Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-145/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməyə cəhd etmiş və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Facebook və İnstagram sosial şəbəkələrində öz adından profil açaraq xarici ölkələrə viza dəstəyi göstərməsi barədə yalan elanlar yerləşdirib, müraciət etmiş şəxslərin etibarını qazanmaq üçün isə özünə “Elektron ünvan ” adlı elektron poçt ünvanı açmış, 2023-cü ilin avqust ayının sonlarında viza almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 X2 viza düzəldəcəyi barədə yalan vəd, bunun üçün ilkin sənədləşmə işləri aparmaq üçün həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları tələb etmiş, Zərərçəkmiş şəxs5 viza ilə bağlı ətraflı məlumat almaq istədikdə inam yaratmaqdan ötrü özünün açdığı elektron poçt ünvanından Zərərçəkmiş şəxs5 elektron poçt ünvanına müraciətinin qeydə alınması barədə məktub göndərərək aldatmış, lakin Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs göndərdiyi məktub şübhə yaratdığı üçün bu barədə X1 Azərbaycan Respublikasındakı Konsulluğuna məktub ünvanlamış və bundan sonra aldanıldığını başa düşdüyü üçün, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə aldatma yolu ilə Zərərçəkmiş şəxs5 həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dollarını ələ keçirə bilməyərək dələduzluq etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Facebook və İnstagram sosial şəbəkələrində öz adından profil açaraq xarici ölkələrə viza dəstəyi göstərməsi barədə yalan elanlar yerləşdirib və müraciət etmiş şəxslərin etibarını qazanmaq üçün özünə “Elektron ünvan ” elektron poçt ünvanı açmış, daha sonra ona müraciət etmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Niderland Krallığına viza düzəldəcəyi barədə yalan vəd verib inam yaratmaqdan ötrü özünün açdığı elektron poçt ünvanından Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektron poçt ünvanlarına müraciətlərinin qeydə alınması barədə məktub göndərib aldatmış, bundan sonra özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə barədə niyyətini gizlətmək və pərdələmək məqsədi ilə ilk əvvəl 02 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən 21 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq onlardan ümumilikdə 1700 manat, daha sonra 13 sentyabr 2023-cü il tarixdə saat 18:15-də Zərərçəkmiş şəxs2 istifadəsində olan +99470933-34-30 nömrəsinə bağlı olan “M10” sistemindən Xaçmaz rayonu ərazisindən onun istifadəsində olmuş "xxxx" ASC-yə aid 4169 7388 6244 1569 nömrəli bank hesab kartına göndərdiyi 340 manat, ümumilikdə 2040 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə 1020 manat olmaqla ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Facebook və İnstagram sosial şəbəkələrində öz adından profil açaraq xarici ölkələrə viza dəstəyi göstərməsi barədə yalan elanlar yerləşdirib və müraciət etmiş şəxslərin etibarını qazanmaq üçün özünə “Elektron ünvan ” elektron poçt ünvanı açmış, daha sonra ilk öncə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 X2 viza düzəldəcəyi barədə yalan vəd verib inam yaratmaqdan ötrü özünün açdığı elektron poçt ünvanından Zərərçəkmiş şəxs4 elektron poçt ünvanına müraciətinin qeydə alınması barədə məktub göndərib aldatmış, bundan sonra özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə barədə niyyətini gizlətmək və pərdələmək məqsədi ilə 16 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən 54 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs4 850 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Facebook və İnstagram sosial şəbəkələrində öz adından profil açaraq xarici ölkələrə viza dəstəyi göstərməsi barədə yalan elanlar yerləşdirib və müraciət etmiş şəxslərin etibarını qazanmaq üçün özünə “Elektron ünvan ” elektron poçt ünvanı açmış, daha sonra ilk öncə ona müraciət etmiş Zərərçəkmiş şəxs3 Niderland Krallığına viza düzəldəcəyi barədə yalan vəd verib inam yaratmaqdan ötrü özünün açdığı elektron poçt ünvanından Zərərçəkmiş şəxs3 elektron poçt ünvanına müraciətinin qeydə alınması barədə məktub göndərib aldatmış, bundan sonra özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə barədə niyyətini gizlətmək və pərdələmək məqsədi ilə 19 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən 21 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs3 800 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif restoranlarda aşbaz işləmişdir. Maddi vəziyyəti çətin olduğu üçün düşünmüşdür ki, müəyyən şəxsləri aldadıb pullarını ələ keçirsin. Əvvəlcədən planlı şəkildə gmail.com üzərindən özünə Elektron ünvan elektron poçt ünvanını açmışdır. Daha sonra Facebook sosial şəbəkəsində olan “Rəhman Pirizadə” adlı profilindən və İnstaqram sosial şəbəkəsində olan “xaricdə təhsil” adlı profilindən müxtəlif ölkələrə viza düzəldilməsi ilə bağlı elanlar yerləşdirmişdir. Niyyəti ona müraciət etmiş şəxslərdə inam yaradıb onların pulunu ələ keçirmək olmuşdur. Sosial şəbəkədə Almaniya, X3, Hollandiya və Kanada ölkələrinə viza düzəldilməsi ilə bağlı elanlar yerləşdirmişdir. Daha sosial şəbəkədən ona müraciət edən şəxslər ilə Facebook və İnstaqram sosial şəbəkəsində yaxud da +**********24 nömrəli votsap ani mesajlaşma programından ona müraciət edən şəxslər ilə yazışıb həmin şəxsləri görüşə dəvət etmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 Facebook sosial şəbəkəsində olan “Rəhman Pirizadə” adlı profilinə X2 viza alınması üçün müraciət etmişdir. 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 ilə Nərimanov metro stansiyası yaxınlığında görüşüb ona vizə düzəldilməsi üçün lazım olan sənədləri və qaydaları izah etmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 özünü cərrah kimi təqdim etmişdir. Rozaya viza düzəlməsi üçün 3500 ABŞ dolları lazım olduğunu bildirmişdir. İlkin sənədləşmə üçün 500 ABŞ dolları ödəməli olduğunu qeyd etmişdir. Roza ilə belə razılaşmışlar ki, qalan pulu da viza düzəldikdən sonra alacaqdır. Lakin onsuzda bilmişdir ki, Roza üçün hər hansı bir iş görməyəcəyini, əsas məqsədi ondan ilkin aldığı pulu alıb aldatmaq olmuşdur. Şərtlərlə tanış olduqdan sonra Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Roza ilə yenidən 16 sentyabr 2023-cü il tarixdə görüşmüşlər. İnam yaratmq üçün təklif etmişdir ki, notariusa gedib pul almağı barədə borc müqaviləsi bağlansın. Roza onunla razılaşmışdır. Roza ilə birlikdə 54 saylı notariusa getmişdir. Orada aralarında borc müqaviləsi bağlandıqdan sonra Rozadan 850 manat almış daha sonra ayrılmışlar. Zərərçəkmiş şəxs4 viza alınması ilə bağlı heç bir sənədləşmə aparmamışdır. Məqsəd yalnız onu aldadıb ondan 850 manat pulu almaq olmuşdur. Həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa eyni qayda ilə Facebook sosial şəbəkəsində olan “Rəhman Pirizadə” adlı profilinə Zərərçəkmiş şəxs2 viza alınması üçün müraciət etmişdir. Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin sentyabr ayının əvvəllərində Nərimanov rayonu ərazisində görüş təyin edib görüşmüşlər. Zərərçəkmiş şəxs2 yanında öz tanışı Zərərçəkmiş şəxs1 da gəlmişdir. Həmin şəxslərə Niderlanda viza düzəldilməsi ilə bağlı sənədləşməni və lazım olan sənədləri və şərtləri izah etmişdir. Həmin şəxslərə vizanı hərəsinə 3000 manata 2 ay ərzində alacağını qeyd etmişdir. İlkin sənədləşmə üçün hərəsindən yenə də 850 manat pul istəmişdir. Qalan pulu da sonradan alacağını bildirmişdir. Razılaşdıqdan sonra 02 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə yenidən Bakı şəhərində görüşmüşlər. Həmin şəxslərin hər biri 850 manat ödəyəcəklərini bildirmişlər. O yenə də inam yaratmaq üçün həmin şəxslərə borc müqaviləsi bağlanacağını demişdir. Bundan sonra yaxınlıqda olan 21 saylı notariusa getmişlər. Orada notarial qaydada borc müqaviləsi bağlamışlar. Ancaq müqaviləni Zərərçəkmiş şəxs1 ilə bağlamışdır. Həmin şəxslər ona ümumilikdə 1700 manat pul verdikdən sonra onlardan ayrılmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektron poçt ünvanına özünə məxsus Elektron ünvan elektron poçt ünvanından cavab məktubu yazmışdır ki, viza alınması ilə bağlı sorğunuz qəbul edilmişdir və onlara saxta təsdiq kodu göndərmişdir. Ancaq faktiki olaraq heç vaxt viza düzəldiməsi ilə məşğul olmamış, heç bir şirkət ilə əlaqəsi yoxdur, məqsədi yalnız vətəndaşları aldadıb onlardan pul alıb şəxsi məqsədləri üçün istifadə etmək olmuşdur. Adlarını qeyd etdiyi şəxslərə viza ilə bağlı heç bir köməklik göstərməmiş, məqsədi onların pulunu almaq olmuşdur. Aldığı bütün pulları şəxsi məqsədlərinə xərcləmişdir. Guya rəsmi viza verən şirkət kimi görüntü yaratmaq üçün vətəndaşlardan pulları notarial borc müqaviləsi bağlamaq yolu ilə almışdır. Notarial borc müqaviləsi ilə onların etibarını qazanmışdır. Bundan sonra onların işləri ilə əlaqədar pul lazım olduğunu bildirmişdir. Onlardan 340 manat pul istəmişdir. Həmin şəxslər onunla razılaşmışlar. Onun istifadəsində olan "xxxx" hesab kartına xx.xx.2023-cü il tarixdə pul göndərmişdir. O da həmin pulu alıb yenə də heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumilikdə 2040 manat pul almışdır. Aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, Telman ona zəng edərək Taryeldən nömrəmi aldığını bildirmiş və o da Niderlanda viza ilə maraqlanmışdır. Həmin zaman onun həmin şəxsi də aldadıb pulunu ələ keçirmək niyyəti yaranmışdır. Telmana da eyni qaydaları izah etmiş və Niderlanda işçi vizası ilə göndərmək adı ilə ondan ilkin sənədləşmə üçün 800 manat pul istəmişdir. 19 sentyabr 2023-cü il tarixdə Telmanla Nərimanov rayonunda görüşmüşlər. Telmana da eyni qayda ilə pulu borc müqaviləsi ilə alacağını qeyd etmişdir ki, inandıra bilsin. Çünki, düşünmüşdür ki, adi qaydada ondan ödənişləri alsa həmin şəxs ona inanmayacaqdır. Nərimanov rayonunda yerləşən 21 saylı Notariusda görüşərək niyyətini gizlətmək üçün 800 manat pulunu guya borc müqaviləsi adı ilə dələduzluq yolu ilə almışdır. Bundan başqa eyni qayda ilə Zərərçəkmiş şəxs5 ona Amerika BŞ-na viza alınması üçün müraciət etmişdir. Zərərçəkmiş şəxs5 2023-cü ilin avqust ayının sonlarında müraciət etmişdir. O Kərəmə viza düzəldəcəyi barədə yalan vəd verib, ümumilikdə vizanı 7000 ABŞ dollarına düzəltdiyini, lakin ilkin sənədləşmək üçün 500 ABŞ dolları lazım olduğunu bildirmişdir. Niyyəti həmin 500 ABŞ dollarını ələ keçirməyə yönəlmişdir. Kərəmi inandırmaq üçün özünə məxsus Elektron ünvan elektron poçt ünvanından cavab yazmışdır ki, viza alınması ilə bağlı müraciəti qəbul edilmişdir. Ancaq Zərərçəkmiş şəxs5 viza düzəlmək üçün pul verməmiş, çunki onu aldatmaq istədiyini başa düşmüşdür. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında (videokonfrans vasitəsilə) zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona Facebook sosial şəbəkəsində tanış olduğu “Rəhman” adlı şəxsin Avropa ölkələrinə işləməyə görə viza almaqda köməklik edə bildiyini, buna görə isə hər bir nəfər üçün 3000 manat xidmət haqqı istədiyini demişdir. O Taryelə bu qiymətin Niderlanda getmək üçün ona uyğun olmasını və həmin təkliflə razı olduğunu bildirmişdir. Taryel onunla əlaqə saxlayaraq ikisinə görə Rəhmanın ilkin olaraq 1700 manat pul istədiyini bildirmişdir. Həmin vaxt Taryel ona özünün də, getmək istədiyini, lakin 5-10 günə pul əldə edə biləcəyini bildirmişdir. O Taryelə vaxt itirməmək üçün həmin məbləğin onun verməli olduğu 850 manatını verə biləcəyini və sonra həmin borcu ona ödəyə biləcəyini demişdir. Taryel onun bu təklifini qəbul etmişdir. Yenidən Rəhmanla əlaqə saxlayaraq dediyi məbləği ödəməyə hazır olduqlarını və bunun üçün görüşə biləcəcəklərini demişlər. 02 sentyabr 2023-cü il tarixdə o və Taryel Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çayxanalardan birində Rəhmanla görüşmüşlər. Görüş zamanı Rəhman onlara gedəcəkləri yerdə iş şərtlərinin normal olmasını və yaşamağa uyğun şəraitin olduğunu söyləmişdir. Buna dair aralarında razılıq əldə olunduğu üçün Rəhman notarial qaydada müqavilə imzalamaq istədiyini bildirmişdir. Onlar Rəhmanla razılaşmışlar və yaxınlıqda yerləşən 21 saylı Notariusda onunla 2 aylıq borc müqaviləsi imzalamışdır. Orada o Taryelə 1700 manat pul vermişdir. Bundan sonra bir qədər də söhbət etdikdən sonra o və Taryel Xaçmaz rayonuna qayıtmışlar. Təxminən 10 gün sonra ona məxsus elektron poçt ünvanına gələn məktubda Niderland səfirliyinə etdiyi müraciətin qeydə alınması yazılmışdır. Rəhman Taryel ilə əlaqə saxlayaraq prosesi sürətləndirmək üçün əlavə 340 manat pul istəmişdir. Taryel həmin pulu onun bildirdiyi bank kartına “Milliön” ödəmə terminalı üzərindən göndərmişdir. Rəhmanla görüş vaxtı 21 sentyabr 2023-cü il tarixdə onun elektron poçt ünvanına Niderlandda olan vakant iş yerlərinin siyahısının gələcəyini bildirsə də, həmin gün heç bir məktub gəlməmişdir. Rəhmanla əlaqə saxlayan zaman internetdə problemlər olmasına görə viza proseslərində ləngimə olduğunu bildirmişdir. Həmin vaxt Rəhmanın onlara qarşı dələduzluq etməsini anlamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında (videokonfrans vasitəsilə) zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2 ildir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Onunla tanışlığı işlədiyi zaman yaranmışdır. Avropada işləmək üçün işçi vizasına müraciət etmək fikri olmuşdur. Bu məqsədlə bir neçə şirkətlə əlaqə saxlasa da şərtləri onu qane etmədiyi üçün razılaşmamışdır. Facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı şəxsin viza almaq üçün köməklik edə bilməsinə dair elanları ilə qarşılaşmışdır. 31 avqust 2023-cü il tarixdə Facebook sosial şəbəkəsi üzərindən Rəhmanla əlaqə yaradaraq Litvaya viza almaq üçün xidmət haqqını soruşmuşdur. Daha sonra Hollandiyaya gedib işçi vizası almaq üçün lazım olan xidmət haqqını soruşmuşdur. Rəhman ona vizanı 2 aya aldığını və hər bir nəfər üçün 3000 manat xidmət haqqı istədiyini bildirmişdir. O bu məsələni Elmar Süleymanovla məsləhətləşmişdir. Elmar isə bu qiymətin uyğun olduğunu demişdir. O yenidən Rəhman adlı şəxslə əlaqə saxlamış və o, ikisi üçün ilkin sənədləşməyə görə ümumilikdə 1700 manat pul tələb etmişdir. 02 sentyabr 2023-cü il tarixdə o və Elmar Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çayxanaların birində Rəhman adlı şəxslə görüşmüşlər. Görüş zamanı Rəhman onlara Niderlandda 2 illik iş vizasını alacağını, qalmaq yerini və aviabiletləri özünün təşkil edəcəyini, razılaşma olacağı təqdirdə qarşılıqlı olaraq inam yaranması üçün notarial qaydada müqavilə imzalanacağını bildirmişdir. Onlar Rəhmanla razılaşmışlar və birlikdə yaxınlıqdakı 21 saylı Notariusda borc müqaviləsi imzalamışlar. X6 1700 manat pul vermişdir. Təxminən 10 gün sonra ona və Elmara məxsus elektron poçt ünvanlarına Niderland səfirliyinə viza ilə bağlı müraciətlərinin qeydə alınması barədə məktub gəlmişdir. Təxminən 2-3 gün sonra Rəhman onunla əlaqə saxlayaraq Elmar və onun viza alma prosesini sürətləndirmək üçün 340 manat pul tələb etmişdir. O həmin pulu Milliön ödəmə terminalı üzərindən Rəhmanın bildirdiyi kart hesabına göndərmişdir. Rəhmanla görüş vaxtı 21 sentyabr 2023-cü il tarixdə onun elektron poçt ünvanına Niderlandda olan vakant iş yerlərinin siyahısının gələcəyini bildirmiş, həmin gün heç bir məktub gəlməmişdir. Rəhmanla əlaqə saxlayan zaman Rəhman ona internetdə problemlər olmasına görə viza proseslərində ləngimə olduğunu bildirmişdir. Həmin vaxt Rəhmanın onlara qarşı dələduzluq etməsini anlamışdır. Həmçinin viza məsələsi ilə bağlı həmkəndlisi Zərərçəkmiş şəxs3 də məlumat vermişdir. Telman ondan Rəhmanın nömrəsini istəmişdir. Buna görə Telmana Rəhmanın nömrəsini vermişdir. Sonradan eşitmişdir ki, Rəhman eyni qayda ilə güya Telmana Niderlanda işçi vizası düzəldəcəyi barədə yalan vəd verib Telmanın da 800 manat pulunu ələ keçirmişdir. Həmin şəxs dələduzdur, əslində heç bir viza düzəltmə işi ilə məşğul deyildir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında (videokonfrans vasitəsilə) zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir düşmənçiliyi, ədavəti və söz söhbəti olmamışdır. Təxminən 10 ildir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Taryel onun həmkəndlisidir və aralarında yaxşı münasibətləri vardır. 2023-cü ilin sentyabr ayının əvvəlində Taryel ilə Xaçmaz rayonunda görüşən zaman Taryel özünün və Zərərçəkmiş şəxs1 Niderlanda işçi vizası ilə getməklə bağlı Bakı şəhərində “Rəhman” adlı şəxslə görüşdüyünü, buna görə ona 1700 manat pul ödədiklərini və prosesin yekunlaşmasını gözlədiklərini bildirmişdir. O da Niderlanda işləmək üçün getmək istədiyinə görə Taryeldən Rəhman adlı şəxsin nömrəsini istəmişdir. Taryel ona səbr etməsini, əgər onların işi həll olunarsa, iş üçün vizaları gələrsə həmin şəxsə müraciət etməsini demişdir. O vaxt itirmək istəmədiyinə görə Rəhman adlı şəxslə əlaqə yaratmışdır. Rəhman ona Niderlandda işləmək üçün viza almaqda köməklik edə biləcəyini və buna görə ümumilikdə 2500 manat məbləğində pul vəsaitini xidmət haqqı kimi alacağını demişdir. O Rəhmanın bu təklifini qəbul etmişdir. Daha sonra viza müraciəti ilə bağlı prosesə başlamaq üçün ondan 800 manat istəmişdir. 19 sentyabr 2023-cü il tarixdə o Rəhmanla Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çayxanalardan birində görüşmüşdür. Onunla viza alma prosesinin gedişatına dair danışdıqdan sonra yaxınlıqda olan 21 saylı Notariusda borc müqaviləsi bağlamaqla ondan 800 manat pul almışdır. Daha sonra oradan çıxaraq Xaçmaz rayonuna geri qayıtmışdır və Rəhmanın ondan istədiyi 1 ədəd 3x4 ölçüdə foto şəkilini, şəxsiyyət vəsiqəsinin və xarici passportunun şəklini çəkmiş və Taryel vasitəsi ilə Rəhmana göndərilməsini təmin etmişdir. Bundan sonra Rəhmandan heç bir xəbər çıxmamışdır. Daha sonra Taryeldən həmin şəxsin dələduz olmasını və pul vəsaitlərini mənimsəməsini öyrənmişdir. Eləcə də onun da pulunu alıb hələ də qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında (videokonfrans vasitəsilə) zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir düşmənçiliyi, ədavəti və söz söhbəti olmamışdır. X2 işçi vizası alıb ora gedib işləmək istəmişdir. Viza alınması üçün Facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs təsadüfən bu barədə bir paylaşımını görmüşdür. Təqsirləndirilən şəxs profilində müxtəlif ölkələrə viza düzəltməsi barədə elanlar olmuşdur. Facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus profilə X2 viza alıb işləməyə getmək istədiyini yazmışdır. Təqsirləndirilən şəxs isə ona viza düzəldə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs ona öz (070) ***-**-** mobil telefon nömrəsini vermişdir. Onlar mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Rəhmanla 15 sentyabr 2023-cü il tarixdə Nərimanov metrostansiyasının yaxınlığında görüşmüşlər. Rəhman ona özünü cərrah kimi təqdim etmişdir. Həm də bu cür viza dəstəyi göstərdiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs ona bildirib əmin etmişdir ki, ona lazım olan vizanı düzəldə biləcəkdir. Bunun əvəzində isə ondan 6.000 ABŞ dollar istəmişdir. Bir qədər söhbət etdikdən sonra 3500 ABŞ dollar ilə razılaşmışdır. O, isə bu məbləğlə razılaşmışdır. Sonradan Rəhman ilkin olaraq 500 ABŞ dolları verilməli olduğunu, qalan hissənin isə yavaş-yavaş verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona özünün də X2 gedəcəyini, orada işləyib orada da onun pulunu hissə-hissə verə biləcəyini demişdir. Rəhmanın bu cür danışıqları onu lap inandırmışdır. Pul verməmişdən qabaq qızının da olduğunu bilib qızının da sənədlərini ona göndərməsini demişdir. Qızına da X2 viza düzəldəcəyini qeyd etmişdir. Bunu pulsuz etmək istədiyini bildirmişdir. O da Rəhmanın düzgünlüyünə inanıb 16 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 54 saylı notariat ofisinə getmişlər. Orada Təqsirləndirilən şəxs 850 manat pul vermişdir. Rəhman isə onu əmin etmək üçün orada aralarında borc müqaviləsi bağlanmışdır. Bundan sonra isə viza məsələsini Rəhmandan maraqlansa da, lakin Rəhman ona viza düzəltməmişdir. Hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs onun kimi bir neçə şəxsi aldadıb pullarını ələ keçirmişdir. O da bunu eşitdikdən sonra polis idarəsinə gedib şikayət ərizəsini yazmışdır. Rəhmana pul verdiyi zaman yanında heç kəs olmamışdır. O Rəhmana pulu təklikdə vermişdir. Pulu ona viza düzəltməsi üçün vermişdir. Rəhmanın onu aldatması nəticəsində ona 850 manat maddi ziyan dəymişdir. Hadisə barədə qızı Xədicənin də məlumatı olmuşdur. Çünki, Rəhman ona da viza düzəldəcəyinə söz vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 2016-2023-cü illər ərzində Türkiyə Respublikasının İstanbul şəhərində İstanbul Universitetində tələbə olmuş, hazırda həmin Universitetdə magistr üzrə təhsilini davam etdirir. 2023-cü ilin yay aylarında işçi vizası ilə X2 getmək istəmişdir. “Facebook” sosial şəbəkəsində qarşısına Təqsirləndirilən şəxs səhifəsi çıxmışdır. Orada X2 işçi vizası düzəltmək barədə xidmət göstərdiyini qeyd etmişdir. Ona maraqlı gəldiyi üçün Rəhmanla əlaqə saxlamışdır. Həmin şəxsin mobil telefon nömrəsi 070 ***-**-** olmuşdur. Rəhman ona 7000 ABŞ dolları əvəzində X2 viza düzəldə biləcəyini bildirmişdir. Lakin həmin zaman onun o qədər pulu olmadığı üçün ona bir söz deməmiş və onda bu qədər pulun olmadığını bildirmişdir. Ancaq Rəhmandan hansı proqram üzərindən gedəcəyini maraqlandıqda Rəhman ona bununla bağlı cavab verəcəyini demişdir. Bundan sonra Rəhman ondan ilkin olaraq 500 ABŞ dolları istəmiş və ona köməklik edəcəyini bildirmişdir. Qalan pulu isə ona viza düzəldəcəyindən sonra verə biləcəyini qeyd etmişdir. Rəhmanın bu hərəkətləri onda şübhə yaratmağa başlamışdır. Çünki bu pul X2 işçi vizası üçün çox azdır. Sonra isə onun Rəhmana verdiyi elektron poçt ünvanına “X7” adından məktub ünvanlanmış və orada onun sorğusunun qəbul olunması yazılmışdır. Həmin məktub X1 Azərbaycan Respublikasındakı nümayəndəliyindən Nərmin Məmmədzadə adlı şəxs tərəfindən ünvanlanmışdır və nümayəndəliyin əlaqə nömrələri də qeyd olunmuşdur. Onda həmin elektron məktub şübhə doğurduğundan bu barədə X1 Azərbaycan Respublikasındakı konsulluğuna məktub ünvanlamış, onların adından istifadə edildiyini bildirmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bu üsulla bir neçə şəxsi aldadıb pullarını ələ keçirmişdir. Onun X1 Azərbaycan Respublikasındakı konsulluğuna heç bir əlaqəsi yoxdur və ümimiyyətlə heç bir viza dəstəyi göstərən şirkətlərə də aidiyyəti yoxdur. Bunları ayrı-ayrı şəxsləri aldadıb pullarını ələ keçirmək üçün etmişdir. Təqsirləndirilən şəxs bu üsülla da onun 500 ABŞ dollarını ələ keçirmək istəmişdir. Lakin əvvəldən onun bu hərəkətləri onda şübhə yaratdığından onu aldada bilməmiş və pulunu ələ keçirə bilməmişdir. Polis İdarəsində sonradan bilmişdir ki, Rəhman başqa şəxsləri aldadıb pullarını ələ keçirə bilmişdir. Konsulluğa etdiyim müraciətdən sonra Rəhmanla bağlı araşdırma aparmışlar və onun dələduz əməlləri ifşa edilmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan qismən imtina edilməsini və onun barəsində CM-nin 178.2.2-ci maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan CM-in 29,178.1-ci maddəsi xaric olunmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, habelə onunla barışmalarını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-145/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-145/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver