Məhkəmə qərarları › İş №1(005)-146/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-146/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-146/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona ünvan 3 ünvanında yerləşən mənzili 40.000 manata satacağına dair yalan vəd verib aldadaraq 2016-cı il noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 85 saylı ünvanın qarşısında 8.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona özünə məxsus olmayan, X8 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 8/1 saylı evin 5 saylı mənzilini notarial qaydada alqı-satqı müqaviləsi ilə satacağına dair yalan vəd verib aldadaraq əvvəlcə həmin mənzilin B.A.Qənbərovun adından Şahid1 satılmasına dair AN-1 seriyalı, 047998 nömrəli, 01.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini saxtalaşdırmaqla həmin saxta müqavilə əsasında mənzilin Z,A.Bağırovun mülkiyyətinə keçməsinə nail olmuş, bundan sonra həmin mənzilin Şahid1 adından Zərərçəkmiş şəxs satılmasına dair AN-1 seriyalı, 058940 nömrəli, 09 dekabr 2016cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “satan” hissəsində “qeyd” qrafasında “oxudum razıyam” yazılarını və həmin yazılardan aşağıda olan imzanı icra etməklə hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla 24 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanının qarşısında bilə-bilə həmin saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs təqdim etməklə onun 14.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 6 ünvanında yaşamış, valideynləri isə onun qonşuluğunda, yəni ünvan 7 ünvanında yaşayırmışlar. 2015-ci ilin sonlarında valideynlərinin mənzilində təmir işləri getdiyi üçün onlar müvəqqəti olaraq uşaqlıqdan tanıdığı X9 məxsus olan Səbail rayonu, Kiçik Qala küçəsi, ev 8/1, mənzil 5 ünvanına köçüb orada kirayədə yaşamağa başlamışlar. Həmin ərəfədə X11 Respublikasında yaşayırmış. Sonradan o, Baldadaş Qənbərovun razılığı ilə onun mənzilinin ikinci mərtəbəsini təmir etmiş və oranı hostel kimi işlətməyə başlamışdır. Şahid1 həmin mənzili təmir edərkən orada fəhləlik etmiş, sonradan isə hostel kimi işlədərkən orada mühafizəçi işləməyə başlamışdır. Mərdəkan qəsəbə sakini Şahid4 da bir müddət həmin evdə fəhləlik etmişdir. Zərərçəkmiş şəxs isə o, 2016-cı ilin ortalarında tanımışdır. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs onunla görüşərək özünə məxsus olan iki bağ sahəsini sənədləşdirmək istəməsini bildirmiş və bununla bağlı ona kömək etməyini xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs daşınmaz əmlakların sənədləşdirilməsi ilə məşğul olan Çingiz Səmədov adlı şəxslə tanış etmiş və Ç.Səmədov Zərərçəkmiş şəxs bağ sahələrini sənədləşdirmişdir. 2016-cı ilin noyabr ayının ortalarında o, Zərərçəkmiş şəxsla ünvan 3 ünvanında yerləşən mənzili satacağı ilə bağlı razılığa gəlmişdir və bununla bağlı Zərərçəkmiş şəxs 8.000 manat pul almışdır. Sonradan həmin mənzilin alqı-satqısı müəyyən səbəblərdən baş tutmamışdır. Bundan sonra o, Vüqar X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 8/1 saylı evin 5 saylı mənzilini satmaq qərarına gəlmişdir. Həmin ərəfədə Baldadaş Qənbərov Bakı şəhərində yaşamırmış. Buna görə də o, həmin mənzilin Baldadaş Qənbərov tərəfindən tanışı Şahid1 Abasqulu oğluna satılması barədə saxta alqı-satqı müqaviləsi düzəltmiş, həmin alqı-satqı müqaviləsində guya X14 Adıgözəlova etibarnamə verməsini və alqı-satqı prosesində Çingizin nümayəndə kimi iştirak etməsini qeyd etmişdir. Beləliklə o, həmin mənzilin B.Qənbərov tərəfindən Şahid1 satılmasına dair 01.12.2016-cı il tarixli, AN-İ seriyalı 047998 nömrəli saxta alqısatqı müqaviləsi tərtib edərək həmin müqavilənin guya Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilməsini göstərmişdir. Daha sonra həmin sənədi DƏDRX-nə təqdim edərək Şahid1 adına çıxarış alınmasına nail olmuşdur. Bundan sonra o, 2016-cı ilin dekabr ayında həmin mənzili Zərərçəkmiş şəxs satmaq barədə razılığa gələndən sonra mənzilin Şahid1 tərəfindən Zərərçəkmiş şəxs satılmasına dair Bakı şəhəri 22 saylı notariat kontorunda 09.12.2016-cı il tarixdə təsdiqlənmiş AN-İ seriyalı 058940 nömrəli saxta alqısatqı müqaviləsini tərtib etmiş, həmin müqavilənin satıcı yerində Şahid1 yerinə özü imza etmiş, sonra isə Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisindəki 9 saylı notariat kontorun qarşısına aparmış, bir neçə dəfə həmin notariat kontora daxil olub-çıxaraq alqı-satqı prosesi ilə məşğul olması görüntüsünü yaratmış, sonra isə yuxarıda qeyd etdiyi, yəni saxta yolla hazırladığı alqı-satqı müqaviləsini Zərərçəkmiş şəxs təqdim edərək imza etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs müqavilənin 22 saylı notariat kontorda təsdiq etdirilməsinə fikir verməmişdir. Bu yolla əslində B.Qənbərovun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 8/1 saylı evin 5 saylı mənzilin Zərərçəkmiş şəxs satılmasına nail olmuşdur. Hazırda Zərərçəkmiş şəxs vurulmuş ziyan tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin yay aylarında ailələrinə məxsus olan, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini satmaq istəyərkən Bakı şəhəri, Səbail rayonu, «İçəri şəhər» adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs demişdir ki, ev alqı-satqısı işlərində maklerlik, yəni vasitəçilik edir. Mərdəkandakı torpağı sonradan satmaq fikrindən daşındığından daha satmamışdır. Söhbət əsnasında Bakı şəhərinin mərkəzində ucuz qiymətə ev olarsa alacağını dediyi üçün, sonradan həmin Təqsirləndirilən şəxs ona zəng vuraraq, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 saylı binanın 131 saylı 1 otaqlı mənzilini 40.000 manata onun üçün ala biləcəyini bildirmiş və həmin mənzilə baxdıqdan sonra oranı almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs demişdir ki, mənzilin sənədlərinin tam hazırlanması üçün müəyyən qədər pul əvvəldən verilməlidir. O, daha bunun nədən ibarət olmasını soruşmamış və Təqsirləndirilən şəxs inandığı üçün 8.000 manat pulu 2016-cı il noyabr ayının ortalarında, saat 11:00 radələrində işlədiyi «xxxx» ASC-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 85 saylı binanın qarşısında, küçədə saxladığı avtomobilinin içərisində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs demişdir ki, bir neçə günə sənədlər hazır olduqda ona xəbər edəcək ki, alqı-satqı məsələsini həll etsinlər. Lakin sonra sənədlərlə bağlı məsələnin uzanmasını və gözləmək lazım olduğunu bildirmişdir. 2016-cı ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 1 otaqlı mənzilin sənədlərinin hazırlanması məsələsi uzanır, lakin «İçəri şəhər»də öz yaşadıqları evin yanında 3 otaqlı mənzilləri vardır və əgər istəyərsə, həmin mənzili ona çox ucuz qiymətə sata bilər. O, bu təkliflə maraqlanmış və Orxan demişdir ki, həmin 3 otaqlı mənzil Zakir adlı yaxınlarının adınadır, sadəcə təcili pul lazım olduğu üçün təxminən 100.000 manat dəyərində olan həmin mənzili məcbur olub 50.000 manata satır ki, problemini həll etsin. Orxan daha probleminin nədən ibarət olmasını deməmiş və o, da maraqlanmamışdır. Həmin ərazi şəhərin mərkəzi olduğundan və oradakı 3 otaqlı mənzilin qiymətinin həqiqətən də təxminən 100.000 manata bərabər olduğunu öərəndiyindən Orxanın təklifini qəbul etmişdir. Orxanla razılaşmışlar ki, həmin mənzilə görə pulun 22.000 manatını əvvəldən, qalanını isə alqı-satqıdan təxminən 1 ay sonra ailə üzvləri ilə oradan çıxdıqda verəcəkdir, çünki fikirləşmişdir ki, birdən sonra oradan çıxmaları prosesi uzanar və pulu əvvəl verməyi ona problemlər yaradar. Təqsirləndirilən şəxs əvvəlki almaq istədiyi evlə bağlı artıq ondan 8.000 manat aldığı üçün «İçəri şəhər»də olan evlə bağlı Təqsirləndirilən şəxs 14.000 manat pul vermək barədə razılığa gəlmişlər. Bir neçə gün zəngləşdikdən və lazım olan pulu topladıqdan sonra nəhayət həftənin şənbə günü olan, 24.12.2016-cı il tarixdə, günortaya kimi müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində, üzərində iri saat olan binanın yaxınlığında yerləşən, əvvəl nömrəsini bilmədiyi Notariat Kontorunun qarşısında görüşmüşlər. Orxan özü onu həmin ünvana çağırmış və alqı-satqının orada rəsmiləşdiriləcəyini, mənzilin mülkiyyətçisi Zakirin də oraya gələcəyini demişdir. O, avtomaşını ilə həmin yerə çatdıqda, Orxanın onu gözlədiyini görmüşdür. Zakir isə bir qədər kənarda dayanmışdır. O, Orxanın yanına çatan kimi 14.000 manat pulu təklikdə ona vermiş, sonra Orxan Zakiri yanına çağırmış və üçü birlikdə nömrəsini sonradan dəqiqləşdirdiyi, Bakı şəhəri 9 saylı Notariat Kontoruna daxil olmuşlar. Binanın birinci mərtəbəsində, prospekt tərəfdə yerləşən həmin Notariat Kontoruna daxil olan kimi bir neçə metr aralıda, üzbəüz yerləşən 4 ədəd «Etiarnamələr və ərizələrin təsdiqi» pəncərələrindən soldan 1 və ya 2-ci, yəni 3 və ya 4 nömrə ilə işarələnmiş pəncərəyə Orxan yaxınlaşaraq orada işləyən və Əminə kimi çağırdığı qadına, ona satılacaq mənzilə dair Zakirin adına olan çıxarış sənədinin əslini, onun və Zakirin şəxsiyyət vəsiqələrinin əsillərini təqdim etmişdir ki, lazım olan sənədləşməni aparsın. Əminə adlı qadın onun və Zakirin şəkillərini çəkdikdən sonra gözləmələrini dedikdən sonra o, Zakir və Orxan çölə çıxmışlar. Bir neçə dəqiqədən sonra Orxan demişdir ki, içəri keçib sənədlərə imza etmək lazımdır. Bundan sonra o, Zakir adlı şəxslə içəri daxil olmuş, Əminənin oturduğu pəncərəyə yaxınlaşmış və sonuncunun təqdim etdiyi alqı-satqı müqavilələrinə, həmçinin hansısa kitabda apardığı qeydiyyatın qarşısında imza etmişdir. Sonra həmin Əminə adlı qadın alqı-satqı müqaviləsinin əslinin bir nüsxəsini ona vermişdir. O, müqavilələrə imza edərkən orada notariusun imzası və möhürü artıq olmuşdur, lakin müqaviləni dəqiq oxumadığı və ona diqqət etmədiyi üçün tərtib edilmə tarixinin necə yazıldığını, hansı notariusun imza etməsini və müqavilənin hansı Notariat Kontorunda təsdiqlənməsini, müqavilədə şəkillərinin olub-olmamasını bilməmişdir. İlk dəfə daşınmaz əmlakın alqı-satqısında iştirak etdiyi üçün bunun necə və hansı qaydada edildiyini dəqiq bilmirmiş. Təqsirləndirilən şəxs inandığı üçün, o cümlədən Notariat Kontorun işçisi ona başqa heç nə demədiyi üçün burada nəsə qanunsuz məsələ olması ağlına gəlməmişdir. O, müqavilənin əslini götürüb çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin müqaviləni DƏDRX-nin yaxınlıqda yerləşən Bakı Şəhər Ərazi İdarəsinə təqdim etməlidir və birkada göstərilən tarixdə adına çıxarış sənədini oradan götürə bilər. O, da Orxan və Zakirdən ayrılıb həmin Bakı Şəhər Ərazi İdarəsinə gedərək lazım olan ərizə formasını doldurub müqavilənin əslini təqdim etmiş, ona verilmiş birkada 05.01.2017-ci il tarixdə çıxarışın hazır olacağı göstərilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona, yeni ildə İrana gedəcəyini, özünü müayinə etdirmək istəməsini bildirmiş, lakin nəyə görə müayinə etdirəcəyini və dəqiq nə vaxt gedəcəyini deməmişdir. 05.01.2017-ci il tarixdə o, DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsindən Zakirin ona satdığı ünvan 8 ünvandakı 3 otaqlı mənzilə dair ******* nömrəli çıxarışı və texniki pasportu almış və bununla bağlı oradakı kitaba imza da etmişdir. Sonrakı müddət ərzində Təqsirləndirilən şəxsla əlaqə saxladığı zaman sonuncu ona, hələ xaricdə olduğunu və gələndə qalan məsələləri həll edəcəyini bildirmişdir. O, bir müddət Orxanın qayıtmasını gözləmiş, lakin sonradan Orxanın onun əlaqə saxlamadığını görüb onun yaşadığı evə getmişdir. Qapını açan tanımadığı şəxs isə bildirmişdir ki, həmin mənzili Təqsirləndirilən şəxs ona satmış və buradan çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs Ukraynadan müxtəlif nömrələrdən ona «VhatsApp» ilə yazmaqla və səsli mesaj göndərməklə darıxmamağı, yaxın vaxtlarda gələcəyini və gələndə mənzili ona təhvil verəcəyini deməyə başlamışdır. Bir müddət sonra o, Təqsirləndirilən şəxs aldığı mənzilə gedərkən ona məlum olmuşdur ki, həmin mənzil Baldadaş Qənbərova məxsusdur və xarici vətəndaşlara kirayəyə verilmişdir. O, mənzili kirayə götürən şəxsə, mənzilin ona məxsus olduğunu bildirmiş və DƏDRX-dən əldə etdiyi çıxarışı göstərmişdir. Elə həmin günlərdə X3 zəng vuraraq həmin mənzilin ona məxsus olduğunu bildirmiş və mənzili necə və kimdən aldığını soruşmuşdur. O, həmin mənzili Təqsirləndirilən şəxs aldığını, mənzilin Zakir adlı şəxsin adına olduğunu və notariusda rəsmi alqı-satqı müqaviləsi bağladığını bildirmişdir. Baldadaş Qənbərov isə ona, qonşusu Təqsirləndirilən şəxs ailəsi ilə birgə əvvəl onun mənzilində sadəcə bir müddət yaşamalarını, mənzilin Orxana məxsus olmadığını, özünün də həmin mənzili heç kimə satmadığını, bir neçə günə Bakı şəhərinə gəlib bu məsələni həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Baldadaş Qənbərov ilə həmin mənzilin qarşısında görüşərkən ona mənzil ilə bağlı alqı-satqı müqaviləsinin və adına olan çıxarışın surətlərini göstərmiş, həmçinin müqaviləni imzalayıb aldığı Notariat Kontorunun yerini də başa salmışdır. Baldadaş Qənbərov sənədlərin şəklini çəkərək həmin Notariat Kontoruna gedib bu məsələni araşdıracağını demiş və onun telefon nömrəsini də götürüb xəbər edəcəyini demişdir. Bir gün sonra Baldadaş Qənbərov ona zəng edərək, Təqsirləndirilən şəxs onu aldatmasını, mənzil ilə bağlı verilmiş alqı-satqı müqaviləsində onun Bakı şəhəri 22 saylı Notariat Kontorunda təsdiqlənməsinin qeyd olunmasını, lakin faktiki olaraq getdiyi Notariat kontorun 9 saylı olmasını bildirmişdir. Bundan sonrakı günlərin birində işdən vaxt edərək həmin Notariat Kontoruna getdikdə qarşısındakı lövhədə doğrudan da Bakı şəhəri 9 saylı Notariat Kontoru yazıldığını, ona verilmiş müqavilədə isə Bakı şəhəri 22 saylı Notariat Kontorunda təsdiqləndiyinin qeyd olunduğunu görüb başa düşmüşdür ki, həqiqətən də Təqsirləndirilən şəxs onu aldatmışdır. Sonra o, 9 saylı notariat kontora getmiş, Notarius Rəşadət müəllimlə görüşərək sənədləri təqdim etmiş, həmin müqavilənin ona Təqsirləndirilən şəxsla notariat kontorun əməkdaşı Əminənin vermələrini bildirmişdir. Notarius Rəşadət artıq bu məsələ ilə bağlı Baldadaş adlı şəxsin onun yanında olduğunu təsdiqləmiş, sadəcə bu işi kimin etdiyini bilmədiyini bildirmiş və ondan, müqaviləyə imza edən vaxt onun xidməti otağında olub-olmadığını, müqaviləyə onun yanında imza edibetmədiyini, mənzilin alqı-satqısı ilə bağlı dəyərini bank vasitəsilə ödəyib-ödəmədiyini soruşmuşdur. O, isə Rəşad müəllimə, həmin vaxt onun yanında olmadığını, pulu heç bir bank vasitəsilə ödəməməsini, nağd şəkildə Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Notarius Rəşadət oradakı qeydiyyat kitablarına baxdıqda və komputerdəki sistemdə olan məlumatları yoxladıqda məlum olmuşdur ki, mənzil ilə bağlı təsdiqlənmiş 09.12.2016-cı il tarixli alqı-satqı müqaviləsi barədə kitabda və kompüterdə heç bir məlumat yoxdur. Daha sonra oradakı müşahidə kamerasında olan məlumatlara baxılmış və məlum olmuşdur ki, üstündən çox vaxt keçdiyi üçün 2016-cı ilin dekabr ayındakı çəkilişlər artıq silinmişdir və yaddaşda qalmamışdır. X15 mənzil ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən işə baxılaraq alqı-satqı müqavilələri, Zakirin və onun adına olan çıxarışlar ləğv edilərək xüsusi qərardad çıxarılmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2, Şahid3 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Bu səbəblə də məhkəmə cinayət işinə şahidlər Şahid1, Şahid2, Şahid3 və X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 09 yanvar 2018-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 mart 2018-ci il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.01.2018-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5808 saylı, 14 mart 2018-ci il tarixli sənədlərin texniki ekspertizası rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş AN-1 seriyalı 047998 nömrəli və AN-1 seriyalı 058940 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin üzərlərindəki “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri X1 №107” məzmunlu möhür əksləri sənədə relyef klişedən birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş AN-1 seriyalı 047998 nömrəli və AN-1 seriyalı 058940 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin üzərlərindəki möhür əksləri ilə eyni məzmunlu möhürün eksperimental əks nümunələri eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş AN-1 seriyalı 047998 nömrəli və AN-1 seriyalı 058940 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin blankı ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş AN-1 seriyalı 047998 nömrəli və AN-1 seriyalı 058940 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin çap mətni elektrofotoqrafık çap üsulu ilə (ağ-qara surətçıxaran, faks aparatı, lazer printer və s.) hazırlanmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53,0 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5809 saylı, 12 aprel 2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Alan” hissəsində “Qeyd” qrafasındakı “oxudum razıyam Bağırov” yazıları və qarşısındakı imza - Şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Alan” hissəsində “Qeyd” qrafasında “oxudum razıyam” yazıları və qarşısındakı imza - Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Notarius” qrafasındakı imza, AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Notarius” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Satan” hissəsində “Qeyd” qrafasındakı “oxudum razıyam Adgözəlov” yazıları və imza, AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satan” hissəsində “Qeyd” qrafasındakı “Oxudum razıyam” yazılar və imza Şahid1 tərəfindən yox, Zərərçəkmiş şəxs tərəfindən yox, Şahid3 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Satan” hissəsində “Qeyd” qrafasındakı “oxudum razıyam Adgözəlov” yazıları qarşısındakı və “Notarius” qrafasındakı imzalar, AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satan” hissəsində “Qeyd” qrafasındakı “Oxudum razıyam” yazıları qarşısındakı və “Notarius” qrafasındakı imzalar X5 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Satan” hissəsində “Qeyd” qrafasındakı “oxudum razıyam Adgözəlov” yazılar və qarşısındakı imza, AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satan” hissəsində “Qeyd” qrafasındakı “Oxudum razıyam” yazıları və qarşısındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş AN-1 seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Satan“ hissəsində “Qeyd” qrafasındakı “oxudum razıyam Adgözəlov” yazıları qarşısındakı imza, AN-1 seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satan” hissəsində “Qeyd” qrafasındakı “Oxudum razıyam” yazıları qarşısındakı imza ilə həmin sənədlərdə “Notarius” qrafalarındakı imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 280,0 manat təşkil edir. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 15 noyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2019-cu il tarixdə, saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə “əməlin tövsif edilməsi haqqında” 16 noyabr 2019-cu il tarixli qərardan görünür ki,180066002 saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsindən həmin Məcəllənin 320.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1 maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 16 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədovun 16.11.2019-cu il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, həmçinin Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında ilitzam qətimkan tədbiri seçilməsi haqqında” 16 noyabr 2019-cu il tarixli qərardan hə həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 05 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 05 dekabr 2019-cu il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28694/29555/30248 nömrəli, 09 yanvar 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, AN-İ seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “SATAN” hissəsində ”Qeyd” qrafasında “Охудум разыjам” yazıları və həmin yazılardan aşağıda olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, AN-İ seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “ALAN” hissəsində “Qeyd” qrafasında “Oxudum razıyam” yazıları və həmin yazılardan aşağıda olan imza, AN-İ seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “SATAN” və “ALAN” hissələrində “Qeyd” qrafasında “Oxudum razıyam” yazıları və həmin yazılardan aşağıda olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, X16 tərəfindən yox, Şahid4 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, AN-İ seriyalı 047998 nömrəli 1 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsinin arxa tərəfində “Notarius” qrafasındakı, AN-İ seriyalı 058940 nömrəli 9 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Notarius” qrafasındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən, X16 tərəfindən, X10 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 156,0 manat təşkil edir. Axtarışda olan şəxsin tutulması barədə 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17.12.2020-ci il tarixdə saat 21:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 18 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1 maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 320.1 və 320.2 maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2 maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədovun 19.12.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, həmçinin Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2 maddələri ilə elan edilmiş 19 dekabr 2020-ci il tarixli ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, AN-1 seriyalı, 047998 nömrəli 01 dekabr 2016-cı il tarixli və AN-1 seriyalı 058940 nömrəli 09 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin iş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan 03 may 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, tərəflər arasında barışıq əldə edilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. 31.05.2021-ci il tarixli TT**********2875500 nömrəli “xxxx” ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5500 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.2.2, 178.2.4, 320.1 və 320.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4,-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini,zərərçəkmiş şəxslə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini 2016-cı ilin dekabr ayında törətmiş və həmin cinayətin əməllərinin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbi ilə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 320.1 və 320.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına verilmə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 489,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış AN-1 seriyalı, 047998 nömrəli 01 dekabr 2016-cı il tarixli və AN-1 seriyalı 058940 nömrəli 09 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 489,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış AN-1 seriyalı, 047998 nömrəli 01 dekabr 2016-cı il tarixli və AN-1 seriyalı 058940 nömrəli 09 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar