Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-133/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs pul müqabilində onu Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti idarəsinə zabit kimi işə qəbul etdirmək imkanı olması barədə yalan məlumat verib inandırmış və Zərərçəkmiş şəxs ona ilkin olaraq 2021-ci ilin sentyabr ayında ünvan 3 ünvanda yerləşən «H.Əliyev» Mərkəzinin yaxınlığında 500 manat nəğd pulunu, bundan sonra isə Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan 5213 6751 6552 3862 saylı bank hesabından özünə məxsus "xxxx" ASC-də olan 5213 6751 5915 5192 saylı bank hesabına xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 490 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 239.95 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin 4098 5844 5098 7555 saylı Leonbank kart hesabından özünün "xxxx" ASC-nin 4098 5844 6072 9476 saylı Leobank kart hesabına xx.xx.2022-ci il tarixdə 20 manat, 2022-ci ilin mart ayında ünvan 4 ünvanında yerləşən “Baku Elektronic” mağazasının arxasında nağd olaraq 650 manat pulun verilməsinə, Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan 5213 6751 6552 3862 saylı bank hesabından özünə məxsus "xxxx" ASC-də olan 5213 6751 5915 5192 saylı bank hesabına xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin 4098 5844 5098 7555 saylı Leonbank kart hesabından özünün "xxxx" ASC-nin 4098 5844 6072 9476 saylı Leobank kart hesabına xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında olarkən telefon proqramı vasitəsi ilə 10 manat pulun köçürməsinə nail olaraq Zərərçəkmiş şəxs ümumilikdə 2995,95 manatını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə həm eyni məhlədən tanışdır, həmdə kiçik qardaşı Süleymanla dostluq münasibətləri vardır. Dəqiq xatırlamadığı tarixdə qardaşı ona müraciət edərək Elvinin dövlət işinə girmək istəyini bildirmiş və əgər tanışları varsa ona kömək etməyini xahiş etmişdir. O da elə bir tanışı olduğunu bildirib mobil nömrəsini ona verməsini istəmişdir. Bir ay sonra Elvin onunla əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Oda Elvinlə razılaşmışdır. Onlar 50 qəpik çay evində görüşmüşlər. Elvin dövlət işinə düzəlmək istədiyini bildirmişdir. Oda bildirmişdir ki, bu barədə ətraflı maraqlandıqdan sonra ona məlumat verəcəkdir. Tez-tez Elvinlə telefon əlaqəsi saxlamışdır. Ondan diplomunun və hərbi biletinin sürətini istəmişdir. Təxminən 1 ay sonra Elvinlə yenidən görüşmüş və ondan həmin sənədləri götürmüş və ona bildirmiş ki, tanışları var onu zabit kimi FHN-nin Xırdalan qəza xidməti idarəsinə zabit kimi işə düzəldəcəklər. Həmin vaxt aralarında pul söhbəti olmamışdır. Daha sonra Emin adlı tanışı ilə Divan ekspres hoteldə olan restoranda olarkən Elvini də ora dəvət etmişdir. Həmin şəxsi vəzifəli şəxslərdən birinin köməkçisi kimi təqdim etmişdir. İş barədə söhbtələr aparmışdır ki, sənədlər verilib və işlər gedir. Bundan sonra Elvin restoranın 176 manat hesabını ödəyərək getmişdir. 10-15 dəqiqə sonra Elvinlə yenidən əlaqə saxlayaraq onunla görüşmüş və sənədləşmə işlərinə görə ilkin olaraq 500 manat pul istəmişdir. Oda həmin pulu kart hesabından çıxararaq ona vermişdir. Bundan sonra pula ehtiyacı olduqda Elvinlə əlaqə saxlayır özünə məxsus Azər-Türk banka məxsus 5213 6751 5915 5192 nömrəli plastik kartına və Leobanka məxsus 4098 5844 6072 9476 nömrəli plastik kart hesabına müxtəlif miqdarlarda pullar köçürməsini istəmişdir. O Elvinə həmin pulların işdə olan sənədləşmə ilə əlaqədar olduğunu qeyd etmişdir. Bundan başqa Elvinlə 2022-ci ilin mart ayında Təbriz küçəsi 98 ünvanında yerləşən “Baku Elektronic” mağazasının arxasında görüşmüş və 1 aya onun əmrinin olacağını bildirib ondan 650 manat pul almışdır. Qeyd etmişdir ki, həmin pulları Elvindən alarkən niyəli onu aldatmaq, gələcəkdə pulu olduqda işin alınmadığını deyib ona pulu qaytarmaq olmuşdur. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə FHN-də işə düzəlmək üçün 2995.95 manat pul almışdır. Bildirmişdir ki, o internet vasitəsi ilə tanıdığı yüksək vəzifəli şəxslərin adından istifadə edərək Zərərçəkmiş şəxs pullarını özü üçün ələ keçirmişdir. Yəni həmin şəxsləri tanımır, onlarla hər hansı əlaqəsi yoxdur. Yəni Elvindən aldığı pulları heç bir yerə verməyəcəkdi. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2013-2017-ci illər ərzində Azərbaycan Dövlət İqtisad universitetində təhsil almışdır. Təhsil aldığı dövrdə onunla paralel küçədə qalan Süleymanı həmin universitetdə görmüşdür. Əvvəldən tanımağına baxmayaraq onunla münasibəti olmamışdır. Sadəcə universitet dövründə onların münasibətlər yaxşılaşmış və onlar yoldaşlıq etməyə başlamışdır. Süleymanla münasibəti o, həqiqi hərbi xidmətə gedib qayıtdıqdan sonra da davam etmişdir. 2021-ci ilin sentyabr ayında onlar birlikdə görüşən zamanı o Süleymana işsiz olduğu, dövlət işində işləmək istədiyini bildirmişdir. Bu zaman Süleyman bildirmişdir ki, onun qardaşı Sahilin FHN-də yüksək vəzifədə tanışı vardır və Sahilin vasitəsi ilə onu zabit kimi işə qəbul etdirə bilər. Oda Süleymanla razılaşmışdır. Süleyman Sahillə danışıb ona deyəcəyini bildirmişdir. Bir gün sonra Sahil onunla əlaqə saxlamışdır. Bildirmişdir ki, Süleyman ona onun işə düzəlmək istədiyini bildirib, əgər istəyirsə telefon söhbəti deyil, görüşsünlər. Bir gün sonra o Sahillə H.Əliyev mərkəzinin yanında görüşmüşdür. Sahil ona bildirmişdir ki, FHN-də yüksək vəzifədə tanışları var və onların vasitəsi ilə 1 ay ərzində onu zabit kimi FHN-nə Xırdalan qəzə işlərinə nəzarət idarəsinə işə qəbul etdirə bilər. Bildirmişdir ki, bir nəfər şəxs var onunla görüşəcək və işlərini o həll edəcək. Bir neçə gün sonra Sahil ona zəng edərək Divan Ekspres otelində yerləşən restorana gəlməyini demişdir. O həmin restorana getdikdə orada Sahil və bir nəfər rəsmi geyimdə şəxs olmuşdur. Həmin şəxs özünü FHN-də olan generallardan birinin köməkçisi kimi təqdim etmişdir. Həmin adam çox rahatlıqla onu 1 aydan tez işə qəbul etdirəcəyini, ən pis halda işin uzandığı təqdirdə yeni ilədək yəni 2022-ci ilədək bu işin həll ediləcəyini bildirmişdir. O həmin şəxsdən nə qədər məbləğdə pul veriləcəyini soruşmuşdur. O isə Sahilin dostu olmağını, əslində bu işlərin 15000 manata həll edildiyini bildirmiş, lakin onun üçün miqdarı azaldacağını və əlavə olaraq pulu iş bitdikdən sonra alacağını qeyd etmişdir. O orada onların yerinə 176 manat hesabı ödəmiş və oradan ayrılmışdırlar. Təxminən 15 dəqiqə sonra Sahil onunla əlaqə saxlamış və uzaqlaşmamağını istəmişdir. Oda onu Mərkəzin yanında gözləmişdir. Sahil gəlib bildirmişdir ki, sənədlərin hazırlanması üçün “şirinlik" olaraq ilkin 500 manat pul vermək lazımdır. Oda Sahilə həmin pulu səhər verəcəyini qeyd etmişdir. Lakin, Sahil bildirmişdir ki, gecə ilə pulu vermək lazımdır. Oda özünə məxsus Birkart hesabından 500 manat pulu nəğdləşdirərək Sahilə vermişdir. Sahil bildirmişdir ki, bundan sonra yalnız o işə qəbul olunduqda haqq hesab olacaq. Bundan sonra Sahil müxtəlif vaxtlarda ona zəng edərək müxtəlif bəhanələrlə müxtəlif miqdarlarda pullar almışdır. O hər dəfə bir bəhanə etmişdiri ki, çatışmayan sənədlər var, işi tezləşdirmək lazımdır, şifahi sorğu-suala girməyəcəyək və bu kimi bir çox bəhanələr. O Sahilə məxsus bank kartlarına özünə məxsus bank karlarından xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 490 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 239.95 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 10 manat məbləğində pullar göndərmişdir. Həmin pulları müxtəlif ünvanlarda olarkən göndərmişdir. O 2022-ci ilin mart ayında 650 manat pulu Nərimanov rayonu, Təbriz küçəsi 98 ünvanında yerləşən “Baku Elektronic” mağazasının arxasında Sahil ilə görüşərək əlbəəl onun özünə vermişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona konkret olaraq 2995,95 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin ortalarında Elvinlə görüşlərin birində Elvin ona dövlət işinə düzəlmək istəyini bildirmişdir. Oda həmin işləri bilmədiyini, lakin qardaşı Sahilin əhatəsinin geniş olmasını bildirib onunla bu barədə danışacağını qeyd etmişdir. O həmin gün Sahil ilə bu barədə danışdıqda Sahil tanışlarının olması və bu vasitə ilə Elvinə kömək edə biləcəyini bildirmişdir. Oda bu barədə Elvinə məlumat vermişdir, daha sonra Elvinin mobil nömrəsini qardaşına vermişdir. Onların görüşüb bu barədə danışacağını öyrəndikdən sonra bir daha maraqlanmamışdır. Nə Elvin nədə qardaşı Sahil ilə bu barədə danışıq aparmamışdır. Yalnız polisdən məlumat gəldikdən sonra bilmişdir ki, Elvin Sahil barədə şikayət edərək aldadıldığını bildirmişdir. Qeyd etmişdir ki, Sahilin Elvindən nə qədər pul alması barədə məlumatı olmamışdır. Ona həmin pullar barədə nə məlumat verilmiş, nədə həmin pullardan hər hansı məbləğdə pul ödənilmişdir. O sadəcə Elvinə köməklik məqsədi ilə qardaşı ilə danışmağı məsləhət bilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 10-12-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 05 iyun 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı X1 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 4 ünvanında yerləşən “Baku Electronics” mağazasının arxa tərəfidir. Cinayət işinin 61-ci vərəqində olan “Əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 24 vərəqdən ibrarət Azər-Türk Bank və Leobank hesabından göndərdiyi pullar barədə elektron çıxarışlar götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, həmin çıxarışlarda aşağıdakılar göstərilmişdir. –Azərtürk Bankdan çıxarışlar:
1. xx.xx.2022-ci il tarixdə 20 manat; 2. xx.xx.2022-ci il tarixdə 100 manat; 3. xx.xx.2022-ci il tarixdə 70 manat; 4. xx.xx.2022-ci il tarixdə 100 manat; 5. xx.xx.2022-ci il tarixdə 100 manat; 6. xx.xx.2022-ci il tarixdə 90 manat; 7.xx.xx.2022-ci il tarixdə 400 manat; 8. xx.xx.2022-ci il tarixdə 100 manat; 9. xx.xx.2022-ci il tarixdə 100 manat; 10. xx.xx.2022-ci il tarixdə 239.95 manat; 11. xx.xx.2022-ci il tarixdə 160 manat; 12. xx.xx.2022-ci il tarixdə 50 manat; 13. xx.xx.2022-ci il tarixdə 30 manat; 14. xx.xx.2022-ci il tarixdə 21 manat; 15. xx.xx.2022-ci il tarixdə 15 manat; 16. xx.xx.2022-ci il tarixdə 20 manat; 17. xx.xx.2022-ci il tarixdə 20 manat; 18. xx.xx.2022-ci il tarixdə 10 manat; 19. xx.xx.2022-ci il tarixdə 50 manat -Leobankdan çıxarışlar: 1.xx.xx.2022-ci il tarixdə 6 manat; 2. xx.xx.2022-ci il tarixdə 14 manat; 3. xx.xx.2022-ci il tarixdə 50 manat; 4. xx.xx.2022-ci il tarixdə 70 manat; 5. xx.xx.2022-ci il tarixdə 10 manat Cinayət işinin 78-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 82-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində saxlanılmışdır. Cinayət işinin 113-114-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 117-118-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 123-cü vərəqində olan “Əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 02 ədəd plastik kart hesabından çıxarışlar müstəntiq tərəfindən götürülmüşdür. 01 ədəd çıxarışda üzərində 5213 6751 6552 3862 04/24 ELVİN BAGİRLİ yazısı vardır. Digər 01 ədəd çıxarışda 4098 58 44 5098 7555 10/26 yazısı vardır. Cinayət işinin 163-cü vərəqinə olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd sarı rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs adına olan 409858******7555 saylı Unibank hesabından Təqsirləndirilən şəxs adına olan 709858******9476 saylı Unibank hesabına xx.xx.2022-ci il tarixdə 6 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 14 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 70 manat pul köçürülmüşdür. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs göstərilən məbləğlərin özü tərəfindən çıxarılaraq öz şəxsi xərcləri üçün xərcləndiyini etiraf etmişdir. Cinayət işinin 164-cü vərəqində olan “Təqdim edilən bank sənədinə baxış keçirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin 01 ədəd çıxarışa baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs adına olan 5213 6751 5915 5192 saylı hesabdan Təqsirləndirilən şəxs adına olan 5213 6751 5915 5192 saylı hesaba xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 70 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 239.95 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 50 manat pul köçürülmüşdür. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs göstərilən məbləğlərin özü tərəfindən çıxarılaraq öz şəxsi xərcləri üçün xərcləndiyini etiraf etmişdir. Cinayət işinin 165-177-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə "xxxx" ASC-dən daxil olmuş 01 ədəd sarı rəngli DVD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Hakim Vüsal Qurbanov