Məhkəmə qərarları › İş №1(005)-132/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-132/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-132/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, Kristal ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 171.1 və 243.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmiş, həmçinin təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayının ortalarından 2018-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən istintaqa məlum olmayan yeni yaşayış binasındakı mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 və 200 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin fevral ayının ortalarından həmin ilin noyabr ayının ortalarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manatdan 500 manatadək məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs6 təkrarən fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin may ayının sonlarından həmin ilin iyul ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən istintaqa məlum olmayan fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs7 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100, 200 və 400 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs7 təkrarən fahişəliyə cəlb elmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin iyul ayının ortalarından həmin ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 150 manat məbləğdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs5 təkrarən fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin oktyabr ayının ortalarından həmin ilin dekabr ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən istintaqa məlum olmayan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin aprel ayının ortalarından həmin ilin sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manatdan 500 manatadək olan məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs6 təkrarən fahişəliyə cəlb elmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin avqust ayının sonlarından 17 yanvar 2020ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən istintaqa məlum olmayan fərdi yaşayış evində yaşayan, xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs7 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün onu istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 300, 500 və 1000 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 100, 200 və 400 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs7 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 17 yanvar 2020-ci il tarixdən həmin ilin may ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 189, mənzil 113-də yaşayan Zərərçəkmiş şəxs7 ilə mobil telefonun “WhaisApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100, 200 və 400 manat məbləğlərdə gəlir əldə elmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs7 təkrarən fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin sentyabr ayının sonlarından 2020-ci ilin iyun ayının sonlarınadək olan müddət ərzində ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 və 200 manat məbləğlərdə gəlir əldə elmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 təkrarən fahişəliyə cəlb elmişdir. Təqsirləndirilən şəxs təkrarən 05 fevral 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixədək olan müddət ərzində ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 təkrarən fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən 18 iyun 2020-ci il tarixdə ünvan 8 ünvanında yaşayan Əli-zadə Aysel Söhrab qızı ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə həmin kişi müştəri ilə 600 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Aysel Əli-zadəni təkrarən fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 171.1 və 243.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, yəni CM-in 171.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, yalnız CM-in 243.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin sonlarında o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Boulevard Side” otelində yerləşən restoranın inzibatçısı işləmiş, həmin otelə xarici ölkələrdən gələn müştərilərlə münasibət qurmağa başlamış, lakin həmin restoranda təxminən 3 ay işlədikdən sonra oradan çıxmışdır. Həmin müddətdən sonra otelin restoranında işlədiyi vaxtdan artıq oraya gələn xarici vətəndaşlara pul qarşılığında cinsi əlaqədə olmaq üçün tanış qızlar təşkil etməyə başlamışdır. O, qızları əsasən “Tunel Club” adlanan gecə klubundan tapıb müştərilərin yanına aparmış, müştərilər cinsi əlaqədə olmaq müqabilində pulu qızların özlərinə vermiş, onun qazancı isə həmin müştərilərin ona verdikləri pul vəsaitləri olmuşdur. Fahişəliyə cəlb etdiyi qadınlardan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 xatırlayır. O, Zərərçəkmiş şəxs6 tutulan vaxtadək, yəni 2018-ci ilin noyabr ayınadək bir neçə dəfə fahişəliyə cəlb etmişdir. O, Nigarı müxtəlif məbləğlərdə pul müqabilində kişi müştərilərlə görüşdürmüşdür. O, müştəriyə Nigarı 300 manata təklif etmiş, həmin puldan da Nigar ona 100 manat vermişdir. O, Fəridəni özü birbaşa fahişəliyə cəlb edib pul qarşılığında cinsi əlaqədə olmaq üçün kişi müştərinin yanına göndərmişdir. Bunun qarşılığında Fəridədən hər hansı məbləğdə pul almasa da, məqsədi pul qazanmaq olmuşdur. Həmin vaxt müştəri Fəridəyə 400 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 onunla dost münasibətində olmuş, o, Zərərçəkmiş şəxs2 kişi məclisinə göndərsə də, cinsi əlaqədə olmaq üçün heç kimin yanına göndərməmişdir. Məclisə göndərdiyi müştərilər Ülkərə müxtəlif məbləğlərdə pul vermiş, Ülkər də həmin puldan ona vermək istəyəndə götürməmişdir. O, Zərərçəkmiş şəxs7 bir neçə dəfə müştəri ilə görüşdürmüş, Zahirəni fahişəliyə cəlb etdiyi vaxtlarda onun yaşını bilməmişdir. Sonradan Zahirə ilə aralarında yaranmış mübahisə zamanı Zahirə ona yaşının 17 olduğunu bildirmiş və bunu bildikdən sonra o, Zahirədən uzaqlaşmış və bir daha onu müştərilərlə görüşdürməmişdir. 2020-ci ilin fevral ayında Zahirə onu ad gününə dəvət etmiş, həmçinin Zahirə ona 18 yaşının tamam olduğunu demiş, onu əmin etmək üçün şəxsiyyət vəsiqəsini Zahirə ona göstərmişdir. Buna baxmayaraq o, Zahirəni həmin müddətdə də fahişəliyə cəlb etməmişdir. Fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ilin axırlarından tanımışdır. O, Nuranəni bir neçə dəfə müxtəlif ünvanlara pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərin yanına göndərmiş, Nuranəni müştərilərlə 300 manat pulun müqabilində görüşdürmüş, həmin puldan 100 manatını özünə götürüb qalanını isə Nuranəyə vermişdir. Hazırda Nuranəni görüşdürdüyü müştəriləri xatırlamır. Nuranənin özünün ona 500 manat pul borcu olmuş, hər dəfə müştəri ilə görüşdürəndə Nuranənin ona verilməli olduğu 100 manatı həmin borcdan silmişdir. O, Aysel Əli-zadə ilə Afa ləqəbli tanışı vasitəsilə münasibət yaratmış, aralarında olan söhbət zamanı Aysel ona maddi çətinlikləri olduğunu, pul müqabilində cinsi əlaqədə olmaq üçiin müştəri olarsa məlumat verməyini bildirmiş, o da köməklik üçün bir neçə dəfə Ayselə müştəri ilə görüşməyi təklif etsə də, alınmamışdır. Lakin təxminən 2020-ci ilin iyun ayında Ayseli bir nəfər müştəri ilə 600 manat pul müqabilində görüşdürmüşdür. Hazırda Ayseldən bunun qarşılığında pul alıb-almadığını xatırlamır. O, Zərərçəkmiş şəxs3 uzun müddətdir tanıyır və Cəmilənin fahişəliklə məşğul olduğunu əvvəlcədən bilmişdir. Cəmilə ona bildirmişdir ki, maddi çətinlikləri olduğu üçün müştəri olduqda ona desin. O, Cəmiləni 2020-ci ilin fevral ayında və avqust ayında iki dəfə müştəri ilə görüşdürmüş, hər iki dəfə 500 manat müşətəridən pul alınmış və həmin puldan 100 manatı ona verilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Cəlalla danışdığı vaxtlarda ailəsində olan problemləri ona bildirmişdir. Cəlal bilmişdir ki, atası onlarla yaşamır və maddi cəhətdən ailələri sıxıntı içərisindədir. Beləliklə, 2018-ci ilin fevral ayının ortalarında “İnstagram” sosial şəbəkəsində Cəlalla söhbət edən zaman o, artıq maddi sıxıntıya dözə bilmədiyini, bununla bağlı ailəsində problemlər olduğunu bildirdikdə Cəlal ona demişdir ki, onun tanış qızları var və həmin qızların pul müqabilində müştərilərlə cinsi əlaqədə olmalarını təşkil etməklə onların maddi durumunun yaxşılaşmasına dəstək olur. Cəlal maddi sıxıntıdan yaxa qurtarmaq üçün ona da kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşməyi təklif etmişdir. Həmin vaxt maddi ehtiyac içərisində olduğu üçün məcbur qalıb Cəlalın təklifini qəbul etmişdir. O, əksər vaxtlarda Cəlalla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Cəlal onu ilk dəfə kişi müştərinin yanına 2018-ci ilin fevral avının ortalarında göndərmişdir. 2018-ci ilin fevral ayının ortalarında Cəlal ona “Whatsapp” proqramı vasitəsilə zəng edərək bir nəfər müştərinin olduğunu, həmin müştərinin cinsi əlaqədə olmaq müqabilində 600 manat pul verəcəyini və həmin puldan ona 400 manat çatacağını, 200 manatını isə özünə götürəcəyini bildirmişdir. O da maddi imkansızlıqdan məcbur olub Cəlalın dediyi ilə razılaşmış, həmin gün o, Cəlalın tapşırığı əsasında taksi ilə Cəlalın dediyi ünvana yola getmişdir. O, otelə çatanda orada ondan başqa iki qadın da olmuş, həmin qadınlardan birinin adı Günel, digərinin adı isə Lalə olmuşdur. Həmin qadınlar da onun kimi müştəri ilə pul qarşılığında cinsi əlaqədə olmaq üçün ora gəlmişlər. Lakin Orxan adlı müştəri qızların içərisindən onu seçmiş və o, Orxanla cinsi əlaqədə olmuşdur. Digər qızları da ora Cəlal göndərmiş, lakin o, həmin qadınları tanımamışdır. Orxanla cinsi əlaqədə olub qurtardıqdan sonra Orxan ona 600 manat pul verib yola salmışdır. Oradan çıxıb Cəlalla görüşmüş və müştəridən götürdüyü 600 manat puldan 200 manatını Cəlala vermişdir. Həmin dövrdən etibarən Cəlal onu 2019-cu ilin sonlarınadək fahişəliyə cəlb edib onun hesabına gəlir əldə etmişdir. Daha sonra Cəlal həbs olunduğu üçün onların əlaqəsi kəsilmişdir. Cəlal onu müxtəlif ünvanlara, fərqli müştərilərə göndərmiş və müştərilərlə Cəlalın özü danışıqlar aparmışdır. Hər dəfə də Cəlal onu evində olduğu vaxtlarda müştərilərin yanına göndərmiş, müştərilər onunla cinsi əlaqədə olmaq müqabilində Cəlalla olan danışıqlarına əsasən müxtəlif məbləğlərdə pullar vermişlər. Cəlal onu müştərilərlə 300 manatdan 1500 manata qədər olan məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmaq üçün görüşdürüb alınan məbləğlərə uyğun olaraq da 100-500 manat arası məbləğlərdə pulu özünə götürmüş, qalan məbləği isə ona vermişdir. Cəlalın onu görüşdürdüyü müştəriləri dəqiq xatırlamır. Cəlal ona müştərilərlə əlaqə saxlamağa imkan verməmişdir. Cəlalın görüşdürdüyü müştərilərdən Orxan, Hacı və Fuad adlı şəxsləri xatırlayır. Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin iyun ayının sonu iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı şəxs “İnstagram” sosial şəbəkəsində olan “Jalal 002“ profilindən ona mesaj yazmış, bu yolla onlar bir müddət əlaqə saxlamış, sonra Təqsirləndirilən şəxs ondan istifadə etdiyi mobil telefon nömrəsini istədikdə o, əvvəllər istifadə etdiyi 077 *** ** ** saylı mobil telefon nömrəsini Cəlala vermişdir. Cəlal ona “Whatsapp” proqramı vasitəsilə mesaj yazmışdır. Cəlalla aralarında olan danışıq zamanı maddi sıxıntılarının olduğunu bildirmiş və Cəlal ona demişdir ki, onun tanış qızları var və həmin qızların pul müqabilində müştərilərlə cinsi əlaqədə olmalarını təşkil elməklə onların maddi durumunun yaxşılaşmasına dəstək olur. Cəlal maddi sıxıntıdan yaxa qurtarmaq üçün ona da kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşməyi təklif etmişdir. O, həmin vaxt maddi ehtiyac içərisində olduğu üçün məcbur qalıb Cəlalın təklifini qəbul etmişdir. Cəlal onu ilk dəfə kişi müştərinin yanına 2019-cu ilin iyul ayının ortalarında göndərmişdir. 2019-cu ilin iyul ayının ortalarında o, hazırda yaşadığı ünvanda olarkən Cəlal “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq bir nəfər müştərinin olduğunu, həmin müştərinin cinsi əlaqədə olmaq müqabilində 500 manat pul verəcəyini və həmin puldan ona 350 manat çatacağını, 150 manatını isə özünə götürəcəyini bildirmişdir. O da maddi imkansızlıqdan məcbur olub Cəlalın dediyi ilə razılaşmış, həmin gün o, Cəlalın tapşırığı əsasında taksi ilə Cəlalın dediyi ünvana getmişdir. Həmin şəxslə cinsi əlaqədə olduqdan sonra müştəri ona 500 manat pul vermiş o isə həmin puldan 150 manatını Cəlala göndərmişdir. Cəlal onu ümumilikdə 3-4 dəfə öz müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil edərək onun hesabına müxtəlif məbləğlərdə gəlir əldə etmişdir. Cəlal onu müxtəlif ünvanlara fərqli müştərilərə göndərmiş və müştərilərlə Cəlalın özü danışmışdır. Cəlalın onu görüşdürdüyü müştəriləri dəqiq xatırlamır, belə ki, Cəlal ona müştərilərlə əlaqə saxlamağa icazə verməmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının sonlarında məclislərdən birində rəfiqəsi Nuranə adlı qız onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir. Cəlal onun iş axtardığını, maddi çətinliklər içərisində yaşadığını bildikdə, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərlə görüşdürməyi ona təklif etmiş, o da çıxılmaz vəziyyətdə qalıb Cəlalın təklifini qəbul etmişdir. 2019-cu ilin may ayının sonlarından etibarən Cəlal onu müxtəlif kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürməyə başlamışdır. Lakin, həmin vaxtlar Cəlal onun 17 yaşı olduğunu bilməmiş və bu barədə Cəlala heç nə deməmişdir. Cəlal onu müştərilərlə 300-500-1000 manat pul qarşılığında görüşdürmüş, həmin pulları müştərilər onun özünə vermiş və o, sonradan həmin pullardan müvafiq olaraq 100-200-400 manatı Cəlala vermişdir. Pulu Cəlala həmişə özü vermişdir. Cəlal onu müştərilərə özü təqdim etmiş, müştərilərlə o müxtəlif ünvanlarda görüşmüşdür. Cəlalın onu görüşdürdüyü müştərilər barədə onun ətraflı məlumatı olmamışdır. 2019-cu ilin iyul ayının sonlarınadək Cəlal onun 17 yaşı olduğunu bilməmişdir. 2019-cu ilin iyul ayının sonlarında cəlal onu bir nəfər müştərininyanına göndərmiş, lakin onun müştəri ilə arasında mübahisə yaranmışdır. O, müştəri ilə mübahisə edib ünvandan çıxıb getmiş, daha sonra Cəlal onun istifadəsində olan 050 *** ** ** saylı nömrəyə zəng edərək nə üçün müştəri ilə mübahisə edib ünvandan çıxdığını soruşmaqla onu danlamağa başlamış, bu zaman o, Cəlalla mübahisə etmişdir. Cəlal ona demişdir ki, bu hərəkətinə görə başına oyun açacaqdır. O da əsəbləşərək Cəlala bildirmişdir ki, əgər ona qarşı qeyri-qanuni hərəkət etsə onun özü barədə şikayət edib bildirəcək ki, onu 17 yaşından fahişəliyə cəlb edib. Həmin vaxt Cəlal artıq bilmişdir ki, onun 17 yaşı vardır. Bu vaxtdan sonra Cəlalla əlaqəsi olmamış və artıq Cəlal onu fahişəliyə cəlb etməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı təsir altında Cəlalın onu yetkinlik yaşına çatmadığını bilə-bilə fahişəliyə cəlb etdiyini demişdir. Əslində isə Cəlal onu fahişəliyə cəlb edən zaman onun yetkinlik yaşına çatmadığını bilməmişdir. İttham tərəfinin təşəbbüsü ilə Zərərçəkmiş şəxs7 təkrarən məhkəmə iclasında dindirilən zaman bir daha Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb edən zaman onun yetkinlik yaşına çatmadığını bilmədiyini, Cəlalla müştəriyə görə aralarında yaranmış mübahisə zamanı bu barədə Cəlala məlumat verdiyini, həmin vaxtdan sonra Cəlalın onu fahişəliyə cəlb etmədiyini demişdir. Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayından rəfiqəsi Aysu Bədəlzadə ilə birlikdə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən yeni tikili binanın xatırlamadığı mənzilində birlikdə yaşamış, həmin ilin oktyabr ayında mənzildə olduğu zaman Təqsirləndirilən şəxs adlı şəxs onların yaşadıqları evə gəlmiş və o həmin vaxt Cəlal ilə tanış olmuşdur. Cəlalın Aysu ilə münasibəti olmuş, belə ki, Cəlal Aysunu qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etmişdir. Cəlal ilə aralarında yaxın münasibət yarandığı üçün onlar nömrələrini bir birilərinə vermişlər. Cəlalın onunla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Cəlalla aralarında olan danışıq zamanı Cəlal onun maddi sıxıntılarının olduğunu bildiyi zaman ona yaxşı, imkanlı tanışlarının olduğunu, onlarla görüşüb cinsi əlaqədə olduğu təqdirdə bütün maddi sıxıntılarının düzələcəyini bildirmişdir. Cəlal həmçinin bildirmişdir ki, tanışı olan qadınları öz müştəriləri ilə görüşdürüb pul qarşılığında cinsi əlaqədə olmalarını təşkil edərək həmin qadınların maddi ehtiyaclarını təmin etməkdə onlara köməklik göstərir. Cəlal ona da müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmağımı təklif etmişdir. O, əvvəlcə Cəlalın təklifini qəbul etmək istəməsə də, maddi sıxıntılarına görə daha sonra Cəlalın təklifini qəbul etmişdir. Bundan sonra Cəlal onu ilk dəfə müştərinin yanına 2017-ci ilin təxminən noyabr ayının ortalarında göndərmişdir. 2017-ci ilin noyabr ayının ortalarında o, yaşadığı Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki mənzildə olarkən Cəlal ona zəng edərək bir nəfər müştərinin olduğunu və həmin müştəri ilə görüşüb cinsi əlaqədə olacağını bildirmiş, o, Cəlal ilə razılaşaraq müştərinin olduğu ünvana getmiş, müştəri ilə cinsi əlaqədə olduqdan sonra Cəlal ona 300 manat pul vermiş, həmin vaxt Cəlalın özü onu müştəriyə təqdim etmişdir. Hər dəfə müştərilərlə Cəlalın özü danımış, müştəridən pulu Cəlal özü almışdır. Cəlal ona görə müştəridən 400-500 manat pul almış, hər dəfə də həmin puldan 100-200 manatını özünə götürmüş, qalan 300 manatı isə ona vermişdir. Həmin pul Cəlalın onu fahişəliyə cəlb etməsindən əldə etdiyi qazanc olmuşdur. Cəlal onu 2017-ci ilin noyabr ayının ortalarından 2018-ci ilin noyabr ayının ortalarmadək fahişəliyə cəlb etmiş, 2018-ci ilin noyabr ayının ortalarında Cəlal həbs edildiyi üçün onların əlaqələri kəsilmişdir. Cəlal həbsdən azad olunduqdan sonra 2019-cu ilin iyul ayından Cəlal yenidən onu qazanc əldə etmək məqsədilə öz müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etməyə başlamışdır. Cəlal əvvəlki qaydada onu müştərilərilə görüşdürmüşdür. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Cəlal və Zahirə ilə birlikdə bir məclisdə olarkən söhbət əsnasında Zahirə onlara 21 yaşı olduğunu demişdir. O isə Zahirəyə əslində ona 23-24 yaş verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən noyabr ayında xatırlamadığı məclisdə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Cəlal ilə aralarında yaxın münasibət yaranmış, onlar məclisdə bir qədər söhbət etdikdən sonra yenə biri-biriləri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri mobil telefon nömrələrini götürmüşlər. Onlar bundan sonra telefon əlaqəsi saxlayaraq əsasən “Whatsapp” proqramı vasitəsi ilə danışmışlar. 2 il davamlı olaraq o, Cəlal ilə əlaqə saxlamış, bu müddət ərzində onların arasında dostluq münasibəti yaranmışdır. 2019-cu ildə onun maddi sıxıntıları yaranmış və elə həmin ilin təxminən oktyabr ayının ortalarında Cəlal ilə arasında olan danışıq zamanı Cəlal onun maddi sıxıntıları olduğunu öyrənib ona bildirmişdir ki, onun tanış qızları var və həmin qızları pul müqabilində öz müştəriləri ilə cinsi əlaqədə olmaq üçün təşkil etməklə onların maddi vəziyyətlərinin yaxşılaşmasına kömək edir. Cəlal ona da fahişəliklə məşğul olmağı təklif etmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün məcbur olub Cəlalın təklifini qəbul etməli olmuşdur. Cəlal onu ilk dəfə müştərinin yanına elə həmin söhbəti etdikləri gün, yəni 2019-cu ilin oktyabr ayının ortalarına təsadüf edən bir gündə göndərmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayının ortalarında o, yaşadığı ünvanda olarkən Cəlal onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq bir nəfər imkanlı müştərisinin olduğunu, onun həmin müştəri ilə birlikdə məclisə gedib orada onlarla birlikdə oturub yeyib-içdikdən sonra müştərinin ona 200 manat pul verəcəyini, həmin puldan 100 manatını özünə götürəcəyini bildirmişdir. O, Cəlalın dediyi kimi etmiş, müştəri ilə birlikdə hazırda xatırlamadığı məclisdə müştərinin qonaqları ilə oturub yeyib-içdikdən sonra müştəri ona 200 manat pul vermişdir. O, həmin vaxt müştəri ilə cinsi əlaqədə olmamış, məclisdən ayrıldıqdan sonra Cəlal onunla əlaqə saxlayıb 100 manat pulu götürmək istədiyini dedikdə o, Cəlala pula ehtiyacı olduğunu bilıdirmişdir. Bu zaman Cəlal ona pul istəmədiyini, pulun hamısını özünə götürməyini demişdir. Sonra 2019-cu ilin dekabr ayının ortalarında Cəlal ona zəng edərək bir nəfər imkanlı müştərisinin olduğunu, həmin müştərinin cinsi əlaqədə olmaq müqabilində 300 manat pul verəcəyini və həmin puldan ona 200 manat çatacağını, 100 manatını isə özünə götürəcəyini bildirmiş, o da maddi imkansızlıqdan məcbur olub Cəlalın dediyi ilə razılaşmışdır. Həmin gün o, Cəlalın dediyi şəxslə cinsi əlaqədə olmuş, müştəridən 300 manat pul almış, daha sonra Cəlal ilə görüşərək əvvəlcədən razılaşmalarına əsasən həmin puldan 100 manatı Cəlala vermişdir. Həmin pul Cəlalın onu fahişəliyə cəlb etməsindən özünə götürdüyü qazanc olmuş, qeyd olunan dövrdən etibarən Cəlal onu ümumilikdə 2 dəfə öz müştəriləri ilə görüşdürmüşdür. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əli-zadə Aysel Söhrab qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə restoranların birində Afa ləqəbli rəfiqəsi vasitəsilə tanış olmuş, həmçinin Cəlalın qadınları fahişəliyə cəlb edən biri olduğunu bilmişdir. Cəlal özü də ona dələlərlə pul müqabilində kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmağı təklif etmişdir. O, Cəlalla bu barədə razılaşmasa da, 18 iyun 2020-ci il tarxdə maddi imkanı zəif olduğu üçün Cəlalın təklifini qəbul edərək bir dəfə pul müqabilində kişi müştəri ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs bir nəfər şəxsin şəklini göndərərək onunla cinsi əlaqədə olmağı təklif etdikdə o, Cəlalın təklifi ilə razılaşmışdır. Cəlal onun fotoşəklini həmin müştəriyə göndərmiş və müştəri onunla cinsi əlaqədə olmaq istəmişdir. Cəlalın ona bildirdiyinə görə bunun müqabilində müştəri ona 600 manat pul verməli, həmin pulun 100 manatını isə Cəlal qazanc olaraq özünə götürməli idi. Cəlal müştərinin Bakı şəhərində yerləşən otellərdən birində olduğunu bildirmiş, o, həmin otelə gedib müştəri ilə cinsi əlaqədə olmuş, bunun müqabilində müştəri ona 600 manat pul vermiş və o, həmin pulun 100 manatını Cəlala vermişdir. Daha sonra Cəlal bir neçə dəfə onu müştərii ilə görüşdürmək istəsə də, o, razı olmamış, Cəlaldan onun fotoşəkillərini müştərilərə göndərməməsini də xahiş etmişdir. Zərərçəkmiş şəxs Əli-zadə Aysel Söhrab qızı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, tanışları onu Günel Ağalarova kimi tanımışdır. Təqsirləndirilən şəxslə təxminən 5 il əvvəl Bakı şəhərində məclislərin birində tanış olmuş, Cəlalla münasibəti yarandıqdan sorna Cəlalın qadınları fahişəliyə cəlb etdiyini öyrənmişdir. Cəlal müştərilərlə qadınları pul müqabilində görüşdürüb qazanc əldə etmişdir. O, Cəlala “Whatsapp” proqramı vasitəsilə mesaj yazmış, çox yaxın münasibəti olmasa da, arada onunla əlaqə saxlamışdır. Cəlalla aralarında olan danışıq zamanı Cəlal onun maddi sıxıntılarının olduğunu bilmiş və ona tanış qızları pul müqabilində müştərilərlə cinsi əlaqədə olmalarını təşkil etməklə qızların maddi durumunun yaxşılaşmasına dəstək olduğunu bildirmişdir. Cəlal maddi sıxıntıdan yaxa qurtarmaq üçün ona kişi müştərilərlə pul qarşılığında görüşməyi təklif etmişdir. O, həmin vaxt maddi ehtiyac içərisində olduğu üçün məcbur qalıb Cəlalın təklifini qəbul etmiş, ilk dəfə 05 fevral 2020-ci il tarixdə Cəlal ona yazaraq bir nəfər müştərisinin olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olmaq üçün ona 500 manat pul veriləcəyini, həmin pulun 100 manatını qazanc olaraq gətirib ona verməli olduğunu bildirmişdir. O, maddi ehtiyacları olduğu üçün Cəlalla razılaşmış, Cəlal ona hazırda xatırlamadığı otellərin birinə getməyi bildirmişdir. O, Cəlalın tapşırığı ilə həmin otelə gedib müştəri ilə cinsi əlaqədə olmuşdur. Bunun müqabilində 500 manat pul aldıqdan sonra həmin pulun 100 manatını Cəlala vermiş, 400 manatını isə özünə götürmüşdür. Bundan sonra Cəlal onu bir neçə dəfə də müştərilərlə görüşdürmək istəsə də, alınmamışdır. Cəlal müştəri ilə özü danışmış, sadəcə olaraq ona hara getməli olduğunu və hansı miqdarda pulu alacağını və həmin puldan nə qədərini ona verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir Cəlalı tanıyır. Cəlalı qadınları fahişəliyə cəlb edən şəxs kimi tanımış, o Cəlalla əlaqə saxladıqda Cəlala cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirmişdir. O, Cəlalla Whatsapp vasitəsilə əlaqə saxlamış, Cəlaldan cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini xahiş etdikdə, Cəlal ona qızların fotoşəkillərini göndərmiş və o da həmin şəkillərin arasından bəyəndiyi qızı Cəlala bildirmişdir. Bu zaman Cəlal həmin qızın qiymətini ona demiş və aralarında razılıq olduqda qızın cinsi əlaqədə olmaq üçün haraya gəlməsini Cəlala demiş, qızlarla Cəlalın özü danışmış, o, sadəcə qızın gələcəyi yeri bildirmişdir. Bəzi hallarda o, dost tanışları üçün də Cəlaladan qız təşkil etməsini istəmiş, Cəlalın təşkil etdiyi qızların qiyməti əsasən 200-300 manat arası dəyişmişdir. O, cinsi əlaqədə olduqdan sonra veriləcək pulu qızın özünə vermiş, qıza hansı miqdarda pulun verilməsini Cəlal özü əvvəlcədən ona bildirmişdir. Ümumilikdə Cəlal 2-3 dəfə ona cinsi əlaqədə olmaq üçün qız təşkil etmişdir. Cəlalın fahişəliyə cəlb etdiyi qızların sayı çox olduğundan hazırda həmin qızları xatırlamır. Qızlara verdiyi puldan Cəlala verilibverilməməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla restoranların birində tanış olmuşdur. Təqsirləndirilən şəxslə ilkin olaraq tanış kimi münasibət saxlamışdır. Cəlalın ilk əvvəllər hansı işlə məşğul olması barədə onun məlumatı olmasa da, sonradan Cəlalın qadınları fahişəliyə cəlb edən biri olduğunu eşitmişdir. O, söhbət əsnasında Cəlala bildirmişdir ki, onun sevgilisi var, buna görə də onunla münasibət saxlamağı düzgün deyildir. Cəlalla arasında heç bir münasibət olmamışdır. Bir dəfə Cəlal ona pul qarşılığında müştərilərlə görüşməyi təklif eldikdə, Cəlala ilk əvvəl bununla bağlı razılıq versə də, sonradan münasibətdə olduğu şəxs bunu bildiyi üçün o, Cəlala bildirmişdir ki, fotoşəkillərini heç bir müştəriyə göndərməsin. Bundan sonra Cəlal ona 1000 manatlıq müştəri olduğunu bildirsə də, o, Cəlala razılıq verməmiş və bundan sonra onların əlaqəsi kəsilmişdir. Mələk Kazımova onun rəfiqəsi olmuş, bir dəfə Cəlal ona bildirmişdir ki, pul qarşılığında müştərilərlə cinsi əlaqədə olmaq üçün Mələklə danışsın. O da Mələklə danışmış və Mələk razılıq vermədikdə o, bu barədə Cəlala bildirmişdir. O, Cəlalın fahişəliyə cəlb etdiyi qadınların çox olmasını eşitsə də, konkret olaraq Cəlalın kimləri fahişəliyə cəlb etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə Bakı şəhərində olan restoranların birində tanış olmuşdur. Cəlalı tanıdıqdan sonra Cəlalın qadınları fahişəliyə cəlb etdiyini öyrənmiş, lakin Cəlal əvvəllər ona bir neçə dəfə pul müqabilində kişi müştərilərlə görüşməyi təklif etsə də, o, Cəlalla razılaşmamışdır. Təxminən 2020-ci ilin yanvar ayından etibarən maddi sıxıntıları olduğu üçün Cəlala pul müqabilində kişi müştərilərlə görüşmək istədiyini bildirmiş, bu zaman Cəlal da onunla razılaşmışdır. Cəlal ona bildirmişdir ki, o, kişi müştərilərlə 500 manat müqabilində görüşüb cinsi əlaqədə olacaq və həmin pulun 200 manatı özünə, 300 manatı isə ona qalacaqdır. O, bu barədə Cəlalla razılaşmışdır. Cəlal onun fotoşəkillərini instagram sosial şəbəkəsindən götürərək müştərilərə göndərmişdir. Bir neçə dəfə Cəlal onu müştəri ilə görüşdürmək istəsə də, bu söhbət aralarında alınmamışdır. O, özü də Cəlala demişdir ki, əgər müştəri olsa xəbər etsin, çünki maddi sıxıntıları olmuşdur. Aralarında olan razılığa əsasən Cəlal ona ancaq haraya getmə olduğunu deməli, müştəri ilə Cəlal özü danışmalı idi. Lakin aralarında belə bir söhbət olsa da, onun müştəri ilə görüşməyi alınmamışdır. O, Təqsirləndirilən şəxs fahişəliyə cəlb eldiyi qızların çox olduğunu eşitsə də, onun həmin qızlarla heç bir tanışlığı olmamış və onların anket məlumatlarını bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 Mehman oğlu, Şahid2, Şahid3, Şahid4, Şahid6 və Şahid8 məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Şahid3 məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Cəlal adlı şəxsi təxminən 2 ildir ki, tanımış, Cəlalla tanışları vasitəsilə tanış olmuşdur. Cəlalın pul müqabilində qadıları fahişəliyə cəlb etməsi barədə onun məlumatı olmuş, o, istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən Cəlalın istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə mesaj yazaraq qız istədiyini bildirmişdir. Cəlala da ona müxtəlif şəkillər ataraq qızlardan birini seçməyini demiş, qızlara verilən pullar əsasən 300-500 manat arası dəyişmişdir. Cəlalın özünə nə qədər pul qalması barədə onun məlumatı olmamışdır. Belə ki, Cəlal qızları o dediyi ünvana göndərdikdən sonra o, qızlarla pul müqabilində cinsi əlaqədə olmuş və pulu qızlara verərək onları yola salmışdır. Lakin qızların həmin puldan nə qədərini Cəlala vermələri barədə onun heç bir məlumatı olmamışdır. Sonuncu dəfə 24 avqust 2020-ci il tarixdə Cəlal ona cinsi əlaqədə olmaq üçün Günay adlı qızı göndərmiş, o, Günayla cinsi əlaqədə olduqdan sonra həmin qıza 400 manat pul vermişdir. Bundan sonra isə Cəlalla əlaqəsi olmamış, Cəlal ona bir neçə dəfə də əlavə olaraq cinsi əlaqədə olmaq üçün qız təşkil etsə də, o, hazırda həmin qızların anket məlumatlarını xatırlamamışdır. Onun Təqsirləndirilən şəxs qızlara görə özünə nə qədər qazanc götürüb-götürməməsindən məlumatı olmamışdır. X2 məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2020-ci ilin avqust ayının sonlarında tanışı Əzim adlı şəxslə məclislərin birində əyləşən zaman istirahət etmək qərarına gəlmişlər. Bu zaman o, tanışlarından Cəlal adlı bir nəfərin istifadə etdiyi mobil nömrəni əldə edərək Cəlal ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb onlar üçün cinsi əlaqədə olmaq məqsədilə iki nəfər qız təşkil etməsini xahiş etmiş, bu zaman Cəlal ona qızların fotoşəkillərini göndərərək istədiyi iki nəfər qızı seçməsini bildirmişdir. Cəlal ona əvvəlcə 300 manat, daha sonra isə 500 manata olan qızların fotoşəkillərini göndərmiş, o, qızları seçib bəyəndikdən sonra Cəlal həmin qızları onlar olan ünvana göndərmişdir. Onlar həmin vaxt Badamdar qəsəbəsində yerləşən “Sea Pearl” otelində Cəlalın göndərdiyi iki qızla görüşüb cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olduqdan sonra qızların pulunu onun dostu Əzim verdiyi üçün qızlara verilən puldan onun məlumatı olmamışdır. Bundan sonra o, Cəlal ilə heç vaxt əlaqə saxlamamışdır. O, Əzim və Muxtar adlı tanışlarını Bakı Dövlət Universitetində oxuduğu müddətdə tanımışdır. Muxtar 050 *** ** ** rəqəmli mobil telefon nömrəsini istifadə etmiş, o, Təqsirləndirilən şəxs onlar üçün təşkil etdiyi qızların adlarını hazırda xatırlamamış, çünki həmin vaxt spirtli içki qəbul etmişdir. O, Cəlal ilə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cəlal adlı şəxsi təxminən 2019-cu ilin oktyabr ayından tanımış, Təqsirləndirilən şəxslə xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, o, tanışından Cəlalın istifadə etdiyi 055 *** ** ** saylı mobil telefon nömrəsini almış, bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefonun “Whatsapp” proqramı vasitəsilə zəng vurmuş, zəng vurmamışdan öncə o, Cəlal barəsində bilmişdir ki, həmin şəxs pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın təşkil edir. Belə ki, o, Cəlala istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinin “Whatsapp” proqramı vasitəsilə zəng vurub danışmış, o, Cəlala 2019-cu ilin noyabr ayının əvvəllərində zəng vurub pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın istəmişdir. Həmin vaxt Cəlal ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün 300 manat pul ödəməlidir. O da Cəlal ilə razılaşdıqdan sonra Cəlal ona bildirmişdir ki, cinsi əlaqədə olduqdan sonra 300 manat pulu cinsi əlaqədə olacağı qadına təqdim etsin. O da Cəlala dediklərinə əməl edəcəyini bildirmişdir. O, həmin vaxt hazırda ünvanını və adını xatırlamadığı oteldə olmuş və Cəlala bildirmişdir ki, qızı həmin ünvana göndərsin. Cəlal da belə etmiş, belə ki, Cəlal cinsi əlaqədə olacaq qadını deyilən ünvana göndərmiş və o, Cəlalın göndərdiyi adını xatırlamadığı qadınla oteldə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olduqdan sonra o, qadına 300 manat pul verib yola salmış, ondan müəyyən müddət sonra o, bir neçə dəfə Cəlala cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsi məqsədi ilə müraciət etmişdir. Hər dəfə də 300 manat pul vermiş, bundan başqa Cəlal onunla dişlərini müalicə elətdirmək məqsədilə bir neçə dəfə əlaqə saxlamış və o da Cəlalın dişini müalicə etmişdir. Onun Təqsirləndirilən şəxs qızlara görə özünə nə qədər qazanc götürüb-götürməməsindən məlumatı olmamışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmağı üçün Zərərçəkmiş şəxs7 adlı qadının şəkillərini atsa da, o, Zərərçəkmiş şəxs7 ilə cinsi əlaqədə olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cəlal adlı şəxsi təxminən 2020-ci ilin iyun ayından etibarən tanımış, Cəlalın nömrəsini hazırda xatırlamadığı tanışı vermişdir. Belə ki, tanışı Cəlalın nömrəsini ona verərkən Cəlalın qadınları fahişəliyə cəlb etdiyini və Cəlalın vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyini bildirmişdir. O, Cəlal ilə əlaqə saxladıqda Cəlala cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini bildirmiş, bu zaman Cəlal ona bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 420 manatdan 1500 manatadək olmasını qeyd etmişdir. O, Cəlalla “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. O, Cəlalla mütəmadi olaraq əlaqə saxlayıb ona pul müqabilində cinsi əlaqədə olan qızların şəkillərini atmasını xahiş etmiş, xoşuna gələn olduqda isə onları adını xatırlamadığı otellərə göndərməsini bildirmiş, Cəlal ona iki dəfə cinsi əlaqədə olmaq üçün qız göndərsə də, qızlar xoşuna gəlmədiyi üçün onları geri qaytarmışdır. O, çox zaman instagram sosial şəbəkəsində xoşuna gələn qızların şəkillərini Cəlala göndərərək onları cinsi əlaqədə olmaq üçün təşkil etməsini xahiş etmiş, bəzi hallarda Cəlal həmin qadınlarla münasibətinin olmamasını, bəzi hallarda isə həmin qızların fahişəliklə məşğul olmadıqlarını bildirmiş, bir neçə qızla isə münasibətinin olduğunu bildirmişdir. Belə ki, bir dəfə o, Cəlala bir nəfər qohumu üçün cinsi əlaqədə olmaq məqsədilə qız təşkil etməsini demişdir. Lakin o, hazırda həmin hadisəni tam olaraq xatırlamamış, ola bilsin ki, həmin qızı özü üçün istəmişdir. Lakin xatırladığı qədəri ilə Cəlalla həmin söhbətləri də baş tutmamışdır. Cəlal cinsi əlaqədə olmaq üçün qız təşkil etdikdə özünə də qazanc götürmüşdür. Cəlalın fahişəliyə cəlb eldiyi qızların sayı çox olmuş, lakin konkret olaraq o, həmin qızları hazırda xatırlamamışdır. Cəlal cinsi əlaqədə olmaq üçün ona iki dəfə qız göndərsə də, qızlar onun xoşuna gəlmədiyi üçün qızları geri göndərmiş və buna görə də ödəniş etməmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 055 *** ** ** saylı mobil nömrəni təxminən 5-6 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs adlı şəxsi haradan tanıdığını xatırlamamış, onun 055 *** ** ** rəqəmli mobil telefon nömrəsinin istifadəçisi ilə bəzi hallarda yazışmaları olmuş, həmin şəxs bir neçə dəfə ona pul müqabilində cinsi əlaqdə olmaq üçün qız təşkil etmiş, o, həmişə həmin şəxsdən qız təşkil etməsini xahiş etmişdir. Həmin şəxs də ona qızların fotoşəkillərini göndərmiş, o, bəyəndiyi qızı həmin şəxsə dedikdən sonra həmin şəxs qıza görə hansı məbləğdə pul ödənilməli olduğunu bildirmişdir. O da qızın hansı otelə gələcəyini həmin şəxsə bildirmiş, Cəlalın göndərdiyi qızların qiyməti əsasən 300 manat təşkil etmiş, o, cinsi əlaqədə olduqdan sonra pulu qızların özünə vermişdir. Sonradan həmin puldan Təqsirləndirilən şəxs verilibverilməməsindən onun məlumatı olmamışdır. Cəlalın ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qızların adlarını hazırda xatırlamamış, ümumilikdə 2-3 dəfə Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün qız təşkil etmişdir. Onun Təqsirləndirilən şəxs qızlara görə özünə nə qədər qazanc götürüb-götürməməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qızlardan o, heç kimi tanımamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə digər Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cəlalı və Zahirəni tanyır, onlarla heç bir ünsiyyəti olmamışdır. Zahirəni əvvəl işlədiyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görmüşdür. Zahirəyə heç bir təzyiq göstərməmiş, onu hər hansı məzmunda ifadə verməyə məcbur etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.07.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 08 ay 24 gün islah işləri cəzası təyin edilmişdir. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-264/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı 17 noyabr 2018-ci il tarixdən 05 aprel 2019-cu il tarixədək həbsdə olduğu 139 gün müddət nəzərə alınaraq CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1(009)-159/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, lakin çəkilməmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 264/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli hokmü ilə təyin olunmuş cərimə cəzası ilə toplanılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası və 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-1006/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qərarından görünür ki, CM-in 171.1 və 243.1-ci maddələri ilə təqsirəndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 avqust 2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Kompakt diskin yaddaşına baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X4 icraatında olan, CM-in 171.1 və 243.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə qərarı əsasında “xxxx” MMCdən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskin yaddaşına baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: - Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi vasitəsilə zərərçəkmiş şəxs Abbaslını gəlir əldə etmək məqsədilə öz müştərilərinə təqdim etmək üçün sonuncunun istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışıqlar aparmışdır. Qeyd olunan telefon danışıqları kompakt diskdə əks olunmuşdur; - Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi vasitəsilə zərərçəkmiş şəxs Aysel Əli-zadəni gəlir əldə etmək məqsədilə öz müştərilərinə təqdim etmək üçün sonuncunun istifadəsində olmuş ********** saylı mobil telefon nömrələri ilə əlaqə saxlayıb danışıqlar aparmışdır. Qeyd olunan telefon danışıqları kompakt diskdə əks olunmuşdur; “Baxış keçirilməsi haqqında” 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X4, CM-in 171.1 və 243.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə qərarı əsasında “xxxx” MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən zərərçəkmiş şəxslər Aysel Əli-zadənin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuş, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir; “Mobil telefona baxış keçirilməsi barədə” 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X4, icraatında CM-in 171.1 və 243.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 11 pro” markalı mobil telefon aparatına baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, bir ədəd qızılı rəngli “İphone 11 pro” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmasmetal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində sim kart yerləşdirilməsi üçün 01 ədəd yuvanın olması və həmin yuvanın daxilidə 01 ədəd “xxxx” MMC-yə məxsus olan GSM nömrənin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək 147399 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Fuad Gardaw” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə, adı “İD” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə, adı “Nani taniwi” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə, adı “Javid İsak” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə, adı “Elsever” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə, ***-***-**-** saylı mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə danışıqları müəyyən edilmişdir. Həmçinin, 05.12.2019-cu il tarixdə yəni Zərərçəkmiş şəxs7 17 yaşı olduğu müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 fotoşəklini adı Javid İsak kimi qeyd edilmiş müştəriyə göndərərək cinsi əlaqədə olmaq müqabilində 320 manat pul istəməsi müəyyən edilmişdir. Bundan başqa söhbətlər bölməsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 adının “Günel Agalarova” kimi, Zərərçəkmiş şəxs1 adının “Nurus zeng” kimi, Zərərçəkmiş şəxs4 “Aysel Alizade” kimi, Ülkər Abbasimin adının “Ulker abbasli” kimi, Zərərçəkmiş şəxs5 adının “Fifififıfıfifififi” kimi, Zərərçəkmiş şəxs6 adının “Nigar fira” kimi qeyd olunması və Cəlala Mehdiyevin həmin qadınları fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. Bundan başqa adı Təqsirləndirilən şəxs “Gadjieva” kimi qeyd edilmiş, 050 *** ** ** rəqəmli mobil nömrə istifadəçisi və adı “Reshide Rza” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrə istifadəçilərinə pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmağı təklif etməsi müəyyən edilmişdir. Aşkar edilmiş yazışmalar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC və “xxxx” MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 02 ədəd diskə baxış keçirilməsinə dair protokollar və telefon danışıqlarına dair məlumatları əks etdirən 02 ədəd kompakt disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “İphone 11 pro” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 18.02.2020-ci il tarixli, 17/71- 10D-430 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-264/2019 saylı, 05.08.2019-cu il tarixli hökmünə əsasən CMin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1.500 manat miqdarında cərimə növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs cəriməni tam şəkildə ödəyərək cəzasını çəkmiş kimi 18.02.2020-ci il tarixdən şöbənin qeydiyyatından çıxarılmışdır; Bakı Şəhər Probasiya İdarəsinin 05.07.2021-ci il tarixli, 21-1/3-3953-3 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-264/2019 saylı, 05.08.2019-cu il tarixli hökmü ilə CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 08 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. 04.09.2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs işlə təmin olunması üçün Nizami rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, məhkum işaxtaran kimi qeydiyyata alınsa da, işləmək üçün mərkəzlə əlaqə saxlamamış və cəzasının heç bir hissəsini icra etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 171.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı isə aşağıdakıları qeyd edir: CM-in 171.1-ci maddəsində yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil olunan cinayətin obyekti yetkinlik yaşına çatmayanların normal inkişafı və tərbiyəsi, habelə onların şəxsiyətinin formalaşmasının mənəvi-əxlaqi tərəfi ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu cinayətin obyektiv cəhəti yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmədə ifadə olunmuşdur. Subyektiv cəhətdən CM-in 171.1-ci maddəsində nəzərdə tutulmuş cinayət birbaşa qəsdlə törədilir. Təqsirkar yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etdiyini dərk edir və bunu törətməyi arzu edir. Təqsirkar şəxs cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilməmişdirsə, təhlil edilən maddə üzrə cinayət məsuliyyəti istisna edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilmədiyi halda, o, CM-in 170-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 170-ci və 171-ci maddələri ilə məsuliyyət nəzərdə tutan cinayətlər yetkinlik yaşına çatmayanların cinayət fəaliyyətinə və digər hüquqa zidd hərəkətlərə cəlb edildiyi andan başa çatmış hesab olunur. Bu zaman yetkinlik yaşına çatmayanların təhrik edildikləri hüquqa zidd hərəkətləri törədib-törətməməsinin əhəmiyyəti yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsin CM-in 171.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün o, yetkinlik yaşına yaşına çatmış şəxs olmalı və fahişəliyə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs7 yetkinlik yaşına çatmayan olduğunu bilmədiyini, bu barədə məlumatı olduqdan sonra onunla əlaqəni kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin göstərilən dəlillərini Zərərçəkmiş şəxs7 məhkəmə iclasında ifadə verərkən təsdiqləmişdir. Həmçinin, iş üzrə digər Zərərçəkmiş şəxs1 da ifadəsində göstərmişdir ki, Cəlal və Zahirə ilə bir məclisdə olarkən Zahirə söhbət əsnasında onlara yaşının 21 olması barədə məlumat vermişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadə Təqsirləndirilən şəxs CM-in 171.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olmuşdur. Lakin, məhkəmə iclasında Zərərçəkmiş şəxs7 həmin ifadəsini təsdiq etməyərək, məhkəmə iclasında həm ilkin, həm də ittiham tərəfin təşəbbüsü ilə təkrar dindirilən zaman Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb edən zaman onun yetkinlik yaşına çatmayan olduğunu bilmədiyini demişdir. Məhkəmə, Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsinə dair qeyd edir ki: - cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edən CPM-in təqsirlizlik prezumpsiyası prinsipinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21-ci maddəsi); - hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər (CPM-in 25-ci maddəsi); - məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir (CPM-in 349-cu maddəsi). Nəzərə alınmalıdır ki, CPM-lə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.1-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur; CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 fahişəliyə cəlb edərkən sonuncunun yetkinlik yaşına çatmayan olduğunu bilməsi hər hansı sübutla öz təsdiqini tapmır. Əldə olunmuş və yuxarıda qeyd edilən sübutlarla isə əksinə, onun bu barədə məlumatı olmadığı, Zərərçəkmiş şəxs7 yetkinlik yaşına çatmayan olduğunu bildiyi halda isə onunla əlaqəsini kəsməsi müəyyən olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 fahişəliyə cəlb edərkən yetkinlik yaşına çatmayan olması barədə məlumata malik olmasını təsdiq edən mötəbər sübutlar əldə edilmədən ona qarşı CM-in 171.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, ehtimal və mülahizələrə əsasən belə bir ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 171.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. CPM-in: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs7 yetkinlik yaşına çatmaması barədə məlumatı olması əldə olunmuş sübutlarla öz təsdiqini tapmadığından, onun CM-in 171.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması yolverilməzdir və buna görə də ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəl etməsi əməli isə CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş əməli tam etiraf etməsini və əməlindən səmimi peşman olmasını; zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını. Məhkəmə, cinayətin təkrarən törədilməsini iş üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 171.1-ci maddəsi ilə bəraət verilməli, 2019-cu ilin avqust ayının sonlarından 17 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etməsi ilə bağlı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “yetkinlik yaşına çatmayan” sözləri çıxarılmalı, o, CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, 24 avqust 2020-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək (10 ay 11 gün) həbsdə saxlanılması nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4.), Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 264/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-67.1), Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilməli (CM-68.2), islah işləri cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd “İphone 11 pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə bəraət verilsin və 2019-cu ilin avqust ayının sonlarından 17 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etməsi ilə bağlı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “yetkinlik yaşına çatmayan” sözləri çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdən 05 iyul 2021-ci il tarixədək (10 ay 11 gün) həbsdə saxlanılması nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 2000 (iki min) manat miqdarda cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-264/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilsin və üzərində qəti olaraq aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri və 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. İslah işləri cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd “İphone 11 pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar