Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-147/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “FEMİDA” Vəkil bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa Karina Bandarenko adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək «Facebook» sosial şəbəkəsində özünü falçı kimi təqdim edib insanların üzərlərində olan «şər qüvvələri» təmizləməklə məşğul olması barədə elan yerləşdirməklə onunla əlaqə saxlamış Zərərçəkmiş şəxs Karina Bandarenko adlı şəxslə birlikdə bəxt-tale yollarını açacağına, anasının səhhətində yaranan problemləri cadu yolu ilə sağaldacağına dair yalan vədlər verib aldadaraq, bu sahədə xidmətlərin göstərilməsi adı ilə 13 oktyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərindən, sonuncu dəfə ünvan 3 ünvanında yerləşən Gənclik Mail ticarət mərkəzindən olmaqla ümumilikdə 9.970 manat pulun Zərərçəkmiş şəxs tarəfindən Təqsirləndirilən şəxs yönləndirdiyi müxtəlif kart hesablarına göndərilməsinə nail olub həmin əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdərək, ümumilikdə Zərərçəkmiş şəxs 9.970 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaqlıqdan falçılıqla məşğul olur və kart vasitəsilə baxıcılıq edir. Bunun müqabilində insanlardan müəyyən məbləğlərdə pullar alır. Əsasən "Facebook" sosialə şəbəkəsində İnna Zeynalova adlı profillə paylaşımlar edir. Ona müraciət edən şəxslər adını, soyadını və fotoşəklini göndərir, həmçinin kart hesabına 20-30 manat ödəniş edir, daha sonra həmin şəxslərin falına baxıb bir il ərzində başına gələ biləcək hadisələr barədə onları xəbərdar edir. Həmçinin həmin şəxslərə cadu edilib-edilmədiyini, bəxtlərinin nə üçün bağlı olduğunu deyir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub falına baxdırmaq istədiyini demiş, özünü ona İrina adı ilə təqdim etmiş və özünə məxsus "Leobank" tərəfindən emissiya edilmiş 4098-5844-6411-12-34 nömrəli kart hesabını verərək, 20 manat pul köçürdüyü halda falına baxa biləcəyini demişdir. Həmçinin Ləmanın adını, soyadını öyrənmiş və fotoşəklini göndərməyini bildirmişdir. Ləman qeyd etdiyi şərtlərə əməl etdikdən sonra kart vasitəsilə onun falına baxmış və Ləmanın lənətləndiyini görmüşdür. Belə ki, Ləmana kiminsə cadu etdiyini müəyyən etmiş, ona görə də, bütün işləri tərsinə gedirdi. Bu barədə Ləmana məlumat vermiş, sonuncu isə xahiş etmişdir ki, cadu yolu ilə onun bəxtinin açılmasına köməklik göstərsin, sevdiyi oğlan öz ailəsindən ayrılıb onunla evlənsin. Həmin zaman Ləmana cadu edə bilmədiyini, bu işdə Ukrayna vətəndaşı olan Karina Bondarenko adlı qadının köməklik edə biləcəyini demişdir. Belə ki, təxminən 20 ildir ki, Karinanı tanıyır, sonuncu cadu işləri edilmiş caduların pozulmasında köməklik göstərməklə məşğul olur. Həmçinin Karina ilə aralarında olan razılığa əsasən sonuncuya hər hansı bir müştəri göndərəndə Karina aldığı pulların bir hissəsini ona verməli idi. Buna görə də, Karinaya məxsus +380 98 ***-**-** saylı mobil nömrəni Ləmana vermişdir ki, onunla danışıb işini həll etsin. Eyni zamanda bu barədə Karinaya da məlumat vermişdir. Daha sonra Ləman Karina ilə əlaqə saxlamış və bildiyi qədəri ilə onlar Ləmanın anasının xəstəliyinin sağalması, sevdiyi oğlanın arvadından boşanıb onunla evlənməsi barədə cadu etməsi üçün Karina ilə razılaşmışlar. Bundan sonra Ləman Karinaya göndərməsi üçün onun kart hesabına müxtəlif məbləğlərdə pullar göndərmişdir. Karina ilə danışıb ona göndərilən pulların bir hissəsini özünə götürmüş, bir hissəsini isə Karinaya göndərmişdir. Beləliklə, 2022-ci ilin noyabr ayının sonunadək olan müddət ərzində Ləman onun və Karinanın kart hesablarına müxtəlif məbləğlərdə pullar göndərmişdir. Bəzi hallarda isə özünün kartında problem olduğu üçün dostu Andrey Yusenkonun və tanışı Fatma Orucovanm kart hesablarını Ləmana göndərmişdir ki, pulları həmin hesablara göndərsin. Lakin, aradan xeyli vaxt keçdiyi üçün həmin məbləğlərin heç birini tam xatırlamır. Andrey və Fatmanın isə bu işdə heç bir maddi maraqları olmamışdır. Sadəcə özünün xahişi ilə pulların bir hissəsi həmin şəxslərin kart hesabına göndərilmişdir. O, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 9.970 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında rəfiqələri ilə söhbət zamanı eşitmişdir ki, "Facebook" sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı bir şəxs fala baxmaqla məşğul olur, onun kart hesabına pul göndərirsən, o da falına baxıb nə olacağını sənə deyir. Bu özündə maraq yaratdığı üçün Təqsirləndirilən şəxs adlı "Facebook" sosial şəbəkəsindəki səhifəsinə daxil olmuş, həmin şəxs öz səhifəsində fala baxmaqla məşğul olması barədə məlumatlar paylaşdığını görmüşdür. Bundan sonra öz falına baxdırmaq istəmiş və bu məqsədlə onunla fala baxdırmış rəfiqələrinin birindən nömrəsini istəmiş, daha sonra xx.xx.2022-ci il tarixdə İnnanın istifadəsində olan 050 ***-**- ** saylı mobil nömrəyə zəng etmiş və ona fala baxdırmaq istədiyini demişdir. İnna falına baxmaq adı ilə ondan adını soruşmuş, daha sonra fotoşəklini istəmiş və ona 20 manat pul göndərməli olduğunu demişdir. Falına baxması üçün İnnaya öz adını demiş, daha sonra "Whatsapp" proqramı vasitəsi ilə fotoşəklini göndərmişdir. Həmçinin İnnanın ona göndərdiyi 4098 5844 6411 1234 nömrəli kart hesabına 20 manat pul göndərmişdir. Həmin ərəfədə Gənclik Mail ticarət mərkəzində satıcı işlədiyi üçün İnnaya həmin pulu Gənclik Mail ticarət mərkəzindən göndərmişdir. Təxminən 15-20 dəqiqə sonra İnna ona zəng edərək onun ailəsin cadu oldunduğunu, əgər vaxtında cadunu təmizləməsə anasının ağır xəstəliyə düçar olacağını bildirmişdir. Həmin ərəfələrdə anası özünü narahat hiss etdiyi üçün, eləcə də bədənində müəyyən ağrılar olduğu üçün İnnanm sözlərinə tam inanmış və cadunu necə təmizləmək lazım olduğunu soruşduqda İnna bildirmişdir ki, o, İsrail Respublikasında yaşayan Katrin adlı falçı tanışının vasitəsi ilə onlara olunmuş cadunu təmizləyə bilər. Bunun üçün ilkin olaraq 350 manat pul və yaşadığı evin, otaqların, eləcə də anasının fotoşəklini ona göndərməyini istəmişdir. İnnaya inandığı üçün elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam evə getdikdən sonra yaşadığı ünvan 4 ünvanından İnnanın 4098 5844 6411 1234 nömrəli kart hesabına 175 manat pul göndərmişdir. Eyni zamanda İnnanın ona dediyi kimi mənzilin şəkillərini çəkib ona göndərmişdir. Bundan sonra İnna müxtəlif bəhanələr gətirərək ondan cadunun təmizlənməsi üçün müəyyən məbləğlərdə pullar istəmişdir. İnnaya inandığı üçün və anasına nəisə olacağından qorxduğundan, işlədiyi Gənclik Mail ticarət mərkəzindən mobil telefonu vasitəsi ilə xx.xx.2022-cü il tarixdə İnnanın kart hesabına 375 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə İnnanın göndərdiyi Andrey Yusenko adlı şəxsin adına olan 4169-7388-2989- 4579 nömrəli kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə yenə də Andrey adlı şəxsin adma olan kart hesabına 700 manat, xx.xx.2022-ci il tarixdə İnnanm kart hesabına 20 manat, xx.xx.2022ci il tarixdə İnnanm göndərdiyi Fatma Orucova adlı şəxsin adına olan 4169-7388-3096-0070 saylı kart hesabına 400 manat pul göndərmişdir. Lakin, Andrey və Fatma Orucova adlı şəxsləri ümumiyyətlə tanımamış, onlarla heç bir şəxsi münasibəti olmamışdır.İnna caduları İsrail dövlətində yaşayan Katrin adlı xanımla birlikdə həll etdiyini demiş və ona Katrinin istifadəsində olan +38066 ***-**-** saylı mobil nömrəni vermişdir. Həmin nömrə vasitəsi ilə özünü Katrin kimi təqdim edən şəxslə Whatsapp proqramı vasitəsi ilə danışdıqda Katrin də ona və ailəsinə cadu olunduğunu deyərək İnna ilə köməkli şəkildə bu bəlanı onların üzərindən götürəcəyini demişdir. Artıq onların ikisinin arasında qalmış və hərəsi bir tərəfdən ona zəng edərək onu bədbəxt hadisələrin baş verəcəyinə inandırmışlar. Guya həmin hadisələrin qarşısını almaları, eləcə də ona və ailəsiə olunmuş cadunun təmizlənməsi üçün onlara pul vermişdir. Beləliklə, yuxarıda qeyd etdiyi məbləğlərdən başqa işlədiyi Gənclik Mail ticarət mərkəzindən mobil proqram vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 330 manat, xx.xx.2022-ci il tarixdə Gənclik Mail ticarət mərkəzindəki E-manat terminalı vasitəsi ilə 400 manat, yenə eyni gündə mobil proqram vasitəsi ilə 200 manat, daha sonra ödəmə terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 450 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 450 manat, xx.xx.2022-ci il tarixdə isə 400 manat olmaqla İrina Kuznetsovaya ümumilikdə 6050 manat pul göndərmişdir. Bundan sonra İrina öz kartında limitin dolduğunu deyərək Karinaya məxsus 4149-5100-4964-5460 saylı kart nömrəsini ona göndərmiş və pulu həmin karta göndərməyini xahiş etmişdir. Bundan sonra artıq Karinanm kart hesabına pulları göndərməyə başlamışdır. Belə ki, İnna ona zəng edib cadunun təmizlənməsi zamanı yeni problem çıxdığını demiş, işin qurtarması üçün əlavə pul istəmişdir. Artıq başladığı işi yarımçıq qoymaq istəmədiyi üçün ona pul göndərməyə davam etmişdir. Beləliklə, Gənclik Mail ticarət mərkəzindən mobil proqram vasitəsi ilə Karinaya məxsus 4149-5100-4964-5460 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 550 manat, xx.xx.2022-ci il tarixdə230 manat, xx.xx.2022-ci il tarixdə 1240 manat, xx.xx.2022-ci il tarixdə 1050 manat, xx.xx.2022-ci il tarixdə İrinanın göndərdiyi Fatma Orucova adlı şəxsin adına olan 4169-7388-3096- 0070 nömrəli kart hesabına 500 manat, daha sonra Karinanın göndərdiyi 4149-5100-4964-5460 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə isə 50 manat pul göndərmişdir. Bununla da Karinaya məxsus bank kartına ümumilikdə 3420 manat, əlavə olaraq Fatmanın kart hesabına isə 500 manat pul göndərmişdir. Bununla da İnna və Karina adlı şəxslər onun həyatında yaranacaq problemlərin qarşısını almaq, eləcə də ona və ailəsinə olunmuş cadunun təmizlənməsi adı ilə onu aldadaraq ümumilikdə 9.970 manat pulunu alıb ələ keçirmişlər. Daha sonra onlar bir müddət onunla əlaqə saxlasalar da, sonradan nə İnna, nə də Karina onun telefon zənglərinə cavab verməmişlər. Həmçinin bu hadisə ilə bağlı anasına da məlumat verdikdə anası onu danlayaraq İnna və Karina adlı şəxslərin onu aldatdığını, nahaq yerə onlara pul göndərdiyini demişdir. Eyni zaman bundan xəbər tutan digər tanışları da onu qınamağa başlamış, eləcə də öz şəxsi işlərində problemlər yaranmağa başlamış, 2023-cü ilin yanvar ayında işindən ayrılmaq məcburiyyətində qalmışdır. İnna və Karinanın ona söz verdiklərinin əksinə hər şey daha da pisləşmişdir. Dəfələrlə İnna və Karinaya zəng edib vəd verdikləri işlərin əksinin yaşandığını demiş və onlara verdiyi pulları tələb etmişdir. Lakin, onlar ona pul qaytarmaqdan imtina etmiş və zənglərinə cavab verməmişlər. Artıq onlar tərəfindən aldadıldığını başa düşmüş və buna görə də onların barəsində şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayının ikinci yarısında Ləmanla söhbət zamanı sonuncu bildirmişdir ki, ona və ailəsinə cadu olunub, anası ağır xəstəliyə tutula bilər. Ləmandan qeyd etdiklərini haradan öyrəndiyini soruşduqda sonuncu bildirmişdir ki, İnna adlı falçı onun falına baxıb və onlara cadu olunduğunu, anasının ağır xəstəliyə tutulacağını, işlərində problem olacağını demişdir. Ləmana məsləhət görmüşdür ki, falçıların sözünə inanmasın, onlar pul əldə etmək üçün ağızlarına gələni danışırlar. Lakin, Ləman onun dediklərini etməmiş, onlara edilmiş cadunu pozdurmalı olduğunu demiş, bunu İnna və onun israilli tanışı Karina adlı qadının edəcəklərini bildirmişdir. Həmin ərəfədə Ləman İnna və Karinanın kart hesablarına müxtəlif məbləğlərdə pullar göndərmişdir. Dəfələrlə ona xəbərdarlıq edib falçıların saxtakar olduğunu, onu aldadıb pullarını aldıqlarını desə də, Ləman ona deyil, İnna adlı qadına inanmış və mütəmadi olaraq ona pul göndərməyə davam etmişdir. Təxminən 2022-ci ilin yanvar ayında Ləman işdən çıxmış və onun şəxsi həyatında da problemlər yaranmağa başlamışdır. Söhbət zamanı Ləmana demişdir ki, “bəs falçı bütün problemləri həll etməli idi. Nə oldu?!”, Ləman isə bu barədə İnnaya dediyini, lakin artıq nə İnnanın, nə Karinanın onun zənglərinə cavab vermədiyini bildirmişdir. Artıq həmin vaxtlarda Ləman başa düşmüşdür ki, İnna adlı falçı onu aldatmışdır. Bundan sonra Ləmana məsləhət görmüşdür ki, polisə şikayət etsin və falçıların onu aldadıb ələ keçirdikləri pulları onlardan geri alsın. Ləman bildiyi qədəri ilə İnna və Karina adlı falçılara ümumilikdə 10.000 manat civarında pul vermişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, ona dəyən ziyanın ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin Mərkəz filialının xx.xx.2024-cü il tarixli, 30470 nömrəli ödəniş qəbzi, xx.xx.2024-cü il tarixli, 3041 nömrəli ödəniş qəbzi, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 dəymiş zərərin 25 faizi, yəni 2.493 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (9.970 manat-25 faizi 2493 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-147/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-147/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver