Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-14/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmünə və Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib yekun olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 22 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 17 may 2004-cü il tarixli, 6762 saylı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs6 adına Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəqəsəbi, Ləhiş bağ massivində 6611 saylı ərazidə ayrılmış 0,12 ha torpaq sahəsinin özəlləşdirilməsinə köməklik edəcəyinə, yəni həmin torpaq sahəsinə dair Zərərçəkmiş şəxs6 mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 157 ünvanında yerləşən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində 2000 manat, 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “İçəri şəhər” metrostansiyasının yaxınlığında 1000 manat və 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 9 saylı evin arxasında X1 vasitəsilə daha 1900 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 4900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 13 dekabr 1991-ci il tarixli 130 nömrəli qərarına istinadən 238 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2231a saylı ərazidə olan 0,12 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs7 adına özəlləşdirilməsinə köməklik edəcəyinə, yəni həmin torpaq sahəsinə Zərərçəkmiş şəxs7 mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 22 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində ünvan 4 ünvanının yaxınlığında 1500 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək guya əvvəl düşdükləri maddi ziyanları qarşılamaq və əlavə qazanc əldə etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, lakin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi olmayan 7 ha torpaq sahəsini çox ucuz qiymətə alıb Bakı Şəhər İcra Hakimiyyətindən həmin torpaq sahəsinə dair 22000 manat müqabilində mülkiyət hüququnu təsdiq edən sənəd əldə edib sonradan satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, 03 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 4/60 saylı evin 50 saylı mənzilində Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 2000 manat və 10 mart 2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 20.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 manat və Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 20.000 manat məbləğində olmaqla ümumilikdə 22.000 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya əvvəl düşdükləri maddi ziyanları qarşılamaq və əlavə qazanc əldə etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, lakin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi olmayan 7 ha torpaq sahəsini çox ucuz qiymətə alıb Bakı Şəhər İcra Hakimiyyətindən həmin torpaq sahəsinə dair 22000 manat müqabilində mülkiyət hüququnu təsdiq edən sənəd əldə edib sonradan satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin məbləğdə pulu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vahid niyyətlə alıb ələ keçirdikdən sonra, guya sənədləri tezləşdirmək məqsədi ilə əlavə pul vəsaiti lazım olması adı ilə aldadıb inandıraraq, vahid niyyətlə Zərərçəkmiş şəxs3 2020-ci ilin mart ayının ortalarında ünvan 5 ünvanının qarşısında 250 manat və 28 mart 2020-ci il tarixdə yenə həmin yerdə daha 800 manat olmaqla, cəmi 1050 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 1050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya əvvəl düşdükləri maddi ziyanları qarşılamaq və əlavə qazanc əldə etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, lakin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi olmayan 7 ha torpaq sahəsini çox ucuz qiymətə alıb Bakı Şəhər İcra Hakimiyyətindən həmin torpaq sahəsinə dair 22000 manat müqabilində mülkiyət hüququnu təsdiq edən sənəd əldə edib sonradan satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin məbləğdə pulu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vahid niyyətlə alıb ələ keçirdikdən sonra, guya “Covid 19” infeksiyası ilə əlaqədar olan pandemiyaya görə idarə və müəssisələrin işləmədiyi üçün sənədlərin gecikdiyini, sənədləri tez götürmək məqsədilə əvvəlki tarixə qeydə aldırmaq üçün əlavə də 5000 manat pul lazım olması adı ilə aldadıb inandıraraq 2020-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 87/89 ünvanının qarşısında avtomobilin salonunda Zərərçəkmiş şəxs3 5000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək guya əvvəl düşdükləri maddi ziyanları qarşılamaq və əlavə qazanc əldə etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, lakin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi olmayan 7 ha torpaq sahəsini çox ucuz qiymətə alıb Bakı Şəhər İcra Hakimiyyətindən həmin torpaq sahəsinə dair 22000 manat müqabilində mülkiyət hüququnu təsdiq edən sənəd əldə edib sonradan satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin məbləği və sonradan Zərərçəkmiş şəxs3 aldığı digər məbləğlərdə pulları ələ keçirdikdən sonra, 2020-ci ilin may ayının ortalarından iyun ayının əvvəllərinədək olan müddət ərzində guya artıq sənədlərin hazır olduğunu və 6000 manat vəsait verildiyi halda sənədləri dərhal götürə biləcəyi adı ilə inandırıb aldadaraq Zərərçəkmiş şəxs3 3000 manat, Zərərçəkmiş şəxs2 1700 manat, Zərərçəkmiş şəxs1 300 manat və Zərərçəkmiş şəxs4 1000 manat qoymaqla birgə topladıqları cəmi 6000 manat pulu vahid niyyətlə, yəni 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs3 tanışı Şahid8 vasitəsi ilə göndərdikləri 1000 manatı ünvan 7 ünvanında yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında, bir gün sonra Zərərçəkmiş şəxs3 tanışı X3 vasitəsi ilə göndərdikləri 5000 manatı ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasının yaxınlığında vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 3000 manat, Zərərçəkmiş şəxs2 1700 manat, Zərərçəkmiş şəxs1 300 manat və Zərərçəkmiş şəxs4 1000 manat olmaqla ümumilikdə 6000 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü daşınmaz əmlakların qanuni sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Abşeron rayonu Mənzilistismar hissəsinin 22 aprel 1993-cü il tarixli 604 nömrəli məktubu ilə sonuncuya yaşamaq üçün verilmiş Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 4 saylı evin 4 saylı mənzilinə Zərərçəkmiş şəxs5 adına mülkiyyət hüquqlarını təsdiq edən sənəd yəni, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alacağına dair yalan vəd verib aldadaraq, 20-22 iyun 2022-ci il tarixləri arasında ünvan 10 ünvanında yerləşən “Nərimanov” istirahət parkındakı çayxanada ondan 2500 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2, Şahid1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hamısını tanıyır. Ceyhunu mərhum əmisi oğlu Əmir Mirzəyə görə tanımışdır. 2019-cu ilin səhv etmirsə payız aylarında, dəqiq yadında olmayan tarixdə Ceyhun onun mobil telefon nömrəsinə zəng edib demişdir ki, Binə kəndində torpaq sahəsi var, oranı özəlləşdirməkdə köməklik edə bilərmi? O, da demişdir ki, kömək edə bilər. Belə ki, əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən Dilavər adlı tanışından Bakı şəhəri və ətraf ərazilərdə yerləşən sənədsiz torpaqların necə özəlləşdirilə biləcəyinin yollarını öyrənmişdir. Odur ki, Ceyhun ona müraciət edəndə bu işi həll edə bləcəyini demişdir. Ceyhun demişdir ki, bir qadın var onun Binə kəndində sənədsiz torpaqları var, həmin torpaq sahələrini özəlləşdirmək lazımdır. Ceyhun ona torpaq sahəsinin 3 hektar olduğunu demişdir. O, torpağın hər hektarını 20.000 manata özəlləşdirə biləcəyini demişdir. Ceyhun demişdir ki, onda torpağın sahibi olan qadınla görüşsünlər. Lakin Ceyhun ona demişdir ki, o, torpağın özəlləşməsi adı ilə 120.000 manat alıb onun dediyi 60.000 manatı verəcək. Ondan da soruşulsa deyər ki, 3 hektar torpağın özəlləşməsinə 120.000 manat pul lazımdır. Bu söhbətdən bir qədər vaxt keçəndən sonra Ceyhun ona zəng edib demişdir ki, “qadın səninlə görüşmək istəyir”. Ceyhun və onun dediyi qadınla Yasamal rayonu ərazisində yerləşən “Cavid” bağındakı “Yaşıl bağ” çay evində görüşmüşlər. Həmin vaxt Ceyhun yanında olan qadını təqdim edib Lalə olduğunu və torpaq sahəsinin Laləyə məxsus olduğunu demişdir. Lalə də torpaq sahəsinin ona məxsus olduğunu və neçəyə özəlləşdirə biləcəyini soruşmuşdur. O, da Ceyhuna dediyi kim torpaq sahəsinin 3 hektarını 120.000 manata özəlləşdirə biləcəyini demişdir. Lalə adlı xanım bu təkliflə razılaşmışdır. Lalə adlı qadın 3 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün istədiyi pulu hissə-hissə ödəmək üçün şərait yaratmağı xahiş etmişdir. O, da razılaşmışdır. Onu da qeyd etmək istəyir ki, söhbət zamanı Lalə ondan soruşmuşdur ki, torpaq sahələrinin özəlləşdirilməsi üçün hansı sənədlər lazımdır. O, da torpaq sahələrinin kimlərin adına özəlləşdiriləcəksə onların şəxsiyyət vəsiqələrinin notarial təsdiq olunmuş surətlərini vermək lazım olduğunu demişdir. Ancaq onların görüşlərindən təxminən 10 gün sonra Ceyhun onunla Nərimanov rayonu ərazisindəki “Şəki” restoranının qarşısında görüşüb torpaq adlarına özəlləşdirilməli olan Şahid1, Zərərçəkmiş şəxs1 və onun yoldaşı Salman adlı şəxsin şəxsiyyət vəsiqələrinin notarial təsdiq olunmuş surətlərini ona vermişdir. O, həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini və onların adlarından özünün dəqiq yadında olmayan komyüter yerində yazdıraraq imzalamaları üçün Ceyhuna verdiyi və onun da səhəri gün imzaladıb ona qaytardığı ərizələri aparıb Bakı Şəhər İcra Hakimiyyətində sənəd qəbulu otağında olan tanımadığı bir qadına təqdim etmişdir. Həmin qadın ondan əlaqə nömrəsi götürüb nəticə barədə onunla əlaqə saxlanılacağını demişdir. Bundan sonra o, Ceyhuna zənğ edib sənədləri Bakı şəhər İcra Hakimiyyətinə təqdim etdiyini və pulu çatdırmalarını demişdir. Lakin təxminən bir aydan artıq keçmiş Ceyhungil pulu ona çatdırmamışlar. Sonra Ceyhun ona zəng edib pulu çatdırmaq istədiklərini bildirmişlər. Onlar metronun “Nizami” stansiyasının yaxınlığında görüşmüşlər. Maşının içində Lalə özü şəxsən 20.000 manat pulu Ceyhuna vermiş, Ceyhun da onun yanında həmin pulu ona vermişdir. Üstündən təxminən 20 dəqiqə, yarım saat keçmiş Ceyhun ona zəng edib onunla görüşməyini istəmişdir. O, hələ şəhərdə olduğunu demiş və Bakıxanov küçəsində yerləşən körpünün altında Ceyhunla görüşmüşlər. Ceyhun bildirmişdir ki, Lalə pulunu geri istəyir. O, da heç bir etiraz etmədən onların verdikləri 20.000 manat pulu geri Ceyhuna qaytarmışdır. O, pulu Ceyhuna qaytarandan sonra onunla ayrılmışdır. Onu da qeyd etmək istəyir ki, Ceyhun 20.000 manat pulu ondan götürəndə Ceyhuna bildirmişdir ki, onda o, torpaq sahəsinin özəlləşdirilməsi məsələsi ilə məşğul olmayacaq və bu iş düzəlməyəcək. Ceyhun pulu ondan götürəndən təxminən 10 gün keçmiş yenə ona zəng edib demişdir ki, Lalə xanım onunla görüşmək istəyir. Ceyhun və Lalə ilə keçmiş “Oazis” restoranının yanında görüşmüşlər. Lalə ona yalvarmağa başlamışdır ki, pul düzəldə bilmir, kasıbçılıqdır və orada Ceyhun ona 15.000 manat pul çıxarıb demişdir ki, bu pulu özündən verir, Lalə hələlik pul düzəldə bilmir. Lalə orada ağlamsınmağa başlamış və ondan xahiş etmişdir ki, hələlik pul düzəldə bilmir, o, torpağın sənədləşdirilməsini davam etdirsin, hissə-hissə pulları ona verəcək. Onu da qeyd etmək istəyir ki, Ceyhun Laləni onunla tanış etdiyi vaxtdan onları ər-arvad kimi bilirmiş, çünki onların münasibətindən belə görünürmüş. Ceyhun və Lalə 15.000 manat pulu ona verəndən sonra onlarla ayrılmışdır. Lakin Ceyhungil gedəndən təxminən yarım saat sonra Ceyhun ona zəng edib görüşmək lazım olduğunu demişdir. Elə həmin yerdə, yəni onların pulu verdikləri yerdə görüşmüşlər. Ceyhun ora artıq tək gəlmiş və ona bildirmişdir ki, arvad, yəni Lalə pulu istəyir, ağlayır, versin aparıb pulu Laləyə qaytarsın. Odur ki, o, 15.000 manat pulu Ceyhuna qaytararaq çox əsəbiləşib bildirmişdir ki, “siz məni ələ salmısınız, artıq iki dəfədir pulu verib sonra geri alırsınız”. Odur ki, bir də bu məsələ ilə bağlı onu narahat etməsinlər. Aradan bir müddət, yəni təxminən 20 gün keçmiş, Ceyhun yenidən ona zəng edib bir də görüşməyi xahiş etmişdir. Ancaq onlardan incidiyindən görüşmək istəməmişdir. Lakin elə həmin vaxt Lalə özü Ceyhundan telefonu götürüb ondan xahiş etmişdir ki, mütləq görüşsünlər. Yenə Nərimanov rayonundakı “Şəki” restoranının yaxınlığında yerləşən “Xalxal” restoranının qarşısında görüşmüşlər. Lalə torpaq sənədləşməsinin nə yerdə olduğunu soruşduqda bildirmişdir ki, pulun hamısı ödəniləndən sonra torpağın özəlləşdirilməsi olacaq, əks təqdirdə heç bir özəlləşmə olan deyil. Orada söhbətdən belə hiss etmişdir ki, Ceyhun ondan götürdüyü pulları qaytarmamışdır. Lakin dəqiq bilmirmiş, heç soruşmamışdır. Çünki onları həmin vaxta qədər ər-arvad hesab edirmiş və fikirləşirmiş ki, əgər bu söhbəti açsa ailədə problem yaranar. Buna baxmayaraq bu məsələni dəqiqləşdirmək üçün orada Lalədən özünün mobil telefon nömrəsini istəmişdir. Ceyhun şübhələnməsin deyə demişdir ki, sənədləri məhkəməyə verəndə Lalənin öz nömrəsi lazım olacaq, ona görə də Lalənin nömrəsini telefonuna yazmışdır. Bu görüşdən iki-üç gün sonra Lalə adlı başqa bir qadın tanışına zəng edəndə səhvən bu Lalənin nömrəsini yığmışdır. Belə ki, zəng edib ərkyana demişdir ki, “Lalə necəsən?”. Bu vaxt Şahid1 ondan torpaq işlərinin nə yerdə olduğunu soruşduqda bilmişdirki, səhvən Şahid1 yığmışdır. Söhbət zamanı Laləyə bildirmişdir ki, Ceyhun əvvəl verilən 20.000 manatı da, sonradan verilən 15.000 manatı da sonradan gəlib ondan geri götürmüşdür. Onda Lalə ona demişdir ki, təcili Ceyhunun iştirakı olmadan görüşsünlər. Səhəri gün Lalə ilə Nərimanov rayonu ərazisindəki “Çayqara” adlıçay evində görüşərkən bütün olanları Laləyə danışmışdır. Onu da qeyd etmək istəyir ki, Lalə ilə sonuncu telefon danışığından sonra Ceyhuna zəng edib soruşmuşdur ki, “bəs sən məndən götürdüyün pulları Laləyə çatdırmamısan?” Ceyhun demişdir ki, “sən heç nədən qorxma, sənə pulu mən vermişəm, sonra da səndən mən götürmüşəm, sənlik burada heç bir iş yoxdur, bu Lalə ilə mənim aramda olan məsələdir, sənə də mən öz pulumu verib sonra geri almışam”. O, Ceyhuna demişdir ki, səhər Lalə onunla görüşmək istəyir. Ceyhun demişdir ki, onun işi var, Lalə ilə özü görüşsün, lazım gəlsə pulu ondan geri götürdüyünü Laləyə deyər. Lalə ilə “Çayqara” çay evində görüşən zamanı Laləyə onların iki dəfəyə verdikləri cəmi 35.000 manat pulu elə pullar veriləndən bir qədər sonra Ceyhunun ondan geri götürdüyünü demişdir. Lalə onun yanında Ceyhuna zəng edib pulu götürübgötürmədiyini soruşduqda Ceyhun pulu götürdüyünü bildirmişdir. Bu görüşdən 4-5 gün keçmiş Lalə ona zəng edib Ceyhunun onu aldatdığını və Ceyhunun ona göstərdiyi torpaqları yoxlatdığını, həmin torpaqlara görə başqa şəxslərin əlində sənəd olduğunu bildirmişdir. Lalə onunla danışanda ağlamağa başlamışdır ki, “indi mən nə edim, torpağa görə Ceyhuna verdiyim pullar başqa şəxslərindir, indi mən nə edəcəyəm”. Lalə ona demişdir ki, görsün ona necə köməklik edə bilər. Bundan sonra Lalə onu öz yaşadığı mənzilə dəvət etmişdir. O, Lalənin yaşadığı mənzilində Lalə ilə görüşərkən Lalənin anası Rəna xanım və iki övladı da evdə olmuşlar. Lalə ona demişdir ki, “sən bu işlərlə məşğul olursan, bizə torpaq sahələri tap, özəlləşdirək satıb borcları qaytaraq”. Lalə demişdir ki, rəfiqələrindən təxminən 600.000 manatdan artıq pul alıb Ceyhuna vermiş, Ceyhun həmin pulları qaytarmır, hər dəfə söz verir ki, torpağını özəlləşdirib pulları qaytaracaq. O, Ceyhundan daha doğrusunu öyrənmək üçün ona zəng edib görüşmək istəmiş, lakin Ceyhun görüşə gəlməmiş, ancaq telefonla danışıq zamanı bildirmişdir ki, Lalə yalan danışır, pulların çox hissəsini Laləyə qaytarmışır. Ceyhun demişdir ki, Lalə ilə iş görürmüş, Lalədən aldığı pullarla da ona qazanc verirmiş, yəni verdiyi pulların qazancını Laləyə qaytarıb, özü isə hazırda müflis olub, pullar batıb, Lalə də pulun hamısını tələb edir, onun da qaytarmağa imkanı yoxdur. O, Lalədən soruşmuşdur ki, Ceyhun ona qazanc vermişdirmi? Lalə demişdir ki, Ceyhun ona heç bir qazanc verməyib, yalan danışır. Bu söhbətlər vaxtı Lalə ilə aralarında şəxsi münasibətlər yaranmış və bir-birlərindən xoşları gəldiyi üçün anası Rənanın razılığı və xeyir-duası ilə görüşməyə və kişi-qadın münasibəti saxlamağa başlamışlar. Hətta metronun “Nizami” stansiyasının arxasında yerləşən məsciddə Lalə ilə onun arasında kəbin kəsilmiş və ər-arvad kimi yaşamağa başlamışlar. Lalə ona demişdir ki, “sən bir ucuz sənədsiz torpaq sahəsi tap özəlləşdirib sataq və rəfiqələrimdən aldığım pulları qaytaraq”. Onu da qeyd etmək istəyir ki, Lalə ilə aralarında münasibət yaranandan sonra və Lalə Ceyhunun ondan pulları geri aldığını biləndən sonra Lalədən özünə lazım olduğu üçün borca 10.500 manat pul istəmişdir. Lalə də notarial qaydada ona borc olaraq 10.500 manat pul vermiş, bu barədə aralarında borc müqaviləsi bağlanmışdır. Sonradan Lalə onu həmin vaxt ona qədər görmədiyi və tanımadığı Səbinə və Kəmalə adlı xanımlarla tanış edib demişdir ki, Ceyhuna verdiyi pulların çoxu bu rəfiqələrinindir. O, da axtarıb Binə qəsəbəsində hər sotu 500 manat olmaqla sənədsiz, səhv etmirsə 7 hektar torpaq sahəsi tapıb bu barədə Laləyə bildirmişdir. Bundan sonra o, Lalə və Səbinə avtomobillə Binə qəsəbəsində onun tapdığı torpaq sahəsinə getmişlər. Onu da qeyd etmək istəyir ki, Lalə ona demişdir ki, onun torpaq sahələrinə müştəriləri var, əgər torpaq tapıb sənədləşdirsələr yaxşı qiymətə sata biləcək. Birlikdə gedib torpaq sahəsinə baxdıqda onların xoşu gəlmişdir. Lakin hələ torpaq sahəsinə baxmağa getməmişdən əvvəl Lalə ona demişdir ki, “gəl qızlara deyək ki, torpağı özəlləşdirəndən sonra sən bizə yalnız iki hektarını verirsən ki, biz satıb borcları bağlayaq”. Çünki Lalə torpağın hamısına qızları şərik etmək istəmirmiş ki, qalan 5 hektarı özü satıb özü qazansın, qızlara artıq pul verməsin. Bundan sonra, həmin torpağın Lalənin anası Rəna xanımın adına rəsmiləşməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. O, həmin vaxt artıq bilirmiş ki, əvvəllər Lalə və Ceyhuna verilən pullar Səbinə, Kəmalə və Təranə adlı qadınların pullarıdır. Odur ki, fikirləşmişdir ki, birdən torpağı özəlləşdirər, lakin bunlar Ceyhunun acığını ondan çıxıb ona pul verməzlər. Ona görə də torpaq sahəsinin özəlləşdirilməsi üçün əvvəldən 30.000 manat pul verilməli olduğunu demişdir. Onlar da razılaşmışlar. Bu məqsədlə ilk dəfə Lalənin yaşadığı mənzildə Kəmalə və bacısı Təranədən 2000 manat pul almışdır. Aradan təxminən səhv etmirsə bir ay keçmiş Səbinə öz avtomobilində Lalənin yanında 20.000 manat da torpağın özəlləşməsi üçün pul vermişdir. Daha sonra səhv etmirsə Səbinənin göndərdiyi 5000 manat pulu adını bilmədiyi, orta yaşlı bir kişidən Laləgilin həyətində, gəldiyi “Volsvagen” markalı avtomobilin içərisində almışdır. Bundan başqa, Səbinədən özü üçün borc kimi 800 manat da pul almışdır. O, həmin pulları alanda onları aldatmaq fikri yox imiş, həqiqətən də həmin torpaq sahəsini özəlləşdirib 2 hektarını qızların borcunun əvəzinə versinlər, qalan 5 hektarı da həmin vaxt Lalə ilə bir ailə olduqları üçün özünə ev alması və digər problemlərini həll etməsi üçün Laləyə vermək istəyirmiş. Çünki həmin torpaq sahəsinin özəlləşməsinə lazım olan xərci Lalənin rəfiqələri, əsasən də Səbinə verdiyindən özünün heç bir xərci çıxmırmış, öz xidmət haqqını da əvvəldən onlardan götürürmüş. Belə ki, aralarında razılıq belə olmuşdur ki, torpaq sahəsi sənədsiz olduğundan özəlləşmədən sonra torpaqlar satılanda hər sotuna görə 500 manat torpağın faktiki sahibinə verilməli, qalan pullar isə qızların Lalə və Ceyhuna verdikləri pulların əvəzinə götürülməliymiş. Lakin 2020-ci ilin iyul ayının 22-də özü qanunsuz olaraq odlu silah və patron gəzdirdiyinə görə tulduğundan bu işləri başa çatdıra bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahid7 tanımır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qeyrilərindən torpaq sahəsini özəlləşdirmək ərəfəsində aldığı pulları sonradan həbs edildiyi üçün qaytara bilməmiş və həbsdə olduğu müddət ərzində həmin pullar həbsdə saxlandığı və cəza çəkdiyi yerdə qaldığı müddətdə ona ərzaq, geyim əşyaları və digər lazım olan əşyaların alınmasına sərf edildiyindən qaytara bilməmişdir. Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs6 bir neçə ildir ki, qonşusu Zema xanıma görə tanımış və ondan Ləyiş bağlarında yerləşən torpaq sahələrini özəlləşdirmək üçün 5000 manat pul almışdır. Zərərçəkmiş şəxs5 da Xətai rayonunda yerləşən mənzilinə Zərərçəkmiş şəxs5 adına mülkiyyət hüquqlarını təsdiq edən sənəd yəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alacağına köməklik etmək üçün 2500 manat pul almışdır. Zərərçəkmiş şəxs7 da torpaq sahəsinin özəlləşdirilməsində köməklik etmək üçün 1500 manat pul almış, lakin sonradan həbs olunduğundan bu işləri başa çatdıra bilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs6 dəymiş zərərdən qismən ödəniş etməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid2 ilə 2017-ci ilin sonlarında rəfiqəsi Şahid1 Hacıağa qızı vasitəsilə tanış olmuşdur. Ceyhun ilə Lalə ona avtomobillərin icarəsi üçün kiçik ofis açmağı təklif etmişlər. 3 ay müddətində icarəyə vermək məqsədilə kreditə 10 ədəd avtomobil almış, avtomobillərin rəsmiləşdirilməsi öz adına aparılırmış və 18 ay müddətində kredit məbləğləri tam ödənilib bitənədək avtomobillər onun adında qeydiyyatda qalırmış. İcarənin mahiyyəti bundan ibarət imiş ki, avtomobil almaq istəyən şəxslərin çatışmayan məbləğlərini 18 aya bölüb üzərinə illik 70% gəlir qoyaraq avtomobili həmin şəxslərə kredit yolu ilə satırmışlar. Həmin şəxslərlə aralarında müqavilə notariat kontorunda bağlanılırmış. Aylıq olaraq kreditə götürən şəxs borcu faizlərlə birlikdə ödəyirmiş. Faiz məbləğinin 50% hissəsini o, digər 50 % hissəsinin 25%-ni Lalə və 25%-ni Ceyhun götürürmüş. Bütün alıcılar Ceyhun tərəfindən tapılırmış. Sonuncu kredit ödənişi ona 2019-cu ilin oktyabr ayında ödənildikdən sonra isə artıq avtomobil kreditə götürmədiyindən ofis bağlanmışdır. Bir müddət keçdikdən sonra Lalə təklif etmişdir ki, hərraclarda satılan avtomobili hərracda iştirak edərək alsınlar. Lalənin dediklərinə görə, Ceyhunun tanışı olan Rəşad adlı şəxs var imiş ki, o, hərrac komitəsində fəaliyyət göstərir. Buna görə də təklif etmişdir ki, hərracdan avtomobilləri alıb və həmin avtomobilləri bazarda daha yüksək qiymətə satışa çıxarsınlar. Beləliklə, bir neçə avtomobilin satışını həyata keçirmişlər və müəyyən məbləğdə gəlir əldə etmişlər. Bir gün rəfiqəsi olan Şahid7 onun bu işlərlə məşğul olub pul qazandığını eşitdikdə ondan xahiş etmişdir ki, Lalə ilə danışsın və o, da onlarla birlikdə işləsin. Beləcə Kəmalə də avtomobillərin alqı-satqısı işinə qoşularaq gəlir əldə etməyə başlamışdır. Sonra 2019cu ilin oktyabr ayında Ceyhun onlara sedan tipli avtomobillərdən başqa mənzillər və böyük yük avtomobilləri hərrac vasitəsilə almağı təklif etmişdir. Ceyhun bildirirmişdir ki, hərracdan əldə etdikləri mənzillərin və böyük yük avtomobillərinin satılmasında onun alqı-satqı işləri ilə məşğul olan tanışları köməklik edəcəklər və heç bir problem yaranmayacaq. Sonra onlar böyük məbləğdə pulları Ceyhunla Laləyə vermişlər. Nəticədə həmin şəxslər onları aldatmışlar. Sonra Lalə ona bildirmişdir ki, bütün pullar Ceyhun tərəfindən oğurlamışdır. Lalə bildirmişdir ki, onların bu işdən çıxış yolları sənədsiz torpaq sahəsi alıb oranı sənədləşdirib baha məbləğə satıb pul qazanaraq zərərlərini oradan bağlamaqdır. Bu işdə Laləyə tanışı olan Təqsirləndirilən şəxs adlı şəxs köməklik edəcək. Belə ki, Laləninn dediyinə görə o, Laləyə həmin torpaq sahəsini müəyyən bir məbləğə özəlləşdirib daha sonra satmağa köməklik edəcəyini bildirmişdir. Beləliklə, Elşad bir neçə əraziyə baxıb seçim etməklərini xahiş etmişdir. O, Lalə və Elşadla birlikdə Binə ərazisində bir neçə torpaq sahəsinə baxmışlar və Elşad öz tanışının yerini təklif etmişdir. Həmin torpaq sahəsi Binə Atçılığın yaxınlığında yerləşirmiş. Torpağa baxdıqdan sonra rəsmiləşdirmək üçün qərara gəlmişlər. Ona bildirmişlər ki, birinci növbədə sənədin qeydiyyatdan keçirilməsi üçün 2000 manat məbləğində ödəniş olunmalıdır, bir həftə sonra isə layihə bölməsinə gəldikdən sonra şəhərin planına salınması üçün 20000 manat pul ödənilməli imiş. Sonra həmin sənəd guya icra başçısının imzalaması üçün təqdim olunmalı və sonra sərəncam verilməli imiş. Daha sonra isə çıxarış ala bilərlər. Elşad onları inandırmışdır ki, üç həftəyə sənədlər hazır olacaq. Onlar da Elşada inanmışlar. Daha sonra mart ayında Elşada tərəflərindən 2000 manat pul vəsaiti verilmişdir. Həmin zaman o, video çəkiliş etmişdir. Bir həftədən sonra isə video çəkiliş altında Elşada 20.000 manat pul verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Elşada verilməli sənəd üç həftə sonra hazır olmamışdır. Elşad tərəfindən mart ayında olan bayram və qeyri-iş günləri, xüsusi karantin rejiminə görə iş günlərinin olmaması bəhanə gətirilmişdir. Aprel, may, iyun ayı keçsə də ona sənədlər təqdim edilməmişdir. Elşad vəd etmişdir ki, torpaq sahəsini Lalənin anasının adına qeydiyyata keçirəcək. Onlar da, Lalənin anasının adına torpaq sahəsinin qeydiyyatdan keçirilib-keçirilməməsini yoxlamaq qərarına gəlmişlər. O, bu aylar ərzində Elşaddan sənədin qeydiyyatdan keçirilməsini xahiş və tələb edirmiş. Bu müddət ərzində isə Elşad Ceyhundan şikayət etməməyini xahiş edərək xahişini belə əsaslandırırmış ki, Ceyhunun əməllərinə hüquqi qiymət verildiyi halda polis onların sənədləşdirmə işlərinə və onlara sənədi verən şəxslərə də, bu işdə mane ola bilər. 2020-ci ilin may ayında Elşad ondan 5000 manat pul istəmişdir ki, sənədi köhnə tarixlə, yəni karantindən əvvəlki tarixlə qeydiyyata salıb onlara verəcəklər bununla da işləri uzadılmayacaq. İyun ayında da 6000 manat pul almışdır. O, da aldadıldığını görüb şikayət etmək qərarına gəldikdə Elşad onları şantaj edərək bildirmişdir ki, guya onlar şikayət etdikdə sənədlərin qeydiyyatdan keçirilməsinə imtina ediləcək və bu iş öz həllini tapmayacaqdır. Elşadın bildirdiyinə görə guya torpaq sahəsinə hazır müştəriləri var imiş və sənəd alınan kimi dərhal onlar alqısatqıya gələcəkmişlər. Daha sonra isə o bütün məsuliyyəti öz üzərinə götürərək Ceyhunun borcunu tam şəkildə ödəyəcəyini vəd etmişdir. Lakin o, Elşadın onu aldatdığını tam şəkildə başa düşmüşdür. Hal-hazırda Ceyhunun ona vurduğu zərər 291.000 manat, Elşadın vurduğu zərər isə 29050 manat təşkil edir. Adı çəkilən şəxslər ondan başqa bir neçə başqa insanları da aldadaraq əmlaklarını ələ keçirmişlər. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o əvvəllər hərbçi olmuş, birinci Qarabağ müharibəsi veteranıdır, həmçinin “20 Yanvar” faciəsinin iştirakçısıdır. Odur ki, göstərdiyi xidmətlərə görə dövlət və ayrı-ayrı təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 12 iyul 2015-ci il tarixdə atası Remm dünyasını dəyişdiyindən yas mərasimi ilə əlaqədar ehsan məclisində yemək verilməsi üçün ona üzüm yarpağı lazım imiş. O bir sıra şəxslərdən maraqlananda ona Kürdəxanı qəsəbəsində yaşayan Zema adlı qadının telefon nömrələrini vermişlər və həmin şəxsdə olacağını bildirmişlər. Odur ki, o Zema adlı qadınla görüşüb həmin şəxsdən üzüm yarpağı aldığından və sonradan da bir neçə dəfə bu hal təkrarlandığından aralarında yaxşı münasibət yaranmışdır. Onu da bildirmişdir ki, müharibə veteranı kimi ona Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 12 sot torpaq sahəsi hədiyyə verilmişdir. O xəstəliyiylə əlaqədar əməliyyat olunmalı olduğundan pul lazım olduğu üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. 2018-ci ilin yay aylarında o Zemaya bildirmişdir ki, tanış makler varsa həmin maklerin vasitəsi ilə həmin torpaq sahəsini satsın. Zema ona Elşad adlı makler qonşusu olduğunu və həmin şəxsin vasitəsi ilə torpaq sahəsini sata biləcəyini bildirmiş və Elşadın telefon nömrəsi vermişdir. O qızı Nigar Məmmədova ilə "28 may" metrosunun yaxınlığında Təqsirləndirilən şəxslə görüşdükdə, sonuncu bildirmişdir ki, əvvəlcə torpaq sahəsini sənədləşdirmək lazımdır, sonra satmaq olar. Elşad bildirmişdir ki, bunun üçün 2.000 manat pul və torpağın satılması üçün etibarnamə verilməldir. Odur ki, o Elşadın təklifi ilə razılaşmışdır. Elşad torpağı hansı qiymətə satacağı barədə ona heç nə deməmişdir. 05 fevral 2019-cu il tarixdə o, qızı Nigarla birlikdə Elşadla Yasamal rayonu ərazisində yerləşən ASAN xidmət mərkəzində görüşmüşlər. O orada Elşada etibarnamə və 2000 manat pul vermişdir. Bundan təxminən on gün sonra Elşad ona zəng vuraraq əlavə 1000 manat lazım oldugunu bildirmişdir. O qızı Nigarla birlikdə Elşadla "İçəri şəhər" metrosu yaxınlığında görüşmüşlər və orada Elşada 1000 manat pul vermişdir. 2019-cu ilin mart ayında, yəni "Novruz bayramı”na bir neçə gün qalmış Zema ona zəng edərək bildirmişdir ki, Elsad onunla danışmaqdan utanır, sənədləşmə üçün 2000 manat əlavə pul lazım oldugunu Zemaya demişdir. O bundan əvvəl də Elşada verdiyi 3.000 manat pulu borc almışdı. Odur ki, yenə də 2000 manat borc taparaq bu barədə Zemaya bildirmişdir. Zema ona demişdir ki, "əziyyət çəkib Nardarana gəlmə metronun “Koroğlu” stansiyası yaxınlığında görüşsünlər mən pulu səndən götürüm." O qızı Nigarla birlikdə maşınla metronun "Koroğlu” stansiyasının yaxınlıgına getmişdir. Nigar maşında oturmuş, o "Koroğlu” metrosunun qarşısında Zema ilə görüşmüş və onlar orada olan dayanacaqdakı masada oturmuşlar. O Zemaya 2000 manatı vermiş və bildirmişdir ki, həmin pulu borc almışdır, xahiş edir ki, Elşad torpağı tez satıb onun pulunu versin. Hətta o orada Zemaya bildirmişdir ki, bayram üçün hazırlıq etməyə də pulu yoxdur. Həmin vaxt Zema pulun üstündən 100 manat götürüb ona vermişdir. Bir gün sonra o Zema ilə telefon alaqəsi saxlayaraq verdiyi pulu Elşada verib-vermədiyini soruşanda Zema verdiyi 1900 manat pulu Elşada verdiyini bildirmişdir. Bundan sonra dəfələrlə o və qızı Nigar Elşadla əlaqə saxlasalar da, Elşad hər dəfə iki gün, üç gün ərzində işi həll edəcəyini bildirmiş, bəzən isə telefonu koda qoyaraq onlara cavab vermirmiş. O Elşadla sonuncu dəfə danışan zaman bildirmişdir ki, torpaq lazım deyil, verdiyi pulları borc aldığı üçün xahiş etmişdir ki, heç olmasa verdiyi pulu qaytarsın ki, o da camaatın borcunu qaytarsın. Lakin Elşad torpaq sahəsinin sənədləşməsi üçün borc alıb verdiyi ümumilikdə 4900 manat pulu ona qaytarmamışdır. Sonradan öyrənmişdir ki, Elşad əvvəllər dələduzluğa görə məhkum olunmuşdur. O bu barədə Zema xanımla da danışıraraq polisə şikayət edəcəyini demişdir. Zema isə hər dəfə deyirmiş ki, narahat olma iş həll olunacaq. Lakin heç bir nəticə olmamışdır. Odur ki, o məcbur olub borclarını ödəmək üçün 04 noyabr 2019-cu il tarixdə "Kapital bank"dan pul götürüb borclarını ödəmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz odlu silah saxladığına görə polis əməkdaşları tərəfindən həbs edilmişdir. Elşad həbs edildikdən sonra o Zema adlı qadına bildirmişdir ki, Elşadın onu aldatması barədə şikayət etmək istəyir. Zema əvvəlcə deyirmiş ki, bir qədər səbrli ol, şikayət etmə sənin pulunu qaytaracaqlar. Lakin müəyyən müddət keçsə də onun pulu qayıtmadığından o bir daha Zemaya xəbərdarlıq etmişdir ki, şikayət edəcəkdir. Onda Zema xanım demişdir ki, o aldığı pulu Elşada çatdırmışdır, şikayət edirsə etsin. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin tam ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun Ləhic qəsəbəsində 12 sot pay torpaq sahəsi var imiş, lakin həmin torpaq sahəsi özəlləşdirilməmişdir. O həmin torpaq sahəsini özəlləşdirmək istədiyi üçün bu sahədə ona kömək edə biləcək şəxs axtarırmış. O 2019-cu ilin oktyabr ayında bu məqsədlə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elşad deyirmiş ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində tanışı var, həmin şəxs vasitəsilə onun torpaq sahəsini özəlləşdirməkdə ona köməklik edə bilər. Onlar 20 oktyabr 2019-cu il tarixdə Elşadla “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən kafedə görüşmüşlər. O torpağa aid olan sənədləri Elşada vermişdir. Elşad demişdir ki, o sənədləri yoxladıb, nə qədər xərc lazım olduğunu ona deyər. Səhəri gün yəni, 21 oktyabr 2019-cu il tarixdə Elşad ona zəng vurub sanədlərin qaydasında olduğunu və torpaq sahəsinin özəlləşdirilməsi üçün səhv etmirsə ondan yadında qaldığı qədər 3000 manat pul lazım olduğunu demiş, lakin o həmin məbləğin çox olduğunu bildirdiyindən 1.500 manata razılaşmışlar. 22 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində Elşadla özünün yaşadığı Balaxanı qəsəbəsinin girişində yerləşən işıqforun yaxınlığında görüşmüşlər. O Elşada təklikdə 1500 manat pul vermişdir. Elşad bildirmişdir ki, iyirmi gün müddətində sənədləşmə işini başa çatacaqdır. Lakin Elşad söz verdiyi vaxt başa çatanda ona zəng edib demişdir ki, Daşınmaz Əmlak Komitəsinin rəhbərliyi dəyişdiyi üçün orada yoxlamalar gedir, Elşadın tanışının fəaliyyətini də yoxlayırlar, ona görə də sənədləşmə bir qədər gecikəcəkdir. Ondan bir müddət sonra Elşad ona zəng vurub tanışının işdən çıxarılması ehtimalı olduğunu və bununla bağlı işə başı qarışdığından hələki sənədləşmə işinin gecikdiyini bildirirmişdir. Həmin vaxtdan sonra Elşad hər dəfə müxtəlif bəhanələr gətirməklə ona məxsus olan torpağın özəlləşdirmə məsələsini həll etməyərək onu aldatmışdır. Sonra da dəfələrlə pulunu tələb edəndə müxtəlif bəhanələr gətirərək, pulunu qaytarmamış, daha sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Daha sonra isə televiziyadan görmüşdür ki, Elşad qanunsuz tapança gəzdirdiyi üçün Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxtdan bu günə qədər də Elşad onun pulunu qaytarmamışdır. Elşad barəsində Səbail Rayon Polis İdarəsinə müraciət edəndə orada görmüşdür ki, İradə adlı bir qadını da torpaq sahəsinə sənəd düzəltmək adı ilə aldadıb onun da 5000 manat pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma qızıdır. Şahid2 və Təqsirləndirilən şəxs tanıyır. Lalənin rəhmətlik əri Seymurdan qalmış bir xarici, markasını bilmədiyi maşını var imiş. Lalə avtomobilini satmağına dair elan vermişdir. Bu təxminən 12-13 il bundan əvvəl imiş. Lalənin verdiyi elanla bağlı sonradan adının Ceyhun bildiyi oğlan onların evinə gəlmişdir. Söhbət əsnasında Ceyhun ona və qızı Laləyə demişdir ki, o bu maşını satmaqda köməklik edəcəkdir, elə dost olsunlar, maşını satandan sonra əldə edilən pulla başqa ucuz maşın alıb təmir etdirib satsın, onlara da xeyir versin, özü də qazanc əldə etsin. Onlar da razılaşmışlar. Ceyhun Lalənin avtomobilini satıb pulunu gətirib onlara vermiş, onlar da sevinmişlər. Sonra Lalə yaşadıqları evin yaxınlığında bir otağı icarəyə götürüb orada “Sədərək” Ticarət mərkəzində aldığı geyim əşyalarını üzərinə bir qədər qazanc qoyub satmağa başlamışdır. Həmin ərəfədə bir gün Ceyhun öz azyaşlı oğlu ilə Laləyə zəng edib onlara gəlmişdir. Ceyhun onlara demişdir ki, satdığı maşının pulunu ona versinlər, başqa maşın alıb təmir etdirib satsın, qazanc əldə etsin, onlara da qazanc versin. Həmin vaxt onlar Ceyhuna 4300 manat pul vermişlər. Təxminən bir həftə sonra Ceyhun alıb satdığı maşında qazandığı pulun bir hissəsini və Ceyhuna verdikləri 4300 manatı onlara qaytarmışdır. Beləliklə, Ceyhun təxminən 3-4 dəfə onlardan pul alıb həmin pullara avtomobillər alıb sataraq həm onlara müəyyən qədər qazanc vermiş, həm də özü qazanc əldə etmişdir. Lalə ona demişdir ki, ana Sədərəkdən alıb-satdığı geyim əşyalarında elə qazanc qalmır, gəl evi satıb pulundan Ceyhuna verək maşınlar alıb-satsın, onlara da qazanc versin. Çünki Ceyhun demişdi ki, əgər pul çox olsa daha çox maşın alıbsatmaq olar, qazanc da daha çox olar. Odur ki, o evi 44.000 manata satmış və Yasamal rayonunda başqa bir evi kirayə götürüb ora köçmüşlər. Həmin ərəfələrdə Lalə əməliyyat olunduğu üçün xəstəxanaya düşmüşdür. Oradan ona zəng edib demişdir ki, Ceyhun gəlir, Ceyhuna 7000 manat pul ver, maşın alıb-satacaqdır. O da Ceyhuna həmin məbləği vermişdir. Ceyhun bir neçə gün sonra yenə onlara gəlmiş, 7000 manatı və üzərində olan qazancı ona qaytarmışdır. Həmin vaxt Lalə də artıq xəstəxanadan çıxmışdı. “Sovetski”də yaşayan anasının evi söküntüyə düşəndə anası həmin evin söküntüsünə görə verilən puldan 10.000 manatını ona verdi. Qalan pula isə anası üçün Xırdalan şəhərində 20.000 manata həyət evi almışlar. Həmin vaxt anası üçün evi tapan Adil adlı maklerdən xahiş etmişdir ki, ona da 10.000 manat dəyərində ev tapsın. Bir neçə gün sonra Adil ona zəng edib dediyi qiymətə ona bir otaqlı mənzil tapdığını demiş və o Adilin dediyi mənzili almışdır. Həmin vaxta qədər o Lalə ilə birlikdə Yasamal rayonu ərazisində kirayə yaşayırmışlar. Bundan sonra o Lalədən ayrılıb aldığı mənzilə köçmüş, Lalə isə həmin mənzildə kirayə qalmaqda davam etmişdir. Lalə ilə Ceyhun isə birgə maşın alveri etməkdə davam etmişlər. Sonradan Lalə hazırda yaşadığı mənzili kirayə götürüb ora köçmüşdür. Bundan sonra, Lalənin köhnə rəfiqələri Səbinə, Təranə və sonuncunun bacısı Kəmalə Lalənin qaldığı evə gedib-gələndə Ceyhunu Lalənin evində görürmüşlər. Onu da qeyd etmişdir ki, adlarını çəkdiyi şəxslərdən ən çox Təranə Lalənin qaldığı mənzilə gəlib günlərlə Lalənin yaşadığı mənzildə Lalənin yanında qalırmış. Həmin vaxtlar Səbinə, Təranə və Kəmalə görürmüşlər ki, Ceyhun Laləyə pul gətirib-aparır. Onda həmin qadınlar Laləyə deyirmişlər ki, həmin şəxsləri da bu işə qoşsun, həmin şəxslər də pul qoyub qazanc əldə etsinlər. Səbinə Laləyə demişdir ki, pulu çoxdur, çox pul verir, Ceyhun daha baha maşınlar alıb-satsın, Səbinəyə də qazanc versin. Bundan sonra, həmin qızlar biri evini satıb, biri maşınını satıb, Səbinə də yığdığı pulları Ceyhuna vermişlər ki, həmin şəxslərə də qazanc versin. Sonradan da Lalə dəfələrlə ona deyirmiş ki, Ceyhunun Səbinə, Təranə və Kəmalədən aldığı pullarla gördüyü işlərdən qızlara çatan qazancı həmin şəxslərə verməyə gedir. Beləliklə, Lalə dəfələrlə bu məqsədlə həmin qadınların verdiyi pullarla bağlı Ceyhunun verdiyi qazancları həmin şəxslərə çatdırıb, həmin şəxslər da razılıq etmişlər. Təxminən iki ildən bir qədər artıq bir dəfə Lalə ona zəng edib demişdir ki, Ceyhun gəlməlidir, ancaq gəlmir. Lalə demişdir ki, Ceyhun Lalənin pulunu və qızların verdiyi pulları Lalədən götürüb aparıb, lakin indi nə gəlmir, nə də ki, pulları qaytarmır. Bundan sonra, Səbinə, Təranə və Kəmalə Laləyə zəng edib pullarını tələb etməyə başlayırlar. Lakin Ceyhun gəlib çıxmırmış. Ceyhun telefonlarını 3 gün imiş ki, söndürüb qızların heç birinə cavab vermədiyindən o Lalənin evinə gəlmişdir. O içəri girəndə Lalə demişdir ki, Ceyhun gəlir. Bir qədər sonra Lalə demişdir ki, Ceyhun gəlib aşağıda onları gözləyir. Odur ki, Lalə ilə o aşağı düşmüşlər, Ceyhun təzə gəlmişdi. Onlar Lalənin gəldiyi avtomobilə əyləşmişlər. O demişdir ki, Ceyhun sən 3 gündür haradasan, camaat səni gözləyir, hamının pulunu götürüb getmisən. Ceyhun demişdir ki, “Rəna xala mən heç yerə qaçmamışam, buradayam, mən sizi indi bir yer var ora aparıram.” Sonra Ceyhun maşını sürüb “keçmiş “Bakı Soveti” metrostansiyasının yaxınlığındakı Bakı Şəhər İcra hakimiyyətinin binasının yanındakı ara küçəyə sürüb maşını orada saxlayıb mobil telefonu ilə zəng etmişdir. Bir qədər sonra pilləkanlardan təxminən 55-60 yaşlarında bir kişi düşüb onlara yaxılaşıb qabaq oturacaqda əyləşmişdir. Ceyhun demişdir ki, Rəna xala tanış olun, bu kişinin adı Elşaddır. Nə işləri var bu həll edəcək, narahat olmasınlar. Ceyhun demişdir ki, “Rəna xala sən düş Elşadla birlikdə Bakı Şəhər İcra hakimiyyətinə daxil ol, Elşad sənə nə etmək lazım olduğunu izah edəcək.” Bundan sonra Elşad onun əlindən tutub ikinci mərtəbəyə qaldırmışdır. İkinci mərtəbədə hamı həmin şəxsə Elşad müəllim deyə müraciət edirmiş. Qeydiyyat otağındakı qızlara demişdir ki, bu xanımın ərizəsi var gətirəcəkdir, nə vaxt qəbul edərsiniz. Tanımadığı işçilər də iki-üç günə gətirməyi demişlər. Bundan sonra onlar yenidən maşına qayıtmışlar. O Ceyhuna sual vermişdir ki, onlar Bakı Şəhər İcra hakimiyyətinə niyə gəlmişlər? Onda Ceyhun demişdir ki, tələsmə onları bir yer var ora aparır, izah edəcəkdir. Ceyhun maşını tanımadığı və hazırda da göstərə bilməyəcəyi hansısa bağ massivlərinə sürmüşdür. Ceyhun orada ətrafına nazik dəmirlərlə hasar çəkilmiş torpaq sahələrini, yəni bir neçə hektar ərazisi olan yeri onlara göstərib demişdir ki, bu torpaq sahələri onundur, bu torpaq sahələrini Elşad satıb hamının pulunu qaytaracaqdır. Ceyhun həmçinin demişdir ki, Elşad ona zəng edib onu Bakı Şəhər İcra hakimiyyətinə aparacaq, o pensiyaçı olduğundan orada ərizə yazacaq, dövlət ona torpaq sahəsi ayıracaq, həmin torpaq sahələrini də Elşad çox böyük məbləğə satacaq və pulunu ona verəcəkdir. Daha sonra Ceyhun onları Lalənin kirayə qaldığı evə gətirmişdir. Bir neçə gündən sonra Elşad ona zəng edib demişdir ki, Laləgilin evinin həyətinə gəl, onun üçün torpaq sahəsi ayrılması ilə bağlı ərizə yazdırmışdır, aparın versinlər. O da Laləgilin evinin həyətinə gəlib oradan Elşadla Bakı Şəhər İcra hakimiyyətinə getmişlər. Elşadın onun adından yazdırdığı ərizəni oxuyanda görmüşdür ki, orada yazılmışdır ki, pensiyaçı olduğundan, habelə imkansız qadın olduğundan ona torpaq sahəsi ayrılmasını xahiş edir. O də həmin ərizəni imzalamış və Elşadla birlikdə qeydiyyat otağında işləyən qızlara təqdim etmişlər və həmin şəxslər ərizəni götürüb onlara məlumat verəcəklərini demişlər. Bundan sonra Elşad öz evinə, o da öz evinə getmişdir. Elşadla Bakı Şəhər İcra Hakimiyyətinə gedib Elşadın onun adından yazdırdığı ərizəni Elşadla birlikdə qeydiyyat otağında işləyən qızlara təqdim etdikdən sonra Elşad onlardan ayrılmış, o da düşüb Ceyhunun idarə etdiyi maşına əyləşmişdir. Həmin vaxt Lalə və Lalənin azyaşlı qızı da maşında imişlər. O Ceyhuna sual vermişdir ki, neçə gündür nə üçün yoxa çıxmısan, qızlar onu tapa bilmirlər. Ceyhun demişdir ki, Rəna xala o heç yerə getməmişdir. İndi onu bir yerə aparıb orada hər şeyi izah edəcəkdir. Ceyhun maşını idarə edib çox uzaq yol getdikdən sonra şəhərin kənar tərəflərində, harada yerləşdiyini bilmədiyi böyük bir boş torpaq sahəsinin yanında maşını saxlayıb demişdir ki, onlar narahat olmasınlar pullar batmamışdır, əgər batırmışdırsa da bu torpaq sahələrinin hamısı ona məxsusdur, bir neçə hektar ölçüdədir, bu torpaq sahələrini dostu Elşad satacaq qızların da, onun da pullarını verəcəyəkdir. O da pensiyaçı olduğuna görə Elşad ona dövlətdən Bakı şəhər İcra Hakimiyyətində olan tanışları vasitəsi ilə torpaq sahəsi alacaq, özü də satıb pulunu ona verəcəkdir. O da Ceyhuna inanıb demişdir ki, nə yaxşı iş belə alınmışdır. Ceyhun demişdir ki, Elşaddan bərk yapışsın. Sonra Ceyhun onları gətirib Lalənin yaşadığı evin yanında düşürüb özü çıxıb getmişdir. Bundan sonra Lalə Təranəyə zəng edib demişdir ki, narahat olmasın Ceyhun pulları qaytaracaqdır. Bir qədər sonra Təranə, bacısı Kəmalə onlara gəlmişdir. Qızı Lalə də Səbinəyə zəng edib arxayın etmişdir ki, narahat olmasın, torpaqları Ceyhun onlara göstərib, özünə məxsus olduğunu və satıb həmin şəxslərin pullarını qaytaracağını bildirmişdir. Lalənin sözlərindən sonra Səbinə də rahat olmuşdur ki, verdiyi pullar qayıdacaqdır. Səbinə Lalənin yaxın rəfiqəsi olduğundan Laləyə inanırmış. Bundan sonra “Covid 19” pandemiyası yayıldığından Elşad demişdir ki, bu xəstəliklə bağlı idarələr işləmir, həmçinin Ceyhunun torpaqlarını hələ satmaq bir az yubanır. Beləliklə 3-4 ay bu məsələ belə uzanmışdır. Bir gün Lalə ona zəng edib demişdir ki, “mama Elşad Səbinəyə zəng edib torpaq sahələrini sənədləşdirmək üçün pul istəyir”. O Laləgilə gedəndə Lalə ona telefona çəkdiyi video görüntünü də göstərmişdir. Həmin video görüntülərdə Səbinənin torpaq sahələrinin sənədləşməsi adı ilə Elşada pulu necə verməsi çəkilmişdi. Həmin pulları Səbinə Elşada verəndə Elşad bir daha pulu torpaqların sənədini düzəltmək adı ilə aldığını etiraf etmişdir. Aradan bir müddət keçsə də Elşad ona də zəng edib, qızlara da zəng edib arxayın edirmiş ki, “Covid 19” pandemiyasına görə sənədləşmə gecikir narahat olmasınlar. Bir dəfə Elşad zəng edib demişdir ki, qızlar da Lalənin evində yığışsınlar, Bakı Şəhər İcra Hakimiyyətində işlər açılıb ora getməlidir. Səbinə Laləyə demişdir ki, Səbinənin yolu uzaq olduğundan gələ bilmir, nəticəni telefonla Laləyə bildirər. Təranə, bacısı Kəmalə və o Lalənin evinə gəlmişlər. Elşad zəng etmişdir ki, artıq Bakı Şəhər İcra Hakimiyyətinə girmişdir. Bir neçə saat keçsə də Elşaddan xəbər çıxmadığından Səbinə Laləyə zəng edib demişdir ki, bir Elşada zəng edib öyrənsin görsün nə olmuşdur. Axşam saat 19-da zəng edib demişdir ki, Bakı Şəhər İcra Hakimiyyətindən indi çıxıb gəlir. Bir qədər sonra gəlib demişdir ki, şöbə rəisinin yanına girmək mümkün deyil, çoxlu növbə yaranmışdı. Bundan sonra da təxminən 3 ay bu söz-söhbət davam etmiş, lakin heç bir nəticə olmamışdır. Hər dəfə də Elşad qızları arxayın edirmiş ki, iş gedir, lakin pandemiya ilə əlaqədar gecikir. Bir müddət sonra Lalə ona telefonda demişdir ki, Elşad deyir ki, Səbinənin Elşada verdiyi pul azlıq təşkil edir, 10.000 manat da lazımdır. Lalə də 10.000 manat pulu notariat kontorunda Elşada vermişdir. Guya bundan sonra da Elşad hər gün bu işlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə gedib-gəldiyini deyirmiş. Həmçinin Elşad deyirmiş ki, Ceyhunun torpaqlarına müştəri tapmağa da başı qarışmışdır. Onu da qeyd etmişdir ki, həmin ərəfələrdə Təranə və bacısı Kəmalə dəfələrlə Lalənin evinə gəlib bu işlərlə maraqlanırmışlar. Səbinə isə yaxın rəfiqəsi kimi qızı Laləyə həddən artıq inandığından çox vaxt gəlmirmiş, ancaq telefonla Lalədən işin gedişatı ilə maraqlanırmış. Lalə də Səbinəni də Elşadın sözlərinə görə inandırırmış ki, heç bir problem yoxdur, iş gedir, hər şey həll olunacaq. Bir gün Lalə ona zəng edib demişdir ki, təcili onlara gəlsin, Təranə də buradadır, bir problem çıxmışdır. O Laləgilə gələndə görmüşdür ki, Təranə də oradadır, Lalənin də kefi yoxdur, telefonda Səbinə ilə danışır. O orada öyrənmişdir ki, Elşad Laləyə demişdir ki, öz arvadı ilə boşanıb, Lalə ilə ailə həyatı qurmaq istəyir. Əgər Lalə ilə ailə həyatı qursa bütün bu işləri tez həll edib hamının pullarını qaytaracaq, əgər Lalə Elşadla ailə qurmağa razı olmasa işləri davam etdirməyəcək, hamının pulları da batacaqdır. Odur ki, Lalə qızların pulu batmasın deyə Elşadla ailə qurmağa razılaşmışdır. Bu söhbətlər təxminən 20 gün davam edəndən sonra Lalə Elşadla ailə qurmağa razılaşmışdır. Bundan sonra, təxminən 15 gün Təranə, 15 gün də o Lalənin evində qalmışdır ki, Laləni tək qoymasınlar Elşad Lalə ilə tək qalmasın. Elşad hətta Lalə ilə kəbin kəsdirdiyini də demişdir. Lakin Elşadın kəbin kəsdirib-kəsdirmədiyini o bilməmişdir. Bir müddət sonra Elşad ona zəng edib H.Cavid prospektində yerləşən və nömrəsini bilmədiyi notariat ofisinə dəvət etmiş, o ora taksi ilə özü getmişdir. Orada Elşad ona demişdir ki, artıq torpaqların sənədi bir-iki günə hazırlanır, ona etibarnamə vermişdir ki, torpaqları satıb pullarını Səbinə, Təranə və bacısı Kəmaləyə versin. Onu da qeyd etmişdir ki, ilk dəfə Elşad Laləyə deyəndə ki, torpaq sahələrini Bakı Şəhər İcra hakimiyyətindən ananın adına almaq istəyir, həmin vaxt o Laləgilə gəlib Elşadla orada görüşəndə Elşadın bu təklifindən qorxduğunu bildirmiş və onun adına torpaq sahəsi alınmasını istəmədiyini bildirmişdir. Onda Elşad ona demişdir ki, ona görə Lalənin adına alır ki, o öz adına alsa qızlar və Lalə ona inanmazlar. Elşad demişdir ki, “qızlardan soruşub ki, torpağın Lalənin anasının adına alınmasına etiraz etmirsiniz ki?” Qızların da hamısı ona və Laləyə inandıqlarını və torpağın onun adına alınmasına etiraz etmədiklərini bildirmişlər. Odur ki, o notariat kontorunda Elşada etibarnamə verib evə qayıtmışdır. Aradan təxminən bir həftə keçmiş o Laləgilə gələndə Təranə də orada imiş, ora da onu Elşad çağırtdırmışdır. Orada olarkən Elşad Laləyə zəng edib demişdir ki, ananı da götürüb Bakı Şəhər İcra Hakimiyyətinə getsin, ikinci mərtəbəyə qalxsın orada polis əməkdaşı gözləyir, ad-soyadını desin, sənədləri götürüb gəlsin. Lalə getmək istəməsə də o demişdir ki, getsinlər. Onlar Bakı Şəhər İcra Hakimiyyətinə gəlib ikinci mərtəbədə olan polis əməkdaşına yaxınlaşıb Elşad müəllimin göndərdiyini demişdir. Polis əməkdaşı demişdir ki, həmin şəxslərin sənədlər şöbə rəisinin masasının üstündədir, imzaya verilib, bir həftədən sonra gəlib götürsünlər. Bu “Covid 19” pandemiyası başlayandan təxminən 4-5 ay sonra imiş. Odur ki, onlar qayıtmışlar. Bir qədər sonra Elşad da Laləgilə gəlmişdir. Həmin vaxt o və Lalədən başqa Təranə də Lalənin evində imiş. Elşad gəlib bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətində işləyən Yaqut xanım bu işləri başa çatdırmağa imkan vermir, sənədlərin təsdiq olunmasına imkan vermir. Elşad demişdir ki, sənədlərin təsdiqinə razılıq vermək üçün Yaqut xanıma da pul verməlidir. Elşad deyirmiş ki, 5000 manat pul olsa bu iş tez həllini tapacaq və sənədləri götürəcək. Lakin həmin vaxt Lalə və Təranəgildə pul olmadığından Lalə Səbinəyə zəng edib Elşadın sözlərini deyib 5000 manat lazım olduğunu demişdir. Səbinə də artıq əvvəl verdiyi pullar batmasın deyə Lalədən soruşmuşdur ki, əgər bu pul verilsə dəqiq sənədlər düzəlirmi? Lalə də Elşadın sözlərinə görə düzələcəyini demişdir. Odur ki, Səbinə səhv etmirsə Ramiz adlı sürücü ilə 5000 manat pul göndərmiş və həmin pulu Elşad götürmüşdür. Lakin Elşad pulu götürəndən sonra bir həftə keçsə də hər gün ona və qızlara deyirmiş ki, guya bu günlərdə məsələ həll olunacaqdır. Bir həftədən sonra Elşad Laləgilə gəlib onu da ora çağırmışdır. Təranə də ora gəlmişdir. Elşad demişdir ki, 6000 manat da pul lazımdır ki, bu dəqiqə gedib sənədləri götürüb gətirsin, həmin pul verilməsə sənədləri götürmək mümkün deyil. O tez ayağa durub demişdir ki, bu pulu düzəldib Elşada versinlər ki, sənədləri götürsün. Lakin Lalə və Təranə onlarda pul olmadığını demişlər. Lakin sonda Təranə pulun bir hissəsini bacısı ilə birlikdə düzəldəcəyini demişdir. Səhv etmirsə həmin vaxt Lalə Səbinə ilə telefonda danışanda ağlayaraq Elşadın yenə pul lazım olduğunu dediyini, lakin Lalə pul olmadığını demişdir. X10 demişdir ki, həyacan keçirmə onun əvəzindən pul verər. Səbinə 3000 manat göndərmiş, 2000 manat Təranə və bacısı Kəmalə gətirmişlər, 1000 manat da o düzəldib gətirib Elşada vermişlər, Elşad da çıxıb getmişdir. Lakin yenə sənədlər gətirilmədiyindən qızlar səhəri gün Elşada zəng edəndə Elşad oğlunun ayağının sındığı üçün xəstəxanada olduğunu və başı bu məsələyə qarışdığından sənədləri götürə bilmədiyini, ancaq qısa müddətdə götürüb verəcəyini vəd etmişdir. Ancaq yenə Elşad sənədləri gətirmədiyindən səhv etmirsə Səbinə Bakı Şəhər İcra hakimiyyətinə zəng edib sənədləri soruşanda demişlər ki, Bakı şəhər İcra Hakimiyyətində belə bir sənəd yoxdur. Səbinə Laləyə zəng edib bu məsələnin nə olduğunu soruşaraq Elşadın həmin şəxsləri aldatdığını demişdir. Odur ki, Lalənin zəngi ilə o Lalənin evinə gəlmiş, Təranə də ora gəlmişdir. Bundan sonra Elşada nə qədər zəng etsələr də zəng çatmamışdır. Sonradan da eşitmişlər ki, Elşad Səbail rayonunda tapança ilə tutulmuşdur. Odur ki, sonradan qızlar yığışıb Ceyhun və Elşaddan şikayət etmişlər. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 1991-1994-cü illər ərzində hərbçi kimi müharibədə iştirak etdiyindən dövlət tərəfindən ona xidməti orderlə Xətai rayonu, Əbilov küçəsi 4 saylı evin iki otaq olmaqla 28 kv. metr sahəsi olan 4 saylı mənzili yaşamaq üçün verilmişdir. Həmin mənzil ona 1993-cü ilin may ayında verildiyindən o vaxtdan qeyd edilən mənzildə yaşasa da bu günə qədər mənzil özəlləşdirilməmişdir. Yaşadığı binada olan digər mənzillərin əksəriyyəti özəlləşdirildiyindən o da yaşadığı mənzili özəlləşdirmək istəyirmiş. Ancaq mənzili necə özəlləşdirmək lazım olduğunu bilmirmiş. Səhv etmirsə 2022-ci ilin iyun ayının ortalarında təsadüfən metronun “Nərimanov” stansiyasının yanındakı istirahət parkının içindəki çayxanada sonradan Nardaran qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında o yaşadığı mənzili özəlləşdirmək istədiyini dedikdə Elşad bildirmişdir ki, elə özü uzun illərdir ki, torpaq sahələrinin və mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində özəlləşdirilməsi işləri ilə məşğul olur. Elşad bildirmişdir ki, onun mənzilini də özəlləşdirməkdə ona köməklik edə bilər və onun mənzilini 5000 manat müqabilində özəlləşdirə bilər. Ancaq pulun yarısını əvvəlcədən vermək lazımdır, çünki müəyyən rüsumlar və digər xərclər ödənilməlidir. O da Elşada bildirmişdir ki, düşünüb ona cavab deyər. O mənzilini özəlləşdirmək istədiyindən Elşadın təklifi ilə razılaşmış və Elşada razı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, yəni səhv etmirsə 2022-ci ilin iyun ayının 20-22-si aralığında o Təqsirləndirilən şəxslə yenə metronun “Nərimanov” stansiyasının yanındakı istirahət parkının içindəki çayxanada görüşmüş və 2500 manat pulu Elşada vermişdir. Səhv etmirsə 2022-ci ilin iyul ayının əvvəlində Elşad bildirmişdir ki, mənzilin özəlləşmə sənədlərinin hazırlanması üçün məhkəmə və digər proseslərdə Elşadın onun adından çıxış etməsi məqsədi ilə baş etibarnamə versin, həmçinin mənzilə dair sənədləri və şəxsiyyət vəsiqəsinin surətini də Elşada versin. Odur ki, o səhv etmirsə elə 01 iyul 2022-ci il tarixdə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən 36 saylı notariat ofisində Təqsirləndirilən şəxs onun adından çıxış etmək üçün baş etibarnamə və dediyi sənədlərin surətini çatdırmışdır. Elşad bildirmişdir ki, iyul ayının sonunda ona Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən bildiriş gələcək və mənzili özəlləşəcəkdir. Lakin Elşadın dediyi vaxt ona heç bir bildiriş gəlməmiş, özü də ondan qaçıb gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmişdir. Onda o gedib yoxladanda məlum olmuşdur ki, Elşad onu aldatmışdır, onun mənzilinin özəlləşməsi ilə bağlı heç bir müraciət etməyərək onu aldadıb pulunu ələ keçirmişdir. 2022-ci ilin avqust ayının 26-dək Elşadı axtarsa da tapa bilmədiyindən barəsində Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə şikayət etmişdir. O Elşadın barəsində şikayət edəndən sonra guya pulunu yaxın vaxtlarda ödəyəcəyini söz versə də bu günə qədər də onu aldadıb mənzilini özəlləşdirmək adı ilə aldığı 2500 manat pulu qaytarmamışdır. Bundan başqa, o Elşada verdiyi etibarnamə ilə onun mənziliylə bağlı qanunsuz hərəkətlər edəcəyindən qorxduğu üçün 2022-ci ilin səhv etmirsə sentyabr ayının 23-də gedib notariat kontorunda Elşada verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxslər kimi göstərilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. O Zərərçəkmiş şəxs6 adlı qadını bir neçə il olar ki, tanıyır. Belə ki, İradə xanımın dəqiq bilmədiyi ərazidə torpaq sahəsi olmuşdu ki, həmin torpaq sahəsini özəlləşdirmək adı ilə bibisi oğlu Elşad İradədən 5000 manata yaxın pul almışdır. Lakin bu barədə onun məlumatı sonradan olmuşdur. Belə ki, bir dəfə o Elşadla 8ci km qəsəbəsində yerləşən bir çay evində olarkən orada bir neçə nəfər şəxs Elşadla mübahisə edirmişlər ki, İradə xanıma məxsus olmuş torpaq sahəsi guya həmin şəxslərə məxsus olmuşdur. Lakin o bu məsələnin dərinliyini bilməmişdir. Sonradan bir dəfə Elşad ounla birlikdə gedib İradə xanımı Badamdar qəsəbəsində yaşadığı ünvandan götürüb Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə aparırmış ki, torpağının sənədləşməsi ilə bağlı müraciət etsin. O İradə xanımla həmin vaxt tanış olmuşdur. Orada söhbət əsnasında İradə xanım demişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi üçün Elşada 5000 manata yaxın pul vermişdir. Onu da qeyd etmişdir ki, bu söhbətlər zamanı ona məlum olmuşdur ki, İradə xanımın özünə məxsus olmuş torpaq sahəsini Nardaran qəsəbəsində daş karxanası işlədən Ədalətin mərhum qardaşı Feyzi hansısa idmançılara satmışdır. Elşad da İradə xanımın həmin torpağını özəlləşdirmək üçün 5000 manat alıbmış. Lakin sonradan Feyzinin torpağı satdığı şəxslərlə Elşadgil arasında narazılıq yaranmış, torpağın özəlləşməsi də Feyziyə görə reallaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o bir neçə ildir ki, Hava limanında sürücü işləyir. Zərərçəkmiş şəxs3 da elə həmin vaxtlardan tanıyır. Həmin vaxtlar Səbinə xanım da Hava limanında fəaliyyət göstərən karqo şirkətində işləyirmiş. Odur ki, bir iş yoldaşı kimi aralarında yaxşı münasibətlər yaranmışdı. O, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxsləri Səbinə xanıma görə tanımışdır. Belə ki, Səbinə xanımla aralarında yaxın dostluq münasibəti olduğundan bəzən Səbinənin xahişi ilə müəyyən məsələlərdə Səbinəyə köməklik edirmiş. Ona görə də Səbinə xanımdan eşitmişdir ki, X9 xanımın verdiyi pullarla avtomobillər alıb icarəyə verirmişlər. Qazancın müəyyən hissəsi Səbinə xanıma, qalan hissəsi isə Ceyhunla Lalə adlı xanıma çatmalı imiş. O Ceyhunla bir neçə dəfə görmüşdür. Səbinə xanım ondan Ceyhuna çatdırmaq üçün təxminən 10.000 manat ətrafında pul göndərmişdi. O da aparıb həmin pulu səhv etmirsə 7-ci mikrorayonda yerləşən “Kəmalə-Nərmin” şadlıq sarayının yanında Ceyhuna çatdırmışdır. Bundan başqa, bir dəfə də Səbinə xanım onunla birlikdə aparıb “Oazis” restoranının yaxınlığında Laləyə təxminən 20.000 manat civarında pul vermişdir. Lakin səhv etmirsə 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərində bu işlərdə problemlər yaranmağa başlamışdır. Belə ki, Səbinə xanım bildirmişdir ki, Ceyhungil “X11” markalı avtomobillərə görə aylıq ödənişləri verməyi gecikdirmişlər və ondan xahiş etmişdir ki, Ceyhunla əlaqə saxlayıb maraqlansın və bu işi öz nəzarətində saxlasın. O Ceyhunla telefon əlaqəsi saxlayıb nə üçün Səbinə xanımın pullarını vermədiyini soruşduqda Ceyhun bildirmişdir ki, sürücülər gecikdirdiyi üçün müəyyən problemlər yaranıb, Səbinə xanım narahat olmasın Səbinənin maşınlarına görə aylıq pulların hamısını verəcəkdir. Həmin maşınlar və digər pullar Səbinə xanım tərəfindən əsasən Lalə adlı qadın vasitəsilə Ceyhuna verildiyindən, habelə Lalə adlı qadın Ceyhuna zamin durduğundan Səbinə xanım pullarını və maşınları tələb etməyə başlamışdır. Həmin vaxtlar ona məlum olmuşdur ki, Ceyhun və Lalə adlı şəxslər müxtəlif vədlərlə Səbinədən özünə və digər şəxslərə məxsus külli miqdarda, yəni bir neçə yüz min manat məbləğində pullar alıb aldatmışlar. Sonradan Səbinə xanım demişdir ki, Lalə və Ceyhunun tanışı olan Elşad adlı şəxs ortaya çıxmışdır. Həmin şəxs bildirmişdir ki, guya özünə və Ceyhuna məxsus torpaq sahələri var, həmin torpaq sahələrini özəlləşdirib sataraq Səbinə xanımın və həmin vaxtlar öyrəndiyi, lakin tanımadığı başqa qadınların da pullarını qaytaracaqdır. Lakin torpaq sahələrinin özəlləşdirilməsi üçün müəyyən məbləğdə pul lazımdır. Hətta bu məqsədlə həmin Elşad adlı şəxs Səbinə xanımdan və digər qadınlardan pullar da almışdı. Belə ki, Səbinə xanım verdiyi puldan 1000 və ya 2000 manatını o şəxsən özü Səbinə xanımın xahişi ilə aparıb Elşad adlı şəxsə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında çatdırmışdır. Belə ki, Elşad adlı şəxs demişdir ki, guya sənədlər hazırdır, pulu vermək lazımdır ki, daha da tez alınsın. O da Elşad adlı şəxslə dediyi yerdə görüşsə də, Elşad sənədi vermədiyindən əvvəlcə pulu verməyərək getmişdir. Lakin sonradan Elşad adlı şəxs Səbinə xanımgilə zəng edib demişdir ki, pul verilməsə sənədi vermirlər. Ona görə də Səbinə xanım zəng edib demişdir ki, apar pulu Elşada ver ki, sənədi tezləşdirsin. Çünki Səbinə xanımın pullar alıb Lalə və Ceyhuna verdiyi Kəmalə adlı xanım Səbinəni narahat etdiyindən sonuncu istəyirmiş ki, tezliklə torpaq məsələsi düzəlib satılsın və Səbinə Kəmalə xanımın pulunu tez qaytarsın. Lakin Elşad adlı şəxs Səbinə xanımı və digər şəxsləri aldadaraq guya torpağa sənəd düzəltmək adı ilə aldığı onun çatdırdığı və özlərinin bir neçə dəfəyə verdikləri dəqiq bilmədiyi məbləğdə pulları ələ keçirmiş, vəd verdiyi işləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. O Şahid7 bir neçə ildir ki, tanıyır. Belə ki, Kəmalənin uşaqları ilə onun bacısı Səbinənin uşaqları “Evrika” liseyində birgə oxuyurmuşlar. O dəfələrlə Kəmalənin uşaqlarını bacısının uşaqları ilə birlikdə məktəbdən götürüb evlərinə aparmışdır. Kəmalə də bəzən bacısının uşaqlarını götürüb evə gətirmişdir. Bəzən Kəmalə onların mənzilinə gəlib, hətta bəzən onların uşaqların ad günlərində Kəmalə öz uşaqları ilə, Kəmalənin uşaqlarının ad günündə də onlar iştirak etmişlər. Şahid1 Hacıağa qızını isə o və bacısı Səbinə anaları vasitəsilə tanımışlar. Belə ki, Lalənin qardaşı Anar diş həkimi, yəni stomotoloq olduğundan o da, anası da Anarın yanına gedib dişlərini müalicə etdirmişlər. Belə ki, əvvəlcə bacısı Səbinənin Lalə ilə yaxşı münasibətləri yaranmışdır. Lalə özünü çox işgüzar, biznes sahəsində bacarıqlı bir qadın kimi təqdim edirmiş və yaxşı pul qazandığını deyirmiş. Lalə deyirmiş ki, dostu və şəriki olan Ceyhun adlı şəxslə maşın alqısatqısı və icarəsi ilə məşğul olurlar. Belə ki, kiminsə maşın almağa pulu çatmırdısa həmin şəxsin çatmayan pulunu Ceyhunla Lalə qoyub, həmin pulu və üzərinə qoyduqları öz qazanclarını bir il və ya ondan artıq müddətə bölməklə həmin şəxslərin hər ay ödəmələri şərtilə icarəyə verirlər, maşının pulu tam ödənildikdən sonra isə maşın icarəyə götürən şəxsə qalır. Lalə bacısı Səbinəni inandırırmış ki, bu işdə yaxşı qazanc var. Səbinə ilə əsasən Lalə özü danışırmış, Ceyhun da Lalənin sözlərini təsdiq edirmiş. Lalə ilə bacısının münasibətləri sonradan çox yaxın rəfiqə münasibətlərinə çevrildiyindən bacısı Lalənin sözlərinə çox inanırmış. Odur ki, Lalə və Ceyhun bacısı Səbinənin də bu işə qoşulub maşın alverində həmin şəxslərlə birlikdə işləməsini təklif etmişlər. Həmin şəxslər Səbinəni tam inandırdıqlarından sonuncu da həmin şəxslərlə birlikdə işləməyə başlamışdır. Səhv etmirsə hətta bu işlə məşğul olmaq üçün ofisdə kirayə tutmuşlar. Bütün işləri, yəni maşınların tapılması, alınması və icarəyə verilməsini Ceyhun və Lalə həyata keçirirmişlər, Səbinə isə maşınların alınması üçün lazım olan məbləği həmin şəxslərə verirmiş. Bu proseslər səhv etmirsə 2018-2019-cu illərdə davam etmişdir. Bundan başqa, 2019-cu ildə bacısından eşitmişdir ki, Lalə və Ceyhun deyiblər ki, banklarda krediti ödənilmədiyi üçün hərraca çıxarılan avtomobillərin alınıb-satılmasında yaxşı qazanc var. Bu məqsədlə də bacısı Səbinə əvvəlcə öz pullarını, sonra tanışı Cəmilənin pullarını da bu məqsədlə Lalə və Ceyhuna vermişdir. Bundan başqa, Almaniya vətəndaşı Thomas adlı şəxs köməklik məqsədilə 2019-cu ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində əvvəlcə ona 7000 manat pul vermişdir ki, bu işə qoyub pul qazansın. Bir neçə həftə sonra isə daha 10.500 manat pul vermişdir. O da həmin məbləğləri bacısı Səbinəyə vermişdir. Lalə və Ceyhun 7000 manata iki maşın, 10.500 manata isə 3 maşın aldıqlarını bacısına demişdilər. Təxminən bir ildən artıq müddət ərzində Lalə və Ceyhun verdikləri vədləri yerinə yetirib verilən pulların müqabilində qazanc verdiklərindən bacısı və o həmin şəxslərə çox inanırmışlar. Bundan başqa, bacısı Səbinənin Şahid7 adlı rəfiqəsi də bu işlərdən qazanc əldə etdiyini görüb özü də bu işlərə pul yatırıb qazanc əldə etmək istədiyini demişdi. Detalları tam dəqiq bilməsə də, eşitdiklərimdən bilirmiş ki, həqiqətən də Kəmalə də bu prosesdə bir neçə dəfə depozit adı ilə pullar qoyub qazanc aldə etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Ceyhun onları aldadıb maşınları satıb pulunu ələ keçirmişdir. Həmin vaxtlar artıq Ceyhun qaçıb gizlənirmiş, üzə çıxmırmış. Həmin vaxt artıq Lalə bildirmişdir ki, Ceyhun hamını aldadıb və maşınların depoziti və hərracda olan maşınların alqı-satqısı üçün verilən bütün pulları, o cümlədən bacısı Səbinənin, Şahid7, habelə həmin vaxta qədər onun görmədiyi və tanımadığı Təranə və Kəmalə adlı bacıların da bu məqsədlərlə, həmçinin torpaq alıb-satmaq adı ilə verdikləri pulları ələ keçirib qaçıb gizlənmişdir. Ceyhun qaçıb gizlənəndən sonra ortaya Elşad adlı bir şəxs çıxıb bildirmişdir ki, siz Ceyhundan şikayət etməyin, Ceyhun Nardaranlıdır, uşaqlarınıza pislik edər, onun torpaq sahələri var, o həmin şəxslərə satıb sizin bütün pulları Ceyhunun əvəzindən qaytaracaqdır. Lakin həmin torpaqların sənədləşdirilməsi üçün müəyyən yerlərə ödəniş etmək məqsədilə pullar lazımdır. Lalə də Elşadın sözlərini təsdiq edərək Elşadın dediyi pulların verilməli olduğunu, bu yolla pulları qaytara biləcəkləri deyirmiş. Artıq onların əllərində pulları qalmadığından bu məqsədlə o özünə məxsus “Mazda 6” markalı avtomobilini 18.000 manata satıb pulunu bacısı Səbinəyə vermişdir. Bundan başqa, bacısı Səbinə də öz qızıl-zinət əşyalarını satıb həmin pulun üstünə qoyub Elşada vermişdir. Çünki Elşad deyirmiş ki, torpaqların sənədləşməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə və digər yerlərə pullar ödənilməlidir ki, torpaqların sənədləri tez hazırlansın. Lakin Elşad adlı şəxs də yenə hamını aldatmış və guya torpaq sahələrinin sənədləşdirilib sataraq pulları qaytaracağını söz versə də aldığı bütün pulları ələ keçirib qaçıb gizlənmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 və Şahid9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Şahid9 isə məhkəməyə ərizə ünvanlayaraq ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 və Şahid9 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İİ cildinin 45-69-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-491/2014 saylı, 24 iyul 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 22 sentyabr 2013-cü il tarixdən hesablanması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İİİ cildinin 65-ci vərəqində olan 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmmayıl oğlunun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ödənilməsi məqsədilə təqdim etdiyi 2000 (iki min) manat məbləğində Zərərçəkmiş şəxs6 verilmiş və həmin pul sonuncu tərəfindən qəbul edilmişdir. Cinayət işinin İİİ cildinin 66-cı vərəqində olan Zərərçəkmiş şəxs6 tərəfindən yazılaraq imzalanmış 21 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs İsmmayıl oğlu ondan aldığı 5000 manatdan qaytardığı 2000 manatı qəbul etmişdir. Cinayət işinin İİİ cildinin 152-ci vərəqində olan “Tutma haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİİ cildinin 218-226-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirılən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 (üç) ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İV cildinin 206-cı vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə dindirilmiş Şahid1 istintaqa təqim etdiyi maddi sübut hesab edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə 22 saniyədən ibarət “VİD-20230218-WA0030” və 40 saniyədən ibarət “VİD-20230218-WA0031” adlı 02 ədəd video görüntü mövcuddur. “VİD-20230218- WA0030” adlı görüntüdə mənzildə kresloda əyləşmiş Təqsirləndirilən şəxs otaqda olan danışıqlardan 2.000 manat olması müəyyən olunan pulu ilkin olaraq otaqda olan digər şəxslərin yanında Zərərçəkmiş şəxs3 alması və həmin pulun müqabilində 15 gün müddətində torpağa dair sənədləri təhvil verəcəyini bildirməsi əks olunur. “VİD-20230218- WA0031” adlı görüntüdə isə Təqsirləndirilən şəxs özünü təqdim edərək Zərərçəkmiş şəxs3 20.000 manat pul alması, bunu şifahi şəkildə bildirməsi həmçinin, Binə qəsəbəsində yerləşən 07 hektar torpaq sahəsinə dair sənədləri ayın 18-ə qədər müddətdə təhvil verəcəyini, əks halda məsuliyyət daşımasını, burada Lalə Hacıəliyevanın da şahid olmasını, videoçəkilşin də aparılmasını, heç bir porblem olmamasını, “afirist” adam olacağı təqdirdə bu boyda məsuliyyətin altına girməməsini bildirir. Cinayət işinin İV cildinin 207-313-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 istintaqa təqim etdiyi 22 saniyədən ibarət “VİD-20230218-WA0030” və 40 saniyədən ibarət “VİD-20230218-WA0031” adlı 02 ədəd video görüntünün mövcud olduğu 01 ədəd diskin cinayət təqibi üçün əhəmiyyətli halları müəyyən etdiyindən maddi sübut hesab edilməsi və iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 1(009)-43/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 22 iyul 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkun Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə əldə etdiyi 29,050 (iyirmi doqquz min əlli) manat pulun iddiaçıya geri qaytarmasının təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus 8709 nömrəli qəbzdən görünür ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə cəmi 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 08 il 06 aya endirilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 il müddətinə endirilmiş və 22 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 dəymiş ziyandan 2000 (iki min) manat ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 il müddətinə endirilmiş və 22 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edildiyi gündən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 05 fevral 2019-cu il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 1(009)-43/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. 05 noyabr 2021-ci il tarixli Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi (yalnız Zərərçəkmiş şəxs6 4900 manat vurulmuş zərərdən 2000 manat ödənilib) və sonuncuların təqsirləndirilən şəxsdən şikayətçi olmaları, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Şahid1 istintaqa təqim etdiyi 22 saniyədən ibarət “VİD- 20230218-WA0030” və 40 saniyədən ibarət “VİD-20230218-WA0031” adlı 02 ədəd video görüntünün mövcud olduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 29050 (iyirmi doqquz min əlli) manat məbləğində pulun onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 29050 (iyirmi doqquz min əlli) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Şahid1 istintaqa təqim etdiyi 22 saniyədən ibarət “VİD- 20230218-WA0030” və 40 saniyədən ibarət “VİD-20230218-WA0031” adlı 02 ədəd video görüntünün mövcud olduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirən şəxs) Təqsirləndirilən şəxs 29050 (iyirmi doqquz min əlli) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 ödənilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-14/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-14/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver