Məhkəmə qərarları › İş №1(005)-135/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-135/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-135/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 25 Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 oğlunun Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,513 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq daşımış, 04.11.2021-ci il tarixdə saat 20:30 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq həmin idarənin ünvan 3a yerləşən inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 02 ədəd bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 0,296 qram və 0,217 qram olmaqla, ümumi təmiz çəkisi 0,513 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 04.11.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında piyada gedərkən yerdən 02 ədəd büküm tapmışdır. Bükümlərin içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin olmasını aşkar etmişdir. O, özü narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin bükümləri gödəkcəsinin cibinə qoymuşdur. Həmçinin o, həmin heroindən istifadə etmək üçün aptekdən 1 ədəd şpris və marketdən isə 1 ədəd limon duzu almışdır. Həmin heroin bükümlərinin birinin üzərindən bir qədər götürüb limon duzu ilə qarışdırmaqla bişirərək şpris vasitəsilə damarına vurub istifadə etdmişdir. 04 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada gedərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin Bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan ad və soyadını soruşmuşlar. Onun üzərində narkotik vasitə olduğu üçün həyacanlanmış və polis əməkdaşlarının sualına cavab vermədən oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onu saxlayaraq idarə etdikləri avtomobilə mindirib Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis İdarəsində onun üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni, limon duzunu və bir ədəd şprisi polis əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, 04.11.2021-ci il tarixdə saat 20:30 radələrində 6951 çağırışlı avtopatrulla ünvan 5 ünvanın yaxınlığında Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin onların avtomobilini görən zaman özünü şübhəli aparmasının şahidi olmuş və onlar dərhal avtopatruldan düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə o, suallardan yayınaraq oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasında və üzərində narkotik vasitə daşımasında şübhələnərək həmin şəxsi saxlayıb Nərimanov RPİ-nin inzibati binasına aparıb idarənin Növbətçi Hissəsinə təhvil vermişlər. Polis İdarəsində araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflərindən Nərimanov RPİ-nin inzibati binasına gətirilən şəxs Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs oğlunun Nərimanov RPİ-nin inzibati binasına gətirilməsi barədə idarə rəhbərliyinin adına raport yazılmışdır. Raportun icrası Nərimanov RPİ-nin Təhriqat Şöbəsinin təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğundan onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan 02 ədəd bükümü, 01 ədəd şəffaf rəngli sellofanın içəsində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni və 01 ədəd şprisi könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu təqdim etdiyi şprisi adını bilmədiyi aptekdən aldığını, şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin limon duzu olduğunu, həmin limon duzunu adını bilmədiyi marketdən aldığını, siqaretin qızılı rəngli kağızına bükülmüş 02 ədəd bükümün içərisində olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə heroin olduğunu, həmin heroini 04 noyabr 2021-ci il tarixdə günorta saatların yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğluna üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs oğlu qara rəngli gödəkçəsinin sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 02 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni və 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni və 01 (bir) ədəd üzərində “GREENLİNE” yazısı olan şprisi könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu bildirdi ki, təqdim etdiyi 01 (bir) ədəd üzərində “GREENLİNE” yazısı olan şprisi adını bilmədiyi aptekdən və 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin isə limon duzu olduğunu bildirib, adını bilmədiyi marketdən aldığını, 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni isə 04 noyabr 2021-ci il tarixdə günorta vaxtlarında yaşadığı evin yaxınlığında taparaq öz istifadəsi üçün əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Təqsirləndirilən şəxs oğlunun könüllü təqdim etdiyi 01 (bir) ədəd üzərində “GREENLİNE” yazısı olan şpris, 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, siqaretin qızılı rəngli kağızına bükülmüş 02 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 6/4918 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində “...İştirak etdi Təqsirləndirilən şəxs (imza)....” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.296 qr., 0.217 qr., ümumi təmiz çəkisi 0.513 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, bir ədəd 2 mllik birdəfəlik şprisdə narkotik vasitə heroinə məxsus izlər vardır. Ekspertiza xərci 81,82 manat təşkil edir. “Diskə baxış keçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 02 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni və 01 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni və 01 (bir) ədəd üzərində “GREENLİNE” yazısı olan şprisi könüllü olaraq təqdim edir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 20 noyabr 2021-ci il tarixli, 4583 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum edilməmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin 08 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən axtarış zamanaı aşkar edilmiş təmiz çəkisi 0,513 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 2,012 qram olan limon turşusu və içərisində heroin izləri olan 01 (bir) ədəd şpris cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroinin aparılmış tədiqatlardan sonra qalıq qalmış 0,413 qram hissəsi, limon turşusunun 1,912 qram hissəsi və içərisində heroin izləri olan 1 ədəd şpris cinayət işinə əlavə edilməsi və saxlanılması üçün Nərimanov PRİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın nın İ siyahının 05-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik maddə heroinin təmiz çəkisi isə 0,513 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: Cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (04-06 noyabr 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalıq çəkisi, limon turşusu və bir ədəd şpris məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.11.2021-ci il tarixdən 06.11.2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 0,413 qram çəkidə narkotik maddə heroin, ümumi təmiz çəkisi 1,912 qram olan limon turşusu və içərisində heroin izləri olan 01 ədəd şpris məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 81,82 manat Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar