Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-137/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əmlaklarını yaşayış sahəsinə qanunsuz daxil olub gizli talayaraq təkrar oğurluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələr və narkotik vasitələr əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2024-cü ilin iyul ayının sonlarında, saat 01 radələrində Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi ərazisində inşa etdirmiş olduğu nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evdə usta kimi işləmiş Zərərçəkmiş şəxs3 Tariyel oğluna məxsus 130 manat dəyərində 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparatı (laqonda), 10 manat dəyərində 01 ədəd baltanı və 10 manat dəyərində 01 ədəd çəkici, Zərərçəkmiş şəxs4 məxsus 01 manat dəyərində 01 ədəd audio-video naqili, 200 manat dəyərində ümumi uzunluğu 38 metr olan 01 ədəd uzunluğunda, üzərində “Maktel Kablo H05UU_ F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcını va evin divarına bərkidilmiş ümumilikdə 500 manat dəyərində elektrik naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 150 manat, Zərərçəkmiş şəxs4 isə 701 manat maddi ziyan vurmaqla zərərçəkmiş şəxslərin vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 851 manat dəyərində əmlaklarını gizli talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 23 avqust 2024-cü il tarixdə, saat 04 radələrində ünvan 3 ünvanında yerləşən ümumi həyətin qarşısından Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində “X16 1” markalı açıq boz rəngli velosipedi üstündəki üzərində “Wolt” yazısı olan 40 manat dəyərindəki 01 ədəd çanla ilə birlikdə oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1240 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 03 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində “ELBE GROUP” xaricdə təhsil şirkətinin ünvan 4 ünvanında yerləşən “JMR” Plazanın 5-ci mərtəbəsində yerləşən ofisinin qapısının açıq olmasından istifadə edərək həmin ofisdəki divanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus üzərində 15 manat dəyərində ***-***-**-** GSM nömrə olan 350 manat dəyərində 01 ədəd qara rəngli “Huawei” markalı, “RNE-L01” modelli mobil telefonu, içərisində dəyəri 1200 manat olan 01 ədəd “Casio” markalı mexaniki qol saatı və 500 (beş yüz) manat nağd pul olan 15 manat dəyərində pul qabını oğurlayaraq Zərərçəkmiş şəxs1 2080 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 04 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,453 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 04 ədəd konvolyutda, təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, bozumtul-qəhvəyi rəngli ümumilikdə 35 ədəd narkotik vasitə olan metadon həblərini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 14 ünvanına daşımış, 04 sentyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində ünvan 5 ünvanının qarşısında Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,453 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 04 ədəd konvolyutda, təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş, kimyəvi komponent tərkiblərinə görə öz aralrında eynilik təşkil edən, bozumtulqəhvəyi rəngli ümumilikdə 35 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər hansı bir işlə məşğul olmadığından maddi vəziyyəti yaxşı olmamışdır. Ona görə də oğurluq edərək özünə maddi gəlir əldə etmək fikrinə düşmüşdür. Belə ki, dəqiq tarixi xatırlamasa da 2024-cü ilin iyul ayının sonlarında gecə saat 01 radələrində spirtli içki təsiri altında piyada Sabunçu rayonu, Maşatağa qəsəbəsindəki evinə gedirmiş. Həmişə getdiyi deyil, başqa yolla gedərkən daş hasarı olub, darvazası olmayan bir ev görmüşdür. Maddi sıxıntısı olduğu üçün evdən oğurluq etmək qərarına gəlmiş və evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra evə daxil olmuşdur. Evə daxil olduqdan sonra orada “udinitel” yəni uzadıcı naqil görmüş və naqili götürmüşdür. Həmin “Udinitelin” kabeli qalın idi və uzunluğu da təxminən 15- 20 metr olarmış. Daha sonra otaqların birindən 1 ədəd laqonda, bir ədəd çəkic götürmüşdür. Sonra isə evin divarlarında elektrik xətti çəkilməsini və kabellərin divara 1-2 yerdən bərkidilməsini, onları sökməyin asan olmasını müşahidə etmişdir. Həmin kabelləri də divardan sökmüş və həyətə çıxarkan yerdə bir ədəd də balta görmüşdür. Onu da götürmüş və oğurladığı əşyaları evinə aparmışdır. Sabahı gün evin divarlarında sökdüyü kabellərini həyətində yandırmışdır. Elə həmin gün də Vaz 2101 markalı avtomobillə məhəllələri gəzib metal qəbul edən tanımadığı şəxsə yandırıb misini çıxardığı kabelləri 27 manata satmışdır. Həmin kabelin 2 kiloqramdan bir az çox çəkisi olmuşdur. Qalan əşyalar isə evində olmuşdur. 10 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb, bölməyə gətirmişlər. Daha sonra evində olan oğurladığı əşyaları polislərə təhvil vermişdir. Lakin baltanı tapa bilməmiş, həmin baltanı nə etdiyini bilmir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat təxminən gecə 04 radələrində ünvan 3 ünvanında yerləşən ümumi həyətin qarşısından keçən zaman həyətin qapısı açıq olduğundan içəridə olan dəmir sütuna velosipedin trosla bağlandığını görmüşdür. Ətrafa nəzər saldıqda gecə saatları olduğundan heç kimi görməmişdir. Həmin velosipedi oğurlayaraq satıb özünə gəlir əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən velosipedə yaxınlaşıb əliylə dartaraq onun dəmir sütüna bağlanan trosunu qırmışdır. Bundan sonra velosipedə minərək onu sürüb oradan uzaqlaşmışdır. Həmin velosiped açıq boz rəngli olmuş və üstündə üzərində “Volt” yazıları olan çanta olmuşdur. Velosipedi sürərək həmin günü səhər açıldıqdan sonra həmin velosipedi Koroğlu metrosu yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. Həmin şəxsi isə əvvəlcədən tanımamışdır. Həmin oğurladığı velosipedi 50 manata satdıqdan sonra 50 manat pulu öz maddi ehtiyaclarına xərcləmişdir. Velosipedin üstündəki, üzərində “Volt” yazıları olan çantanı isə bir neçə gün sonra 28 May metrosunun yaxınlığında tanımadığı şəxsə 20 manata satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində oğurluq etmək məqsədilə küçədə gəzirmiş və ünvan 9 ünvanında yerləşən “JMR” Plazaya oğurluq etmək məqsədilə daxil olmuşdur. Bir-bir mərtəbələri gəzən zaman oğurlayacağı bir şey qarşısına çıxmamışdır. Həmin Plazanın 5-ci mərtəbəsində liftin yaxınlığında olan şüşəli otaqda heç kimin olmadığını görmüşdür. Otaqda olan divanın üzərində mobil telefon və pul qabının olduğunu görmüşdür. Otaqda heç kim olmamışdır. Cəld şəkildə otağa daxil olaraq divanın üzərindən “huawei” markalı mobil telefonu və tünd göy rəngi pul qabını götürərək otaqdan çıxmışdır. ünvan 14R Plazanın 5-ci mərtəbəsindən aşağı düşərək oranı tərk etmişdir. Oğurladığı mobil telefonu və pul qabını əlində olan sellofanın içərisinə qoymuşdur. Plazanı tərk etdikdən sonra kimsənin onun ardınca gələcəyindən qorxduğu üçün ara küçələrə dönərək, müxtəlif məhəllələrə girmişdir. Nəsimi rayonu, Bülbül prospektində olan zaman hal-hazırda xatırlamadığı arkoya daxil olaraq tanımadığı binanın 3-cü mərtəbəsinə qalxmışdır. Orada olan zaman pul qabını açaraq içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, markasını bilmədiyi qol saatı və 500 manat pul olduğunu görmüşdür. Pul qabının içərəsindən pulu və qol saatını götürdükdən sonra, binanı tərk etmiş və pulqabının özünü isə sənədlərlə birlikdə zibilliyə tullamışdır. Nizami metrostansiyasının yaxınlığında olan “Qoç ət” Restoranında dönər yedikdən sonra həmin yerin yaxınlığında olan “Oba” marketdən alış-veriş edərək oranı tərk etmişdir. Daha sonra 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına gedib gələcəkdə mobil telefonu satmaq üçün ustaya aparmış və ustaya telefonu koda saldığını, təmirə ehtiyacının olduğunu demişdir. Həmin usta ondan pin kodu açmaq üçün 10 manat pul istəmişdir. 10 manatı verdikdən sonra usta telefonu koddan çıxarıb ona vermişdir. Məqsədi telefonu koddan çıxardıqdan sonra sataraq pul əldə etmək olmuşdur. Telefon mağazasından sonra oradan uzaqlaşmışdır.Oğurluqdan əldə etdiyi pulla spirtli içki alıb içdiyindən həmin gün sərxoş vəziyyətdə olmuş, oğurladığı telefonu və qol saatını 28 May metrosunun yaxınlığında itirmişdir. Qeyd etdiyi oğurluq əməllərini törədərkən tək olmuş, onu görən olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Nərimanov rayonu. X15 küçəsi 14 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Özlərinin polis olduqlarını təqdim edərək onun oğurluq etməkdə şübhəli olduğunu demişlər və ondan özünü təqdim etməyini istəmişlər. O da özü haqda anket məlumatlarını şifahi təqdim etmişdir. Onu Nəsimi RPl-nin 22-ci Polis Şöbəsinə gələrkən yolda səmimi olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər şəxs dəvət etmişlər. Ona müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki şalvarının sağ cibindən bir ədəd büküm içərisində ağ kristal maddə olan metafetamin və 4 konvalyut içərisində 35 ədəd olan Metadon masanın üzərinə qoymuş və üzərindən aşkar olunan bir ədəd büküm və 4 ədəd konvalyut zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, daha sonra bir ədəd Samsung markalı mobil telefonu və içərisində iki ədəd Kapital Banka məxsus bank kartları və 3 ədəd Bakı Kart olan pul qabını təqdim etmişdir. Həmin düyməli Samsung markalı mobil telefonu və iki ədəd Kapital Banka aid kartlar sübut əhəmiyyəti kəsb eldiyi üçün qablaşdırılaraq götürülmüşdür. Bakı kart və pul qabı özünə qaytarılmışdır. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra əlavə heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Təqdim etdiyi bir ədəd büküm içərisində ağ kristal maddə olan metafetamin və 4 konvalyut içərisində 35 ədəd olan Metadonu 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 20 ildən çoxdur ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün əldə etmişdir. Heç zaman narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddəni və narkotik vasitəni aldığı şəxsin əlamətlərini xatırlamır və onunla görüşərək narkotik vasitəni və psixotrop maddəni ondan almış, həmin şəxsdən ilk dəfəymiş ki, narkotik vasitəni və psixotrop maddə alırmış. Psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün nəzərdə tutub əldə etmişdir. Gündəlik olaraq metodon istifadə etdiyindən birdəfəlik almışdır. Polis əməkdaşları onu saxlayarkən ona qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verməyiblər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır, yalnız öz iatifadəsi üçün əldə etmişdir. Oguqluqları isə özü tək törətmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində qeyd etmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə icraatına xx.xx.2024-cü il tarixdə ünvan 11 ünvanında üzərində Volt çanta olan X16 markalı velosipedin oğurlanması və həmin oğurluq edən şəxsin gətirilməsi barədə Nəsimi RPl-nin 22-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Tariyel Mahmudov tərəfindən tərtib olunmuş raport daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində həmin oğurluq törədən şəxsin xx.xx.1985-ci il təvəllüdlü, əvvəllər AR CM-nin 181 və 234-cü maddələri məhkum olunan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 14 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPl-nin 22-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olan metodon həblərinin olmasını bildirmişdir. Müdafiəçinin və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ cibindən 01 ədəd sellofan bükülünü və 4 ədəd konvolyut üzərində Methadone 40 yazısı olan içərisində 35 ədəd olan həbləri təqdim edərək masanın üzərinə qoymuş, daha sonra içərisində 3 ədəd Bakı kart, iki ədəd isə Kapital Banka məxsus Birbanka kartları olan pul qabı və üzərində 051-973-54 80 nömrəsi olan Samsung markalı qara rəngli düyməli mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub- olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi şalvarının yan və arxa ciblərinə, şalvarının ətəyinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra əynində olan geyimlərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan idman ayaqqabılarının və corablarının içərisinə baxılmış, lakin heç bir əşya aşkar olunmamışdır. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini və həblərin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd sellofana bükülmüş bükülünün içərisindəki kristal şəkilli maddənin metamfetamin, konvalyutun içərisindəki həblərin isə narkotik maddə olan metadon olduğunu bildirmiş, ona həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə təxminən 20 ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin predmetləri tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu, 28 may küçəsində üzərində Wolt çantası olan bir ədəd Trek markalı velosipedi oğurladığını, daha sonra həmin velosipedi 50 manata tanımadığı şəxsə satdığını, xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Jalə Plazadan pul kisəsi və mobil telefon oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatlan təsdiq etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində nömrəsiz ünvanda özünə torpaq alıb, ev tikdirmiş və orada təmir işləri gedir. Buna görə də evdə yaşayış yoxdur. Farid adlı usta evində 2024-cü ilin iyul ayının sonlarından işləmiş və evinin açarını ona vermişdir. O da öz iş alətlərini evində qoyub gedir və işləməyə gələndə qapını açıb, öz iş alətləri ilə işləyirmiş. xx.xx.2024-cü il tarixdə işdə olarkən saat təxminən 13 radələrində Farid ona zəng edib, evə gəldikdə naməlum şəxs tərəfindən evin plastik pəncərəsinin açılması, onun iş alətlərinin və evin kabellərinin oğurlanmasını bildirmişdir. Dərhal evinə gəlmiş və orada həqiqətən də evinin plastik pəncərəsinin açılmasını evindən, ona məxsus təxminən 500 manat dəyərində 500 metr elektrik kabelinin, 1 manat dəyərində 01 ədəd audio-video kabel və təxminən 200 manat dəyərində 40 metr uzunluğunda uzadıcı kabelin, usta Faridin isə 130 manat dəyərindən laqondasının, 10 manat dəyərində çəkic və 10 manat dəyərində baltasının oğurlanmasını aşkar etmişdir. Onun təxminən 40 metr uzunluğunda uzadıcı naqilini usta sayğacdan evə elektrik gətirmək üçün istifadə etmişdir. Ona baş vermiş oğurluq faktına görə təxminən 701 manat, usta Faridə isə 150 manat maddi ziyan dəymişdir. Lakin onun həmin oğurluq etmiş şəxsdən şikayəti yoxdur. Həmçinin onun hüquqları izah edilərkən təyin ediləcək məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi alınarkən alınmış rəydə yazılan maddi ziyanın miqdarı ilə razı olacaqdır. Çünki oğrunun tutulmasını, uzadıcı naqilinin onda olması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, ona dəyən zərər ödənilmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 Tariyel oğlu ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin iyul ayının sonlarında Maştağa qəsəbəsi, Daş Karxanasında nömrəsiz ünvanda Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində usta kimi çalışmış və evin açarları onda olmuşdur. Öz iş alətlərini evdə qoyub, öz evinə getmiş və 2-3 gündən bir işləməyə gələndə qapını özü açmış, öz iş alətləri ilə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində evdə işini bitirib, qapını bağlayıb, evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Yasinin evinə işləməyə gələrkən naməlum şəxs tərəfindən evin plastik pəncərəsinin açılması, iş alətlərinin və evin kabellərinin oğurlanmasını görmüşdür. Evə bir daha dəqiq baxarkən evdən divarlarda olan təxminən 500 metr elektrik kabelinin, 01 ədəd audio-video kabelin və təxminən 40 metr uzunluğunda uzadıcı kabelin, ona məxsus 130 manat dəyərindən laqondanın, 10 manat dəyərində çəkicin və 10 manat dəyərində baltanın oğurlanmasını aşkar etmişdir. Təxminən 40 metr uzunluğunda uzadıcı naqili sayğacdan evə elektrik gətirmək üçün istifadə etmişdir. Bu barədə Yasinə zəng edib məlumat vermişdir. Daha sonra Yasində gəlmiş və onlar polisə müraciət etmişdir. Ona baş vermiş oğurluq faktına görə təxminən 150 manat maddi ziyan dəymişdir. Lakin onun həmin oğurluq etmiş şəxsdən şikayəti yoxdur. Həmçinin onun hüquqlarını izah edilərkən təyin ediləcək məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyi alınarkən alınmış rəydə yazılan maddi ziyanın miqdarı ilə razı olacaqdır. Çünki oğrunun tutulmasını, uzadıcı naqilin, laqondanın və çəkicin onda olması barədə məlumatı vardır. Zərərçəkmiş şəxs3 Tariyel oğlu məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, ona dəyən zərər ödənilmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Laçın rayonu, Vəlibəyli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 13 ünvanında yaşayır. ünvan 14R Plazanın 5-ci mərtəbəsində “ELBE Group” xaricdə təhsil şirkətində təhsil üzrə mütəxəssis işləyir, iş saatı gündəlik olaraq səhər saat 10-da başlayır və axşam saat 18-dək davam edir. İş saatlarında həmin ofis açıq olur. xx.xx.2024-cü il tarixdə saat 17 radələriııdə işlədiyi ofisin yanında olan digər ofisə keçərək digər işçilərlə söhbət edirmiş. Ofisə keçməzdən əvvəl özünə məxsus 01 ədəd dəyəri 350 (üç yüz əlli) manat olan, yaddaş tutumu 128 GB olan, qara rəngli, içərisində 15 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan “Huavei Mate on lite” markalı mobil telefonunu və içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, dəyəri 1200 manat olan “Casio” markalı mexaniki qol saatı və kağız ilə bükülü olan 500 (beş yüz) manat pul olan 15 manat dəyərində pul qabını JMR Plazanın 5-ci mərtəbəsində yerləşən öz işlədiyi ofis otağında olan divanın üzərinə qoymuşdur. Həmin ofisin qapısı açıq olmuşdur. İş vaxtı olduğundan digər otağa müvəqqəti keçdiyi üçün qapını bağlamamışdır. Təxminən 15 dəqiqə sonra geri ofisə qayıdan zaman özünə məxsus mobil telefonunun və pul qabının divanın üzərində olmadığını naməlum şəraitdə oğurlandığını öyrənmişdir. Daha sonra olanlar barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəməyib, lakin Becanova qarşı şikayəti yoxdur, lakin zərəri tələb edir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılmasına əsas və səbəb, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən JMR Plazanm 5-ci mərtəbəsindən “ELBE GROUP” xaricdə təhsil şirkətinə məxsus ofisdən Zərərçəkmiş şəxs1 məxsus 350 manat dəyərində Huavei markalı mobil telefonu, içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, dəyəri 1200 manat olan “Casio” markalı mexaniki qol saatı və kağız ilə bükülü olan 500 (beş yüz) manat pul olan pul qabını oğurlayaraq Zərərçəkmiş şəxs1 2050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi faktı və həmin faktla bağlı toplanmış materillar olmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə saat19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncu əynindəki açıq boz rəngli şalvarın sağ cibindən 01 ədəd sellofan bükülünü və 4 ədəd konvolyutda, üzərində “Methadone 40” yazısı olan ümumilikdə 35 ədəd həbləri təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra içərisində 03 ədəd “Bakıkart”, 02 ədəd "xxxx" ASC-yə məxsus kartlar olan pul qabı və ***-***-**-** nömrəli “Samsung” markalı qara rəngli mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini və metadon həblərini tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 50 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 190” möhür əksi, “Təqsirləndirilən şəxs/imza/; Müd: Cavadov.H; Şahid2/imza/; Şahid1 /imza/; Soltanov Samir /imza/; Tərtib etdi: /imza/ T.Mahmudov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,453 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 4 ədəd konvolyutda ümumi sayı: 35 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 1,4 qram(üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə -metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir, metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,453 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 1,353 qram. Metadon həblərinin ümumi sayı - 35 ədəd həb, cəmi tədqiqata sərf edildi – 3 ədəd həb, qalıq 32 ədəd həb. Ekspertiza tədqiqatının dəyəri 60 manat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-490/2024 saylı qərarına əsasən AR CM-nin 177.1 və 234.1 maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdə saat19:00-dan hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 234.1-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli “Huawei” markalı, “RNE-L01” modelli mobil telefonun satış üçün komplekləşdirmə daxil olan aksessuarların olmaması nəzərə alınmaqla -50 manat, qərarda qeyd olunan 1 ədəd üzərində “Volt” yazısı olan mavi rəngli kuryer çantası nəzəri qaydada-40 manat, qərarda qeyd olarar lakin tədqiqata təqdim edilməyən 02 adda mallar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 dair 14 oktyabr 2024-cü il tarixli, 6804 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-687/2024 saylı qərarına əsasən AR CM-nin 177.2.2 və 234.1 maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 04 fevral 2025-ci il tarixə kimi uzadılmışdır. 02 dekabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 18:02-də şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” Sabunçu Rayon Prokurorunun 12 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mallar, çəkic, 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparatı(laqonda), audio-video naqil, 01 ədəd uzunluğunda, üzərində “Maktel Kablo H05UU_F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 162 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat. Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd çəkic, 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparat (laqonda), 01 ədəd audio-video naqil və ümumi uzunluğu 38 metr olan, üzərində “Maktel Kablo H05UU_F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələləri həll edilənədək saxlanılmasından ötrü sahiblərinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Huawei” markalı, “RNE-L01” modelli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,453 qram olan psixotrop maddə metamfetamin və ümumilikdə 35 ədəd metadon həblərinin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 1,353 qram psixotrop maddə metamfetamin və ümumilikdə 32 ədəd metadon həblərinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış; Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd çəkic, 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparat (laqonda), 01 ədəd audio-video naqil və ümumi uzunluğu 38 metr olan, üzərində “Maktel Kablo H05UU_F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcının iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələləri həll edilənədək saxlanılmasından ötrü sahiblərinə təhvil verilmələri nəzərə alınmış; “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 01 ədəd disk və ünvan 4 ünvanında yerləşən JMR Plazanm 5-ci mərtəbəsində quraşdırılmış müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmış; Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Huawei” markalı, “RNE-L01” modelli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü sahibinə təhvil verilməsi nəzərə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi bu nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnlərinin məzmunu əks etdirən məlumatlar, telefonla aparılan danışıqları və məlumatları "xxxx" MMC-dən və "xxxx" MMCdən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, təqdim etdiyiniz məhkəmə qərarında qeyd olunan "Azercell Telekom” MMC-yə aid olan ********* mobil telefon nömrəsinin xx.xx.2024-xx.xx.2024-cü il müddətində mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə dair məlumat təqdim (əlavə olunur) edilir. Qeyd olunan ********* mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixindən deaktiv olunduğu üçün, göstərilən müddətdə zəng və SMS qeydə alınmayıb. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə edilmiş xx.xx.2024-xx.xx.2024cü il tarixədək mövcud olan zənglərə, sms mətnləri ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş DVD formatlı diskdə olan məlumatlara baxış keçirilmiş və təqsirləndirilən şəxsə məxsus mobil nömrəyə ********** nömrəsindən “var duz qoş elemeye qaqaş” ; **********60 nömrədən “gorek neynirik. hem fuadin pulunu ataq hemde gorek neynirik”; **********60 nömrədən «terlan senol men hec yata bilmedim. bacardiqin qeder biraz tez goru” ; **********74 nömrəsindən “şeyi həll etmişik”; **********42 nömrəsindən «qaqas sen öl oturub konumu gozdeyirik bir sey qalmayib” ***-***-**-** nömrədən **********70 “Brat geikirem duz bil zeng vuracam yadimdadi arxayin; **********08 nömrədən “Qaqaş men bu gun acag padvadit olmusam pulda tapa bilmirem camat direnib pulun isdiyir sende ilisdin qaldi noldu bayag dimedin gedirem konuma nece oldu “kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs danışıqları əsk olunmuşdur. "xxxx" MMC-dən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixədək mövcud olan zənglərə, sms mətnləri ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş DVD formatlı diskdə olan məlumatlara baxış keçirilmiş və təqsirləndirilən şəxsə məxsus mobil nömrəyə **********13 nömrəsindən “Qaqaş mene zeng vur denenki sene 50 qram şey lazimdi ele lazimdi qaqaş diyerem niye mende diyecemki yaxşi indi gelirem gedey. Gelib seni işden götürecem”; .**********95 nömrəsindən “Brat duz bilersen atim karti ? birde bu 15 diya 5 de dunenki di bilesendiye” və.s kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs danışıqları əsk olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını və zərərin qismən ödənilməsini yüngülləşdirən hallar kimi nəzərə alır: Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər 2(iki) dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən, yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.3-cü maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2, 177.2.3 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in bilindiyi 177.2.2, 177.2.3 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün,(xx.xx.2024-xx.xx.2024) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi və metadon həbləri məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd CD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair 02 ədəd disk, ünvan 4 ünvanında yerləşən JMR Plazanm 5-ci mərtəbəsində quraşdırılmış müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd çəkic, 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparat (laqonda), 01 ədəd audio-video naqil və ümumi uzunluğu 38 metr olan, üzərində “Maktel Kablo H05UU_F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcının və Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Huawei” markalı, “RNE-L01” modelli mobil telefonun sahibinə təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəli məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsi ilə 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan təmiz çəkisi 1,353 qram psixotrop maddə metamfetamin və 32 ədəd metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair 02 ədəd disk, ünvan 4 ünvanında yerləşən JMR Plazanm 5-ci mərtəbəsində quraşdırılmış müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut- Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd çəkic, 01 ədəd “Maketa MT-125C” markalı cilalayıcı aparat (laqonda), 01 ədəd audio-video naqil və ümumi uzunluğu 38 metr olan, üzərində “Maktel Kablo H05UU_F” yazıları olan, 2 damarlı, hər birinin diametri 6 mm olan elektrik uzadıcının və Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Huawei” markalı, “RNE-L01” modelli mobil telefonun sahibinə təhvil verilməsi nəzərə alınsın. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının əvvəlki məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-137/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-137/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver