Məhkəmə qərarları › İş №1(005)-136/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-136/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-136/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1971-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi, barmen qismində işə götürməklə həmin klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan gecə saat 04.00 radələrinə qədər sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli, 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sədləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 16 yanvar 2021-ci il tarixli, 09 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sədləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərannın və Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli, 220 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba baxış keçirilmiş, baxış zamanı həmin klubun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi, barmen qismində işə götürməklə həmin klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan gecə saat 04.00 radələrinə qədər sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli, 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sədləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 16 yanvar 2021-ci il tarixli, 09 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sədləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərannın və Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli, 220 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən «İnfiniti Pub» adlı kluba baxış keçirilmiş, baxış zamanı həmin klubun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun ittihamda göstərilən “İnfiniti pub” adlı klubla heç bir hüquqi bağlılığı olmamış, ona qarşı irəli sürülmüş ittiham əsassızdır. Belə ki, həmin klub ümumiyyətlə onun adına olmamış, həmin obyektin idarə edilməsi ilə hər hansı bağlılığı yoxdur. Başqa sözlə, o, həmin obyektdə hər hansı vəzifə tutmamış, işə götürmək və ya əmək haqqı ödəmək kimi vəzifələri olmamış, həmin obyektə yalnız Jamal Safayın dostu kimi gəlmişdir. Həmin obyekt Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun fəaliyyət göstərmiş, saat 00.00-dan sonra fəaliyyət göstərməmiş, müştərilərə qəlyan verilməmişdir. Lakin bəzi hallarda müştəri də sifariş etdiyi içkilərin pullarını gec ödəmiş, ona görə də onlar bir qədər gözləməli olmuşlar. Həmçinin, bəzi hallarda tur rəhbərləri qonaqları öz məkanlarına yerləşdirdikdən sonra geri qayıdaraq ödəniş etdikləri üçün gec saatlara təsadüf etmişdir. Sonda Təqsirləndirilən şəxs1 barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, işlədiyi “İnfiniti pub” adlı kuluba birdən çox şəriklər və onların nümayəndələri rəhbərlik etmişdir. Lakin kassa aparatlarının qeydiyyatı ücün və bank əməliyyatlarının aparilması üçün rəsmi firma və ona rəhbərlik edecək şəxs lazım idi. O da fəaliyyət göstərdiyi iş yerində hər kəsin sevgisini, rəğbətini və etibarinı qazanmışdır. Bu səbəbdən ən etibarlı insan kimi onu rəhbər kimi irəli sürmüşlər. “İnfiniti pub” adlı klubda mühafizəçilərin rəisi, barmenlərə nəzarət, anbar müdiri, administratorlar və s. kimi 10 yaxın müdir vəzifələrində çalışanlar olub. O da həmin müdirlərdən biri kimi əsas vəzifəsi adminstratorlara nəzarət olmuşdur. Onun əsas idarə etmə işlərinə qarışma səlahiyyəti olmamışdır. Obyektin nə zaman açılıbbağlanması, kimi işə götürub-götürməməsi və s. kimi mühüm məsələr həmin şəriklər tərəfindən idarə olunurdu. Həmçinin, digər işçilər kimi o da hər axşam kassadan 10 AZN yol pulu kimi məvacib götürmüşdür. Bundan əlavə əgər icarə müqaviləsində 2338,7 kv/m qeyri yaşayış sahəsini 800 manata ona icarəyə verilməsi göstərilmişdir. Bu da ona əsas verir ki, 6 mərtəbəli bir obyektin icarəsi bu qiymətə uyğun deyildir. Müqavilənin formal olmasına digər bir sübut odur ki, müqavilədə qarşı tərəfin şəkili var, ama onun təsviri yoxdur. Həmçinin qeyd edir ki, həmin obyekt Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun fəaliyyət göstərmiş, saat 00.00-dan sonra fəaliyyət göstərməmiş, müştərilərə qəlyan verilməmişdir. Gec saatlarda verilmiş çeklərin olması ilə bağlı bildirmişdir ki, həmin obyektin əsas müştəriləri kimi xarici vətəndaşlar üstünlük təşkil edib. Bəzi hallarda tur rəhbərləri qonaqları öz məkanlarına yerləşdirdikdən sonra geri qayıdaraq ödəniş etdikləri üçün gec saatlara təsadüf etmişdir. Sonda Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzaların təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatlarında Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 133 ünvanında yerləşən «İnfiniti Pub» adlı klubda karantin rejiminin pozulması barədə məlumat daxil olmuş, məlumat əsasında 02 avqust 2021-ci il tarixdə həmin kluba baxış keçirilmiş, baxış zamanı klubda xeyli sayda insanların olması müəyyən edilmiş, həmin şəxslərin «İnfıniti Pub» klubunda işləyən xidmətçi, barmen, mühafizəçi və sair şəxslər olması müəyyən edilmişdir. Baxış zamanı klubdan aşkar edilmiş kassa çeklərində müştərilərə gecə saat 12.00-dan sonra, məsələn gecə saat 02 radələrində, 03 radələrində xidmət göstərilməsi müəyyən edilmiş, həmin kassa çekləri araşdırma üçün zəruri olduğundan götürülmüş, eyni zamanda klubda 3 ədəd qəlyan avadanlığının olması müəyyən edilmiş və həmin qəlyan avadanlıqları götürülmüşdür. Eyni zamanda klubun kassasında 14.000 manat pul vəsaiti aşkar edilmiş, həmin pul vəsaitinin karantin rejimi qaydalarını pozmaqla əldə edilmiş pul vəsaitləri olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, «İnfiniti Pub» adlı klubda mühafizəçi işləmiş, onu işə Nasir və Samiq götürmüş, gündəlik olaraq ona 15 manat maaş verilmişdir. O, axşam saat 18.00-də işə gəlmiş, gecə saat 02.00-da isə işdən çıxmış, klubun fəaliyyəti hər gün saat 21.00-da başlamış, müştərilər də elə həmin saatlarda kluba daxil olmuşlar. Amma saat 24.00-da kluba müştərilərin girişi dayandınlmış, saat 24.00-dək gəlmiş müştərilər isə klubun içərisində olmuşlar və gecə saat 03.00, 04.00-dək əylənmişlər. Onun işi mühafizə funksiyasını həyata keçirmək olmuş, klubda olan müştərilər arasında dava-dalaş çıxmaması üçün tədbirlər görmüşdür. O, hər gün saat 18 radələrində işə gəlmiş, gecə saatlarında, saat 02.00-də işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid6, Şahid11, Şahid4, Şahid5, Şahid8, Şahid14, Şahid12, Şahid13 və Şahid15 oğlu digər şahid X15 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid7, X3 və X29 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid7, X3 və X29 oğlunun ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 10-11-ci vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş məliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili Şahid2, baş məliyyat müvəkkili Şahid3, hal şahidləri X23 və X7 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, daxil olmuş əməliyyat məlumatlarında ünvan 4 ünvanında yerləşən «İnfiniti Pub» adlı klubda karantin rejiminin pozulması barədə məlumat daxil olmuşdur. Həmin məlumat baş idarə rəhbərliyinə məruzə edilmiş, daxil olmuş həmin məlumat əsasında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə icazə verilmişdir. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, daha sonra əməliyyat qrupunun üzvləri müəyyən edilmişdir. 02 avqust 2021-ci il tarixdə saat 23.00 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin məkana yollanmışlar. Saat 23.20 radələrində qeyd edilən klubun qarşısına gəlmişlər. Kluba yaxınlaşmış və orada onları Şahid15 oğlu qarşılamışdır, Nicat bildirmişdir ki, o həmin klubda qeyri-rəsmi olaraq inzibatçı və mühafizəçi kimi işləyir. Şahid15 bildirmişdir ki, klubun sahibləri, yəni klubu idarə edən şəxslər Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2dur. Şahid15 kluba baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı klubda xeyli sayda insanların olması müəyyən edilmiş, həmin şəxslərin «İnfiniti Pub» klubunda işləyən xidmətçi, barmen, mühafizəçi və sair işlərdə işləmələri müəyyən edilmişdir. Baxış zamanı klubda xeyli sayda kassa çekləri aşkar edilmişdir, həmin kassa çəklərində müştərilərə gecə saat 00.00-dan sonra xidmət göstərilməsi göstərilmişdir, eyni zamanda klubda 3 ədəd qəlyan avadanlığının olması müəyyən edilmiş və həmin qəlyan avadanlıqları götürülmüş, həmçinin klubun kassasında 14.000 manat pul vəsaiti aşkar edilmiş, həmin pul vəsaitinin karantin rejimi qaydalarını pozmaqla əldə edilmiş pul vəsaitləri olması müəyyən olunmuşdur. Cinayət işinin İ cildinin 14-17-ci vərəqələrində olan “İnfiniti pub” (VÖEN: **********) adlı obyektə məxsus, 15.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixləri əhatə edən kassa qəbzlərindən görünür ki, müxtəlif tarixlərdə “İnfiniti pub” adlı obyektə nağd və kart vasitəsilə olmaqla saat 00:00-dan sonra da ödənişlər edilmişdir. Cinayət işinin İ cildinin 18-ci vərəqində olan 10.06.2021-ci il tarixli notariat qaydada bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən X5 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 2338.7 kv/m olan qeyri yaşayış binasının ona məxsus olan hissəsini X36 Nasserə icarəyə vermişdir. Cinayət işinin İ cildinin 96-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 111-ci vərəqində olan “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X24 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi və özünün istifadəsində olan bir ədəd “İ Phone” markalı mobil telefonu götürmüşdür. Cinayət işinin İ cildinin 126-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 199-201-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 4(005)-755/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 210-212-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 4(005)-756/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 221-222-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X24, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi “İ phone” markalı mobil telefona baxış keçirdim. Mobil telefonun «Whatsapp» ani mesajlaşma mübadilə proqramına baxış zamanı iş üzrə əhəmiyyətli olan aşağıdakı xüsusatlar müəyyən edildi: 077 *** ** ** nömrəli, adı «llaaaale» kimi qeyd olunmuş abonent Təqsirləndirilən şəxs1 «salam melim Allah köməyiniz olsun», «çox pis oldum xəbərlərdə gördüm», «Allah mərdimazara lənət eləsin» məzmunlu mesajlar göndərmişdir. 055 *** ** ** nömrəli, adı «Kinder» kimi qeyd olunmuş abonent Təqsirləndirilən şəxs1 «salam mudur, necesiz?, narahat etmək istəmirdim Sizi, Allah komeyiniz olsun, tez bir zamanda ishinize qayıdasınız» məzmunlu mesaj yazmışdır. 050 *** ** ** nömrəli, adı «Lela Sarl» kimi qeyd olunmuş abonent Təqsirləndirilən şəxs1 «salam Samiq necəsən, kefin, əhvalın necədi, Samiq eşitdim infinitini vurublar, vəziyyət yaxşıdı?» məzmunlu səsli mesaj göndərmişdir. 077 *** ** ** nömrəli, adı «Terxan.Dosdum» kimi qeyd edilmiş abonent «qardaş, axşamın xeyir, necəsən, nə var, nə yox, kefin halın, salamatçılıqdı? Adam gətirdim bayaq gördüm bağlıdı, nə məsələdi, salamatçılıqdı qardaş? Niyə bağlamısan bə, nəsə olub qardaş? Nə lazımdı denən mən də qardaşın nə lazımdı gəlim eliyim, nə bilim köməy lazımdı harasa lazımdı gəlim gedək, yəni qulluğundayam da, Samiq, biz qardaşıq, gördüm bağlıdı qardaş, o dəqiqə səni yığdım, dedim görüm niyə bağlıdı, salamatçılıqdı belə?» məzmunlu səsli mesaj göndərmişdir. 070 *** ** ** nömrəli, adı «Ramin Axran» kimi qeyd edilmiş abonent Təqsirləndirilən şəxs1 «Salam Samik emi necesiz indi gördüm infinitini cekib tiktokda paylaşıblar» məzmunlu mesaj göndərmişdir.» 055 *** ** ** nömrəli, adı «Samir Cicey 1033» kimi qeyd olunmuş abonent Təqsirləndirilən şəxs1 «Samiq müəllim, bağışlayın narahat edirəm, bayaq imkan olmadı, tələsik səs atdım da sizə, siz yəni deməyim belə pis çıxmasın, siz onu bir dənə araşdırın, jurnalisti tapın, ona pul verilib, o ora gəlib, yoxsa, bir jurnalistin o qədər pulu ola biləz gəlsin İnfinitidə 150 manat xərcləsin, ora şey eləsin, nədi nədi bir dənə kadr çəkəcək, ona pul verib ora göndəriblər, ora, siz onu bizdən yaxşı bilirsiniz bilirsiniz də necə eləmək lazımdı, siz onu araşdırın, görəssiz onun arxasında kimsə dayanıb» məzmunlu səsli mesaj göndərmişdir. Cinayət işinin İİ cildinin 88-90-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Xaçmaz Rayon Məhkəməsinin 23.12.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 263.1 və 264-cü maddələri ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cildinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 94-cü vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Cinayət işinin İİ cildinin 95-ci vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Cinayət işinin İİ cildinin 97-ci vərəqində olan Bakı Nikah Evi tərəfindən 23 yanvar 2009-cu ildə verilmiş AZ-İ seriyalı 468857 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X8 arasında bağlanmış nikah 23 yanvar 2009-cu ildə qeydə alınmışdır. Cinayət işinin İİ cildinin 98-100-cü vərəqələrində olan AZE seriyalı 10429401 nömrəli, AZE seriyalı 10429402 nömrəli şəxsiyyət vəsiqələrinin və AZ-İV seriyalı 677406 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı övladları vardır. Cinayət işinin İİ cildinin 102-103-cü vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsindən həmin Məcəllənin 139-1.1 və 308.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 120-127-ci vərəqələrində olan “Əmək müqaviləsinin bağlanması” ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X3, Şahid12, Şahid15 oğlu, Şahid17, Şahid14, Şahid6 və Şahid7 olmaqla, ümumilikdə 7 şəxslə Təqsirləndirilən şəxs2 arasında əmək müqaviləsi bağlanmış və işəgötürən qismində Təqsirləndirilən şəxs2 olmaqla müxtəlif vəzifələrə işə qəbul edilmişlər. Cinayət işinin 129-135-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbiri zamanı “İnfiniti Pub” klubundan aşkar edilmiş kassa çeklərinin, 3 ədəd qəlyan avadanlıqlarının, Təqsirləndirilən şəxs1 məxsus olan “İ Phone” markalı mobil telefonun və 14.000 manat pul vəsaitinin maddi sübut hesab edilməsi, kassa çeklərinin cinayət işinin materiallarında saxlanılması, qəlyan avadanlıqları, mobil telefon və 14.000 manat pul vəsaitinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 04.07.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 977401 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 04.12.2010-cu ildə Bakı şəhərində anadan olmuş X6 atası Təqsirləndirilən şəxs1, anası X4r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 14.09.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 834552 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 23.02.2012-ci ildə Bakı şəhərində anadan olmuş X9 atası Təqsirləndirilən şəxs1, anası X4r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 09.02.2013-cü il tarixdə verilmiş AZ- İİİ seriyalı, 047185 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 15.01.2013-cü ildə Bakı şəhərində anadan olmuş X11 atası Təqsirləndirilən şəxs1, anası X12r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 29.11.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 037741 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 13.11.2017-ci ildə Bakı şəhərində anadan olmuş X10 atası Təqsirləndirilən şəxs1, anası X2r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Sumqayıt Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 17.06.2019cu il tarixdə verilmiş AZ-İV seriyalı, 300247 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 17.05.2019-cu ildə Bakı şəhərində anadan olmuş X13 atası Təqsirləndirilən şəxs1, anası X2r. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaradan hərəkətlərin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: -hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın törətdiyi əməlləri etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan və 2 (iki) azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alaraq, təqsirləndirilən şəxslərin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir, təqsirləndirilən şəxslərə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə eyni zamanda xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşı X8 ilə rəsmi nikahdadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əcnəbi vətəndaş olsa da və bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.2.2-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – “İnfiniti Pub” klubundan götürülmüş kassa çekləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində götürülmüş 03 ədəd qəlyan avadanlığı dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Məhkəmə bununla bağlı mövqeyini onunla əsaslandırır ki, hər hansı əmlakın cinayət yolu ilə əldə olunmuş pul vəsaiti hesab edilməsi və ona münasibətdə xüsusi müsadirə tətbiq edilməsi üçün ilk növbədə həmin vəsaitlərin məhz cinayətkar fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi sübut olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına əsasən əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır. Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarı) Məhkəmə, 14.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 qaytarılmasına dair mövqeyini onunla əsaslandırır ki, həmin pul vəsaitləri özlüyündə təqsirləndirilən şəxslərin cinayətkar fəaliyyətini təsdiq edən maddi sübut olsa da, iş üzrə materiallardan həmin pul vəsaitlərinin hansı hissəsinin xüsusi karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərə dair müəyyən olunmuş qaydaları pozmaqla əldə edildiyini müəyyən etmək mümkün deyil. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “İ Phone” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı isə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – “İnfiniti Pub” klubundan götürülmüş kassa çekləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 03 ədəd qəlyan avadanlığı dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “İ Phone” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar