Məhkəmə qərarları › İş №1(005)-147/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-147/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-147/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 tərəfindən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını xahiş etmişdir Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMCnin fəaliyyəti beynəlxalq yük daşıması ilə məşğul olmaqdan ibarətdir. Bu məqsədlə bir çox hüquqi və fiziki şəxslərlə bağladıqları müqavilələr əsasında fəaliyyət göstərirlər. xx.xx.2022-ci il tarixdə şirkətin keçmiş direktoru X13 (O, 15 02.2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil X1suz əməllərinə qarşı dinc aksiya təşkil etməklə Bakı şəhəri, Nərimanov rayonu, H Əliyev prospektinin bir hərəkət zolağında "xxxx" MMC-yə məxsus 4 ədəd nəqliyyat vasitəsini hərəkətsiz halda saxlamışdır. Həmin hadisə ilə bağlı şirkətin keçmiş direktoru X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılmışdır. X11 cinayət işi başlanıldıqdan və barəsində qanunsuz həbs qətimkan tədbiri tətbiq edildikdən sonra həm onun, həm də “R Group Azerbaijan" MMC barəsində bir çox yalan və böhtan dolu xəbərlər yayılmağa başlanıldı. Həmin xəbərlər istər sosial mediada, istərsə də kütləvi informasiya vasitələr, o cümlədən televiziya vasitəsilə tirajlanırdı. Müxtəlif vasitələrlə ona və şirkətinə qarşı yalançı şahidlər, zərərçəkmiş şəxslər üzə çıxmağa başlanmışdır. Hətta iş o yerə çatmışdır ki, artıq cinayət qanunvericiliyinin tələbləri pozulmaqla həmin yalançı şahidlər barəsində böhtan xarakterli informasiyalar verməyə başlamışlar. Fəaliyyət göstərdikləri müddət ərzində Azərbaycan Respublikasında tanınmış və nüfuzlu şirkət olaraq yerli və xarici sahibkarlarla əməkdaşlıq etmişlər. Şirkət həm ölkə xaricində, həm də Azərbaycanda güvənli bir şirkət kimi tanıdığı üçün bir çox şəxslər onlarla birgə iş görməkdə maraqlı olmuşlar. Eyni zamanda şirkətdə əmək müqaviləsi və xidməti müqavilə əsasında çox sayda əməkdaş fəaliyyət göstərmişdir. Həmin şəxslərdən biri də X14 olmuşdur. Onunla aralarında olan xidmət müqaviləsinə əsasən o, aldığı xidmət haqqının əvəzində özünə məxsus nəqliyyat vasitəsi ilə sürücü qismində müxtəlif ölkələrə beynəlxalq yük daşımaları həyata keçirməli idi. Onun şirkətlə müqavilə əsasında fəaliyyət göstərdiyi 1 il ərzində aralarında heç bir narazılıq olmamış və şirkət tərəfindən törədilmiş hər hansı qanun pozuntusunun olması barədə söhbət olmamışdır. X7 xx.xx.2022-ci il tarixdə hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 2 küçəsi, 21 olan Real TV-nin (X15 Mərkəzi MMC) efirində müsahibə verərək şirkətin keçmiş direktoru R.Cəfərovun və şirkətin ünvanına böhtan, yalan olduğunu bilə-bilə R.Cəfərovun və şirkətin şərəf və ləyaqətini ləkələyən və onlara nüfuzdan salan yalan məlumatları yayaraq efirdə bildirmişdir ki, “Onlarla (guya şirkətlə) mənim sənəd problemim olduğu üçün mənim maşınları Rusiyada qaldı, sürücülərlə aramızda problem oldu, bu bizə sənəd verə bilmədi. “R Group Azerbaijan" MMC ilə bağlı bu problemləri biz yaşadıq. Yəni Rusiyada da ki, sənədlə bağlı Nəqliyyat Nazirliyinin əməkdaşları maşını yoxlayıb, yoxlanış keçirən zaman maşında olan sənədin saxta olduğunu bildirib. Mən ona dedim ki, şirkətə maşın qoymaq üçün mən sizə pul ödəmişəm. Bu sənədlə bağlı, firmaya qoymaq üçün pul ödəmişəm, bunlar necə olacaq. Sən mənə köməklik edə bilmirsən? Dedi ki, heç nə, o pul da sənlə bərabər batdı". Bu məsələ ilə bağlı qeyd edilir ki, şirkətin onunla heç vaxt belə bir söhbəti olmamışdır. Nəqliyyat vasitələri heç vaxt məhz sənədlərin saxta olması ilə bağlı saxlanılmamışdır. Əgər saxta sənədlə nəqliyyat vasitəsi saxlanılsa idi onda qanuna uyğun tədbirlər görülməli idi. X20 heç bir sübut təqdim etmədən, nümayişkaranə şəkildə yalan və böhtan olduğunu bilə-bilə şirkətə və onun direktoruna qarşı əsassız ittihamlar irəli sürməklə onlara böhtan atmışdır. Zamir Qasımovun verdiyi müsahibə ilə tanış olduqda müəyyən olunmuşdur ki, o, öz fikirlərini yalnız yalan və böhtan üzərindən qurmuşdur. Belə ki, "xxxx" MMC fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt hər hansı sənədin saxtalaşdırılmasına yol verməmişdir. Bu faktı təsdiq edəcək heç bir sübut yoxdur. X17 dediyi kimi bir hal olmuşdursa onda niyə indiyədək nə şirkət, nə də onun hər hansı vəzifəli şəxsləri barədə cinayət işi başlanılmamışdır. Nəinki cinayət işi, heç bu halla bağlı araşdırma belə aparılmamışdır. Zamir Qasımov onların konsitusion hüquqlarının pozulmasına şərait yaratmış, onun tərəfindən şirkətin və onun rəhbərinin şərəf və ləyaqətinin ləkələnməsinə, barəsində onları nüfuzdan salan, həqiqətə uyğun olmayan və əsassız və böhtandan ibarət məlumatların yayılmasına şərait yaratmışdır. Hesab edilir ki, onun çıxışından tam aydın şəkildə müəyyən olunur ki, o, bu addımı kiminləsə əvvəlcədən və düşünülmüş şəkildə planlamış və həyata keçirmişdir. Həmçinin müsahibə verən zaman arxasını kameralara çevirməklə danışması sübut edir ki, yalan danışdığını və böhtan atdığını bildiyi üçün ictimai qınaqdan çəkinmişdir. Həmin müsahibə verilən zaman məlumatlı olmamışlar. Yalnız tanışları onlara bu barədə məlumat verdikdən sonra müsahibə ilə tanış olmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə şikayətin xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilməsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması əsaslarına görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdən aydın olur ki, həmin şikayət, X14 tərəfindən həm "xxxx" MMCnin, həm də onun keçmiş rəhbəri X8 şərəf və ləyaqətinin ləkələnməsinə, barəsində onları nüfuzdan salan, həqiqətə uyğun olmayan və əsassız və böhtan xarakterli məlumatların yayılmasına görə verilmişdir.

1. Xüsusi ittiham qaydasında şikayətin "xxxx" MMC-nin keçmiş rəhbəri X11 dair hissədə qəbuledilməzliyinə dair məhkəmənin mövqeyi: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər həmin MMC-nin direktoru Cəfərova P. tərəfindən X5 həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli vəkil orderi ilə müəyyən edilir ki, həmin order üzrə X6 tərəfindən "xxxx" MMC-yə hüquqi yardım göstərilməsi müəyyən edilmişdir. İş materiallarında X6 tərəfindən "xxxx" MMC-nin keçmiş rəhbəri X11 hüquqi yardım göstərilməsinə və ya məhkəmədə onun qanunla müəyyən edilmiş hüquqlarının, o cümlədən xüsusi ittiham qaydada şikayət vermək hüququnun həyata keçirilməsinə imkan verən hüquqi bağlılığı təsdiq edən hər hansı etibarnəmə və ya vəkil orderi mövcud deyil. Azərbaycan Respublikası CPM-in: 103.2-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir; Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində zərər çəkmiş şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil iştirak edə bilər. Qeyd edilənlərə əsasən, cinayət prosesi zamanı "xxxx" MMC-nin keçmiş rəhbəri X8 qanuni mənafeyini təmsil etmək və onun adından məhkəmədə iştirak etməklə ona məxsus hüquqları həyata keçirmək hüququ olmayan şəxs tərəfindən verildiyindən xüsusi ittiham qaydasında şikayət "xxxx" MMC-nin keçmiş rəhbəri X11 dair hissədə qəbuledilməzdir. Azərbaycan Respublikası CPM-nin 302.1.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə baxışının keçirilməsindən imtina edir.

2. Xüsusi ittiham qaydasında şikayətin "xxxx" MMC-yə dair hissədə qəbuledilməzliyinə dair məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Həmin normaların dispozisiyasını onların yer aldığı cinayət qanununun müvafiq bölməsi və fəsli ilə birlikdə təfsir etdikdə aydın olur ki, sözügedən cinayətlərin obyekti olaraq şəxsiyyəti, şəxsiyyətin ləyaqətini göstərməklə, maddələrin dispoziyasında təsvir edilən cinayətkar qəsdlərdən hüquqi şəxsləri (onların işgüzar nüfuzunu) deyil, məhz fiziki şəxsləri, fərdlərin şərəf və ləyaqətini, nüfuzunu qoruyur. Belə ki, Cinayət Məcəlləsinin Vİİİ bölməsi “Şəxsiyyət əleyhinə olan cinayətlər”, XİX fəsli “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” adları altında təsbit edilməklə, bu bölmədə və fəsildə göstərilən bütün cinayətlər üçün həm xüsusi, həm də bilavasitə obyekt qismində məhz fiziki şəxslərə aid olan, cinayət qanunu ilə qorunan dəyərləri, hüquq və azadlıqları, maraqları ehtiva edirlər. Göründüyü kimi, qanunvericilik qeyd olunan bölmənin və fəslin obyektini bu cür müəyyən etməklə, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsində hüquqi şəxslərin işgüzar nüfuzunun mülki-hüquqi vasitələrlə müdafiəsini nəzərdə tutmaqla hüquqi şəxslərin işgüzar nüfuzuna zərər vuran hərəkətləri cinayət məsuliyyəti yaradan əməllər kimi deyil, mülki məsuliyyətə səbəb olan pozuntular kimi təsbit etmişdir. Belə olan təqdirdə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 tərəfindən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 tərəfindən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar