Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-15/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və onun vəkili “Defendo” vəkil bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi və vəkili Müdafiəçi6, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun X2, müdafiəçilər Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 03 (üç) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-1477/2023 saylı qərarına əsasən barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul müqabilində Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Htiquqi Şəxsində işləyən tanışları vasitəsilə torpaq sahəsinə çıxarış almaq imkanının olmasına inandıraraq, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə sonuncuya ayrılmış ünvan 3 ünvanda yerləşən 0,6 ha torpaq sahəsini pul müqabilində onun adına xüsusi mülkiyyət kimi ilkin qeydiyyatdan keçirəcəyinə dair yalan vədlər verməklə Zərərçəkmiş şəxs1 aldadıb, etibarından suiistifadə edərək, sonuncunun nağd pulu olmaması səbəbindən onun ünvan 4 ünvanındakı fərdi yaşayış evini həmin evin yerləşdiyi 0,6 ha torpaq sahəsi ilə birlikdə özünün tanışı olan Şahid3 verəcəyi 48000 manat faktiki borcun təminatı kimi müvəqqəti olaraq Şahid3 satmaqla pul əldə etməyə razı salaraq, bu məqsədlə 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən ünvan 6ındakı razılaşmaya əsasən borcun təminatı kimi müvəqqəti olaraq Şahid3 satılmasına nail olduqdan sonra 08 iyun 2022-ci il tarixdə, saat 17 radələrində sözügedən notariat ofisinin qaşısında sonuncudan 48000 manat pulu alıb, ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib, sonuncuya xeyli miqdar təşkil edən 48000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncuya 22500 X12 dolları borclu olan Saatlı rayon sakini «Rəşad» adlı şəxsin barəsində Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işi başlatdırmaqla həmin pulun ödənilməsini təmin etdirəcəyinə dair yalan vədlər verməklə aldadıb, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 13 iyul 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Salam Baku» adlı restoranda sonuncudan həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 X12 dolları nağd pul, cinayət törətməyə yönəlmiş əməlini davam etdirməklə Zərərçəkmiş şəxs2 «Rəşad» adlı şəxsin borclu olduğu 22500 X12 dollar pulu alması ilə bağlı yüksək vəzifədə işləyən şəxslərə vermək, həmçinin Saatlı rayonuna getmək adı ilə aldadıb, sonuncunun 2022-ci ilin oktyabr ayının 10-dan həmin ilin noyabr ayının 10-a kimi olan müddət ərzində Rusiya federasiyasının Moskva şəhərindən «Zolotaya Korona» və «Contact» pul köçürmə sistemləri ilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 16490 manat təşkil edən 9700 X12 dollar pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 20400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işləyən tanışları vasitəsilə əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 45000 manat pul qarşılığnda sonuncunun Rusiya Federasiyamda yaşayan dayısı X10 və onun oğlu X11 Azərbayacan Respublikasının vətəndaşlığını əldə etmələrinə nail olacağına dair yalan yalan vədlər verib, Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək, bu məqsədlə 2022-ci ilin oktyabr ayının ortalarında ünvan 8 ünvanında yerləşən X4rşısında Zərərçəkmiş şəxs3la görüşərək 45.000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdar təşkil edən 45.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 respublika ərazisində yerləşən cəzaçəkmə müəssisəslərinin rəhbərləri olan tanışları vasitəsi ilə həmin müəssisələrdə tütün məmulatlarının satışını həyata keçirəcəyinə dair yalan məlumat verməklə aldadıb, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək qeyd olunan uydurma biznes fəaliyətində onunla şərik olmasını təklif etmiş, bu məqsəddə 29 noyabr 2022-ci il tarixdə ünvan 9 ünvanda yerləşən «Kral» şadlıq evinin yanında Zərərçəkmiş şəxs2la görüşərək həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil cdəıı 12000 X12 dollar pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar təşkil edən 20400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən 2021-ci il tarixədək Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. 2021-ci ilin tarixdə DİN-dən öz istəyi ilə xaric olunmuşdur. Zərərçəkmiş şəxs2 ilə ortaq tanışları vasitəsi ilə 2022-ci ildə tanış olmuş və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Həmin ərəfələrdə onun maddi sıxıntıları olmuş, Kamranında bundan xəbəri olmuşdur. Buna görə də Kamran ona köməklik etmək üçün 2022-ci ilin iyul, sentyabr, oktyabr aylarında ayrı-ayrı vaxtlarda ona borca 12000 ABŞ dollar pul vermiş, həmçinin 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Kral» şadlıq evinin yanında Kamrandan 10000 manat borca pul almışdır. Zərərçəkmiş şəxs2 onun Saatlı rayonunda «Rəşad» adlı şəxsə verdiyi borc pulun alınması ilə bağlı pul almamış, həmçinin Kamrandan tütün məmulatlarının alqı-satqısı ilə məşğul olmaq üçün pul almamış. Kamrandan pulları yalnız borca almışdır. Həmçinin 2022-ci ilin sentyabr ayında Kamran ona bildirmişdir ki, onun Rusiya Federasiyasında yaşayan X10 və onun oğlu olan Vüsal Məmiyev adlı tanışları Rusiya Federasiyasının vətəndaşlarıdır və Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək istəyirlər. Həmçinin Kamran bildirmişdir ki, bu məsələnin həlli üçün Vasif 45000 manat pul verməyə hazırdır. Bu məsələnin çətin həll olunacağını, həll edilməsinin mümkün olmayacağını Kamrana bildirmişdir. Nəticədə Kamranla razılaşdıqdan sonra Kamran Vüsalla danışıb onu inandırmışdır ki, onların vətəndaşlıq məsələlərini 45000 manat qarşılığında həll edəcək. 2022-ci ilin sentyabr ayının sonlarında Vüsalın bacısı oğlu Zərərçəkmiş şəxs3 ilə Elmlər Metrostansiyasının yaxınlığında görüşüb ondan 45000 manat pulu götürmüşdür. Həmin gün Kamranla danışıb onun istəyinə uyğun olaraq 8000 manat pulu onun qohumu olan Ataş adlı şəxsə çatdırmışdır. Qalan 37000 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa DİN-dən xaric olduqdan sonra fərdi qayadada Bakı şəhərində evlərin, torpaqların alqı-satqısı ilə məşğul olmuşdur. Təvəkkülün oğlu Vasifi əvvəllər polis əməkdaşı kimi tanımışdır. Vasif köhnə polis əməkdaşı olmuş, onunla münasibətləri yaxşı olmuşdur. Sonradan Vasif rəhmətə getmişdir. Sərdarı isə makler kimi tanımışdır. Sərdar Zərərçəkmiş şəxs1 onunla tanış etmişdir və ona məxsus ünvan 10 ünvanda yerləşən «Montin» deyilən yerdə 6 sol torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq lazım olduğunu bildirmişdir. Bundan sonra bu barədə Təvəkküllə söhbət etdikdə sonuncu Sərdarın dediklərini təsdiq etmiş və bildirmişdir ki, həmin torpağın ona məxsus olması barədə Nərimanov rayonu İcra Hakimiyyətinin sərəncamı olsa da, torpağın çıxarışı yoxdur, bunun üçün də həmin torpağa qanunvericiliyə uyğun olaraq çıxarış almaq lazımdır. Müəyyən insanlar vasitəsi ilə öyrənmişdir ki, torpağa çıxarış almaq üçün 50000 manat lazımdır. Bu söhbəti özü Təvəkkülə demişdir. Təvəkkül özü ona demişdir ki, torpaq sahəsinə çıxarış almaq üçün deyilən məbləğ qədər vəsaiti yoxdur. Bundan sonra pul əldə etmək məqsədilə Təvəkül Nəsibovun mülkiyyətində olan Zərərçəkmiş şəxs1 məxsus ünvan 11 ünvanınnda yerləşən torpaq sahəsini onun adına mülkiyyət hüququ ilə qeydə aldıracağını vəd edərək tanışı Şahid3 dəvət edərək sonuncunun pul verəcəyini və həmin pul müqabilində Təvəkül Nəsibovun məxsus ünvan 4 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 0,6 ha torpaq sahəsi ilə birlikdə Şahid3 adına girov qismində qoyacağı barədə razılıq əldə etmişlər. Daha sonra notariusa gedərək razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 evini Şahid3 adına ev girov kimi qoyularaq Şahid3 faizə pul götürülmüşdür. Çünki, Zərərçəkmiş şəxs1 torpağının sənədləşdirilməsi üçün 50000 manat pul lazım olmuşdur. Bunun üçün Zərərçəkmiş şəxs1 Novxanı qəsəbəsində yerləşən evi formal olaraq alqı-satqı edilmişdir. Təyyar ona əlavə olaraq 12 000 manat pul çatması şərti ilə (faiz olaraq) bu işə razılıq vemişdir. Təyyardan götürüləcək pul 60000 manat olduğundan, həmin məbləğdə pula alqı-satqının rəsmiləşdirməsi həyata keçirilsə notarius müqavilənin reallığına inanmayacağı üçün notariat ofisində alqı-satqı müqaviləsi 120000 manata bağlanmışdır. Realda həmin evi girov qoymaq şərti ilə alqı-satqı müqaviləsi yox borc müqaviləsi bağlanmalı idi. Təyyar evi girov kimi götürüb Təvəkkülə pul verməli idi, yəni əsas niyyət əmlakın girov qoyulması və pul əldə edilməsi olmuşdur. Lakin Təyyar evin alqı-satqı edilməsini istəmişdir. Pulu notariusda banka qoyub daha sonra çıxartmışlar, 60 000 manatdan 12 min manatını Təyyar “şapka” kimi ona çatası pul olaraq götürmüş, qalan 48 000 manatı isə özü götürmüşdür. Razılaşmaya əsasən torpağın sənədləşmə işləri yekunlaşana qədər Təyyara faiz olaraq hər ay 1350 manat pul ödənilməli idi. Həmin məbləğ ilə bağlı ödəmələr beş ay müddətində həyata keçirilmişdir. Daha sonra ödəniş edə bilmədiyi üçün Təyyar evi özünə götürmüşdür. Ümumilikdə sənədləşmə işləri yekunlaşdıqdan sonra yenidən alqı-satqı müqaviləsi bağlanılmalı və ev Təvəkkülün adına keçirilməli idi. Təvəkülün evinin alqı-satqı müqaviləsi adı ilə alınmış puldan ona 48000 manat pul çatmışdır. Məhkəmənin sualına cavab olaraq bildrimişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyan qaytarılmışdır, onların hər ikisi ilə barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs1 ilə hazırda razılıq əldə edilməmişdir, çünki Zərərçəkmiş şəxs1 evi əlindən çıxmışdır. Yalnız azadlıqda qalacağı təqdirdə Təyyarla razılaşıb Zərərçəkmiş şəxs1 evinin qatarılmasını təmin edə biləcəyini söyləmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Rusiya Federasiyası Moskva şəhərində yaşayır. Moskva şəhərində Elşən adlı şəxslə tanış olmuş və Elşənlə səmimi dostluq münasibəti yaranmışdır. 2022-ci ilin iyul ayında Bakı şəhərinə gəlmişdir. Elşənlə söhbət zamanı bir nəfər Saatlı rayonundan olan şəxsə borca pul verdiyini və həmin pulu geri ala bilmədiyini bildirmişdir. Elşən isə onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Bildirmişdir ki, Rüstəm polis əməkdaşıdır və pulunun qaytarılmasında ona köməklik edə bilər. Rüstəmə bildirmişdir ki, Saatlı rayonunda Rəşad adlı şəxsə 22.500 ABŞ dolları pul vermiş, artıq 5 ildir ki, pulunu geri ala bilmir. Rüstəm özünü ona Daxili İşlər Nazirliyində şöbə rəisi kimi təqdim edib, polis mayoru xüsusi rütbəsini daşıdığını bildirmişdir. Rüstəm, Saatlı rayonunda Rəşad adlı şəxsə borca verdiyi 22.500 ABŞ dolları pulun ona qaytarılmasında köməklik edə biləcəyini bildirmişdir. Bundan əlavə ona qaytarılacaq puldan 70 faizi özünə qalacaq və qalan 30 faizini özünə götürəcəyini demişdir. O, da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Rüstəmlə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 16A ünvanında yerləşən “Salam Baku” restoranında görüşmüşdür. Rüstəm ona bildirmişdir ki, prokurorluq orqanlarında ondan alınmış pulun qaytarılması üçün cinayət işi başlanacaq və buna görə də o, 22.500 ABŞ dolları pulundan 10 faizini, yəni təxminən 2300 ABŞ dolları pulu prokurorluq orqanlarında işləyən tanışına verəcək. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 16A ünvanında yerləşən “Salam Baku” restoranında dostu Elşənin yanında 2300 ABŞ dolları pulu şikayət ərizəsinə cinayət işi başlanması üçün Rüstəmə vermişdir. Rüstəm ona bildirmişdir ki, onu təxminən 2-3 gündən sonra prokurorluğa aparacaq və orada şikayət ərizəsi yazacaq, bundan sonra onun şikayət ərizəsinə cinayət işi başlanacaq və cinayət işi başlandıqdan sonra onun pulu qaytarılacaq. 2-3 gündən sonra Rüstəmlə əlaqə saxlamış və prokurorluq orqanlarına nə vaxt gedəcəklərini soruşan zaman o, bir sıra işlərinin olduğunu, yaxın zamanlarda gedəcəklərini bildirmişdir. Təxminən bir aydan sonra ondan verdiyi 2300 ABŞ dolları pulu geri istəmiş, lakin, Rüstəm ona yenə işlərinin olduğunu yaxın günlərdə prokurorluğa gedəcəklərini bildirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvələrində Rüstəm onunla əlaqə saxlamış və onlar görüşərək birlikdə Baş Prokurorluğa getmişlər. Orada şikayət ərizəsi yazmış və şikayət ərizəsini ərizələr qutusuna atmışdır. Bundan sonra Rüstəm ona bildirmişdir ki, Moskvaya qayıtsın və o, təxminən 1 həftə içərisində onun pulunu alaraq Moskvaya göndərəcəkdir. O, da Rüstəmə inanaraq Moskva şəhərinə qayıtmışdır. Moskva şəhərinə qayıtdıqdan sonra bir neçə müddət gözləsə də Rüstəm onun pulunu ala bilməmişdir. Bundan sonra Rüstəm Rəşad adlı şəxslə görüşüb onu Saatlı şəhərinə gedərək orada tutub Bakı şəhərinə gətirmək üçün ondan əlavə pullar almağa başlamışdır. Belə ki, o, Saatlı rayonuna getmək üçün yol xərci, onunla birlikdə Saatlı şəhərinə gedən polis əməkdaşlarının da yol xərclərini qarşılamaq üçün, əlavə olaraq guya ki, rəislərinə işin alınması üçün pul verilməsi bəhanəsi ilə ondan 2022-ci ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-a kimi olan 1 ay müddət ərzində əlavə olaraq ümumilikdə 9700 ABŞ dolları pul almışdır. Pulu köçürmə sistemləri ilə hər dəfə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 9700 ABŞ dollar pul göndərmişdir. Bundan sonra Rusiya Federasiyasında yaşayan dostu Elşad onunla əlaqə saxlamış və bir nəfər tanışının oğlu ilə birlikdə Azərbaycan Respublikasından vətəndaşlıq almaq üçün ona köməklik etməyini istəmişdir. Belə ki, Elşadın tanışı X10 adlı şəxs və onun oğlu X3 Federasiyası vətəndaşıdırlar və onlar Azərbaycan Respublikasından vətəndaşlıq almaq istəyirlər. O, da Elşada bu barədə maraqlanacağını bildirmişdir. Bundan sonra Rüstəmlə əlaqə saxlamış və Elşadın dediklərini ona deyərək ondan köməklik etməsini xahiş etmişdir. Rüstəm də bir nəfər yüksək rütbəli tanışının olduğunu və həmin tanışı vasitəsilə Vasif və Vüsala Azorbayacan Respublikasından vətəndaşlıq almaqda köməklik edə biləcəyini bildirmişdir. O da bu barədə Elşada bildirmişdir. Rüstəm ona Vasif və Vüsala Azərbaycan Respublikasından vətəndaşlıq almaq üçün 45.000 manat pul lazım olacağını bildirmişdir. O, da bunu Elşada demiş və Elşad da Vasifə bu barədə dedikdən sonra Vasif də qeyd olunan pulu verməyə razılaşmışdır Rüstəm Vasifin bacısı oğlu Zərərçəkmiş şəxs3 ilə Elmlər Akademiyası metro stansiyasının yaxınlığında görüşüb və Samir 45000 manat pulu Rüstəmə vermişdir. Bundan sonra 28 oktyabr 2022-ci il tarixdə Rüstəmlə “Park Bulvar” ticarət mərkəzində görüşmüşlər. Rüstəm ona birlikdə iş qurmağı təklif etmişdir. O da ondan nə işlə məşğul olacaqlarını soruşan zaman həbsxanaların rəisi ilə dost olduğunu, onun vastəsi ilə həbsxanalara tütün məmulatlarını satacaqlarını bildirmişdir. Bu işin icazəsi üçün də pul lazım olduğunu demişdir. Rüstəmdən nə qədər pul lazım olduğunu soruşan zaman Rüstəm nə qədər pul düzəldə biləcəyini soruşmuşdur. O da tapa biləcəyi pulu ona deyəcəyini bildirmişdir. Rüstəm bu işdə aylıq 30.000 manat qazanc olduğunu demişdir. Tanışları vastəsilə 12.000 ABŞ dolları pul düzəltmiş və 29 noyabr 2022-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Kral” restoranının yaxınlığında Rüstəmə vermiş, həmin vaxt Rüstəmlə ikisi olmuşdur. Rüstəm tez bir zamanda işi düzələcəyini bildirmiş, əlavə olaraq da yaxşı qazanc əldə edəcəklərini qeyd etmişdir. Daha sonra hec bir işin alınmadığını görüb ondan pulunu dəfələrlə geri tələb elsə də Rüstəm müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. O, da məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan məhkəmə istintaqı dövründə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsi və vəkili 25 saylı Vəkil Bürosunun X5 məhkəmə iclasında iştirak edərək, hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. Həmçinin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını qeyd etmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özü ünvan 12 ünvanında yerləşən həyət evində yaşayır. Lakin, ona məxsus ünvan 10 ünvanda yerləşən «Montin» deyilən yerdə 6 sot torpağı vardır. Həmin torpağın ona məxsus olması barədə Nərimanov rayonu İcra Hakimiyyətinin sərəncamı olsa da, torpağın çıxarışı olmamış, buna görə həmin torpağı sata bilməmişdir. 2021-ci ilin sentyabr ayında tanışları vasitəsi ilə Sərdar adlı bir şəxslə tanış olmuşdur. Sərdar ona özünü makler kimi təqdim etmiş və demişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanda yerləşən «Montin» deyilən yerdə 6 sot torpaq sahəsini satmaqda ona kömək edəcəkdir. Hətta Sərdar onunla birlikdə ona məxsus olan torpağa gedib baxmışdır. Sərdara izah etmişdir ki, həmin torpağın ona məxsus olması barədə Nərimanov rayonu İcra Hakimiyyətinin sərəncamı olsa da, torpağın çıxarışı yoxdur, bunun üçün də həmin torpağa qanunvericiliyə uyğun olaraq çıxarış almaq lazımdır ki, torpağı rahat satsınlar. Sərdar həmin ərəfələrdə tanımadığı ayrı-ayrı şəxsləri müştəri kimi torpağın yerləşdiyi əraziyə apararaq torpağa baxmışlar. Həmçinin, Sərdar həmin müddətdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsi onun yanma gətirərək onunla tanış etmişdir. Rüstəm ona demişdir ki, hal-hazırda polis əməkdaşıdır, Daxili İşlər Nazirliyinin cinayətaxtarış şöbəsində işləyir, mayor rütbəsindədir, Rüstəm ona bununla bağlı vəsiqə də göstərmişdir. O, da Rüstəmə inanmış, Rüstəm özü də onun kimi “Qərbi azərbaycanlı” olduğundan artıq onu özünə yaxın bilmişdir. Rüstəm ona demişdir ki, o, işlədiyi işdən əlavə torpaq-ev alqı-satqısı ilə məşğuldur. Əlavə olaraq da demişdir ki, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanda yerləşən «Montin» deyilən yerdə yerləşən 6 sot torpaq sahəsinə də çıxarış düzəltdirmək üçün Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışı da vardır, onunla əvvəllər də bir neçə dəfə iş görərək, çıxarışı olmayan daşınmaz əmlaklara çıxarış almışdır, yəni bu məsələni həll edə bilər. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən «Montin» deyilən yerdə 6 sot torpaq sahəsinə Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışı vardır, həmin tanışı vasitəsi ilə torpağa çıxarış almaq üçün 60.000 (altmış min) manat verməlidir. O, da Rüstəmə demişdir ki, torpaq sahəsi satıldığı təqdirdə əlavə olaraq pul hörməti də edər. Bütün bu söhbətlər Sərdar adlı maklerin yanında olmuşdur. Lakin Rüstəmə demişdir ki, 60.000 manat pulu verməyə gücü çatmır. Rüstəm ona demişdir ki, 60.000 manat tapmaq üçün hər hansı bir evi varsa, onu kiminsə adına keçirsinlər və həmin şəxsdən faiz kimi 60.000 manat pul götürsünlər, torpağın çıxarışını alıb satdıqdan sonra faiz verən şəxsin pulunu qaytarıb mənzili yenidən öz adına keçirsinlər. O, də Rüstəmə inanmış, demişdir ki, elə yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evi kiminsə adına keçirə bilər. Rüstəm demişdir ki, onun faizə pul verən tanışı vardır, həmin şəxsdən pul götürə bilərlər. Bundan sonra Rüstəm ona mobil telefonla zəng vuraraq yaşadığı evi girov qoymaq üçün müştəri gətirdiyini deyib evdə olmağını istəmişdir. Elə həmin günü Rüstəmlə birlikdə tanımadığı adamlar gəlib yaşadığı evə baxmışlar, pul barədə Rüstəmlə razılaşmayıb getmişlər. Rüstəmlə birlikdə makler Sərdar da gəlmişdir. Daha sonra 06 iyun 2022-ci il tarixdə günorta saatlarında Rüstəm, sonradan adlarını bildiyi Təyyar, İlham adlı şəxslər və əlavə olaraq da bir nəfər tanımadığı şəxslə birlikdə onun yaşadığı mənzilə gələrək evə baxıb getmişlər, həmin vaxtı orada Sərdar olmamışdır. 07 iyun 2022-ci il tarixdə Rüstəm mobil telefonla ona zəng vuraraq bildirmişdir ki, evə baxmağa gələn şəxslərlə danışmış, evi onlara girov qoyaraq 6 ay müddətinə 60.000 manat pul götürəcək, o da Rüstəmə inanaraq onunla razılaşmışdır. 08 iyun 2022-ci il tarixdə səhər saatlarında Rüstəm və Sərdar yaşadığı evə gələrək onu götürüb Bakı şəhəri Nəsimi rayonu 14 saylı Notariat Kontoruna aparmışlar. Notariat kontorunda mənzilin qiyməti müqavilədə 120000 (yüz iyirmi min) manat göstərilmiş və Təyyarla alqı-satqı müqaviləsi bağlamış və mənzil Təyyarın anasının adına keçmiş, anasının adından nümayəndə kimi Təyyar iştirak etmişdir. Sənədlərə qol çəkdindən sonra, əlini pula vurmamışdır. Notariat kontorundan çıxdıqdan sonra avtomobildə Sərdar Təyyar və Rüstəm söhbət etmişlər. Alqı-satqı 120000 manata bağlansa da Təyyar 60.000 manat Rüstəmə vermişdir. Nə Rüstəm nə də ki, Təyyar həmin puldan ona 1 manat da verməmişdir. Sonradan bilmişdir ki, Rüstəm torpağın çıxarışını ala bilməmiş, hər dəfə ona müxtəlif bəhanələr gətirib onu aldadırmış. Rüstəm aldığı pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Hazırki vaxta qədər də Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evi Təyyarın anasının adınadır, hazırda da həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisələndirmələri davam etdirilir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən həyət evini oğlu tikmişdir, həmin ünvanda yaşayır. Onun həmin evdən başqa heç bir evi yoxdur. Evini heç vaxt satmaq niyyəti olmamışdır. Rüstəm ona evi girov qoyaraq pul götürəcəyini və ünvan 10 ünvanında yerləşən 6 sot torpağın sənədlərini düzəltdikdən sonra torpağı satacağını sonra da pulu geri qaytararaq evi girovdan çıxardacağını söyləmişdir. Notariat kontorunda müqavilənin bağlanmasında özünün iştirak etdiyini, lakin alqı-satqı müqaviləsi bağlandığını başa düşmədiyini söyləmişdir. Həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin alqı-satı müqaviləsinin bağlanması zamanı Təyyar tərəfindən verilmiş puldan ona heç bir məbləğ çatmamışdır. Hazırda şikayətçidir, evinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Ağamalı oğlunu təxminən 2019-cu ildən tanıyır, Zərərçəkmiş şəxs1 isə makler işləyən vaxt tanımışdır. Təvəkkül Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanda yerləşən «Montin» deyilən yerdə 6 sot torpaq sahəsini satmaq istəyirmiş. Təvəkkülün deməsindən bilmişdir ki, həmin torpağın Təvəkkülə məxsus olması barədə Nərimanov rayonu İcra Hakimiyyətinin sərəncamı olsa da, torpağın çıxarışı yoxdur, bunun üçün də həmin torpağa qanunvericiliyə uyğun olaraq çıxarış almaq lazımdır ki, torpağı rahat satsınlar. Həmin ərəfələrdə tanımadığı ayrı-ayrı şəxsləri müştəri kimi torpağın yerləşdiyi əraziyə apararaq torpağa baxmışdır. Lakin torpağı alan olmamışdır. Sonradan Rüstəm onun yanına gələrək Təvəkkülə aid torpağa Türkiyə Cümhuriyyəti vətəndaşı olan müştəri tapdığını deyib, Təvəkküllə danışmağı təklif etmişdir. O, da razılaşmış və birlikdə Təvəkkülün yaşadığı evə getmişlər. X19 demişdir ki, ünvan 10 ünvanda yerləşən «Montin» deyilən yerdə 6 sot torpaq sahəsinə Türkiyə Cümhuriyyəti vətəndaşı adını bildirmədiyi bir şəxsi tapıb və həmin Türk vətəndaşına torpaq sahəsini 1.000000 (bir milyon) manata salacaqdır. Rüstəm Təvəkkülə həmçinin bildirmişdir ki, torpağın sənədlərinə çəkiləcək əlavə xərclər onun tərəfimdən ödənilməlidir, Türkiyə Cümhuriyyəti vətəndaşı əvvəlcədən beh kimi 100.000 manat pul vermiş, əlavə olaraq da 60.000 manat pul lazımdır. Həmin vaxt Təvəkkül Rüstəmə demişdir ki, torpaq sahəsi satıldığı təqdirdə əlavə olaraq pul hörməti də edər. X14 demişdir ki, 60.000 manat pulu verməyə gücü çatmır. Rüstəm Təvəkkülə demişdir ki, 60.000 manat tapmaq üçün hər hansı bir evi varsa, onu keçirsinlər kiminsə adına və həmin şəxsdən faiz kimi 60.000 manat pul götürsünlər, torpağın çıxarışını alıb satdıqdan sonra faiz verən şəxsin pulunu qaytarıb mənzili yenidən öz adlarına keçirsinlər. Təvəkkül də Rüstəmə inanmış, razılaşmışdır. 07 iyun 2022-ci il tarixdə günorta saatlarında Rüstəm ona zəng vuraraq bir nəfər müştərini Təvəkkülün evinə apararaq razılaşdığını və həmin şəxsin pul verəcəyini, növbəti gün notariusa gedəcəklərini bildirmişdir. 08 iyun 2022-ci il tarixdə Rüstəm avtomobil ilə gəlib onu ofisdən götürmüş və birlikdə Novxanı kəndinə gedib orada Təvəkkülü götürmüşlər, yolda Rüstəm ona demişdir ki, artıq torpağın çıxarış məsələsini həll edib, 160.000 manat pulu düzəldib bir nəfər tanışına verərəcək və həmin şəxs 21 gün ərzində torpağın çıxarışını ona verəcəkdir. Rüstəmin deməsinə görə evə baxan şəxslərə evi girov qoyaraq 6 ay müddətinə 60.000 manat pul götürəcəkdir. Birlikdə Bakı şəhəri Nəsimi rayonu 14 saylı Notariat Kontoruna gəlmişlər. Orada o, Rüstəm, Təvəkkül, adlarını sonradan bildiyi Təyyar və İlham adlı şəxslər olmuşdur. Rüstəm orada Təyyar və İlhamla söhbət etmiş və demişdir ki, mənzili alqı-satqı ilə onların adına keçirəcəkdir və alqı-satqı müqaviləsində ev 60.000 manata satılacaqdır, 60.000 manatın da 12.000 manatını ilkin olaraq faiz pulu olaraq onlara verəcəkdir. 2 ay ərzində, yəni Təvəkkülün o biri torpağına dair çıxarışı alıb torpağı satdıqdan sonra 60.000 manat pulu qaytarıb mənzili alqı-satqı yolu ilə geri qaytaracaqdır. Belə olan halda Təyyar və İlham bu təklifə razı olmamışlar, demişlər ki, Təvəkkülə məxsus yaşayış evinin real qiyməti bahadır, ona görə də Notariat kontoru mənzilin 60.000 manata satılmasına razı olmayacaqdır. Ən azı yalandan olaraq yaşayış evinin alqı-satqısı müqavilədə 120.000 manat göstərilsin ki, notariat kontoru buna razı olsun. Lakin, aralarında 60.000 manat söhbəti yerində qalsın, yəni 2 ay ərzində 60.000 manatı pulu verdikdən sonra mənzili geri alqı-satqı edərlər. Belə olan halda Rüstəmlə razılığa gəlmişlər, Təvəkkül də razılaşmışdır. Təyyar alqısatqı müqaviləsi bağlamış və mənzil Təyyarın anasının adına keçmiş, anasının adından nümayəndə kimi Təyyar iştirak etmişdir. Sənədlərə qol çəkdikdən sonra, Təvəkkül əlini pula vurmamışdır. Rüstəm özü kassadan pulu götürmüşdür. Rüstəmin nə qədər pul götürdüyünü görməmiş, amma Rüstəmin deməsindən bilmişdir ki, kassaya 120000 manat mədaxil olunduqdan sonra Rüstəm həmin pulu götürüb 60000 manatını Təyyara qaytarmış, yerdə qalan 60000 manat pulun 12000 manatını da Təyyara verib, qalan pulu isə özündə saxlayıb ki, özündə olan 100000 manat pulu da birləşdirib BT-yə versin ki, torpağa çıxarış ala bilsin. Sonradan notariusdan çıxdıqda Təvəkkülü yola salmış, özü isə öz işləri ilə məşğul olmuşdur. Sonradan Təvəkkülün evinə bir neçə dəfə gedib Rüstəmin çıxarış alıbalmadığını soruşmuş, Təvəkkül isə Rüstəmin hər dəfə bir bəhanə gətirdiyini demişdir. Hətta özü də dəfələrlə Rüstəmlə danışmış, Rüstəm hər dəfə bu gün sabah deyib vaxtı uzatmış və nəticədə heç bir çıxarış alınmamışdır. Sonradan eşitmişdir ki, Təvəkkülün yaşadığı mənzildən çıxarılmağı ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə iclasında dinridilmiş Zərərçəkmiş şəxs1 gəlini Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu Vasif Nəsibovla 2013-cü ildən rəsmi qaydada ailə həyatı qurub bir yerdə yaşamışlar. Əvvəllər Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşamışlar. Yoldaşı Vasif 2017-ci ildə ünvan 12 ünvanında yerləşən torpaq sahəsini almış, 2020-ci ilin yanvar ayından isə həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışdır. 20 sentyabr 2021-ci ildə rəhmətə getmişdir. Yoldaşı Vasif rəhmətə getdikdən sonra qaynatası Təvəkküllə münasibəti pisləşmiş, Təvəkkülün onunla münasibətinin pisləşməsinə səbəb onun yaşadığı evdən çıxmağını tələb etməsi, lakin hazırki vaxta qədər də onunla eyni həyət evində yaşaması olmuşdur. Qaynatası Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 13 ünvanını kimə satması, kimə girov qoyması barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. Sonradan qaynatasının qohumlarından eşitmişdir ki, qaynatasının əlindən ev çıxıb, belədir ki, onu aldadıb evini ələ keçiriblər, lakin kim tərəfindən aldadıldığını bilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evi satmaq niyyətinin olması barədə heç vaxt danışmamışdır, evi satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2001-ci ildən 2021-ci il tarixədək Daxili İşlər Nazirliyində çalışmış, polis nəfəri, polis serjantı rütbəsində olmuşdur. DİO-dan öz istəyi ilə təqaüdə çıxdıqdan sonra evlərin alqı-satqısı ilə məşğul olur. Belə ki, nisbətən bazar qiymətindən aşağı olan, təcili satılan ev və yaxud da mənzil olan zaman onları alıb daha sonra satır. Buna görə də Abşeron rayon ərazisində işləyən evlərin alqı-satqısı ilə məşğul olan maklerlər onu tanıyırlar. 06 iyun 2022-ci il tarixdə bir nəfər əvvəllər tanımadığı, sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs mobil telefon vasitəsi ilə ona zəng vuraraq özünü Rüstəm kimi təqdim etmiş və qeyd etmişdir ki, onun mobil nömrəsi Abşeron rayonu ərazisində işləyən maklerlərdən alıb. Rüstəm demişdir ki, ünvan 14 ünvanında yerləşən öz adına olan evi satır. Lakin, evin neçəyə satılması barədə bir söz deməmişdir. Rüstəmlə razılaşaraq ünvan 15 ünvanda yerləşən evə baxmağa getmişlər. Evin həyətinə daxil olduqda orada bir nəfər adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 görmüş, sonuncu ağacları sulayırmış. Rüstəm Təvəkkülü ona öz dayısı kimi təqdim etmiş, Təvəkkül də Rüstəmin dediklərini təsdiqləmişdir. Sonra Rüstəmlə birlikdə evə baxmışlar, Təvəkkül də yanlarında olmuşdur. Orada Rüstəmlə evi 120000 manata almağı razılaşmışdır. Növbəti gün Rüstəm və Təvəkküllə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən səhv etmirsə notariat kontorunda görüşmüşlər. Notariat kontorunda sənədləşmə işləri aparılan zaman sona yaxın Sərdar adlı şəxsi də Rüstəmin yanında görmüşdür. Notariat kontorunda sənədləşmə işləri aparıldıqdan sonra 120000 manat pulu banka köçürmüş və sonradan notariat kontorundan çıxıb getmişdir. Sonradan bankdan pulu kimin götürməsindən məlumatı olmamışdır. Notariat kontorundan çıxan zaman Rüstəm evi 3 aya boşaldıb təhvil verəcəyini demiş və sənədləri götürüb çıxıb getmişdir. 3 aydan sonra Rüstəmlə əlaqə saxladıqda və evi nə zaman boşaldacağını soruşduqda, demişdir ki, yası düşüb, rayondadır, gələndə onunla görüşəcək. Rüstəm bu minvalla təxminən 2 ay vaxtı uzatmışdır. 2 aydan sonra ünvan 16 ünvanda yerləşən evə getmiş və orada Zərərçəkmiş şəxs1la görüşdükdə, sonuncu ona Rüstəmin onun bacısı oğlu olmadığını, Rüstəmin onu aldalıb, ona məxsus olan hazırki evi satdığını bildirmişdir. Orada Zərərçəkmiş şəxs1 demişdir ki. Rüstəmin onu aldatması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsin və evi boşaltsın, bu evə görə banka 120000 manat pul köçürmüşdür. Təxminən 10 gün gözlədikdən sonra evin Zərərçəkmiş şəxs1ıı alınaraq ona verilməsi ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etmiş və orada bir müddət gedən baxışlardan sonra Zərərçəkmiş şəxs1 xeyrinə qətnamə qəbul edilmiş, hazırda həmin qətnamə ilə bağlı Aplellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildrimişdir ki, 14 saylı notariat kontorunda yanında heç kim olmamış, orada o və Təvəkkül, Rüstəm və Sərdar olmuşdur. Orada onun Rüstəmlə aralarında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi qaydada söhbət olmamışdır. Notariat kontorunda evin alqı-satqı sənədlərinə anasın nümayəndəsi kimi imza etdikdən sonra orada banka 120000 manat pul köçürmüş və notariat kontorundan çıxıb getmişdir. Rüstəm ona 60000 manat pul qaytarmamış və ya 60000 manat puldan 12000 manat faiz pulu verməmiş, ürnumiyyətcə orada belə bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır. Rüstəm ona heç bir məbləğdə pul ödəməmiş, həmçinin də onlara sələmə pul verməmiş, razılaşmaya əsasən 120000 manat pul ödəyib ev almışdır. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraaata qəbul edilməsi haqqında” Qərardan aydın olur ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində Zərərçəkmiş şəxs1 şikayəti əsasında fakta görə Azərbaycan Respublikasının CMin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Məhkəmə baxışdan tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsindən Nərimanov RPİ-nə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı material daxil olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən aydın olur ki, ünvan 17 ünvanda yerləşən ümumi sahəsi 177.7 kv/m olan fərdi yaşayış evi satıcı X6 tərəfindən alıcı X7 120000 manat məbləğində satılmışdır. X1 əvəzinə Şahid3 imzalamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatlardan aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Tutma haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 316/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 347/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1477/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, istintaq müddətinin sonunadək həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Salan oğlu ilə Təqsirləndirilən şəxs barəsində telefon üzərindən aparılmış yazışmalarda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Salan oğlundan pul alması və müxtəlif bəhanələrlə qaytarmaması öz əksini tapmışdır. Məhkəmədə tədqiq edilmiş 25 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” Qərarın 8-ci bəndindən aydın olur ki, cinayət işi materiallarından Şahid3 barəsində Azərbaycan Respublikasının CM-in 192-ci maddəsi ilə ilkin yoxlama materialı ayrılaraq istintaq aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Həmin Qərarın 9-cu bəndindən aydın olur ki, Zərərçəkmiş şəxs2 Salan oğlunun istintaqa təqdim etmiş olduğu Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə aparılmış danışıqlarının mətnlərinin əks olunduğu 24 ədəd A4 formatlı vərəq is üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Salan oğlu tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, xx.xx.2017-ci il təvəllüdlü Ağamayıl Ağamalıyev, xx.xx.2015-ci il təvəllüdlü Minarə Ağamalıyeva və xx.xx.2010-cu il təvəllüdlü Melisa Ağamalıyeva adlı üç azyaşlı övladı vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yalan vədlər verib aldatmaqla müxtəlif məbləğdə pullarını ələ keçiməklə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etmiş olduğu pulu onların etibarından sui-istifadə edərək mənimsəmə niyyətinin olmaması, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 aldığı pulları borc olaraq alması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 aldatmaqla onun evinin özgəninkiləşdirməsi yolu ilə 48000 manat pulun ələ keçirməsi özünün məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahid ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrədən aparılan yazışmalar və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 03 (üç) azyaşlı övladı olmasını, zərəçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışqlarm mətnlərinin əks olunduğu 24 ədəd A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və əlavə məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təsirli bilinməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində seçilmiş həbs qətimkan tədbiri və ev dustaqlığında olduğu 02 (iki) ay, 27 (iyirmi yeddi) gün (17 iyun -13 sentyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 01 (bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab edilmiş “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların mətnlərinin əks olunduğu 24 ədəd A4 formatlı vərəq cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-15/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-15/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver