Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-148/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid- 19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, insanlar arasında sosial məsafəni gözləmək barədə tələblərə, o cümlədən təcrid olunma qaydalarına riayət etməyərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (yəni 14 gün) evi tərk etməsi qadağan edildiyi halda xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, F,Yusifov küçəsi 59, mənzil 6 ünvanını tərk edərək ünvan 2 ünvanının yaxınlığında yerləşən “Elnur” aptekə getmiş və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə kçüəsi 87 ünvanında yerləşən “Modern” hotelin yaxınlığında olmuş, bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində yaşadığı Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsi 59, mənzil 6 ünvanını tərk edərək Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsi 59 ünvanı yaxınlığında yerləşən qarajda tanışı Şahid5 ilə söhbət etmiş, bundan başqa xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə yaşadığı ünvan 4 ünvanını tərk edərək ünvan 5 Şahid4 küçəsinin kəsişməsində olmuş, bundan başqa xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsi 59, mənzil 6 ünvanını tərk edərək ünvan 6 ünvanında olmuş, bundan başqa xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, F,Yusifov küçəsi 59, mənzil 6 ünvanını tərk edərək Nərimanov rayonu. Həsənoğlu küçəsi 6 ünvanında, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən “X6”-in yaxınlığında və ünvan 8 ünvanında olmaqla epidemiya əlehinə rejimi və karantin rejimini pozaraq koronavirus (Covid-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, özünü narahat hiss etdiyi üçün və özündə “COVİD-19” infeksiyasmın olub-olmamasını müəyyən etmək üçün xx.xx.2020-ci il tarixdə analiz vermişdir. Həmin gün axşam saatlarında analizinin nəticəsi pozitiv çıxmışdır. Buna görə o, xx.xx.2020-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən modul tipli xəstəxanaya getmişdir. Xəstəxanalarda yer olmadığı üçün o, bir gün sonra xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə o, sağaldığı üçün xəstəxanadan evə buraxılmışdır. Həmin gündən o, evdə olmuş, heç bir yerə getməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə saat 11:45 radələrində o yaşadığı Nərimanov rayonu, F.Yusifov küçəsi 59, mənzil 6 ünvanından çıxmış və yaşadığı binanın həyətində olan özünə məxsus avtomobilin akkumulyatoru xarab olmaması üçün onu işlək hala salmışdır. Həyətə düşdükdən sonra məhlədə olan qarajda tanışı İsmayılı görmüş və içəri keçib onunla bir az söhbətləşmişdir. Bu zaman üç nəfər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra ondan Təqsirləndirilən şəxs harada yaşadığını soruşmuşlar. O da həmin şəxsin özü olduğunu demişdir. Polis əməkdaşları da ona evə getməsini, bir daha çölə çıxmamağı bildirmişlər. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 11:30 radələrində o, Nərimanov rayonu, F.Yusifov küçəsi 59 ünvanının həyətində yerləşən qaraja siçovul dərmanı vurmağa gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da qaraja gəlmişdir. Teymurlan ona avtomobilini işə salmaq üçün həyətə düşdüyünü demişdir. Onlar bir az söhbət etdikdən sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxs axtardığını görmüşdür. Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və o həmin vaxt bilmişdir ki, Teymurlan “Covid 19” yoluxucu xəstəliyinin daşıyıcısıdır. Daha sonra həmin polis əməkdaşları Təqsirləndirilən şəxs evi tərk etməməli olduğunu və evə getməsini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Nərimanov rayonu F.Yusifov küçəsi onun xidmət etdiyi inzibati əraziyə daxildir. “Covid-19” infeksiyasına-xəstəliyinə tutulmuş və ev şəraitində müalicə olunan şəxslərin siyahısı üzrə yaşadıqları ünvanda olubolmamaları, karantin qaydalarına riayət edib-etməmələrini yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda olub-olmamasını yoxlamaq məqsədi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3la birlikdə xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığı müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində olan qarajda bir nəfər adını bilmədiyi şəxslə bir yerdə olduğunu görmüşlər və ona yaxınlaşıb özlərini təqdim edərək onun “Covid-19” infeksiyasına-xəstəliyinin test nəticəsinin pozitiv olduğu üçün evdə özünütəcrid müddətini gözləməli olduğunu, yaşadığı ünvanı tərk etməməyi və yaşadığı ünvana getməsini bildirmişlər. Təqsirləndirilən şəxs onların müşahidəsi ilə öz yaşadığı ünvana getmişdir. Daha sonra bu barədə rəhbərliyə raportla müraciət edib qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər, onların məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsi 59 ünvanının həyətində yerləşən qarajda bir nəfər şəxslə oturmuşdur. Polis əməkdaşları video çəkiliş ilə ona yaxınlaşaraq “Covid-19” xəstəliyinin daşıyıcısı olduğunu və yaşadığı evi tərk etməməsini bildirdi və dasonra o, yaşadığı evə göndərildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci il tarixdə12:15-də Nərimanov rayonu, Azadlıq küçəsi 142 ünvanında, xx.xx.2020-ci il tarixdə saat 12:27-dən 12:30-dək olan müddət ərzində Nərimanov rayonu, M.Əlizadə küçəsi 87 ünvanında yerləşən “Modern” hotelin yaxınlığında, xx.xx.2020-ci il tarixdə saat 17:12-də və xx.xx.2020-ci il tarixdə saat 12:54-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Şahid4 küçəsinin kəsişməsində, xx.xx.2020-ci il tarixdə saat 12:51-də Nərimanov rayonu, H.Mirzəyev küçəsi 3 ünvanında, xx.xx.2020-ci il tarixdə saat 12:07-də və 12:09-da Nərimanov rayonu, Həsənoğlu küçəsi 6 ünvanında, 12:16da Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən “X6”-in yaxınlığında və saat 12:17-də Nərimanov rayonu, A.Heydər küçəsi 77 ünvanında olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi K.Məmmədzadəyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək COVİD-19 pozitiv, ikitərəfli viral pnevmoniya diaqnozu ilə müalicə olunmuşdur. Xəstə evdə müalicəyə yazılarkən xəstəyə stasionardan buraxılış forması və evdə müşahidə edilməyə dair iltizam vərəqəsi verilmişdir. Xəstə evə buraxıldıqdan sonra 14 gün müddətində yəni xx.xx.2020-ci il tarixədək evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağan olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 02 ədəd CD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06manat hesab edilməklə, 10 saat üçün cəmi 72 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-148/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-148/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver