Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-130/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə salış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 14,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 15:10-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,54 qram, 3,57 qram, 3,59 qram və 3,92 qram olmaqla ümumilikdə 14,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda anket məlumatlarını bilmədiyi şəxsə 200 manat məbləğində pul verib 04 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitələri istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 27 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “Saipa” markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobillə Keşlə qəsəbəsi, Puşkin küçəsində olan zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona özünü təqdim etməsini bildirmişlər. OŞ özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. İdarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirmişlər. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 04 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şalvarın sol yan cibindən pul əsginaslarını, sağ yan cibindən 01 ədəd avtomobil açarını, arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kibrit qutularına baxış keçirilmiş və içərilərində narkotik vasitə qurudulmuş marixuanaların olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 04 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 183 manat pul özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş “Samsung” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş, əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin onun xarici əlamətlərini bildirmişdir. 27 oktyabr 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsinə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 15:10-da qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin durmasını və yanında Təqsirləndirilən şəxs bənzər şəxsin olmasını görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmişlər və o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Həmin şəxsi qərarla tanış edib idarə etdiyi avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs şalvarının cibindən pul əsginaslarını, avtomobil açarını, özünə məxsus 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, əlavə əşya və predmet aşkar edilməmişdir. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd kibrit qutusuna ayrı-ayrılıqda baxış keçirilmişdir. Təqdim etdiyi 04 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kibrit qutusunda olan narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsində olarkən tanımadığı şəxsdən 200 manata istifadə etmək üçün aldığını bildirmişdir. 04 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul özünə qaytarılmış, mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb eldiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı avtomobilə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 22-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X7 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin cins şalvarının sol yan cibindən pul əsginaslarını, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını, sol arxa cibindən isə 01 ədəd mobil telefon çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlandı. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd kibrit qutusunun hər birinə ayrı ayrılıqda baxış keçirildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd kibrit qutusunda narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının içərisində yaşıl rəngli, spesifik qoxuya mailik olan narkotik vasitə marixuanaya oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütləni 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olarkən tanımadığı şəxsdən 200 manat müqabilində əldə etdiyini, 3 ildir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni istifadə etmək istədiyi üçün üzərində saxlamaqla daşımasını, bu narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya hədiyyə vermək kimi bir məqsəd və niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əsginaslarına baxış keçirilən zaman pul əsginaslarının miqdarı 183 manat idi. Təqsirləndirilən şəxs pul əsginaslarının ona məxsus olmasını, hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli “Samsung A 12” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***- ***-**-** saylı mobil nömrə olmasını bildirdi. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli açarın idarə etdiyi “Saipa” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə hər hansı bir baxışın keçirilməsinə etirazının olmadığını bildirdi. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 183 manat pul əsginası iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli avtomobil açarı da müvəqqəti olaraq şəxsin özünə geri qaytarıldı. Cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2023-cü il tarixli, 3-16-16-2-7/1511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 04 (dörd) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 3,54 qram; 3,57 qram; 3,59 qram; 3,92 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 14,62 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 85-87-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1527/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 27 oktybar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır Cinayət işinin 88-89-cu vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 14,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 14,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməlməsi qərara alınmışdır. Cinayət işinin 109-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi X8, Azərbaycan Respublikası CPM-in 85, 134.2.1 və 236.1-ci maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən BKC/LGL-14980/23 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə müxtəlif nömrələrdən “Ay baba doneri gozluyum ya yox bir kelme mene cavab vererdin”, “Ay baba mene bir cav ver doneri getirirsen?”, “Mənəm iquw 3. 4 metr lazimdi”, “Gelim mehliye?”, “Ağa danışa bilmirsən? Gəlib dəyməy isdiyirdim yanına..görüşərdiy bidənə” məzmunda mesajlar göndərilir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 123-cü vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 8081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kamıabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda X4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Bəkirov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-cu vərəqində olan Asan Sumqayıt tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı 11438286 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəkirzadə Ömər xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. Cinayət işinin 131-139-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD diskin cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək aşkar götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 14,42 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-130/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-130/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver