Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-141/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6, xx.xx.1956-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8, ev 11, mənzil 15də yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 8, mənzil 13-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 o qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Daşburun” stansiyasının rəisi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Təqsirləndirilən şəxs2 vasitəsilə 2013-cü ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən ofisdə 30.000 manat, 2013-cü ilin ortalarında həmin ünvanda Şahid1 10.000 manat olmaqla ümumilikdə 40.000 manatı alıb Təqsirləndirilən şəxs2lə aralarında bölüşdürməklə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 40.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 o qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Daşburun” stansiyasının rəisi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən ofisdə 30.000 manat, 2013-cü ilin ortalarında həmin ünvanda Şahid1 10.000 manat olmaqla ümumilikdə 40.000 manatı alıb Təqsirləndirilən şəxs1lə aralarında bölüşdürməklə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 40.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 10 ilə yaxındır ki, tanıyır. Tanışlıqdan sonra aralarında yaxın münasibət yaranmış və onlar yoldaşlıq etməyə başlamışlar. 2013-cü ilin avqust ayında o, Təqsirləndirilən şəxs2 və Əlinin Ədalət adlı tanışı birlikdə Nərimanov rayonunda yerləşən kafelərdən birində əyləşib çörək yedikləri vaxt Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Əlinin dostu və əvvəllər Azərbaycan Dəmir Yolları QSC-nin Daşburun stansiyasının rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs adlı şəxs işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs2 onun Azərbaycan Dəmir yolları QSC-də tanışlarının işləməsini bildiyi üçün ona müraciət edərək dostu Zərərçəkmiş şəxs yenidən həmin işə bərpa olunması ilə bağlı köməklik etməyini xahiş etmişdir. O isə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin idarədə işləyən tanışları ilə maraqlanacaq və əgər hər hansı bir köməkliyi edə bilərsə bu barədə məlumat verəcəkdir. Bu hadisədən bir neçə gün sonra o Azərbaycan Dəmir Yolları QSC-də işləyən müxtəlif tanışları ilə əlaqə saxlamış, həqiqətən də Zərərçəkmiş şəxs adlı şəxsin əvvəllər Daşburun stansiyasının rəisi vəzifəsində işləməsini, sonradan işində yol verdiyi nöqsanlara görə işdən çıxarılmasını öyrənmiş, lakin həmin şəxsin yenidən həmin işə bərpa olunmasının mümkün olmasını müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs2 zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Daşburun” stansiyasının rəisi vəzifəsinə işə düzəldəcəyi adı ilə 2013-cü ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən ofisdə 30.000 manat, 2013-cü ilin ortalarında həmin ünvanda Şahid1 10.000 manat olmaqla ümumilikdə 40.000 manatı alıb Təqsirləndirilən şəxs2lə aralarında bölüşdürmüşlər. Hazırda Zərərçəkmiş şəxs pulu tam olaraq ona geri qaytarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o Şahid2la uzun illər bundan əvvəl tanış olmuşdur. Təxminən 6 il bundan əvvəl o, Bakı şəhəri, Nərimanov rayonu, «N. Nərimanov» istirahət parkında təsadüfən Şahid2la qarşılaşmış, bundan sonra yenidən əlaqələri bərpa olunmuş və onlar mütəmadi olaraq görüşməyə başlamışlar. Təqsirləndirilən şəxs1 o təxminən 5-6 il olar ki, tanıyır. Mehman ev alğı-satqısı ilə məşğul olurmuş. 2013-cü ilin avqust ayında o, Şahid2la və Təqsirləndirilən şəxs1lə birlikdə Nərimanov rayonu ərazisindəki kafelərdən birində əyləşib çörək yedikləri zaman Ədalətin Telman adlı tanışı Ədalətə zəng edərək dostu və Azərbaycan Dəmir Yolları QSC-nin Daşburun stansiyasının rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs adlı şəxsin işdən çıxarılmasını və Zərərçəkmiş şəxs yenidən işə bərpa olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Onların yanlarında olan Təqsirləndirilən şəxs1 bu söhbəti eşitdikdən sonra onlardan aralanaraq kiməsə zəng vurmuş, bir neçə dəqiqə telefonla danışmışdır, sonra isə onlara yaxınlaşaraq bildirmişdir ki, Mehman Azərbaycan Dəmir Yolları QSC-də işləyən əlaqələrindən istifadə etməklə 30.000 manat pulun müqabilində Zərərçəkmiş şəxs yenidən Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa edilməsini təşkil edə bilər. Həmin vaxt Şahid2 kabineti tərk edərək bir neçə dəqiqə sonra geri qayıtmış, dostu Şahid1la bu barədə danışmasını bildirmiş və Zərərçəkmiş şəxs 30.000 manat pul verməyə razı olmasını, lakin pulun 20.000 manatını əvvəldən, 10.000 manatını isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 də bu təkliflə razılaşmışdır. Həmin söhbətdən bir neçə gün sonra, yəni 2013-cü ilin sentyabr ayının əvvəllərində o Şahid2la birlikdə olduğu zaman Şahid1 Ədalətə zəng edərək çörək yeməyə dəvət etmişdir. Ədalətin təklifi ilə o da Ədalətlə birlikdə 8-ci MKR ərazisində yerləşən kafelərdən birinə getmişdir. Həmin görüş zamanı o ilk dəfə Zərərçəkmiş şəxsla tanış olmuşdur. Belə ki, Şahid1 dostu Zərərçəkmiş şəxs da həmin görüşə dəvət etmişdi. Onlar çörək yeyib durduqdan sonra Şahid1 Şahid2 yaxınlaşmış və dostu Zərərçəkmiş şəxs işə bərpa olunması ilə bağlı məsələnin nə yerdə olmasını soruşmuşdur. Şahid2 isə Şahid1, bu işi Təqsirləndirilən şəxs1 vasitəsi ilə həll edəcəyini bildirdi. Bu hadisədən bir neçə gün sonra Şahid2 ona zəng edərək, Zərərçəkmiş şəxs 20.000 manat pul verməsini bildirmiş və həmin pulu Təqsirləndirilən şəxs1 çatdırmaq üçün Mehmanla görüşdürməyini xahiş etmişdir. Həmin gün o, Şahid2 və Təqsirləndirilən şəxs1 birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Kompüter kollecinin yanında yerləşən kafedə görüşmüşlər. Görüş zamanı Şahid2 onun yanında Təqsirləndirilən şəxs1 20.000 manat pul verərək qalan 10.000 manatı iş həll olunandan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Şahid2 heç bir problem olmamasını və əlaqələrindən istifadə etməklə yaxın müddət ərzində Zərərçəkmiş şəxs Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa etdirəcəyini vəd etmişdir. Bundan təxminən 2 gün sonra Şahid2 yanına gələrək ona, Zərərçəkmiş şəxs əlavə 10.000 manatı da verməsini bildirmişdir. O, isə Şahid2 iş həll olunana kimi həmin pulu özlərində saxlamağı və iş həllini tapandan sonra Təqsirləndirilən şəxs1 verməsini təklif etmişdir. Ədalət onun təklifi ilə razılaşmış, həmin pulun üstündən 2.500 manat pul götürərək Ukraynada yaşayan qızına göndərməli olduğunu və iş həll olunan vaxt qaytaracağını bildirmişdir. O da razılaşaraq Şahid2 7.500 manat pulu götürüb özündə saxlamışdır. Səhəri gün Şahid2 onun yanına gələrək bildirmişdir ki, Ədalətin dostu Şahid1 hansısa qaz problemini həll etmək üçün təcili 3.500 manat pul lazımdır, Zərərçəkmiş şəxs işi həll olunan ərəfədə Vaqif Şahid1 həmin pulu alıb qaytaracaqdır. O da razılaşaraq onda saxlanılan 7.500 manat puldan 3.500 manat götürüb Şahid2 vermişdir. Bundan da bir neçə gün sonra Şahid2 onun yanma gələrək ona bildirmişdir ki, Ədalətin Ukrayna Respublikasında yaşayan Hakim adlı qohumu Ədalətin hansısa işini düzəldir və bununla bağlı Hakimə 1000 manat pul göndərmək lazımdır. Daha sonra Şahid2 ondan Zərərçəkmiş şəxs alınan və onda qalan 4.000 manat pulun üstündən 1.000 manat götürüb Hakimə göndərməyini xahiş etmiş və həmin pulu ona qaytaracağını vəd etmişdir. O da razılaşaraq onda qalan 4.000 manat pulun üstündən 1.000 manat götürüb Ukraynada yaşayan Hakim adlı qohumuna Ədalət göndərmişdir. Beləliklə onda 3.000 manat pul qalmışdır. Bu hadisədən bir neçə gün sonra o Moskva şəhərində yaşayan oğlunun avtomobil qəzasında xəsarət alması ilə əlaqədar X5 şəhərinə getmişdir. Təxminən 1 ay sonra o Moskva şəhərində olduğu zaman ona oğlunun müalicəsi ilə bağlı pul lazım olduğundan o Şahid2 zəng edərək ona imkanı daxilində pul göndərməsini xahiş etmişdir. Həmin vaxt Şahid2 ona 2500 manat pul göndərməyə imkanının olmasını bildirmiş və həmin məbləğdə pulu ona göndərmişdir. 2013-cü ilin oktyabr ayında o Moskva şəhərindən Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona zəng edərək hazırda Naftalan şəhərində olmasını, Mehmana borca təcili 4.000 manat pul lazım olmasını bildirmiş və həmin pulu Mehmanın oğlu vasitəsi ilə göndərməyini xahiş etmişdir. O da razılaşaraq həmin gün Nərimanov rayonu, «N.Nərimanov» istirahət parkının yanında Təqsirləndirilən şəxs1 üzdən tanıdığı lakin hazırda adını xatırlamadığı oğluna 4.000 manat pul vermişdir. 2014-cü ilin yanvar ayında o yenidən Moskva şəhərinə getmiş və həmin ilin mart ayında yenidən Bakı şəhərinə qayıtmışdır. 2014-cü ilin mart ayında, «Novruz» bayramı ərəfəsində o artıq Bakı şəhərində olduğu zaman Şahid2 deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 aldığı 20.000 manat pulun müqabilində verdiyi vədə əməl etmədiyi üçün Zərərçəkmiş şəxs pulunu geri tələb etmişdir. Həmin ərəfədə Şahid1 onunla görüşərək bildirmişdir ki, Şahid2 Zərərçəkmiş şəxs işə bərpa olunması ilə bağlı onlardan 30.000 yox, 40.000 manat pul almışdır. Bundan sonra o Şahid2la görüşərək nə üçün belə etməsini soruşmuş, Ədalət isə ona şəxsi problemləri olduğundan Zərərçəkmiş şəxs əlavə 10.000 manat da pul almasını, lakin bu barədə onlara məlumat verməməsini bildirmişdir. Daha sonra o Təqsirləndirilən şəxs1a zəng etmiş, nə üçün aldığı pulun əvəzində verdiyi vədə əməl etməməsini soruşmuş, Təqsirləndirilən şəxs1 isə ona Şahid2 aldığı 20.000 manat pulu qumarda uduzmasını, bu səbəbdən verdiyi vədə əməl edə bilməməsini, bura baxmayaraq yaxın gönlər ərzində ya aldığı pulu qaytaracağını, ya da verdiyi vədə əməl edərək Zərərçəkmiş şəxs Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa edilməsini təmin edəcəyini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 sonrakı müddət ərzində hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etmir, eləcə də aldığı 20.000 manatı geri qaytarmırmış. Zərərçəkmiş şəxs isə mütəmadi olaraq onlarla əlaqə saxlayaraq Şahid2 verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb edirmiş. Bundan başqa o Moskva şəhərində olduğu zaman Şahid2 ona 2.500 manat pul göndərmiş və artıq o Bakı şəhərinə qayıtdıqdan sonra ona həmin pulu Zərərçəkmiş şəxs əlavə aldığı 10.000 manat pulun üstündən götürməsini bildirmişdi. Zərərçəkmiş şəxs alınan pulların geri qaytarılmasını tələb etdiyi üçün 2014-cü ilin yay aylarında o Şahid2 tərəfindən ona verilmiş ümumilikdə 5.500 manat pulun üstünə əlavə 500 manat qoyaraq ümumilikdə 6.000 manat pulu hissəhissə Zərərçəkmiş şəxs oğlu Fəridin vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmişdir. O həmin 6.000 manat pulu Zərərçəkmiş şəxs oğlu Fərid Cavadova 2014-cü ilin aprel-may ayları ərzində, hissə-hissə hər dəfə Bakı şəhəri, Nərimanov rayonu, «N.Nərimanov» istirahət parkında görüşüb vermişdir. Həmin ərəfədə Şahid2 deməsinə əsasən ona məlum oldu ki, Ədalət də Zərərçəkmiş şəxs aldığı 40.000 manat puldan payına düşən 16.000 manatı hissə- hissə olmaqla Zərərçəkmiş şəxs qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs1 yenə də müxtəlif bəhanələr gətirərək aldığı 20.000 manat pulu qaytarmır. 2014-cü ilin ortalarında Təqsirləndirilən şəxs1 aldığı pulu qaytarmaması səbəbindən Zərərçəkmiş şəxs hərəkətləri barədə Təqsirləndirilən şəxs1 bacanağı deputat Elton Məmmədova şikayət etmişdir. Bununla bağlı o və Zərərçəkmiş şəxs Elton müəllimin qəbulunda olmuşlar. Orada Zərərçəkmiş şəxs Elton Məmmədova baş verənləri danışaraq Təqsirləndirilən şəxs1 tərəfindən aldanılması və Təqsirləndirilən şəxs1 Şahid2 vasitəsi ilə aldığı 20.000 manat pulu qaytarmamasını bildirmişdir. Həmin vaxt Elton Məmmədov onlara bu hadisədən xəbərdar olmasını, Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı heç kimin müraciət etməməsini, Təqsirləndirilən şəxs1 bu işi özbaşına etməsini bildirmiş və bu hərəkətinə görə Təqsirləndirilən şəxs1 tənbeh edib pulun qaytarılması ilə bağlı köməklik etməyə çalışacağını bildirmişdir. Bu hadisədən təxminən 1 ay sonra Zərərçəkmiş şəxs ona zəng edərək, onun köməkliyi sayəsində bütün pullarının geri qaytarılmasını bildirmiş və bu işdə kömək etdiyinə görə minnətdarlığını bildirmişdir. Lakin bir neçə ay sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 20.000 manat pulun 5.000 manatını qaytarsa da, qalan 15.000 manatı geri qaytarmamış, bu səbəbdən də Zərərçəkmiş şəxs hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Zərərçəkmiş şəxs pulu tam olaraq ona geri ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən 2013-cü ilin avqust ayınadək Azərbaycan Dəmir Yolları QSC-nin Daşburun stansiyasının rəisi vəzifəsində işləmişdir. 2013-cü ilin avqust ayında həmin vəzifədən çıxarılaraq Azərbaycan Dövlət Dəmiryol QSC-nin cənub istiqaməti üzrə vaqon parkının qorunması üzrə yol inspektoru vəzifəsinə təyin olunmuşdur. Təyin olunduğu vəzifəyə görə aldığı məvacib onu qane etmədiyi üçün işdən çıxarılandan sonra müxtəlif tanışlarına müraciət edərək onun yenidən Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa edilməyinə köməklik göstərmələrini xahiş etmişdir. X7 o, təxminən 2011ci ildən tanıyır və onlar dostluq edirmişlər. O, Daşburun stansiyasının rəisi vəzifəsindən çıxarılandan sonra tez-tez Şahid1 iş yerinə, yəni ünvan 1 ünvanında yerləşən ofisinə gedib Telmanla görüşmüşdür. 2013-cü ilin avqust ayının ortalarında o növbəti dəfə Şahid1 iş ofisində olarkən və Telmanla işdən çıxarılmağı barədə söhbət edərkən həmin vaxt Şahid1 yanında olan, əvvəllər tanımadığı Şahid2 adlı şəxs onların söhbətini eşitmişdir. Ədalət ona kömək məqsədilə Azərbaycan Dəmir Yolları QSC-də tanışlarının olmasını, onun həmin işə bərpa edilməyinə görə tanışlarından maraqlana biləcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Şahid1 onun yanında Şahid2 zəng edərək həmin işlə maraqlanıb Ədalətin ona dediyi məsələ yəni, onun işə bərpa olunmağı üçün nə edə biləcəyini soruşmuş, Ə. Əsgərov isə hazırda tanışları ilə oturub çörək yemələrini, həmin məsələni də müzakirə edərək nəticəsi barədə onlara məlumat verəcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Şahid2 onu və Şahid1 onun işinə kömək edə biləcək şəxslə tanış etmək üçün kafeyə dəvət etmişdir. Həmin gün o, Şahid1 və Şahid2 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR ərazisində yerləşən Bakı restoranında görüşmüşlər və orada Şahid2 onları Təqsirləndirilən şəxs2 ilə tanış edərək həmin şəxsin tanışı olduğunu, Əlinin bu məsələdə onlara köməklik edə biləcəyini bildirmişdir. Bu görüş zamanı Təqsirləndirilən şəxs2 ona, heç bir narahatlığın olmamasını, onun yenidən Daşburun stansiyasına rəis vəzifəsinə təyin olunmağı məsələsini həll edəcəyini, Azərbaycan Dəmir Yolları QSC-də yüksək vəzifələrdə çalışan tanışlarının olmasını bildirmişdir. Lakin həmin görüş zamanı onların aralarında hər hansı bir pul söhbəti olmamış, yəni Təqsirləndirilən şəxs2 onlara bu işi hansı məbləğdə pulun müqabilində edəcəklərini bildirməmişdir. 2013cü ilin sentyabr ayının əvvəllərində Əli onunla telefon əlaqəsi saxlayıb onları görüşə dəvət etmişdir. Həmin gün o, Şahid2 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, «N.Nərimanov» adına istirahət parkında yerləşən kafelərdən birində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs2 ona bildirdi ki, onun işi ilə bağlı lazımi adamlarla danışmış və bu işin həll olunması üçün 40.000 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs2 konkret olaraq kiminlə danışmasını soruşmuş və onun işini kimin həll edəcəyini soruşmuş, lakin Təqsirləndirilən şəxs2 ona heç bir şəxsin adını çəkmədən bildirmişdir ki, həmin şəxs X2rdaşı Elton Məmmədovun ailə üzvlərindən bir nəfərdir. O, Təqsirləndirilən şəxs2 tanımadığı üçün Əliyə bildirmişdir ki, Şahid1 olmadan o heç kimə pul verə bilməz. Belə ki, həmin ərəfədə Şahid1 şəxsi işləri ilə bağlı Azərbaycan Respublikasını tərk edərək Çexiya Respublikasına getmişdi. Bu söhbətdən bir neçə gün sonra Şahid1 Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt, yəni 2013-cü ilin sentyabr ayının əvvəllərində, tarixini dəqiq xatırlamadığı günlərin birində o, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1 iş ofisində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs2 onlara bildirmişdir ki, onun yenidən Daşburun stansiyasının rəisi vəzifəsinə düzəlməyi üçün 40.000 manat pul verilməli olmasını bildirmişdir. Lazımi adamlarla danışmasını və pul veriləndən uzağı 1 həftə-sonra onun işi düzələcəkdir. Həmin vaxt o Təqsirləndirilən şəxs2 özündə cəmi 30.000 manat pul olmasını bildirmiş və qalan 10.000 manat pulu iş düzələndən sonra verməyi təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs2 onun təklifiylə razılaşmayaraq pulun tam şəkildə verilməsinin vacib olmasını bildirmişdir. Bu zaman Şahid1 onunla dost olduğu üçün çatışmayan 10.000 manat pulu özünün verəcəyini və sonra ondan alacağını bildirmişdir. O da Şahid1 təşəkkürünü bildirib işinin düzəlməsi xətrinə Şahid1 yanında Təqsirləndirilən şəxs2 30.000 manat pul vermişdir. Bu hadisədən 3 gün sonra Şahid1 ona zəng edərək bildirmişdir ki, Telman çatışmayan 10.000 manat pulu düzəldərək Təqsirləndirilən şəxs2 vermişdir. Beləliklə onların Təqsirləndirilən şəxs2 verdikləri pulun məbləği 40.000 manat təşkil etmişdir. Bu hadisədən 1 həftə sonra o Təqsirləndirilən şəxs2 zəng edərək işinin nə yerdə olmasını soruşmuş və nə üçün işə qəbul olunması ilə bağlı ona heç kimin zəng etməməsini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, narahatlığa heç bir əsas yoxdur, sadəcə olaraq sənədləşmələrlə bağlı iş bir qədər uzanmışdır, yaxın günlər ərzində o, Daşburun stansiyasının rəisi vəzifəsinə təyin olunacaqdır. Bu söhbətdən təxminən 20 gün sonra o Şahid1la görüşərək onun əvəzinə Təqsirləndirilən şəxs2 verdiyi 10.000 manat pulu Telmana qaytarmışdır. Buna baxmayaraq həmin hadisədən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 ona verdikləri vədlərinə əməl etməmişlər və o, Azərbaycan Dəmir Yolları QSC-nin Daşburun stansiyasının rəisi vəzifəsinə təyin olunmamışdır. Bu minvalla Təqsirləndirilən şəxs2 2014cü ilin əvvəllərinə kimi müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. Nəhayət 2014-cü ilin əvvəllərində o Şahid1 ofisində Şahid2la və Təqsirləndirilən şəxs2lə görüşərək sonuncudan onun pulunu qaytarmalarını tələb etməyə başlamışdır. Artıq bu zaman Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, ondan aldıqları 40.000 manat pulun 20.000 manatını deputat Elton Məmmədovun bacanağı olan Təqsirləndirilən şəxs1 adlı şəxsə vermişdir, qalan 20.000 manat isə Əlinin özündədir, hazırda verdikləri vədə əməl edə bilmirlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun pulunu qaytarmasa həmin şəxslərin barələrində hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Səhəri gün bir nəfər şəxs ona zəng edərək özünü təqdim edib Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, həqiqətən də onun yenidən Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa olunması ilə bağlı Təqsirləndirilən şəxs2 ondan aldıqları 40.000 manat pulun 20.000 manatını vermələrini və yaxın günlərdə onun işini həll edəcəyini bildirmişdir. Bu səbəbdən o bir müddət də gözləmək qərarına gəlmişdir. 2014-cü ilin iyun ayınadək o, Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan alınan pulun qaytarmamasını, eləcə də verdikləri vədlərinə əməl etməmələrini görüb həmin şəxslərin barəsində Nərimanov RPİ-nin 17-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda isə ondan alınmış 40.000 manat pul tam olaraq geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 10 ildir tanıyır. Tanışlıqdan sonra onların yaxın münasibətləri olmuşdur və onlar ailəvi dostluq etməyə başlamışlar. Zərərçəkmiş şəxs əvvəllər Azərbaycan Dəmir Yolları QSC-də Daşburun stansiyasının rəisi vəzifəsində işləmişdir. Lakin 2013-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs həmin vəzifədən çıxarılaraq cənub istiqamətində yol inspektoru vəzifəsinə təyin olunmuşdur. Bundan sonra onlar müxtəlif dostlarına, tanışlarına müraciət edərək Zərərçəkmiş şəxs yenidən Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa edilməsinə çalışmışlar. Şahid2 da o bir həmyerli kimi uzun illərdir ki, tanıyır. Həm Şahid2, həm də Zərərçəkmiş şəxs boş vaxtlarında onun iş ofisinə gələrək onunla görüşmüşlər. Onlar birlikdə əyləşib söhbət etmişlər. Şahid2la Zərərçəkmiş şəxs biri-birilərini yaxından tanımırlar. 2013-cü ilin avqust ayının ortalarında o, Zərərçəkmiş şəxs və Şahid2 birlikdə onun iş ofisində olduqları və Zərərçəkmiş şəxsla iş problemi haqqında söhbət etdikləri zaman Şahid2 Zərərçəkmiş şəxs işdən çıxarılması xəbərini eşitdikdən sonra Vaqifin Azərbaycan Dəmir Yolları QSC-də tanışlarının olmasını və həmin tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs işə bərpa edilməsi ilə bağlı maraqlanacağını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs yenidən onun iş yerinə gələrək Vaqifin işə bərpa olunması ilə bağlı Şahid2 hər hansı bir iş görübgörməməsini soruşmuşdur. Bununla əlaqədar o Şahid2 zəng edərək işlərin nə yerdə olmasını soruşmuş, Şahid2 isə ona hal-hazırda Zərərçəkmiş şəxs həmin işlə bağlı tanışları ilə birlikdə oturub çörək yemələrini, həmin məsələni müzakirə etmələrini və nəticəsi barədə onlara məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid2 onun yanına gələrək bildirmişdir ki, o, dostu Zərərçəkmiş şəxs köhnə iş yerinə bərpa olunması məsələsində Əli adlı dostunun köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid2 onu və Zərərçəkmiş şəxs Əli adlı şəxslə tanış etmək üçün kafeyə dəvət etmişdir. Həmin gün o Zərərçəkmiş şəxs və Şahid2 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR ərazisində yerləşən Bakı restoranında görüşmüşlər və o ilk dəfə həmin vaxt Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 onun yanında Zərərçəkmiş şəxs, Vaqifin işi ilə məşğul olmasını, heç bir narahatlığın olmamasını, Vaqifin yenidən Daşburun stansiyasına rəis vəzifəsinə təyin edilməsini həll edəcəyini vəd etmişdir. Lakin həmin görüş zamanı onların aralarında hər hansı bir pul söhbəti olmamış, yəni Təqsirləndirilən şəxs2 onlara bu işi hansı məbləğdə pulun müqabilində edəcəklərini bildirməmişlər. 2013-cü ilin avqust ayının axırlarında o Azərbaycan Respublikasını tərk edərək Çexiya Respublikasına getmişdir. O Çexiyada olduğu ərəfədə Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Vaqiflə görüşüb işini həll etmək üçün 40.000 manat pul lazım olmasını bildirmişdir. O isə Zərərçəkmiş şəxs xahiş etmişdir ki, o geri qayıdana kimi heç kimə pul verməsin, o qayıtdıqdan sonra özü Şahid2la görüşüb məsələni dəqiqləşdirəcəkdir. 2013-cü ilin sentyabr ayının əvvəllərində o Bakı şəhərinə qayıtmışdır. Qayıtdıqdan sonra o Şahid2la görüşərək Zərərçəkmiş şəxsla dost olmağını bildirmiş və əgər Əlinin işini dəqiq həll edə biləcəyinə əmin deyilsə pul alınmamasını xahiş etmişdir, Əli pulu alıb həll edə bilməsə onu pis vəziyyətdə qoyacağını bildirmişdir. Şahid2 isə bir daha onu əmin edərək Əliyə etibar etdiyini, Təqsirləndirilən şəxs2 deməsindən artıq lazımi adamlarla danışmasını və məsələnin həll edilməsi üçün Əli təcili olaraq 40.000 manat pul verilməli olmasını bildirmişdir. Həmin günün səhəri, yəni 2013-cü ilin sentyabr ayının ortalarında, tarixini dəqiq xatırlamadığı günlərin birində o, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs2 onun ünvan 1 ünvanında yerləşən iş ofisində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs2 bir daha onun yanında Zərərçəkmiş şəxs, Vaqifin Daşburun stansiyasının rəisi vəzifəsinə bərpa olunması ilə bağlı lazımi adamlarla danışıqlar aparmasını, bunun üçün təcili olaraq 40.000 manat pul lazım olmasını və pul verildikdən bir neçə gün sonra Vaqifin köhnə işinə təyinat alacağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona, üstündə cəmi 30.000 manat pulunun olmasını, qalan 10.000 manatı isə bir neçə aya verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sözləri ilə razılaşmayaraq 40.000 manatı tam şəkildə vermək lazım olmasını demişdir. O, Vaqiflə dost olduğu üçün Təqsirləndirilən şəxs2 bildirmişdir ki, çatışmayan 10.000 manat pulu bir neçə gün ərzində tapıb Əliyə verəcəkdir. Zərərçəkmiş şəxs da ona təşəkkürünü bildirmiş və bir neçə ay sonra onun pulunu qaytaracağını demişdir. Həmin görüşdə Ədalət özü də iştirak edir və Əlinin sözlərinə inandığını, yalan danışmamasını bildirmişdir. Həmin günün axşamı o, Şahid2, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs birlikdə Bakı şəhəri, 8-ci MKR ərazisində yerləşən kafelərdən birində görüşmüşlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 onlara bildirmişdir ki, heç bir narahatçılıq olmayacaqdır və Əli vəd verdiyi kimi Zərərçəkmiş şəxs işini həll edəcəkdir. Bu hadisədən 3 gün sonra o 10.000 manat pul düzəldərək Şahid2 zəng etmişdir. Ədaləti və Təqsirləndirilən şəxs2 iş yerinə çağırmış və elə həmin gün iş ofisində həmin 10.000 manat pulu şəxsən Təqsirləndirilən şəxs2 vermişdir. Beləliklə onların Təqsirləndirilən şəxs2 verdikləri pulun məbləği 40.000 manat təşkil etmişdir. Bu hadisədən təxminən 1 ay sonra Zərərçəkmiş şəxs onun yanına gələrək Vaqifin əvəzinə Şahid2 verdiyi 10.000 manat pulu ona qaytarmışdır. Buna baxmayaraq həmin hadisədən uzun müddət keçməsinə baxmayaraq Şahid2 və Təqsirləndirilən şəxs2 onlara verdikləri vədlərinə əməl etməmişlər və Zərərçəkmiş şəxs Azərbaycan Dəmir Yolları QSC-də Daşburun stansiyasının rəisi vəzifəsinə təyin olunmamışdır. Bununla əlaqədar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 verdiyi 40.000 manat pulun qaytarılmasını tələb etməyə başlamışdır. Artıq həmin vaxt Əli bizə bildirmişdir ki, Əli onlardan aldığı 40.000 manat pulun 20.000 manatını Zərərçəkmiş şəxs işini həll edəcəyini vəd etmiş Təqsirləndirilən şəxs1 adlı şəxsə vermişdir və həmin Mehman adlı şəxs Zərərçəkmiş şəxs işə bərpa olunması məsələsini həll etməyi öz üzərinə götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs alınan pulun qalan 20.000 manatı isə özünə çatmışdır və həmin pulu qaytaracaqdır. Lakin 2014-cü ilin iyun ayına kimi Zərərçəkmiş şəxs pulunun qaytarılmamasını görüb hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, AR CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsi faktı üzrə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir.(cild 1, i.v.1- 2) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Azərbaycan Dəmir Yolları QSC-nin Daşburun stansiyasının rəisi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 2013-cü ilin sentyabr ayında ünvan 1 ünvanında 40.000 manat pulu alaraq ələ keçirilməsi faktına görə CM-nin 178.3.2-ci maddəsi ilə Nərimanov RPİ-nin İŞnin müstəntiqi polis mayoru Pərviz Məmmədov tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə başlanılmışdır. ( cild 1, i.v. 7) Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2016-cı il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, i.v. 127) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, i.v. 143) xx.xx.2017-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, 2013cü ildə Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ondan alınmış 40000 manat puldan qalan 15000 manat Təqsirləndirilən şəxs1 tərəfindən qaytarılmışdır. Onlar tərəfindən vurulmuş ziyan aradan qalxdığından onlara heç bir şikayət və tələbi yoxdur. (cild 1, i.v. 161) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, i.v. 167-168) Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ( cild 1, i.v. 179-180; 182) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, i.v. 188-189) Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 204-205; 207) Sübutların qiymətləndirilməsi, icraata hissəvi xitam verilməsi və cinayət işi ayrılması haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulun dələduzluqla ələ keçirilməsi faktı üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə əməl AR CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ********* nömrəli cinayət işi ayrılmışdır. ( cild 2, i.v. 14-69) Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, i.v. 72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin 220-ci maddəsi ilə təqsirli bilinib, əməyə mütləq cəlb olunmaqla 3 il azadlıqdan şərti məhkum edilib, xx.xx.2000-ci ildə cəzasının çəkilməmiş hissəsi cərimə cəzası ilə əvəz edilmiş, X12 İşlər Üzrə AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, AR Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı dəyişdirilərək AR CM-nin 62-ci maddəsinə əsasən cəza müddəti 03 ilə endirilmişdir. xx.xx.2004-cü ildə Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 11 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. ( cild 2, i.v. 76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 2, i.v. 80) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzlənmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( cild 2, i.v. 91-92) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( cild 2, i.v. 103-104) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması və s. qərara alınmışdır. ( cild 2, i.v. 114-131) Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə məhkəməyə vermiş olduğu ərizəsindən görünür ki, AR CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə özünü təqsirli bilir, lakin həmin cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə məhkəməyə vermiş olduğu ərizəsindən görünür ki, AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə özünü təqsirli bilir, lakin həmin cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərinin 2013-cü ilin sentyabr ayında törətmişlər. İbtidai istintaq dövründə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmaması, həmçinin təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmaması səbəblərindən dayandırılmışdır. Göstərilən əsaslarla cinayət işinin icraatının dayandırılması cinayət məsuliyyətinə cəlbetmə müddətinin axımının dayanmasına səbəb olmadığından hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2020-ci ilin sentyabr ayının sonunda başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özlərini təqsirli bilmişlər və barələrində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbi ilə xitam verilməsini yazılı formada xahiş etmişlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilməli və onlar, cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-141/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-141/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver