Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-142/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Faiq Nagıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək ayınadək olan müddət ərzində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin fevral ayından 2022-ci ilin mart ayınadək ayınadək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində ünvanı istintaqa məlum olmayan evdə Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin fevral ayından 2022-ci ilin mart ayınadək ayınadək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 Oktyabr küçəsində ünvanı istintaqa məlum olmayan fərdi yaşayış evində Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan müştərilərlə cinsi əlaqədə olmaqları müqabilində həmin dövrün məzənnəsinə uyğun olaraq 340 (üç yüz qırx) manat ekvivalentində 200 (iki yüz) ABŞ dolları gəlir əldə edəcəyinə dair razılığa gəlməklə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 müştərilərlə cinsi əlaqədə olmaqla hər birinin 200 ABŞ dolları alacaqlarını vəd edərək sonuncular ilə razılıq əldə etmiş, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 10 mart 2022-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə təqdim edilərkən saxlanılmış və onların üzərindən Təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəlb edildikləri üçün aldıqları həmin dövrün məzənnəsinə uyğun olaraq 680 (altı yüz səksən) manat ekvivalentində 400 (dörd yüz) ABŞ dolları, Zərərçəkmiş şəxs1 üzərindən isə özünün fahişəliklə məşğul olması üçün və Təqsirləndirilən şəxs təqdim edəcəyi həmin dövrün məzənnəsinə uyğun olaraq 680 (altı yüz səksən) manat ekvivalentində 400 (dörd yüz) ABŞ dolları məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisində yerləşən “Donna Beauty” adlı gözəllik salonuna gedib-gələn zaman tanımış, Aynurə həmin gözəllik salonunda dırnaq ustası işlədiyindən o Aynurənin yanına gedib gəlmiş, həmin vaxtlarda qeyd etdiyi gözəllik salonunda işləyən Lətifə ilə də, tanış olmuş, Aynurə və Lətifə ilə arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs1 2017-ci ildən etibarən tanımış, Ülviyə ilə arasında hər hansı ədavət və düşmənçiliyik olmamış, əksinə yaxşı münasibətləri olmuşdur. Ülviyyə ilə 2017-ci ildə həmin vaxtlarda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çalışdığı müəssisənin yaxınlığında nahar edən zaman tanış olmuş, Ülviyyə ilə həmin vaxtdan münasibəti yaranmış, Ülviyyə turizm şirkətində işlədiyini, ölkəyə gələn turistləri gəzdirən işçi olduğunu, həmin turistləri müxtəlif otellərdə yerləşdirdiyini demiş, həmçinin Ülviyyə ölkə ərazisində yaranmış pandemiya ərəfəsində həmin turistlərin ona maddi cəhətdən köməklik göstərdiyini bildirmişdir. O internet üzərindən onlayn satış ilə məşğul olmuş, belə ki, Türkiyə Respublikasından müxtəlif kosmetik əşyalar gətirərək Bakı şəhərində satmış, Ülviyyə də, ondan bir-iki dəfə kosmetik əşyalar almış və ona məxsus bank kartına 30-40 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs3 2021-ci ilin dekabr ayında tanımış, o Anaxanımı Aysu kimi tanımış, Anaxanım ilə arasında hər hansı ədavət və düşmənçilik olmamış, Anaxanım ona biznes ilə məşğul olduğunu demiş, bundan başqa o Anaxanıma bir dəfə 120-130 manat məbləğdə ehtiyacı olduğuna görə maddi yardım göstərmişdir. Zərərçəkmişlərə pul müqabilində cinsi əlaqədə olmaları üçün müştəri tapıb, müştərilərin görüş yerini müəyyən etdiyi yerləri onlara bildirib göndərmişdir. Hər görüşdən sonra onun kartına 30-50 manat arası pul göndərirdilər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisində yerləşən “Donna Beauty” adlı gözəllik salonunda işləyən zaman tanımış, belə ki, onlar hər ikisi həmin salonda işləmişdir. Təqsirləndirilən şəxs da Aynurənin vasitəsilə tanımış, Aysel onların işlədiklədi gözəllik salonuna Aynurənin yanına dırnaqlarını düzəltdirmək üçün gəlmiş, Aysel ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin fevral ayının əvvələrində söhbət əsnasında Aynurəyə maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, həmçinin Aynurə də, maddi vəziyyətinin yaxşı olmadığını qeyd etmişdir. Belə olan halda Aynurə Ayselin onlara pul qazana biləcəkləri iş tapa biləcəyini demiş, o Aynurədən həmin işin nə olduğunu soruşduqda Aynurə Ayselin müştəriləri olduqda onlarla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmaqlarını təşkil edə biləcəyini demiş, həmçinin Aynurə Ayselin həmin iş barədə ona da, məlumat verməsi üçün tapşırdığını qeyd etmiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün razılaşmışdır. 2022-ci ilin təxminən fevral ayının ortalarından başlayaraq Aysel müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Aysel ilə aralarında olan razılaşmaya əsasən Aysel onu 150-250 manat pul müqabilində müştərilərinə təqdim etmiş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Ayselə 50 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Aysel onunla əlaqə saxlayıb onu müştərilərinin olduğu məkanlara göndərməyə başlamış, hər dəfə müştərilərlə görüşdükdən sonra Ayselin bank kartına “Milli Ön” vasitəsilə 50 manat pul göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu hazırda dəqiq xatırlamamış, sonuncu dəfə isə Aysel onu 2022-ci ilin fevral ayının sonlarında fahişəliyə cəlb etmiş, Ayselin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Aysel ona müştərilərə nömrə verməyini və müştəridən nömrə istəməməyini demiş, Aysel eyni zamanda Aynurəni də, fahişəliyə cəlb etmişdir. 10 mart 2022-ci il tarixdə saat 11 radələrində Aynurə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində olan zaman Aysel onunla əlaqə saxlayıb Aynurə ilə birlikdə müştəri ilə görüşəcəyini, bunun müqabilində onların hər birinin 200 ABŞ dolları pul alacağını, aldıqları puldan müştəri tapdığına görə 50 manat istədiyibi bildirmiş, belə olan halda onlar Aysel ilə razılaşmış, həmçinin Aysel Ülviyyə adlı qadının onlara zəng edəcəyini demişdir. Biraz sonra əvvəllər tanımadığı Ülviyyə adlı qadın ona zəng vuraraq metronun “Gənclik” stansiyasının yaxınlığında olduğunu və onun yanına gəlmələrini bildirmiş, Aysel həmin qadının da onlarla birlikdə müştəri ilə görüşəcəyini demiş, 10 mart 2022-ci il tarixdə saat 12 radələrində Aynurə ilə birlikdə adını sonradan bildiyi və əvvələr tanımadığı Ülviyyə adlı qadınla metronun “Gənclik” stansiyasının yaxınlığında görüşmüş, bundan sonra özünü Aydın kimi təqdim edən şəxs də onların olduğu yerə gəlmiş, daha sonra onlar birlikdə müştərilərlə cinsi əlaqədə olmaq üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Modern” hotelə gəlmiş, hotelə daxil olmaq istəyərkən mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib onları qeyd olunan Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyib birlikdə qeyd olunan Baş İdarəyə gəlmişlər. Orada verilən suallara cavab olaraq o yanında olan əvvəllər tanımadığı Ülviyyə adlı qadınla və tanışı Aynurə ilə birlikdə “Modern” hotelə pul qarşılığında cinsi əlaqədə olmaq üçün gəldiyini, onları oraya Ayselin göndərdiyini, bunun müqabilində 200 ABŞ dolları pul alacağını, həmin pulun 50 manatını Ayselə göndərəcəyini bildirmiş, həmçinin Ülviyyə, Aynurə və Aydın adı ilə onları hotelə gətirən şəxs də, onun dediklərini təsdiq etmiş, bundan sonra qeyd etdikləri ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Ona dəyən zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisində yerləşən “Donna Beauty” adlı gözəllik salonunda işləyən zaman tanımış, belə ki, onların hər ikisi həmin salonda işləmişdir. Təqsirləndirilən şəxs həmin gözəllik salonunda müştəri kimi tanımış, Aysel gözəllik salonuna onun yanına dırnaqlarını düzəltdirmək üçün gəlmiş, Aysel ilə aralarında hər hansı ədavət və düşmənçiliyimiz olmamış, əksinə yaxşı münasibətləri olmuş, 2022-ci ilin fevral ayının əvvələrində söhbət əsnasında Ayselə maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, həmçinin Lətifə də, maddi vəziyyətinin yaxşı olmaması barədə ona demiş, belə olan halda Aysel onlara pul qazana biləcəkləri iş tapa biləcəyini demiş, o Ayseldən həmin işin nə olduğunu soruşduqda Aysel müştəriləri olduqda onlarla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmaqlarını təşkil edə biləcəyini demiş, o da bu barədə Lətifəyə məlumat vermiş, bundan sonra Lətifə və o məcburiyyət qarşısında qalıb maddi vəziyyətlərinin düzəlməsi üçün Aysel ilə razılaşmışlar. 2022-ci ilin təxminən fevral ayının ortalarından başlayaraq Aysel müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Aysel ilə aralarında olan razılaşmaya əsasən Aysel onu 150-200 manat pul müqabilində müştərilərinə təqdim etmiş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Ayselə 50 manat pul vermiş, bundan sonra bir neçə dəfə Aysel onunla əlaqə saxlayıb onu müştərilərinin olduğu məkanlara göndərməyə başlamış, hər dəfə müştərilərlə görüşdükdən sonra Ayselin bank kartına “Milli Ön” vasitəsilə 50 manat pul göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, sonuncu dəfə isə Aysel onu 2022-ci ilin fevral ayının sonlarında fahişəliyə cəlb etmiş, Ayselin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, Aysel eyni zamanda Lətifəni də, fahişəliyə cəlb etmişdir. 10 mart 2022-ci il tarixdə saat 11 radələrində Lətifə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində olan zaman Aysel Lətifə ilə əlaqə saxlayıb onunla birlikdə müştəri ilə görüşəcəklərini bunun müqabilində hər birinin 200 ABŞ dolları pul alacağını, aldıqları pulun 50 manatını özünə götürəcəyini demiş, belə olan halda onlar Aysel ilə razılaşmış, həmçinin Aysel Ülviyyə adlı qadının onlara zəng edəcəyini də qeyd etmiş, biraz sonra əvvəllər tanımadığı Ülviyyə adlı qadın Lətifəyə zəng vuraraq metronun “Gənclik” stansiyasının yaxınlığında olduğunu və yanına gəlmələrini bildirmiş, Aysel həmin qadının da, onlarla birlikdə müştəri ilə görüşəcəyini demiş, 10 mart 2022-ci il tarixdə saat 12 radələrində Lətifə ilə birlikdə adını sonradan bildiyi və əvvələr tanımadığı Ülviyyə adlı qadınla metronun “Gənclik” stansiyasının yaxınlığında görüşmüşlər. Bundan sonra özünü Aydın kimi təqdim edən şəxs də onların olduğu yerə gəlmiş, daha sonra onlar birlikdə müştərilərlə cinsi əlaqədə olmaq üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Modern” hotelə gəlmiş, hotelə daxil olmaq istəyərkən mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib onları qeyd olunan Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyib birlikdə qeyd olunan Baş İdarəyə gəlmişlər. Orada verilən suallara cavab olaraq o yanında olan əvvəllər tanımadığı Ülviyyə adlı qadınla və tanışı Lətifə ilə birlikdə “Modern” hotelə pul qarşılığında cinsi əlaqədə olmaq üçün gəldiyini, onları oraya Ayselin göndərdiyini, bunun müqabilində 200 ABŞ dolları pul alacağını, həmin pulun 50 manatını Ayselə göndərəcəyini bildirmiş, həmçinin Ülviyyə, Lətifə və Aydın adı ilə onları hotelə gətirən şəxs də, onun dediklərini təsdiq etmiş, bundan sonra qeyd etdikləri ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Ona dəyən zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin payız aylarında gözəllik salonunda tanış olmuş, həmin vaxtdan etibarən Aysel ilə mütəmadi olaraq əlaqə saxlamış, Aysel ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamış, 2021-ci ilin iyul ayında söhbət əsnasında Ayselə maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdə Aysel ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Ayseldən həmin işin nə olduğunu soruşduqda Aysel müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Aysel ilə razılaşmış, 2021ci ilin təxminən yay aylarından başlayaraq Aysel müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Aysel bu məsələ ilə bağlı onunla ayda bir iki dəfə əlaqə saxlamışdır. Aysel ilə aralarında olan razılaşmaya əsasən Aysel onu 200 manat pul müqabilində müştərilərinə təqdim etmiş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Ayselə 50 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Aysel onunla əlaqə saxlayıb onu müştərilərinin olduğu məkanlara göndərməyə başlamış, bir dəfə isə Aysel özü onu müştərinin olduğu ünvana aparmış, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu hazırda dəqiq xatırlamamış, sonuncu dəfə isə Aysel onu 2022-ci ilin fevral-mart aylarında fahişəliyə cəlb etmişdir. Ayselin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Aysel ona müştərilərə nömrəmi verməyini və müştəridən nömrə istəməyini bildirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu əcnəbi şəxs dostları ilə birlikdə pul qarşılığında üç nəfər qadınla cinsi əlaqədə olmaq istədiklərini, bunun müqabilində 800 ABŞ dolları pul verəcəklərini demiş, o həmin şəxslə razılaşdıqdan sonra Aysel ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, eyni zamanda o Ayselə təşkil edəcəyi iki nəfər qız ilə özünün də gedəcəyini, cinsi əlaqədə olduqdan sonra ümumilikdə 800 ABŞ dolları alacağını, həmin pulun 600 ABŞ dollarını Ayselə və qızlara verəcəyini, 200 ABŞ dollarını isə özünə götürəcəyimi demiş, Aysel onunla razılaşıb iki nəfər qadının mobil nömrəsini ona vermiş, həmin qadınlar Lətifə və Aynurə olmuş, o həmin qadınlarla əlaqə saxlayıb metronun “Gənclik” stansiyasının yaxınlığına gəlmələrini bildirmiş, eyni zamanda əcnəbi tanışının meneceri olduğunu deyən və adını ona Aydın kimi təqdim edən şəxsə də onların olduğu yerə gələməsini bildirmiş, 10 mart 2022-ci il tarixdə saat 12 radələrində adlarını sonradan bildiyi Lətifə və Aynurə ilə metronun “Gənclik” stansiyasının yaxınlığında görüşmüş, bundan sonra özünü Aydın kimi təqdim edən şəxs də onların olduğu yerə gəlmiş, o həmin şəxsdən 800 ABŞ dollarını alıb özündə saxlamış, daha sonra onlar birlikdə əcnəbi şəxslərlə cinsi əlaqədə olmaq üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Modern” hotelə getmişlər. Hotelə daxil olmaq istəyərkən mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib onları qeyd olunan Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyib birlikdə qeyd olunan Baş İdarəyə getmişlər. Orada verilən suallara cavab olaraq o yanında olan əvvəllər tanımadığı Aynurə və Lətifə adlı qadınlarla “Modern” hotelə pul qarşılığında cinsi əlaqədə olmaq üçün gəldiyini, həmin qadınları Ayselin göndərdiyini, bunun müqabilində 800 ABŞ dolları pul alacaqlarını, həmin pulun 600 ABŞ dollarını Aysel və həmin qadınlara verəcəyini, 200 ABŞ dollarını isə özünün götürəcəyini bildirmiş, həmçinin Aynurə və Lətifə adlı qadınlar və Aydın adı ilə tanıdığı əcnəbi şəxsin meneceri də, onun dediklərini təsdiq etmiş, bundan sonra qeyd etdikləri ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş və onlar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Ona dəyən zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 1 ildir ki, tanımış, belə ki, Aysel ilə 2021-ci ilin payız aylarında tanışı Faiqin vasitəsilə tanış olmuş, həmin vaxtdan etibarən Aysel ilə mütəmadi olaraq əlaqə saxlamış, Aysel ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin noyabr ayında söhbət əsnasında Ayselə onkoloji xəstələyinin olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, Aysel ona pul qazana biləcəyi iş tapa biləcəyini demiş, o Ayseldən həmin işin nə olduğunu soruşduqda Aysel müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Aysel ilə razılaşmış, 2021-ci ilin təxminən dekabr ayından başlayaraq Aysel müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Aysel ilə aralarında olan razılaşmaya əsasən Aysel onu 200 manat pul müqabilində müştərilərinə təqdim etmiş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Ayselə 50 manat pul vermiş, birinci dəfə Aysel onu 04 dekabr 2021-ci il tarixdə öz sevgilisi olan Osman adlı şəxsin yanına göndərmiş, o Osmanla cinsi əlaqədə olduqdan sonra Aysel ona 130 manat pul vermiş, Aysel Osmanın ad günü olduğunu onu hədiyyə olaraq Osmanın yanına göndərdiyini bildirmiş, həmin vaxt Aysel özü də orada olmuş, bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında Aysel onunla əlaqə saxlayıb onu müştərinin olduğu məkana göndərmiş, getdiyi hotelin harada olmasını və müştəri ilə hansı hoteldə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, sonuncu dəfə isə Aysel onu 2022-ci ilin fevral-mart aylarında fahişəliyə cəlb etmiş, Ayselin müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Aysel ona müştərilərə nömrəsini verməyi və müştəridən nömrə istəməməyi demiş, sonuncu dəfə 2022-ci ilin mart ayının əvvələrində onunla əlaqə saxlayaraq ona əcnəbi vətəndaşla cinsi əlaqədə olmağı təklif etmiş, lakin həmin vaxt o evdən çıxa bilmədiyindən Ayselin dediyi müştəri ilə görüşə bilməmişdir. Ona dəyən zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ali məktəbdə təhsil aldığı vaxtdan tanımış, Aysel ilə dost münasibətləri olmuş, uzun müddət Aysellə əlaqələri olmamış, sonradan tanışlarından eşitmişdir ki, Aysel qadınları pul müqabilində kişilərlə görüşdürür. Buna görə də hazırda xatırlamadığı tanışından Ayselin istifadəsində olan mobil telefon nömrəsini götürmüş və Aysel ilə əlaqə saxlamış, tanışlıq verdikdən sonra Aysel onu tanımış və Ayselə əlaqə saxlamağının məqsədini izah etmiş, Aysel ona bildirmişdir ki, tanıdığı bəzi qadınlar var, onun həmin qadınlarla pul müqabilində görüşməyini təşkil edə bilər. O da razılıq verdikdən sonra Aysel ona qadınların fotoşəkillərini göndərmiş, o həmin qadınlardan birini bəyənmiş və Ayselə bildirmişdir ki, həmin qadını “Pure” hotelinə gətirsin. Aysel həmin vaxt özü də hotelə gəlmiş, o Ayselin gətirdiyi qadını hazırda xatırlamamnış, adını və anket məlumatlarını bilməmişdir. Aysel qadınla gəldikdən sonra bir qədər onlarla oturmuş və sonra çıxıb getmişdir. O isə Ayselin gətirdiyi qadınla cinsi əlaqədə olmuş və buna görə həmin qadına 100 manat pul vermiş, bundan sonra Aysel bir dəfə də eyni qaydada digər bir qadını onunla cinsi əlaqədə olmaq üçün gətirmiş, o hazırda həmin qadını da xatırlamamış, əvvəlki qaydada qadınla cinsi əlaqədə olduqdan sonra qadının özünə 100 manat pul vermiş, daha sonra Aysellə bu mövzuda danışıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Tədbirləri şöbəsində x.m.i.ü baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 mart 2022-ci il tarixdə Baş idarəyə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi, nəzarətdə saxladığı qadınları Bakı şəhərinin müxtəlif ünvanlarına göndərməsi barədə məlumat daxil olmuş, məlumata görə Zərərçəkmiş şəxs1 insan alverinə məruz qoyduğu qadınları xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində intim xidmətlər göstərməsi üçün ünvan 7 ünvanında kişilərə təqdim edəcək. Həmin məlumat onun tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Onun və əməliyyat müvəkkikli polis kapitanı Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra baş idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, onlara Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, 10 mart 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 7 ünvanına gəlmiş, həmin gün saat saat 11:50 radələrində qeyd olunan ünvanda yerləşən “Modern” otel onlar tərəfindən müşahidəyə götürülmüş, saat 12:00-da Zərərçəkmiş şəxs1 iki nəfər qadın və bir nəfər kişi ilə qeyd olunan otelə gəldiyini görmüşlər. Həmin şəxslər birlikdə qeyd olunun otelə daxil olarkən hal şahidlərinin iştirakı ilə həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini və özlərini təqdim edərək əməliyyat tədbiri keçirdiklərini bildirib əməliyyat qərarını göstərmişlər. Həmin şəxslərin kimliyini müəyyən etmək üçün sorğu-sual etmişlər. Sorğu-sual zamanı kişinin Şahid8 və digər iki qadınlardan birinin Zərərçəkmiş şəxs4, digərinin isə Zərərçəkmiş şəxs2 olması müəyyən edilmiş, özünü Şahid8 kimi təqdim edən şəxs Ülviyyə Abdulayeva ilə əlaqə saxlayaraq əcnəbi şəxslərlə görüşməli olan qadınların onunla olub olmamasını, bunun müqabilin 800 dollar pul verəcəyini, Zərərçəkmiş şəxs1 qadınların onunla olduğunu dedikdən sonra qeyd olunann ünvana gəldiklərini bildirmişdir. Özlərini Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 kimi təqdim edən qadınlar fahişəliklə məşğul olduqlarını, pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin ünvana gəldiklərini etiraf etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 da qeyd olunanları təsdiq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Şahid8 verdiyi 800 ABŞ dolları pulu hal şahidlərinin iştirakı ilə götürülmüş, sənədləşmə işləri aparılması üçün iştirakçılar onlar tərəfindən Baş İdarəyə dəvət olunmuş, baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bundan sonra o Zərərçəkmiş şəxs1 götürülmüş 800 ABŞ dolları pulu Şahid8 qaytarmış, daha sonra isə iştirakçılar izahat verərək Baş idarəni tərk etmişlər. Araşdırma zamanı Zərərçəkmiş şəxs1 qadınları insan alverinə məruz qoyması yaxud gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməsi ilə bağlı daxil olmuş məlumat öz təsdiqni tapmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid3 oğlunun, X1 və Şahid6 oglunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs telefon danışıqlarını müəyyən etmək üçün mobil operatorlardan məlumatların götürülməsi barədə Nərimanov rayon məhkəməsindən “istintaq hərəkətlərinin məcburi aparılması barədə” qərarlar alınmış və həmin qərar əsasında əldə edilmiş məlumatlar 01 ədəd CD disk formasında istintaqa təqdim edilmişdir. Həmin diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********68 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********68 saylı mobil telefon nömrəsinə gələn və gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********68 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus +**********53 mobil nömrə arasında 2021-ci ilin iyun və 2022-ci ilin mart aylarında, eyni zamanda Zərərçəkmiş şəxs3 məxsus +**********74 mobil nömrə arasında 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin fevral ayı ərzində müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə qərarı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs bank hesabından çıxarışlar barədə məlumatlara tərəfindən baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs3 416973*****4592 nömrəli hesabından Təqsirləndirilən şəxs məxsus 416973*****9326 nömrəli hesaba xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 50 manat pul köçürmə əməliyyatı həyata keçirilmişdir. Təqsirləndirilən şəxs bank hesabından çıxarışlar dair məlumatlar maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 istintaq zərurəti ilə əlaqədar ona məxsus “Redmi” markalı mobil telefon götürülmüş mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Mobil telefonun “Whatsapp” bölməsinə nəzər yetirdikdə “Aysel Neftçilər” adı ilə qeyd edilmiş +**********09 nömrəsi ilə yazışmaların olması, həmin yazışmalarda isə qeyd olunan şəxsin qadınları fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. Mobil telefona keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edən şəkillər çıxarılaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 götürülmüş 01 ədəd “Redmi” markalı maddi sübut əhəmiyyətinə malik olduğundan, maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 istintaq zərurəti ilə əlaqədar ona məxsus “Samsung” markalı mobil telefon götürülmüş, mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Mobil telefonun “Whatsapp” bölməsinə nəzər yetirdikdə “Aysel TEZE” adı ilə qeyd edilmiş +**********09 nömrəsi ilə yazışmaların olması, həmin yazışmalarda isə qeyd olunan şəxsin Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. Mobil telefona keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edən şəkillər çıxarılaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs2 götürülmüş 01 ədəd “Samsung” markalı maddi sübut əhəmiyyətinə malik olduğundan, maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İşdə olan 120 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 götürülmüş 1 ədəd Redmi markalı telefon və Zərərçəkmiş şəxs2 götürülmüş 1 ədəd Samsunq markalı telefon maddi sübut kimi tanınmış və telefonların sahiblərinə qaytarılması nəzərə alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan xasiyyətnamə); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Zərərçəkmiş şəxslərin ona qarşı iddia və şikayətinin olmaması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3.000 (üç min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk, bank məlumatlarına dair çıxarışlar cinayət işinin materiallarına saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs1, 01 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-142/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-142/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver