Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-135/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 və X8 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 və X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X5 CM-in 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, 2017-ci ildən özünü güya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili olmayan, heç bir xüsusi icazəsi (lisenziyası) olmayan X9 müxtəlif sosial şəbəkələrdə bizə məxsus uğurlu estetik nəticələri əks etdirən foto-şəkilləri mənimsəmiş və öz “instaqram" sosial platformasındaki durumdan (profildən) paylaşmağa başlamışdır. Buna cavab olaraq ona bu hərəkətləri dayandırılmasına və gələcəkdə də təkrarlanmaması barədə şifahi məlumat vermiş, lakin həmin şəxs tərəfindən etikadan kənar, təhqiramiz sözləri onların ünvanına yağdırmış, hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayım açaraq orda da davam etdirmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə (sədrlik edən hakimi cənab Elnur Nuriyev) 2(007)-279/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, X5 üzərinə X6, X2 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə X3 və X1 üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin eyni davranışlar X10ma qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi X6 və X2 xeyrinə 10000 (on min)manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmuşdur.Yuxarıda qeyd olunan və qüvvədə olan qətnaməyə baxmayaraq, X9 yenidən xx.xx.2023-cü il tarixdə özünə məxsus və instaqram sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında yenidən bizi və Klinikanın ünvanına təhqiramiz post paylaşmışdır və şərh hissəsində bizi təhqir etmək üçün şərait yaratmışdır. Məlum paylaşım məhkəməyə CD disk vasitəsi ilə təqdim edilir. Həmin profildə qeyd edilmişdir ki: “Fikirlərinizi əsirgəlməyin, Bumeranq, Hərkəs bilməlidiki bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəçək insan, belkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi , onlardan biridə mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç , əminəm ki pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fesadları, saxta”. Məlum paylaşımda isə X6 foto-şəkili, Klinikanın “Neapol” filialının həkimi Natavan xanım Əmirovanm şəklini, həmçinin Klinikaya məxsus olan “X16” loqosunu paylaşmışdır. Yuxarıda paylaşımda qeyd olunan sözlər, böhtandır, yeni yalan olduğunu bilə-bilə bizim şərəf və ləyaqətimizi ləkələyən, nüfuzdan salan paylaşımları kütləvi informasiya vasitəsində yaymışdır, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan etmişdır. Belə ki, bizi rüşvət vermədə və ya hansısa yollar ilə kimlərisə susdurmaqda ağır ittiham etməklə böhtan etmişdir. X7 və X8 vəkili və nümayəndəsi Müdafiəçi ərizə ilə müraciət edərək hazırkı xüsusi ittiham qaydasında şikayət digər hakimin icraatında da olması səbəbilə baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxslərin vəkili və nümayəndəsinin müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir; Həmin Qərarın 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-in 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəməyə göndərdiyi elektron müraciəti nəzərə alaraq, eləcə də hazırda Nərimanov Rayon Məhkəməsində eyni tərəflər və eyni məzmun üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin digər hakiminin icraatında baxıldığından məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 və X8 xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-135/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-135/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver