Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-147/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Lerik rayonu, Vamazqon kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində, ünvan 1 ünvanda yerləşən, meyvə-tərəvəz satışının təşkil edildiyi «Yaşıl Bazar» ticarət mərkəzinin arxa giriş qapısında, yəni çoxlu sayda insanların toplaşdığı, alış-veriş etdiyi yerdə, ətrafdakılara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib, yəni həmin bazarda ucadan nalayiq ifadələr (ifadə edilməsi mümkün olmayan söyüşlər) işlətdiyi üçün, ona öz iradını bildirən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən, bazarın nəzarətçi Zərərçəkmiş şəxs müqavimət göstərərək silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs sol əlin ovuc səthinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir ilə yaxın müddətdə Nərimanov rayonu ərazisində yerləşən «Yaşıl» bazarda arabaçı işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində «Yaşıl» bazarın ətrafında yerləşən kafelərin birində yemək yeyərək spirtli içki qəbul etmişdir. Həmin gün saat 17 radələrində kafedən çıxaraq «Yaşıl» bazarın arxa qapısının qarşısına gəlmişdir. Siqaret almaq üçün bazarın içərisində yerləşən mağazaya getmək istəyərkən tanımadığı şəxslərlə aralarında mübahisə baş vermişdir. Həmin şəxslərdən biri mübahisə zamanı onu nalayiq sözlərlə söydüyündən, o da həmin şəxsi nalayiq sözlərlə söymüşdür. Sonra həmin şəxslər çıxıb getmişdir. Həmin şəxslə mübahisə etdiyi zaman orada başqa şəxslər olmamışdır. Spirtli içkinin təsiri altında olduğu üçün əynində olan gödəkcənin sol yan cibində özünə məxsus qara dəstəkli düyməli bıçağı çıxararaq əlində saxlamışdır. Həmin vaxt bazarın mühafizə xidmətində işləyən Elşən onu sakitləşdirərək bazarın arxa qapısından küçəyə çıxartmışdır. Elşən onu küçəyə çıxardan zaman əlindəki bıçaq Elşənin sol əlinə toxunmuş və Elşənə bilməyərəkdən xəsarət yetirmişdir. Məqsədi Elşəni bıçaqla vurmaq olmamışdır. Elşən hər zaman ona hörmətlə yanaşmış, köməklik göstərmişdir. Zərərçəkmiş şəxsla əvvəllər aralarında hər hansı bir qərəzli münasibətlər olmamışdır. Sonra Elşən yoldan keçən avtomobilə oturub getmişdir. Bir müddət sonra ora gələn polis əməkdaşları onu tutub Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, onun tərəfindən xuliqanlıq hərəkətlərinin edilmədiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl” bazarda nəzarətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, bazarda arabaçı işlədiyi vaxtdan tanıyır. Onunla münasibəti hər zaman normal olmuşdur. Aralarında heç vaxt narazılıq və mübahisə baş verməmişdir. Bir ildən artıqdır ki, Səməd işdən çıxmışdır. Səməd hər gün bazarın ətrafında olur, tüfeyli həyat tərzi keçirir. Daimi yaşayış yeri yoxdur, bazarın ətrafında saxlanılan avtomobillərdə gecələyir. İmkanı daxilində hər zaman Səmədə köməklik etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində bazarda iş yerində olduğu zaman, bazarın arxa qapısının giriş yerində Səmədin əlində bıçaq ünvansız nalayiq söyüşlər söydüyünü və içkili olduğunu görüb ona yaxınlaşaraq sakitləşdirib bazardan küçəyə çıxartmışdır. Səmədin nə üçün və kimi nalayiq söyüşlərlə söydüyünü anlamamışdır, çünki həmin vaxt orada heç kim olmamışdır. Səmədi bazardan küçəyə çıxardan zaman əlindəki bıçaq onun sol əlinə dəyərək yaralamışdır. O, əlinin yaralandığını görüb yoldan keçən taksi avtomobilinə oturaraq xəstəxanaya getmişdir. Xəstəxanada ona ilk tibbi yardım göstərilmişdir. O, xəstəxanadan çıxıb işə qayıdarkən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları zəng edərək onu polis şöbəsinə çağırmışlar. Bir daha qeyd edir ki, Səməd qəsdən ona bıçaqla xəsarət yetirməmişdir. O, Səmədi bazardan küçəyə çıxardan zaman, Səmədin əlindəki bıçaq ehtiyatsızlıqdan onun əlinə dəyərək yaralamışdır. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində həmkarı Şahid2 ilə birlikdə Nərimanov rayonu, M.Nağıyev küçəsində xidməti vəzifələrini yerinə yetirərkən çağırış vasitəsi ilə onlara məlumat daxil olmuşdur ki, “Yaşıl” bazar adlanan yerdə bir nəfər şəxs sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq ifadələr işlədir. Məlumat daxil olduqdan dərhal sonra qeyd olunan yerə yaxınlaşaraq hazırki iş üzrə təqsirləndirilən şəxsi idarə etdikləri «Doblo» markalı patrul avtomobilinə otuzdurmuşlar. Onlar “Yaşıl” bazar adlanan yerə yaxınlaşan zaman həmin şəxsin nalayiq ifadələr və ya söyüş söyməsinin şahidi olmamışlar. Həmin şəxsin əynindəki şalvarının arxa cibində bıçaq olduğunu görüb həmin bıçağı cibindən götürmüşlər. Daha sonra avtomobili idarə edərək Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin inzibati binasına gələrək həmin şəxsi və onun cibindən götürdükləri bıçağı təqdim etmişlər. Polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutmamışdan qabaq onun bazarın arxa qapısında bazar nəzarətçilərindən birinə bıçaqla əlindən xəsarət yetirməsini polis şöbəsində olduqları zaman öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Nərimanov rayonu ərazisində yerləşən «Yaşıl Bazar»da baş nəzarətçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs da həmin bazarda nəzarətçi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs səlahiyyətinə bazarda alış-verişlə məşğul olan vətəndaşların normal ticarətlə məşğul olmalarını təmin etmək və ictimai asayişi qorumaq daxildir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində həmin bazarda əvvəllər arabaçı işləmiş Təqsirləndirilən şəxs nəzarətçi Zərərçəkmiş şəxs əl nahiyyəsindən bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Hadisə yerinə gəldiyi zaman Elşənin xəstəxanaya getdiyini, Səmədin polis tərəfindən şöbəyə aparıldığını öyrənmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində xidmət yoldaşı Şahid1 ilə birlikdə Nərimanov rayonu, M.Nağıyev küçəsində xidməti vəzifələrini yerinə yetirərkən bir nəfər şəxsin sərxoş vəziyyətdə küçədə ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin vətəndaşa yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək ona ictimai qaydalara riayət etməsini tələb etmişlər. Lakin həmin şəxs onların tələblərinə tabe olmayaraq təkrar uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin şəxsi idarə etdikləri «Doblo» markalı ** AP *** patrııl avtomobilinə otuzdurmuşlar. Həmin şəxsin əynindəki şalvarının arxa cibində bıçaq olduğunu görüb həmin bıçağı cibindən götürmüşlər. Avtomobili idarə edərək Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin inzibati binasına gələrək həmin şəxsi və onun cibindən götürdükləri bıçağı təqdim etmişlər. Polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutmamışdan qabaq onun bazarın arxa qapısında bazar nəzarətçilərindən birinə bıçaqla əlindən xəsarət yetirməsini polis şöbəsində olduqları zaman öyrənmişlər. Cinayət işinin 11-ci vərəqində olan 2/11762 nömrəli, xx.xx.2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Cinayət işinin 16-19-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, əməliyyat qrupu vətəndaş Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində fəaliyyət göstərən “Yaşıl Bazar”ın arxa hissəsinə düşən ərazidir. Həmin yer vətəndaş Zərərçəkmiş şəxs tərəfindən əyani olaraq göstərilmişdir. Hadisə yeri açıq ərazidir, insanların hərəkəti sərbəstdir. Yaxınlıqda ictimai iaşə obyektləri olsa da, hər hansı müşahidə kameraları aşkar edilmədi. Odur ki, tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı tərəfindən fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış açıq havada həyata keçirilmş və heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 xx.xx.2020-ci il tarixli, 209-M saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol əlin ovuc səthinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 3/56 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 57-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 58-59-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-3063/2020 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbsetmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən, saat 12:00-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 66-cı vərəqində olan “QAYA-M LTD”nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs həqiqətən şirkətə məxsus olan “Yaşıl Bazar” Ticarət Mərkəzində xx.xx.2016-cı il tarixdən nəzarətçi vəzifəsində işləyir. Onun vəzifələri bazarda ictimai asayışın qorunmasına nəzarət etmək və Azərbaycan Respublikasının qanunları çərçivəsində bu barədə tədbirlər görməkdir. Cinayət işinin 76-80-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd cib bıçağının maddi sübut hesab edilməsi və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinin 102-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, 1(005)-147/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Eyni zamanda hadisə iştirakçıları olmuş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs içkili vəziyyətdə “Yaşıl bazar”ın arxa qapısının giriş yerində əlində bıçaq ünvansız nalayiq söyüşlər söydüyünü və həmin vaxt orada heç kimin olmadığını, Zərərçəkmiş şəxs içkinin təsiri altında olan Təqsirləndirilən şəxs bazardan küçəyə çıxartmaq istədiyi zaman Təqsirləndirilən şəxs əlində olan bıçağın təsadüfən Zərərçəkmiş şəxs sol əlinə dəyərək xəsarət aldığını göstərmişlər. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ictimai qaydanın pozulduğu halda ibtidai araşdırma orqanı hadisənin baş verdiyi yerdə hadisəni görmüş şəxslərin dairəsi müəyyənləşdirməli, həmin gün orada olan digər şəxsləri iş üzrə şahid qismində dindirməli, bununla da ictimai qaydanın pozulması hallarının baş veribvermədiyini aydınlaşdırmalı olduğu halda bunu etməmiş, mübahisə tərəflərinin dindirilməsi ilə kifayətlənmişdir. İş üzrə şahid qismində tanınmış şəxslər isə hadisənin bilavasitə şahidi olmamışlar. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində cib bıçağından istifadə etməklə qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmiş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş bir ədəd cib bıçağı məhv edilməlidir. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi xx xxxx 2021-ci il – xx xxxxx 2021-ci il tarixlərdə keçirilmiş 4 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 73.2, 321, 346, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş bir ədəd cib bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-147/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-147/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver