Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-148/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonu, Sadınlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Sadınlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, “Koroğlu” metro stansiyasından “Ulduz” metro stansiyası istiqamətində X14 küçəsində hərəkətdə olduğu zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamağa etməli olduğu halda və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda qeyd olunan tələblərə əməl etməyib nəticədə avtomobilin qarşısından sol tərəfdən yolu keçən piyada xx.xx.1989-cu il tarixdə anadan olmuş X5 vurub ehtiyatsızlıqdan - qapalı kəllə-beyin travması, bədənin küt travması, travmatik və hemoragik şok, kəskin qanaxma ilə müşayiət edilən hər iki ağciyərlərin travmatik cırılması, döş qəfəsinin sol yarısının İ-İİ-İİİ-İV-V-Vİ, sağ yarısının İİ-İİİ- İV-V qabırğalarının yerini dəyişən sınıqları, alnın sağ və sol yarısının tüklü və tüksüz hissəsində sağ və sol almacıq və yanaq nahiyələrinin, alt çənənin sağ yarısının ,burunun ön və hər iki yan səthlərini, sağ bazu oynağının bayır ön və arxa səthlərinin, sağ bazunun aşağı 1/3-nin və sağ saidin mil bilək və sağ əlin arxa səthlərinin , sağ qalça tinin bayır səthinin, sağ diz oynağının bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin sağ ayağın ön və iç və bayır səthlərinin, döş qəfəsinin ön səthinin sağ yarısının sol bazu oynağının bayır səthinin, sol əlin daraq falanqasının arxa səthinin, sol qaça tininin bayır səthinin qarının ön səthinin sol yarısınin sol aşıq baldır oynağının və sol ayağın ön, iç və bayır səthlərinin sıyrıqları, qarnının ön səthinin sağ yarısının sağ bazunun yuxarı və aşağı 1/3-nin bayır səthlərinin qançırları kimi dərəcəsinə görə, canlı şəxslərdə, sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirməklə X4 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Laçın rayonu, Sadınlar kəndində qeydiyyatdadır. Ailəlidir. 2 az yaşlı övladı var. Hadisə vaxtı “166” saylı Yük daşıma xidmətində sürücü işləyirmiş. Yol vərəqəsi əsasında idarə etdiyi 166 Yük daşıma xidmətinə məxsus olan Ford Tranzit markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu ərazisində Koroğlu metrostansiyasından üzü Ulduz metrostansiyasına doğru təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Hərəkətdə olduğu yol 3 palasadan ibarət imiş. O, sol palasa ilə hərəkət edirmiş. Onun hərəkət etdiyi yolun sol hissəsində, yəni idarə etdiyi avtomobilin sol tərəfində beton arakəsmələr var imiş. O, hərəkətdə olan zaman bir anda həmin beton arakəsmənin üzərində dayanan bir şəxsin onun idarə etdiyi avtomobilə doğru addım atdığını görüb, həmin an avtomobilə tormoz vermiş və idarəetməni sağa çəkmişdir. Lakin həmin şəxs idarə etdiyi avtomobilin sol tərəfindən ön şüşəsinə dəymişdir. Bundan sonra o, idarə etməni itirib yolun kənarında dayanan Opel markalı avtomobil ilə toqquşmuşdur. Bundan sonra idarə etdiyi avtomobil beton arakəsmələrə dəyib dayanmışdır. O, maşından düşəndə görmüşdür ki, Opel markalı avtomaşının altında bir nəfər şəxs qalıb. Sonra bilmişdir ki, həmin şəxs onun idarə etdiyi avtomobil ilə hərəkət etdiyi zaman vurduğu şəxsdir. Bundan sonra hadisə yerinə polislər və təcili yardım gəlmişdir. Həmin şəxsi Təcili yardım avtomobilinə mindirib xəstəxanaya göndəriblər. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 çıxış edərək göstərmişdir ki, X8 onun qardaşıdır. X8 xx.xx.1989-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9 rayonu, Abdulabad inzibati ərazi dairəsi, Kolanı kəndində qeydiyyatda imiş. Bakı şəhərində işləyirmiş və yaşayırmış. xx.xx.2024-cü il tarixdə gecə saatlarında o, rayonda olan zaman onlara məlumat verilib ki, qardaşı X5 Bakı şəhəri, Nərimanov rayonu ərazisində avtomaşın vurmuş və o, xəstəxanaya aparılmışdır. O, dərhal Bakı şəhərinə gəlmiş və Vasifin olduğu xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, qardaşı Vasif aldığı xəsarətlərdən artıq vəfat etmişdir. Qeyd edir ki, hadisənin necə baş verdiyindən xəbəri olmamışdır. Daha sonra öyrənmişdir ki, yolu keçmək istəyən zaman qardaşı Vasifi avtomobil vurmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilib ibtidai istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Yol- nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu metrostansiyası ilə Ulduz metrostansiyasının arasında X14 küçəsi 25 saylı ünvanın qarşısında baş vermişdir. 06 iyul 2024-cü il tarixli, ******* nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. 07 iyul 2024-cü il tarixli, 1/6115 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotik və psoxotrop maddə aşkar edilməmişdir. “Videogörüntü olan diskə baxış keçirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə “TŞ 6-78 1-2024-07- 07-06_21h00min00s000ms”, “TŞ 6-78 2-2024-07- 06_21h00min00s000ms” və “TŞ -78 3-2024-07-06_21h00min00s000ms” adlı fayllar vardır.Həmin fayllara baxdıqda xx.xx.2024-ci il tarixdə saat 21:00-dan saat 2:00-dək olan müddətdə Təqsirləndirilən şəxs etibarnamə əsasında adarə etdiyi “Ford Tranzit” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, “Koroğlu” metro stansiyasından “Ulduz” metro stansiyası istiqamətində X14 çəsi, 25 saylı ünvanın yerləşdiyi ərazinin Təhlükəsiz Şəhər Xidmətinin 76-78 nömrəli kamerasının əhatə dairəsindən kənarda olduğu üçün görüntülərin qeydə alınmadığı müəyyən olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 Nərimanov rayon şöbəsinin 07 avqust 2024-cü il tarixli, 99 nömrəli “Meyitin ekspertizası”-nın ekspert rəyinin nəticəsindən görünür ki, vətəndaş X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Qapalı kəllə beyin travması. Bədənin küt travması. Travmatik və hemoragik şok. Kəskin qanaxma ilə müşayiət edilən hər iki ağciyərlərin travmatik cırılması, döş qəfəsinin sol yarısının 1-1İ-İ11-İV-V-V1, sağ yarısının İİ-1İ1-İV-V qabırğalarının yerini dəyişən sınıqları, alnın sağ və sol yarısının tüklü və tüksüz hissəsində sağ və sol almacıq və yanaq nahiyələrinin, alt çənənin sağ yarısının, burunun ön və hər iki yan səthlərini, sağ bazu oynağının bayır ön və arxa səthlərinin, sağ bazunun aşağı 1/3-nin və sağ saidin mil bilək və sağ əlin arxa səthlərinin, sağ qalça tinin bayır səthinin, sağ diz oynağının bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin sağ ayağın ön və iç və bayır səthlərinin, döş qəfəsinin ön səthinin sağ yarısının sol bazu oynağının bayır səthinin, sol əlin daraq falanqasının arxa səthinin, sol qaça tininin bayır səthinin qarının ön səthinin sol yarısınin sol aşıq baldır oynağının və sol ayağın ön, iç və bayır səthlərinin sıyrıqları, qarnının ön səthinin sağ yarısının sağ bazunun yuxarı və aşağı 1/3-nin bayır səthlərinin qançırları,bu xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır, vətəndaş X4 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş travmatik şok olmuşdur və ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 10-12 saat əvvələ uyğun gələ bilər, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-1,27%o-dir, buda canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq əlamətlərini daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 27 dekabr 2024cü il tarixli, 8/2770 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. AR DİN-in X15 Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn Əliyevin AR DİN-in Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayevə 06 yanvar 2025-ci il tarixdə ünvanlamış olduğu, 50/2-312 nömrəli məktubundan görünür ki, xx.xx.2024cü il tarixli 50/2-19483 nömrəli məktublarına cavab olaraq Təqsirləndirilən şəxs məxsus BB - 256742 saylı B, C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlı olduğu, hal-hazırda aktiv olması və hər-hansı bir məhdudiyyət olmaması qeyd edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. 09 yanvar 2025-ci il tarixdə AR CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə “Təhlükəsiz şəhər Xidməti” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CMin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 8/2770 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-148/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-148/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver