Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-148/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə, İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, təhsilini azərbaycan dilində almış, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 13-də fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 mart 2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan texniki cəhətdən saz vəziyyətdə “Dong Feng” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 80 km\saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində tunelə daxil olub 4 zolaqdan ibarət yolun 2 zolaqdan ibarət sağ hərəkət hissəsində, sol zolaqla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, eləcə də həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmamalıdır, eləcə də yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobil 60 km\saat sürətdən artıq idarə edilməməlidir kimi tələblərinə riayət etməyib, onunla eyni zolaqda və eyni istiqamətdə hərəkətdə olan X1 nəqliyyat vasitəsini idarə etmək üçün adına etibarnamə verilən Zərərçəkmiş şəxs1 yanında olmaqla idarə etdiyi “Mercedes Benz C300” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin əyləcdən istifadə edilərək yavaşlamasını görüb sağ zolağa keçdiyi zaman avtomobilin sağ ön təkəri yolun sağındakı səkiyə dəydiyindən idarəetməni itirib sola burularaq X1 idarə etdiyi “Mercedes Benz C300” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra idarə etdiyi avtomobil yolun əks hərəkət zolağına keçmiş və əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol əlin 1 barmağının falanqalar arası çıxığı və dırnaq falanqasının qopma xarakterli qapalı sınığı, sol və sağ əlin İİİ barmağının sıyrıqları, sol qulaq seyvanı, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi- qançırı ilə müşayiət olunan az ağır dərəcəli bədən xəsarəti almasına, bundan başqa “Mercedes Benz C300” markalı 99FK222 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5230 manat, “Kia Forte” markalı 99NK821 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs2 7900 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ tərəfindən 13.112.2019cu il tarixdə verilmiş AD seriyalı 678594 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “Dong Feng” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur; 05.03.2021-ci il tarixli 2/2579 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Akt”ından görünür ki, Təqsirləndirilən şəxs həmin günü ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 Publik hüquqi şəxsin 10 mart 2020-ci il tarixli 205 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol əlin 1 barmağının falanqalar arası çıxığı və dırnaq falanqasının qopma xarakterli qapalı sınığı, sol və sağ əlin İİİ barmağının sıyrıqları, sol qulaq seyvanı, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi-qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 05.03.2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aiddir. "Qrand" Avtoservisdən ekspert X4 tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, X5 məxsus "Mercedes Benz C300 AMG minik" markalı, ** FK *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, boz metal parıltısız rəngi olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə zəhmət haqqı 1080 manat, ehtiyat hissələri 4050 manat, cəmi 5230 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2020-ci il tarixli 8/325 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Dong Feng markalı, 99XV971 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti” haqqında AR Qanununun 42-ci maddəsinin 1-ci hssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km\saat sürətdən artıq, yəni 80 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti” haqqında AR qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Müstəqil ekspert X4 tərəfindən verilmiş 13.06.2021-ci il tarixli arayışdan görünür ki, X7 məxsus "Kia Forte minik" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, səfəri ağ mirvari rəngi olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə zəhmət haqqı 1900 manat, ehtiyat hissələri 6000 manat, cəmi 7900 manat manat vəsait tələb olunur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 01 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 13.12.2021-ci il tarixli, 078-34241 nömrəli məktubundan görünür ki, X3 məlumatına əsasən Təqsirləndirilən şəxs 05.08.2017-ci il tarixdə “BC” kateqoriyalı AE seriyalı 031956 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi 05.08.2027-ci il tarixədək aktivdir. “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz C300” markalı ** FK *** dövlət qeydiyyat nişanlı, “Dong Feng” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı 01.02.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 263.1-ci maddəsi ilə təqsirli bilir və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübutlar – “Mercedes Benz C300” markalı ** FK *** dövlət qeydiyyat nişanlı, “Dong Feng” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 iş saatına görə 48 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 40, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübutlar – “Mercedes Benz C300” markalı ** FK *** dövlət qeydiyyat nişanlı və “Dong Feng” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X15 oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 8 iş saatına görə 48 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-148/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-148/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver