Məhkəmə qərarları › İş №1(005)-131/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-131/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-131/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta həsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiiyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 06:15 radələrində tanışları X5 və X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs icarə əsasında işlədərək mühasibatlıq faəliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən bina hesab edilən ofisə giriş qapısının dəmir barmaqlıqları üzərində olan asma qıfılı və plastik materialdan hazırlanmış giriş qapısını mismar çıxaran alətlə sındıraraq qanunsuz daxil olub ofisin içərisindən 350 manat dəyərində "Dell" markalı “İnspiron 15 modelli İntel Core İ3" xüsusiyyətli noutbuku gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı sayılan, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməyən və soyuq silah hesab edilən bıçağı əldə edərək “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə əsasında götürərək idarə etdiyi “Hyundai Avante” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının aşağı hissəsində saxlayaraq gəzdirmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 16:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 83A ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Avante” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ qapısının aşağı hissəsindən bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı sayılan, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik dilməyən və soyuq silah hesab edilən bıçaqaşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.4-cii maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının 13 gecə saat 02 radələrində Natiq və Rüstəmlə görüşmüş və onlar metronun Neftçilər stansiyası yaxınlığında yerləşən "Piraniya" çay evində oturmuşlar. Görüş zamanı Natiq onlara Nərimanov rayonu, Teymur Əliyev küçəsində ofis olduğunu, orada çoxlu pul olması ehtimalı olduğunu və gedib oradan oğurluq etməyi demişdir. Onun pula ehtiyacı olduğu üçün Natiqin təklifi ilə razılaşmışdır. Həmçinin Rüstəm də Natiqin təklifi ilə razılaşmışdır. O, Natiqə ofisə girməyəcəyini, idarə etdiyi avtomobillə onları oraya aparmaqla və kənarda dayanıb kiminsə gəlməsi barədə məlumat verməklə köməklik edəcəyini bildirmişdir. Natiq və Rüstəm buna heç bir etiraz etməmişlər. Onlar səhərə yaxın həmin ofisdən oğurluq etməyi qərara almışlar. Saat təxminən 04:30 radələrində onlar “Piraniya" çay evindən durmuşlar. “xxxxxxxxxxxxxxxx" MMC-dən günlük icarəyə **-RZ-*** dövlət qeydiyyat nişanlı “Kia Optima" markalı avtomobil götürdüyü üçün Natiq və Rüstəm onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. Yolüstü hazırda yerləşdiyi yer yadında qalmayan aptekdən Rüstəm 2 ədəd qara rəngli tibbi maska və 2 cüt rezin əlcək almışdır. Rüstəmin üzərində qapını açmaq üçün mismar çıxaran alət də olmuşdur. Onlar **-RZ-*** dövlət qeydiyyat nişanlı “Kia Optima" markalı avtomobil ilə şəhərdə bir qədər gəzdikdən sonra saat 06 radələrində oğurluq edəcəkləri yerin yaxınlığına gəlmişlər. O, avtomobili oğurluq edəcəkləri yerin yaxınlığında saxlamış və onlar avtomobildən düşmüşlər. Natiq və Rüstəm rezin əlcəkləri əllərinə taxmış, tibbi maska ilə üzlərini bağlamışlar. Onlar bundan sonra oğurluq edəcəkləri yerə yaxınlaşmışlar. Onlar ofisə çatdıqda Natiq və Rüstəm ofisin qarşısında dayanmış, o, isə orada dayanmadan bir qədər qarşıya Məmməd Araz küçəsinə getmişdir ki, əgər kimsə gəlsə Natiqlə Rüstəmə xəbər etsin. O, yolun kənarına çıxmış və onları müşahidə etməyə başlamışdır. Rüstəm üzərində olan mismar çıxardan dəmirlə ofisin giriş qapısının dəmir barmaqlıqlarını, daha sonra ofisin giriş qapısını sındırmışdır. Bundan sonra onlar ofisə daxil olmuşlar. Təxminən bir neçə dəqiqə sonra Natiq və Rüstəm ofisdən çıxaraq onun idarə etdiyi avtomobil tərəfə qaçmağa başlamışlar. O, bundan sonra gəldiyi yolla deyil, digər yolla avtomobili saxladığı yerə getmişdir. Natiq və Rüstəm avtomobilin yanında olmuşlar. Onlar avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Yolda Natiq ona ofisdən yalnız noutbuk oğurlaya bildiklərini demişdir. Onlar bundan sonra idarə etdiyi avtomobillə yaşadığı ünvan 5 ünvanına getmişdirlər. O, avtomobili qarajda saxlamışdır. Artıq səhərə yaxın olduğu üçün o, Natiq və Rüstəmə evə getdiyini demiş və Natiqlə Rüstəm də ona getməsini, onların da avtomobildə yatacaqlarını bildirmişlər. O, Natiq və Rüstəmlə sağollaşıb evə getmiş və yatmışdır. Təxminən saat 14 radələrində yuxudan durmuş və avtomobilin yanına getmişdir. Rüstəm avtomobildə yatmışdır. O, Rüstəmi oyatmış və Natiqin harada olduğunu soruşmuşdur. Rüstəm Natiqin evə getdiyini bildirmişdir. Həmçinin Rüstəm ona noutbuku onun yaşadığı binada mühafizəçi işləyən Ülfətə 60 manata satdığını demişdir. Onlar axşam saatlarında yenidən üçü görüşmüş və 60 manat pulu şəxsi məsrəfləri üçün xərcləmişlər. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən icarə əsasında götürərək idarə etdiyi "Hyundai Avante” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu ərazisində saxlanılmış və Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də etdiyi oğurluq əməlini etiraf etdikdən sonra Nərimanov RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. O, istintaqa ifadə verdikdən sonra onun, dəvət olunmuş iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə icarə əsasında idarə etdiyi "Hyundai Avante” minik markalı **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin ön sol qapısının aşağı hissəsindən dəstəyi yaşıl rəngli təsərrüfat təyinatlı qayçı, avtomobilin sürət qutusunun yanından bir ədəd qara rəngli tibbi maska, ön sərnişin və sürücü oturacaqlarının arasında olan qolluqaltından şəffaf rəngli sellofanın içərisində bir cüt rezin əlcək, ön sağ qapının aşağı hissəsindən bir ədəd bıçaq, avtomobilin arxa sol sərnişin oturacağının üzərindən bir ədəd mismar çıxaran dəmir alət və arxa sol qapının qoltuqaltı hissəsindən isə bir ədəd qara rəngli tibbi maska aşkar edilərək götürülmüşdür. Daha sonra bildirmişdir ki, həmin əşyalardan tanışları Natiq və Rüstəmlə birlikdə ünvan 3 ünvanında yerləşən ofisdən oğurluq etdikləri zaman Natiq və Rüstəm istifadə etmişlər. Belə ki, tibbi maskaları Natiq və Rüstəm tanınmamaları üçün üzlərinə taxmış, hadisə yerində əl-barmaq izlərinin qalmamaları üçün rezin əlcəklərdən istifadə etmiş və mismar çıxaran dəmir alət vasitəsilə isə oğurluq etdikləri ofisin giriş qapısını sındırmışdırlar. Həmçinin bildirmişdir ki, baxış zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş qayçı və bıçaq ona məxsusdur. Avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş əşyalar bütün iştirakçıların yanında qablaşdırılmışdır. Sonra isə bu barədə protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il saat təxminən saat 20 radələrində həmişə olduğu kimi ofisi bağlamış və evə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər təxminən saat 06:30 radələrində işlətdiyi ofisin qarşısındakı fərdi yaşayış evində yaşayan Əli istifadəsində olan mobil telefona zəng vuraraq ofisdən oğurluq olduğunu bildirmişdir. O, dərhal yaşadığı evdən ofisə gəlmişdir. Ofisə yaxınlaşan zaman ofisin giriş qapısının üzərində olan dəmir barmaqlığın üstündəki asma qıfılın və ofisin plastik giriş qapısının sındırılmış halda olduğunu görmüşdür. O, ofisə daxil olduqda ofisin içərisindəki əşyaların dağınıq halda olmasını və ofisdə stolun üstündə olan “Dell” markalı noutbukun oğurlandığını aşkar etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Sonra o, olanlar barədə ərizə yazmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq isə bildirmişdir ki, hadisə zamanı ofisdən ona məxsus olan 1200 manat dəyərində bir ədəd “Dell” markalı noutbuk oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona məxsus olan 1200 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin oğurluq zamanı ofisin giriş qapısının üzərində olan dəmir barmaqlığın üstündəki asma qıfıl sındırılmışdır. Həmin qıfılı 5 manata almışdır. Həmçinin oğurluq edən şəxslər ofisə daxil olan zaman plastik giriş qapısının açar hissəsini sındırmışlar. O, həmin qapının təmirinə 50 manat pul xərcləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, noutbuk ona geri qaytarılmışdır. Barışıq ilə bağlı anası ona yaxınlaşmışdır. Amma o, hesab edir ki, Təqsirləndirilən şəxs kiminsə başına yenidən iş gətirəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə ona təhkim olunmuş ərazi daxilində olan ünvan 6 ünvanında yerləşən ofisdən oğurluq hadisəsi baş vermişdir. Həmin faktla bağlı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs Rüstəm və Natiq adlı şəxslərlə birlikdə törətməsi müəyyən olunmuş və xx xxxxxx 2019- cu il tarixdə Nizami rayonunun inzibati ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobillə birlikdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlini etiraf etdiyi üçün o, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə təqdim edilmişdir. Nərimanov RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs etirafedici ifadəsi alındıqdan sonra M.İbralıimlinin idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilə dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin ön sol qapısının aşağı hissəsindən dəstəyi yaşıl rəngli təsərrüfat təyinatlı qayçı, avtomobilin sürət qutusunun yanından bir ədəd qara rəngli tibbi maska, ön sərnişin və sürücü oturacaqlarının arasında olan qoltuqaltından şəffav rəngli sellofanın içərisində bir cüt rezin əlcək, ön sağ qapının aşağı hissəsindən bir ədəd bıçaq, avtomobilin arxa sol sərnişin oturacağının üzərindən bir ədəd mismar çıxaran dəmir alət və arxa sol qapının qoltuqaltı hissəsindən isə bir ədəd qara rəngli tibbi maska aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, **-TR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilin sürət qutusunun yanından aşkar edilmiş tibbi maska, ön sərnişin və sürücü oturacaqlarının arasında olan qoltuqaltından aşkar edilmiş şəffaf rəngli sellofanın içərisində olan bir cüt rezin əlcək, avtomobilin arxa sol sərnişin oturacağının üzərindən aşkar edilmiş bir ədəd mismar çıxaran dəmir alət və arxa sol qapının qoltuqaltı hissəsindən aşkar edilmiş bir ədəd qara rəngli tibbi maskadan tanışları “Natiq” və “Rüstəm” adlı şəxslərlə birlikdə ünvan 3 ünvanında yerləşən ofisdən oğurluq etdikləri zaman həmin əşyalardan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu Gənclik metro stansiyasının çıxışında olan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqəsini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşı ondan Polis Şöbəsinə şübhəli şəxs kimi gətirilmiş bir nəfər şəxsin idarə etdiyi avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. O, etiraz etmədən polis əməkdaşının təklifi ilə razılaşmış və həmin polis əməkdaşı ilə birlikdə ünvan 7 ünvanına getmişdir. Hal şahidi kimi iştirak etmək üçün ondan başqa bir nəfər də dəvət olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra həmin ünvanda əvvəllər tanımadığı, lakin sonradan adı, soyadı və atasının adı ona məlum olan şübhəli şəxs kimi polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilə baxış keçirilməyə başlanmışdır. Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin ön sol qapısının aşağı hissəsindən dəstəyi yaşıl rəngli təsərrüfat təyinatlı qayçı, avtomobilin sürət qutusunun yanından bir ədəd qara rəngli tibbi maska, ön sərnişin və sürücü oturacaqlarının arasında olan qoltuqaltından şəffav rəngli sellofanın içərisində bir cüt rezin əlcək, ön sağ qapının aşağı hissəsindən bir ədəd bıçaq, avtomobilin arxa sol sərnişin oturacağının üzərindən bir ədəd mismar çıxaran dəmir alət və arxa sol qapının qoltuqaltı hissəsindən isə bir ədəd qara rəngli tibbi maska aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, **-TR-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilin sürət qutusunun yanından aşkar edilmiş tibbi maska, ön sərnişin və sürücü oturacaqlarının arasında olan qoltuqaltından aşkar edilmiş şəffav rəngli sellofanın içərisində olan bir cüt rezin əlcək, avtomobilin arxa sol sərnişin oturacağının üzərindən aşkar edilmiş bir ədəd mismar çıxaran dəmir alət və arxa sol qapının qoltuqaltı hissəsindən aşkar edilmiş bir ədəd qara rəngli tibbi maskadan tanışları “Natiq” və "Rüstəm"' adlı şəxslərlə birlikdə ünvan 3 ünvanında yerləşən ofisdən oğurluq etdikləri zaman həmin əşyalardan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mirabı təxminən 3-4 aydır ki, tanıyır. Mirab da Elşən Süleymanov küçəsi 137A ünvanında yerləşən binada yaşayır. xx.xx.2019-cu il tarixdə işdə olarkən Mirabın tanışı Rüstəm onun yanına yaxınlaşaraq Mirabın noutbuk satdığını bildirmiş və həmin noutbuku ona göstərmişdir. Rüstəm Mirabın noutbuku 100 manata satdığını bildirmişdir. O, noutbuka baxmış və Rüstəmə 60 manat pulu olduğunu, o qiymətə satırsa alacağını bildirmişdir. Rüstəm heç bir etiraz etməmiş və o. həmin noutbuku 60 manata almışdır. O, Rüstəmdən noutbukun oğurluq olub-olmamasını soruşmuşdur. Rüstəm də ona noutbukun Miraba məxsus olduğunu, oğurluq olmadığını demişdir. O,da Mirabı tanıdığı üçün Rüstəmə inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində müşahidəçi işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən bir neçə dəfə müxəlif markalı avtomobilləri icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Kia Optima” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2019-cu il tarixdə şirkətlə onun arasında imzalanmış 743 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Həmin icarənin müddəti 20 gün olsa da Mirab avtomobili şirkətə tez təhvil vermişdir. Mirab avtomobili şirkətə qaytardıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə şirkətlə onun arasında imzalanmış 764 nömrəli icarə müqaviləsi əsasında “Hyundai Avante" minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin əməkdaşları tərəfindən oğurluq cinayəti törədiyi üçün tutularaq həbs olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən “Hyundai Avante" minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və həmin avtomobildə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra "Hyundai Avante" ininik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşlarından geri təhvil alınmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid6 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınmış, işə onun iştirakının olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid3 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbil edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmlşdır. (cild 1, i.v. 1); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilllərdən görünür ki, Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-dən icarə əsasında götürərək yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai Avante” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sol qapısının aşağı hissəsindən dəstəyi yaşıl rəngli təsərrüfat qayçısı, avtomobilin sürətlər qutusunun vanından bir ədəd qara rəngli tibbi maska, ön oturacaqların arasında olan qoltuqaltından şəffaf rəngli sellofanın içərisindən bir cüt rezin əlcsk, ön sağ qapının aşağı hissəsindən bir tərəfi kəsici ucu deşici xüsusiyyətə malik bir ədəd bıçaq, arxa sol oturacağın üzərindən bir ədəd mismarçıxaran alət və avtomobilin arxa sol qapısının qoltuqaltı hissəsindən isə bir ədəd qara rəngli tibbi maska aşkar edilmişdir. ( cild 1, i.v. 44-54) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 66-67); Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, cinayət işi üzrə oğurluq hadisəsi nəticəsində əldə olunan bir ədəd "Dell“ markalı noutbuku X6 həmin istintaqa könüllü olaraq təqdim etmiş və həmin noutbuk maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. ( cild 1, i.v. 80- 81) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. (cild 1, i.v. 84-85); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(005)- 1200/2019 nömrəli qərarından görünür ki, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixinədək müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.106-110); xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, “Hyundai Avante” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilə məxsus AD 536187 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini və qeyd edilən avtomobilə aid ƏN-İ №806643 nömrəli etibarnaməni təhvil almışdır. ( cild 1, i.v. 123) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 1(101)-149/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 178.3.2 və 320.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar, qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək həbsdə olduğu cəmi 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə çıxılmış, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cəzaçəkməsinin başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı xx xxxxx 2017-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 -ci maddəsi ilə cəza təyin olunmaması hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 1(101)- 149/2017 nömrəli hökmü dəyişdirilmiş və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq 06 il 09 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə, AR CM-nin 178.3.2-ci maddəsi həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il 09 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş və cəzası 05 il 9 ay 6 günə endirilmiş, AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 03 il 09 ay 06 günə endirilmişdir. (cild 1, i.v. 179-181) Salyan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.20017-ci il tarixli hökmü əsasında AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 9 ay 6 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qala 01 il 07 ay 3 gün müddətini çəkmək üçün məntəqə tiğlu cəzaçəkmə müəssisəsinə keçirilmişdir. (cild 2, i.v. 1-3) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 32224 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş Dell markalı "İnspiron 15 modelli İntel Corc İ3“ xüsusiyyəti i noutbukun istifadədə olunması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 350,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (cild 2, i.v. 45-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci tarixli 249 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manatdır. (cild 2, i.v.48-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 250 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qıfıl silindrik mexanizmli asma qıfıllar növünə aiddir. Tədqiqata təqdim edilən qıfıl açar oyuğunda kənar predmetin təsirindən yaranmağa xarakterik iz və zədələr yoxdur. Tədqiqata təqdim edilən qıfıl üzərində rəyin tədqiqi hissəsində zədələr təsvir edilmişdir, həmin zədələr kənar əşya (o cümlədən təqdim edilmiş mismarçıxaran və ya ona bənzər xassəli hər hansı bir alətin) tətbiq etməklə mexaniki təsir nəticəsində açılmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. ( cild 2, i.v. 52-55) Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış “Dell” markalı “İnspiron 15 modelli İntel Core İ3” xüsusiyyətli noutbuk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılmış, təqsirləndirilən şəxsin “xxxxxxxxxxxxxxxx” MMC-dən icarə əsasında götürərək yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai Avante” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilmiş yaşıl rəngli təsərrüfat qayçısı, 02 ədəd qara rəngli tibbi maska, bir cüt rezin əlcək, bir ədəd bıçaq, bir ədəd mismar çıxaran alət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd qıfıl işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 2, i.v. 61-63) xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan “Dell” markalı “İnspiron 15 modelli İntel Core İ3” xüsusiyyətli noutbuku işlək vəziyyətdə təhvil almışdır. ( cild 2, i.v. 66) Diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan 9 ünvanında və yaxınlıqdan quraşdırılmış müşahidə kameralarının qeydə aldığı bir ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə "Video 1“ adlı 11784 KB ölçüsündə 01 dəqiqə 11 saniyə müddətində, "Video 3“ adlı 3584 K8 ölçüsündə 00 dəqiqə 18 saniyə müddətində. "Video 4” adlı 3368 KB ölçüsündə 00 dəqiqə 16 saniyə müddətində, "Video 5“ adlı 6167 KB ölçüsündə 00 dəqiqə 32 saniyə müddətində, "Video 6“ adlı 7937 KB ölçüsündə 00 dəqiqə 46 saniyə müddətində, "Video T' adlı 2366 KB ölçüsündə 00 dəqiqə 11 saniyə müddətində və "Video2“ adlı 10726 KB ölçüsündə 01 dəqiqə 07 saniyə müddətində olmaqla cəmi 7 ədəd videogörüııtü vardır. "Video 1” adlı videogörüntiiyə baxış zamanı həmin videogörüntünün 32-ci saniyəsində iki nəfər şəxsin bir mərtəbəli yerin ön tərəfinin dəmir barmaqlığına yaxınlaşdığını, həmin şəxslərdən birinin üzərində olan aləti çıxarıb dəmir barmaqlığın üstündə olan qıfılın arasına salınası, hər iki şəxsin də güc işlədərək həmin alətlə qıfılı qırması, daha sonra həmin şəxslərin birinin qıfılı götürüb dəmir barmaqlığın üzərinə qoyması, sonra həmin şəxslərdən birinin əlindəki aləti plastik qapının kilid hissəsinə salıb sıxaraq qapını açması, daha sonra hər iki şəxsin ofisə daxil daxil olması və 20 saniyə sonra hər iki şəxsin ofisin qapısından çıxaraq qaçması müəyyən olunmuşdur. Həmin videogörüntüdə qeyd edilən iki nəfər şəxsin başlarında papaq və üzlərində maska olması ınüəyyən edilmişdir. "Video 3" adlı videogörüntüyə baxış zamanı həmin videogörüntünün əvvəlindən etibarən orada manitorda bir nəfər şəxsin, onun arxasınca isə başqa bir nələr şəxsin kameranın qarşısından piyada şəkildə asta yerişlə keçib getməsi müəyyən olunmuş. “Video adlı videogörüntüyə baxış zamanı həmin videogörüntünün 8-ci saniyəsində bir nəfər şəxsin kameranın qarşısından piyada şəkildə asta yerişlə keçib getməsi müəyyən olunmuş. “Video 5” adlı videogörüntüyə baxış zamanı həmin videogörüntünün 9-cu saniyəsindən etibarən bir nəfər şəxsin kameranın qarşısından piyada şəkildə asta yerişlə keçib getməsi müəyyən olunmuş. "Video 6” adlı videogörüntüyə baxış zamanı videogörüntünün 10-cu saniyəsindən etibarən üç nəfər şəxsin bir-birinin arxası ilə biraz məsafə saxlamaqla kameranın qarşısından piyada şəkildə asla yerişlə keçib getmələri müəyyən olunmuşdur. "Video 7" adlı videogörüntüyə baxış zamanı videogörüntünün başlanğıcından etibarən iki nəfər şəxsin bir-birinin arxası lə kameranın qarşısından qaçaraq keçib getmələri müəyyən olunmuşdur. “Video2” adlı videogörüntüyə baxış zamanı orada manitorda 4 ədəd vidcogörüntü olduğu, həmin videogörünlərin üzərlərində 3 və 6 rəqəmləri olan görüntülərdə xx.xx.2019-cu il tarixdə 06:16:52-də iki nəfər şəxsin qaçaraq kameranın qarşısından keçib getməsi müəyyən olunmuşdur. Diskə baxış zamanı oğurluq hadisəsinin xx.xx.2019-cu il tarixdə saat 06:15-də baş verməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntülərə düşən şəxslər o, tanışları Natiq və Rüstəmdir. (cild , i.v. 87-88) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəlllənin 177.2.1, 177.2.3 və 228.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə ittiham elan edilməsi, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, 02 ədəd DVD diskin maddi sübut kimi tanınması və s. qərara alınmışdır. ( cild 2, i.v. 89- 103) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. ( cild 2, i.v. 109-110) Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. AR ƏN 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixinə cəzasının çəkilmiş hissəsi 02 il 08 ay 09 gün, cəzasının çəkilməmiş hissəsi isə 01 il 28 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclaslarında səsləndirdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 03 il 09 ay 6 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün xx.xx.2019-cu il tarixdə 5 saylı CÇMdən 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və xx.xx.2019-cu il tarixinə cəzasının çəkilməmiş hissəsi 01 il 28 gün müddət hesablanmışdır. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün xx.xx.2019cu il tarixdən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməllərini xx xxxxxx 2019-cu il tarixdə törətmişdir. Göründüyü kimi o, hazırki cinayət əməllərini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs onun əməlində cinayətlərin residivi yaranmış olur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayətlərinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş və Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün xx.xx.2019-cu il tarixdən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyi müddətdə törətmiş və xx.xx.2019-cu il tarixə çəkilməmiş 01 il 28 gün çəkilməmiş cəzası mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və xx.xx.2019-cu il tarixə çəkilməmiş qalan 01 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxsa qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2019cu il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Dell” markalı “İnspiron 15 modelli İntel Core İ3” xüsusiyyətli noutbukun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə maddi sübüt kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş yaşıl rəngli təsərrüfat qayçısı, 02 ədəd qara rəngli tibbi maska, bir cüt rezin əlcək, bir ədəd bıçaq, bir ədəd mismar çıxaran alət, bir ədəd qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri 179 (bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vasitəsi ilə X2 hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 3 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və xx.xx.2019-cu il tarixə çəkilməmiş qalan 01 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli xx.xx.2019-cu il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış- 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış “Dell” markalı “İnspiron 15 modelli İntel Core İ3” xüsusiyyətli noutbukun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübüt kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş yaşıl rəngli təsərrüfat qayçısı, 02 ədəd qara rəngli tibbi maska, bir cüt rezin əlcək, bir ədəd bıçaq, bir ədəd mismar çıxaran alət, bir ədəd qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 179 ( bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vasitəsi ilə X2 hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar