Məhkəmə qərarları › İş №1(005)-131/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-131/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-131/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ağır bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 09:50 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Chevrolet Cruze” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə 60-70 km/saat sürətlə hərəkətdə olarkən Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərə riayət etməyib idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə velosipedlə yolu sağdan sola piyada keçidindən keçmək istəyən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, hər iki alın payında hemorragik əzilmə, ənsə sümüyünün xətti sınığı, ənsə və sol baldır nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan: 30.04.2021-ci il tarixli 1/1164 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Akt”ından görünür ki, Təqsirləndirilən şəxs həmin günü ayıq olmuşdur. “Maddi sübut kimi tanıma haqqında” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Chevrolet Cruze” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır; Elvin Məmmədov tərəfindən imzalanmış 21 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus “Chevrolet Cruze” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli 8/1176 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti” haqqında AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km\saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti” haqqında AR qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 Publik hüquqi şəxsin 20 avqust 2021-ci il tarixli 588 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: qapalı kəlləbeyin travması, baş beynin orta dərəcəli əzilməsi, hər iki alın payında hemorragik əzilmə, ənsə sümüyünün xətti sınığı, ənsə və sol baldır nahiyəsinin əzilmiş - cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30.04.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 24.11.2021-ci il tarixli, 016-138517-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş X14 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 17.04.2014-cü il tarixdə (17.04.2024-cü il tarixədək müddətə etibarlı olan) AD 035442 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 20 dekabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 mülkiyyətində olan Chevrolet Cruze” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini 17.04.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 01 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 2 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 257663 nömrəli, 11.03.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24.02.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 valideynləri Təqsirləndirilən şəxs və X2r. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi X4 mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 21 iyun 2021-ci il tarixdə baxış keçirilərək protokol tərtib olunmuş, avtomobil iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cərimə meydançasından götürülərək X6 qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı 01.02.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilir və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxsdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9.1-ci bəndi bu şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübutlar – “Chevrolet Cruze” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 40, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut – “Chevrolet Cruze” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar