Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-134/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim XXXXXXX sədrliyi, XXXXXXXXkatibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.2. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə, şəxsiyyəti ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan “Etibar” adlı şəxslə qabaqcadan əlbir olub, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Deconter” şərab evi mağazasına alıcı kimi daxil olmuş, bu zaman “Etibar” adlı şəxs satıcının diqqətini yayındırmış, Təqsirləndirilən şəxs isə bundan istifadə etməklə mağazanın vitrinindən 1 ədəd, 1 litrlik 595 manat dəyərində “Hennessy XO” markalı konyakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, saat 1300 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan “Etibar” adlı şəxslə qabaqcadan əlbir olub ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə qaydasında işlətdiyi “Şərab Evi” mağazasına alıcı kimi daxil olmuş, “Etibar” adlı şəxs satıcının diqqətini yayındırmış, o isə bundan istifadə edib mağazanın vitrinindən 1 ədəd, 0,7 litrlik, 1200 manat dəyərində “Hennessy Paradis” markalı viskini gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, zərərçəkmiş və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Deconter” şərab evindən spirtli içki oğurlamaq məqsədilə Etibar adlı tanışına mağazadakı satıcının diqqətini yayındırmağı təklif etmiş, sonuncu onunla razılaşmış və hər ikisi mağazaya daxil olmuşlar. Etibar satıcı ilə söhbət edib diqqətini yayındırmış, o isə gizlincə “Hennessy XO” markalı bir şüşə qab konyakı götürüb gödəkcəsinin iç tərəfinə qoyaraq Etibarla birgə mağazadan çıxmışlar. Bundan sonra oğurladığı “Hennessy XO” markalı konyakı “Nərimanov” metro stansiyasının yaxınlığında tanımadıqları şəxsə 50 manata sataraq, həmin puldan 25 manat Etibara verdikdən sonra ayrılmışlar. xx.xx.2020-ci il tarixdə saat 1300 radələrində o, qardaşı Mirfərid və həmin Etibar adlı tanışı ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən şərab evinin qarşısından keçib gedərkən oradan spirtli içki oğurlamaq qərarına gəlmiş və bu barədə Etibara mağazaya qayıtmağı, satıcının diqqətini yayındırmağı təklif etdikdə, sonuncu onun təklifini qəbul etmişdir. Qardaşı Mirfərid ondan hara getməsi barədə soruşduqda, işi olduğunu və durduğu yerdə onları gözləməsini demişdir. Etibarla mağazaya daxil olmuş, sonuncu satıcı ilə söhbət edib onun diqqətini yayındırmış, o isə gizlincə “Hennessy Paradis” markalı bir ədəd viski götürüb gödəkçəsinin iç tərəfinə qoyaraq Etibarla birgə mağazadan çıxmışlar. Oğurluq etməsi barədə Mirfəridə bildirməmiş və onu “Gənclik” metro stansiyasına ötürdükdən sonra Etibarla “Nizami” metro stansiyasına getmişlər. Bir qədər vaxt keçirdikdən sonra, saat 2000 radələrində Nərimanov rayonu, Təbriz küçəsinə qayıdaraq, oğurladığı “Hennessy Paradis” markalı konyakı tanımadıqları şəxsə 55 manata satmışlar. Həmin puldan 25 manat Etibara verdikdən sonra ayrılmışlar. Etibarın soyadı, ata adı, yaşayış yeri ona məlum deyildir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən “Deconter” şərab evinin icraçı direktoru vəzifəsində işləyir. Həmin mağazada satıcı işləyən Şahid1 xx xxxxxx 2020-ci il tarixdə ona bildirmişdir ki, 1 ədəd 595 manat dəyərində olan 1 lt. tutumlu “Hennessy XO” markalı spirtli içki konyak yerində yoxdur. O, mağazada quraşdırılmış kamera görüntülərinə baxdıqda xx.xx.2020-ci il tarixdə, saat 2200 radələrində iki nəfər şəxsin şərab evinə daxil olduğunu, onlardan birinin satıcı ilə söhbət edərək onun fikrini yayındırdığını, digərinin isə vitrində olan 595 manat dəyərində konyakı cəld hərəkətlərlə götürüb gödəkçəsinin iç tərəfinə qoyub kassaya qayıdaraq 1 ədəd “Red bull” içkisi alaraq oradan uzaqlaşdıqlarını görmüşdür. Bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində vurulmuş 595 (beş yüz doxsan beş) manat məbləğində maddi ziyanın təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmədə Şahid1 oxşar məzmunlu ifadə verərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, ünvan 5 ünvanda yerləşən şərab evi mağazasını icarə əsasında işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 1300 radələrində iki nəfər şəxs mağazaya daxil olmuş, onlardan biri onunla söhbət etməyə başlamış, digəri isə rəflərdə olan içkilərə baxdıqdan sonra çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, rəfdən 1 şüşə qabda 1200 manat dəyərində, 700 ml. tutumlu “Hennessy Paradis” markalı spirtli içki viski oğurlanmışdır. O, sonradan kamera görüntülərinə baxdıqda görmüşdür ki, həmin şəxslərdən biri söhbət etməklə onun diqqətini yayındırmış, digəri isə viski içkisini götürüb cəld gödəkçəsinin içəri tərəfinə qoymuş, sonra onlar birlikdə mağazanı tərk etmişlər. Bundan sonra o, Bakı şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 1300 radələrində qardaşı Təqsirləndirilən şəxs və sonuncunun tanışı Etibarla Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki şərab evinin qarşısından keçdikdə qardaşı Miryusif ona şərab evində bir nəfərlə görüşəcəklərini və onları durduğu yerdə gözləməsini bildirib Etibarla şərab evinə getmişlər. Bir neçə dəqiqədən sonra onlar qayıtmış və hər ikisi tələsik “Gənclik” metro stansiyasına doğru hərəkət etməyə başlamışlar. Onların ardınca gedib metroya çatdıqda isə vacib işləri olduğundan ondan ayrılıb harasa getmişlər. Miryusif Etibarla oğurluq etməsi ilə bağlı ona heç bir söz deməmişdir. Bir neçə gündən sonra polis bölməsinə dəvət olunduqda Miryusif Etibarla birgə viski, həmçinin digər şərab mağazasından konyak oğurladığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı sənədlər də araşdırılmışdır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin gün müvəqqəti saxlama təcridxanasından azad olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Qərarla cinayət işindən “Etibar” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxx” MMC satış şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli **********7 nömrəli qaimə-fakturadan görünür ki, 1 ədəd, 07 lt. tutumlu “Hennessy Paradis” GB markalı viskinin qiyməti 1200 manat təşkil edir. xx.xx.2019-cu il tarixli hesab-mədaxil məlumatından görünür ki, 1 ədəd, 1 lt. tutumlu “Hennessy XO” markalı konyakın satış qiyməti 595 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 24 saylı MKTS tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2. maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş, şahid ifadələri və digər iş materialları ilə tam təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar,həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azade dilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesabedir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, 230-VQD nömrəli qanunla düzəliş edilmiş xx.xx.2016cı il tarixdə qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixli qanunla xx.xx.2017-ci il tarixdən ləğv edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. xx.xx.2017-ci il tarixli qanunla xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1.maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, daha sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2. və 29, 177.2.2. maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə CM-nə edilən dəyişiklik tətbiq edilməklə cəzası 01 il 06 ay azaldılmış və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan hazırkı iş üzrə üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlmədiyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, axtarış elan edilməklə həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qəbul olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-176/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Qeyd olunan Məcəllənin 16.3. maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər eyni maddə ilə dəfələrlə cinayət törətmiş, yuxarıda qeyd olunan hökmlər üzrə məhkumluğu hazırki ittiham üzrə cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azadedilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalar nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.3.3. maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.1. maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Qeyd olunan Məcəllənin 65.2. maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını,yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğunun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5. 61.1.1. və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1. maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3. maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, qeyd olunan Məcəllənin 56.1.3. maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün (həm də kişi məhkumlara aiddir – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarı) ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun qabaqcadan əlbir olan bir qrup halında cinayət törətməsi ictimai təhlükəliliyi ilə fərqləndiyini, əvvəllər törətdiyi cinayətlərə görə tətbiq edilən cəza tədbirləri gözlənilən səmərəni verməmiş, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamaqla islah olunmadığını nəzərə alır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini, onların hər birinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.2. maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Təqsirləndirilən şəxs hazırki hökmlə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyan 595 (beş yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2. maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3. maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4. və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin 3 saylı şöbəsindəki (Filialın kodu 200093, VÖEN: **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı Bakı şəhəri 16 saylı hüquq məsləhətxanası, Benefisiarın hesabı: AZ04AİİB********************, VÖEN-i **********) hesablaşma hesabına köçürülməlidir. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində pul vəsait dövlət büdcəsindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesaba (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.2.maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx xxxx 2020-ci iltarixdən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi ziyan 595 (beş yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 120 manat vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin 3 saylı şöbəsindəki (Filialın kodu 200093, VÖEN: **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı Bakı şəhəri 16 saylı hüquq məsləhətxanası, Benefisiarın hesabı: AZ04AİİB********************, VÖEN-i **********) hesablaşma hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsinə görə 150 manat vəsait dövlət büdcəsindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesaba (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən
Məhkəmə qərarları › İş №1(005)-134/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-134/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver