Məhkəmə qərarları › İş №1(005)-14/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-14/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-14/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi5 iştirakları ilə, 25 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olub, ünvan 4 ünvanında kirayəşin yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun tanışı X16 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs5 eribarından sui-istifadə edərək, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Mühafizə İdarəsinə polis serjantı kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayının 10-da Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşərək ondan ilk öncə 15.000 manat, 2021-ci ilin fevral ayının 20-də guya tibbi komissiyadan keçməsi üçün Bakı şəhəri, Yasamal rayonu, “Space TV”-nin qarşısında 5.000 manat, 2021-ci ilin fevral ayının 25-də Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında əlavə olaraq 1.000 manat, ümumilikdə hissəhissə olmaqla 21.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə zabit kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, “Heydər Parkı” adlanan ərazidəki çayxanada Zərərçəkmiş şəxs3 ilə görüşərək ondan ilk öncə 13.000 manat, 1 həftə sonra isə həmin yerdə yenidən görüşərək əlavə olaraq 7.000 manat, ümumilikdə hissə-hissə olmaqla 20.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, ona məxsus 214.000 manat vəsaiti borclu olduğu şəxsdən alaraq ona geri qaytarılmasını təmin edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayının 11-də Bakı şəhəri, Nərimanov rayonu, “Atatürk” parkında Zərərçəkmiş şəxs4 ilə görüşərək ondan ilk öncə 12.000 manat, 1 həftə sonra isə həmin yerdə yenidən görüşərək əlavə olaraq 8.800 manat, ümumilikdə hissə-hissə olmaqla 20.800 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müsabiqədən kənar işə düzəldəcəyinə dair Şahid1 və Şahid2 etibarından sui-istifadə etməklə yalan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu X41 Türk küçəsində Şahid1 və Şahid2 ilə görüşərək onlardan Zərərçəkmiş şəxs2 məxsus 25.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə şöbəsinə polis serjantı kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin iyun ayında ünvan 5 ünvanında yerləşən “Excelsior” mehmanxanasının həyətində Zərərçəkmiş şəxs6 ilə görüşərək ondan 12.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun tanışı X16 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 qızı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında Cəmil Səfəralıyev adlı tanışı ona müraciət edərək tanışı X16 Xarici İşlər Nazirliyinə işə düzəlməkdə köməklik göstərməyi xahiş eləmişdir. Belə ki, o, özünü Zərərçəkmiş şəxs1 DTX rəhbərliyinin yaxın qohumu kimi təqdim eləmiş, sonuncu ilə görüşlərinin birində Zərərçəkmiş şəxs1 adını “Nicat” kimi təqdim elədiyi, lakin əsl adının Təqsirləndirilən şəxs2 olan şəxslə tanış eləmişdir. Təqsirləndirilən şəxs2 heç bir yerdə işləməsə də həm özü həm də o, Cavidi Zərərçəkmiş şəxs1 Prezident Administrasiyasının ümumi şöbəsinin əməkdaşı kimi, həm də Prezident Administrasiyanın rəhbərinin qohumu kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs2 bu cür təqdim edəndən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ondan Nicat Kazımlı adlı tanışını Xarici İşlər Nazirliyinə işə düzəltməyi xahiş eləmiş, o da bu işi “Nicatın” (əsl adı Təqsirləndirilən şəxs2 olan şəxs) həll edə biləcəyini Cəmilə demiş və Təqsirləndirilən şəxs2 bu barədə xəbərdar etmişdir. Zərərçəkmiş şəxs1 bu barədə onun iştirakı ilə Təqsirləndirilən şəxs2lə danışaraq bu işi 20.000 manat müqabilində həll olunacaqları barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 tanışını XİN-ə işə düzəltmək adı ilə sonuncudan 15.000 manat pul almış və həmin puldan ona bir neçə gün sonra 1000 manat nağd şəklində pul vermiş və günü 500 manata icarəyə götürdüyü 7 gününə 3500 manat icarə haqqı ödədiyi “BMV X 7” markalı avtomaşını 7 gün müddətinə sürmək üçün ona vermişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 əlavə olaraq ona bu işə görə 5000 manatı vermişdir. Zərərçəkmiş şəxs1 bu barədə şikayətlər edəndən sonra o, məcbur olub həmin puldan 2.500 manatını Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Bundan başqa, 2020-ci ilin sentyabr ayında Prezident Təhlükəsizlik Xidmətində işləyən Şahid5 adlı tanışı ona zəng edərək qohumunun Lənkəran Mühafizə idarəsinə polis serjantı kimi işə düzəlmək istədiyini və hansı yollarla polisə sənəd verməli olduğunu ondan maraqlanmışdır. Belə ki, Şahid5 onu polis əməkdaşı kimi tanımışdır. Şahid5la telefon danışığı zamanı o, qohumunun telefon nömrəsini verməsini, özünün həmin şəxsə sənəd verməyin qaydalarını izah edəcəyini bildirmişdir. Bundan sonra, Şahid5 dayısı oğlu Zərərçəkmiş şəxs5 ona zəng eləmiş, telefon danışığı zamanı onlar tanış olmuş və Daxili İşlər Nazirliyinə işə düzəlməklə bağlı danışıq aparmışlar. Telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs5 sonuncunu 15.000 manat müqabilində Lənkəran Mühafizə idarəsinə polis serjantı kimi işə düzəldə biləcəyini qeyd eləmiş, Zərərçəkmiş şəxs5 də onunla razılaşmışdır. Bununla yanaşı, o Zərərçəkmiş şəxs5 yaşayış yerindən ailə tərkibi haqqında arayış, orta ixtisas təhsilinə dair diplomun surəti və şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini hazır eləməyi tapşırmışdır. 2020-ci ilin sentyabr ayının 10-da Zərərçəkmiş şəxs5 və Şahid5 onunla Bakı Dövlət Universitetinin yaxınlığındakı çayxanada görüşmüş, görüş zamanı ümumi söhbət aparılmış, söhbətin sonunda Şahid5 kənarda onları gözləmiş və o, Zərərçəkmiş şəxs5lə birlikdə idarə elədiyi avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs5 özü ilə gətirdiyi 15.000 manatı və yaşayış yerindən ailə tərkibi haqqında arayış, orta ixtisas təhsilinə dair diplomun surəti və şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini ona vermişdir. Bundan sonra, o, Tofiq Babyevə DİN Baş Mühafizə Polis idarəsində qəbul olunacağını və ondan xəbər gözləməsini tapşırmış, bununla da görüşləri başa çatmışdır. Bundan sonra, o, tanışı DİN Baş Mühafizə Polis idarəsinin kadrlar idarəsinin rəisi Nəsimi müəllimdən bir nəfər tanışının Lənkəran Mühafizə idarəsinə polis serjantı kimi işə düzəlmək istədiyini bildirmiş, Nəsimi müəllim də həmin şəxsin 2021-ci ilin ferval ayında qəbula gəlməsini tapşırmışdır. 2021-ci ilin ferval ayında o, Zərərçəkmiş şəxs5lə birlikdə DİN Baş Mühafizə Polis idarəsinə getmiş, sonuncu DİN Baş Mühafizə Polis idarəsinin kadrlar idarəsinin rəisi Nəsimi müəllimin qəbuluna getmiş, qəbulda olan zaman Zərərçəkmiş şəxs5 orada şifahi müsaqibədən və idman müsabiqəsindən keçmişdir. Sonda Nəsimi müəllim Zərərçəkmiş şəxs5 Lənkəran Mühafizə İdarəsinə yaxınlaşaraq işə qəbulla bağlı müraciət etməsini tapşırmışdır. O da Zərərçəkmiş şəxs5 Lənkəran Mühafizə İdarəsinə getməməsini, lazım olduğu təqdirdə onunla birlikdə getməsini demişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs5lə birlikdə DİN Hospitalına getmiş, o Hospitala daxil olmuş, Tofiq isə onu çöldə gözləmişdir. Hospitalda o, qəbul şöbəsindən Tofiqin Hospitalda tibbi komissiyadan nə zaman keçməli olduğunu maraqlanmış, onlar da Lənkəran Mühafizə İdarəsindən göndəriş aldıqdan sonra tibbi komissiyadan keçə biləcəyini demişlər. O da Zərərçəkmiş şəxs5 yaxınlaşaraq guya tibbi komissiyadan keçməsi üçün əlavə olaraq 5.000 manat verməli olduğunu demiş, sonuncu da onunla razılaşmışdır. 2021-ci ilin ferval ayının 20-də Zərərçəkmiş şəxs5 əlavə 5000 manatı taksi ilə ona göndərmiş, o da tanımadığı taksi sürücüsü ilə “Space TV”nin qarşısında görüşərək pulu təhvil almışdır. Səhərisi gün o, yenidən Zərərçəkmiş şəxs5 zəng edərək guya tibbi komissiyadan keçməsi üçün əlavə olaraq 1000 manat da verməli olduğunu demiş, sonuncu da 2021-ci ilin fevral ayının 25-də ona taksi sürücüsü vasitəsilə 1000 manat göndərmiş, o da metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanımadığı taksi sürücüsü ilə görüşərək pulu təhvil almışdır. Beləliklə o, Zərərçəkmiş şəxs5 yalandan vəd verməklə Lənkəran Mühafizə İdarəsində polis serjantı kimi işə düzəlməsinə görə ümumilikdə 21.000 manat pul almışdır. Bundan sonra, Zərərçəkmiş şəxs5lə bir neçə dəfə telefonda danışmış və tezliklə işinin həll olunacağını ona demiş, lakin nəticə etibari ilə həll etməmişdir. Bundan başqa, 2020-ci ilin sentyabr ayında tanışı Şahid3 ona müraciət edərək dostu Abuzər adlı şəxsin bacısı oğlu Zərərçəkmiş şəxs3 adlı şəxsin DTX-da işə düzəlmək istədiyini qeyd etmiş və ondan bu işdə köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs3 DTX-da zabit kimi işə düzəlməsi üçün 70.000 manat verməli olduğunu Şahid3 bildirmiş, sonuncu da həmin məbləğdə pulu verməyə imkanlarının olmadığını demişdir. Sonradan o, 20.000 manat müqabilində Zərərçəkmiş şəxs3 DTX-da işə düzəldə biləcəyini demiş və razılşamışlar. 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR ərazisində, “Heydər parkı” adlanan ərazidəki çayxanada o, Zərərçəkmiş şəxs3 və Şahid3lə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs3 ona ilk olaraq 13.000 manat, bir həftə sonra isə həmin yerdə və Şahid3 işitakı ilə əlavə olaraq 7.000 manat pulu ona vermişdir. Pulu təhvil aldıqdan sonra o, Zərərçəkmiş şəxs3 bir neçə aya DTX-da işə düzələcəyinə dair yalandan söz vermişdir. Lakin, faktiki olaraq onun Zərərçəkmiş şəxs3 DTX-da işə düzəltmək imkanı olmamışdır. 2021-ci ilin yanvar ayından etibarən Zərərçəkmiş şəxs3 ona verdiyi pulu tələb etməyə başlamış, o da 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 aldığı 20.000 manatın 14.000 manatını geri qaytarmışdır. Sonradan isə onun qardaşı X13 Cəbrayıllıya olan borcunu, yəni 6.000 manatı istintaq dövründə tam şəkildə ödəmişdir. Qeyd edilənlərlə yanaşı, 2020-ci ilin sentyabr ayında Şahid3 ona yenidən müraciət edərək Zərərçəkmiş şəxs4 adlı tanışının olduğunu və bir nəfərin həmin qadına 214.000 manat borcu olduğunu, həmin borcu qaytarmaqdan imtina etdiyini bildirmişdir. Şahid3 həmçinin həmin borcu geri alaraq Zərərçəkmiş şəxs4 geri verilməsində köməklik etməsini ondan xahiş etmişdir. Bundan sonra, o, Şahid3 və Zərərçəkmiş şəxs4 ilə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs4 bir nəfərlə aralarında ev alqı-satqısı ilə bağlı problem olduğunu, hazırda həmin işin məhkəmə baxışında olduğunu, lakin həmin şəxsin ona olan 214.000 manat borcunu geri qaytarmadığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 müəyyən pul müqabilində pulunu borcu olan şəxsdən alaraq geri qaytara biləcəyini demişdir. 2020-ci ilin sentyabr ayında aralarına olan razılaşmaya əsasən o, iki dəfə Nərimanov rayonu, “Atatürk” parkında Zərərçəkmiş şəxs4 ilə görüşmüş və 2020-ci ilin sentyabr ayı ərzində ümumilikdə sonuncudan 20.800 manat pul almışdır. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs4 borcunu alıb geri qaytarmamışdır. 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs4 ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, o da 2021ci ilin ferval-may aylarında hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 5.700 manat pul qaytarmışdır. 2021-ci ilin may ayında tanışı Şahid1 ona müraciət edərək Zərərçəkmiş şəxs2 adlı şəxsi Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis vəzifəsinə işə düzəltmək imkanının olub-olmaması barədə maraqlanmış, o da Kənd Təsərrüfatı Nazirliyində işləyən Elvin adlı tanışının vasitəsilə həmin şəxsi müsabiqədən kənar işə düzəldə biləcəyini yalandan Şahid1 demişdir. Bununla yanaşı o, Zərərçəkmiş şəxs2 adlı şəxsin “CV” sənədlərini ona çatdırmasını tapşırmış, Şahid1 da bir neçə gün sonra yaşadığı evin yaxınlığında onunla görüşərək Zərərçəkmiş şəxs2 adlı şəxsin “CV” sənədlərini ona vermişdir. Lakin, Şahid1 aldığı “CV” sənədlərini o, heç kimə təqdim etməmişdir. Səhərisi gün o, Şahid1 zəng edərək Zərərçəkmiş şəxs2 işə düzəlməsi üçün guya 25.000 manat pul tələb olunduğunu demişdir. Eyni zamanda, işin düzəlməsi üçün 20.000 manatı X14 müavininə veriləcəyini 5.000 manatı isə bu işi gördüyü üçün özünə zəhmət haqqı kimi götürəcəyini, həmin puldan 2.500 manatını isə Şahid1 vasitəçilik etdiyinə görə zəhmət haqqı kimi verəcəyini demişdir. Şahid1 da onun qeyd edilən vədlərinə inanaraq bu barədə Zərərçəkmiş şəxs2 atasının dostu Naib adlı şəxsə məlumat verəcəyini demişdir. Belə ki, Şahid1 bu işi Naib adlı şəxs xahiş etmişdir. Şahid1 bir neçə gün sonra ona zəng edərək tələb olunan pulun verilməsinə razı olduqlarını demişdir. Qeyd edilən şəxsləri inandırmaq üçün o, Şahid1, Zərərçəkmiş şəxs2 və Naib adlı şəxsi Hökümət evinin qarşısına dəvət etmiş, Kənd Təsərrüfatı Nazirliyində işləyən tanışı ilə işdən sonra görüşən zaman Zərərçəkmiş şəxs2, Şahid1 və Naib adlı şəxsin yaxınlığından keçib getmiş, dostunu yola saldıqdan sonra isə onlara yaxınlaşaraq Naib və Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Sonra, Naiblə Sərvər onun avtomaşınına əyləşmiş, o Naiblə danışaraq pulu verdikdən bir ay sonra Zərərçəkmiş şəxs2 müvafiq əmrinin veriləcəyini yalandan bildirmişdir. Bir neçə gün sonra, yəni 2021-ci may ayında o, Naib və Sərvərlə sonuncunun yaşadığı Nərimanov rayonu, X41 Türk küçəsindəki evinin yaxınlığında görüşmüş, görüşləri zamanı Naib adlı şəxs 25.000 manat məbləğində pulu ona vermiş, pulu götürəndən sonra o, bir aya qədər işi düzəldəcəyinə söz vermişdir. Sonradan o, həmin puldan 2500 manatını Sərvərə vermiş, qalan pulu isə öz maddi ehtiyaclarına xərcləmiş, həmin puldan heç kimə işə düzəlmək üçün verməmiş, onun pul almağından Kənd Təsərrüfatı Nazirliyində işləyən tanışı Elvin Paşayevin də məlumatı olmamış və ümumiyyətlə Elvinlə aralarında pul müqabilində iş düzəltmək barədə də heç bir söhbət olmamışdır. O, sadəcə olaraq Şahid1 inandıraraq Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək üçün yalandan danışmışdır. Qeyd edilənlərlə yanaşı, 2021-ci ilin may ayında əvvəllər bir yerdə işlədiyi DİN İdman Cəmiyyətinin maliyyə-təchizat şöbəsinin mühasibi vəzifəsində işləyən Şahid7 ona zəng edərək qohumu Zeynəb Nəbiyevə adlı şəxsin DİN-də polis serjantı kimi işə düzəlmək istədiyini və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O da Şahid7 bu işi 12.000 manat mübabilində həll edə biləcəyini demiş, sonuncu da bununla razılaşmışdır. Bununla yanaşı, o, Şahid7 Zərərçəkmiş şəxs6 şəxsiyyət vəsiqəsinin və diplomumun sürətlərini də təqdim etməsini tapşırmışdır. 2021-ci ilin iyun ayının o, Şahid7 və Zərərçəkmiş şəxs6 ilə Nərimanov rayonunda yerləşən “Excelsior” mehmanxanasının həyətində görüşmüş, görüş zamanı Zeynəblə Günay onun avtomobilində əyləşmiş və Zeynəb Günayın iştirakı ilə ona 12.000 manat, eləcə də şəxsiyyət vəsiqəsinin və diplomumun sürətlərini də təqdim etmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs6 yalandan bir ay ərzində Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə şöbəsinə polis serjantı kimi işə düzələcəyinə söz vermişdir. Nəticədə isə Zərərçəkmiş şəxs6 heç yerdə işə düzəltməmişdir. Zərərçəkmiş şəxs6 adlığı 12.000 manat onun qardaşı Fərdi Ağamalıyev tərəfindən istintaq dövründə tam şəkildə ödənilmişdir. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, lakin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs1 ilə növbəti görüşləri zamanı sonuncu ona Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu və həmin şəxsin bir nəfər tanışını Xarici İşlər Nazirliyinə işə düzəltmək istədiyini demişdir. Eyni zamanda Rüstəm ona bunu deməklə yanaşı onlar Zərərçəkmiş şəxs1 adlı şəxsi aldadaraq yalandan vəd verməklə onun tanışını guya Xarici İşlər Nazirliyində işə düzəltmək adı ilə müəyyən qədər vəsaitini ələ keçirərək yarı bölmək qərarına gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1lə onun adını yalandan “Nicat” kimi təqdim etməklə guya onun Prezident Administrasiyasında işlədiyini və Prezident Administrasiyasının rəhbərinin yaxın qohumu olduğunu yalandan Zərərçəkmiş şəxs1 demək qərarına gəlmişlər. Rüstəm Zərərçəkmiş şəxs1lə görüşərək onun barəsində yalandan məlumatlar vermiş və onun guya Zərərçəkmiş şəxs1 tanışını Xarici İşlər Nazirliyində işə düzəldə biləcəyini demişdir. Bundan bir neçə gün sonra, o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1lə görüşmək qərarına gəlmiş, bu məqsədlə o, özünü vəzifəli və imkanlı şəxs kimi göstərmək üçün “Mercedes Viano” markalı avtomobili avtomobil icarəsi şirkətindən icarəyə götürmüş, avtomobili icarəyə götürdükdən sonra tanışı ara-sıra ona sürücülük edən Şahid4 adlı şəxs avtomobili idarə etmiş, onlar əvvəlcədən razılaşdırdıqları kimi Mərdəkan yolu üstündəki “Socar” yanacaq doldurma məntəqəsinə getmişlər. Sürücülük edən Şahid4 bu işdən xəbəri olmamış, sadəcə olaraq sonuncu hərdən bir əvvəllər ona sürücülük etmişdir. “Mercedes Viano” markalı avtomobillə Mərdəkan yolu üstündəki “Socar” yanacaq doldurma məntəqəsinə gəldikdə Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 birlikdə onu yanacaq doldurma məntəqəsinin çıxacağında gözlədiyini görmüş, o avtomobildə arxa oturacaqda əyləşmiş və səliqəli şəkildə geyinmişdir. Avtomobildən düşərək onlara yaxınlaşmış, yaxınlaşan zaman Rüstəm onu “Nicat müəllim” kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1lə tanış olan zaman Rüstəm onun guya Prezident Administrasiyasında işlədiyini və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin qohumu olduğunu Zərərçəkmiş şəxs1 demişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 iştirakı ilə Zərərçəkmiş şəxs1 Abşeron rayon məhkəməsinin sədri X12 Kazımlının Xarici İşlər Nazirliyində işə düzəlmək istədiyini demiş, o da Zərərçəkmiş şəxs1 bu məsələni həll edə biləcəyini, lakin işin düzəlməsi üçün 20.000 manat verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 də onunla razılaşmış, sonra o, sabah pulu götürmək üçün sürücüsünü göndərəcəyini, eyni zamanda pulu verən zaman işə düzəlmək istəyən Nicat Kazımlının “CV”-ni də təqdim etməsini tapşırmışdır. Zərərçəkmiş şəxs1lə görüşən zaman o, telefon nömrəsini vermiş, səhərisi gün Zərərçəkmiş şəxs1 ona zəng edərək 20.000 manatın hazır olduğunu demişdir. O da avtomobil icarəsi şirkətindən “Mercedes S-class” markalı avtomobili icarəyə götürmüş və sürücüsü Şahid4 metronun “20 Yanvar” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 adlı şəxsdən 20.000 manatı götürərək ona çatdırmasını xahiş etmişdir. Şahid4 bu pulun nə üçün alınmasından xəbəri olmamışdır. Beləliklə, 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 Nicat Kazımlı adlı şəxsin Xarici İşlər Nazirliyində işə düzəlməsi üçün 20.000 manatı metronun “20 Yanvar” stansiyasının yaxınlığında sürücü Cəmilə Quliyevə ona çatdırması üçün gətirmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs1lə telefon danışığı aparmış və əvvəlcədən Təqsirləndirilən şəxs1lə əldə etdiyi razılığa əsasən Zərərçəkmiş şəxs1 15.000 manatı sürücüyə ona çatdırması üçün verməsini, qalan 5000 manatı isə Təqsirləndirilən şəxs1 verməsini tapşrımışdır. Zərərçəkmiş şəxs1 onun tapşırığına uyğun olaraq 15.000 manatı metronun “20 Yanvar” stansiyasının yaxınlığında sürücü Şahid4 ona çatdırması üçün vermiş, qalan 5.0 manatı isə Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Zərərçəkmiş şəxs1 pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 onun vasitəsilə avtomobil icarəsi şirkətindən “BMW X7” markalı avtomobil icarəyə götürmüş və 7 gün müddətinə həmin avtombili idarə etmiş, o da Təqsirləndirilən şəxs1 əvəzindən həmin şirkətə 3.500 manat icarə haqqını ödəmiş, bundan əlavə olaraq o, Təqsirləndirilən şəxs1 1000 manat pul vermişdir. Beləliklə Zərərçəkmiş şəxs1 aldıqları 20.000 manatdan 9.500 manatı avtomobilin icarə haqqı ilə birlikdə Təqsirləndirilən şəxs1 çatmışdır. Həmin puldan 1000 manatını isə o, Şahid4 adlı sürücüyə vermiş və pulu verən zaman ona heç nə deməmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 alınmış 20.000 manatdan 9.500 manatı isə ona qalmışdır. Təqsirləndirilən şəxs1lə birlikdə o, faktiki olaraq Zərərçəkmiş şəxs1 yalandən vəd vermiş, əslində isə nə onun nə də Təqsirləndirilən şəxs1 hər hansı şəxsi Xarici İşlər Nazirliyində işə düzəltmək imkanları olmamışdır. O, Zərərçəkmiş şəxs1 pulu alan zaman sonuncuya yalandan təxminən bir ay müddətinə Nicat Kazımlı adlı şəxsin Xarici İşlər Nazirliyində işə düzələcəyini demişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 rəhmətlik atası Ağamayılı görə tanımışdır. Rəhmətlik atası ilə aralarında normal münasibətlər olmuşdur. Rüstəmlə tanışlıq zamanı sonuncunun ona özünü Sabunçu Rayon Polis idarəsinin cinayət-axtarış şöbəsinin əməliyyət işçisi kimi təqdim etdiyini, 3-4 aylıq münasibət dövründə özünü normal, mədəni şəxs kimi göstərdiyini, atasının kim olduğunu bildikdən sonra Rüstəmlə daha da yaxın münasibət saxlamağa başladığını, həmçinin, Rüstəmin ona DTX-nin rəhbər işçisi ilə qohumluq münasibətlərinin olması barədə söylədiyini bildirmişdir. 2020-ci ilin iyul ayında o, Rüstəmlə Nərimanov rayonu ərazisində yerləşən kafedə oturarakən sonuncu ona Prezident Administrasiyasında işləyən yaxın dostunun olduğu barədə məlumat vermiş, bir həftə sonra Rüstəm ona zəng edərək həmin dostu ilə tanış edəcəyini bildirmiş və işdən çıxaraq Mərdəkan yolunun üstündə olan yolun sağ tərəfində yerləşən "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında görüşəcəklərini demişdir. O da axşam saat 20 radələrində şəxsi avtomobili ilə həmin yerə getmiş, həmin yerə çatanda Rüstəmin hazırda markasını xatırlamadığı avtomaşını ilə orada gözlədiyini görmüş, 15 dəqiqə sonra Rüstəmin Nicat adlı dostu, nömrəsi 505 ilə bitən sonuncunun Cəmil adlı sürücüsünün idarə etdiyi "VİANO" markalı avtomobili ilə oraya gələrək, arxa qapısını açaraq tək düşmüşdür. Rüstəm onları tanış edərək X1 rəhbəri Samir Nuriyevin xalasıoğlu olduğunu bildirmiş, Nicat da Rüstəmin dediklərinin təsdiq etmişdir. Rüstəm onu Nicata təqdim edərək rəhmətlik atasının dostu, habelə Rüstəm üçün atası yerində olduğunu deyərək, onun keçmiş polis əməkdaşı olduğunu əlavə etmişdir. Rüstəm Nicatdan onun hər hansı işlə bağlı Nicata müraciət etdiyi halda, bunu Rüstəmin öz müraciəti kimi qəbul etməsini xahiş etmiş, Nicat da öz növbəsində dövlət orqanlarına əlinin çatdığını, nə xahişləri olsa qulluqlarında hazır olduğunu demiş, o da Rüstəmlə Nicata inanmışdır. Bu görüşdən bir müddət sonra o, İlqar adlı yaxın dostu ilə kafedə oturarkən təsadüfən İlqarın dostu Abşeron rayon məhkəməsinin sədri X12 Kazımlını Xarici İşlər Nazirliyinə işə düzəltmək istədiyini və bu işdə sonuncuya köməklik edə biləcək şəxsi axtardığını demişdir. İlqar bunu ona deyəndə onun ağlına dərhal Rüstəm və dostu Nicat gəlmiş və Nicat Kazımlı adlı şəxsi Rüstəmgilin köməkliyi ilə Xarici İşlər Nazirliyinə işə düzəldə biləcəyini düşünmüşdür. Bundan sonra İlqara bu məsələni həll edən tanışının olduğunu və məsələni öyrənib xəbər edəcəyini bildirmiş, səhərisi gün Rüstəmə zəng edərək belə bir məsələnin olduğunu demiş, Rüstəm də bunu Nicatın həll edə biləcəyini bildirmişdir. Sonra o, Nicata zəng edərək məsələni sonuncuya demiş və iş yiyələrinin 20.000 manat verə biləcəklərini söyləmişdir. Nicat da ona sabah sürücüsünü göndərəcəyini deyərək 20.000 manatı və işə düzələcək adamın CV sənədlərini hazırlayıb verməyi tapşırmış, o da dərhal dostu İlqara zəng edərək pulu və işə düzələcək adamın CV sənədlərini ona çatdırmasını demişdir. Günortadan sonra təxminən 15-16 radələrində İlqarla görüşüb sonuncudan 20.000 manat pulu və işə düzələcək şəxsin CV sənədlərini təhvil almışdır. İlqarın verdiyi pulun hamısı 100-lük əskinazlar olmuş, o, dərhal bu barədə Nicata xəbər vermiş, Nicat ona 20 Yanvar dairəsinin yanına gəlməsini və Şahid4 adlı sürücüsünü ora göndərəcəyini demişdir. 2020ci ilin iyul ayında axşam saatlarında o, sürücü Cəmillə 20 yanvar dairəsinin yaxınlığında görüşmüş, Cəmil Nicatın dediyi kimi metal rəngli sonu 505 nömrə ilə bitən Mersedes "S" Class markalı maşınla gəlmiş, sonra Nicat ona telefonda pulun 15.000 manatını və CV sənədlərini Nicata çatdırması üçün Cəmilə verməsini, qalan 5.000 manatı isə Rüstəmə çatdırmağını, habelə Rüstəmə verəcəyi olduğunu bildirmişdir. O da razılaşıb 20.000 manatdan 15.000 manatını və işə düzələcək adamın CV sənədlərini Cəmilə vermiş, sonuncu da pulu və sənədi götürərək getmişdir. Səhərəsi gün o, Rüstəmə zəng edərək verəcəyi olduğunu deyərək sonuncunu Respublika Xəstəxanasının qarşısına çağırmış, Rüstəm təxminən 15 radələrində oraya gəlmiş, o, Nicatın tapşırdığı kimi 5.000 manat pulu Rüstəmə vermiş, Rüstəm isə pulu alaraq bu barədə məlumatlı olduğunu, narahat olmamağı və işin tezliklə düzələcəyini bildirmişdir. 2 gün sonra o, Nicata zəng vurub işin nə yerə olduğunu soruşduqda Nicat ona 11 iş gününə işi həll edəcəyini, uşağın Xarici İşlər Nazirliyinə çağırılıb əmrinin veriləcəyini demiş, lakin, 11 gün, hətta 1 ay da keçməsinə baxmayaraq iş həllini tapmamışdır. O, Nicata zəng vurduqda Nicat telefona cavab verməmişdir. Sonra Rüstəmə zəng etmiş, Rüstəm də Nicatın başının qarışıq olduğunu deyərək, narahat olmamağı və işin həll ediləcəyini demişdir. Bundan sonra 3 ay ərzində o, Nicata zəng vursa da, zənglərinə cavab verməmiş, daha sonra isə telefonu ümumiyyətlə söndürmüşdür. O, yenidən Rüstəmə zəng vurmuş, Rüstəm də Nicatın yerini bilmədiyini deyərək tapan kimi ona xəbər verəcəyini demişdir. 1-2 gün sonra Nicat özü ona zəng vuraraq səhhəti ilə bağlı problemin olduğunu, ölkədə olmadığını və qayıtdıqdan sonra məsələni həll edəcəyini demiş, həmin vaxtdan Nicat ona hər ay zəng vuraraq, şikayət etməməyi xahiş edib bütün işləri yoluna qoyacağına söz vermişdir. Araşdırmalar nəticəsində o, X2 Qasımov adlı şəxsin işləmədiyini və Samir Nuriyevin belə xalasıoğlu olmadığını öyrənmiş, daha sonra Rüstəmlə Nicatın onu aldatdıqlarını başa düşmüşdür. Buna görə o, aparıb öz cibindən 20.000 manatı İlqara vermiş, sonra o lazımı orqanlara Rüstəm və Nicat barədə şikayət etmişdir. Sonuncu şikayətdən sonra Rüstəm ona yalvararaq şikayətini geri götürməyini xahiş etmiş və 4 ay müddətində cəmi 2.500 manat pul qaytarmışdır. Sonradan Nicatın əsl ad və soyadının Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Sonda Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində bibisi oğlu Prezident Təhlükəsizlik Xidmətində işləyən Şahid5 məzuniyyət dövründə Lənkəran rayonunda olanda görüşləri zamanı o, ümumi söhbət əsnasında X38 Nazirliyində işə düzəlmək istədiyini, lakin hansı qaydada sənədlərini təqdim edəcəyini bilmədiyini demiş, Rakif də bir nəfər Rüstəm adlı tanışının DİN-də əməliyyat müvəkkili işlədiyini və həmin şəxsdən işə qəbulla bağlı hansı qaydada sənədləri təqdim etməyi öyrənib ona deyəcəyini bildirmişdir. Səhərisi gün Rakif ona Rüstəm adlı şəxsin mobil telefon nömrəsini verərək, Rüstəmlə danışaraq sənədləri təqdim etməyin yollarını sonuncudan soruşmağı demiş, bundan sonra o, Rüstəm adlı polis əməkdaşı ilə telefonda danışmış, özü haqqında Rüstəmə məlumat vermiş və Rüstəmdən ona DİN-də işə qəbulla bağlı hansı qaydada sənədləri təqdim etməsində köməklik göstərməsini xahiş etmişdir. Rüstəm də polisə qanuni yolla işə düzəlməyin çətin olduğunu, işə düzəlmək üçün müəyyən məbləğdə pul verməli olduğunu qeyd eləmiş və bunun ardınca Rüstəm onu 15.000 manat müqabilində Daxili İşlər Nazirliyində işə düzəldəciyini bildirmişdir. O da pulu verəcəyi təqdirdə DİN-in Lənkəran Mühafizə İdarəsinə polis serjantı kimi işə düzəlmək istədiyini qeyd eləmiş, Rüstəm də 15.000 manat verəcəyi təqdirdə onu DİN-in Lənkəran Mühafizə İdarəsinə polis serjantı kimi işə düzəldəcəyini bildirmişdir. Eyni zamanda, Rüstəm ona işə düzəlməyi üçün yaşayış yerindən ailə tərkibi haqqında arayış, orta ixtisas təhsilinə dair diplomun surəti və şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini hazır eləməyi, görüşən zaman Rüstəmə verməsini tapşırmışdır. Rüstəmlə qeyd elədiyi telefon danışığından üç gün sonra yəni, 2020-ci ilin sentyabr ayının 10-da o, Rüstəmin tapşırığı ilə 15.000 manatı düzəltmiş və sonuncuya zəng edərək bu barədə məlumat vermişdir. Rüstəm də görüşmək üçün onu Bakı şəhərinə dəvət eləmiş, o, həmin gün Bakı şəhərinə gəlmiş və bibisi oğlu Rakifə Rüstəmlə görüşmək üçün Bakı şəhərində olduğunu bildirmiş, Rakiflə telefon danışığı zamanı sonuncu ilə birlikdə Rüstəmlə görüşməkləri barədə razılaşmışdır. Rüstəmlə görüşə getməmişdən qabaq o, Rakifə Rüstəmlə əldə etdiyi razılığa əsasən 15.000 manatı sonuncuya verəcəyini bildirmiş, həmin vaxtadək Rakif onunla Rüstəm arasında pul söhbəti olduğunu bilməmişdir. 2020-ci ilin sentyabr ayının 10-da axşam saatlarında Rakiflə birlikdə Bakı Dövlət Universitetinin yaxınlığındakı çayxanada Rüstəmlə görüşmüş, onlar Rüstəmlə görüşüb söhbətləşdikdən sonra Rüstəm sentyabr ayında sənəd qəbulu olduğunu, oktyabr ayında isə X39 tərəfindən namizədlərin qəbulu prosesi baş tutacağını qeyd eləmiş, eyni zamanda hazırda polisdə işləmədiyini, iş yerini dəyişərək DTX-da işlədiyini demiş, habelə DTX rəhbərliyinin qohumu olduğu üçün “əlinin hər yerə girdiyini” və “istənilən məsələni həll etmək iqtidarında olduğunu” onlara söyləmişdir. Ümumi söhbət bitdikdən sonra Rüstəm onu idarə etdiyi qara rəngli “Land Rover” markalı avtomaşınına əyləşməyi təklif eləmiş və o, Rüstəmlə birlikdə avtomaşına əyləşmiş, Rakif isə kənarda durmuşdur. O, özü ilə gətirdiyi DİN Lənkəran Mühafizə İdarəsinə polis serjantı kimi işə düzəlməyi üçün Rüstəmin tələb elədiyi 15.000 manatı, habelə yaşayış yerindən ailə tərkibi haqqında arayış, orta ixtisas təhsilinə dair diplomun surəti və şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini Rüstəmə təqdim eləmiş, Rüstəm də sənədlərə baxmış və eyni zamanda 15.000 manatı sayaraq ondan təhvil almışdır. Bundan sonra, 1 ay müddətinə onu işə düzəldəciyini qeyd eləmişdir. Bununla da görüş başa çatmış və o, Lənkərana geri dönmüşdür. Oktyabr ayında o, Rüstəmlə əlaqə saxlamış və işinin nə yerdə olması ilə maraqlanmış, Rüstəm də müharibə olduğu üçün sənəd qəbulunun müvəqqəti dayandınldığını, ilk imkanda onun iş məsələsini həll edəcəyini söz vermiş, bundan sonra, o, bir neçə dəfə də Rüstəmlə telefonda danışmış, sonuncu ona işin həll olunma ərəfəsində olduğunu qeyd eləmişdir. Bundan sonra o, 2021-ci ilin fevral ayının əvvəllərində Rüstəmlə növbəti telefon danışığı zamanı sonuncu onun DİN Baş Mühafizə İdarəsinin Kadrlar idarəsində qəbuldan keçməyi üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmiş, səhərisi gün o, Bakı şəhərinə gəlmiş və Rüstəmlə görüşərək “Zabitlər parkı” adlanan ərazinin yaxınlığındakı Baş Mühafizə İdarəsinin inzibati binasına gəlmişlər. Rüstəm çöldə gözləmiş və o, idarəyə daxil olmuş, orada o, binanın ikinci mərtəbəsində DİN Baş Mühafizə İdarəsinin Kadrlar idarəsinin rəisi Nəsimi müəllimin qəbuluna girmiş, Nəsimi müəllimin xidməti otağına daxil olduqda sonuncu onunla tanış olmuş və Rüstəmin dediyi adam olduğunu soruşduqda, o da təsdiqləmişdir. Orada onun fiziki hazırlığı yoxlanılmış, belə ki, o, “turnik”də çəkinmişdir. Bundan sonra orada bir nəfər 40-45 yaşlı xanım onunla fərdi söhbət aparmış, bunun ardı ilə Nəsimi müəllim ona Lənkəran Mühafizə İdarəsinin Kadrlar şöbəsinin rəisi Zaur müəllimin qəbuluna getməyi və müvafiq qeydiyyatdan keçməyi tapşırmışdır. Bundan sonra o, idarədən çıxmış və Rüstəmin avtomaşınına yaxınlaşmış, orada olanlarla bağlı Rüstəmə məlumat vermiş, habelə Nəsimi müəllimin ona Lənkəran şəhərində Zaur müəllimin qəbuluna getməyi tapşırdığını bildirmişdir. Rüstəm də Zaurun qəbuluna getməməyi, bu məsələni özünün həll edəcəyini qeyd eləmiş, bunun ardı ilə o, Rüstəmin avtomaşını ilə DİN Hospitalına getmiş, oraya çatdıqda Rüstəm ona hospitalın qarşısında gözləməyi tapşırmış, özü isə hospitala daxil olmuşdur. Təxminən 15-20 dəqiqə sonra çölə çıxaraq ona yaxınlaşmış və onlar avtomaşına əyləşmişlər. Avtomaşında olan zaman Rüstəm ona qolunda çapıq olması, boyunun balaca olması və çəkisinin də artıq olması səbəbindən tibbi komissiyadan keçməkdə problem yaranacağını bildirmiş, lakin, DİN Hospitalının rəhbərliyi ilə apardığı danışıq zamanı onun işə qəbul olunmaq üçün tibbi komissiyadan keçməyinə 5.000 manat pul verməli olduğunu bildirmişdir. O, ilk öncə buna etiraz eləmiş və imkanının olmadığını bildirmiş, Rüstəm də artıq məsələni danışdığını və onun həmin 5.000 manatı mütləq verməli olduğunu qeyd eləmişdir. Bundan sonra, o, Lənkəran rayonuna geri dönmüş, borc taparaq 5.000 manatı düzəltmiş və Rüstəmə bu barədə məlumat vermişdir. 2021-ci ilin ferval ayının 20-də o, Rüstəmin göstərişi ilə tibbi komissiyadan keçmək üçün tələb olunan 5.000 manatı Lənkaran-Bakı marşrutu ilə işləyən adını hazırda xatırlamadığı taksi sürücüsü ilə Rüstəmə çatdırması üçün Bakı şəhərinə göndərmiş, Rüstəm də həmin taksi sürücüsü ilə “Space TV”-nin qarşısında görüşərək 5000 manatı təhvil almışdır. Səhərisi gün Rüstəm ona yenidən zəng edərək tibbi komissiyadan keçmək üçün əlavə 1000 manat da verməli olduğunu bildirmiş, 5 gün sonra, yəni 2021-ci ilin ferval ayının 25-də o, 1000 manat pulu düzəldərək Rüstəmlə danışığına əsasən Lənkaran-Bakı marşrutu ilə işləyən adını hazırda xatırlamadığı taksi sürücüsü ilə Rüstəmə çatdırması üçün Bakı şəhərinə göndərmiş, Rüstəm də həmin taksi sürücüsü ilə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı “Muğan Bank”ın filialının qarşısında görüşərək 1000 manatı təhvil almışdır. Beləliklə o, X18 İdarəsinə polis serjantı kimi işə düzəlməyi üçün ümumilikdə 21.000 manat pul vermişdir. Pul verməyinə baxmayaraq o, hər hansı polis idarəsinə çağrılmamış, habelə tibbi komissiyadan keçməmiş və bu da onu narahat etməyə başlamışdır. 2021-ci ilin təxminən iyun ayından etibarən o, Rüstəm tərəfindən aldadıldığını hiss eləmiş, 2021-ci ilin iyun ayından etibarən Rüstəmlə dəfələrlə telefon danışığı olmuş, sonuncu da tez bir zamanda işin həll olunacağı barədə ona yalandan vəd vermişdir. Hətta o, 2021-ci ilin iyun ayında bir dəfə Bakı şəhərinə gələrək Rüstəmlə işi ilə bağlı görüş keçirmiş, hər dəfə Rüstəmlə telefon danışığı aparanda və görüşəndə sonuncu çox rahat şəkildə və əminliklə onun işinin həll olunacağını qeyd eləmişdir. Hətta bibisi oğlu Rakif də Rüstəmdən onun pulunu tələb etmiş, nəticədə X21 İdarəsinə polis serjantı kimi işə düzəltmək adı ilə dələduzluq yolu ilə onun 21.000 manat pulunu almış və ona buna görə 21.000 manat zərər dəymişdir. Sonda Zərərçəkmiş şəxs5 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən “Həci” deyə müraciət etdiyi Şahid3 tanıdığını, sonuncu ilə təsadüfü görüşü zamanı onun 2015-ci ildən davam edən məhkəmə prosesi olduğunu demişdir. Belə ki, 2015-ci ildə o, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yeni tikili binada 214.000 manata 2 otaqlı mənzil almış, lakin, həmin mənzilin ondan başqa digər bir şəxsə satıldığı məlum olmuşdur. O, həmin evi Dilbər adlı qadından almışdır. Eldara da Dilbər adlı qadına verdiyi 214.000 manatı geri almaq istədiyini demiş, Eldar da ona bu məsələni həll edə biləcək tanışının olduğunu bildirmiş və danışaraq bu barədə ona xəbər edəcəyini qeyd eləmişdir. Bir qədər sonra Eldar ona İlham adlı tanışı vasitəsilə DTX əməkdaşı olan və DTX rəhbərliyinin qohumu Rüstəm adlı şəxslə tanış olduğunu, Rüstəmə onun məsələsi barədə məlumat verdiyini, Rüstəmin də pul müqabilində həmin pulu geri alıb ona verə biləcəyini bildirmişdir. Bundan sonra, o, Eldarla birlikdə Rüstəmlə görüşmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin sentyabr ayının 11-də o, Eldarla birlikdə Rüstəmlə Nərimanov rayonu, “Atatürk” parkındakı çayxanalardan birində görüş keçirmiş, görüş zamanı o, baş vermiş hadisə barədə Rüstəmə məlumat vermiş və Dilbər adlı qadından ona məxsus 214.000 manat pulun geri alınmasında ona köməklik etməsini xahiş etmişdir. Rüstəm də ilk öncə bu işə görə ondan 40.000 manat pul istəmiş və bu işin həll edilməsi üçün müəyyən şəxslərə pul verməli olduğunu bildirmiş, lakin kimə nə qədər pul veriləcəyini deməmişdir. O, 40.000 manatının olmadığını bildirmiş, həmin görüşdə 12.000 manatı Eldarın yanında Rüstəmə vermişdir. Pulu verən zaman yaxın günlərdə pul düzəldib bir qədərdə verəcəyinə söz vermiş, bundan bir həftə sonra, yəni 2020-ci ilin sentyabr ayının 18-də “Atatürk” parkındakı çayxanalardan birində Rüstəmlə təklikdə görüşmüş və sonuncuya əlavə olaraq 8.800 manat da vermişdir. Rüstəm də ona Dilbər adlı qadından tez bir zamanda ona məxsus olan 214.000 manatı alaraq geri qaytaracağını bildirmişdir. Lakin bunun üstündən aylar keçməsinə baxmayaraq Rüstəm onun işi ilə bağlı hər hansı hərəkət etməmiş, Rüstəmlə telefon danışığı zamanı sonuncunun onu aldatdığını hiss eləmiş, 2021-ci ilin yanvar ayının sonlarından o, Rüstəmdən pulu geri istəməyə başlamış, eyni zamanda Eldara da bu barədə məlumat vermiş və Eldar da onunla birlikdə Rüstəmlə tez-tez əlaqə saxlayaraq Rüstəmə verdiyi 20.800 manat pulu geri istəməyə başlamışdır. 2021-ci ilin ferval-may aylarında Rüstəm Eldar vasitəsilə ona hissə-hissə olmaqla ümumilikdə 5.700 manat pul qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs4 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, könüllü olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edərək işə qəbul olunmaq istəyini bildirmiş, lakin DTX əməkdaşları tərəfindən qəbul edilməyinə baxmayaraq işə qəbul olunmağının məqsədəmüvafiq olmadığı ona bildirilmişdir. Bundan sonra doğma dayısı Abuzər Kərimovun dostu, “dayı” deyə müraciət etdiyi Şahid3 2020-ci ilin sentyabr ayında ona Rüstəm adlı tanışının olduğunu və onu DTX-da işə düzəltmək imkanının olduğunu bildirmiş, o da bu xəbərə çox sevinmiş, Şahid3 ona Rüstəm adlı şəxsin DTX rəhbərliyinin qohumu olduğunu demiş, Eldar görüşərək işə düzəlmək barədə söhbət etmək qərarına gəlmişlər. 2020-ci ilin sentyabr ayında o, dayısı Abuzər, Şahid3, Şahid3 tanışı İlham Rzayev adlı şəxslə birlikdə Rüstəmlə Nərimanov rayonu, “Atatürk” parkındakı çayxanalardan birində görüş keçirmiş, görüş zamanı ona Şahid3 Rüstəmi əslən Hacıqabul rayonundan olan İlham Rzayev vasitəsilə tanıdığı məlum olmuş, Rüstəm özünü onlara DTX rəhbərliyinin qohumu və DTX əməkdaşı kimi təqdim etmiş, ümumi söhbət zamanı o, Rüstəmə DTX-da işə düzəlmək üçün ərizə ilə müraciət etdiyi halda işə qəbul olunmadığını demiş, Rüstəm də özündən razı şəkildə DTX-da işə düzəlmək üsulunun bu olmadığını bildirərək gülümsəmiş, eyni zamanda Rüstəm onu asanlıqla DTX-da zabit kimi işə düzəldə biləcəyini deyərək bunun üçün 70.000 manat pul verməli olduğunu bildirmişdir. O, da buna imkanı olmadığını qeyd eləmiş, danışıqlar zamanı Rüstəmlə 20.000 manat müqabilində DTX-da zabit kimi işə düzələcəyi barədə razılaşmış, bundan sonra, o, X22 rayon filialından anası, iki bacısı və dayısının adına ümumilikdə 20.000 manat kreditə pul götürərək, 2020-ci ilin sentyabr ayının sonunda dayısı Abuzər və Eldarla birlikdə Rüstəmlə Binəqədi rayonu, 3 MKR ərazisində, “Heydər parkı” adlanan ərazidəki çayxanada görüşərək birinci dəfə 13.000 manat, bir həftə sonra isə həmin yerdə və həmin şəxslərin iştirakı ilə 7.000 manat pulu sadaladığı şəxslərin yanında şəxsən Rüstəmə vermişdir. Beləliklə Rüstəmə onu DTX-da zabit kimi işə düzəltməsi üçün ümumilikdə 20.000 manat pul vermiş, Rüstəm ona söz versə də dəqiq olaraq DTX-da hansı vəzifəyə düzələcəyini deməmişdir. 2021-ci ilin yanvar ayınadək o, Rüstəmə pul verməyinə baxmayaraq DTX əməkdaşları tərəfindən qəbul edilməmiş, dəfələrlə Rüstəmlə telefon əlaqəsi saxlasa da sonuncu ona işinin tez bir zamanda həll olunacağına söz vermiş, artıq 2021-ci ilin yanvar ayında o, Rüstəm tərəfindən aldadıldığını başa düşmüş və sonuncuya verdiyi 20.000 manatı geri qaytarmasını tələb eləmişdir. Rüstəm ilk əvvəl pulu geri qaytarmaqdan imtina etsə də sonradan bununla razılaşmış, lakin telefonlarını söndürdüyü üçün Rüstəmi tapmaq mümkün olmamışdır. O, 2021-ci ilin iyun ayının əvvəllərində gecə saatlarında metronun “Gənclik” stansiyasının yaxınlığında Rüstəmin avtomaşınını görmüş və Rüstəmin dalınca düşərək onu yaxalaya bilmişdir. Rüstəm avtomaşınına əyləşən zaman danışıq zamanı Rüstəm onunla ətraflı olaraq danışıq aparmış və ondan aldığı 20.000 manatı tez bir zamanda geri qaytaracağına söz vermiş, beləlikdə 2020-ci ilin iyun ayının 20-də Rüstəm ondan aldığı 20.000 manatın 14.000 manatını geri qaytarmış və Rüstəmin ona 6.000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə ondan aldığı 6000 manatı Rüstəmin qardaşı Fərdi Ağamalıyev istintaq dövründə tam şəkildə geri qaytarmış, bununla da ona dəymiş ziyan tam ödənmişdir. Sonda Zərərçəkmiş şəxs3 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən 2021-ci ilin aprel ayınadək müqavilə əsasında mülki şəxs kimi DİN-in Daxili Qoşunlarında maliyyəçi kimi xidmət etmişdir. 2021-ci ilin aprel ayında müqaviləsi bitdiyindən işdən ayrılmış, Daxili İşlər Nazirliyində polis serjantı kimi ixtisası üzrə maliyyəçi vəzifəsinə işə düzəlmək istəmiş, bu məqsədlə bibisi qızı DİN-in İdman cəmiyyətində işləyən Şahid7 ona köməklik etmək qərarına gəlmiş, 2021-ci ilin may ayında Günay ona Rüstəm adlı tanışı ilə onun Daxili İşlər Nazirliyində işə düzəlmək məsələsini danışacağını qeyd etmiş, Günay Rüstəmin əvvəllər polis əməkdaşı olduğunu, lakin hazırda DTX-da işlədiyini bildirmişdir. Günay Rüstəmlə telefon əlaqəsi saxlayıb danışdıqdan sonra Rüstəmin onun polisə düzəlmək məsələsini həll edə biləcəyini demiş, lakin bunun üçün 12.000 manat pul verməli olduğunu bildirmiş, o da bundan sonra tanışlarından borc alaraq 12.000 manatı düzəltmiş, eyni zamanda Rüstəm Günaya pul ilə yanaşı şəxsiyyət vəsiqəsi və diplomun surətlərini də təqdim etməyi tapşırmış, o, Rüstəmin tələb etdiyi pulu və sənədləri hazırladıqdan sonra Günay Rüstəmlə əlaqə saxlamış və onlar 2021-ci ilin iyun ayının əvvəlində Nərimanov rayonunda yerləşən “Excelsior” otelinin həyətində Rüstəmlə görüşmüşdür. Görüşə o, Günayla birlikdə özünün idarə etdiyi avtomobillə getmiş, Rüstəmlə görüşdükdə onlar sonuncunun idarə etdiyi “Land Rover” markalı avtomobilə əyləşmiş, o, arxa oturacaqda, Günay isə ön sərnişin oturacağında əyləşmişdir. O, özü ilə gətirdiyi içərisində 12.000 manat olan zərfi və sənədlərini Günaya vermiş, Günay da pulları zərfdən çıxararaq Rüstəm və onun iştirakı ila saymış və Rüstəmə təhvil vermişdir. Rüstəm sənədləri və pulu götürdükdən sonra 1 ay ərzində işin həll olunacağını və Bakı şəhər Baş Polis İdarəsinin maliyyə şöbəsinə polis serjantı kimi işə düzələcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Rüstəmlə həm özü, həm də Günay əlaqə saxlamış, hər dəfə Rüstəm onun işinin tez bir zamanda həll olunacağını demiş, lakin buna baxmayaraq o, işlə bağlı hər hansı yerə dəvət olunmamışdır. Daha sonra Rüstəm tərəfindən aldadıldıqlarını başa düşmüş, beləliklə Rüstəmin dələduzluq cinayəti törətməsi nəticəsində ona 12.000 manat zərər dəymişdir. 06 oktyabr 2021-ci il tarixdə Rüstəmin qardaşı onunla “Nəsimi” metrostansiyasının yaxınlığında görüşərək ona dəymiş ziyanı, yəni 12.000 manatı tam şəkildə geri qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs6 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin qida məhsullarının təhlükəsizliyi fakültəsini bitirmiş, 2020-ci ildə İstanbul şəhərində Marmara Universitetinin biznesin idarə edilməsi fakütləsində magistr təhsili almış, təhsilini başa vurduqdan sonra öz istəyi ilə ixtisası üzrə Kənd Təsərrüfatı Nazirliyində işə düzəlmək arzusunda olmuş və bu arzusunu atasına bildirdikdən sonra atası Bakı şəhərində yaşayan tanışlarının vasitəsilə onu Kənd Təsərrüfatı Nazirliyində işə düzəltmək istəmişdir. 2021-ci ilin may ayında atasının tanışı Şahid2 onu Kənd Təsərrüfatı Nazirliyində işə düzəldə biləcəyini demişdir. Naib tanışı Sərvər adlı şəxs onu hansısa tanışı vasitəsilə işə düzəldəcəyinə söz verərək ondan Naib vasitəsilə “CV”-ni, diplomlarının surətini və 3X4 fotoşəkil verməsini tələb etmiş, o da həmin sənədləri toplayaraq Sərvər adlı şəxsə çatdırması üçün Naibə vermişdir. Bundan bir neçə gün sonra Naib onun Hökümət Evinin yaxınlığında X14 müavini tərəfindən qəbul olunacağını demiş, bu səbəblə o, Naib və Sərvərlə görüşərək axşam saatlarında Hökumət Evinin arxasına getmişdir. Həmin vaxt Sərvər adlı şəxsi ilk dəfə görmüş, onlarla birlikdə Hökümət Evinin arxasına getsə də heç kim tərəfindən qəbul olunmamışdır. Bir qədər sonra bir nəfər 35-40 yaşında şəxs onlara yaxınlaşaraq onunla hal-əhval tutmuş, Sərvər müəllimlə birlikdə həmin şəxsin qara rəngli “Land Rover” markalı avtomaşınına əyləşərək söhbət etmiş, həmin şəxsin adının Təqsirləndirilən şəxs1 olduğunu sonradan bilmişdir. Bundan bir neçə dəqiqə sonra isə Sərvər onların yanına qayıtmış və onlar Naibin avtomaşını ilə geri qayıtmışlar. Bu hadisədən sonra ona hər hansı zəng gəlməmiş, heç bir yerdə işlə təmin olunmamış, Sərvər adlı şəxs ona dövlət qulluğu imtahanına hazırlaşmağı, imtahan olduğu təqdirdə gələcəkdə imtahanda iştirak etməyi tapşırmış, lakin Sərvər adlı şəxs əvvəllər onun Kənd Təsərrüfatı Nazirliyində işə heç bir imtahan vermədən qəbul olunacağını bildirmişdir. Sonradan o, atası tərəfindən Naib və Sərvər vasitəsilə onun işə düzəlməyinə görə Təqsirləndirilən şəxs1 adlı şəxsə 25.000 manat pul verildiyini bilmişdir. Atasının uzun illərdir Rusiya Federasiyasında işləri ilə əlaqədar olaraq yaşadığını və hansısa tanışlarının vasitəsilə həmin pulu ölkə ərazisinə göndərib qeyd etdiyi şəkildə Rüstəmə çatdırdığını bildirmişdir. 2021-ci ilin iyul ayında Sərvər onunla görüşərək həmin işin həll olunması üçün Rüstəmin aldığı puldan 2.500 manatını ona çatdığını, işin həll olunmaması səbəbindən və Rüstəm tərəfindən aldadıldığını başa düşdüyündən 2.500 manatı ona geri qaytarmışdır. Sonda zərərçəkmiş şəxs X7 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında tanışının yas mərasimində X11 ilə tanış olmuşdur. İlhamla tanış olandan bir müddət sonra uzun illər dostluq etdiyi Abuzər Kərimovun bacısı oğlu Zərərçəkmiş şəxs3 DTX-da işə düzəlmək istədiyini bilmiş, öz növbəsində bir ağsaqqal kimi Bayraməlinin DTX-da işə düzəlməsinə köməklik etmək istədiyi üçün bir neçə tanışına bu barədə müraciət etmişdir. Müraciət etdiyi şəxslərdən birinin yenicə tanış olduğu İlham Rzayev adlı şəxs olduğunu bildirmişdir. İlham onun müraciətindən sonra bu işdə köməklik edə biləcəyini qeyd etmiş, eyni zamanda, İlham ona Rüstəm adında tanışı olduğunu, Rüstəmin DTX rəhbərliyinin qohumu olduğunu və DTX-da işlədiyini söyləmiş, o da bu barədə dostu Abuzərə və onun bacısı oğlu Bayraməliyə məlumat vermiş və İlhamın vasitəsilə Rüstəm adlı şəxslə görüşüb Bayraməlinin işə düzəlməsi barədə söhbət aparmaqları barədə qərara gəlmişlər. Bu məqsədlə 2020-ci ilin sentyabr ayında o, Abuzər, Bayraməli, tanışı X11, Rüstəmlə Nərimanov rayonu, “Atatürk” parkındakı çayxanalardan birində görüş keçirmişdir. Görüş zamanı Rüstəm özünü onlara DTX rəhbərliyinin qohumu və DTX əməkdaşı kimi təqdim etmiş, ümumi söhbət zamanı Rüstəm Bayraməlini 70.000 manat müqabilində DTX-da zabit kimi işə düzəldə biləcəyini qeyd eləmiş, onlar da buna imkanlarının olmadığını söyləmişlər. Danışıqlar zamanı Rüstəmlə Bayraməli sonuncunun 20.000 manat müqabilində DTX-da zabit kimi işə düzələcəyi barədə razılaşmış, bundan sonra Bayraməli bankdan ailə üzvlərinin adına kredit götürərək 20.000 manatı düzəltmişdir. 2020-ci ilin sentyabr ayının sonunda o, Abuzər, Bayraməli və X34 rayonu, 3 MKR ərazisində, “Heydər parkı" adlanan ərazidəki çayxanada görüşərək birinci dəfə 13.000 manat, bir həftə sonra isə həmin yerdə və həmin şəxslərin iştirakı ilə 7.000 manat pulu sadalanan şəxslərin yanında Bayraməli şəxsən Rüstəmə vermişdir. X10 DTX-da zabit kimi işə düzəlməsi üçün ümumilikdə 20.000 manat pul vermiş, Rüstəm onlara söz versə də dəqiq olaraq DTX-da hansı vəzifəyə düzəldəcəyini deməmişdir. 2021-ci ilin yanvar ayınadək Bayraməli DTX əməkdaşları tərəfindən qəbul olunmamış, bu onları narahat etməyə başlamışdır. Onlar Rüstəmi tapmaq və sonuncu ilə görüş keçirərək danışıq aparmaq barədə qərara gəlmiş, bu məqsədlə Bayraməli dəfələrlə Rüstəmlə telefon əlaqəsi saxlamış, lakin Rüstəm Bayraməlinin işə düzəlməsi məsələsini həll edə bilməmişdir. Bundan sonra, Bayraməli verdiyi pulu geri istəməyə başlamış, 2020-ci ilin iyun ayının 20də Rüstəm aldığı 20.000 manatın 14.000 manatını Bayraməliyə geri qaytarmış və faktiki olaraq Rüstəmin qanunsuz hərəkətləri nəticəsində Bayraməliyə 6.000 manat ziyan dəymişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayının sonlarında uzun illərdir tanıdığı əvvəllər sahibkarlıq fəaliyyəti göstərmiş Zöhrə adlı qadın ona ümumi söhbət zamanı adını hazırda xatırlamadığı digər bir qadının səhv etmirsə 210.000 manat borclu olduğunu və borcunu qaytarmadığını, eyni zamanda Zöhrə həmin borcu qaytarmaq yolunda köməklik edə biləcək şəxs axtardığını bildirmişdir. Zöhrə bu sözü ona dedikdən sonra onun dərhal ağlına Rüstəmin bu işdə onlara kömək edə biləcəyi gəlmiş, bu barədə Zöhrəyə məlumat vermiş və Rüstəmlə görüşüb Zöhrənin pulunun geri qaytarılması barədə onlara köməklik etməsini xahiş etməkləri barədə qərara gəlmişlər. Bu məqsədlə 2020-ci ilin sentyabr ayında o, Zöhrə ilə birlikdə Rüstəmlə Bakı şəhəri, Nərimanov rayonu, “Atatürk” parkındakı çayxanalardan birində görüş keçirmiş, görüş zamanı Zöhrə baş vermiş hadisə barədə Rüstəmə məlumat vermiş, bu işdə köməklik edilməsi barədə sonuncudan xahiş etmiş, Rüstəm də Zöhrəyə müəyyən pul müqabilində 210.000 manat borcu adını xatırlamadığı qadından alaraq geri qaytara biləcəyini söyləmiş, Zöhrə bununla razılaşdıqdan sonra onların yanında 12.000 manat pulu bu işdə köməklik göstərməsi üçün Rüstəmə vermişdir. Daha sonra isə Zöhrə ayrılıqda Rüstəmlə görüşərək sonuncuya 8.800 manat pul da əlavə vermişdir. Beləliklə Zöhrə adlı qadın Rüstəmə ümumilikdə 20.800 manat pul vermiş, lakin Rüstəm buna söz versə də borcun geri qaytarılması istiqamətində hər hansı iş görməmişdir. 2021-ci ilin fevral ayında Zöhrə və o, Rüstəmdən, aldığı 20.800 manatı geri qaytarmasını tələb etmiş, bir müddət sonra Rüstəm onun vasitəsilə Zöhrəyə 5.700 manat geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2009-cu ildən hazırkı dövrədək DİN-in İdman Cəmiyyətinin maliyyə- təchizat şöbəsinin mülki şəxs kimi mühasibi vəzifəsində işləyir. O, əvvəllər DİN-in İdman Cəmiyyətində işləmiş, sonradan 15-ci polis bölməsində xidmətinə davam etmiş Təqsirləndirilən şəxs1 tanımış, keçmiş iş yoldaşı kimi sonuncu ilə normal münasibəti olmuşdur. Rüstəmin hər zaman iş yoldaşları ilə yaxşı münasibət saxladığını qeyd etmiş, sonradan Rüstəmin dediyinə görə sonuncunun Daxili İşlər Nazirliyindən işdən ayrılaraq Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunduğunu bildirmişdir. Rüstəmlə hərdənbir keçmiş iş yoldaşı kimi hal-əhval tutan zaman sonuncu ona işlə bağlı hər hansı problem və çətinliyi olarsa, müraciət etməyi, habelə DİN-in rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğu, istənilən məsələni həll etmək iqtidarında olduğu barədə bildirmişdir. O, dayısı qızı Zərərçəkmiş şəxs6 bir neçə ildir mülki şəxs kimi DİN-in Daxili Qoşunlarında maliyyəçi kimi işlədiyini, müqavilə müddəti bitdiyi üçün işdən ayrıldığını, Daxili İşlər Nazirliyində öz ixtisası üzrə polis serjantı kimi işə düzəlmək istədiyini bilmişdir. Zeynəb bu istəyi barədə ona dedikdən sonra, onun dərhal ağlına Rüstəm gəlmiş və Rüstəmin Zeynəbin işə düzəlməsində köməklik göstərə biləcəyini hesab etmişdir. Bu məqsədlə 2021-ci ilin may ayının sonlarında Rüstəmlə telefon əlaqəsi saxlamış, hal-əhval tutduqdan sonra dayısı qızı X35 Nazirliyində öz ixtisası üzrə, yəni maliyyəçi kimi polis serjantı rütbəsi ilə işə düzəlmək istədiyini qeyd eləmiş, habelə bu işdə onlara köməklik etmək imkanının olub-olmaması ilə maraqlanmış, Rüstəm də bu işi həll etmək imkanının olduğunu, lakin müəyyən qədər pul verilməli olduğunu, pulun məbləği soruşulduqda isə Rüstəmin bu işi 12.000 manata həll edə biləcəyini qeyd etmişdir. Bundan sonra, o, Rüstəmlə danışığı barədə Zeynəbi məlumatlandırmış, habelə Rüstəmin sonuncunu işə düzəltməsi üçün 12.000 tələb etdiyini demiş, Zeynəb də bununla razılaşmışdır. Bir neçə gün sonra Rüstəmin tələb etdiyi 12.000 manatı hazırladığını ona demiş, o, Rüstəmə bu barədə məlumat vermiş, onlar 2021-ci ilin iyun ayının əvvəlində Nərimanov rayonunda yerləşən “Excelsior” mehmanxanasının həyətində Rüstəmlə görüşmüş, görüşdə onunla birlikdə Zeynəb də iştirak etmişdir. Görüş zamanı onlar Rüstəmin idarə etdiyi “Land Rover” markalı avtomobilinə əyləşmiş, o, ön sərnişin oturacağında, Zeynəb isə arxa oturacaqda əyləşmiş, Zeynəb Rüstəmin tələb etdiyi 12.000 manatı zərfin içərisində ona vermiş, o da həmin pulu zərfdən çıxararaq Rüstəmin və Zeynəbin iştirakı ilə saymış, daha sonra Rüstəmə vermişdir. Bununla yanaşı Rüstəmin tələbi ilə Zeynəbin şəxsiyyət vəsiqəsinin və ali təhsil barədə diplomunun surətlərini də Rüstəmə vermiş, Rüstəm pulu və sənədləri təhvil aldıqdan sonra Zeynəbi bir ay müddətinə Bakı şəhər Baş Polis İdarəsinin maliyyə şöbəsinə polis serjantı kimi işə düzəldəcəyinə söz vermişdir. Lakin buna baxmayaraq Zeynəb hər hansı yerə dəvət olunmamış, daha sonra onlar Rüstəm tərəfindən aldadıldıqlarını başa düşmüş və Rüstəmin dələduzluq cinayəti törətməsi nəticəsində Zərərçəkmiş şəxs6 12.000 manat zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2007-ci ildən hazırkı dövrədək Xüsusi Dövlət Mühafizə Xidmətində, struktur dəyişiliyindən sonra isə Prezidentin Təhlükəsizlik Xidmətində işlədiyini, Xidmətdə müxtəlif sahələrdə fəaliyyət göstərdiyi, hazırda PTX-nin Kadrlar idarəsinin böyük müfəttişi vəzifəsində işlədiyi və kapitan hərbi rütbəsində olduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayında dayısı oğlu Zərərçəkmiş şəxs5 Daxili İşlər Nazirliyində işə düzəlmək niyyətində olduğunu, lakin hansı qaydada sənədlərini təqdim etməyi bilmədiyini ona demiş, o da bununla maraqlanaraq Tofiqə məlumat verəcəyini bildirmişdir. Bu məqsədlə təxminən 2019-cu ildən polis əməkdaşı kmi tanıdığı Təqsirləndirilən şəxs1 hansı qaydada dayısı oğlunun sənədlərini DİN-ə təqdim etməyi maraqlanmış, Rüstəmə zəng edib DİN-də işə qəbul olmağın qaydaları, sənədlərin hansı formada toplanması ilə maraqlanan zaman Rüstəm ona dayısı oğlunun DİN-də işə qəbul olmaq məsələsini həll edə biləcəyini demişdir. Bu xəbər onu sevindirmiş, Rüstəm həm də sonuncu ilə əlaqə saxlanılması üçün nömrəsinin dayısı oğluna verilməsini və məsələnin Tofiqə özünün izah edəcəyini ona bildirmişdir. Bundan sonra o, dayısı oğlu Tofiqə Rüstəmin nömrəsini vermişdir. Bundan təxminən 3 gün sonra Tofiq ona zəng edərək Rüstəmin görüşmək üçün Bakıya dəvət etdiyini bildirmiş, onlar Tofiqlə birlikdə Rüstəmlə görüşmək barədə qərara gəlmişlər. Onlar Rüstəmlə Bakı Dövlət Universitetinin yaxınlığındakı çayxanada görüşmüş, Tofiq ona Rüstəmlə görüşməmişdən öncə X23 Mühafizə Polis İdarəsinə polis serjantı kimi işə düzəltmək üçün 15.000 manat pul istədiyini və həmin pulu özü ilə gətirərək görüş zamanı Rüstəmə verəcəyini demiş, həmin vaxta qədər onun Rüstəmlə Tofiq arasında hər hansı məbləğdə pul söhbətinin olmasından məlumatı olmamışdır. Onlar Rüstəmlə görüşüb söhbətləşdikdən sonra Rüstəm sentyabr ayında sənəd qəbulu baş tutduğunu, oktyabr ayında isə X39 tərəfindən namizədlərin qəbulu prosesinin baş tutacağını qeyd eləmişdir. Rüstəm eyni zamanda hazırda polisdə işləmədiyini, iş yerini dəyişərək DTX-da işlədiyini, habelə DTX rəhbərliyinin qohumu olduğu üçün “əlinin hər yerə girdiyini” onlara demiş, ümumi söhbət bitdikdən sonra Tofiqlə Rüstəm sonuncunun idarə etdiyi “Land Rover” markalı avtomaşınına əyləşmiş, o, kənarda durmuş, Tofiq özü ilə gətirdiyi 15.000 manatı Rüstəmə vermiş və avtomaşından düşərək onun yanına gəldikdən sonra onlar sağollaşaraq getmişlər. Bundan sonra, Tofiq 2021-ci ilin fevral ayında DİN-in Baş Mühafizə İdarəsinin Kadrlar idarəsinin rəisi Nəsimi müəllim tərəfindən qəbul olunmuş, sorğu sualdan keçmiş, eyni zamanda Nəsimi müəllim Tofiqlə görüşən zaman sonuncudan Rüstəmin göndərdiyini soruşmuş, Tofiq də təsdiqləmişdir. Bundan bir neçə gün sonra Rüstəm Tofiqlə görüşərək DİN Hospitalına getmiş, Tofiq Hospitalın birinci mərtəbəsində gözləmiş, Rüstəm isə yuxarı qalxaraq bir müddət sonra düşmüş və Tofiqə boyunun balaca olması, qolunda çapıq izinin olması səbəbindən işə qəbul olunmada çətinlik yaranacağını bildirmişdir. Sonradan bildiyinə görə Rüstəm Tofiqi tibbi komissiyadan keçirtmək üçün 6000 manat əlavə pul istəyərək Tofiqdən almış, beləliklə, X29 Polis İdarəsinə polis serjantı kimi işə düzəltmək üçün ümumilikdə 21.000 manat pulu Rüstəmə vermişdir. Lakin, Tofiq hazırkı dövrədək heç bir yerə işə düzəlməmiş, nəticədə onlar Rüstəm tərəfindən aldadıldıqlarını hiss etmiş, Tofiq Rüstəmdən verdiyi pulu geri istəməyə başlamış, o da Rüstəmə sms yazaraq Tofiqdən aldığı pulu geri qaytarmasını tələb etmişdir. Beləliklə Rüstəmin dələduzluq etməsi nəticəsində dayısı oğlu Zərərçəkmiş şəxs5 21.000 manat zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Moskvada yaşayarkən əslən Zaqataladan olan Feyzullah adlı şəxslə tanış olmuşdur. Bir dəfə, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən Meşəbəyi adlı çayxanada oturarkən orada Şahid1 ilə tanış olmuş, söhbət zamanı sonuncunun şair olduğunu, Sərvər Məsum təxəllüsü ilə şeirlər yazdığını öyrənmiş, bundan sonra aralarında dostluq münasibətləri yaranmış, dəfələrlə Şahid1 Bakı şəhəri Ulduz metrostansiyasının yanında yerləşən həyət evində qonaq olmuşdur. Həmin ərəfələrdə Moskva şəhərində yaşayan dostu Feyzullahla telefon danışığı zamanı sonuncu ona oğlu Feruzun Azərbaycanda bakalavr, Türkiyədə isə magistratura təhsili aldığını, oğlu Feruzu Azərbaycanda hansısa dövlət orqanına işə düzəltmək istədiyini bildirmiş, bu məqsədlə ondan dost-tanışdan iş olub-olmaması ilə bağlı maraqlanmağı xahiş etmişdir. O, qısa müddətdə tanımağına baxmayaraq, hörmət və etibar etdiyi bir şəxs kimi Şahid1 bu barədə məlumat verərək dostu Feyzullahın oğlu Feruzun Azərbaycanda hansısa bir dövlət orqanına işə düzəlməsi üçün köməklik göstərməsini xahiş etmiş, Şahid1 şəxsi əlaqələrindən istifadə edərək Feyruzun işə düzəlməsi ilə bağlı ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin aprel ayında Şahid1la görüşü zamanı Sərvər ona dostu Feyzullanın oğlu X30 Nazirliyinin Lizinq idarəsinə mütəxəssis vəzifəsinə işə düzəltməyə köməklik göstərə biləcəyini, bu işi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etdiyi Rüstəm adlı tanışının 25.000 manat müqabilində düzəldəcəyini bildirmişdir. O, bu barədə dostu Feyzullaya məlumat verdikdən sonra sonuncu buna razılığını bildirmiş, bundan sonra o, dostu Feyzulladan oğlu Feruzun “CV”-sini Şahid1 göndərmiş, bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayaraq Rüstəm adlı tanışının X14 hansısa müavini ilə əlaqə saxladığını və Feruzun nazir müavini ilə görüşmək üçün Bakı şəhərində Hökumət evinin yanına gəlməli olduğunu bildirmişdir. O, öz şəxsi avtomobili ilə Şahid1 və dostu Feyzullanın oğlu Feruzu da götürərək Hökumət evinin arxasına getmiş, orada Hökumət evindən çıxan iki nəfər səliqəli və rəsmi geyimdə olan şəxs görmüş, lakin həmin şəxslər onlara yaxınlaşıb nəsə deməmişdir. Bundan bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayaraq Feruzun işə düzəlməsi üçün Rüstəmin tələb etdiyi 25.000 manat məbləğində pulu hazırlamağı tapşırmış, o, bunu dostu Feyzullaha dedikdən sonra sonuncu ona qohumu Mürsəl adlı şəxslə əlaqə saxlayıb pulu götürməsini bildirmişdir. O, Feyzullahın qohumu Mürsəllə əlaqə saxlayaraq 25.000 manat pulu götürmüş, 2021-ci ilin may ayında Şahid1 yaşadığı evinin qarşısına gedərək orada Rüstəm adlı şəxsin idarə etdiyi “Land Rover” markalı avtomobildə əyləşmişdir. Avtomobildə Şahid1, o və Rüstəm adlı şəxs olmuş, o, özü ilə apardığı 25.000 manat pulu DTX əməkdaşı kimi tanıdığı Rüstəm adlı şəxsə əlbəəl vermiş, Rüstəm adlı şəxs isə dostunun oğlu X24 Nazirliyinin Lizinq idarəsinə işə düzəlməsilə bağlı əmrin yaxın günlərdə veriləcəyini demiş, Feruz işə düzəlməmiş, Rüstəm adlı şəxs isə onu aldadaraq etibarından sui-istifadə edib pulu almış, indiki vaxta qədər isə geri qaytarmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid6, Şahid4 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Şahid6 məhkəməyə teleqram ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin Şahid4 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid6, Şahid4 və Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 50-ci vərəqində olan 23 iyul 2021-ci il tarixli “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 84-86-cı vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 23 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 87-ci vərəqində olan “Mobil telefon aparatına baxış keçirilməsi barədə” 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi X20, ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar, Azərbaycan Respublikası CPMnin 236-cı maddəsində nəzərdə tutulmuş əsaslar üzrə, DTX-nin 6046 saylı xidməti otağında, saat 10:00 dəqiqədən saat 11:00 dəqiqəyədək iş üzrə Təqsirləndirilən şəxs1 məxsus “İphone 12 Pro Max” markalı mobil telefon aparatına baxış keçirmiş və Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinə müvafiq olaraq protokolu tərtib etmişdir. İş üzrə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus qara rəngli “İphone 12 Pro Max” markalı mobil telefon aparatına baxış nəticəsində həmin telefona ***-***-**-** saylı sim nömrə quraşdırıldığı müəyyən edilmişdir. Mobil telefonun “WhatsApp” proqramına daxil olduqda müxtəlif şəxslərlə yazışmalar və telefon danışıqları aparıldığı aşkar edilmişdir. Qeyd edilən yazışmalar və danışıqlar təhlil edilən zaman Təqsirləndirilən şəxs1 tərəfindən adı “Bayraməli” kimi qeyd edilmiş şəxslə, ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi ilə və istifadəsində ***-***-**-** saylı telefon nömrəsi olan şəxslə, eləcə də istifadəsində ***-***-**-** saylı telefon nömrəsi olan şəxslə müəyyən pul müqabilində hansısa işin görülməsi, habelə qeyd edilən şəxslərin verdikləri pulları Təqsirləndirilən şəxs1 geri tələb etmələri barədə yazışmalar müəyyən edilmişdir. Həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Mobil telefon aparatının digər proqramlarında və yaddaşında iş üzrə əhəmiyyət kəsb edən digər faktlar müəyyən edilməmişdir. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ seriyalı 958227 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 17 iyul 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs1, ana qrafasında isə X6 qeyd edilmişdir. Cinayət işinin İ cildinin 168-ci vərəqində olan xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ seriyalı 648790 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 574 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs1, ana qrafasında isə X6 qeyd edilmişdir. Cinayət işinin İ cildinin 188-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 6-cı vərəqində olan Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Fərid Ağamalıyev xx.xx.2021-ci il tarixdə onunla görüşərək ona dəymiş ziyanı, yəni 12000 manatı ona geri qaytarmışdır. Cinayət işinin İİ cildinin 21-ci vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Fərid Ağamalıyev onunla Bakı şəhəri, 4-cü mikrorayon ərazisində görüşərək ona dəymiş ziyanı, yəni 6000 manatı ona tam şəkildə geri qaytarmışdır. Bununla əlaqədar ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda heç bir mülki iddiası yoxdur. Cinayət işinin İİ cildinin 63-cü vərəqində olan 25 may 2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 680105 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 05 may 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1805 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs2, ana qrafasında isə X8 qeyd edilmişdir. Cinayət işinin İİ cildinin 64-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 151-152-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 515/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Feyzulla oğlu tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Vermiş olduğu mülki iddiadan imtina edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bankı”-na məxsus xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 X3 dövlət büdcəsinə vurulmuş ziyana görə 29800 (iyirmi doqquz min səkkiz yüz manat 0 qəpik) manat bödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılması hökm edilmişdir. Hazırki işə baxılması zamanı dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 178.2.2-ci maddəsinin və təkrar sözünün xaric edilməsini və onun barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, dövlət ittihamçısının ittihamın bir hissəsindən bu cür imtinası qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 maddələrinə görə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə. Eyni Məcəllənin 314.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir.”. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham ona görə verilmişdir ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun tanışı X16 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə, dövlət ittihamçısının Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin və təkrar sözünün xaric edilməsinə dair imtinasını qəbul etdiyindən, hazırda həmin imtinanın əsaslılığını aşağıdakı kimi şərh edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün dələduzluq əməlinin təkrar törədilməsi halının mövcudluğu müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan da görünür ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun tanışı X16 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 verilən ittiham üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəa və təkrar sözü ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onların cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər ilə barışmalarını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmələrini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs1 onun xeyrinə 14500 manat maddi ziyan, 5000 manat mənəvi ziyan və 148 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 19648 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş zərəri tam ödəmiş, hazırda onunla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur və mülki iddiadan imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa bu hal icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı məhkəməyə ərizə təqdim edərək mülki iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 (altmış dörd) iş saatına görə 384 (üç yüz səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin və təkrar sözünün xaric edilməsi ilə bağlı Dövlət ittihamçısı2 imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəa və təkrar sözü ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 64 (altmış dörd) iş saatına görə 384 (üç yüz səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar