Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-140/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs1, Müdafiəçi –16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, “Oba” marketdə inkassator işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid3 adına olan faktiki olaraq özünə məxsus etibarnamə ilə idarə etdiyi “Mersedes Benz C-220” markalı, **-XC-*** qeydiyyat nişanlı avtomobili 29 avqust 2021-ci tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 11 ünvanında yerləşən “Dərnəgül” nəqliyyat yolunda “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, X.R.Uİutürk küçəsinin kəsişməsində “X11” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin yolun döngəli hissəsində öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli və hərəkətin digər iştirakçıları üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunlara riayət etməmiş və yolun X.R.Uİutürk küçəsinə ayrılan hissədə idarə etdiyi avtomobillə qarşı hərəkət zolağına çıxaraq, qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid2 Aydın oğlunun adına olan, faktiki olaraq baş etibarnamə əsasında Zərərçəkmiş şəxs2 məxsus olan X2 üçün verilmiş və sonuncu tərəfindən idarə edilən “VAZ-21043” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, bundan sonra həmin avtomobilin arxa hissəsi ilə hərəkət edən Zərərçəkmiş şəxs3 məxsus olan Şahid1 tərəfindən idarə edilən “Mersedes Benz CLA-200” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə “VAZ-21043” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobiln sürücüsü X8 daxili qanaxma ilə müşayiət olunan hər iki tərəfdən ağciyərlərin, qaraciyərin və dalağın cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, alın nahiyəsinin, alt çənə cisminin, döş qəfəsinin sağ və sol yarsının, sol budun, sağ və sol baldırın sıyrılmış yaraları, sol baldırın orta 1/3-nin qapalı yerdəyişən sınığı həyat üçün təhlükəli olan sağlamlığla ağır zərər vuramaya aid xəsarətlər onun ölümü ilə birbaşa əlaqəsi olmaqla yanaşı daxili qanaxma və ağ ciyərlərin, qaraciyərin, dalağın cırılması ilə müşayiət olunan hemorraqik şok nəticəsində hadisə yerində ölməsi ilə nəticələnən, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 dalağın partlaması (splenektomiya), qaraciyərin cırılması, daxili qanaxma ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, döş qəfəsinin sol yarısının əzilməsi və qabırğaların çoxsaylı sınığı, sol bud sümüyünün yuxarı 1\3-nin qapalı, qəlpəli sınığı, alnın sol səthinin, başın tüklü hissəsinin, qarının ön səthinin, sağ və sol diz oynağının əzilmiş-cırılmış yaraları və sıyrıntıları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərlə nəticələnən, yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21043" markalı **-BX-*** qeydiyyat nişanlı avtomobilin əzilərək yararsız hala düşməsi nəticəsində ona 7000 manat məbləğində, Zərərçəkmiş şəxs3 məxsus “Mersedes Benz CLA-200” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilinin əzilməsi nəticəsində ona isə 22.570 manat 30 qəpik məbləğində ziyan vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun istifadəsində qardaşı Şahid3 adına olan faktiki olaraq ona məxsus etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” C-220 markalı, **-XC-*** nömrə nişanlı avtomobillə 29 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanına Dərnəgül yolu ilə yəni Z.Bünyadov prospekti ilə hərəkət etmişdir. Avtomobilinin sürəti saatda 90 km olmuşdur. Avtomobildə ondan savayı heç kim olmamışdır. Hadisə yerinə çatmağa 4-5 metr qalmış ani vaxtda avtomobilin qabaq sağ təkəri qəfildən qatalanmış və avtomobilin arxa hissəsi oynayaraq yol ayrıcı olan bardürə dəymiş və avtomobil qarşı hərəkət zolağına çıxmış, həmin zolağda üzü 20 yanvar istiqamətində hərəkətdə olan VAZ 2104 avtomobilinə sol hissədən çırpılmış, sonra onun arxası ilə hərəkətdə olan Mercedes avtomobili toqquşmadan qaçmaq istəmiş və avtomobili müəyyən qədər sağa versə də ara məsafəsi az olduğundan toqquşmadan qaça bilməmiş və VAZ 2104 avtomobilinə çırpılmışdır. Hadisə baş verdikdən sonra o, avtomobildən çıxmış və VAZ-2104 avtomobilində olan həm sərnişinə həm də sürücüyə kömək etməyə başlamışdır. Təcili yardım avtomobilini ora yığışmış şəxslərdən kimsə zəng edərək çağırmışdır. O və orada olan tanımadığı şəxslər həmin avtomobilin qapısını açıb onu oradan çıxarmağa çalışmışlar, lakin fövqəladə halların işçiləri gələrək onların köməyi ilə sürücünü avtomobildən çıxara bilmişlər. Yaralını da avtomobildən çıxarıb xəstəxanaya göndərmişlər. Sonra onlara kömək məqsədi ilə 3 saylı Sabunçu xəstəxanasına yollanmış və sonra alkoqol tibbi müayinəsindən keçmişdir. Vəfat etmiş sürücü sonradan adını bildiyi Anar Ləzgiyevin dəfni ilə bağlı qoumları müəyyən tədbirlər görmüşlər. Digər xəstə ilə isə tibbi yardımların onun müalicəsi ilə bağlı müəyyən işlər görülmüşdür. Baş vermiş yol-nəqiyyat qəzası zamanı o, heç bir xəsarət almamışdır. Dəfələrlə zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etsə də, varis barışıqdan imtina etmişdir. Dəfn xərclərini qohumları qarşılamışdır. O, özü hazırda kirayə mənzildə yaşayır. Odur ki, məhkəmədən əməlindən peşman olmasını və gənc olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 29 avqust 2021-ci il tarixdə gecə saatlarında əri X8 avtomobillə Bakı şəhərində Z.Bünyadov küçəsi ilə hərəkətdə olarkən qarşı hərəkət yolundan Mersedes-Benz markalı avtomobil onun hərəkət yoluna keçmiş Anar Ləzgiyevin idarə etdiyi VAZ-21043 markalı avtomobillə toqquşmuş, sonra isə onun arxasında olan digər Mersedes Benz avtomobili ilə toqquşmuş və nəticədə ağır yol-nəqliyyat qəzası baş vermişdir. Yol-nəqliyyat qəzası nəticəsində əri X8 aldığı ağır bəbən xəsarətlərində hadisə yerində ölmüşdür. Baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil tam yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 avqust 2021-ci il tarixdə təxminən saat 22 radələrində Həzi Aslanov metrosu tərəfdən evinə 9-cu mikrorayona gəlmək istəmiş, yolda bir manatlıq taksi olan VAZ-21043 markalı avtomobilə əl edib saxlatmış, avtomobildə sürücünün yanında əyləşmişdir. Ziya Bünyadov küçəsi ilə üzü 20 yanvar istiqamətində hərəkətdə olarkən yolnəqliyyat qəzası baş vermiş və o, şok vəziyyətinə düşmüşdür. 12 gündən sonra xəstəxanada ayılmış və bu günə kimi müalicə almış və bunda sonra da müalicəsinin davam edəcəyini bildirmişdir. Bu günə kimi 18.000 manat tibbi dərmanlara pul xərcləmişdir. Təqsirləndirilən şəxs ona heç bir maddi yardım göstərməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, VAZ-21043 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili o, Şahid2 15 dekabr 2020- ci il tarixdə notarial qaydada alqı-satqı yolu ilə 7000 manata almışdır. Onun vaxtı olmadığı üçün həmin avtomobili öz adına keçirdə bilməmişdir. Avtomobilin icbari sığortası olmuşdur. O, da həmin avtomobili qohumu X6 idarə etmək üçün 10 avqust 2021-ci ildə notarial qayda etibarnamə vermişdir. 29 avqust 2021-ci il tarixdə X8 həmin avtomobillə Bakı şəhərində Z.Bünyadov küçəsi ilə hərəkətdə olarkən yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Anar Ləzgiyev aldığı bəhən xəsarətlərində ölmüşdür. Baş vermiş yol-nəqliyyat qəzası zamanı ona məxsus olan VAZ-21043 markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. Ona həmin avtomobilin sıradan çıxması nəticəsidə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 29 avqust 2021-ci il tarixdə 22 radələrində Bakıxanov qəsəbəsində özünə məxsus Mcısedes Benz CLA markalı **-HF-*** nömrə nişanlı avtomobilə Şahid1 ilə birlikdə əyləşmiş, Koroğlu metrosu tərəfdən evlərinə 20 yanvar dairəsi istiqamətinə Ziya Bünyadov küçəsi ilə getməyə başlamışlar. Avtomobili dostu Şahid1 idarə etmişdir. Onların ikisindən savayı avtomobildə başqa heç kim olmamışdır. Fəxri Z.Bünyadov küçəsi ilə öz yolunun sol hissəsi ilə, bardürdən təxminən 1 metr aralıda yaxın işıqları ilə sürmüşdür. Qarşıda 20 yanvar istiqamətində VAZ-2104 markalı avtomobil hərəkət etmişdir. Həmin yolla hərəkət etdiyi zaman qəfildən qarşı hərəkət zolağından Mersedes Benz markalı avtomobil yüksək sürətlə üzü Koroğlu metrostansiyasına tərəf gələrək, yolun döngəli hissəsində idarə etməni itirərək yolları ayıran bardürə çırpılaraq onların hərəkət zolağına çıxaraq qarşıda hərəkət edən VAZ-2104 markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş və bu zaman VAZ-2104 markalı avtomobil aldığı zərbədən istiqamətini geriyə dəyişmiş və bu zaman onların avtomobil ilə toqquşmuşdur. Fəxri Mersedes avtomobilinin onun hərəkət zolağına keçən vaxtı avtomobilin sürətini azaltmış və toqquşmadan yayınmaq üçün avtomobili müəyyən qədər sağa tərəf çəksə də, toqquşmadan qaça bilməmişdir. VAZ-2104 avtomobili aldığı güclü zərbədən Fəxrinin idarə etdiyi avtomobilin qabaq hissəsinə çırpılmışdır. Fəxri avtomobili saxlamış və ikisidə yerə düşmüşlər. VAZ-2104 avtomobilinə yaxınlaşdıqda onun sürücüsünün vəziyyəti ağır olduğunu, bir nəfər şəxsin yerdə uzanıqlı halda olduğunu görmüşlər. Hadisə yerində olan şəxslər dərhal təcili tibbi yardım avtomobili çağırmışlar. Təcili yardım avtomobili hadisə yerinə gəlib yaralıları aparmışdır. Mersedes Benz markalı avtomobilin sürücüsü hadisə yerində olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobil əzilmiş və ehtiyat hissələri tam sıradan çıxması nəticəsində ona 22.570 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Bu günə kimi həmin məbləğdən ona pul ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində gəstərmişdir ki, Mersedes Benz C-220 markalı **-XC-*** qeydiyyat nişanlı avtomobil onun adına olsa da, faktiki olaraq qardaşı Təqsirləndirilən şəxs məxsus olmuşdur. Belə ki, həmin avtomobili qardaşı onun adına almış, onun tərəfindən ona sürmək üçün etibarnamə verilmişdir. Avtomobilin Xalq Sığortada sığortası olmuşdur. 29 avqust 2021-ci il tarixdə qardaşı həmin avtomobillə Bakı şəhərində Z.Bünyadov küçəsi ilə hərəkətdə olarkən qarşı hərəkət yolunda VAZ- 21043 markalı avtomobillə toqquşmuş, sonra isə onun arxasında olan digər Mersedes Benz avtomobili ilə toqquşmuş və nəticədə ağır yol-nəqliyyat qəzası baş verməsi məlum olmuşdur. Yol-nəqliyyat qəzası nəticəsində tanımadığı X8 aldığı bədən xəsarətlərində ölmüşdür. Baş vermiş yol-nəqliyyat qəzası zamanı faktiki olaraq qardaşına məxsus olan avtomobil tam yararsız hala düşmüşdür. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/24748 nömrəli 29 avqust 2021-ci il tarixli tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 13.09.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Ölüm haqqında AZ-İİ 212883 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 30.08.2021-ci il tarixdə dəqiqləşdirilməmiş fəaliyyət zamanı ölmüşdür. Video diskə baxış keçirilməsi haqqında 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, TŞ9-033 kamerasının və TŞ4-176 Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarının 06 ədəd video diskə keçirilmiş baxışla müəyyən edildi ki, 29 avqust 2021-ci il tarixdə saat 22-29 radələrində Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən nəqliyyat yolunda VAZ-2104 markalı ll-BX-530 nömrə nişanlı, Mersedes Benz markalı **-HF-*** nömrə nişanlı, Mersedes Benz **-XC-*** nömrə nişanlı avtomobillərin toqquşmadan sonrakı vəziyyət, hərəkətin dayanması, nəqliyyat vasitələrinin toplanması və tıxacın yaranması müşahidə edilir. Lakin hadisənin baş verdiyi an həmin kameraların əhatə dairəsinə daxil olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsində yerləşən TŞ9-033 kamerasının və TŞ4-176 Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarının 29 avqust 2021-ci il tarixdə saat 21:00-dan 22-30-dək olan müddət ərzində qeydə almpıış video görüntülərdən hadisənin necə baş verməsinin müəyyən edilməmişdir. Lakin, hadisədən sonra həmin ərazidə nəqliyyat vasitələrinin tıxac vəziyyətində olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 113 saylı ekspert rəyindən görünür ki. 1976cı il təvəllüdlü X1 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər daxili qanaxma ilə müşayiət olunan hər iki tərəfdən ağciyərlərin, qaraciyərin və dalağın cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, alın nahiyəsinin, sağ və sol alt göz qapaqlarının qançırları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, alt çənə cisminin, döş qəfəsinin sağ və sol yarısının, sol budun, sağ və sol baldırın sıyrılmış yaraları, sol baldırın orta 1/3- nin qapalı yerdəyişən sınığı həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə 29.08.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR /ərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb daxili qanaxma və ağciyərlərin, qaraciyərin, dalağın cırılması ilə müşayiət olunan hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3 - 5 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin. pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYP-nin 016-122893-1221 nömrəli, 16.10.2021ci il tarixli məktubundan görününr ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə BA seriyalı 012277 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Nizami Rayon 26 saylı MKİ tərəfindən Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, 05.09.2002-ci il tarixdən Naxçıvanski küçəsində 37 saylı binanın 81-ci mənzilində qeydiyyatadaır. Qeydiyyatda olduğu həmin tarixdən indiyədək barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə-X7-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının, yol-nəqliyyat hadisəsinin hallarının tədqiqi və məhkəmə əmləəşunaslıq ekspertizasına dair 19 noyabr 2021-ci il tarixli 8/2277-9/6568 saylı kompleks məhkəmə eksperizası rəyindən görünür ki, ilkin kontakt anında toqquşma VAZ-21043 markalı 11 BX- 530 qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Mersedes Benz markalı 10- XC- 603 qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. İlkin kontakt altında toqquşma VAZ-21043 markalı **- BX-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə Mersedes Benz CLA200 markalı **-HF-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. ‘'Mersedes Benz markalı 10XC-603 qeydiyyat nişanlı avtomobilin sükan idarə etmə sisteminin artqısınm qırılması güclü xarici dinamiki qüvvənin təsiri nəticəsində, yəni avtomobilin ayrıcı zolağa dəyməsi və toqquşma nəticəsində həmin sahəyə təsir edən güclü xarici dinamiki üvvə nəticəsində baş vermişdir və həmin avtomobilin sükan idarə etmə sisteminin dartqısının qırılması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. “Mersedes Benz” markalı 10XC-603 qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11“ Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21043 markalı 11 BX-530 qeydiyyat nişanlı avtomobilin istifadəyə tam yararsız olduğundan 29 avqust 2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 5800 manat, “Mersedes Benz CLA200 **-HF-*** qeydiyyat nişanlı avtomobilin 29 avqust 2021-ci il tarixdə baş hadisə nəticəsində zədələbnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 21056 manat müəyyən edilmişdir. İstintaqın gedişatı zamanı“VAZ-21043 markalı 11 BX-530 qeydiyyat nişanlı avtomobilin tam yararsız hala düşməsi və məhkəmə əmtəəşunaslıq ekspertizası tərəfindən zərərçəkmiş şəxsə maddi ziyanın təxminin olaraq 5800 manat qiymətləndirilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs2 avtomobilinin dəyərinin 7000 manat göstərməsi əsas kimi qəbul edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus olan “Mersedes Benz CLA-200“ markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 22.570 manat 30 qəpik məbləğində maddi ziyanın dəyməsini göstərməsi əsas götürülmüş, məhkəmə əmtəəşunaslıq ekspertizasının həmin avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 təxmini hesablama yolu ilə 21.056 manat ziyanın dəyməsi isə nəzərə alınmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloci anatomiya birliyi “Publik Hüquqi şəxs” tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli 903 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər dalağın partlaması (splenektomiya). qaraciyərin cırılması, daxili qanaxma ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, döş qəfəsinin sol yarasının əzilməsi və qabırğaların çoxsaylı sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət), alının sol yan səthinin, başın tüklü hissəsinin, qarnın ön səthinin, sağ və sol diz oynağının əzilmişcırılmış yaraları və sıyrıntıları bərk kül əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti 29 08.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Qətimkan tədbirinin seçilməsi haqqında 02 dekabr 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ƏN-V 635490 nömrəli 18.06.2021-ci il tarixli Nəqliyyat vasitələrindən istifadə etmək haqqında etibarnamədən görünür ki, Mercedes Benz C220 minik markalı avtomobili Şahid3 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etməyi Təqsirləndirilən şəxs vermişdir. Sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 maddəsi ilə elan edilmiş 02 dekabr, 2021-ci il tarixli ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılması və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə nəzərə alınması, istintaqın gedişatı zamanı“VAZ-21043 markalı 11BX-530 qeydiyyat nişanlı avtomobilin tam yararsız hala düşməsi və məhkəmə əmtəəşunaslıq ekspertizası tərəfindən zərərçəkmiş şəxsə maddi ziyanın təxminin olaraq 5800 manat qiymətləndirilməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs2 avtomobilinin dəyərinin 7000 manat göstərməsi əsas kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs3 məxsus olan “Mersedes Benz CLA- 200” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 22.570 manat 30 qəpik məbləğində maddi ziyanın dəyməsini göstərməsinin əsas götürülməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının həmin avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 təxmini hesablama yolu ilə 21.056 manat ziyanın dəyməsi isə nəzərə alınması, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C-220” markalı **- XC-*** qeydiyyat nişanlı, X1 idarə etdiyi “VAZ-21043” markalı, 1 l-BX-530 qeydiyyat nişanlı və Şahid1 ifadə etdiyi “Mersedes Benz” CLA200 markalı **-HF-*** qeydiyyat nişanlı avtomobillər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxslər cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün sahiblərinə qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs hadisənin törətməsinə dair zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə keçirilmiş baxış Protokolu, YNHnin sxemi, fotoşəkillər, məhkəmə tibbi və kompleks məhkəmə trasoloji, avtotexniki və əmtəəşunaslıq ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübutetmənin predmeti olduğundan həmin prosessual sənədlər iş üzrə sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6-cı maddəsində, CMin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X11” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X11” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallardan da görünür ki Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C- 220" markalı, **-XC-*** qeydiyyat nişanlı avtomobili 29 avqust 2021-ci tarixdə saat 22 radələrində Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti 11 ünvanında yerləşən “Dərnəgül” nəqliyyat yolunda “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən X.R.Uİutürk küçəsinin kəsişməsində idarə etdiyi avtomobilin yolun döngəli hissəsində öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli və hərəkətin digər iştirakçıları üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunlara riayət etməmiş, bununla da “X11” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. “X11” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə cəhd etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də digər zərər çəkmiş şəxslərin ondan şikayətçi olmasını Təqsirləndirilən şəxs münasibətdə təyin ediləcək cəzanın növü və hədləri məsələsini həll edərkən nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 02 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C-220” markalı **-XC-*** qeydiyyat nişanlı, X1 idarə etdiyi “VAZ-21043” markalı, **-BX- *** qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs3 məxsus “Mersedes Benz” CLA200 markalı **- HF-*** qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın Cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C- 220” markalı **-XC-*** qeydiyyat nişanlı, X1 idarə etdiyi “VAZ-21043” markalı, **-BX-*** qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs3 məxsus “Mersedes Benz” CLA200 markalı **-HF-*** qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 300,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-140/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-140/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver