Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-135/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1974-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2a müvəqqəti yaşayan, barəsində xx.xx.2022-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib tanışına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alınması və onun adına sənədləşdirilməsinə dair yalandan vəd verərək 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən hissə-hissə olmaqla göndərilmiş ümumilikdə 2500 manat məbləğində pulu Bakı şəhəri, Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib X1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş sonuncuya məxsus 6312.80 manat məbləğində pulun alınmasına köməklik edəcəyinə dair yalandan vəd verməklə aldadaraq Kapital Bank “Xəzri” pul köçürməsi vasitəsi ilə öz adına xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 149 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, Unibank köçürmə vasitəsi ilə özünə məxsus olan ********** saylı mobil nömrə qeydiyyatı ilə xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 110 manat, Kapital Bank “Xəzri” pul köçürməsi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə 120 manat, xx.xx.2019-cu il tarixdə 65 manat, Unibank köçürmə vasitəsi ilə özünə məxsus olan ********** saylı mobil nömrə qeydiyyatı ilə xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il 50 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, Kapital Bank “Xəzri” pul köçürmə vasitəsi ilə xx.xx.2019cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-ciu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 120 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, Unibank köçürmə vasitəsi ilə özünə məxsus olan ********** saylı mobil nömrə qeydiyyatı ilə xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020-ci il tarixdə 45 manat, xx.xx.2020-ci il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 40 manat, xx.xx.2020ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 45 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 26 manat, xx.xx.2020-ci il tarixdə 20 manat, xx.xx.2020ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 60 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixdə 70 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 90 manat, xx.xx.2021-ci il tarixdə 45 manat, xx.xx.2021-ci il tarixdə 90 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021ci il tarixdə 40 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 40 manat göndərməsinə nail olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında yerləşdirilmiş Unibank ATM-dən məxaric edərək əldə edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5865 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə bazarında olarkən Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxt Aybənizi özünün idarə etdiyi avtomobil ilə sonuncunun Bakı şəhərində yaşayan qohumugilə gətirmişdir. Bundan sonra onların dostluq münasibətləri yaranmış və telefon vasitəsi ilə mütəmadi əlaqə saxlamışlar. Özü yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, sağ ayağının pəncəsində “qanqrena” adlanan xəstəlik əmələ gəlmiş və nəticədə əməliyyatla sağ ayağının pəncə hissəsi kəsilərək götürülmüşdür. Həmin dövrdə Aybənizlə telefon vasitəsi ilə qarşılıqlı əlaqələr saxlanılmış, Aybəniz onun səhhəti ilə maraqlanmış və mütəmadi olaraq onun müalicəsi üçün Unibank ödəmə terminalı vasitəsi ilə pullar göndərmiş, özü də ehtiyac olduqda bu barədə Aybənizə müraciət etmişdir. Aybənizin ona göndərdiyi məbləğlərin nə qədər olmasını hal-hazırda tam xatırlamır. Bundan başqa danışdıqları zaman Aybəniz ona Bilal adlı şəxsin Aybənizi İsrailə aparmaq adı ilə sonuncudan pullar aldığını, lakin hal-hazırda Bilal adlı şəxsi tapa bilmədiyini demiş və bu barədə ondan kömək istəmiş, Aybənizə Moskva şəhərində tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə Bilal adlı şəxsi tapmağa çalışacağını demişdir. Bu səbəbdən Moskva şəhərində olan bibisinin uşaqları ilə əlaqə saxlamış və qohumları ona bu işə baş qoşmamağı məsləhət görmüşdürlər. Özü də düşünərək qohumlarının məsləhətlərinə əməl etmişdir. Bundan sonra Aybəniz onunla əlaqə saxladıqda sonuncuya düzünü danışmamış, Aybənizə artıq təxminən 7000 manata yaxın borcu olmasını nəzərə alıb Bilalı axtarmaq niyyətində olmadığını dedikdə Aybənizin ona verdiyi pulları geri istəyəcəyini düşünmüşdür. Buna görə də vaxt qazanmaq üçün Aybənizə yalandan Yaqub adlı tanışının olduğunu, Yaqubun Bilalı tapdıqda onlara kömək edəcəyini, hətta Bilaldan artıq məbləğdə pul alınarsa, Aybənizə olan borcunun da ödəniləcəyini demiş, maddi vəziyyəti yaxşı olmadığı üçün belə fərziyyə uydurmuş, bu şəkildə vaxtı uzadaraq anasına məxsus evin satılması halında Aybənizə olan borcunu ödəməyi və bundan sonra Aybənizə həqiqəti danışmağı planlaşdırmışdır. Lakin evin sənədləri olmadığı üçün evi sata bilməmiş və müddət daha da uzanmağa başlamışdır. Aybənizə yalandan Yaqubun Bilalı tapdığını, Bilalın Aybənizdən aldığı pulları qaytarmaq üçün Yaqubdan vaxt tələb etdiyini, hətta sonuncunun “Tuncay” adlı restoranın sənədlərini girov qoyduğunu demiş və evin satılması üçün daha da vaxt qazanmağa çalışmış, ancaq hazırkı dövrə qədər evin sənədləri qaydasında olmadığı üçün evi sata bilməmişdir. Aybənizə Bilal adlı şəxsdən pulun alınması üçün verdiyi vəd yalandır, həmin vədi vermə səbəbinin Aybənizə olan borcunu ödəməsi üçün müddəti uzatmaq istəməsi olmuşdur, bir müddət sonra artıq Aybənizə yalan danışmamaq üçün Aybənizə Yaqub adlı şəxsin yoxa çıxdığını, sonuncunu onu tapa bilmədiyini demişdir. Aybənizlə danışıqlar zamanı Aybəniz ona əgər Yaquba verilən pulları qaytara bilmirsə, heç olmasa Bakı şəhərində torpaq alınmasına köməklik etməsini istəmiş, bu zaman. Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaqların qiymətini maraqlanmış və Aybənizə evi satdıqda borcunu nəğd şəkildə qaytaracağını və ya Maştağa qəsəbəsində torpaq sahəsi alıb verəcəyini demiş, ancaq Aybənizdən həmin şəxsə torpaq alınması üçün 2200 manat pul almamışdır. Ola bilsin ki, Aybəniz ona verdiyi pulların 2200 manat hissəsini torpaq alınması üçün nəzərdə tutmuşdur. Bilalın Aybənizdən aldığı pulların Yaqub adlı şəxs tərəfindən alınacağını bildirsə də, bu onun yalanı olmuş, belə bir şəxsi özü uydurmuşdur. Aybənizə Yaqub adlı şəxsin Bilalı tapdıqda özünün Aybənizə olan borcunu da Bilal adlı şəxsdən artıq pul almaqla ödəyəcəyini demişdir. Bu vasitə ilə Aybəniz onu təxminən 2 il gözləmişdir. Aybəniz pulları ona "xxxx" ödəmə terminalı vasitəsi ilə göndərirdi və pulu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus ATM aparatı vasitəsi ilə nağdlaşdırmışdır. Avtovağzalda kiminləsə Aybəniz ona pul göndərməmişdir. Avtovağzalda heç kimdən pul götürməmişdir. Aybəniz "xxxx" Xəzri köçürmə sistemi vasitəsilə pulları göndərmişdir və Bakı şəhərində qeyd edilən ünvanda nağdlaşdırmışdır. Bank vasitəsilə göndərilən məbləğin bir hissəsini qaytarmışdır, qısa müddət ərzində qalan digər hissəni də ödəməyə çalışacaqdır keçirdiyi yol nəqliyyat hadisəsindən sonra səhhəti ilə əlaqədar olaraq problemlər yaşayır, hal-hazırda sağ ayağının pəncəsi kəsilmişdir və ailəsinin nəzarətində yaşayır. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) X2 ifadəsində bildirmişdir ki, 2018-ci ilin sentyabr ayının xatırlamadığı günündə ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək ondan bacısı Səidənin mobil nömrəsini soruşmuş, bu zaman həmin şəxsdən kim olduğu barədə maraqlandıqda sonuncu ona 2007-2008-ci illərdə onu Bakı şəhərinə gələrkən qarşıladığını bildirmiş, özü isə həmin şəxsə bunu xatırlamadığını deyib sözügedən şəxslə sağollaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq hal-əhval tutduqda həmin şəxsə Bakı şəhərinə gəlməkdə olduğunu demiş və Vüqar ondan Bakıya çatdıqda əlaqə saxlamasını istəmişdir. Həmin şəxsin kimliyi və onu harada, necə tanıması ona maraqlı gəldiyi üçün 2019-cu ilin may ayında Bakı şəhərinə gəldikdə Vüqarla “28 May” metrostansiyası yaxınlığında görüşmüş, görüş zamanı Vüqarı xatırlamamış, lakin çox müddət keçdiyi üçün xatırlaya bilmədiyini düşünmüşdür. Bu səbəbdən Vüqara hörmətsizlik etmək istəməmiş, görüş zamanı Vüqar ona yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və ayağının çox pis vəziyyətdə olduğunu demişdir. Bundan sonra Vüqarla yalnız telefon vasitəsi ilə danışmışdır. Vüqar hər dəfə ona nə köməklik lazım olsa edə biləcəyini, əhatəsinin böyük olduğunu dediyi üçün “Bilal” adlı şəxs barəsində şikayət etməmişdən qabaq Vüqarla telefon danışığı zamanı Vüqar ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan torpaq sahəsinin sotunun 500 manatdan satılmaqda olduğunu demiş, həmin vaxt Vüqara “Bilal” adlı şəxsin onu aldadaraq pulunu ələ keçirməsi, həmin pulları geri alacağı təqdirdə torpaq sahəsini satın ala biləcəyini bildirmişdir. Bu zaman Vüqar bu işdə ona köməklik göstərəcəyini, “banditlərlə” həmin şəxsi tapıb pulu alacağını demiş, buna görə ondan pul istəmiş, bu işlə məşğul olacaq şəxslərin xərclərinin ödənilməli olduğunu demişdir. Bu səbəblə özü Tovuz şəhərində yerləşdirilmiş bank aparatlarından müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pulları Vüqara göndərmişdir, həmin ödənişlərin qəbzləri hal-hazırda özündədir və onları istintaq orqanına təqdim edəcəkdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhərinə işləyən avtobuslar və taksilər vasitəsi ilə də pullar göndərmiş, həmin pulları Vüqara Maştağa qəsəbəsində torpaq sahəsi alması məqsədi ilə göndərmişdir. Pulları göndərməsinin üzərindən təxminən 2 il müddət keçməsi səbəbi ilə həmin taksi və avtobusların sürücüləri və dövlət qeydiyyat nişanları barədə məlumat verə bilmir. O, hər dəfə Vüqardan işlə bağlı maraqlandıqda Vüqar ona həmin işlə kriminal aləmdə məhşur olan Yaqub alı şəxsin məşğul olduğunu, Bilalın tapıldığını, Yaqubun Bilalın əmisinin oğlu Bəhlul adlı şəxsdən sonuncuya məxsus “Tuncay” şadlıq sarayının sənədlərini götürdüyünü və Bilal pulları qaytardıqda sənədlərin də qaytarılacağını bildirmişdir. Vüqarın vəd verdiyi işin həll olunacağını düşündüyü üçün Vüqara inanmış, lakin ödədiyi pulların məbləğinin çoxalması, borclarının artması onu narahat etdiyinə görə artıq pul göndərmək istəməmişdir. Lakin Vüqar hər dəfə işin sonunun yaxınlaşdığını, pul göndərmədiyi təqdirdə işin yekunlaşmayacağını və buna görə də verdiyi pulların batacağını, belə olan halda artıq Vüqardan heçnə xahiş edə bilməyəcəyini demişdir. Bu zaman Vüqarın dediklərini nəzərə alıb işin tez bir zamanda qurtarması üçün pul göndərməyə davam etmişdir. Təqsirləndirilən şəxs sonuncunun tanışına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinin alınması və sənədləşmə işlərinin aparılması üçün ondan ümumilikdə 2500 manat pul almış, həmin pulun 1500 manatını 3 sot torpaq sahəsinin alınması üçün, digər 1000 manatı isə torpağın sənədləşdirilməsi məqsədi ilə vermiş, bu pulları hissə-hissə avtobus və taksi avtomobilləri vasitəsi ilə Bakı şəhərinə, yəni Vüqara göndərmişdir. Təqsirləndirilən şəxs “Bilal” adlı şəxsdən 6312.80 manat pulun alması üçün ümumilikdə 5825 manat pul vermiş, pulu verməsinə səbəb Vüqarın onu Yaqub adlı şəxsin “Bilal” adlı şəxsdən 6312.80 manatdan əlavə onun “Bilal”dan pulların geri alınması üçün verdiyi pul məbləğinin də “Bilal” adlı şəxsdən alınaraq ona qaytarılacağına inandırması olmuşdur. Bu səbəbdən Vüqara pulları ödəmiş, lakin daha sonra işlər alınmadığı üçün Vüqardan sonuncuya verdiyi pulları geri istəmişdir. Belə olan halda Vüqar ona iş alınmadığı təqdirdə tikilməkdə olan evini satıb ona dəymiş ziyanı artıqlaması ilə ödəyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq əməlləri nəticəsində ona ümumilikdə 8950 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Vüqara əlavə olaraq 1500 manat da pul vermişdir. Çünki bacısının qızı Nəzrinin şəkillərinin yayılması ilə bağlı onu təhdid etdiyi üçün ona əlavə də 1500 manat pul vermişdir. Eyni zamanda qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan qismən ödənilmiş, ümumilkdə 4500 manat məbləğində pul Təqsirləndirilən şəxs oğlu tərəfindən qaytarılmışdır. Qalan məbləğin ödənilməsini və bu barədə məhkəməyə təqdim etmiş olduğu mülki iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır və Aybənizlə normal münasibəti vardır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2019-cu ilin noyabr-dekabr aylarında Aybəniz onunla əlaqə saxlayıb müalicə və banka kredit ödənişi etmək üçün pul lazım olduğunu demişdir. Həmin vaxt təxminən 1-2 ay ərzində iki dəfəyə, birinci dəfə 500 (beş yüz), ikinci dəfə isə 1000 (min) manat borc pul olaraq Aybənizə vermişdir. Daha sonra Aybənizdən pulunu istədikdə Aybəniz ona Vüqar adlı şəxsin aldadaraq pulunu ələ keçirdiyini bildirmiş, bugünədək Aybəniz ondan aldığı borcu ödəməmişdir. Hər dəfə pulunu istədikdə Aybəniz ona Vüqar adlı şəxsin borclu olmasını bildirmiş, Aybənizə inanmadığı üçün sonuncudan Vüqar adlı şəxsin mobil nömrəsini öyrənib Vüqarla telefon əlaqəsi saxlamış, bu zaman həmin şəxs həqiqətən də Aybənizə borcu olduğunu, tezlikdə həmin borcu qaytaracağını bildirmişdir. Bundan sonra Vüqarla bir daha əlaqə saxlamamışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ərizə ilə Tovurz Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs oğlunun ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etməsini bildirmişdir. Məhkəmədə tədqiq edilən tolanmış “Toplanmış materialın aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sonuncu dəfə təqsirləndirlən şəxsə pul göndərdiyi ünvan ünvan 4 toplanmış material baxılması üçün ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmədə tədqiq edilən Cinayət işinin başlannasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 6(005)-73/2022 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfidən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 fevral 2022-ci il tarixli qərarı qanunuz hesab edilərək ləğv olunmuş və toplanmış material üzrə araşdırıma yenidəndavam etdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və 53 ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda və məbləğlərdə pullar ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə adı altında 3252 manat göndərilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin dayandırılması haqqında” 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı toplanmış sübutlar Təqsirləndirilən şəxs oğlunun qeyd olunan cinayət əmlini törətməsini ehtimal etməyə kifayət qədər əsas versə də onun yerini tapmaq mümkün olmadığından onun yeri tapılanadək cinayət işi dayandırılmışdır. Məhkəmədə tədqiq edilən “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə istintaqı davam etdirilmişdir. Məhkəmədə tədqiq edilən “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, həmin diskdə 10 ədəd səs yazısı mövcuddur və həmin səslər Təqsirləndirilən şəxs oğlu tərəfindən Zərərçəkmiş şəxs whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərilmişdir. Əşyanın götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və Kapital Banka ünvanlanmış sorğuya əsasən həmin tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə ümumilikdə 266 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cü il tarix aralağında Təqsirləndirilən şəxs oğluna göndərmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindn Zərərçəkmiş şəxs göndərilmiş səs yazılarının olduğu 01 ədəd DVD disk, həmçinin "xxxx" ASC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs oğluna aid fotoşəkillərin olduğu 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məklumluğu olmuşdur. “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2022-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində saxlanılmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə” dair 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsidə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi ərizənin surətindən görünür ki, ona vurulmuş 8365 manat puldan 2000 manatı Təqsirləndirilən şəxs oğlu tərəfindən ödənilmişdir. 6365 manat pul ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs təqdim etdiyi ərizənin surətindən görünür ki, 2500 manat pul Təqsirləndirilən şəxs oğlu tərəfindən ödənilmişdir. Ona 3865 manat pul ödənilməmiş qalmışdır. Təqisirləndirilən şəxs tərərfindən təqdim edilmiş xəstəxana çıxarışlarından görünür ki, onun sağ ayağının pəncəsi kəsilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsdən aldığı pullar müqabilində ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin alınması və onun adına sənədləşdirilməsina dair vədi, həmçinin Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib X1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş sonuncuya məxsus 6312.80 manat məbləğində pulun alınmasına köməklik edəcəyinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxsdən ittiham olunan məbləğdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və görmək niyyətində olmadığı istintaq materialları ilə yanaşı, həmçinin, müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan səs yazmaları və digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs oğlunun əməlini düzgün olaraq Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun ifadəsində məbləğlə razılaşmaması, zərərçəkmiş şəxs tərəfindən yalnız bank hesabından göndərilən pullar olduğunu, avtovağzaldan heç kimdən pul götürmədiyi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadə verərəkən heç bir təzyiq və təhdid altında olmaması, məhkəmədə tədqiq edilmiş səs yazıları, habelə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, ayaqlarının qanqren olması ilə bağlı səhhətində ciddi problemlər olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, və iş üzrə ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən iş materialarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu ümumilikdə Zərərçəkmiş şəxs 8365 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin vurmuş olduğu maddi ziyanın 4500 manatını zərərçəkmiş şəxsə geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan ödənilməmiş qalan hissəsi onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, maddi ziyana görə zərərçəkmiş Zərərçəkmiş şəxs 3865 manat, həmçinin dövlət rüsumu üçün ödənilməmiş 150 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 3865 manat məbləğində pulun və 150 manat dövlət rüsumunun, ümumilikdə 4.015 manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs oğlu tərəfindn Zərərçəkmiş şəxs göndərilmiş səs yazılarının olduğu 01 ədəd DVD disk, həmçinin "xxxx" ASC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs oğluna aid fotoşəkillərin olduğu 01 ədəd DVD disk iş cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-135/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-135/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver