Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-131/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri, Pərioğullar sahəsində qeydiyyatda olmaqla Ağcabədi rayonu, Sarıcalı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutlar məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah məqsədi ilə təkrar törədilməklə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixə keçən gecə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2095 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus elektrik avadanlıqları mağazasının arxa divarı ilə tavanı arasındakı boşluqdan mağazaya qanunsuz daxil olaraq, oradan “Maktel” 2x4 markalı qoşa qanad 81 manat dəyərində 100 metr uzunluqda 1 bağlama mis naqili; “İpək” 2x2,5 markalı hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 bağlama qoşa qanad mis naqili; “Sion” 1x2,5 markalı hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 12 manat olmaqla cəmi 24 manat dəyərində 2 bağlam təkqanad mis naqili; “Sion” 1x4 markalı hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 bağlama təkqanad mis naqili; “Bestel” 1x4 markalı hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 27 manat olmaqla cəmi 108 manat dəyərində 4 bağlama, təkqanad mis naqili; “Sarıtel” 1x2,5 markalı hər biri 100 metr uzunluqda, bir ədədinin qiyməti 30 manat olmaqla cəmi 60 manat dəyərində, 2 bağlama təkqanad mis naqili; “Maxtel” 2x2,5 markalı 100 metr uzunluqda cəmi qiyməti 70 manat dəyərində, 1 bağlama mis kabeli; “LED 12” markalı hər biri 4 manat olmaqla cəmi 16 manat dəyərində 4 ədəd elektrik lampası; “LED 9”markalı hər biri 3 manat olmaqla cəmi 12 manat dəyərində, 4 ədəd elektrik lampasını; “LED 6” markalı hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində, 2 ədəd elektrik lampasını; “İEK” markalı 3 fazalı hər biri 10 manat olmaqla cəmi 80 manat dəyərində 8 ədəd elektrik açarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 539 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixə keçən gecə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2095 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus elektrik avadanlıqları mağazasının arxa divarını sökməklə oradan mağazaya qanunsuz daxil olaraq, mağazadan “Maktel 1x2,5” markalı hər biri, 26 manat qiymətində olmaqla cəmi 182 manat dəyərində 7 bağlam naqili; “Maktel 1x4” markalı, hər biri 37 manat qiymətində olmaqla cəmi 444 manat dəyərində 12 bağlam naqili; “Maktel 4x4” markalı, cəmi 190 manat qiymətində 1 bağlam kabeli; “Maktel 2x2,5” markalı, hər biri 68 manat qiymətində olmaqla cəmi 340 manat dəyərində 5 bağlam kabeli; “Maktel 2x4” markalı, hər biri 98 manat qiymətində olmaqla cəmi 490 manat dəyərində 4 bağlam kabeli; “Maktel 3x2,5” markalı, hər biri 98 manat qiymətində olmaqla cəmi 196 manat dəyərində 2 bağlam kabeli; “Maktel 1x10” markalı, 110 manat dəyərində 1 bağlam naqili; “İlyasoğlu 1x2,5” markalı, hər biri 20 manat qiymətində olmaqla cəmi 80 manat dəyərində 4 bağlam naqili; “İlyasoğlu 1x4” markalı, hər biri 30 manat qiymətində olmaqla cəmi 330 manat dəyərində 11 bağlam naqili; “ENE 1x2,5” markalı, hər biri 18 manat qiymətində olmaqla cəmi 234 manat dəyərində 13 bağlam naqili; “ENE 1x4” markalı, hər biri 28 manat qiymətində olmaqla cəmi 140 manat dəyərində 5 bağlam naqili; “İES 3x2,5” markalı, hər biri 92 manat qiymətində olmaqla cəmi 184 manat dəyərində 2 bağlam kabeli; “Məkan 1x2,5” markalı, hər biri 30 manat qiymətində olmaqla cəmi 120 manat dəyərində 4 bağlam naqili; “Məkan 1x4” markalı, hər biri 40 manat qiymətində olmaqla cəmi 160 manat dəyərində 4 bağlam naqili; “Sarıtel 1x2,5” markalı, hər biri 27 manat qiymətində olmaqla cəmi 351 manat dəyərində 13 bağlam naqili; “Sarıtel 1x4” markalı, hər biri 46 manat qiymətində olmaqla cəmi 598 manat dəyərində 13 bağlam naqili; “Aliminum 2x10” markalı, hər biri 90 manat qiymətində olmaqla cəmi 450 manat dəyərində 5 bağlam kabeli; “Aliminum 2x16” markalı, hər biri 94 manat qiymətində olmaqla cəmi 282 manat dəyərində 3 bağlam kabeli; ikiqanadlı mis naqil 2x2.5 markalı, hər biri 26 manat qiymətində olmaqla cəmi 104 manat dəyərində 4 bağlam naqili; ikiqanadlı mis naqil 2x45 markalı, hər biri 36 manat qiymətində olmaqla cəmi 252 manat dəyərində 7 bağlam naqili; “LED 6” markalı hər biri 2 manat cəmi 24 manat dəyərində 12 ədəd elektrik lampasını; “LED 9” markalı hər biri 3 manat cəmi 30 manat dəyərində 10 ədəd elektrik lampasını; “LED 15” markalı hər biri 4 manat cəmi 16 manat dəyərində 04 ədəd elektrik lampasını; “LED 18” markalı hər biri 4 manat cəmi 36 manat dəyərində 9 ədəd elektrik lampasını; “100 A 3F” markalı- bir ədədi 38 manat, cəmi 304 manat dəyərində 8 ədəd elektrik açarını; “63A 3F” markalı - bir ədədi 18 manat, cəmi 504 manat dəyərində 28 ədəd elektrik açarını; “100A 3F” markalı türkiyə istehsalı cəmi 50 manat dəyərində 18 ədəd elektrik açarını; “İEK” markalı müxtəlif amperli hər biri 3 manat olmaqla cəmi 540 manat dəyərində 180 ədəd elektrik açarını; 15 manat dəyərində 1 ədəd elektrik sayğacını; “AULMO” markalı- hər biri 3 manat cəmi 900 manat dəyərində 300 ədəd elektrik yuvacığını (rozetkanı); “FL-Bİ” markalı hər biri ,2 manat cəmi 72 manat dəyərində 60 ədəd elektrik yuvacığını (rozetka); “Kripsal” markalı- hər biri 1,2 manat cəmi 132 manat dəyərində 110 ədəd elektrik yuvacığını (rozetka); hər biri 1 manat cəmi 10 manat dəyərində 10 ədəd metrəni; 16 nömrəli-hər biri 10 manat, cəmi 30 manat dəyərində 3 ədəd elektrik şitini; “Siemens” markalı, hər biri 3,5 manat cəmi 210 manat dəyərində 60 ədəd elektrik açarını; “Aztel” markalı, hər bağlam 13 manat, cəmi 130 manat dəyərində 10 bağlam televizor kabelini; hər biri 4 manat cəmi 80 manat dəyərində 20 ədəd rezin elektrik üçdişlisini (troynik) hər biri 40 qəpik cəmi 16 manat dəyərində 30 ədəd rezin elektrik çəngəlini (vilka); hər biri 70 qəpik, cəmi 42 manat dəyərində 60 ədəd elektrik örtüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda- 8.378 (səkkiz min üç yüz yetmiş səkkiz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə Narifin anbarından oğurluq etmişdir. Belə ki, bir neçə gün əvvəl yaşadığı Ağcabədi rayonunda olarkən, qohumu Ağcabədi rayonu, Sarıcalı kəndində yaşayan X2 arvadı Rumiyəni Bakı şəhərinə həkimə gətirmək üçün “VAZ-2115” markalı, qeydiyyat nişanı yadında qalmayan, qara rəngli minik avtomobilini istəmişdir. İntiqam da ona etiraz etməyərək, etibarnamə əsasında, sürmək üçün həmin avtomobili ona vermişdir. O da arvadı Rumiyəni həmin avtomobilə mindirib, Bakı şəhərinə gətirmiş və Balaxanı qəsəbəsində yaşayan qardaşı Rəşidin evinə qoymuşdur ki, həkimə getsin. Ancaq həkimə verməyə və dərman almağa pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bakı şəhərinə gəldiyi günün gecəsi bunun üçün “VAZ-2115” markalı avtomobillə Narifin işlətdiyi Nərimanov rayonu, Dərnəgül qəsəbəsindəki inşaat və elektrik avadanlıqları bazarında yerləşən həmin anbarın yanına gəlmişdir. Avtomobildən düşüb, əvvəl işlədiyi sexin açıq qapısından içəri daxil olmuşdur. Narifə məxsus olan anbarın arxa divarındakı nazik dikləri dartıb, aralayaraq, anbara daxil olmuşdur. Anbardan müxtəlif çeşidlərdə naqil bağlamlarını, kabel bağlamlarım, elektrik lampalarını, elektrik açarlarını, elektrik yuvacıqlarını (rozetka), elekrtik çəngəllərini (vilka) oğurlayaraq avtomobilin yük yerinə və arxa oturacağına yığmışdır. Oğurladığı həmin malları gecə ilə Ağcabədi rayonu, Hindarx qəsəbəsinə aparıb, həmin qəsəbədə yerləşən Cahandar adlı şəxsin işlətdiyi elektrik malları mağazasında Cahandara satmışdır. Malların əvəzində Cahandardan təxminən 1.400 manat nağd pul almışdır. Bundan sonra avtomobili aparıb, İntiqam Məmmədova qaytarmışdır. Sonra isə yol avtomobili ilə yenidən Bakı şəhərinə qayıdıb, əldə etdiyi pulların bir hisəsini arvadının müalicəsinə bir hissəsini isə ehtiyaclarına xərcləmişdir. Narif adlı şəxsin anbarından sonrakı vaxtlarda daha bir dəfə oğurluq etmişdir. Belə ki, Qardaşı Rəşid uşaqlarını Tərtər şəhərində yaşayan qaynatası Mayıl Əkbərovun evinə qonaq aparmaq üçün xx xxxxxx 2019-cu il tarixdə “Camalın nəvələri” “xxxx”dan “Hyundai Azera” markalı qeydiyyat nişanlı yadında qalmayan qara rəngli avtomobili kirayəyə götürmüşdür. Rəşid həmin avtomobillə Balaxanı qəsəbəsindəki poçtun qarşısından keçəndə o, poçtun qarşısında dayanmışdır. Qardaşı Rəşid onu görüb, avtomobili saxlayaraq onu həmin avtomobilə mindirmişdir. Rəşidlə həmin avtomobildə bir neçə saat Bakı şəhərinin müxtəlif yerlərində gəzmişlər. Həmin vaxt ağlına gəlmişdir ki, həmin avtomobili Rəşiddən alıb, Narifin anbarından elektrik malları oğurlayaraq həmin avtomobilə yükləyib, aparıb satsın. Ona görədə yaşadıqları evə çatdıqda Rəşiddən sürməyi üçün həmin avtomobili ona verməsini xahiş etmişdir. Rəşiddə evin yaxınlığında avtomobildən düşərək, avtomobili ona verib getmişdir. O, həmin avtomobili sürərək Nərimanov rayonunda yerləşən Dərnəgül bazarına gəlib, Narifin anbarının yanında saxlamışdır. Avtomobildən düşüb, ətrafa baxdıqda ətrafda kimsəni görməmişdir. Bundan sonra anbarın arxa hissəsinə yaxınlaşmışdır. Əvvəl işlədiyi sexin qapısında içəri daxil olmuşdur. Narifin anbarının arxa divarındakı nazik dikləri əli ilə dartıb aralayaraq, anbara girmişdir. Anbara girdikdən sonra müxtəlif çeşidli elektik açarları, elektrik naqillərini götürərək, “Hyundai Azera” markalı avtomobilin yük yerinə və arxa oturacağına yığmışdır. Sonra isə avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Narifin anbarından oğurladığı malları Ağcabədi rayonunda satmaq üçün Bakı şəhərindən çıxıb, Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən səhər tezdən qardaşı Rəşid zəng edərək, harada olduğunu və avtomobili nə etdiyini soruşduqda, o, Rəşidə avtomobillə Ağcabədi rayonu, Sarıcalı kəndinə getdiyini, gəlib həmin ünvandan avtomobili götürməsini demişdir. Ancaq ona oğurluq etdiyini və avtomobildə oğurluq mal olduğunu, həmin malı satmaq üçün Ağcabədi rayonuna apardığını bildirməmişdir. Ağcabədi rayonuna çatdıqdan sonra bir neçə elektrik avadanlıqları mağazalarına girərək, elektrik malları mağazası işlətdiyini, mağazanı bağladığından əlində qalan malları ucuz qiymətə satdığını desə də alan olmamışdır. Həmin vaxtlarda qardaşı Rəşid bir neçə dəfə ona zəng edərək avtomobili soruşmuşdur. O, oğurladığı mallara alıcı tapa bilməyəcəyini və Rəşidin tezliklə avtomobil üçün gələcəyini başa düşüb, avtomobildə olan oğurluq malları Ağdam rayonun yaxınlığında yerləşən Quzanlı kəndində saxlatdırdığı bir taksiyə yükləyib, kənarda dayanıb, onu gözləməsini tapşırmışdır. Bir azdan qardaşı Rəşid gəlib çıxdıqda “Hyundai Azera” markalı avtomobili ona qayrtarmışdır. Rəşid həmin “Hyundai Azera” markalı avtomobili sürüb gedikdən sonra o, oğurluq malları yüklədiyi markası və qeydiyyat nişanı yadında qalmayan taksiyə minib oğurladığı malları satmaq üçün Bərdə rayonuna getmişdir. Yolda taksi sürücüsü həmin mallar barədə ondan soruşmamış, o da sürücüyə heç nə deməmişdir. Bərdə rayonunda olarkən Bərdə şəhər bazarının yaxınlığında yerləşən elektrik malları mağazanın satıcısına oğurladığı malların bir hissəsini, yəni bir neçə elektrik açarını və bir neçə “rozetka”-nı satmış və əvəzində 300 manat pul almışdır. Ancaq mağazanı işlədən satıcıya həmin malların oğurluq olduğunu bildirməmişdir. Bundan sonra həmin taksi ilə Bərdə şəhər avtovağzalına gəlib, avtomobildə qalan malları götürüb, Bakı şəhərinə gələn taksinin yük yerinə yığıb, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki poçtun yaxınlığında yerləşən Zaur adlı şəxsin işlətdiyi elektrik malları mağazasına gətirib, hamısını bir yerdə Zaura satmışdır. Əvəzində Zaurdan 1.050 manat almışdır. Zaura həmin malları dostunun mağazasının bağlandığını və malları ucuz qiymətə satdığını demişdir. Yəni Zaur ondan aldığı malların oğurluq olduğunu bilməmişdir. Hazırda oğurladığı əşyaların bir qismini, yəni 1300 manat dəyərində olan hissəsini zərərçəkmiş şəxsə qaytarmışdır. Sonda əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə gecə dükanından onun hesablamalarına görə təxminən 539 manat dəyərində müxtəlif çeşidli malların gizli olaraq oğurlanmışdır. Oğurlanan mallar bir gün əvvəl dükana qəbul edilmiş mallardan olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, saat 16 radələrində dükanı bağlayaraq getmişdir. Qapını asma qıfılla bağladıqdan sonra dükanı orada olan gözətçiyə təhvil vermişdir. Sabahısı gün, yəni xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09:30-da həmin dükanın qapısına yaxınlaşaraq özündə olan açarla qapını açıb içəri daxil olduqda, dükandakı malların azaldığını görərək, oğurluq olduğundan şübhələnib, dükanı yoxladıqda dükanın arxa divanının söküldüyünü aşkar edib, dərhal dükanı qoruyan mühafizəçini çağırmışdır. Adı Siyasət olan mühafizəçi onun çağrışı ilə dükana girib baxdıqda o da oğurluq olduğunu və dükanın arxa divarının söküldüyünü təsdiq etmişdir. Soruşduqda bütün gecəni iş yerində olduğunu, şübhəli bir halla rastlaşmadığını bildirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq haqqında məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra birlikdə dükana baxmış və dükanı yoxladıqda arxa divarının söküldüyünü aşkar etmişlər. Ona görə də oğru şəxs və ya şəxslər dükanın arxa divarını sökərək həmin yerdən dükana daxil olmaqla əşyaları gizli olaraq oğurladığını düşünmüşdür. Dükanın qaşısında quraşdırılmış mühafizə kamerasından görünür ki, xx xxxxxx 2019-cu il tarixə keçən gecə dövlət qeydiyyat nişanı görünməyən bir minik avtomobili dükanın sökülən divarının qarşısında bir müddət, təqribən bir saata yaxın dayandıqdan sonra gedir. Hazırda ona dəymiş ümumi 8378 manat zərərdən 1300 manat qaytarılmışdır. Son olaraq göstərdi ki, ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin noyabr ayının 20-də onun sexinə gələrək, ondan metal setka alacağını bildirməklə, ona elekrtik malları siyahısını göstərərək, həmin siyahıda olan malları da setka aparacağı müştərilərin sifariş etdiyini bildirmiş və həmin siyahıda olan mallar Narifın dükanında satışda olduğunu bildirmişdir. O, Ramizə həmin malları ona nisyə verməsi üçün Narifə xahiş etməyəcəyini demişdir. Sonra isə Ramiz çıxıb getmişdir. Təxminən 2019-cu ilin noyabr ayının axırıncı günlərində eşitmişdir ki, Narifın dükanından oğurluq edilmişdir. Maraqlandıqda oğurlanan malların siyahısında Ramizin ona Narifdən nisyə almaq istədiyi mallarında adları olduğunu görmüşdür. Bildiyinə görə Narifın dükanından həmin oğurluqdan əvvəl də, yəni oktyabr ayında da oğurluq olmuşdur və dükandan elektrik malları oğurlanmışdır. Bu barədə həmin vaxt Narifın özü ona demişdir. Ancaq həmin vaxt Narif oğurluq barədə şikayət etməmişdir. Lakin noyabr ayında baş vermiş oğurluqdan sonra Narif hər iki oğurluq barəsində polisə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, noyabr ayının 28-29-da Narif müəllim ona zəng etmişdir ki, tez gəlsin sexə, sexdə oğurluq olmuşdur. O sexə gələndə artıq polis əməkdaşları, sahə rəisi, sahə müvəkilləri, əməliyyatçılar orada idi. Onu da həmin gün 17ci PB-ə aparıb izahatını aldılar. 4-5 gündən sonra bilmişdir ki, oğurluğu Ramiz törədib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən taxta bazarında Orxan adlı şəxsə məxsus boru satışı mağazasında fəhlə işləyir. Həmin ərazinin gecə mühafizəçisi X4r. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Röyal müdiriyyətdən toya getmək üçün icazə almış və ondan onun əvəzinə obyektləri üç gecə mühafizə eləməyini xahiş etmişdir. O da Royalla razılaşmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə o, bazarda olan Royalın mühafizə etdiyi cəmi 5 obyekti yəni, özü fəhlə işlədiyi mağazanı, Zərərçəkmiş şəxs işlətdiyi elektrik avadanlıqları satışı mağazasını, Şaiq adlı şəxsin çəllək satışı mağazasını, Neymət adlı şəxsin dam örtüyü satışı mağazasını və Behçat adlı şəxsin setka hörülən sexini mühafizə etmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə həmin obyektləri mühafizə etsə də səhər obyektləri işlədənlər gəlib işə başladıqda Zərərçəkmiş şəxs elektirk malları satışı mağazasından müxtəlif mallar oğurlandığı aşkar edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə bazar bağlandıqdan sonra, yəni mağazalar bağlanıb işçilər getdikdən sonra saat təxminən 19 radələrində o, həmin 5 obyektin mühafizəsinə başlamışdır. Ancaq bundan qabaq yaxınlıqdakı mağazadan yemək üçün ərzaq və bir butulka 2 litrlik pivə almışdır. Gecə vaxtı həmin pivəni içmişdir. Saat təxminən 23 radələrində həmin bazardakı olan iş yerində yatmışdır. Ancaq tez-tez ayılıb, çölə çıxaraq obyektlərin ətrafında dolanırmış. Həmin vaxt hər hansı bir şübhəli şəxslə rastlaşmamışdır. Ancaq səhər saat 07 radələrində durub, havanın işıqlandığını görüb çöl işıqlarını söndürmüşdür. Bu zaman Ceyhun adlı şəxsin ərzaq mağazasının qarşısından keçərkən qara rəngli, marka və modelini bilmədiyi minik avtomobilinin Ceyhunun mağazasının qabağındakı yolla uzaqlaşdığını görmüşdür. Həmin avtomobilə tərəf baxsa da içərisində sərnişin olub-olmamasına fikir verməmişdir. Ancaq həmin avtomobildə olan şəxsin və ya şəxslərin Zərərçəkmiş şəxs elektirk malları satışı mağazasından oğurluq edən şəxs və şəxslər olduğunu bilmir. O, Şahid3 tanımırmış. Lakin Təqsirləndirilən şəxs əvvəllər Behçat adlı şəxsin setka hörülən sexində fəhlə işlədiyindən Təqsirləndirilən şəxs tanıyırmış. Amma Təqsirləndirilən şəxsla heç bir yaxınlığı və əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Camalın nəvələri” “xxxx” MMC-də işləyir. “Camalın nəvələri” “xxxx” MMC təxminən 2 ilə yaxındır ki, fəaliyyət göstərir və müqavilə əsasında icarəyə götürdüyü müxtəlif markalı minik avtomobillərini müştərilərə müqavilə və yol vərəqəsi əsasında kirayəyə verməklə məşğul olur. “Hyundai Azera” markalı **-XZ-*** qeydiyyat nişanlı qara rəngli minik avtomobilininin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə sahibi X9r və həmin avtomobil “Camalın nəvələri” “xxxx” MMC tərəfindən etibarnamə əsasında icarəyə götürülmüşdür. Həmin “Hyundai Azera” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Şahid3 tərəfindən 270 manat ödəməklə, 3 günlük kirayə götürmüş və ona həmin avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. Avtomobili Şahid3 kirayəyə verilməsi barədə sənədləşmə onun tərəfindən aparılmışdır. Şahid3 xx xxxxxx 2019-cu il tarixdə “Camalın nəvələri” “xxxx” MMC-yə məxsus ofisə gələrək, Tərtər rayonuna ailəsini aparmaq üçün avtomobil kirayə götürmək istədiyini bildirdiyindən ona həmin avtomobil kirayəyə verilmiş və kirayə haqqı olaraq ondan 270 manat alınmışdır. Təqsirləndirilən şəxs tanımır. “Camalın nəvələri” “xxxx” MMC-dən icarəyə götürülmüş “Hyundai Azera” markalı **-XZ-*** qeydiyyat nişanlı avtomobildən nəqliyyat vasitəsi kimi istifadə edilməklə xx xxxxxx 2019-cu il tarixdə oğurluq cinayəti barədə məlumatı yoxdur. Həmin avtomobil ilə oğurluq edildiyinin polis bölməsində bilmişdir.Həmin avtomobil ona saz və işlək vəziyyətdə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Hacıbəşir oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ildən o, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən taxta bazarında Orxan adlı şəxsə məxsus boru satışı mağazasında fəhlə işləyir. Zərərçəkmiş şəxs dükanının gecə mühafizəçisi onun qardaşı Röyal Asafovdur. Ancaq qardaşı Röyal bəzən ailə məsələri ilə bağlı Qax rayonuna gedəndə o, Royalın əvəzinə gecələr dükanları mühafizə edir. xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə də Röyal rayona getdiyindən həmin dükanları o, mühafizə etmişdir. Ancaq yorğun olduğundan gecə saat 01 radələrindən sonra yatmağa getmişdir. Səhər durub, dükanların birinə gətirilmiş malları dükana daşıyarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb, gecə onun dükanından oğurluq olduğunu demişdir. Bundan sonra o, Nariflə birlikdə Narifin işlətdiyi elektrik malları dükanına getmişdir. Narif dükanı içindəki malları göstərib, bəzi elektrik mallarının oğurlandığını demişdir. Sonra da onun yanında dükana baxaraq hansı maldan neçə ədəd oğurlandığını hesablayıb, təxminən 500-600 manat məbləğində müxtəlif çeşidli elektrik mallarının oğurlandığını bildirmişdir. O da Narifin dediyi ilə razılaşmışdır. Daha sonra Narif həmin malların onun səhlənkarlığından oğurlandığını bildirərək, dəymiş ziyanı ödəməsini tələb etmişdir. O da Nariflə razılaşmışdır. Narif oradakı dükan işlədənlər ilə birlikdə onun qardaşı Röyala dükanını gecə mühafizəsi üçün hər biri ayda 50 manat ödəyirmiş. Nariflə razılaşmışlar ki, onun dükanından oğurlanmış malların dəyəri ödənilənədək, bir neçə ay Narifdən dükanının mühafizəsi üçün pul almayacaqlar. Bundan sonra o, qardaşı Royalla Narifin dükanını mühafizə etməyə davam etsələr də, Narif onlara bir neçə ay mühafizə üçün pul ödəməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 Qubad oğlu və Şahid7 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə vermiş olduqları ifadələrini təsdiqlədiklərini, həmçinin məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmişlər. Bu səbəbdən də məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınmış, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbil edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmlşdır; Zərər çəkmiş şəxs qismində tanınmaq haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərarın ona elan olunmaqla təqdim edilməsi qərara alınmışdır. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmişdir. Cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət təqibi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxxx 2020-ci il tarixli 1565 nömrəli ekspert rəyindən görünür ki: aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və elektrik mallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin, xx xxxxxx 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatları nəzərə alaraq respublika daxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - bir bağlama uzunluğu 100 metr olan Maktel 1x2,5 markalı naqil 26,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 1x4 markalı naqil 37,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 4x4 markalı kabel 190,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 2x2,5 markalı kabel 68,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 2x4 markalı kabel 98,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 3x2,5 markalı kabel 98,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Maktel 1x10 markalı naqil 110,00 manat; - bir bağlama uzunluğu 90 metr olan İlyasoğlu 1x2,5 markalı naqil 20,00 manat; - bir bağlama uzunluğu 90 metr olan İlyasoğlu 1x4 markalı naqil 30,00 manat; - bir bağlama uzunluğu 80 metr olan ENE 1x2,5 markalı naqil 18,00 manat; - bir bağlama uzunluğu 80 metr olan ENE 1x4 markalı naqil 28,00 manat; - bir bağlama uzunluğu 100 metr olan İES 3x2,5 markalı kabel 92,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Məkan 1x2,5 markal naqil 30,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Məkan 1x4 markalı naqil 40,00 manat; - bir bağlama uzunluğu 100 metr oian Sarıtel 1x2,5 markalı naqil 27,00 manat; - bir bağlama uzunluğu 100 metr olan Sarıtel 1x4 markalı naqil 46,00 manat; - bir bağlama uzunluğu 200 metr olan Aliminum 2x10 markalı kabel 90,00 manat; - bir bağlama uzunluğu 200 metr olan Aliminum 2x16 markalı kabel 94,00 manat; bir bağlama uzunluğu 80 metr olan ikiqanadlı Lapsa 2x2.5 markalı mis naqil 26,00 manat; - bir bağlama uzunluğu 80 metr olan ikiqanadlı Lapsa 2x4 markalı mis naqil 36,00 manat; bir ədəd LED-6 markalı elektrik lampası 2,00 manat; - bir ədəd LED-9 markalı elektrik lampası 3,00 manat; - bir ədəd LED-15 markalı elektrik lampası 4,00 manat; - bir ədəd LED-18 markalı elektrik lampası 4,00 manat; - bir ədəd 100A 3F- 8 makalı elektrik açarı 38,00 manat; - bir ədəd 63A 3F markalı elektrik açarı 18,00 manat; - bir ədəd 100A 3F markalı türkiyə istehsalı- elektrik açarı 50,00 manat; - bir ədəd İEK markalı müxtəlif amperli elektrik açarları 3,00 manat; - bir ədəd elektrik sayğacı 15,00 manat; - bir ədəd AULMO markalı elektrik yuvacığı (rozetka) 3,00 manat; - bir ədəd EL-B1 markalı elektrik yuvacığı(rozctka) 1,20 manat; - bir ədəd Kripsal markalı elektrik yuvacığı (rozetka) 1,20 manat; - bir ədəd metrə 1,00 manat; - bir ədəd 16 nömrəli elektrik şiti 10,00 manat; - bir ədəd Siemens markalı elektrik açarı 3,50 manat; - bir bağlama uzunluğu 85 metr olan Aztel markalı televizor kabeli 13,00 manat; - bir ədəd rezin elekrtik üçdişlisinin (troynik) 4,00 manat; - bir ədəd rezin elekrtik çəngəlinin (vilka) 0,4 manat; - bir ədəd elektrik örtüyü 0,7 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. Axtarışda olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ 17ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işlərinin bir icraatda birləşdirilməsi və ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3951 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2019-cu il oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 281,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. Cinayət işinin icraatının dayandırılması haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir Cinayət işinin icraatının dayandırılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət təqibi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli AR CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1419/2020 saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx xxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 21/3R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi Z.Bünyadov prospekti 2095 ünvanında Zərərçəkmiş şəxs məxsus “Elektrik malları” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 11 ədəd yapışqan lent kəsikləri üzərilərində olan əl izlərindən 03 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədəd əl-barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan, o cümlədən vət. Təqsirləndirilən şəxs əlbarmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixli portaldan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2004-cü il təvəllüdlü X8 olmaqla dörd azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 539 manat və 8378 manat olmaqla, ümumilikdə 8917 manat olaraq qəbul edilməsi və cəmi 1300 manatının ödənilməsinin nəzərə alınması, 01 ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınması, 1300 manat dəyərində elektrik malları iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçərkmiş şəxs Zərərçəkmiş şəxs məsul saxlancına verilməsinin nəzərə alınması, 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işində saxlanılması və s. qərara alınmışdır. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “Aytel” markalı, 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 14 manat olmaqla cəmi 28 manat dəyərində 2 bağlama qoşa qanad naqili, “Sion” markalı 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 36 manat olmaqla cəmi 72 manat dəyərində 02 bağlama qoşaqanad mis naqili, “Maktel” markalı 2x2,5mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 70,00 manat olmaqla cəmi 70 manat dəyərində bir bağlam kabeli, “İpək” markalı 2x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 20 manat olmaqla cəmi 20 manat dəyərində 01 bağlama qoşa qanad mis naqili, “ENE” markalı 2x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 78 manat olmaqla cəmi 78 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 50 manat olmaqla cəmi 50 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x0,75 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22 manat olmaqla cəmi 22 manat dəyərində qoşa qanad 01 bağlama naqili, “Maktel” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 37,00 manat olmaqla cəmi 37 manat dəyərində bir bağlama naqili, “Maktel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 26,00 manat olmaqla cəmi 104 manat dəyərində 04 bağlama naqili, “Sarıtel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 60 manat dəyərində 02 bağlama naqili, “Sion” markalı 1x6 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 44,00 manat olmaqla cəmi 44 manat dəyərində 01 bağlama tək qanad mis naqili, “Sion” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22,00 manat olmaqla cəmi 44 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “ENE” markalı 1x2,5 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 24 manat dəyərində 02 bağlam mis naqili, “ENE” markalı 1x4 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 28,00 manat olmaqla cəmi 28 manat dəyərində 01 bağlama mis naqili, “Sion” markalı 1x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 48 manat dəyərində 04 bağlama tək qanad mis naqili, “İlyasoğlu” markalı 1x4,0 mm hər biri 90 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “İlyasoğlu” markalı 1x2,5 mm hər biri 90 metr uzunluqda bır ədədinin qiyməti 20,00 manat olmaqla cəmi 40 manat dəyərində 02 bağlama qoşa qanad naqili, “Məkan” markalı 1x4.0 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 40,00 manat olmaqla cəmi 160 manat dəyərində 04 bağlama tək qanad naqili, “Məkan” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “Bestel” markalı 1x 4.5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 27,00 manat olmaqla cəmi 54 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “FL-BE” markalı hər birinin qiyməti 1,2 manat olmaqla cəmi 12 manat dəyərində 10 ədəd elektrik ötürücüsü, “İEK” makalı hər birinin qiyməti 10 manat olmaqla cəmi 80 manat dəyərində 08 ədəd 3 fazalı, 32 anper elektrik ayrıcısı, “İEK” makalı hər birinin qiyməti 3 manat olmaqla cəmi 15 manat dəyərində 05 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Siemens” makalı hər birinin qiyməti 1,5 manat olmaqla cəmi 15 manat dəyərində 10 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Led panel” markalı 9 vt elekrtik lampası 01 ədəd 03 manat qiymətində , “Led panel” markalı 12 vt elekrtik lampası 03 ədəd hər birinin qiyməti 4 manat olmaqla cəmi 12 manat qiymətində - ümumilikdə 1.300 manat dəyərində malları və 01 ədəd üçdişli (troynik) Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün təhvil alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində dörd azyaşlı uşağının olmasını və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - “Aytel” markalı, 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 14 manat olmaqla cəmi 28 manat dəyərində 2 bağlama qoşa qanad naqili, “Sion” markalı 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 36 manat olmaqla cəmi 72 manat dəyərində 02 bağlama qoşaqanad mis naqili, “Maktel” markalı 2x2,5mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 70,00 manat olmaqla cəmi 70 manat dəyərində bir bağlam kabeli, “İpək” markalı 2x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 20 manat olmaqla cəmi 20 manat dəyərində 01 bağlama qoşa qanad mis naqili, “ENE” markalı 2x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 78 manat olmaqla cəmi 78 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 50 manat olmaqla cəmi 50 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x0,75 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22 manat olmaqla cəmi 22 manat dəyərində qoşa qanad 01 bağlama naqili, “Maktel” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 37,00 manat olmaqla cəmi 37 manat dəyərində bir bağlama naqili, “Maktel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 26,00 manat olmaqla cəmi 104 manat dəyərində 04 bağlama naqili, “Sarıtel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 60 manat dəyərində 02 bağlama naqili, “Sion” markalı 1x6 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 44,00 manat olmaqla cəmi 44 manat dəyərində 01 bağlama tək qanad mis naqili, “Sion” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22,00 manat olmaqla cəmi 44 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “ENE” markalı 1x2,5 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 24 manat dəyərində 02 bağlam mis naqili, “ENE” markalı 1x4 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 28,00 manat olmaqla cəmi 28 manat dəyərində 01 bağlama mis naqili, “Sion” markalı 1x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 48 manat dəyərində 04 bağlama tək qanad mis naqili, “İlyasoğlu” markalı 1x4,0 mm hər biri 90 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “İlyasoğlu” markalı 1x2,5 mm hər biri 90 metr uzunluqda bır ədədinin qiyməti 20,00 manat olmaqla cəmi 40 manat dəyərində 02 bağlama qoşa qanad naqili, “Məkan” markalı 1x4.0 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 40,00 manat olmaqla cəmi 160 manat dəyərində 04 bağlama tək qanad naqili, “Məkan” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “Bestel” markalı 1x 4.5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 27,00 manat olmaqla cəmi 54 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “FL-BE” markalı hər birinin qiyməti 1,2 manat olmaqla cəmi 12 manat dəyərində 10 ədəd elektrik ötürücüsü, “İEK” makalı hər birinin qiyməti 10 manat olmaqla cəmi 80 manat dəyərində 08 ədəd 3 fazalı, 32 anper elektrik ayrıcısı, “İEK” makalı hər birinin qiyməti 3 manat olmaqla cəmi 15 manat dəyərində 05 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Siemens” makalı hər birinin qiyməti 1,5 manat olmaqla cəmi 15 manat dəyərində 10 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Led panel” markalı 9 vt elekrtik lampası 01 ədəd 03 manat qiymətində , “Led panel” markalı 12 vt elekrtik lampası 03 ədəd hər birinin qiyməti 4 manat olmaqla cəmi 12 manat qiymətində -ümumilikdə 1.300 manat dəyərində malları və 01 ədəd üçdişlinin (troynik) saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “Aytel” markalı, 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 14 manat olmaqla cəmi 28 manat dəyərində 2 bağlama qoşa qanad naqili, “Sion” markalı 2x4 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 36 manat olmaqla cəmi 72 manat dəyərində 02 bağlama qoşaqanad mis naqili, “Maktel” markalı 2x2,5mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 70,00 manat olmaqla cəmi 70 manat dəyərində bir bağlam kabeli, “İpək” markalı 2x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 20 manat olmaqla cəmi 20 manat dəyərində 01 bağlama qoşa qanad mis naqili, “ENE” markalı 2x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 78 manat olmaqla cəmi 78 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 50 manat olmaqla cəmi 50 manat dəyərində qoşa qanad mis naqili 01 bağlama naqili, “ENE” markalı 2x0,75 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22 manat olmaqla cəmi 22 manat dəyərində qoşa qanad 01 bağlama naqili, “Maktel” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 37,00 manat olmaqla cəmi 37 manat dəyərində bir bağlama naqili, “Maktel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 26,00 manat olmaqla cəmi 104 manat dəyərində 04 bağlama naqili, “Sarıtel” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 60 manat dəyərində 02 bağlama naqili, “Sion” markalı 1x6 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 44,00 manat olmaqla cəmi 44 manat dəyərində 01 bağlama tək qanad mis naqili, “Sion” markalı 1x4 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 22,00 manat olmaqla cəmi 44 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “ENE” markalı 1x2,5 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 24 manat dəyərində 02 bağlam mis naqili, “ENE” markalı 1x4 mm kv hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 28,00 manat olmaqla cəmi 28 manat dəyərində 01 bağlama mis naqili, “Sion” markalı 1x2,5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 12,00 manat olmaqla cəmi 48 manat dəyərində 04 bağlama tək qanad mis naqili, “İlyasoğlu” markalı 1x4,0 mm hər biri 90 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “İlyasoğlu” markalı 1x2,5 mm hər biri 90 metr uzunluqda bır ədədinin qiyməti 20,00 manat olmaqla cəmi 40 manat dəyərində 02 bağlama qoşa qanad naqili, “Məkan” markalı 1x4.0 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 40,00 manat olmaqla cəmi 160 manat dəyərində 04 bağlama tək qanad naqili, “Məkan” markalı 1x2,5 mm hər biri 100 metr uzunluqda bir ədədinin qiyməti 30,00 manat olmaqla cəmi 90 manat dəyərində 03 bağlama tək qanad naqili, “Bestel” markalı 1x 4.5 mm hər biri 80 metr uzunluqda bir ədədinin qiyməti 27,00 manat olmaqla cəmi 54 manat dəyərində 02 bağlama tək qanad mis naqili, “FL-BE” markalı hər birinin qiyməti 1,2 manat olmaqla cəmi 12 manat dəyərində 10 ədəd elektrik ötürücüsü, “İEK” makalı hər birinin qiyməti 10 manat olmaqla cəmi 80 manat dəyərində 08 ədəd 3 fazalı, 32 anper elektrik ayrıcısı, “İEK” makalı hər birinin qiyməti 3 manat olmaqla cəmi 15 manat dəyərində 05 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Siemens” makalı hər birinin qiyməti 1,5 manat olmaqla cəmi 15 manat dəyərində 10 ədəd 1 fazalı, elektrik ayrıcısı, “Led panel” markalı 9 vt elekrtik lampası 01 ədəd 03 manat qiymətində , “Led panel” markalı 12 vt elekrtik lampası 03 ədəd hər birinin qiyməti 4 manat olmaqla cəmi 12 manat qiymətində - ümumilikdə 1.300 manat dəyərində malları və 01 ədəd üçdişlinin (troynik) saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut -bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-131/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-131/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver