Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-136/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 9, Nərimanov RPİ inzibati bina ünvanında pasport qeydiyyatında olan və barəsində Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 27 noyabr 2023-cü il tarixdə saat 08:40 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətində “Dərnəgül” xətti ilə hərəkətdə olan qatarın vaqonunda sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində qoruyucu örtük, balansı 10 (on) manat təşkil edən 2 (iki) manat dəyərində “Bakıkart” ictimai nəqliyyat ödəniş kartını və 5 (beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 600 (altı yüz) manat dəyərində “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 622 (altı yüz iyirmi iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 9, Nərimanov RPİ inzibati bina ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Nərimanov rayonunda “Keşlə” dəmiryolu yük stansiyasının yaxınlığında yerləşən yeni məhəllələrdə nömrəsiz evdə yaşayır, orta təhsillidir və əvvəllər məhkumluğu olmuşdur. 27 noyabr 2023-cü il tarixdə saat 08:40 radələrində metronun platformasında olan sərnişinlərin cibindən mobil telefonlarını oğurlamaq niyyəti ilə “Nəriman Nərimanov” stansiyasına daxil olmuş, lakin, planlaşdırdığı kimi metronun platformasında sərnişinlərin sayı az olmuşdur. Bu vaxt qərara gəlmişdir ki, qatara minib sərnişinlərin sıxlığından istifadə etməklə hərəkətdə olan qatarda sərnişinlərdən kiminsə telefonunu oğurlasın. Bu minvalla o “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən və “Nəriman Nərimanov” metrosunda dayanan qatarın yadında qalmayan vaqonuna minmişdir. Vaqonda çoxlu sayda sərnişinlərin olmasını görmüş və bu sıxlıqdan istifadə edib oğurluq edə biləcəyini düşünmüşdür. Bu məqsədlə o qarşısında dayanan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs arxa tərəfinə gələrək dayanmışdır. O ilk öncə həmin qadının fikrinin onda olubolmadığını və mobil telefonunun harada olmasını dəqiqləşdirmişdir. Daha sonra isə sərnişinlərin diqqətinin onda olub-olmamasına fikir verib dəqiqləşdirmişdir ki, Zərərçəkmiş şəxs mobil telefonunu əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuş və heç bir sərnişinin diqqəti onda deyil. O, da fürsətdən istifadə edərək ehtiyatlı şəkildə Zərərçəkmiş şəxs bir qədər də yaxınlaşıb, qatarın “Gənclik” stansiyasına yaxınlaşdığını bildiyi üçün cəld olaraq dərhal telefonu gödəkçənin sağ yan cibindən çəkib götürməklə cibinə qoymuşdur və özünü heç nədən xəbəri olmayan biri kimi aparmağa başlamışdır. Bir qədər sonra qatar “Gənclik” stansiyasında dayanmış və Zərərçəkmiş şəxs vaqondan düşüb çıxıb getmişdir. Bundan sonra qapılar bağlanmış və qatar “28 May” stansiyası istiqamətində hərəkətə başlamışdır. O, “28 May” stansiyasında qatardan düşüb metrodan çıxmışdır. Metrodan çıxan kimi oğurladığı telefonu çıxarıb “Redmi” markalı olmasını müəyyən etmiş və dərhal telefonu söndürmüşdür. Daha sonra isə telefonun üzərindəki qoruyucu örtüyü, qoruyucu örtüklə telefon arasında olan “Bakıkart” kartını və bir ədəd SİM kartı çıxarıb xatırlamadığı zibil qutusuna atmışdır. Daha sonra telefonu format edib yenidən özü üçün istifadə etməyə başlamışdır. 05 dekabr 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu oğurluq cinayətində şübhəli olduğunu bildirməklə Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. O, Polis İdarəsində olarkən 27 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus telefonu gödəkçəsinin sağ yan cibindən çəkib oğurladığını etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəyən ziyanı ödəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3-4 il bundan əvvəl özü istifadə etməkdən ötrü 600 (altı yüz) manat pul müqabilində “Redmi Note 8” markalı mobil telefon almış və 5 (beş) manata aldığı “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrəni üzərinə yerləşdirib istifadə etmişdir. Həmçinin o adını xatırlamadığı digər telefon aksessuarları satılan mağazadan 10 (on) manat dəyərində telefon qoruyucu örtüyü satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. Həmçinin o mobil telefonu ilə qoruyucu örtüyün arasına 2 (iki) manat pul müqabilində satın aldığı balansı 10 (on) manat təşkil edən “Bakıkart” ictimai nəqliyyat ödəniş kartını qoymuşdur. 27 noyabr 2023-cü il tarixdə saat 08:25 radələrində “Gənclik” metrostansiyasına getməkdən ötrü metronun “Neftçilər” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmaqla sıxlıq olmuşdur. Həmin vaxt o yuxarıda qeyd etdiyi mobil telefonunu əynində olan gödəkçənin sağ yan cibinə qoymuş, bu zaman qatar dayanmış və “Dərnəgül” xətti ilə hərəkətdə olan qatann vaqonuna daxil olub “Gənclik” metrostansiyasına getmişdir. Platformada olduğu kimi qatarın içərisində də sərnişinlərin sıxlığı müşahidə olunmuşdur. O, qatardan endikdən sonra stansiyadan çıxıb pilləkənlərlə çıxışa doğru gedərkən mobil telefonunu götürüb iş yerinə zəng etmək istədikdə telefonunun cibində olmamasını görmüşdür. O çantanı və digər ciblərini də axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Bu zaman başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər qatar hərəkətdə olarkən sərnişin sıxlığından istifadə edərək onun əyinində olan gödəkçəsinin sağ yan cibindən mobil telefonunu oğurlamışdır. Sonradan polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Oğurlanmış mobil telefonun üzərində yuxanda qeyd etdiyi aksessuarlardan (ekran qoruyucu və telefon örtüyü) başqa heç bir aksessuar olmamışdır. Hadisə zamanı telefonunun oğurlanmasını və baş vermiş hadisəni görməmişdir. Oğurlanmış mobil telefonunun üzərindəki mobil nömrənin balansında pul olmamışdır. Həmin gün planlaşdırmışdır ki, iş yerinə çatdıqdan sonra telefonunda olan mobil tətbiq vasitəsi ilə mobil nömrəsinin balansını artırsın. Baş vermiş hadisə nəticəsində, yəni telefonunun oğurlanması nəticəsində ona ümumlikdə 622 (altı yüz iyirmi iki) manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış telefonu 600 (altı yüz) manat, üzərində olan mobil nömrə 5 (beş) manat, telefon örtüyü 10 (on) manat və balansı 10 (on) manat təşkil edən “Bakıkart” ictimai nəqliyyat ödəniş kartı isə 2 (iki) manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəyən ziyanı ödədiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 dekabr 2023-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs "xxxx" QSC-nin “Gənclik” stansiyasının platformasında əynində olan gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefonun oğurlanmasını aşkar etməsi müəyyən olunmuşdur. “Əşyanın götürülməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərara əsasən iş üzrə zərərçəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş və sonra Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi (Note 8) mobil telefon Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 05 dekabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxsin gödəkçəsinin sağ yan cibindən götürdüyü və sonradan istintaq orqanına təqdim etdiyi bir ədəd “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefon ilə bağlı zərərçəkmiş şəxsin vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə həmin mobil telefon ona tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin mobil telefonu tanıyaraq seçmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(005)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9356 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı “Xiaomi Redmi” markalı M1908C3JG modelli (Redmi Note 8) mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 160,0 manat müəyyən edilir . Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefon sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs qəbz ilə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan teleqramdan görünür ki, Əliyeva X1 Vüqar İsmayıl oğlu ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəyən ziyanı ödədiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 05 dekabr 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut bir ədəd “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (otuz) iş saatına görə 120 (yüz iyirmi)manat məbləğində vəsait dövlət büdcəsi hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut bir ədəd “Xiaomi Redmi” markalı, M1908C3JG modelli (Redmi Note 8) mobil telefonun sahibə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (otuz) iş saatına görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-136/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-136/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver