Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-147/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ saat 11:44 Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Femida vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2lı qarajda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan sözlü mübahisə zamanı sonuncunun gecə vaxtı səs-küy salmasına irad bildirməsini bəhanə edərək qeyri-rəsmi nikahda olduğu Şahid4 ilə əlbir olan bir qrup şəxs halında birləşib özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsinin nöqtəvari qansızması ilə nəticələnən bədən xəsarəti yetirməklə xuliqanlıq etmiş, qrup üzvü Şahid4 isə Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə qəsdən bir neçə ardıcıl zərbələr vurub ona sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol gicgah, sol yanaq, alt çənənin sol yarısının boyunun ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin sol yarısının bayır səthinin, sol bazu oynağının arxa səthinin, döş qəfəsinin sol yarısın arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, sağ bazunun orta üçdə birinin arxa səthinin sıyrıqları, sağ bazu oynağının ön səthinin, sol sarğı nahiyəsinin bayır kvadratının, sol budun aşağı üçdə birinin arxa səthinin, sağ budun yuxarı üçdə birinin arxa səthinin sağ budun aşağı üçdə birinin arxa səthinin, sol diz oynağının bayır səthinin, sol baldırın yuxarı və orta üçdə birinin bayır səthlərinin, sağ budun yuxarı üçdə birinin iç səthinin qaçırları və sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən hematoması müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4nın həyətindəki 7 saylı qarajda ailə üzvləri ilə birlikdə yaşayır. Şahid4 ilə 2022-ci ilin sonlarında ailə həyatı qurmuş, həmin vaxtdan da onun ailə üzvləri ilə birlikdə yaşayır. Valeh ondan başqa Şahid1 Kamaləddin qızıyla da evlidir və rəsmi nikahları vardır. Aybənizlə evliliyindən 4 azyaşlı qızı var, onunla olan evliliklərindən isə xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı oğulları vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə çay içirmişlər. Həmin vaxt onunla qonşuluqda, yəni X.Şuşinski küçəsi 21 ünvanındakı binada yaşayan Emil adlı şəxs məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib onların ünvanlarına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmaqlarına irad bildirmişdir. Etirazlarını bildirib, ondan məhəlləni tərk etməsini istəsələr də Emil onlara məhəl qoymadan video çəkməyə davam etmişdir. Emilin onları video çəkməsinə və onları təhqir etməsinə dözməyib, əsəbiləşərək onun sifətindən itələmişdir. Emil yenidən Valehin üzərinə gəldiyindən onun sifətinin sağ tərəfindən bir dəfə şillə ilə vurmuşdur. Emil zərbənin təsirindən yerə yıxılmışdır. Emilin yıxıldığını görüb onun qolundan tutaraq ayağa qaldırmış və yaşadığı evə göndərmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində yaşadıqları həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə söhbət edirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib guya onların, səs-küy saldıqlarını bəhanə edib onların ünvanlarına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmalarını irad bildirmişdir. Valeh Emildən onlardan nə istədiyini, niyə onları yaşamağa imkan vermədiyini, mütəmadi olaraq məhəlləyə daxil olub video çəkərək ailə üzvlərimizi narahat etməsinin səbəbini soruşmuş və Emildən onlardan əl çəkməsini istəmişdir. Emil isə onların ünvanlarına nalayiq ifadələr işlədərək həyətdə oturmaqla guya səs-küy saldıqlarını bildirmişdir. Valeh Aybənizlə birlikdə Emili həyətdən qovarkən o da onlara köməklik etmiş və Emili həyətdən qovaraq öz yaşadıqları məhəlləyə tərəf qovmuşlar. Emil isə arxa-arxaya hərəkət edib əlindəki telefonla onları videoya çəkirmiş. Emilin yaşadığı ünvan 5 ünvanında yerləşən binanın 3-сü blokunun qarşısına çatdıqda Emil onların ünvanlarına nalayiq ifadələr işlətdiyindən Valeh əsəbiləşərək yumruq və təpiklə onu döyməyə başlamışdır. Mübahisə zamanı Emil onun qarnına təpik vurduğundan o da özünü müdafiə etmək üçün onun sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Valchlə Emil arasında olan mübahisə zamanı Valeh bir dəfa Emilin sinəsindən əli ilə itələmişdir. Emil yenidən Valehin üzərinə gəldiyində isə Valeh Emilin sifətindən bir dəfə şillə ilə vurmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında ünvan 6 ünvanında yerləşən binanın 3-cü blokunun qarşısına baş vermiş mübahisə zamanı Valeh Emili əliylə və ayağıyla vuraraq döymüşdür. Zərərçəkmiş şəxs yalan danışır, mübahisə baş verməzdən öncə ailə üzvləri ilə birlikdə yaşadıqları qarajın qarşısında oturmuşlar, onların yanlarında ailə üzvlərindən başqa heç kim olmamış, qeyd olunduğu kimi avtomobildə yüksək səslə musiqi dinləmələri halı olmamışdır. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs döymək niyyəti olmamış, əli ilə ona vurduğu zərbə ehtiyatsızlıqdan baş vermişdir. Emilin yaxasını tutmaqda məqsədi Valeh ilə onları aralamaq olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında 10 ilə yaxın müddətdir ki, tək yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı evdə olarkən yatmağa getməmişdən öncə mənzilinin pəncərələrini bağladıqda binanın həyətində sesküy olduğunu eşitmiş və eyvana çıxaraq ətrafa baxmışdır. Səs olanda yata bilmədiyindən səs edənləri müəyyən edib sakitləşdirmək məqsədi ilə əynini dəyişərək yaşadığı binanın həyətinə düşmüşdür. Həyətə düşərkən saata baxmış və saatın 01:10 olduğunu görmüşdür. Yaşadığı binanın həyətinə düşdükdə səsin onların binasının həyətindən deyil, yaxınlıqdakı N.Yusifbəyli küçəsində yerləşən 9 mərtəbəli binanın həyətindən gəldiyini müəyyən edib həmin binanın həyətinə daxil olmuşdur. Binanın həyətinə daxil olduqda Valehin yaşadığı qarajın qarşısında qışqıra-qışqıra onun qarşısında dayanmış qadını döydüyünü görmüşdür. Kənarda durub bir neçə dəqiqə onları müşahidə etdikdən sonra Valehə yaxınlaşaraq irad bildirib gecə vaxtı olduğunu və səs-küydən yata bilmədiyini deyib, sakitçilik yaratmalarını xahiş etmişdir. Həmçinin, əvvəllər aralarında olan münaqişəni xatırladaraq Valehə özünü sakit aparmasını tövsiyyə etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə də analoji hadisə baş vermiş, Valeh onu döyərək xəsarət yetirmiş və onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Valeh isə cavab olaraq, səs-küy salmadığını və səsin binanın 6-с1 mərtəbəsindən gəldiyini bildirmişdir. Valehə qışqırdığını müşahidə etdiyini ve qışqırmasını sübut etmək üçün öncədən videoya çəkdiyini bildirmişdir. Bundan sonra Valeh yanındakı iki qadınla birlikdə onun üzərinə hücum etmişdir. Həmin vaxt qadınlardan biri "mən hamiləyəm, sən hamilə qadına əl qaldırırsan?!" deyə qışqırmağa və ona əl qaldırmadığı halda onu günahlandırmağa başlamışdır. Həmin şəxslərin ona böhtan atmaq niyyətində olduqlarını anlamış və münaqişə olmasın deya dərhal hamin məhəllədən çıxmışdır, mübahisə ilə bağlı DİN-nin “102” xidmətinə məlumat vermiş, daha sonra isə yaxınlıqdakı 9 mərtəbəli binanın altındakı restorana daxil olmuşdur. Restoranın ofisiantı Valehgilin arxasınca gəldiklərini görüb onlardan yayınmaq istədiyini anlamışdır və restoranın daxilində mübahisə olmasın deyə ona restorana burxmayıb restorandan çölə çıxartmışdır. O isə yaşadığı məhəlləyə tərəf getmiş, Valeh və yanındakı iki nəfər qadın onun arxasınca qaçmağa başlamışdırlar. Məhəllənin girişində arxaarxaya gedib onların onu təqib etımələrini videoya çəkirmiş. Həmin vaxt hamilə olduğunu deyən qadın onun üzərinə hücum çəkib əli ilə baş və çiyin nahiyəsindən zərbə endirmişdir. Həmin vaxt Valeh də qışqıra-qışqıra üstünə hücum çəkdikdə onu çəkilişi dayandırıb məhəlləyə daxil olaraq yaşadığı mənzilin yerləşdiyi bloka tərəf qaçmışdır. Valeh və 2 qadın onun arxasınca qaçaraq onu qovmuşdurlar. Gəlib yaşadığı mənzilin yerləşdiyi bloka çatdıqda jetonu çıxarıb blokun qapısını açmaq istəmiş, Valeh blokun qapısının önündə duraraq "səni qalxmağa qoymayacağam" demişdir. Blokun önündə qadınların ikisi də onun əynində olan ağ rəngli qısaqol köynəydən yapışaraq Valehin onu döyməsinə şərait yaratmışdırlar. Onlardan can qurtarmağa çalışdıqda köynəyi cırılmış, Valeh əlləri və ayaqları ilə onun bədəninin müxtəlif yerlərinə zərbələr endirmiş. həmçinin Gülgəz onun üz nahiyəsindən şillə ilə vurmuşdur. Çarəsiz vəziyyətdə qaldıqda qışqıraraq qonşuları kömək etmələri üçün səsləmişdir. Bir neçə dəqiqədən sonra qonşulardan bir neçəsi yaxınlaşaraq onu onların əlindən almağa cəhd etsələr də, buna nail ola bilməmişdirlər. Həmin vaxt polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda, Valeh polisləri görüb qaçmağa başlamış, qadınlar onu buraxıb kənara çəkilmişdirlər. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirib 16-cı PŞnə gətirmişdirlər. Məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş həmin xəsarətlərdən sol gicgah nahiyəsinin nöqtəvari qansızması xəsarəti yaşadığı binanın qarşısında olan mübahisə zamanı hamilə olduğunu bildirən qadın tərəfindən onun sol gicgah nahiyəsinə əli ilə vurması nəticəsində əmələ gəlmiş, digər xəsarətləri isə Valeh ona yetirmişdir. Yaşadığı binanın 3-cü blokunun qarşısında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Səs-küyə bina sakinləri mənzillərinin eyvanlarından yaxud da pəncərəsindən onların mübahisələrinə baxırmışlar, hətta bir nəfər onların yanlarına gəlib onu onların əlindən almağa çalışmışdır. Həmin şəxsin kimliyini bilmir. Mübahisə zamanı mən heç kimə xəsarət yetirməmiş, əksinə onu döyərək xəsarət yetiriblər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır və sonuncu qəsdən onun yaxasından tutub saxlamaqla, Valehin onu döyməsinə şərait yaratmışdır. Zərərçəkmiş şəxs ifadəsini davam etdirərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır və onun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş, həmin evlilikdən ikisi azyaşlı olmaqla 4 qız övladı vardır. Ailə həyatı qurduqdan sonra yaşamağa evi olmadığından ünvan 4nın həyətindəki 7 saylı qarajda məskunlaşmışdır. Yaşayış şəraiti acınacaqlı olduğundan bu barədə rəsmi qurumlara müraciət etmişdir. Rəsmi qurumlar onun yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə ailə üzvləri ilə birlikdə yaşadığı həmin qarajı təmir edib yaşanılacaq vəziyyətə gətirib 2016-cı ildə onun yaşaması üçün icazə vermişdirlər. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə həmin qarajda yaşayır, hərdən qarajın qarşısına stol qoyub ailə üzvləri ilə birlikdə həmin stolun arxasında oturub çay içirlər. Onun iki həyat yoldaşı vardır, onlardan Şahid1 Kamaləddin qızı ilə rəsmi nikahları olsa da digər həyat yoldaşı Təqsirləndirilən şəxs ilə rəsmi nikahları yoxdur. Aybənizlə evliliklərindən 4 azyaşlı qızı var, Gülgəzlə olan evliliyindən isə xx.xx.2024-сü il təvəllüdlü bir azyaşlı oğlu vardır. xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində yaşadığı həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə söhbət edirmişlər. Həmin vaxt əvvəllər aralarında mübahisə olan Zərərçəkmiş şəxs yenidən məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib onların ünvanına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmalarını irad bildirmişdir. Emildən onlardan nə istədiyini, niyə onlara yaşamağa imkan vermədiyini, mütəmadi olaraq məhəlləyə daxil olub video çəkərək ailə üzvlərini narahat etməsinin səbəbini soruşmuş və Emildən onlardan əl çəkməsini istəmişdir. Emil isə onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək həyətdə oturmaqla guya səs-küy saldıqlarını bildirmişdir. Həmin vaxt onun həyat yoldaşı Gülgəz hamilə olduğundan hər hansı mübahisənin ona pis təsir edəcəyini və Emilin hərəkətlərindən narahat olacağını fikirləşib Emili məhəllədən qovmuşdur. Belə ki, arvadı Aybənizlə birlikdə Emili həyətdən qovarkən Gülgəz də onlara köməklik etmiş və Emili həyətdən qovaraq öz yaşadığı məhəlləyə tərəf qovalamışlar. Emil isə arxa-arxaya hərəkət edib əlindəki telefonla onları videoya çəkirmiş. Onun niyyəti Emili yaşadığı binanın həyətinə aparıb mənzilinə yola salmaq olmuşdur. Emilin yaşadığı ünvan 5 ünvanında yerləşən binanın 3-cü blokunun qarşısına çatdıqda Emil onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən əsəbiləşərək yumruq yə təpiklə onu döyməyə başlamışdır. Emilə bir neçə zərbə vurduqdan sonra qonşular onlara yaxınlaşaraq onları aralaşdırmışlar. Həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdırlar. Emil polis əməkdaşları ilə birlikdə getsə də, o yaşadığı həmin qaraja qayıtmışdır. Daha sonra isə Nərimanov RPİ-nin 16-cı PŞ-nə getmişlər. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aramızda ünvan 5 ünvanında yerləşən binanın 3- cü blokunun qarşısına baş vermiş mübahisə zamanı Emili əli və ayağıyla vuraraq döymüşdür. Həmin mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Mübahisə gecə vaxtı ünvan 5 ünvanında yerləşən binanın 3-cü blokunun qarşısında olduğundan ətrafda əvvəlcə heç kim olmasa da sonradan bir nəfər həmin binanın sakini onlara yaxınlaşmışdır. Həmin şəxsi üzdən tanısa da adını bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs və Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 789 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin nöqtəvari qansızması, sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən -hematoması, sol gicgah, sol yanaq, alt çənənin sol yarısının boyunun ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin sol yarısının bayır səthinin, sol bazu oynağının arxa səthinin, döş qəfəsinin sol yarısın arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, sağ bazunun orta üçdə birinin arxa səthinin sıyrıqları, sağ bazu oynağının ön səthinin, sol sarğı nahiyəsinin bayır kvadratının, sol budun aşağı üçdə birinin arxa səthinin, sağ budun yuxarı üçdə birinin arxa səthinin sağ budun aşağı üçdə birinin arxa səthinin, sol diz oynağının bayır səthinin, sol baldırın yuxarı və orta üçdə birinin bayır səthlərinin, sağ budun yuxarı üçdə birinin iç səthinin qaçırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına seqeq olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında olan 01 ədəd diskə baxış zamanı həmin diskdə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinksi küçəsi 21 saylı binanın istintaqla müəyyən edilməyən sakini tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şahid4 tərəfindən döyülməsi zamanı qeydə alınmış videogörüntünün olduğu müəyyən edilmişdir. 02 dəqiqə davam edən həmin videofayla baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinksi küçəsi 21 saylı binanın giriş qapısının qarşısında əynindəki üst geyimi cırılmış vəziyyətdə olan zahiri əlamətlərindən Zərərçəkmiş şəxs bənzər şəxsin əynində göy rəngli don olan qadın tərəfindən əli ilə tutulub saxlanıldığı, həmin qadından sağ tərəfdə duran zahiri əlamətlərindən Şahid4 bənzəyən şəxsin isə Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə əli və ayağı ilə ardıcıl zərbələr vurduğu, Şahid4 sağda dayanmış qadının isə Şahid4 sakitləşdirməyə və onu Zərərçəkmiş şəxs vurmasına mane olduğu görünmüşdür. Daha sonra videogörüntünün 01:08-ci dəqiqəsində əynində göy rəngli don olan qadının sağ əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurması müşahidə edilmişdir. Həmin anda göy rəngli don olan qadın tərəfindən tutub saxlanılmış Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə Şahid4 tərəfindən əl və ayaqla ardıcıl zərbələr vurması görünmüşdür. Daha sonra şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər bina sakininin onlara yaxınlaşaraq Şahid4 sakitləşdirməyə çalışsa da, Şahid4 ona məhəl qoymayaraq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ardıcıl zərbələr vurması müşahidə edilmişdir. Baxış zamanı məhkəmə iştirakçılarından Zərərçəkmiş şəxs orada döyülən şəxsin özü olduğunu, ona şillə vuran qadının Gülgəz olduğunu, kişi cinsli şəxsin isə Valeh olduğunu təsdiq etdi. Digər iştirakçılar da həmin xüsusatı təsdiq etdilər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymək niyyəti olmadığını, əli ilə ona vurduğu zərbənin ehtiyatsızlıqdan baş verdiyini qeyd etmiş, Emilin yaxasını tutmaqda məqsədinin isə Valeh ilə onları aralamaq olduğunu göstərmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 221.2.1: Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Avropa Məhkəməsinin presedent hüququ: Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilmiş və səmimi peşmançılığını ifadə etmişdir. Lakin, CPM-nin 126.6-cı maddəsinin imperativ tələbinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafı iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər mötəbər sübutlarla tamamilə uzlaşır və onların məcmusu ilə təsdiqlənir. Belə ki, Zərərçəkmiş şəxs ifadələri hadisənin baş vermə yerini, vaxtını, iştirakçılarını və gedişatını tam təsvir etmiş, onun ifadələrinə görə, xx.xx.2024-cü il tarixli münaqişə zamanı o, təkcə Şahid4 tərəfindən deyil, həm də onunla birlikdə hərəkət edən Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Zərərçəkmişin ifadələri, xüsusilə də Təqsirləndirilən şəxs ona şillə vurması və onun döyülməsinə şərait yaratması barədə olan hissədə ardıcıl və məntiqlidir. Bu ifadələr, iş üzrə ən mühüm obyektiv sübut olan, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki videogörüntülərlə tam təsdiqini tapır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 01:08-ci dəqiqədə göy rəngli donda olan və sonradan Təqsirləndirilən şəxs olduğu müəyyən edilən qadın, zərərçəkmiş Zərərçəkmiş şəxs üz nahiyəsindən sağ əli ilə vurur. Habelə, həmin hadisəyə kimi Təqsirləndirilən şəxs zərərçəkmişin yaxasından əli ilə tutub saxlaması aydın müşahidə olunur. Bu, Təqsirləndirilən şəxs cinayətin obyektiv cəhətinin icrasında birbaşa iştirakını təkzibolunmaz şəkildə sübut edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 789 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs bədənində çoxsaylı xəsarətlərlə yanaşı, “sol gicgah nahiyəsinin nöqtəvari qansızması”nın aşkar edilməsi, təqsirləndirilən şəxsin zərərçəkmişin sifət nahiyəsinə zərbə vurmasını təsdiqləyən daha bir sübutdur. Məhkəmə, törədilmiş əməlin hüquqi tövsifinə keçərək qeyd edir ki, xuliqanlıq cinayətinin əsas obyekti ictimai qayda və ictimai təhlükəsizlikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarına və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına əsasən, şəxsi münasibətlər zəminində başlamış olsa da, münaqişənin sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyi hallar xuliqanlıq kimi qiymətləndirilir ki, hazırkı işin hallarında da həmin hal tam şəkildə görünür. Hazırkı işdə, tərəflər arasında əvvəldən mövcud olan münaqişənin xx.xx.2024-cü il tarixdə gecə vaxtı ictimai yerdə davam etdirilməsi, təqsirləndirilən şəxsin və onun qeyrirəsmi nikahda olduğu şəxsin zərərçəkmişi təqib etməsi, onu yaşadığı binanın qarşısında mühasirəyə alaraq digər sakinlərin gözü qarşısında fiziki zorakılıq tətbiq etməsi, öz hərəkətləri ilə ətrafdakı insanların dincliyini pozması, onlarda narahatlıq və qorxu hissi yaratması birbaşa ictimai qaydaya qəsd olub, cəmiyyətdə qəbul edilmiş davranış normalarına açıqca hörmətsizlikdir. Qeyd olunduğu kimi, təqsirləndirilən şəxs ilkin ifadələrində hadisənin şəxsi münasibətlər zəminində başlamış olmasına istinad etsələr belə, işin hallarından göründüyü kimi şəxsi münasibətlər zəminindən çıxaraq, sonradan artıq ictimai qaydanın pozulmasına yönəlmişdir. Təqsirləndirilən şəxsin və onunla əlbir olan Şahid4 hərəkətləri subyektiv cəhətdən şəxsi intiqam hissini aşaraq, öz gücünü nümayiş etdirmək, zərərçəkmişi ictimaiyyət qarşısında alçaltmaq kimi xuliqanlıq motivini özündə ehtiva etmişdir. Bundan əlavə, iş materialları ilə cinayətin CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş “bir qrup şəxs tərəfindən” törədilməsi əlaməti də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid4 vahid niyyətlə, birgə və razılaşdırılmış şəkildə hərəkət etmişlər. Onların hər birinin hərəkəti cinayətin ümumi obyektiv cəhətini təşkil etmiş, birinin hərəkəti digərini tamamlamışdır. Bu, cinayət hüququnda birgə icraçılığın nümunəsidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli – bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi – Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tam əhatə olunur və düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8.1-ci (ədalət prinsipi), 41-ci (cəza anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" müvafiq Qərarlarının göstərişlərini rəhbər tutur. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə münasibətdə məhkəmə qeyd edir ki, xuliqanlıq ictimai qaydaya və cəmiyyətin mənəvi əsaslarına qəsd edən, vətəndaşlarda cəzasızlıq mühiti və ədalətsizlik hissi yaradan təhlükəli cinayətdir. Cinayətin bir qrup şəxs tərəfindən törədilməsi onun ictimai təhlükəliliyini artıran haldır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, subay olmasına baxmayaraq, faktiki nikah münasibətlərində yaşayır və ən əsası, hadisədən qısa müddət sonra – xx.xx.2024-cü il tarixdə ana olmuş, himayəsində yeni doğulmuş körpəsi vardır. Bu hal təkcə cəzanı yüngülləşdirən amil deyil, həm də cəza növü seçilərkən xüsusi nəzərə alınmalı olan müstəsna bir vəziyyətdir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, cinayətin hamilə qadın tərəfindən törədilməsini ((maddə 59.1.3) törədilən vaxta münasibətdə) və himayəsində azyaşlı uşağının olmasını (maddə 59.1.4) nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Cəza növünün seçilməsi məsələsini həll edərkən, məhkəmə Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq qeyd edir ki, sanksiyada alternativ cəzalar olduqda, daha ağır cəza növü olan azadlıqdan məhrum etmə yalnız digər cəza növlərinin təyin edilməsinin cəzanın məqsədlərinə nail olmağa imkan vermədiyi hallarda tətbiq edilməlidir. Hazırkı işin hallarında, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi, xüsusilə onun yeni doğulmuş körpəsindən ayrılması, həm təqsirləndirilən şəxsin şəxsiyyətinə, həm də uşağın mənafelərinə qeyri-mütənasib dərəcədə ağır zərbə olardı. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin islah olunmasına və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına cəmiyyətdən təcrid etmədən, lakin onun davranışına ciddi nəzarəti təmin edən cəza növü tətbiq etməklə nail olmaq mümkündür. Bu səbəbdən, məhkəmə ona CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun, ədalətli və humanist hesab edir. Bu cəza növü, CM-nin 52-1-ci maddəsində nəzərdə tutulan vəzifələrin müəyyən edilməsi ilə təqsirləndirilən şəxsin üzərində effektiv nəzarəti təmin edəcəkdir. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayətin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Bu səbəbdən, məhkəmə ona CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı, cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Habelə, iş üzrə mülki iddia yoxdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən maddi sübut olan 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-147/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-147/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver