Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-136/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oglunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 övladı olan, əvvəllər məhkum olunmamış "xxxx" məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 318-1.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 318-1.2.2, 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittihama əsasən o, bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Belə ki, o, 01 avqust 2016-cı il tarixdən "xxxx" məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsində işlədiyi dövrdə, 2022-ci ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə həmin cəmiyyətin direktoru Şahid2 doğma bacısı övladı Şahid1 “şengen” zonasına daxil olan Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza almaq üçün Şahid1 işləməklə yüksək əmək haqqı alması görüntüsünü yaradan iş yerindən arayışın tələb edildiyini ona bildirməsindən sonra Cəmiyyətlə Şahid1 arasında rəsmi olaraq əmək müqaviləsi olmadığı halda sonuncunun guya xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləməklə aylıq 2000 manat əmək haqqı almasına və Litva səfirliyinə təqdim edilməsinə dair hüquq verən rəsmi sənəd olan 28 iyun 2022-ci il tarixli iş yeri haqqında bilə-bilə yalan məlumatlar daxil etdiyi arayışı 2022-ci ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən ofisində rəhbərliyi altında işlədiyi şəxsin qohumlarına qayğı ilə yanaşmaq, bununla da özünü icraçı şəxs kimi göstərmək kimi şəxsi niyyətlə kompüter vasitəsilə Cəmiyyətin direktoru Şahid2 adından sonuncunun xəbəri olmadan qanunsuz hazırlayıb çap etməklə Şahid2 adından həmin arayışı imzalayaraq ona etibar edilmiş Cəmiyyətin möhürü ilə təsdiq etməklə saxtalaşdırıb həmin gün Cəmiyyətin ofisində Şahid1 vermiş, Şahid1 həmin saxta rəsmi sənədi 2022-ci ilin iyul ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Litva Respublikasının ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edərək həmin saxta rəsmi sənəd əsasında xx.xx.2022-ci il tarixdə həmin səfirlik tərəfindən öz adına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 8 günlük ********* nömrəli şengen vizası almasına, 2022-ci ilin iyul ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə həmin saxta sənədi Litva səfirliyinə təqdim edib istifadə edilməsinə və xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə həmin viza əsasında xx.xx.2022-ci il tarixdə İstanbul-Riqa aviareysi ilə Latviya Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə şəxsi niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış, bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş və vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o "xxxx" MMC-də mühasib işləyir. Həmin Cəmiyyəti X3, Şahid2 və X7 birlikdə təsis etmişlər. Cəmiyyətin qanuni təmsilçisi Şahid2dur. Şaiq Qurbanov onun qayınatasıdır. Cəmiyyətin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədar olmaqla Cəmiyyətə məxsus olan meyvə bağlarında müxtəlif növ meyvələrin yetişdirilməsi və satışından ibarətdir. Şahid1 Cəmiyyətin direktoru Şahid2 doğma bacısı oğludur. Şahid1 Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada “Fruitgarden" MMC-nin Azərbaycanda istehsal etdiyi meyvələrin satışını həyata keçirir. Elrad Cəmiyyətin direktoru olan dayısı Şahid2 icazə aldığını fikriləşdiyindən ona həmin dediyi arayışı vermişdir. O, mühasib xəzinədar olaraq etibarnamə əsasında cəmiyyətin bütün işlərini həyata keçirir. Onun cəmiyyətin paylarını belə satmaq ixtiyarı var. O, Eldara arayış verən zaman onu öz işçiləri kimi onlarda işləməsini zənn edirdi. Elradın əmək haqqını özü yüksək yazmışdır. Elradın Latviyaya getməyini bilirdi. Elrada arayış verən zaman Azər müəllimin xəbərinin olduğunu zənn edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci ildən hazıradək Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayır, Lənkəran rayonunda qeydiyyatdadır, Rusiya bazarında meyvə-tərəvəz satışı ilə məşqul olur. "xxxx" MMC-ni 2016-cı ildə dayıları Şaiq və Şahid2lar, eləcə də onların dostu Anar Novruzov təsis etmişlər, Cəmiyyətin direktoru dayısı Şahid2dur. 2016-cı ildən etibarən Rusiya Federasiyasının Sankt Peterburq şəhərində dayısı Şahid2 direktoru olduğu "xxxx" MMC-nin Azərbaycandan göndərdikləri meyvələrin satışını təşkil edir. 2022-ci ilin iyun ayının əvvəlində dayısı oğlu X5, dostu Mirkəramət Səlifli ilə birlikdə Avropa ölkələrinə gəzməyə getmək istəmişdir. Elmirlə Kəramət onlara viza almağa köməklik edən şəxslə danışdıqdan sonra ona da viza almağa köməklik edib Litva Respublikasının Azərbaycandakı səfirliyindən turist vizası ala biləcəyini demişlər. Elmirgil şengen vizası almaq üçün onun Azərbaycanda rəsmi olaraq işləməyini təsdiq edən iş yerindən arayış sənədi və bank hesabında pul olmasına dair sənəd lazım olduğunu söylədikdə həmin sənədi "xxxx" MMC-dən rahat şəkildə əldə edə biləcəyini düşünmüşdür. Cəmiyyətin mühasibi Təqsirləndirilən şəxs şengen vizası almaq məqsədilə Litvanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü ona “Fruitgarden" MMC-də işləməyinə dair iş yerindən arayış sənədi verməsini xahiş etmişdir. Vüsal ona 2000 manat əmək haqqı almağına dair iş yeri haqqında arayış tərtib edərək çap etmişdir. O, özünü "xxxx" MMC-nin rəsmi işçisi kimi bilmişdir. Şirkətin rəhbəri onun dayısı Şahid2 olmuşdur. O, arayışı alan zaman dayısı işi ilə əlaqədar rayonda olmuşdur. Onun Vüsal ilə münasibəti yaxşı olduğundan arayışla bağlı dayısına yox Vüsala müraciət etmişdir. O, 2020-ci ildən rəsmi olaraq adının işçi kimi "xxxx" MMC-də getdiyini zənn edirdi. Həmin sənədləri almaqda məqsədi Litvaya getmək olmuşdur. Dayısı Şahid2 Vüsala etibarnamə verdiyindən məlumatı olmuşdur. Viza almaqda məqsədi Avropa ölkələrinə gəzməyə getmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2016cı ildə "xxxx" MMC-ni doğma qardaşı X7 və dostu X3 birlikdə təsis etmişdir. O, Cəmiyyətin qanuni təmsilçisi, yəni direktorudur. Cəmiyətin hüquqi ünvanı Lənkəran rayonu, Şağlaser kəndindədir, faktiki olaraq Cəmiyyətin ünvan 5 ünvanda yerləşir. Cəmiyyətin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır. Cəmiyyətə məxsus olan əsasən Qusar və Lənkəran rayonlarında yerləşən meyvə bağlarında 50-dən çox növdə meyvələrin yetişdirilməsi, qablaşdırılması və satışı ilə məşqul olur. Cəmiyyətin təxminən 24 nəfər rəsmi işçisi, 16 nəfər isə mövsümi işçisi vardır. Cəmiyyətin fəaliyyətinə faktiki olaraq o, nəzarət edir, qardaşı Şaiq Qurbanov həmçinin Cəmiyyətin direktor müavinidir. Şahid1 onun doğma bacısının oğludur. Elrad Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada meyvələrin anbara yığılmasına və satışına nəzarət edir. Lakin, Şahid1 rəsmi olaraq Cəmiyyətin işçisi deyildir. Böyük oğlu Miramin Cəmiyyətin rəsmi tədarükçsü, Təqsirləndirilən şəxs isə Cəmiyyətin mühasibidir. Vüsal həmçinin qardaşı Şaiqin kürəkənidir. Cəmiyyətin möhürü Bakıdakı ofisdə saxlanılır, özü mütəmadi olaraq Qusar və Lənkəran rayonlarındakı meyvə bağlarında olduğu üçün möhürü mühasib Vüsala vermişdir. Təqsirləndirilən şəxs bacısı oğlu Şahid1 viza almağa nail olmaqdan ötrü sonuncunun guya "xxxx" MMC-də işləməsinə dair saxta arayış hazırlayıb verməsindən xəbəri olmamışdır. Bu barədə istintaqa dəvət edilərkən Təqsirləndirilən şəxs xəbər tutmuşdur. Nə Təqsirləndirilən şəxs, nə də ki Şahid1 ona bu arayış barədə əvvəlcədən məlumat verməmişlər. Sonradan ona məlum olmuşdur ki, Şahid1 həmin sənəd əsasında Litvanın Azərbaycandakı səfirliyindən viza alaraq qardaşı oğlu Elmir Qurbanovla birlikdə Avropaya səfər etmişdir. Viza almağa köməklik etmək üçün Elrad və Elmirin kimə və nə qədər pul verdiklərindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Fruitgarden” MMC-ni atası Şahid2 doğma əmisı X7 və dostları X3 birlikdə təsis ediblər, Cəmiyyətin qanuni təmsilçisi, yəni direktoru atası Şahid2dur. O təxminən 2018-ci ildən hazıradək "xxxx" 5-də tədarükçü vəzifəsində işləyir. O məhsul yığımı zamanı cəmiyyətə məxsus olan əsasən Qusar və Lənkəran rayonlarında yerləşən meyvə bağlarında olur, digər vatxlarda isə Bakıdakı ofisə gedib gəlir. Şahid1 onun doğma bibisi oğludur, Elrad Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada meyvələrin anbara yığılmasına və satışına nəzarət edir. Lakin Şahid1 rəsmi olaraq "xxxx" MMC-nin işçisi deyildir. Təqsirləndirilən şəxs isə "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Cəmiyyətin möhürü Bakıdakı ofisdə saxlanılır, möhür demək olar ki, mühasib Təqsirləndirilən şəxs olur. Təxminən 2022-ci ilin iyun ayının ortalarında şəxsi işləri ilə bağlı Bakı- Naxçıvan aviareysi ilə Naxçıvan MR-na, oradan Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, təxminən iyul ayının əvvəlində Bakı şəhərinə qayıtmışdır. O Türkiyədə olarkən ona məlum olmuşdur ki, bibisi oğlu Elrad və əmisi oğlu Elmir Qurbanov, dostları Mirkəramət Səlifli ilə birlikdə gəzmək üçün Avropa ölkələrinə gəzməyə getməyə hazırlaşırlar. Həmin vaxt mühasib Təqsirləndirilən şəxs bibisi oğlu Şahid1 viza almağa nail olmaqdan ötrü Elradın guya "xxxx" MMCdə rəsmi olaraq işləməsinə saxta arayış hazırlayıb verməsindən onun xəbəri olmamışdır. Bu barədə o istintaqa dəvət edilərkən Təqsirləndirilən şəxs xəbər tutmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 ona bu arayış barədə əvvəlcədən məlumat verməmişlər. Elradgilin vizaları necə və kimin vasitəsilə alması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının 20 dekabr 2022-ci il tarixli 5/1615-4/1860 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli arayışın blankı və üzərində olan imza, möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir. xx.xx.2022-ci il tarixli arayışın üzərində olan "Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti FRUİTGARDEN" məzmunlu möhür əksinin təsviri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. "xxxx" MMC-nin adından olan 28 iyun 2022-ci il tarixli arayışın fotosurətində "Director Gurbanov A." qrafasında əks olunmuş imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 200 manat təşkil edir. Mobil telefona əlavə baxış keçirilməsi yerinə baxış keçirilməsi haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş X4 məxsus olan bir ədəd “Huawei” markalı mobil telefona əlavə baxış zamanı mobil telefonun “Qalareya” bölməsində olan fotoşəkillərə baxış keçirilərkən həmin bölmədə məzmunu ingilis dilində olan, Şahid1 "xxxx" MMC-də işləməklə aylıq 2000 AZN əmək haqqı almasına dair xx.xx.2022-ci il tarixli arayışın fotoşəkili aşkar edildi. Arayışın məzmunundan görünür ki, arayış Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməsi üçün hazırlanmışdır, arayışda “Director A.Gurbanov” sözlərinin qarşısında imza və üzərində “FRUİTGARDEN Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri olan dairəvi möhür əksi vardır. Həmin arayış iş üzrə əhəmiyyət kəsb etdiyi üçün rəngli printer vasitəsilə çap edilib iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli **********1 nömrəli məktubdan görünür ki, Şahid1 adına "Əmək və Məşğulluq" altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində ********** VÖEN ilə, hüquqi ünvanı Lənkəran rayonu, Şağlaser kəndi, qanuni təmsilçisi Şahid2 olmaqla qeydiyyata alınmışdır. "xxxx" MMC-ə aid 01 avqust 2016-cı il tarixli 02 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cl il tarixdən cəmiyyətin mühasibi vəzifəsinə qəbul edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; İşdə olan MKİS-1 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 16/1-1444ia nömrəli məktubla “Giriş-çıxış və qeydiyyat” İAMAS-dan əldə olunmuş məlumata əsasən əvvəllər məhkum olunmamışdır. İşdə olan Litva Konsullugunun 2 saylı Vəkil Bürosuna yazdığı məktubdan görünür ki, Litva səfirliyində viza almaq üçün iş yerindən arayışın olub-olmaması vizanın imtina cavabına əsasən əsas deyil. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CMin 320.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, aşağıda qeyd edilənlərə əsasən ona irəli sürülmüş ittihamdan CM-in 320.2-ci maddəsi çıxarılmalıdır. Belə ki, CM-in: 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması CM-in həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Məhkəmə qeyd edir ki, CM-in 320.1-ci maddəsi idarəetmə qaydası əleyhinə olan cinayətlərə aid edilərək, həmin maddədə rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, həmçinin sənədləri saxtalaşdırmaqla ondan istifadə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddə ilə qanunsuz hərəkətlərin dairəsi müəyyən edilməklə bu əməllərə həmçinin sənədləri saxtalaşdırmaqla ondan istifadə etmək məqsədi də daxil edilmişdir. CM-in 320.2-ci maddəsinin tərkib hissəsi həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş sənədlərdən bilə-bilə istifadə edilməsi zamanı yaranır. Yəni, şəxs digər şəxs tərəfindən hazırlanmış sənədin saxta olduğunu bilə-bilə həmin sənəddən istifadə edir. Rəsmi sənədi saxtalaşdırmış şəxsin özü ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 guya xx.xx.2019-cu il tarixdən etibarən “Fruitgarden" MMC-də satış meneceri vəzifəsində işləməklə aylıq 2000 manat əmək haqqı alması barədə saxta arayış tərtib edilsə də, Təqsirləndirilən şəxs həmin sənəddən istifadə etməmişdir. Həmin saxta arayışdan Şahid1 istifadə edərək Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edib qeyd olunan saxta rəsmi sənəd əsasında xx.xx.2022-ci il tarixdə səfirlik tərəfindən öz adına “şengen” vizasını almağa nail olmuşdur. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətlərndirilməsi haqqında qərar”a əsasən Şahid1 və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı, o cümlədən cinayət xarakterli digər xüsusatlar üzrə cinayət işi üzrə materiallar ayrılaraq ibtidai istintaq davam etdirilir. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsini təşkil etməklə sözügedən maddə ilə tam əhatə olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə ittiham səhvən irəli sürülmüşdür. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 320.2-ci maddəsinin xaric olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 318-1.2.2-ci maddəsi ilə verilmiş ittihama dair isə aşağıdakıları qeyd edir: Belə ki, Cinayət Məcəlləsinin 318-1.2.2-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə - vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid1 xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləməklə aylıq 2000 manat əmək haqqı almasına və Litva səfirliyinə təqdim edilməsinə dair hüquq verən rəsmi sənəd olan 28 iyun 2022-ci il tarixli iş yeri haqqında bilə-bilə yalan məlumatlar daxil etdiyi arayışı 2022-ci ilin iyun ayının sonlarında Şahid1 vermiş, Şahid1 həmin saxta rəsmi sənədi 2022-ci ilin iyul ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Litva Respublikasının ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edərək həmin saxta rəsmi sənəd əsasında xx.xx.2022-ci il tarixdə həmin səfirlik tərəfindən öz adına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 8 günlük ********* nömrəli şengen vizası almışdır. CM-in 318-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan hallardan biri də hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmədir. Qanunverici maddənin dispozisiyasında «hər hansı şəxs» ifadəsini işlətməklə ona işarə etmişdir ki, bu əlamət ilə cinayət məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikasından qanunsuz getməsi təşkil edilmiş şəxs qismində əcnəbi, vətəndaşlığı olmayan şəxs və ya Azərbaycan Respublikasının vətəndaşı çıxış edə bilər. Vətəndaşın ölkədən getmək hüququ müvafiq sənədlər əsasında həyata keçirilir ki, həmin sənədlər olmadan ölkədən getmək qanunsuz sayılır və belə qanunsuz getməni təşkil edən şəxsin əməli CM-in 318-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 318-1-ci maddəsində nəzərdə tutulan məzmunda hərəkətləri təşkil etmə özlüyündə bir və ya bir neçə hərəkətin ardıcıllığının yaratdığı prosesdir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən keçməsinə hazırlıq və cəhd hərəkətidir. Qanunverici hazırlıq və cəhd hərəkələrinin özünü başa çatmış cinayət kimi müəyyən etmişdir. Ona görə də bu cinayət kəsik tərkibli cinayət hesab edilir və təşkil etmə hərəkətləri edildiyi andan başa çatmış hesab edilir. Hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə əməlinin məntiqi nəticəsi olaraq sadalanan şəxslərin dövlət sərhədindən keçirilməsi CM-in 318-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən xarici ölkəyə gedən, orada müvəqqəti və ya daimi yaşayan, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları miqrasiya proseslərinin iştirakçıları hesab olunur. Qanunvericiliyin məzmunundan göründüyü kimi, əməlin qanunsuz miqrasiyanın təşkili cinayəti kimi tövsif olunması üçün şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsinin təşkil edilməsi kimi hərəkətlər mövcud olmalıdır. Şərh edilən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, yəni şəxs hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsinin təşkil etməsinin ictimai təhlükəli olduğunu dərk edir və belə hərəkət etməyi arzu edir. Hazırki cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1 verdiyi saxta rəsmi sənəd əsasında sonuncu xx.xx.2022-ci il tarixdə səfirlik tərəfindən öz adına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 8 günlük ********* nömrəli şengen vizası almışdır. Şahid1 ölkədən getməkdə məqsədi daimi və müvəqqəti yaşayış yerini dəyişməsi deyil, xarici ölkəyə turist kimi səfər etmək olmuşdur. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində qanunsuz miqrasiyanı təşkil etmək kimi hallar mövcud deyildir, onun saxta arayış verməkdə məqsədi Şahid1 daimi və ya müvəqqəti yaşamaq üçün ölkəni tərk etməsini təşkil etməyə yönəlməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Şahid1 turist kimi xarici ölkəyə səfər etməsi üçün saxta arayış verilməsi kimi hərəkətləri qanunsuz miqrasiyanın təşkili kimi qiymətləndirilməsini məhkəmə əsassız hesab edir və buna görə də Təqsirləndirilən şəxs əməlində CM-in 318-1.2.2-ci maddəsinin tərkib hissəsinin olmadığı qənaətinə gəlir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs oğlunun əməlində qanunsuz miqrasiyanı təşkil etməni xarakterizə edən əlamətlərin, cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs oğluna əsassız olaraq CM-in 318-1.2.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində qanunsuz miqrasiyanı təşkil etmə cinayət əməlinin tərkib hissələrinin olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs CM-in 318-1.2.2-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 318-1.2.2-ci maddəsi ilə bəraət verilməli, ona elan edilmiş ittihamdan CM-in 320.2-ci maddəsi xaric olunmalı, CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmadığı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza xərci ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4.000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-136/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-136/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver