Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-141/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Abdulla Arzu oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X4 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və tərcüməçi X6 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və 02 övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 51,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla özünə məxsus “Mercedes Benz” markalı **-SB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 183 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 21:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 23:02-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf paketdə 51,83 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkoitk vasitəsi olan marixanadan isitifadə edir. Narkotik vasitələrin adını bilmədyini, üzdən tanıdığı şəxslərdən əldə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olarkən tanımadığı və təsadüfən rastlaşdığı şəxsdən şəxsi istifadəsi üçün almış və idarə etdiyi “Mercedes Benz” markalı **-SB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmişdir. Aldığı narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya hədiyyə vermək kimi bir məqsəd və niyyəti olmamışdır. Həmin gün saat 21:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi avtomobilinin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis əməkdaşaları tərəfindən üzərinə videoçəkilişlə baxış aparılmadan öncə qeyd olunan narkotik vasitələrini satış məqsədi ilə eldə etməsi istiqamətində ifadə verməsi bildirilmiş, o bundan imtina etdikdən sonra isə polis əməkdaşları tərəfindən ona fiziki şiddət göstərilmişdir. Daha sonra idarə etdiyi “Mercedes Benz” markalı **-SB-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı ilə videoçəkiliş ilə baxış keçirilsə də, heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, barəsinə həbs qətimkan tədbiri seçilərkən ona qarşı şiddət və təzyiq olması barədə heç bir məlumat verməmişdir. Son olaraq narkotik vasitlərindən istifadə etdiyi üçün peşman olmasının nəzərə alınmasını və narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid X16 оğlu ifаdəsində göstərmişdir ki, 02 noyabr 2023cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 02 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi «Mercedes Benz» markalı **-SB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, Baş İdarəyə gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 02 noyabr 2023-cü il tarixdə saat 23:02-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, cibindən bir ədəd şəffaf sellofan paketi və bir ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf sellofan paketin içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gün tanımadığı şəxsdən 400 manat müqabilində əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşıdığını, bu narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya hədiyyə vermək kimi bir məqsəd və niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd şəffaf sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər şahid X13 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid4 оğlu ifаdəsində göstərmişdir ki, 2020-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan qəbul etmiş, qəbul etdiyi narkotik vasitəni uşaqlıqdan tanıdığı, birlikdə Yasamal rayonu 167 saylı orta məktəbdə oxuduğu, həm də qonşuluqda yaşadığı Təqsirləndirilən şəxs almışdır. Zeynalabdinlə söhbət zamanı onun narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini bilmişdir. Zeynalabdin öz avtomobili ilə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Bir neçə dəfə Zeynəlabdin təklif etmiş və birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər. Bəzən yığıncaqlarda narkotik vasitə lazım olduğu zaman Zeynalabdin vermiş və istifadə etmişlər. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan bir müddət istifadə etmişdir. Qəbul etdiyi narkotik vasitəni birlikdə Yasamal rayonu 167 saylı orta məktəbdə oxuduğu tanışı Təqsirləndirilən şəxs almışdır. Belə ki, təxminən bir il əvvəl Zeynalabdinlə söhbət zamanı onun narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini bilmişdir. Bir neçə dəfə Zeynəlabdindən qurudulmuş marixuana istəmiş, da gətirib vermişdir. Qarşılığında isə Zeynəlabdin taksi ilə gəldiyini pul verməli olduğunu bildirmiş və yol pulunu vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi, “Mercedes” markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tərəfimizdən müşayiətimiz altında saxlanıldığı yerdən “Mercedes” markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketi və 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən isə 56 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs üstü tərəfimizdən yoxlanıldı və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə marixuanaya oxşar Kütlənin olması müşahidə edildi.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf sellofan paketin içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, nəmin narkotik vasitəni saxlanıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olarkən tanımadığı şəxsdən 400 manat müqabilində əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımasını, bu narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya hədiyyə vermək kimi bir məqsəd və niyyətinin olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş 56 manat pul Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs 01 ədəd idarə etdiyi açarı 'Mercedes” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını, həmçinin idarə etdiyi avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarı da müvəqqəti olaraq şəxsin özünə geri qaytarılmışdır. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi «Mercedes» markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Belə ki, qeyd olunan avtomobilin ilk öncə qabaq, sol yan qapısı Təqsirləndirilən şəxs tərəfindən açıldı. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ yan, arxa sol, arxa sağ və baqaj qapısını da açdı. Lakin bu hissələrdən də şübhəli əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı, **- SB-*** qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 03 noyabr 2023-cü il tarixdə saat 00:15-də başa çatdı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 03 noyabr 2023-cü il tarixli 3-16-16-2-7/1535 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində X1 təqdim etdiyi ot kütləsi yazılar və imzlar olan ağ rəngli kağız paketdə 01 ədəd sellofan torbada təmiz çəkisi 51,83 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadadır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 7231 saylı rəyindən görünür ki, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika “Məhkəmə-Tibbi ekspertiza və X10” Publik Hüquqi şəxin xx.xx.2023-cü il tarixli, 4074/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan təbbi mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika “Məhkəmə-Tibbi ekspertiza və X10” Publik Hüquqi şəxin xx.xx.2023-cü il tarixli, 1581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş “Telefon danışıq məlumatlarına baxış keçirilməsi” haqqında 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 01 ədəd DVD diskə baxış zamanı ***-***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olduğunu bildirdiyi nömrəyə ***- ***-**-** saylı nömrədən “Zeynal axşamın xeyir necəsən bagişla da bu vaxtı narahat eliyirəm səni qonagım yoldadı imkan varsa biraz təbiətdən götürərdikdə” məzmunda mesajlar daxil olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 51,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilmiş və və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən daxil olan məlumatları özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhər Oktyabr Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin birinci hissəsi, 189-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddənin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:00 radələrində Zeynalov X2 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,4(005)- 1543/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli arayışdan və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər hansı fiziki təzyiqə məruz qalmasının araşdırılması üçün verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubundan və məhkumun tibbi kitabçasından təqdim olunmuş çıxarışdan aydın olur ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi baxış zamanı o zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz istifadəsi üçün aldığını, ona göndərilən sms barədə məlumatlı olmamasını, məhkəmədə dindirilmiş şahidləri tanısa da onlara narkotik vasitə satmadığını bildirməsi, eləcə də polis əməkdaşları tərəfindən fiziki şiddətə məruz qalmasına dair ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli, onun istifadəsində olan mobil telefondan çıxarılmış sms danışıqlarından, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər hansı fiziki təzyiqə məruz qalmasının araşdırılması üçün verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının cavab məktubundan və məhkumun tibbi kitabçasından təqdim olunmuş çıxarışdan aydın olur ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi baxış zamanı o zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, qeydiyyatda olduğu yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa onun əvvəllər cinayət əməli törədərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 51,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən daxil olan məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlanılma hissəsinə təhvil verilmiş 51,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən daxil olan məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-141/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-141/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver