Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-148/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi –“VMN” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın qarşısında qardaşı Şahid1 taksi fəaliyyətinə görə özünə məxsus “Toyota Prius” markalı avtomobili icarəyə verdiyi X2 həmin avtomobilin təmirinə görə sonuncunun ödəməli olduğu 350 manat pulun gecikməsinə görə İslam Rəsulzadənin yanında olan dostu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı başı ilə sonuncunun baş nahiyəsindən qəsdən vuraraq onun sağlamlığına alının sol yarısının tüksüz hissəsinin, sol qaş və sol gözün üst qapağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı və sıyrığı ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, X4 onun tanışıdır. Qardaşı Orxanla maşın icarəsi ilə məşğul olduqlarını və X6 markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobili icarəyə verdiklərini qeyd edərək, İslamın xx.xx.2022-ci il tarixdə həmin avtomaşınla qəza törətdiyini bildirmişdir. İslam maşını ustadan çıxarmadığı üçün onunla görüşmək qərarına gəldiklərini və İslama zəng vuran zaman onların yaşadığı məhləyə gələcəyini bildirməsini və xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində İslamın məhləyə bir nəfər tanımadığı şəxslə gəldiyini qeyd edərək, İslamın onlardan ustaya borclu qaldığı 350 manat pulu onların verməyini və maşını ustadan götürdükdən sonra pulu onlara hissə hissə qaytarmağı xahiş etdiyini bildirmişdir. Həmin vaxt İslamın yanında olan cavan oğlanın “biz istəsəydik o pulu sizə atardıq, ödəməzdik” deməsini qeyd edərək, o, isə ona cavabında bizdə bir dəfə belə bir iş olub, polisə ərizə yazmışıq pulumuz alınıb qaytarılıb dediyini və bu zaman sonradan adı ona məlum olan Kamran adlı şəxsin “heç kim mənim pulumu ala bilməz” deyərək özünü aqresiv şəkildə apardığını bildirmişdir. Daha sonra Kamranın başını onun başına tərəf gətirərək çox yaxın məsafədən onunla uca səslə danışdığı üçün və bir qədər uzaqdan söhbət etsin deyə sinəsi ilə onun sinəsinə toxunaraq kənara itələdiyini qeyd edərək, həmin vaxt Kamranın səs küy salaraq guya onu vurduğunu və ondan şikayət edəcəyini bildirməsini qeyd etmişdir. Bir qədər sonra bir nəfərlə qardaşı Orxanı telefonla danışdırdığını və həmin şəxsin telefonda Orxanı söyüb təhqir etdiyini bildirmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış və ondan üzr istəmişdir. Əməlindən səmimi peşman olmasını, himayəsində az yaşlı övladının olmasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid2 onun yaxın dostudur. 05 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində İslamla birlikdə idarə etdiyi avtomobillə Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən İslamın istifadəsində olan mobil telefonla avtomobilini icarəyə götürdüyü Orxan adlı şəxsə zəng vurduğunu qeyd edərək, ustalara avtomobil təmirindən borclu qaldığı 35 manat pulu Orxandan borc kimi ödəməsini və daha sonra həmin pulu Orxana qaytaracağını deməsini bildirmişdir. Həmin vaxt Orxanın İslama telefonda nəsə dediyi üçün aralarında mübahisə yarandığını və onların bu mübahisəni aydınlaşdırmaq üçün görüşmək qərarına gəldiklərini qeyd edərək, İslamla birlikdə xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının həyətinə getdiklərini və təxminən 20 dəqiqə sonra ilk dəfə idi ki, gördüyü Orxan və qardaşı Kamranın ora gəldiklərin bildirmişdir. Orxan və Kamranın onlara yaxınlaşıb görüşdükdən sonra Orxanın İslamla danışmağa başladığını və həmin vaxt Orxanın İslama çox aqresiv şəkildə “sən kimsən ki, pulu ödəmirsən” deməsini qeyd atmiş, İslamında Orxana hazırda pulunun olmadığını, olan kimi həmin pulu ödəyəciyini bildirməsini qeyd edərək, həmin vaxt Kamranın İslama keçən dəfə belə bir şey olmuşdu, biz həmin şəxsi polisə verdik və həmin şəxs bizdən üzr istəyib qalıq borcunu dərhal bizə qaytardı, elə eləməyin ki, Sizi də həmin qaydada cəzalandıraq ki, pulu vaxtında çatdırasınız” deməsini bildirmişdir. Daha sonra Kamranın bu sözündən sonra ona “heç kəs bizdən məcburi şəkildə pul ala bilməz” dediyini və bu sözündən sonra Kamranın onun yaxasından tutaraq özünə tərəf çəkdiyini və baş nahiyəsi ilə onun sol qaş nahiyəsindən zərbə vurduğunu və zərbənin təsirindən gözünün qaraldığını, başından bərk ağrı tutduğunu qeyd edərək, dərhal böyük qardaşı Orxana zəng vuraraq olanlar barədə məlumat verdiyini və dərhal oradan mübahisənin daha da böyüməməsi üçün idarə etdiyi avtomobilə əyləşərək uzaqlaşdığını bildirmişdir. Əlavə olaraq mübahisənin 3-8 dəqiqə davam etdiyini, hadisə zamanı heç kəsi vurmadığını bildirmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs ilə hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək və bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Şahid2 onun qardaşı Kamranın tanışıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00-da İslamın onların yaşadığı məhləyə bir nəfər tanımadığı şəxslə gəldiyini ustaya borclu qaldığı 350 manat pulu onların verməsini və daha sonra hissə-hissə qaytaracağını xahiş etməsini bildirmiş, bu zaman İslamın yanında olan şəxs biz istəsəydik o pulu sizə atardıq ödəməzdik demişdir. Sonradan adı onlara məlum olan Kamran adlı şəxsin heç kim mənim pulumu ala bilməz deyərək özünü aqressiv şəkildə aparmışdır. Daha sonra başını qardaşının başına tərəf gətirərək uca səslə danışmış, qardaşı onu sinəsindən itələyərək kənarlaşdırmışdır. Məhkəmədə tədqiq olunan “Hadisə baxış keçirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Nərmanov rayonu, A.Neymətulla küçəsi 23 ünvanı qarşısında Kamran adlı şəxs tərəfindən döyülərək xəsarət almışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 06 iyul 2022-ci il tarixli, 698 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-alının sol yarısının tüksüz hissəsinin qaş və sol gözün üst qapağının yumuşaq toxumaların şişkinlik halında əzilməsi-qanşırı və sıyrığl ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi-küy əşyanın (əşyaların) təsiirindən törənmişdir, qərarınn təsviri hisssinndə xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlamış sorğuya əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Vladivostok Ş.Frunze Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, lakin Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərradan görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-148/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-148/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver