlu Şahid1 Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, xx.xx.2016-cı il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında 5.000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək zərərçəkmiş şəxs Yusif Hüseynova qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızı Fatimə Sadıqovanı Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, xx.xx.2016-cı il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında 7.000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 onun oğlu Şahid2 Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikasının Tələbə X24 Komissiyasında yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair vəd verməmiş, ondan 2016-cı ilin iyul ayında «Beşmərtəbə» dairəsinin qarşısında ondan 5.000 manat, sonradan isə onun oğlunu Azərbaycan İncəsənət Univerisitetinə deyil, X3 qəbul etdirəcəyinə dair sövdələşməsi olmamış və xx.xx.2016-cı il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən «Talə» kafesinin qarşısında əlavə 5.000 manat məbləğində cəmi 10.000 manat pulu borca almış, Elşən Hüseynova qarşı heç bir dələduzluq hərəkəti etməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 onun oğlu Nail Quliyevi Azərbaycan X16 və İdman Akademiyasına Azərbaycan Respublikasının Tələbə X24 Komissiyasında yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair vəd verməmiş, xx.xx.2016-cı il tarixdə ondan ünvan 3 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında ondan 5.000 manat məbləğində pulu isə ondan borca almış və ona qarşı dələduzluq hərəkəti etməmişdir. Bundan başqa, X9 onun oğlu Şahid1 Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikasının Tələbə X24 Komissiyasında yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyimə dair vəd verməmiş, xx.xx.2016-cı il tarixdə günorta saatlarında Nərimanov rayonu, F.X.Xoyski küçəsi 109 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında ondan 5.000 manat məbləğində pulu borca almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 qızı Fatimə Sadıqovanı Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikasının Tələbə X24 Komissiyasında yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair vəd verməmiş, xx.xx.2016-cı il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən «Lalə» kafesinin qarşısında ondan 7.000 manat məbləğində pulu borc olaraq almış, Tələbə qəbulu X12 heç bir qohumunun, tanışının o, cümlədən əmisi oğlunun həmin komisiyada işləmədiyini bildirmişdir. Əslində 2016-cı ildə onun “Media Company” firmasına məxsus qabiliyyət imtahanlarına hazırlıq mərkəzi olduğunu və mərkəzin fəaliyyət göstərdiyi ofisin dar olması ilə bağlı yeni ofis binasına ehtiyac yarandığını bildirmişdir. Buna görə də ona həmin vaxtı pul lazım olduğundan bu barədə X8 bildirəndə o, ona borc olaraq pul verə biləcəyini bildirmişdir. O da onunla razılaşmışdır. O, vaxtı yəni 25 iyul 2016-cı ildə X7 oğlu Şahid2la «Lalə» kafesinin qarşısında Hüseynov Elşən, onun böyük qardaşı X14 və Yusifin qaynı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşmüşdür. Onlar ona borc olaraq yeni ofis yeri götürmək üçün pul vermiş və pulları ona verərkən aralarında heç bir müqavilə və qəbz, yaxud digər sənəd tərtib edilməmiş və bu barədə ondan heç bir sənədləşmə tələb etməmişlər. Həmin şəxslərin uşaqları yəni Şahid2, X10, Zərərçəkmiş şəxs2 qızı və Şahid1 onun işlətdiyi hazırlıq kursuna gəlmişlər. Bundan bir müddət sonra, təxminən bir neçə gün keçmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanarkən Şahid2, Hüseynov Yusif və Zərərçəkmiş şəxs1 onunla ofisində görüşdüklərini və ona verdikləri borcları geri qaytarılmasını tələb etməyə başlamışlar. O, isə onlara belə bir qısa müddətə borcları qaytara bilməyəcəyini onlara bildirsə də, onlar israrla ondan verdikləri borcları geri qaytarılmasını tələb etməyə başlamışlar. 28 iyul 2016cı ildə o, işlədiyi ofisdə X9 yazılı qəbz-iltizam vermiş və həmin iltizamda X5 5000 manat, X6 10.000 manat, Zərərçəkmiş şəxs1 5000 manat, Zərərçəkmiş şəxs2 isə 7000 manat məbləğində borc pul götürdüyünü qeyd etmişdir. xx.xx.2016-cı ildə qaytaracağını, qaytarmavacağı halda polis orqanlarına müraciət etmələrini, həmin qəbzi yazarkən heç bir təzyiq göstərilmədiyini, bu məbləğləri borclu olduğunu və həmin vaxt orada olan tanımadığı iki nəfər şahidin iştirakı ilə həmin qəbz iltizam imzalarla təsdiqləndiyini və o, imza etdikdən sonra həmin qəbz-iltizamı Yusif Hüseynova verdiyini bildirmişdir. Həmin qəbz ona təqdim edilmiş və onun tərəfindən həmin qəbz nəzərdən keçirilmiş, qəbz-iltizamı o, öz xətti ilə 28 iyul 2016-cı ildə yazdığını bir daha təsdiqləmişdir. Bunu onların ona inanması üçün etmiş, pulun qaytarılmasından yayınmayacağını bildirmişdir. Dəqiq tarix yadında qalmamış, 2016-cı ilin avqust ayının təxminən 20-də Zərərçəkmiş şəxs2 borca aldığı 7000 manat pulu işlədiyi ofisdə Yusif Hüseynova qaytarmış və o, pulu Azərə çatdıracağına vəd vermişdir. O da ona inanmış və pulu ona qaytarması üçün vermiş, bundan sonra Yusif Hüseynov ona birlikdə notariusa getməsini və orada borc - kredit müqaviləsi bağlayıb təsdiqlənməsini təklif etmişdir. O da məcbur olub Yusif Hüseynovun təklifini qəbul etmiş və onunla birlikdə 22 avqust 2016-cı ildə 57 saylı notariat ofisinə yollanmış və orada Yusifdən 10.000 manat, onun qardaşı Elşəndən 5000 manat və qaynı Məhərrəmdən almış olduğu 5000 manat cəmi 20.000 manat məbləğində, yəni pula dair kredit müqaviləsini bağlamış və 26 avqust 2016-cı il tarixədək hissə-hissə olmaqla pulu qaytaracağı barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi Elşən, Yusif və Məhərrəm qohum olduqları üçün bütün məbləğin Yusif Hüseynovun adından bağlanılmasını razılaşmışlar. Bundan sonra onun maddi vəziyyəti zəif olduğundan həmin müddətə o, kredit müqaviləsinə əsasən 20.000 manat pulu onlara qaytara bilməmişdir. Həmin vaxtları ona Ukrayna Respublikasından iş təklifi gəlmiş və o, işləmək üçün Ukraynaya getmişdir. Təxminən bir ilə yaxın o, Ukraynada restoranlarda qarson olaraq işləsə də çox çətinliklə öz yaşayışını təmin etmişdir. Bundan sonra, ona Türkiyənin İstanbul şəhərindən iş təklifi gəlmiş və o, Ukraynadan İstanbula getmişdir. Orada da müxtəlif yerlərdə işləmiş və səhhətində çox ağır problem yarandığından xəstələnmiş və təxminən 6 ay müddətinə müalicə olunmuşdur. Bundan bir müddət sonra koronovirus pandemiyası hər yeri bürüdüyündən o, Ukraynadan Türkiyəyə gələrkən aeroportda mobil telefonunu naməlum şəraitdə itmişdir. Belə ki, bütün məlumatları telefonda olmuş və bu səbəbdən də zərərçəkmiş şəxslərlə əlaqə saxlaya bilməmişdir. O, Türkiyədə işləyən zaman borclarını ödəmək üçün valideynlərinə pul göndərmək istəsə də, maddi vəziyyəti ağır olduğundan bunu edə bilməmişdir. O, nəhayət özü Bakıya qayıtmış və həmin şəxslərlə görüşüb onların pullarının qaytarılmasını təmin etdiyini bildirmişdir. Lakin onu Bakı şəhərində Hava limanında polislər tərəfindən saxlamış və onun axtarışda olduğunu bildirib polisə gətirmişlər. Zərərçəkmiş şəxs2 qızı Fatimə onun işlətdiyi ali məktəbə hazırlıq kursuna gəlmiş, lakin o, onu Azərbaycan İncəsənət Universitetinə Azərbaycan Respublikasının Tələbə X24 Komissiyasında yüksək vəzifədə işləyən qohumu vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyinə dair heç bir vəd verməmiş və xx.xx.2016-cı il tarixdə günorta saatlarında «Lalə» kafesinin qarşısında ondan 7.000 manat məbləğində pulu borca almışdır. Nə səbəbə görə Zərərçəkmiş şəxs2, Hüseynov Yusif, Zərərçəkmiş şəxs1 və Elşən Hüseynov ona qarşı dələduzluq etməsinə dair iddia irəli sürmələrinin səbəbini bilmir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyul ayında oğlu X1 X24 Komissiyasının keçirdiyi imtahanlarda lazım olan keçid balını yığa bilmədiyi üçün ali məktəbə qəbul oluna bilməmişdir. Onun qohum və tanışlarının da uşaqları qəbul olunmadıqları üçün məcbur olub adam axtarmağa başlamış, uşaqları ali məktəblərdən birinə qəbul etdirmək istəmişlər. Bu məsələdə onlara əslən İmişli rayonundan olan Təqsirləndirilən şəxs köməklik edəcəyini söz verərərək, TQDK-nın rəhbərliyində doğma əmisi oğlunun işlədiyini, onun vasitəsi ilə onlara asanlıqla köməklik edə biləcəyini əmin etmişdir. Amil ilə onlar Elşənin qonşuları vasitəsi ilə tanış olmuşlar. Bu məqsədlə o, yeznəsi Yusif, onun qardaşı Elşən və dostu Azər övladlarını ali məktəbə qəbul etdirmək məqsədilə Amil ilə görüşərək, müəyyən pul müqabilində o, bu məsələləri müsbət həll edəcəyini razılaşmışlar. Bundan sonra dördü də birlikdə 25 iyul 2016-cı il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə Nərimanov rayonunda yerləşən «Lalə» kafesinin qarşısında görüşmüş, həmin vaxt Amil şəxsən ondan oğlu X13 qəbul etdirmək vədi ilə 5000 (beş min) manat məbləğində pul almışdır. Həmin vaxt Amil yeznəsi Yusifdən oğlu Nurlanı Azərbaycan İncəsənət Universitetinə qəbul etdirmək adı ilə 5000 (beş min) manat məbləğində, qardaşı Elşəndən oğlu Elşadı İqtisad Universitetinə qəbul etdirmək adı ilə 10000 (on min) manat məbləğində, dostu Azərin qızını Memarlıq və Heykəltəraşlıq Akademiyasına qəbul etdirmək adı ilə 7000 (yeddi min) manat məbləğində pullarını almışdır. Amil onlardan pulları aldıqdan sonra qısa müddətə övladlarının ali məktəblərə qəbul olunması məsələsini özünün TQDK-da işləyən yüksək vəzifəli qohumu vasitəsi ilə müsbət həll edəcəyinə vəd vermişdir. Lakin pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq Amil vəd verdiyi məsələləri həll etməmiş, nə də ki, aldığı pulları geri qaytarmamışdır, hər dəfə müxtəlif bəhanələr, yalançı səbəblər göstərərək vaxt uzatmağa, övladlarının məsələlərinin müsbət həll olunacağına onları inandırmağa çalışmış, sonradan isə ümumiyyətlə onlardan qaçmağa, zənglərinə cavab verməməyə, görüşlərə gəlməməyə başlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyul ayında qızı X17 X24 Komissiyasının keçirdiyi imtahanlarda lazım olan keçid balını yığa bilmədiyi üçün ali məktəbə qəbul oluna bilməmişdir. Onun dostları da uşaqlarının qəbul olunmadıqları üçün məcbur olub adam axtarmağa başlamış, uşaqlarını ali məktəblərdən birinə qəbul etdirmək istəmişlər. Bu məsələdə onlara Təqsirləndirilən şəxs köməklik edəcəyini söz verərək, TQDK-nın rəhbərliyində doğma əmisi oğlu işlədiyini, onun vasitəsi ilə onlara asanlıqla köməklik edəcəyini vəd verdiyini bildirmişdir. Amil ilə onlar Elşənin qonşuları vasitəsi ilə tanış olmuşlar. Bu məqsədlə o, dostları Elşən, Yusif və Məhərrəm övladlarını ali məktəbə qəbul etdirmək məqsədilə Amil ilə görüşərək müəyyən pul müqabilində o, bu məsələləri müsbət həll etməsini razılaşmışlar. Bundan sonra dördü birlikdə 25 iyul 2016-cı il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə «Lalə» kafesinin qarşısında görüşmüş, həmin vaxt Amil şəxsən ondan qızı Fatiməni Memarlıq və Heykəltəraşlıq Akademiyasına qəbul etdirmək vədi ilə 7000 (yeddi min) manat məbləğində pul almışdır. Həmin vaxt Amil dostlarının Elşəndən oğlu Elşadı İqtisad Universitetinə qəbul etdirmək adı ilə 10000 (on min) manat məbləğində, Məhərrəmin oğlu X13 qəbul etdirmək adı ilə 5000 (beş min) manat məbləğində, Yusifin oğlu Nurlanı Azərbaycan İncəsənət Universitetinə qəbul etdirmək adı ilə 5000 (beş min) manat məbləğində pullarını almışdır. Həmin gün sonradan Amil ona zəng vuraraq ünvan 5 ünvanında yerləşən «Favorit» marketinin qarşı çağırdığını, orada Amil ondan hansısa sənədləri düzəltmək adı ilə əlavə 300 (üç yüz) manat borc pul istədiyini pulun ona borc kimi verib vermədiyini artıq xatırlamır. Amil onlardan pulları aldıqdan sonra vəd verdi ki, qısa müddətə övladlarının ali məktəblərə qəbul olunması məsələsini özünün TQDK-da işləyən yüksək vəzifəli qohumu vasitəsi ilə müsbət həll edəcəyini, lakin pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq Amil vəd verdiyi məsələləri həll etməmiş, nə də ki, aldığı pulları geri qaytarmamış, hər dəfə müxtəlif bəhanələr, yalançı səbəblər göstərərək vaxt uzatmağa, övladlarının məsələlərinin müsbət həll olunacağına onları inandırmağa çalışmış, sonradan isə ümumiyyətlə onlardan qaçımağa, zənglərə cavab verməməyə, görüşlərə gəlməməyə başlamışdır. Baş vermiş hadisə nəticəsində ona Amil tərəfindən cəmi ona 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun doğma atası X14 28 yanvar 2020-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. O, 2016-cı ilin iyul aymda Tələbə X24 Komissiyasının keçirdiyi imtahanlarda lazım olan keçid balını yığa bilmədiyi üçün ali məktəbə qəbul oluna bilməmişdir. Atası, qohum və tanışları onun ali məktəbə qəbul olunmadığı üçün məcbur olub münasib adam axtarmağa başlamışlar ki, onu həmin şəxsin vasitəsi ilə ali məktəblərdən birinə qəbul etdirə bilsinlər. Sonradan əmisi X7 doğma oğlu Şahid2, qohumu Zərərçəkmiş şəxs1 oğlu Nail Quliyev və tanışları Zərərçəkmiş şəxs2 qızı Fatimənin də ali məktəbə daxil olması üçün Təqsirləndirilən şəxs köməklik edəcəyini atasına söz verərək TQDK-nın rəhbərliyində doğma əmisinin, yoxsa qohumunun işlədiyini, onun vasitəsi ilə asanlıqla köməklik edcəcəyinə əmin etmişdir. Amil ilə əmisi Elşənin adını xatırlamadığı qonşusu vasitəsi ilə tanış olduğunu bildirmişdir. Bu məqsədlə atası, əmisi Elşən, qohumu Məhərrəm və dostu Azər onları ali məktəbə qəbul etdirmək məqsədilə Amil ilə görüşərək müəyyən pul müqabilində o, bu məsələləri müsbət həll etməsinə razılaşmışlar. Bundan sonra dördü də birlikdə 25 iyul 2016-cı il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən «Lalə» kafesinin qarşısında görüşmüş, həmin vaxt Amil şəxsən atasından onun Azərbaycan İncəsənət Universitetinə qəbul etdirmək vədi ilə 5000 (beş min) manat məbləğində pul almışlar. Həmin vaxt Amil əmisi Elşəndən oğlu Elşadı İqtisad Universitetinə qəbul etdirmək adı ilə əvvəlcə aldığı 5000 manatdan əlavə yenə 5000 manat cəmi isə on min manat məbləğində, qohumu Məhərrəmin oğlu X13 qəbul etdirmək adı ilə 5000 (beş min) manat məbləğində, dostu Azərin qızını Memarlıq və Heykəltəraşlıq Akademiyasına qəbul etdirmək adı ilə 7000 (yeddi min) manat məbləğində pullarını almışdır. Amil onlardan pulu aldıqdan sonra qısa müddətə onları ali məktəbə qəbul olunma məsələsini özünün TQDK-da işləyən yüksək vəzifəli qohumu vasitəsi ilə müsbət həll edəcəyinə vəd vermişdir. Lakin pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq Amil nə vəd verdiyi məsələləri həll etməmiş, nə də ki, aldığı pulları geri qaytarmamış, hər dəfə müxtəlif bəhanələr, yalançı səbəblər göstərərək vaxt uzatmağa, onların məsələlərini güya müsbət həll olunacağına inandırmağa çalışmış, sonradan isə ümumiyyətlə atasından qaçımağa, zənglərinə cavab verməməyə başlamışdır. Baş vermiş hadisə nəticəsində atasına ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəymişdir. Atasından Təqsirləndirilən şəxs 5000 manat aldığı pulu yeni ofis binası götürmək üçün borca alması tam yalan olmuş, o, düşdüyü vəziyyətdən çıxmaq naminə belə bir ifadə vermişdir. Atası 5000 manat pulu ona onun ali məktəbə qəbul olunmağı üçün vermişdir. Amil ilə atası arasında əmisi Elşəndən 10000 manat və dayısı Zərərçəkmiş şəxs1 5000 manat pul alması ilə bağlı notariusda kredit müqaviləsi bağlanmışdır. Bunun formal olaraq gələcəkdə əgər o, pulu qaytarmazsa onu məhkəməyə verə bilmələri üçün edildiyini söyləmişdir. Bundan əlavə evdə saxlanılmış Təqsirləndirilən şəxs yazılı iltizamını o, ərizəsinə əlavə etmişdir. Belə ki, həmin iltizam-qəbzdə Təqsirləndirilən şəxs atasından 5000, əmisindən 10.000, dayısından 5000 manat, dostu Zərərçəkmiş şəxs2 isə 7000 manat məbləğində pul almasını imzası ilə və şahidlər tanımadığı atasının tanışları olan Vidadi Həsənov və Hacıbala Əhmədovun imzaları ilə təsdiqlənmiş və xx.xx.2016-cı ildə yazılı qəbz-iltizamı atasına vermişdir. O, şəxsən Amili bir dəfə onun işlədiyi ofisdə görmüş, ofisdə o, atasına pulu qaytaracağını bildirmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X15 onun doğma atası olmuşdur və o, 2020-ci ilin aprel ayının 4də ölmüşdür. 2016-cı ilin iyul ayında o, Tələbə X24 Komissiyasının keçirdiyi imtahanlarda lazım olan keçid balını yığa bilmədiyi üçün ali məktəbə qəbul oluna bilməmişdir. Onun mərhum atası qohum və tanışları onun ali məktəbə qəbul olunmağı üçün məcbur olub münasib adam axtarmağa başlamışlar. Bu barədə atasının tanışı olan qonşu İsmayıl adlı şəxslə söhbət etmiş və o, atasına onun TQDK-da yüksək əlaqələri olan Amil adlı şəxslə tanış edə biləcəyini və həmin şəxs onun atasına onu ali məktəbə qəbul olunmaqda köməklik edə biləcəyini demişdir. Sonra atası Amil adlı şəxslə görüşmüş, söhbət zamanı Amil ona onun əmisinin güya TQDK-nın sədri Məleykə xanımın müavini olduğunu, həmin qohumu vasitəsi ilə dəfələrlə ali məktəblərə tələbə qəbul etdirdiyini, hətta onun yanında müxtəlif şəxslərə zəng vuraraq onun məsələsini müzakirə etməsi görüntüsü yaratdığını, müxtəlif vəzifəli və tanınmış şəxslərin adlarını çəkərək atasını özünə inandıraraq onun etibarını qazandığını demişdir. Təqsirləndirilən şəxs atasına onun topladığı ballar əsasında qabiliyyət imtahanlarından keçirməklə İncəsənət Universitetinə qəbul etdirəcəyini, bunun üçün isə ondan 5000 (beş min) manat pul istədiyini bildirmişdir. Atası bu barədə ona danışdığını və atası Amilin təklifi ilə razılaşaraq elə həmin gün 5000 (beş min) manat pulu evdən götürüb Amil ilə «X23» adlanan ərazidə görüşüb ikilikdə pulu ona vermişdir. Amil pulu alandan sonra atasını əmin etmişdir ki, çox qısa bir müddətdə onun məsələsini müsbət həll edəcəkdir. Atası həmin vaxt eyni ilə imtahanlardan kəsilmiş əmisi Yusifin oğlu Nurlanın atasını, qohumu Zərərçəkmiş şəxs1 oğlu Nailin atasını Amil ilə görüşdürmüş, onların da ali məktəbə qəbul olunmaqda köməklik etməsini xahiş etmişdir. Amil əmisi Yusifin oğlu Nurlanı da öz əlaqələri vasitəsi ilə İncəsənət Universitetinə qəbul etdirə biləcəyini vəd vermiş, ondan 5000 (beş min) manat pul istəmişdir. Sonra atasının sözlərindən ona məlum olmuşdur ki, 25 iyul 2016-cı il tarixdə günorta saatlarında «Lalə» kafesinin qarşısında Amil eyni adla, eyni vədlərlə Yusifin qaynı Məhərrəmin oğlu X13 qəbul etdirmək adı ilə 5000 (beş min) manat məbləğində, atasının dostu Azərin qızını Memarlıq və Heykəltəraşlıq Akademiyasına qəbul etdirmək adı ilə 7000 (yeddi min) manat məbləğində pulunu, atasından isə onu İncəsənət Universitetinə deyil, İqtisad Universitetinə düzəltmək üçün əlavə 5000 (beş min) manat da pul almışdır. Amil pulları aldıqdan sonra vəd vermişdir ki, qısa müddətə övladları ali məktəblərə qəbul olunması məsələsini özünün TQDK-da işləyən yüksək vəzifəli qohumu vasitəsi ilə müsbət həll edəcəkdir. Lakin pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq Amil nə vəd verdiyi məsələləri həll etməmiş, nə də ki, aldığı pulları geri qaytarmamış, hər dəfə müxtəlif bəhanələr, yalançı səbəblər göstərərək vaxt uzatmağa, onların məsələlərinin müsbət həll olunacağına inandırmağa çalışmış, sonradan isə ümumiyyətlə atasından qaçımağa, zənglərinə cavab verməməyə, görüşlərə gəlməməyə başlamışdır. Baş vermiş hadisə nəticəsində Amil atasına 10000 (on min) manat məbləğində maddi ziyan vurmuşdur. Sonra əmisi Yusif Amil ilə görüşmüş və ondan həmin vaxtı yazılı qəbz-iltizam almış və həmin iltizamda Amil atasından 10.000 manat, əmisindən 50.000 manat, əmisinin qohumu Zərərçəkmiş şəxs1 5000 manat və əmisinin tanışı Zərərçəkmiş şəxs2 isə 7000 manat məbləğində pul aldığını və xx.xx.2016-cı ildə pulu ödəyəcəyini qeyd etmişdir. Bundan sonra əmisi Yusiflə Amil həmin vaxtı notariusa gedərək, orada Zərərçəkmiş şəxs2 çıxmaq şərti ilə qalan şəxslərdən ümumilikdə 20.000 manat məbləğində borca pul almasını rəsmiləşdirmişdir. Həm qəbziltizamda və notarius tərəfindən təqsdiqlənmiş kredit müqaviləsində Amilə verilmiş pullar borc kimi göstərilsə də, əslində həmin pullar ona borc kimi deyil, onların ali məktəblərə qəbul olunmağı üçün verilmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin İ cildinin 47-48-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2016-cı il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 109 ünvanında yerləşən “Lalə” kafesinin qarşısındakı yerdir. X2 həmin yeri göstərib bildirdi ki, xx.xx.2016-cı il tairxdə Təqsirləndirilən şəxs həmin yerdə ondan qardaşı X6, qaynı Zərərçəkmiş şəxs1 və dostu Zərərçəkmiş şəxs2 uşaqlarını ali təhsil müəssisələrinə qəbul etdirəcəyi ilə aldadaraq xeyli miqdarda pulu əlbəəl götürmüşdür. Cinayət işinin İ cildinin 179-184-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-117/2022 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 02 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 188-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin İ cildinin 194-cü vərəqində olan notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə X14 (borc verən) və Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmışdır və həmin müqavilə üzrə “borc verən” “borc alana” 20000 manat məbləğində pul borc verir. Cinayət işinin İ cildinin 222-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli iltizam-qəbzdən görünür ki, o, X6 10.000 manat, X5 5.000 manat, X4 5.000 manat, Zərərçəkmiş şəxs2 7.000 manat borc pul götürdüyünü və həmin pulları 20.0802016-cı il tarixdə qaytaracağını bildirmişdir. Cinayət işinin İİ cildinin 20-32-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş iltizam-qəbz və kredit müqaviləsinin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 22120 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 6750,00 (altı min yeddi yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri Şahid1 və Şahid2 ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri Şahid1 və Şahid2 ilə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan – iltizam-qəbz və kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan – iltizam-qəbz və kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar