Məhkəmə qərarları › İş №1(005)-143/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-143/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-143/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 nümayəndəsi və vəkili- Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında daxil olan şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 tərəfindən məhkəməyə şikayət verilərək X3 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili X7 məhkəmədə ərizə ilə müraciət edərək X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili X6 müraciətini nəzərə alaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 122.7, 122.7.1, 122.7.3-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri, şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər), nümayəndəsinin şikayətini (qanuni nümayəndənin şikayətindən başqa) - mülki iddiaçı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki cavabdeh geri götürmək hüququna malikdir. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi şəxsin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından şikayət vermək hüququ ilə yanaşı, həmin şikayəti geri götürmək hüququnu da təsbit edir. Buna görə hazırki iş üzrə şikayətin geri götürülməsi barədə müraciət təmin edilməli, şikayət onu verən şəxsə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 449-452-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət geri qaytarılsın. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar