Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-131/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, digər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 02 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə oğurlayacaqları bortun satılmasından əldə ediləcək pulu aralarında bölmək barədə razılaşdıqdan sonra, 03 iyul 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs oğuna məxsus “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqusunun üzərində olan 01 ədəd 120 manat dəyərində alüminium materialdan olan bortu gizli olaraq gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində olan zaman “DAF” markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin saxlandığını görmüşdür. Həmin vaxt o, maddi sıxıntıları olduğu üçün “DAF” markalı avtomobildən oğurluq etmək qərarına gəlmiş və avtomobildən nələri oğurlaya biləcəyinə baxan zaman avtomobilin qoşqu hissəsində olan bortun alüminium materialdan olduğunu görmüşdür. “DAF” markalı avtomobilin qoşqusunun alüminiumdan olan bortunu oğurlayaraq metal qəbulu məntəqəsinə satmaq və əldə etdiyi pulu şəxsi işlərinə xərcləməyi fikirləşmişdir. Lakin, avtomobilin qoşqu hissəsində olan bort ağır olduğu üçün yerindən çıxara bilməyəcəyini başa düşmüşdür. O, tanışı Təqsirləndirilən şəxs2 “DAF” markalı yük avtomobilin qoşqusunun bortunu oğurlamaq istədiyini, bort ağır olduğu üçün tək apara bilmədiyi üçün ona köməklik etməsini xahiş etmişdir. Hüseyn də, ona heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkdiyini və bortu oğurlamaqda ona köməklik edəcəyini bildirmişdir. Aralarında olar razılaşmaya əsasən bortu satışından əldə ediləcək puldan Hüseynə də verməli olmuşdur. Hüseyn ona bortu tanışı olan Samir adlı şəxsin yaşadığı ünvanda olan qaraja aparmalarını və səhər metal qəbulu məntəqəsinə aparıb satacaqlarını, əldə ediləcək pulu öz aramızda bölməyi təklif etmişdir. O da Hüseynin təklifi ilə razılaşmışdır. Bundan sonra Hüseynlə birlikdə “DAF” markalı yük avtomobilinin saxlandığı yerə getmişlər. Orada bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığın əmin olduqdan sonra Hüseynlə birlikdə “DAF” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşıb qoşqu hissəsində olan 01 ədəd alüminium bortu yerindən çıxarıb yaxınlıqda olan avtoyuma məntəqəsinin arxa hissəsində olan boş əraziyə aparıb gizlədərək oradan uzaqlaşmışlar. Bundan sonra Hüseyn tanışı Samirin istifadəsində olan mobil nömrəyə zəng vuraraq dəmir metal olduğunu və həmin dəmiri sonuncuya məxsus qaraja qoymaq istədiklərini, səhər götürəcəklərini bildirmişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanında yerləşən Samirin qarajına çatan zaman qarajın qapısı açıq olmuş və Samir də qarajın içərisində onları gözləmişdir. Onlar qaraja daxil olduqdan dərhal sonra arxalarında qaraja iki nəfər də daxil olmuşdur. Həmin vaxt onlara məlum olmuşdur ki, oğurladıqları bort qaraja daxil olan şəxslərə məxsus olan avtomobilə aiddir. İki nəfər şəxsdən biri onlardan oğurladıqları bortu avtomobilə yerləşdirmələrini istəmişdir. Buna görə də, Hüseynlə birlikdə bortu apararaq avtomobilə yerləşdirmişlər. Sonradan isə hadisə yerinə polis əməkdaşları gələrək Samirlə onu 17-ci polis şöbəsinə aparmışlar. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Çermet” adlanan körpünün yaxınlığında olan zaman tanışı Təqsirləndirilən şəxs1lə qarşılaşmış və söhbət zamanı Vasif ona yaxınlıqda olan “DAF” markalı yük avtomobilinin qoşqusunun bortunu oğurlamaq istədiyini, bort ağır olduğu üçün tək apara bilmədiyi üçün köməklik etməsini xahiş etmişdir. O da, maddi cəhətdən sıxıntı çəkdiyi üçün Vasifə bortu oğurlamaqda köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Vasiflə aralarında olan razılaşmaya görə bortu oğurlayaraq başqa yerə aparıb saxlamalı və səhər həmin yerdən götürüb metal qəbulu məntəqəsinə sataraq əldə edəcəkləri pulu aralarında bölməli olmuşlar. O, Vasifə bortu tanışı olan Samir adlı şəxsin yaşadığı ünvanda olan qaraja aparmalarını və səhər metal qəbulu məntəqəsinə aparıb satacaqlarını, əldə ediləcək pulu öz aralarında bölməyi təklif etmişdir. Vasif də onun təklifi ilə razılaşmışdır. Vasiflə birlikdə “DAF” markalı yük avtomobilinin saxlandığı yerə getmişdir. Orada bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Vasiflə birlikdə “DAF” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşıb qoşqu hissəsində olan 01 ədəd alüminium bortu yerindən çıxarıb yaxınlıqda olan avtoyuma məntəqəsinin arxa hissəsində olan boş əraziyə aparıb gizlədərək oradan uzaqlaşmışlar. O, tanışı Samirin yaşadığı ünvanda qarajları olduğunu və həmin bortu qaraja aparıb saxlaya biləcəklərini düşünmüşdür. Vasifə bortu Samirə məxsus qarajda aparıb saxlamağı və səhər oradan götürüb aparmağı təklif etmişdir. Vasifə də razılıq verdikdən sonra o, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Samirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Samirə avtomobil dəmiri olduğunu və həmin dəmiri səhərə kimi sonuncuya məxsus qarajda saxlamağa icazə verməsini xahiş etmişdir. Samir də aralarında olan yoldaşlıq münasibətinə görə razılıq verdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Vasiflə birlikdə bortu gizlətdiyi yerə getmişdir. Həmin vaxt hərəsi bortun bir tərəfindən yapışıb Samirin yaşadığı ünvana getmişlər. Onlar ünvan 4irin qarajına çatan zaman qarajın qapısı açıq olmuş və Samir də qarajın içərisində onları gözləmişdir. Onlar qaraja daxil olduqdan dərhal sonra arxalarınca qaraja iki nəfər də daxil olmuşdur. Həmin vaxt onlara məlum olmuşdur ki, oğurladıqları bort qaraja daxil olan şəxslərə məxsus olan avtomobilə aiddir. İki nəfər şəxsdən biri onlardan oğurladıqları bortu avtomobilə yerləşdirmələrini istəmişdir. Vasiflə birlikdə bortu apararaq avtomobilə yerləşdirmişlər. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Cəbrayıl rayonu, Stansiya Mahmudlu kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Onun özünə məxsus “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilim vardır və o, həmin avtomobillə fərdi olaraq yük daşımaqla məşğul olaraq ailəsini dolandırmışdır. Həmin avtomobilin arxa hissəsində **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqu olmuşdur. Həmin avtomobili yaşadığı ünvan 5 ünvanın qarşı hissəsində saxlamışdır. 02 iyul 2022-ci il tarixdə idarə etdiyi özünə məxsus “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı ünvanın qarşısında saxlayaraq evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində qardaşı Vüsal onunla əlaqə saxlayaraq idarə etdiyi avtomobilin qoşqu hissəsində olan alüminium bortu oğurlayan şəxsləri saxladığını deyib həmin yerə gəlməyini xahiş etmişdir. O, avtomobili saxladığı yerə yaxınlaşan zaman Vüsalın yanında iki nəfər şəxsin, Hüseyn və Vasif adlı şəxslərin olduğunu görmüşdür. O, Vüsaldan nə baş verdiyini soruşan zaman sonuncu ona yaşadığı evin pəncərəsindən küçəyə baxan zaman Hüseyn və Vasifin idarə etdiyi avtomobilin bortunu oğurlayaraq apardığını gördüyünü, sonuncuların arxasınca düşən zaman həmin şəxslərin bortu onlarla bir məhəllədə yaşayan Samir adlı şəxsin qarajına apardıqlarını görüb arxalarınca qaraja daxil olduğunu, Vüsal və Hüseyndən bortu yerinə taxmalarını istədiyi üçün bortu aparıb avtomobilin qoşqu hissəsinə taxdıqlarını bildirmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o təqsirləndirilən şəxslərələ barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Stansiya Mahmudlu kəndində qeydiyyatda olsa da, ünvan 5 ünvanda ailə üzvlərimlə birlikdə yaşayır. O, Nərimanov rayonu, Ziya Bünyadov prospektindən icarəyə ərzaq mağazası götürüb işlədir. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və onlar qonşuluqda yaşamışlar. Ramilin özünə məxsus “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuş və həmin avtomobillə fərdi olaraq yük daşımaqla məşğul olmuşdur. Avtomobilin arxa hissəsində **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqu olmuşdur. Ramil avtomobili yaşadığı ünvan 5 ünvanın qarşı hissəsində saxlamışdır. 02 iyul 2022-ci il tarixdə Ramil idarə etdiyi “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadıqları ünvanın qarşısında saxlayaraq evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evin mətbəxindən küçəyə baxan zaman iki nəfər şəxsin hərəsinin bir tərəfdən tutaraq bortu apardığını görmüşdür. O, həmin şəxslərin bortu Ramilə məxsus avtomobildən oğurladıqlarını başa düşüb tez yaşadığı ünvandan çıxaraq sonuncuların arxasınca getmişdir. Adlarını sonradan Vasif və Hüseyn olduğunu öyrəndiyi şəxslərin onlarla bir məhəllədə yaşayan Şahid1 məxsus qaraja girdiklərini görmüşdür. O, tez qaraja daxil olmuşdur. Həmin vaxt Vasif və Hüseynin oğurlamış olduğu bortun qardaşına məxsus avtomobilin qoşqusunun bortu olduğunu görmüşdür. Hüseyn və Vasif bortu başqa yerdən götürdüklərini desələr də, o, bortu tanıdığı üçün həmin bortun onlara məxsus olduğunu bildirib aparıb yerinə taxmalarını istəmişdir. Vasif və Hüseyn də oğurladıqları bortu götürüb Ramilin idarə etdiyi avtomobili saxladığı yerə getmişlər. O, oraya yaxınlaşan zaman həqiqətən həmin bortun Ramilə məxsus yük avtomobilinin **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqusundan oğurladığını görmüşdür. Hüseyn və Vasif bortu yerinə taxan zaman o, Ramilə zəng vuraraq bu barədə məlumat vermiş və həmin yerə gəlməsini xahiş etmişdir. Polis əməkdaşları gələrək onları Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4 ay olar ki, tanımışdır. Vasif də, onunla bir məhəllədə qonşuluqda yaşamışlar. Vasiflə tanışlığı adını Həsən kimi bildiyi Təqsirləndirilən şəxs2 vasitəsi ilə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində tanışı Həsən kimi adını bildiyi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng edərək avtomobil dəmiri olduğunu və həmin dəmiri səhərə açılana kimi qarajda saxlamağını istəmişdir. Həmin gün saat 04 radələrində o, qarajda olan zaman Hüseyn Vasiflə birlikdə əllərində 01 ədəd yük avtomobilinə məxsus alüminim bortunu hərəsi bir tərəfindən tutaraq qaraja gətirmişlər. Onların ardınca da qonşuluqda yaşayan Vüsal və atası Rafiq qaraja daxil olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Hüseyn və Vasifin bortu oğurlamışlar və həmin bort Vüsalın qardaşı Ramilə məxsus olan **-GY-*** dövlət qeydiyyat nişanlı “Daf” markalı avtomobilə məxsusdur. Sonradan Ramil də onların yanına gələrək bortu avtomobilə yerləşdirmələrini istəmişdir. Hüseyn və Vasif də bortu apararaq avtomobilə yerləşdirmişlər. O, Vasif və Hüseyndən nə baş verdiyini soruşan zaman ona məlum olmuşdur ki, Hüseyn və Vasif Ramilə məxsus yük avtomobilinin bortunu oğurlamışlar. O, Hüseyn və Vasifin oğurluq etməsindən məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2022-cü il tarixli Nərimanov Rayon Polis İdarəsini 17-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, Şahid2 DİN-102 xidmətinə zəng vuraraq Ə.Qayıbov küçəsi Connect TV ilə üzbəüz saxladığı yük avtomobilinin ehtiyat hissəsini oğurlamaq istəyən şəxsi tutub saxlaması barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisə ünvan 8 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixdə protokoldan “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24 ünvanda olan qarajın qarşı hissəsinin ümumi görüntüsü vardır. Görüntüya baxış zaman xx.xx.2022-ci il tarixdə saat 04:34:10-da hərəsinin bir tərəfdən dəmir listi yapışan iki nəfər kişi cinsində olan şəxsin iti addımlarla irəliləyib qaraja daxil olmaları, həmin şəxslərin qaraja daxil olduqdan sonra bir nəfər dolu bədən quruluşlu, qırmızı rəngli mayka və şort geyinmiş kişi cinsindən olan şəxsin qaraja daxil olması, 04:36-da əynində ağ rəngli mayka və şort olan şəxsin də gələrək qaraja daxil olması, saat 04:36:54-də əynində mayka və şort olan hər iki şəxsin qarajdan çölə çıxaraq getmələri, Onların arxasınca isə iki nəfər kişi cinsində olan şəxsin dəmir listi qarajdan çıxıb gəldikləri istiqamətə getmələri, onların arxasınca isə bir nəfər şəxsin qarajdan çıxaraq ətrafa boylanıb yenidən qaraja daxil olması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə əllərində dəmir list olan şəxsin birinin özü, digərinin tanışı Təqsirləndirilən şəxs2 olmasını, həmin dəmir listi “DAF” markalı, “FTCF85.460 Yük” modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusundan oğurlayaraq Samirin yaşadığı ünvanda olan qaraja qoyan zaman, oğurluq etdiyi avtomobilin sahiblərinin onların arxasınca gələrək tutduqları üçün bortu qarajdan çıxıb aparıb avtomobilin üzərinə taxdıqlarını bildirdi. Məhkəmədə tədqiq edilən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2023-cü il tarixli, 9/4913 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilən malların tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 01 ədəd “Mercedes Atego” markalı avtomobilinə aid “bort” adlanan ehiyyat hissəsi 120 manatdır. 01 ədəd “Daf” markalı avomobilinə aid “bort” adlanan ehiyat hissəsi 120 manat təşkil edir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi” haqqında 06 dekabr 2022ci il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsu olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 120 manat hesab edilmişdir. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2023-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2023-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(005)-299/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-41/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 08 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırııması cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(005)-131/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdırlar. Buna görədə barələrində qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və barələrində axtarış elan edilmişdir. Qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayin Polis İdarəsi tərəfidən ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayin Polis İdarəsi tərəfidən ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə ünvanlamış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cİ maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-41/2022 sayii xx.xx.2022-ci il tarixli hökmü ilə 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs2 cəzasının xx.xx.2023-cü il tarixdə başa çatması ilə əlaqədar o, qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış və ona dəymiş olan maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif etdiyindən onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 zərərçəkmiş ilə barışmasını, törətmiş olduğu cinayət əməli nəticəsində ona dəymiş ziyanı tam şəkildə ödəməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 evvəllər də eyni məzmunlu cinayət əməli törətməsinə baxmayaraq yenidən eyni məzmunlu cinayət əməlləri törətməsi onu mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş ilə barışmasını, törətmiş olduğu cinayət əməli nəticəsində ona dəymiş ziyanı tam şəkildə ödəməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 03 (üç) ay, 13 (on üç) gün (xx.xx.2023 - xx.xx.2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 02 (iki) ay, 07 (yeddi) gün (xx.xx.2023 - xx.xx.2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsu olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilətəqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 03 (üç) ay, 13 (on üç) gün (xx.xx.2023 - xx.xx.2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldığı 02 (iki) ay, 07 (yeddi) gün (xx.xx.2023 - xx.xx.2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut – oğurluq görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 44 (qırx dörd) iş saatı üçün 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-131/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-131/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver