Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-137/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını cibindən gizli çıxarmaqla talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 16 noyabr 2022ci il tarixdə saat 18:00 radələrində "xxxx" QSC-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatar metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 150 manat olan bir ədəd «Samsung Galaxy A03» markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon qabını, dəyəri 3 manat olan ekran qoruyucusunu və dəyəri 5 manat olan ***-***-**- ** saylı GSM nömrəni çıxarıb gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs1 Bəxtiyar qızına ümumilikdə 163 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 17 noyabr 2022-ci il tarixdə saat 18:20 radələrində "xxxx" QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın vaqona minik edən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus dəyəri 749 manat olan bir ədəd «Xiaomi M İ 11 Lite» markalı, **********63948 və **********63955 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 40 manat olan ***-***-**-** saylı GSM nömrəni, dəyəri 6 manat olan telefon qabını, dəyəri 12 manat olan yaddaş kartını, dəyəri 3 manat olan ekran qoruyucusunu çıxarıb gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 17 noyabr 2022-ci il tarixdə saat 18:40 radələrində "xxxx" QSC-nin «Nəriman Nərimanov» stansiyasından metronun «28 May» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nəriman Nərimanov» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin sol cibindən sonuncuya məxsus dəyəri 650 manat olan bir ədəd «İphone 11» markalı, **********65784 və **********05746 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 40 manat olan ***-***-**-** saylı GSM nömrəni, dəyəri 10 manat olan telefon qabını, dəyəri 5 manat olan ekran qoruyucusunu, dəyəri 5 manat olan kamera qoruyucusunu və telefonun arxa tərəfinə çəkilmiş dəyəri 10 manat olan vinili çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Neftçala rayonundan Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində ictimai nəqliyyat hesab edilən avtobus və metrodan istifadə etmişdir. Həmin vaxt "xxxx" QSC-nin stansiyalarından oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyada çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. O, metronun “28 May” stansiyasının platformasında metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləyən sərnişinlərin yanına getmişdir. Həmin vaxt platformada dayanmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibində olan mobil telefon diqqətini çəkmişdir. O, metronun “28 May” stansiyasının platformasında Zərərçəkmiş şəxs1 təqib etməyə başlamışdır. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Zərərçəkmiş şəxs1 təqib edərək onunla bərabər vaqona minmişdir. Vaqona minən zaman qarşısında olan Zərərçəkmiş şəxs1 cibində olan mobil telefonu oğurlamışdır. Metronun “Sahil” stansiyasında vaqondan düşüb metrodan çıxmışdır. Metrodan çıxandan sonra oğurladığı mobil telefona baxmışdır. Həmin telefonun “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefona zəng gəlməməsi üçün telefonu söndürmüşdür. Həmin gün o, Neftçala rayonuna qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi mobil telefonu yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə gizlətmişdir. Həmin telefonun üzərində olan telefon qabını, ekran qoruyucusunu və bir ədəd mobil nömrəni telefonun üzərindən çıxartmışdır. Ekran qoruyucusunu, telefon qabını və bir ədəd mobil nömrəni Kür çayına atmışdır. xx.xx.2022-ci il tarixdə o, yenidən Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 18:10 radələrində o, metronun “Elmlər Akademiyası” stansiyasına daxil olmuşdur. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. Stansiyada olan və adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli qış gödəkçəsinin cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 yaxından təqib etmişdir. Metronun “Elmlər Akademiyası” stansiyasından metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Zərərçəkmiş şəxs2 qatarın vaqonuna minməsindən istifadə edərək cibində olan mobil telefonu oğurlamışdır. Həmin vaxt oğurladığı mobil telefonun “Xiaomi” markalı olduğunu görmüşdür. Həmin telefon ekran kilidində olduğu üçün o, telefonu söndürə bilməmişdir. Telefonun səsini alıb növbəti qatarın gəlməsini gözləmişdir. Metronun “Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən növbəti qatar platformada dayanmışdır. Həmin qatara minib metronun “Nəriman Nərimanov” stansiyasına gəlmişdir. Metronun “Nəriman Nərimanov” stansiyasında qatardan düşmüşdür. Bir neçə dəqiqə platformada gözləmişdir. Platformada dayanmış Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin cibində olan mobil telefon diqqətini çəkmişdir. Həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Metronun “28 May” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Zərərçəkmiş şəxs3 qatarın vaqonuna minməsindən istifadə edib onun cibində olan mobil telefonu oğurlamışdır. Telefonu oğurladıqdan sonra metrodan çıxmışdır. Metrodan çıxandan sonra oğurladığı mobil telefonun “İphone” markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefonun üzərində olan ekran qoruyucusunu, kamera qoruyucusunu, mobil nömrəni və telefon qabını çıxardıb atmışdır. Metrodan çıxdıqdan sonra o, yaşadığı Neftçala rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə o, yaşadığı Neftçala rayonu Qaraqaşlı kəndindəki evinin qarşısında küçədə olmuşdur. Həmin vaxt iki nəfər əvvəllər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində törətdiyi cinayəti etiraf etmişdir. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində metronun “Elmlər Akademiyası" stansiyasına daxil olmuşdur. O, metronun “Elmlər Akademiyası” stansiyasından metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt ona məxsus və istifadəsində olan ***-***-**-** saylı GSM nömrə altında istifadə etdiyi “Xiaomi M İ 1 1 Lite” markalı mobil telefonu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olmuşdur. O, metronun “Elmlər Akademiyası" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində olan qatara minmişdir. Həmin vaxt o, qulaqcıq vasitəsi ilə telefonda musiqiyə qulaq asmışdır. O, qatarın vaqonuna daxil olan zaman musiqi kəsilmişdir. O, qatarın vaqonuna daxil olandan sonra telefonda yenidən musiqi qoşmaq istəmişdir. Lakin həmin vaxt telefonun cibində olmadığını və naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Sonra o, hadisə barədə DlN-nin “102 xidməti zəng mərkəzinə" məlumat vermişdir. Daha sonra isə o, Bakı Metropolitenində Polis Şöbəsinə gələrək hadisə ilə bağlı ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır və sağlamdır. Ağsu rayonu, Qəşənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu. Hökməli qəsəbəsi nömrəsiz fərdi tikilidə yaşayır. Hazırda heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində metronun “Memar Əcəmi” stansiyasına getmək məqsədi ilə metronun "28 May" stansiyasının platformasında "Dərnəgül" stansiyası istiqamətində gedən qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Həmin vaxt onun əynində qırmızı rəngli qış gödəkçəsi olmuşdur. Həmin gödəkçənin sağ yan cibində isə özünə məxsus olan «Samsung A03» markalı, mobil telefon olmuşdur. O, “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmək istəyən zaman telefonu cibində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan başqa qış gödəkçəsinin sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan «Samsung A03» markalı, mobil telefonu oğurlayan şəxsi görmədiyini, o, "Samsung A03" markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanması faktını metronun "28 May" stansiyasında platformada olan zaman aşkar etdiyini, həmin telefonun üzərində ***- ***-**-** saylı mobil nömrə olduğunu, həmin nömrənin qiymətinin 5 manat təşkil etdiyini, həmin telefonun üzərində telefon qabı olduğunu, həmin telefon qabını 5 manata aldığını, həmin telefonun üzərində yaddaş kartı olmadığını, və ekran qoruyucusunu 3 manata aldığını, "Samsung A03" markalı, mobil telefonu 150 manata dəyərləndirdiyini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 163 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumu normaldır və sağlamdır. İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. X3 Oteldə satış meneceri işləyir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində metronun “Bakmil” stansiyasına getmək məqsədi ilə metronun "Nəriman Nərimanov" stansiyasının platformasında "Bakmil" stansiyası istiqamətində gedən qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. “Bakmil” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Həmin vaxt onun əynində boz rəngli qış gödəkçəsi olmuşdur. Həmin gödəkçənin sol yan cibində isə özünə məxsus olan «İphone 11» markalı, mobil telefon olmuşdur. O, "Nəriman Nərimanov” stansiyasından “Bakmil” stansiyası istiqamətində hərəkət edən qatara minmək istəyən zaman telefonun cibində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan başqa onun qış gödəkçəsinin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi, olan «İphone 11» markalı, mobil telefonu oğurlayan şəxsi görmədiyini, o, "İphone 11" markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanması faktını metronun "Nəriman Nərimanov" stansiyasında platformada olan zaman aşkar etdiyini, həmin telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, həmin nömrəni 40 manata aldığını, həmin telefonun üzərində telefon qabını 10 manata, ekran qoruycusu 5 manata, kamera qoruyucusunu 5 manata telefonun arxa hissəsində olan vinili isə 10 manata aldığını, o, özünə məxsus oğurlanmış "İphone 11" markalı, mobil telefonun qiyməti 1500 manat qiymətləndirdiyini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1570 manat maddi ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer 28 May metrostansiyasıdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində qatarı gözləyən zaman tanımadığı şəxs tərəfindən gödəkçəsinin sağ yan cibindən “Samsung Galaxy A03” markalı mobil telefonu götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Elmlər Akademiyası metrostansiyasıdır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində qatarı gözləyən zaman tanımadığı şəxs tərəfindən əynində olan gödəkçənin sağ yan cibindən “Xiomi Mi 11 Lite” markalı mobil telefonu götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Nəriman Nərimanov metrostansiyasıdır. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində qatarı gözləyən zaman tanımadığı şəxs tərəfindən əynində olan gödəkçənin sağ yan cibindən “İphone 11” markalı mobil telefonu götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxlanılması və götürmə barədə” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Neftçala rayonunun Qaraqaşlı kəndində nömrəsiz fərdi tikilinin qarşısında Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Nəriman Nərimanov” metrostansiyasının platformasında Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin sol cibindən gizli yolla bir ədəd “İphone” markalı mobil telefonu oğurlamışdır və həmin mobil telefonu fərdi tikilinin həyətində gizlətmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 16 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteni QSC'-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibinə əlini daxil edərək “Samsung A03” markalı mobil telefonu, 17 noyabr 2022-ci il tarixdə saat 18:20 radələrində Bakı Metropoliteni QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qaların vaqona minik edən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkçəsinin sağ yan cibinə əlini daxil edərək “Xiomi Mİ 11 Lite” markalı mobil telefonu, 17 noyabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı Metropoliteni QSC-nin «Nəriman Nərimanov» stansiyasından metronun «28 May» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nəriman Nərimanov» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin sol cibinə əlini daxil edərək “İphone 11” markalı mobil telefonu oğurlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-1010/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs X1 Federal Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 04 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Sank-Peterburq şəhərinin Kuybişev Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli, 9/9040 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “İphone” markalı, “11” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 650,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi barədə” 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 01 ədəd “İphone 11” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş üzrə bir ədəd DVD disk maddi cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş maddi zərər tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş maddi zərər tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş maddi zərər tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini və barışmasını, himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan C00963871 nömrəli pasportun surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 03 ay 20 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və “İphone 11” markalı mobil telefon aparatının Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 03 ay 20 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “İphone 11” markalı mobil telefon aparatının Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-137/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-137/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver