Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-139/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərində Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işinin istintaqı ilə əlaqədar olaraq həbs edilmiş və Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan qohumu Şahid6 ilə görüş zamanı, sonuncu ona Sumqayıt şəhəri, Yaşma bağlar massivində yerləşən “X7” ərazisində 18 ha torpaq sahəsini satmağı tapşırmış, bundan sonra o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının 28-də Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “X7” sahəsində X5 adına 06 ha. X2 adına 06 ha. və X10 adına olan 06 ha. faktiki olaraq Şahid6 məxsus ümumilikdə 18 sot torpaq sahəsini 19.000 manata satacağına və həmin sahəni onun adına sənədləşdirərək özəlləşdirəcəyinə yalandan vəd verib aldadaraq, həmin gün ünvan 2 ünvanında yerləşən “Bank of Baku”-nın qarşısında tanışı Şahid1 verilmiş 11.000 manat puldan 10.000 manatını Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Ceyran” restoranının qarşısında almış, qalan məbləğ pulu torpaq sahəsini Zərərçəkmiş şəxs2 adına sənədləşdirdikdən sonra ona verəcəyini bildirmiş, daha sonra Zərərçəkmiş şəxs2 2020-ci ilin fevral ayında ünvan 2 ünvanında yerləşən “Bank of Baku”-nın qarşısında 500 manat pulu Şahid1 vermiş, sonuncu 1500 manat pulu və qalan məbləğ ilə birlikdə bütöv halda Təqsirləndirilən şəxs cadırılmasını qərara alsa da, Təqsirləndirilən şəxs vədinə əməl etmədiyinə görə 1500 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmış, qalan 10.000 manat məbləğində pulu isə Təqsirləndirilən şəxs ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 tibbi maskaları alıb qısa müddətə satıb pulunu ödəyəcəyinə dair yalandan vəd verərək onun etibarından sui-istifadə etməklə 2020-ci ilin fevral ayının 5-də dəyəri 3750 manat olan 30.000 ədəd və dəyəri 4500 manat olan 40.000 ədəd, 09 fevral 2021-ci il tarixdə dəyəri 6.900 manat olan 60.000 ədəd, xx.xx.2021-ci il tarixdə 1130 manat dəyərində 10.000 ədəd və dəyəri 3.680 manat olan 32.000 ədəd, 17 fevral 2021-ci ildə dəyəri 240 manat olan 2000 ədəd, 20 fevral 2021-ci il tarixdə 7070 manat dəyərində 62.000 ədəd, 26 fevral 2021-ci il tarixdə dəyəri 1130 manat olan 10.000 ədəd, 27 fevral 2021-ci il tarixdə 5460 manat dəyərində 48.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezin tibbi maskanı Abşeron rayonu Fatmayi qəsəbəsi Qara Qarayev küçəsində 84 saylı sahədə yerləşən "xxxx" MMC-nin anbarından və sonuncu dəfə isə 01 mart 2021-ci il tarixdə 4645 manat dəyərində 41.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezinli tibbi maskanı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında ümumilikdə 38.525 aldıqdan sonra həmin əmlakın 3000 manat pulunu ödəmiş, qalan əmlakın pulunu ödəyəcəyinə ona yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 35.525 manat məbləğdə tibbi maskaları ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan miqdarda, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 xeyli vaxtdır ki, tanımış və aralarında normal münasibətlər olmuşdur. 35.525 manat məbləğində Zərərçəkmiş şəxs1 ilə tibbi maskaların alqı-satqısından əvvəl də aralarında ticarət əlaqələri olmuşdur. Belə ki, 38.525 manat məbləğində tibbi maskalar almış, onun 3000 manatını ona ödəmişdir. Həmin vaxtdan onu tanımışdır. Əvvəlki tibbi maska alqısatqıları nağd pul qaydasında olmuşdur. Həmin alqı-satqıların məbləğləri isə 35.525 manatdan kifayət qədər yüksək məbləğlər olmuşdur. Onun Zərərçəkmiş şəxs1 aldatmaq fikri olmamışdır. Lakin, sonuncu dəfə, yəni 35.525 manat məbləğində tibbi maskaların alqısatqısı barədə Zərərçəkmiş şəxs1 ilə fərqli qaydada razılaşmışlar. Belə ki, o, Zərərçəkmiş şəxs1 Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsini verməyi, Rəhim isə öz növbəsində ona tibbi maskalar verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan tarixlərdə o, həqiqətən 9-dəfə Zərərçəkmiş şəxs1 müxtəlif saylarda tibbi maskalar almış və həmin maskaları o, Şahid5 və Səfərəliyev Nicatın avtomobili ilə daşıyıb aparmış və onları Sədərək ticarət mərkəzində və digər yerlərdə depolara apteklərə hissə-hissə vermiş və pullarınıda alıb Qusar rayonunda əkin sahələrində pomidor əkdirmişdir. Lakin, Zərərçəkmiş şəxs1 sonra ona torpaq sahəsini almaq istəmədiyini, əvəzində verdiyi tibbi maskaların pulunu istədiyini bildirmişdir. O, isə ona cavabında tibbi maskaların satışından əldə etdiyi pulu başqa işə yatırım etdiyini, yəni həmin pullara pomidor əkdiyini, yalnız məhsul yetişəndə, həmin məhsulun satışından əldə olunan pulu ona verə biləcəyini bildirmişdir. Əli Allhverdiyevə və Nicat Səfərəliyevə ancaq yük daşımağa görə zəhmət haqqı vermişdir. Onların tibbi maskaların satışına və onlardan əldə olunacaq pula və gəlirə heç bir aidiyyəti olmamışdır. Bəzən qaimələr tərtib ediləndə o, oradan çıxıb getmiş və qaimələrə onun tapşırığı ilə Şahid5 imza etmişdir. O, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı ödəmək məqsədi ilə ona Abşeron rayonu Məmmədəli kəndində X1 adına olan 0,10 ha torpaq sahəsini alıb vermək istədiyimi bildirsə də, Rəhim onunla razılaşmamış və ona verdiyi tibbi maskaların pulunu ona verməsini tələb etmişdir. Bundan başqa, Şahid6 onun bibisi oğludur. Elçin Kürdəxanı istintaq təcridxanasında saxlanıldığı vaxtlarda mütəmadi olaraq onun yanına gedib baş çəkmişdir. O, Elçinin yanına xatırlamadığı vaxtı getdiyi zaman Elçin ona Sumqayıt şəhəri, Yaşma bağlar massivində bir neçə yerdə torpaq sahəsinin olduğunu, onların satılmasında kömək etməsini, həmin pulu ailəsinə verməsini, özünə də torpağı satmağı ilə bağlı hörmət edəcəyini demişdir. O, orada Şahid1 adlı şəxsin olduğunu, ona yaxınlaşmağını, onun torpağın satılmasında ona kömək edəcəyini demişdir. O, da həmin vaxtı borcu çox olduğundan həmin torpaqları sataraq borclarını verməsini, lakin Elçingilə torpaqları satdığını deməməyi, daha sonra pullarını verməyi düşünmüşdür. O, Şahid1 tapmış və ona Elçinə aid torpaqları satmaq istədiyini, həmin torpaqlara müştəri tapmasını xahiş etmişdir. O, da ona torpağın sənədlərini verməsini, müştəri tapacağını demişdir. O, da Elçinin ailəsinə torpağın sənədini, həmiçinin darvazanın açarını verməsini, sənədləri və torpağı müştəriyə göstərəcəyini, hələ satmadığını demişdir. Sonra İbrahim onu Zərərçəkmiş şəxs2lə tanış etmişdir. Onlar 18 sot torpağı ümumi 14000 manat pula razılaşmışlar. O, ilkin olaraq ona 10000 manat pul veriləcəyini, sonra qalan 4000 manat pulu isə ayda 1000 manat olmaqla 4 aya verəcəyini demişdir. O, da onlarla razılaşmış və onlara torpağın sənədlərinin onlarda qalacağını, pulunu tam ödədikdən sonra sənədləşmənin onun adına olacağını demişdir. O, belə etməklə müddət qazanmış, borclarını verdikdən sonra əlinə pul düşdüyü zaman Elçinin ailəsinin pulunu verib və sənədləşməyə razı salacağını fikirləşmişdir. O, 2020-ci ilin yanvar ayında İbrahimlə Sumqayıt şəhəri ərazisində görüşmüş və orada İbrahim ona Aydından götürdüyü 10000 manat pulu vermişdir. O, həmin pulu borclarına vermişdir. O, Aydına həmin torpağın darvazasının açarını da vermişdir. Bir müddət keçdikdən sonra Aydın və İbrahim ona sənədləşməni etməməsini demişlər. O, da həmin vaxtı pul taparaq Elçinin ailəsinin pulunu verə bilmədiyi üçün onlara tezliklə sənədləşməni edəcəyini deyərək yayınmışdır. O, bir ay sonra onlardan qalan pulu almaq istədikdə İbrahim və Aydın ona Elçinin qohumlarının bu işdən xəbərsiz olduqlarını, onları aldatdığını söyləmişlər və ondan pulları tələb etmişlər. O, da onlarla görüşərək pulu qaytaracağını demişdir. Həmin torpaqdan istifadə etməyə və ya satmaqla bağlı hər hansı etibarnaməsi olmamışdır. Həmin vaxtı onun borcları çox olmuşdur. O, ona görə də həmin torpağı sataraq pulu borclarına vermiş və daha sonra əlinə pul gəldiyi zaman da Elçinin ailə üzvlərinə pulu verəcəkmiş. Aydınla da sənədləşməni həyata keçirəcəyini düşünmüşdür. Lakin, sonra pul tapa bilmədyindən Elçinin ailəsinə pulu verə bilməmiş və Aydınla da sənədləşmə alınmamışdır. Ona görə də Elçinin ailəsi Aydından torpağı geri almış və Aydın da aldadılmağı ilə bağlı polisə şikayət etmişdir. X18 1500 manat pulunu Aydının özünə qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxslərə dəymiş maddi ziyanının tam ödənildiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Şahid5 və Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəlində tanımışdır. Belə ki, o, direktoru olduğu "xxxx" MMC-də işdə olduğu zaman Şahid5 və Təqsirləndirilən şəxs iş yerinə gələrək ondan topdan satış qiymətinə tibbi maskalar almaq istədiklərini bildirmişlər. O, da onların təklifi ilə razılaşaraq topdan satış qiymətinə tibbi maskalar satmağı qərara almışdır. Onlar ona demişlər ki, daimi ondan tibbi maskalara alaraq satıb həmin günü də pulunu ödəyəcəklər. O, da onlarla razılaşmışdır. Onlar ilkin olaraq ondan 05 fevral 2021-ci ildə 3750 (üç min yeddi yüz) manat dəyərində, yəni 30.000 (otuz min) ədəd CXR-nın istehsalı olan tibbi maskalar alıb aparmışlar, bir saat ərzində qayıdıb pulunu ödəyəcəklərinə söz verdiklərini bildirmişdir. O, razılaşaraq tibbi maskaları vermişdir. Lakin, onlar söz verdikləri vaxtda gəlməmişlər. O, dəfələrlə onlara zəng etmiş, hərdən zənglərinə cavab verib virusa yoluxduqlarını deyərək müalicələri başa çatan kimi gələcəklərini bildirmişlər. Bir neçə dəfə onlarla danışandan sonra, 2021-ci ilin fevral ayının 5-də Şahid5 və Təqsirləndirilən şəxs iş yerinə təkrar gələrək üzür istəyib virusa yoluxduqlarını bildirmiş, bir daha ondan tibbi maskalar almaq istədiklərini və iki gün ərzində 1-ci dəfə aldıqları maskanın pulunu, eyni zamanda həmin vaxt aldıqları tibbi maskaların pullarını ödəyəcəklərini bildirmişlər. O, razılaşmış və onlar 2-ci dəfə ondan 4520 (dörd min beş yüz iyirimi) manat dəyərində CXR-nın istehsalı olan tibbi maskalar alıb getmişlər. Onlar 09 fevral 2021-ci il tarixdə 3-cü dəfə ona müraciət edərək ilkin almış aldıqları tibbi maskalar üçün 3000 (üç min) manat pul ödəyib əlavə 6900 (altı min doqquz yüz) manat dəyərində tibbi maskalar alaraq yenə də iki gün müddətində bütün almış olduqları tibbi maskaların pullarını ödəyəcəklərini bildirib getmişlər. O, da onlara inanıb tibbi maskaları anbardan vermişdir. xx.xx.2021-ci il tarixində onlar bir daha ona müraciət edərək yaxşı müştəriləri olduqlarını və həmin müştəriləri itirməmək üçün ondan almış olduqları tibbi maskaları onlara nisyə satdıqlarını və pullarını yığaraq tibbi maskaların pullarını ödəyəcəklərinə onu inandıraraq yenə də ondan 1130 (bir min yüz) manat dəyərində 10.000 ədəd tibbi maskalar əlavə olaraq həmin gün 3680 manatlıq 32.000 ədəd tibbi maskalar alıb bir daha iki gün müddətində pullarını ödəyəcəklərini bildirmişlər. O, bir daha onlara inanıb gözləmişdir. 17 fevral 2021-ci il tarixdə Tural 240 manat dəyərində 2000 ədəd tibbi maskalar götürmüşdür. xx.xx.2021-ci il tarixdə onlar yenidən gələrək ondan 7070 (yeddi min yetmiş) manat dəyərində tibbi maskalar almışlar və pullarını ödəyəcklərinə söz verib onu inandırmaq üçün Şahid5 sürücülük vəsiqəsini, Təqsirləndirilən şəxs isə pasportunu ona verib cəmi 62.000 ədəd tibbi maskaları götürüb getmişlər. Daha sonra xx.xx.2021-ci il tarixdə təkrar müraciət edərək 1130 (bir min yüz otuz) manat dəyərində 10.000 ədəd, xx.xx.2011-ci il tarixində müraciət edərək 5460 (beş min dörd yüz altmış) manat dəyərində 48.000 ədəd tibbi maskaları anbardan alıb getmişlər. Sonuncu dəfə onlar xx.xx.2021-ci il tarixdə ona müraciət edərək onlara yenə də 4645 (dörd min altı yüz qırx beş) manat dəyərində tibbi maskalar lazım olduğunu, indiki və əvvəllər almış olduqları bütün maskaların pullarını 2 gün müddətində ödəyəcəklərini bildirmişlər. Onlar onunla danışan zaman işin sonu olduğu üçün o, onlara vacib işi olduğunu 41.000 ədəd tibbi maskaları avtomobilinə yükləyib yaşadığı Nərimanov rayonu, A.Neymətulla küçəsi 40 saylı evin həyətində olacağını bildirmişdir. Onlarda Şahid5 idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı avtomobil ilə yuxarıda qeyd etdiyi ünvana gələrək maskaları götürüb getmişlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Əli və Tural ona zəng edərək onlara yenə də tibbi maskalar satmasını bildirmişlər. O, da onlara əvvəllər apardıqları tibbi maskaların pullarını ödəməyincə əlavə tibbi maskalar satmayacağını demişdir. Onlar da dəfələrlə israrla xahiş etmişlər, hətta yalvarışlarla yenə də yadında qalmayan miqdarda tibbi maskalar istəmişlər. O, da əvvəlki maskaların pullarını ödəməsələr əlavə tibbi maskalar verməyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra onlar ona zəng etməmişlər, o, isə onlara zəng etdikdə zənglərinə cavab verməmişlər. Əli və Tural ondan tibbi maskaları götürən zaman 4 dəfə Nicat adlı şəxs maskaları sayıb qəbul edərək imzalar etmiş və əlaqə nömrələrini qaimələrdə qeyd etmişlər. Cəmi o, 38.525 manat dəyərində tibbi maskalar vermiş, onun 3000 manatını ona ödəmiş, qalan məbləğ yəni 35.525 manat pulu isə ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, Yaşma bağlarından özünə bağ sahəsi almaq istəmişdir. Ona görə də uzun illər tanıdığı Şahid1 bu barədə demişdir. İbrahim X3 nəzarətçi işləmiş, həm də torpaq alqı-satqısı ilə də məşğul olmuşdur. Onun əlaqələri olduğundan o, İbrahimdən onun üçün Yaşma bağlarından 18 sot torpaq sahəsi tapmağını xahiş etmişdir. İbrahim də təxminən 5-10 gündən sonra ona zəng edərək Yaşma bağlarında 18 sot torpaq sahəsi olduğunu, Tural adlı şəxsin satdığını bildirmişdir. O, da Yaşmaya gedərək həmin torpağa baxmış, torpaq sahəsinin mişar daşı ilə hasara alındığını və içərisində də yarım tikili olduğunu görmüşdür. Ora həm də dənizə yaxın olduğundan o, oranı bəyənmiş və İbrahimə almaq istədiyini bildirmişdir. Onlar bir dəfə də Tural adlı şəxslə birlikdə də oraya gedib baxmışdır. İbrahim ona həmin torpağı 20000 (iyirmi min) manata satılmasını demişdir. O, İbrahimə 19000 (on doqquz min) manata gücü çatacağını, hazırda 11000 (on bir min) manat pulu olduğunu, qalan pulu da hissə-hissə verəcəyini demişdir. Bundan başqa İbrahimə bütün sənədləri də özünün edəcəyini, ancaq onu tanıyacağını və həmin puldan nə xeyir tutsa özünün olacağını demişdir. O, da onunla razılaşmışdır. İbrahim ona torpağın sahibinin də razılaşdığını bildirmişdir. O, 2020-ci ilin yanvar ayının 28-də İbrahimlə Sumqayıt şəhərində yerləşən “Bank of Baku”nun qarşısında görüşərək ona 11000 (on bir manat) manat pulu vermişdir. İbrahim ona həmin pulu aparıb torpağın sahibi olan Tural adlı şəxsə verəcəyini, sənədlərin də 1-2 ay müddətində hazır olacağını, bütün sənədlərin onun adına olacağını bildirmişdir. Sonradan İbrahim həmin torpaq sahəsinin açarını da alaraq ona vermişdir. O, da sonradan oraya gedərək müəyyən müddət ərzində həmin torpaq sahəsinin içərisini təmizlətmiş, oranı əkin üçün qaydaya salmış və tikiliyə qapı qoyaraq, əlavə olaraq yarım tikilidə də iş gördürmüşdür. Bu prosseslər yanvar ayının axırından martın 12-də qədər davam etmişdir. O, həmin müddət ərzində səhv etmirsə fevral avında əlavə olaraq 500 (beş yüz) manat pul da İbrahimə vermişdir. Çünki onların danışığına görə o, hissə-hissə pulun qalanını ödəməli idi. O, teztez İbrahimdən sənədlərin nə yerdə olduğunu soruşmuş və İbrahim də işin getdiyini, Turalın torpağın sənədlərini verəcəyini, tezliklə hazır olacağını demişdir. Mart ayının 12-də həyat yoldaşı X11 həmin bağa gedərək iş görmüşdür. Yoldaşı axşam evə gəldikdə Yaşmada olduqda orada olan qonşulardan həmin torpağın yiyəsinin torpağı satmaqda narazı olduğunu və həbsxanada olduğunu dediklərini bildirmişdir. O, da səhərsi gün bağa getmiş və qonşuluqda yaşayan Kamal adlı şəxslə əlaqə saxlamışdır. Kamal yoldaşına bu barədə dediyini ona bildirmişdir. Sonra Kamal telefon vasitəsilə onu bir qadınla calaşdırmış, həmin qadın telefonla ona həmin torpağın sahibinin onlar olduğunu, torpağı satmadıqlarını, onu məhkəməyə verəcəklərini demişdir. O, da sonradan İbrahimlə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuş, İbrahim məlumatının olmadığını, torpağın sahibinin Tural olduğunu bildiyini, onunla danışaraq məsələni qaydasına qoyacağını demişdir. O, da İbrahimə bu torpağın mübahisəli torpaq olduğunu, almaq istəmədiyini, pulunu qaytarmasını demişdir. İbrahim də ona pulu Turala verdiyini, geri alacağını, verməsə belə də pulunu özünün qaytaracağını demişdir. Təxminən 1-2 gün sonra İbrahim pulu həqiqətən də Turala verdiyini inandırmaq üçün ona zəng edərək, Turalın da gələcəyini, görüşmələrini demişdir. Onlar İbrahimin yaşadığı yerdə, yəni Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində görüşmüşlər. Orada o, İbrahim və Tural olmuşdur. O, Turaldan nə məsələ olduğunu, torpağın sahibinin kim olduğunu soruşmuşdur. Tural torpağın sahibi dayısı Şahid6 olduğunu, həmin qadının da Elçinin arvadı olduğunu, Elçinin hazırda həbsxanada olduğunu, pul lazım olduğu üçün ona həmin torpağı satmağı tapşırdığını demişdir. Söhbət əsnasında Tural İbrahimdən 10000 manat pul aldığını, qalan pulu da İbrahimin zəhmət haqqı kimi götürdüyünü demişdir. Tural da həmin pulu Elçinə göndərdiyini, sənədlərin də Elçinin ailəsində olduğunu, sənədləşməni qaydasına qoyacağını demişdir. O, da Turala torpağın mübahisəli olduğunu, ona görə də istəmədiyini, pulunu qaytarmasını demişdir. Tural da orda ona 10.000 manat pulunun onda olduğunu, tezliklə qaytaracağını demişdir. İbrahim də 1500 manat pulun onda olduğunu, qaytaracağını demişdir. Həmin pullar 1 ay müddətində ona qayıtmalı idi, o, söhbət təxminən mart ayının axırları baş vermişdir. O, bir ay müddətində gözləmiş, lakin pul qayıtmadığı üçün Turalla da, İbrahimlə də əlaqə saxlamışdır. Tural ona hər dəfə bir bəhanə göstərmişdir. İbrahim də ona tez-tez Turalla danışdığını, pulu qaytaracağını demişdir. O və İbrahim mütəmadi olaraq Turalla əlaqə saxlamış və Tural İbrahimə də, ona da hər dəfə bir bəhanə göstərmişdir. X23 adlı şəxslə türmədə telefon əlaqəsi saxlamışdır. Elçin telefon danışıq zamanı İbrahimə Turalın onun qohumu olduğunu, lakin Turala torpağını satmağını demədiyini, həmçinin də Turalın ona 10000 manat pul vermədiyini, torpağın sənədlərinin ailəsində olduğunu, Turalda olmadığını bildirmişdir. Sonradan İbrahim də Turalla danışaraq Elçinin dediklərini demiş, Tural isə Elçinin yalan dediyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs oğlundan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahidəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2008-ci il tarixdən Sumqayıt şəhərində X3 nəzarətçi işləmişdir. Şahid6 Yaşma bağlar massivində torpaq sahəsi olmasından tanımışdır. O, sonradan bilmədiyi səbəblərə görə həbs olunmuşdur. 2020-ci ilin əvvəllərində əvvəllər tanımadığı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun iş yerinə gələrək Elçinin qohumu olduğunu və Elçinin xahişi ilə ona məxsus torpaq sahəsinin satılmasını bildirmişdir. O, isə ona Elçinin özünün ona zəng edib bu barədə danışmağını demişdir. Sonradan Elçin özü ona zəng edərək qohumu Turalın dediyi kimi ona məxsus torpaq sahələrini satmağı xahiş etmiş və satılmış torpaq sahəsinin pulunun Turalın ona çatdıracağını bildirmişdir. Bu söhbətlər olan ərəfələrdə onun tanıdığı Zərərçəkmiş şəxs2 özünə Yaşma bağlar massivində torpaq sahəsi axtarmışdır. O, Aydınla bu barədə danışdıqda sonradan onları yəni Turalla Aydını tanış etdikdən sonra onlar birlikdə Elçinə məxsus torpaq sahəsinə gedib baxmışlar. Aydın oranı yəni həmin torpaq sahəsini bəyənmiş və onların qiymətləşməsinə əsasən Tural, Aydından torpaq sahəsini onun adına sənədləşdirilib özəlləşdirildikdən sonra ümumilikdə 19.000 manat pul istəmiş və ilk əvvəl isə Tural ehtiyacı olduğunu bildirib Aydından 11.500 manat pul istəmişdir. Aydın isə söhbətidən bir neçə gün sonra yəni 2020-ci ilin yanvar ayının sonlarında 11.000 manatını onunla Sumqayıt şəhərində səhv etmirsə Sülh küçəsində vermiş, o, da həmin məbləğdən 1000 manatını saxlamışdır ki, Tural torpaq sahəsini Aydının adına sənədləşdirəndən, eləcə də qalan pulda yığıldıqdan sonra cəm şəkildə Turala versin. 10.000 manatı Təqsirləndirilən şəxsla görüşüb ona Sumqayıt şəhərində Sülh küçəsində “Ceyran” restoranının yanında çatdırmışdır. O, pulu sayıb ondan götürmüşdür. Bundan bir müddət sonra həmin ilin təxminən səhv etmirsə fevral ayında Aydın onunla görüşərək ona torpaq sahəsinin satılması ilə bağlı Turala çatdırmaq üçün 500 manat məbləğində pul vermişdir. O, həmin pulu saxlamış, özü də gözləmiş, qalan pullarında veriləcəyini və birdəfəlik qalan 9000 manatı da Turala vermişdir. X24 torpaq sahəsinin darvazasının açarlarınıda təqdim etmişdir. Lakin, sonradan Elçinin yaxın qohumları Aydının mobil telefon nömrəsini taparaq ona zəng etmiş və onu torpaq sahəsindən çıxmasını tələb edərək üzərinə hədə-qorxu gəlmişlər. Eyni zamanda Aydın onlara pulu Tural vasitəsi ilə verməsini desə də, lakin onlar Turalın onlara alınmış puldan hər hansı bir məbləğdə pul vermədiklərini demişlər. Sonradan Şahid6 ona türmədən zəng etdikdə o, Turalın ona hər hansı bir məbləğdə pul vermədiyini deyib onu da aldatdığını qeyd etmişdir. Aydın dəfələrlə ondan pulunu tələb etsə də, lakin o, günü-günə sataraq pulu qaytaracağına söz versə də, pulu qaytarmamışdir. O, sonra vəziyyəti belə görüb Aydının onda qalan 1.500 manat pulunu Aydınla görüşüb ona vermişdir. Beləliklə də, Təqsirləndirilən şəxs həm Aydını, həm də Elçini aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanımışdır. O, şəxsən Zərərçəkmiş şəxs1 tibbi maska alıb-satmamışdır. Ondan tibbi maskaları alıb-satan Təqsirləndirilən şəxs olmuşdur. Ancaq Tural maskaları Zərərçəkmiş şəxs1 alanda yanında olmuş, ancaq maskaların satışında iştirakı olmamışdır. Lakin, onun maskaları apteklərə, depolara və Sədərək ticarət mərkəzində topdan satmasını bilmişdir. O, təxminən 4 və ya 5 dəfə Turalla birlikdə Zərərçəkmiş şəxs1 topdan tibbi maskalar satdığı Fatmayi qəsəbəsində yerləşən anbarda olmuşdur. Tural maskaları nisyə almış, sonradan satıb pulunu ödəyəcəyini bildirmişdir. Ancaq aralarında hansı danışıqlar olduğundan onun məlumatı olmamışdır. Belə ki, o, heç bir zaman onların arasında olan pulla bağlı danışıqlarda iştirak etməmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 hansı məbləğdə tibbi maskaları aldığını və ona nə qədər pul ödəməli olduğunu bilməmişdir. İki dəfə Tural ona Zərərçəkmiş şəxs1lə danışıb ondan maskaları götürmək lazım olduğunu demişdir. O, da atasına məxsus "HYUNDAİ ELANTRA-minik” markalı avtomobili ilə Fatmayı qəsəbəsinə getmişdir. Ancaq Zərərçəkmiş şəxs1lə görüşməmişdir. Telefonla danışanda Zərərçəkmiş şəxs1 ona, anbara yaxınlaşıb maskaları götürə biləcəyini demişdir. O, da anbara yaxınlaşmış və anbrada işləyən işçisindən yadında qalmayan vaxtda və sayda, hansı dəyərdə olduğunu bilmədiyi maskaları götürüb Turalın dediyi ünvanlara, yəni Sədərək ticarət mərkəzinə və aptek sahiblərinə vermiş, ancaq maskalar üçün heç kimdən hər hansı bir məbləğdə pul almadığını qeyd etmişdir. Bir yada iki dəfə tibbi maskaları alıb avtomobilinə yığanda qayiməyə o, özü imza etmiş, həmin maskaları götürməsini təsdiq etmişdir. Belə ki, həmin vaxtı Tural anbarda olmamışdır və o, məcbur qalıb qaiməyə imza etmişdir. Tibbi maskaları daşıyıb Turalın bildirdiyi yerlərə payladıqdan sonra Tural ona yükü daşıdığı üçün zəhmət haqqı ödəmişdir. Rəhim Turaldan tibbi maskaların pulunu istəyən də, Tural həmin maskaları satdığını, pulu öz ehtiyacına sərf etdiyini, əvəzində Məhəmmədli qəsəbəsində torpaq sahəsi vermək istədiyini bildirmiş və buna görə onun sürücülük vəsiqəsini Rəhimə girov kimi qoymuşdur. O, da Turalın xahişi ilə sürücülük vəsiqəsini Rəhimə vermiş və ondan ziyanı ödəyəndən sonra onun sürücülük vəsiqəsini qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahidəxs qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin yanvar ayının 21-dən etibarən Abşeron rayonu “Fatmayi-Goradil” yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs1 məxsus "xxxx" MMC-də bu günə kimi anbar mtidüri vəzifəsində işləmişdir. Onun vəzifəsi anbara gələn malların qəbulu, anbarda olan mallara nəzarət və anbardan malların buraxılması və sairdən ibarət olmuşdur. 05 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 göstərişinə əsasən Təqsirləndirilən şəxs Çin istehsallı “Mingyu" markalı 3.750 manat məbləğində 30.000 ədəd tibbi maskanı anbardan ona vermişdir. Həmin tibbi maskalar kardon yeşiklərdə olmuşdur. Cəmi 12 ədəd tibbi maska olan yeşikləri Təqsirləndirilən şəxs gətirdiyi “Qazel" markalı yük avtomaşınına anbarın fəhləsi Elnur yükləmişdir. Bu barədə onun tərəfindən həmin gün qayimə tərtib edilmiş və həmin qayimədə malın alınmasına dair Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan sonra həmin gün SDF00000405 saylı qaimə əsasında dəyəri 4520 manat olan 40.000 ədəd Çin istehsallı “Kintovo” markalı tibbi maskanı 20 yeşikdə Təqsirləndirilən şəxs verilmişdir. Əlavə olaraq həmin gün dəyəri 240 manat olan 2000 ədəd “Kintova” markalı tibbi maska götürmüş və qaiymədə Təqsirləndirilən şəxs bu barədə öz yazı xətti ilə qeyd aparmışdır. Bundan sonra 09 fevral 2021-ci İl tarixdə SDF00000411 saylı qaimə əsasında dəyəri 6900 manat təşkil edən 60.000 ədəd Çin istehsallı “Kintova" markalı tibbi maskanı anbardan Tural və onunla birlikdə gəlmiş və ilk dəfə gördüyü Şahid5 vermiş və bu barədə Şahid5 qaimədə malın alınmasına dair öz yazı xətti ilə imza etmişdir. Bundan sonra 12 fevral 2021-ci ildə Təqsirləndirilən şəxs SDF00000617 saylı qaimə əsasında dəyəri 1130 manat təşkil edən 10.000 ədəd “Kintova" markalı tibbi maska vermişdir, lakin tərtib edilmiş qaimədə ona imza etdirməyini unutmuşdur. Daha sonra 20 fevral 2021-ci il tarixdə SDF00001350 saylı qaimə əsasında dəyəri 7070 manat olan 32.000 ədəd “Kintova" markalı və 30.000 ədəd isə “Mingyu" markalı tibbi maskaları Təqsirləndirilən şəxs vermiş və qaimədə isə onunla anbara gəlmiş Səfərəliyev Nihat adlı şəxs imza etmişdir. Bundan sonra 26 fevral 2021-ci ildə SDF0QQ01481 saylı qaimə əsasında dəyəri 1130 manat təşkil edən 10.000 ədəd “Kintovo" markalı tibbi maskam Təqsirləndirilən şəxs vermiş və qaimdə Seyfəliyev Nicat imza etmiş və telefon nömrəsini yazmışdır. 27 fevral 2021-ci il tarixdə SDF00001496 saylı qaimə əsasında dəyəri 5460 manat təşkil edən 18.000 ədəd "kintovo" markalı və 30.000 ədəd isə “Mingyu" markalı tibbi maskanı Təqsirləndirilən şəxs vermiş və qaimədə isə Seyfəliyev Nicat imza etmişdir. Bundan sonra, 01 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona fəhlə ilə birlikdə anbardan 4.645 manat dəyərində 3 yeşik “Kintova" və 14 yeşik isə “Mingyu" markalı tibbi maskaları onun idarə etdiyi Hündai markalı avtomobilinə yüklənməsini, həmin malları Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətində verəcəyini bildirmişdir. Bu barədə o, SDF00001524 saylı qaimə tərtib etmiş və həmin qaiməni Rəhim müəllimə vermişdir ki, malı onlara verərkən qaiməyə imza etdirsin. Səhəri günü Zərərçəkmiş şəxs1 həmin maskaları Təqsirləndirilən şəxs və Seyfəliyev Nicata verməsinə dair qaiyməni imzalanmış halda ona qaytarmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs və yaxud onunla gəlmiş şəxslərin heç birinə tibbi maska buraxmamışdır. Təqsirləndirilən şəxs götürdüyü tibbi maskaların pulunun müəyyən hissəsini Zərərçəkmiş şəxs1 versə də, çox hissəsinin pulunu verməmişdir. Qayimələrdə alınmış malların ödənilməməsi ilə bağlı qeydlər göstərilmişdir. Onlar pulu Zərərçəkmiş şəxs1 ödəməli olduğunu bildirmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs cəmi 3000 manat Zərərçəkmiş şəxs1 pul ödəmiş, qalan məbləği isə ödəməmiş və tibbi maskaları ələ keçirmişdir. Məhkəmə iclasında şahidəxs qismində dindirilmiş Şahid4 oğlu ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin yanvar ayının 25-dən etibarən Abşeron rayonu “Fatmayi- Goradil" yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Sədəf Farma" MMC-də bu günə kimi anbarda fəhlə işləmişdir. Onun vəzifəsi anbara gələn yüklərin yığılması qəbulu, anbarda olan malların avtomobillərə yüklənməsindən ibarət olmuşdur. 2021-ci ilin fevral ayının əvvəlindən başlayraq həmin ayın sonunadək Zərərçəkmiş şəxs1 göstərişinə əsasən anbara gəlmiş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs bir neçə dəfə Çin islehsallı “Mingyu” “Kintovo” markalı tibbi maskaları anbardan yeşiklərdə çıxarıb onun gətirmiş olduğu yük avtomobillərinə yükləmişdir. Həmin tibbi maskalar kardon yeşiklərdə olmuşdur. Sonuncu dəfə isə o, yadında qalmayan sayda tibbi maskaları Rəhim müəllimin avtomobilinə yükləmiş, onları Təqsirləndirilən şəxs aparıb verəcəyini bilmişdir. Hətda o. Rəhim müəllimə əgər avtombildon yükləri boşaltmaq lazımdırsa, başqa bir maşınla onun arxasınca gəlməsini demişdir. Lakin Rəhim müəllim ona ehtiyac olmadığını bildirmişdir. Sonradan Rəhim müəllimin dediyinə ğörə, Təqsirləndirilən şəxs və onunla birlikdə anbara gəlmiş tanımadığı şəxslər aldıqları malların pullarını ödəməmədiyİni bilmişdir. Mallar anbardan çıxarılarkən anbardar tərəfindən qaimə yazılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılan vaxtı dəqiq tarix yadında qalmamış, qohumu Təqsirləndirilən şəxs təxminən 2019-2020-ci illərdə bir neçə dəfə onu ziyarət etmək üçün Təcridxanaya gəlmiş və orada onunla görüşən zaman o, Turala Sumqayıt şəhəri, X13 sahəsində 18 sot torpaq sahəsinin olduğunu, həmin sahəni münasib qiymətə satıb əldə olunan pulu ailəsinə çatdırmasını xahiş etmişdir. Tural onun təklifini qəbul etmiş və bir müddət sonra ona Tural tərəfindən həmin sahəni kiməsə 19.000 manata satması, lakin pulu nə ona nə dəki ailə üzvülərinə çaldırmaması məlum olmuşdur. O, bu vəziyyəti görüb dərhal arvadı X14 ilə əlaqə saxlamış və Turalın ona pul vermədiyini bilmiş və ona torpaq sahəsinin satılmasının qarşısını almasını demişdir. Sonra o, həmin torpaq sahəsini almış olduğu Şahid1 zəng etmiş və ona torpaq sahəsini satmamağı demişdir. Həmin torpaq sahəsini o, tutulmazdan xeyli əvvəllər Şahid1 vasitəsi ilə 17.000 manata almışdır. Həmin sahənin 06 sotunu arvadının adına qalan hissələrini isə X4 və X10 adına almış və Şahid1 həmin şəxslərin adına olan Bağçılıq və Yoldaşçılıq sənədlərini ona vermişdir. O, X4 və X15 tanımamış və həmin şəxslərin adına olan sənədləri ona Şahid1 vermişdir. Həmin torpaq sahəsi qeyd olunan şəxslərin adına olmasına baxmayaraq faktiki olaraq ona məxsus olmuşdur. Torpaq sahəsi hasara alınaraq darvazası qoyulmuşdur. Maddi imkanı olmadığı üçün həmin sahədə tikinti işləri apara bilməmiş və ailənin maddi vəziyyəti çətinləşdiyi üçün o, həmin sahəni satmaq istəmişdir. Lakin sonradan o, vəziyyəti belə görüb torpaq sahəsinin satılmasından vaz keçmişdir. O, torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən satılmasının qarşısını vaxtında ala bildiyi üçün onun heç kimə qarşı iddiası və şikayəti olmamışdır. Ona heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin İ cildinin 10-19-cu vərəqələrində olan “Sədəf Pharma” tərəfindən tərtib edilmiş qaimə - qəbzlərdən görünür ki, malların satışı və xidmətə dair 2020-ci ilin fevral ayının 5-də dəyəri 3750 manat olan 30,000 ədəd və dəyəri 4500 manat olan 40.000 ədəd, 09 fevral 2021-ci il tarixdə dəyəri 6.900 manat olan 60.000 ədəd, xx.xx.2021-ci il tarixdə 1130 manat dəyərində 10.000 ədəd, dəyəri 3.680 manat olan 32.000 ədəd, 17 fevral 2021-ci ildə dəyəri 240 manat olan 2000 ədəd, 20 fevral 2021-ci il tarixdə 7070 manat dəyərində 62.000 ədəd, 26 fevral 2021-ci il tarixdə dəyəri 1130 manat olan 10.000 ədəd, 27 fevral 2021-ci il tarixdə 5460 manat dəyərində 48.000 ədəd ÇXR-nın istehsallı 3 qatlı rezin tibbi maskanı, 01 mart 2021-ci il tarixdə 4645 manat dəyərində 41.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezinli tibbi maskaların təhvil alınaraq satıldığı müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 20-28-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin baş təhqiqatçısı X21 HK-1/206saylı materialla əlaqədar olaraq tərtib etdiyi həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələblərinə əsasən Zərərçəkmiş şəxs1 və şahidlərin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olundu: Baxış keçirilən hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 40 saylı çoxmənzili yaşayış evinin həyətidir. Zərərçəkmiş şəxs1 qeyd olunan yaşayış evinin 2-ci girişinin qarşısında dayandığı ağ rəngli , “Nissan Suny” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərib bildirdi ki, souncu dəfə xx.xx.2021-ci il tarixdə Şahid5 və Təqsirləndirilən şəxs ümumi dəyəri 4645 (dörd min altı yüz altmış beş min) manat dəyərində tibbi maskaları həmin avtomobildən götüüb aparmışlar və bir daha onunla görüşüb maskaların pulunu ödəmişlər. Zərərçəkmiş şəxs1 göstərdiyi çoxmənzilli yaşayış evininn birinci mərtəbəsində “Qədirovun” yeməkxanası və şirniyyat evi yerləşir. 2-ci girişin üzərində isə 86 rəqəm yazılmış tablo bərkidilmişdir. Bundan əlavə o, bildirmişdir ki, Fatmayı bağlarında yerləşən Sədəf park anbarından dəfələrlə Təqsirləndirilən şəxs tibbi maskalar vermişdir. Hadisə yerlərinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin İ cildinin 66-67-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 196-197-ci vərəqələrində olan “MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə ” 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin MSY-dən azad edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 204-209-cu vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov Azərbaycan Respublikası CPM-nin 85, 97, 260 və 261-ci maddələrinin tələblərinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olundu: Zərərçəkmiş şəxs2 ifadəsinin yoxlanılmasına könüllü razılıq verdikdən sonra o, Sumqayıt şəhəri, Yaşma bağları massivində yerləşən 18 sot torpaq sahəsini göstərərək həmən sahələri 2020-ci ilin yanvar ayında ona 19000 manata satma vəd verdiyini, buna görə ona Şahid1 vasitəsilə ilkin olaraq 10000 manat, bir müddətdən sonra isə 500 manat məbləğində pul verdiyini, həmin yerin Sumqayıt şəhərində yerləşən “Bank of Baku” qarşısında verdiyini, Təqsirləndirilən şəxs ona həmin sahəni onun adına rəsmiləşdirəcəyinə söz verdiyini bildirdi. Torpaq sahəsinin fotoşəkili, pulun verildiyi yerin fotoşəkili çəkilərək protokola əlavə edildi. Cinayət işinin İİ cildinin 8-11-ci vərəqələrində olan “Təqdim etmə və baxış keçirmə barədə” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X6 icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 51-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair 06 ədəd çıxarışı təqdim etmiş və həmin çıxarışa onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin yazışmadan görünür ki, 03, 05 və 15 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında mobil telefon vasitəsi ilə yazışma olduğu müəyyən edilmişdir. Həmin yazışmanın mətnindən görünür ki, Təqsirləndirilən şəxs- “Rəhim müəllim mən Fatmeyi tərəfdəyəm, xahiş eləyirəm deyin keçim ğötürüm birzcun verməliyəm gec olacaq, Salam zənğ eləyirəm, torpaq sahəsinə dair sənədin fotoşəkilini göndərir. Yaxşı Rəhim müəllim Birinci gün görüşərik Salam idarədəyəm, Rəhim müəllim uşaq göndərim bir balaca zakazım var Çox azdı 4 korobjadi 5 korobkada birinnen bunu verin birdə pulu bağlayana kimi yığmiyaciyam oktaz elemek alınmır Böyük zakaz olsaydi deməzdim heç Korobkaki lazım doyor ancaq aciqdan olsun besti. Səs pis gəldi sifarişi yaz göndər. 9 korobkada balacadan 12 korobka böyükdən. Ümumi borc 30880 manat oldu Borcu təsdiqlə Bəli məndədə elədi. Salam 4 qutunu açıb saydıq Düz çıxdı Mene 5 korobka birinnen zakaz gəldi indi 4 korobkada birinnen yarım saata gəlim ğötürüm men. Zərərçəkmiş şəxs1- ancaq pulunu versin götürsün. Təqsirləndirilən şəxs- Rəhim müəllim bunun pulun birinnen alıb gətirirəm. Gelim bunu verin Men ğz ödənişlərimnen görüm hansin telesdirirem versin. Gelim bir dene bunu verin yola salım. 9 korobkadi bir şey elemir prosto istemiem elden çıxardım. Axşama şeherə düz qoşaram bunun pulun. Bir dene buraxmayimda. Zərərçəkmiş şəxs1-Mümkün deyil. Tural-Ağayev Rehim müəllim bir şey elemir verin yola salim. Heqeder gec doyur Özümdə yaxındayam Rəhim müəllim mən Fatmeyi tərəfdəyəm. Rehim müəllim. Zərərçəkmiş şəxs1 Bu gün alınmır. Təqsirləndirilən şəxs Çıxmayıblarsa yaxınnda adam var gəlsin. 10 deqiqeyə çatır. Zərərçəkmiş şəxs1 Qızlar gedib Alınmır. Bu gün alınmır. Təqsirləndirilən şəxs Seher orada kimsə olacaq men saat 6 ya bunu vermeliyem. Orda elnen yazmışdım keçən defe yaza bilseydi yaxşı olardı” bu kimi cümlələr qeydə alınmışdır. Həmin mobil telefonla yazışmaya dair çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülərək cinayət işinə əlavə edilmişdir. Protokol doğru yazılıb, heç bir əlavə və düzəliş daxil olmamışdır. Cinayət işinin İİ cildinin 16-24-cü vərəqələrində olan “Təqdim etmə və baxış keçirmə barədə” 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X6 icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nın 85 və 51-ci maddələrinə əsasən X14 tərəfindən torpaq sahəsinə dair 03 ədəd “X9” üzvülüyünə dair kitaçaları təqdim etmiş və həmin kitabçalara onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin kitaçalardan görünür ki, birinci kitabça onun özünün yəni X8, digərləri isə X2 və X10 adına olmuşdur. Həmin kitabçada onların adına ayrı-ayrılıqda 06 ha. torpaq sahəsi olduğu qeyd olunmuşdur. Həmin “X9” üzvülüyünə dair kitabçalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülərək cinayət işinə əlavə edilmişdir. Protokol doğru yazılıb, heç bir əlavə və düzəliş daxil olmamışdır. Cinayət işinin İİ cildinin 33-cü vərəqində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(101)-94/2021 saylı hökmdən Çıxarışdan görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1, 234.4.2 ve 234.4.3-cü maddəsi ilə 10 (on) il azadlıqdan məhrun etmə cəzasına, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə asasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olara 15 (on beş) ii müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin İİ cildinin 42-57-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işnin materiallarına əlavə edilmiş “Sədəf Pharma” tərəfindən tərtib edilmiş malların satışı və xidmətə dair 2020-ci ilin fevral ayının 5-də dəyəri 3750 manat olan 30.000 ədəd və dəyəri 4500 manat olan 40.000 ədəd, 09 fevral 2021-ci il tarixdə dəyəri 6.900 manat olan 60.000 ədəd, xx.xx.2021-ci il tarixdə 1130 manat dəyərində 10.000 ədəd və dəyəri 3.680 manat olan 32.000 ədəd, 17 fevral 2021-ci ildə dəyəri 240 manat olan 2000 ədəd, 20 fevral 2021-ci il tarixdə 7070 manat dəyərində 62.000 ədəd, 26 fevral 2021-ci il tarixdə dəyəri 1130 manat olan 10.000 ədəd, 27 fevral 2021-ci il tarixdə manat dəyərində 48.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezin tibbi maskanı, 01 mart 2021-ci il tarixdə 4645 manat dəyərində 41.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezinli tibbi maskaların təhvil alınaraq satılmasına dair qaimə - qəbzlərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefonun yaddaşında saxlanılmış Təqsirləndirilən şəxs ilə yazışmalarına dair 06 ədəd vərəqdən ibarət yazışmaların mühüm əhəmiyyət kəsb etdiyindən, sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, “Kimyaçı Bağçılıq və Yoldaşçılıq” üzvülüyünə dair 03 ədəd kitabçaların surətlərinin mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 88-ci vərəqində olan 3 saylı Bakı Asan Xidmət Qeydiyyat Şöbəsi tərəfindən 06 avqust 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 156162 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 06 avqust 2018-ci il tarixdə 4653 nömrə ilə qeyd edilmişdir. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X20 qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 1(005)-139/2022 saylı iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Belə ki, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı tamamilə 10.000 (on min) manat ödəmişdir. Onlar barışmışlar və ərizəsini geri götürür. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tam şəkildə ödənilişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbləriinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – cinayət işnin materiallarına əlavə edilmiş “Sədəf Pharma” tərəfindən tərtib edilmiş malların satışı və xidmətə dair 2020-ci ilin fevral ayının 5-də dəyəri 3750 manat olan 30.000 ədəd və dəyəri 4500 manat olan 40.000 ədəd, 09 fevral 2021-ci il tarixdə dəyəri 6.900 manat olan 60.000 ədəd, xx.xx.2021-ci il tarixdə 1130 manat dəyərində 10.000 ədəd və dəyəri 3.680 manat olan 32.000 ədəd, 17 fevral 2021-ci ildə dəyəri 240 manat olan 2000 ədəd, 20 fevral 2021-ci il tarixdə 7070 manat dəyərində 62.000 ədəd, 26 fevral 2021-ci il tarixdə dəyəri 1130 manat olan 10.000 ədəd, 27 fevral 2021-ci il tarixdə manat dəyərində 48.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezin tibbi maskanı, 01 mart 2021-ci il tarixdə 4645 manat dəyərində 41.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezinli tibbi maskaların təhvil alınaraq satılmasına dair qaimə - qəbzlər cinayət materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefonun yaddaşında saxlanılmış Təqsirləndirilən şəxs ilə yazışmalarına dair 06 ədəd vərəqdən ibarət yazışmalar cinayət materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - “Kimyaçı Bağçılıq və Yoldaşçılıq” üzvülüyünə dair 03 ədəd kitabçalar cinayət materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi1 məhkəmə iclasları zamanı və iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – cinayət işnin materiallarına əlavə edilmiş “Sədəf Pharma” tərəfindən tərtib edilmiş malların satışı və xidmətə dair 2020-ci ilin fevral ayının 5-də dəyəri 3750 manat olan 30.000 ədəd və dəyəri 4500 manat olan 40.000 ədəd, 09 fevral 2021-ci il tarixdə dəyəri 6.900 manat olan 60.000 ədəd, xx.xx.2021-ci il tarixdə 1130 manat dəyərində 10.000 ədəd və dəyəri 3.680 manat olan 32.000 ədəd, 17 fevral 2021-ci ildə dəyəri 240 manat olan 2000 ədəd, 20 fevral 2021-ci il tarixdə 7070 manat dəyərində 62.000 ədəd, 26 fevral 2021-ci il tarixdə dəyəri 1130 manat olan 10.000 ədəd, 27 fevral 2021-ci il tarixdə manat dəyərində 48.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezin tibbi maskanı, 01 mart 2021-ci il tarixdə 4645 manat dəyərində 41.000 ədəd ÇXR-nın istehsalı 3 qatlı rezinli tibbi maskaların təhvil alınaraq satılmasına dair qaimə - qəbzlər cinayət materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefonun yaddaşında saxlanılmış Təqsirləndirilən şəxs ilə yazışmalarına dair 06 ədəd vərəqdən ibarət yazışmalar cinayət materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - “Kimyaçı Bağçılıq və Yoldaşçılıq” üzvülüyünə dair 03 ədəd kitabçalar cinayət materiallarında saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-139/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-139/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver