Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-151/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 25 avqust 1964-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 3 ünvanında yerləşən yarımtikilinin həyətindəki anbara qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus olan məişət əşyalarını müxtəlif vaxtlarda, yəni 22.06.2020-ci il tarixdə 1 ədəd 200 manat dəyərində ağ rəngli sandıq, 1 ədəd 1000 manat dəyərində çilçıraq və 1 ədəd 700 manat dəyərində çilçıraq, 23.06.2020-ci il tarixdə 1 ədəd 640 manat dəyərində yaşıl rəngli kreslo və 1 ədəd 1000 manat dəyərində ağ-qara rəngli masa, 26.06.2020-ci il tarixdə 1 ədəd 3150 manat dəyərində “Yataş” markalı yataq, 28.06.2020-ci il tarixdə 1 ədəd 3650 manat dəyərində ikinəfərlik “Yataş” markalı yataq, 30.06.2020-ci il tarixdə 2 ədəd hər biri 1850 manat dəyərində qəhvəyi rəngli divan və 1 ədəd 4500 manat dəyərində ipək İran xalçasını talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 18540 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə əvvəllər qonşuluqda yaşamış və təxminən 15 il əvvəl tanış olmuşdur. 23 iyun 2020-ci il tarixdə saat 13 radələrində Rövşən ona zəng edərək evlərinin yaxınlığında yarımtikilinin həyətində anbar olduğunu və anbarın içərisində çoxlu mebel əşyalarının olduğunu bildirmiş, sonra isə təklif etmişdir ki, həmin yarımtikilinin sahibləri uzun müddətdir ki, evə gəlib-getmir və həmin mebellər ev sahiblərinin ümumiyyətlə yadında deyil. Bununla da həmin əşyaları oğurlamağı təklif etdikdə onunla razılaşmışdır. Ona görə də həmin günü saat 15 radələrində Rövşənlə birlikdə Nərimanov rayonu, Ş.Rəhimov küçəsi 39 ünvanda yerləşən yarımtikiliyə gəlmiş, yarımtikilinin həyətindəki anbarın qapısı bağlı vəziyyətdə olmuşdur. Rövşən anbarın kənar hissəsindən bir neçə daş götürüb içəri daxil olmuş, sonra anbardan ancaq qab-qacaqlar götürmüş və Rövşənin təklifi ilə həmin əşyaları əvvəllər özünün də tanıdığı Seyfi adlı şəxsə satmışlar. 26 iyun 2020-ci il tarixdə saat 22 radələrində Rövşən anbarın qapısını açdıqdan sonra Fərhad adlı “Qazel” sürücüsünə zəng etmiş və avtomobilin yük hissəsinə 1 ədəd divan yerləşdirib, yenə də Seyfinin yaşadığı evə aparmışlar. Bundan 3 gün sonra, yəni 29 iyun 2020-ci il tarixdə saat 12 radələrində yenidən həmin ünvana gedərək orada 1 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd stol və bir neçə stul apararaq Seyfiyə satmışlar. Həmin divan, həm də kreslo yüngül olduğundan daşınması üçün avtomobil çağırmamış, Seyfinin evi yaxın olduğundan əlləri ilə daşımışlar. Yarımtikilidə olan digər əşyalar barədə məlumatı olmamışdır. Oğurluq hadisələrini törədən zaman onları heç kim görməmişdir, həmin oğurluq hadisələri barədə heç kimin məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanının ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər onun yaşadığı evin qonşuluğunda yaşamış və onunla təxminən 15 il əvvəl tanış olmuşdur. 26 iyun 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman Mahirlə rastlaşmış, söhbət əsnasında Mahir bildirmişdir ki, yaşadığı mənzildə olan ev əşyalarını sataraq pul qazanmaq istəyir, əşyaların daşınmasında ona köməklik etməsini istəmişdir. Əşyaların yerini soruşduqda isə həmin əşyaların arada bir gözətçilik etdiyi Nərimanov rayonu, Ş.Rəhimov küçəsi 39 ünvandakı yarımtikilinin həyətində yerləşən anbarda olduğunu demişdir. Mahiri uzun müddət tanıdığından və kasıb olduğu üçün pula ehtiyacı olduğunu başa düşüb ona kömək etmək qərarına gəlmişdir. Mahir əşyaları həmin gün aparacağını və ona zəng edərək bu barədə məlumat verəcəyini bildirmişdir. Əşyaları satmaq üçün isə əvvəllər bir neçə dəfə istifadə edilmiş əşyalar satdığı Seyfi adlı şəxs ilə əlaqə saxlamış, Seyfi də razılaşmışdır. Əşyaların iri həcmli olduğunu bildirdikdə yük avtomobili tapmaq üçün Nərimanov rayonu, Ak. H.Əliyev prospektində yerləşən “Kral” restoranının yaxınlığına getmiş, orada dövlət qeydiyyat nişanını unutduğu “Qazel” markalı avtomobillərdən birinə yaxınlaşaraq yük daşımaq lazım olduğunu bildirmiş və əlaqə nömrəsi götürmüşlər. Həmin günü saat 22 radələrində Mahir məhəlləyə gəlmiş və onunla əlaqə saxlayaraq evdən çıxmasını istəmişdir. Mahirlə görüşdükdə əşyaları daşımalı olduqları evə tərəf gəlmiş, artıq evin yan tərəfində böyüklər üçün nəzərdə tutulmuş 1 ədəd yataq olmuşdur. Bu zaman “Qazel” markalı avtomobilin sürücüsü Fərhad adlı şəxsə zəng edərək onu həmin ünvana çağırmış, “Qazel” evin yanına gəlib dayanmışdır. Bu zaman Mahirə köməklik edərək yatağı avtomobilə yükləmiş və birlikdə Seyfinin yaşadığı Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “Bravo” marketin yaxınlığındakı evə gedərək yatağı Seyfiyə təhvil vermişlər. Bundan 3 gün sonra, yəni 29 iyun 2020-ci il tarixdə saat 12 radələrində Mahirin xahişi ilə yenidən həmin ünvana getmiş, bu zaman yenə də evin çöl hissəsinə qoyulmuş 1 ədəd kreslonun daşınmasında Mahirə köməklik edərək kreslonu Seyfinin yaşadığın evə aparmışdır. Həmin günü saat təxminən 20 radələrində yenidən həmin ünvana gedərək Mahirlə birlikdə 1 ədəd divanı yenə də Seyfinin evinə aparmışlar. Həmin divan, həm də kreslo yüngül olduğundan daşınması üçün avtomobil çağırmamışlar. Həmin əşyaların oğurluq olması barədə əvvəlcədən məlumatı olmamışdır. Həmin əşyaların cehizlik olduğunu və istifadə olunmuş əşyalar olduğunu fikirləşmişdir. Oğurluq hadisələrini törədən zaman onları heç kim görməmişdir, həmin oğurluq hadisələri barədə heç kimin məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanının ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl X1 məxsus Nərimanov rayonu, Ş.Rəhimov küçəsi 39 ünvanda yaşayış üçün yeni evin tikintisinə başlamış, lakin son aylar orada heç bir tikinti işləri getməmiş və hazırda yarımtikili vəziyyətdədir. Həmin evə yerləşdirilməli olan məişət əşyaları evin həyətində yerləşən və bağlı vəziyyətdə saxlanılan anbara yığılmışdır. Uzun müddətdir ki, orada inşaat işləri aparılmadığından, həmçinin yaşayış olmadığından sonuncu dəfə 18 iyun 2020-ci il tarixdə getmişdir. 17 iyul 2020-ci il tarixdə evə baxmağa getmiş, əşyaların yerində olub-olmamasına baxmaq üçün anbara yaxınlaşdıqda anabarın qapısını aça bilməmişdir. 18 iyul 2020-ci il tarixdə saat 14 radələrində qapının kilidini dəyişmək üçün Aqşin adlı usta ilə birlikdə yenidən evə gəlmiş, bu zaman kilidi sökdükdə içəridə olan mebellərin və məişət əşyalarının əksəriyyətinin yerində olmadığını aşkar etmişdir. Əvvəlcə bu barədə atasına, sonra isə DİN-nİn 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları həmin yerə gəlmişlər. Həmin anbara baxış keçirərkən 3150 manat dəyərində “Yataş” markalı yataq, 3650 manat dəyərində 2 nəfərlik yataq, hər birinin dəyəri 1850 manat olan 2 ədəd divan, hər birinin dəyəri 640 manat olan 2 ədəd kreslo, 1000 manat dəyərində 1 ədəd stol və hər biri 100 manat dəyərində 8 ədəd stul olan mətbəx mebeli dəsti, 1000 manat dəyərində 1 ədəd çilçıraq, 700 manat dəyərində 1 ədəd çilçıraq, 2600 manat dəyərində 1 ədəd 80 m2-lik “Misubishi” markalı kondisioner, 2100 manat dəyərində 1 ədəd 40 m2-lik “Misubishi” markalı kondisioner, 150 manat dəyərində 1 ədəd “Panasonic” markalı tozsoran, hər birinin dəyəri 800 manat olan 2 çay servisi dəsti, 1400 manat dəyərində 1 nahar servisi dəsti, 300 manat dəyərində 1 kofe servisi dəsti, 1800 manat dəyərində 1 ədəd “Panasonic” markalı kofe aparatı və 4500 manat dəyərində 1 ədəd ipək İran xalçasının olmadığını aşkar etmişdir. Ona ümumilikdə 18540 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 76-78 vərəqələrində olan Şahid ifadəsindən görünür ki, ünvan 4 ünvanda avtomobillərin təmiri işi ilə məşğul olur. Təqsirləndirilən şəxs2 ilə eyni məhəllədə böyümüş və təxminən 20 ildir ki, onu tanıyır. 2020-ci ilin iyun ayının ortalarında Rövşən, onun iş yerinə gələrək yaşadıqları evi satdıqlarını və ona görə də ev əşyalarını da satmaq istədiklərini bildirmiş, lakin razı olmamışdır. Bundan sonra 22 iyun 2020-ci il tarixdə Rövşən yenidən onun iş yerinə gəlmiş və bildirmişdir ki, həmin əşyları ucuz qiymətə satır. Həmin əşyaların nədən ibarət olduğunu soruşduqda Rövşən ona mebellər olduğunu bildirmiş, qiyməti ucuz olduğuna görə Rövşənlə razılaşmışdır. Həmin günü saat 15 radələrində Rövşən onun da əvvəllər tanıdığı Mahir adlı şəxslə birlikdə əllərində daşıdığı ağ rəngli sandığı yaşadığı evin həyətinə gətirmişlər və Rövşənə 100 manat pul vermişdir. Növbəti gün, yəni 23 iyun 2020-ci il tarixdə saat 13 radələrində Rövşən yenə də Mahirlə birlikdə 1 ədəd kreslo və 1 ədəd stol gətirmiş, həmin əşyalar üçün isə Rövşənə 60 manat pul vermişdir. 26 iyun 2020-ci il tarixdə saat 22 radələrində Rövşən və Mahir “Qazel” markalı avtomobillə 2 yataq gətirmiş, yataq üçün Rövşənə 700 manat pul vermişdir. 28 iyun 2020-ci il tarixdə Rövşənə, gətirdiyi 1 ədəd 2 nəfərlik yataq üçün 450 manat pul vermiş, sonuncu dəfə isə 30 iyun 2020-ci il tarixdə 2 ədəd divan və 1 ədəd xalça üçün cəmi 450 manat pul vermişdir. O, göstərmişdir ki, Rövşən ona satdığı bütün əşyaları Mahirlə birlikdə gətirmiş və həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bildirməmişdir. Həmin əşyaları evlərini satdığına görə ucuz qiymətə satdığını dediyinə görə almaq qərarına gəlmişdir. Yalnız 26 iyun 2020-ci il tarixdə 2 yataq mebelini avtomobillə gətirmişlər, digər mebelləri isə Mahirlə birlikdə özləri daşımışlar. Bundan başqa, Rövşən həmin dövr ərzində bir neçə tumba, şkaf, mətbəx mebeli və stul təklif etmiş, lakin həmin əşyalara ehtiyacı olmadığından imtina etmişdir. Rövşən və Mahirdən aldığı əşyalar ancaq yuxarıda qeyd etdiklərindən ibarətdir və digər əşyalardan xəbəri yoxdur. Yaşadığı ünvanın yaxınlığında olan binalar plana düşdüyündən və həmin sakinlərin əksəriyyəti də öz əşyalarını satdığından Rövşənin yaşadıqları evin əşyalarını da ucuz qiymətə satmaq istəməsi barədə etdiyi təkliflə razılaşmşdır. Rövşən və Mahirin ona satdığı əşyalar hazırda yaşadığı evdədir və onları təqdim edə bilər. Cinayət işinin 4-6-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18.07.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rüstəm Diniyev Azərbaycan Respublikası CPM-nin 85.4.2 və 236-cı maddələrini rəhbər tutub Nərimanov RPİ-nin kriminalist-inspektoru Emil Yusubovun, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış keçirilən yer Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov 39 ünvanıdır. Hadisə yerinə baxış keçirilən zaman S.X2 məxsus olan yarımtikilinin həyətində yerləşən ambara qoyduğu özünə məxsus olan mebel və məişət əşyaları 18.06.2020-ci il tarixdən 18.07.2020-ci il tarixə qədər olan müddət ərzində naməlum şəxslər anbara daxil olaraq həmin əşyaları oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ümumilikdə 20.000 manatdan çox ziyan dəydiyini bildirmişdir. Hadisə yeri müayinə olunarkən müəyyən edildi ki, baxış keçirilən yer dördmərtəbəli yarımtikilinin həyətidir. Həyətdə dəmir bağlı qapısı olan anbar yerləşir. Anbarın içərisində mətbəx mebeli üçün nəzərdə tutulmuş kiçik məişət mebelləri var. Baxış zamanı kriminalist-inspektor tərəfindən əl-barmaq izləri götürüldü. Baxış süni və təbii işıqlanma şəraitində keçirildi. Tərəflərdən vəsatət və şikayət daxil olmadı. Cinayət işinin 38-39-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-80-ci vərəqələrində olan “Götürmə və baxış keçirilməsi haqqında” 23 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyev Azərbaycan Respublikası CPM-nin 85, 236, 242-245 və 247-ci maddələrini rəhbər tutaraq hal şahidlərinin iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfinən Şahid satılmış, Zərərçəkmiş şəxs məxsus olan 2 ədəd lüstura, 1 ədəd ağ rəngli sandıq, 1 ədəd sökülmüş vəziyyətdə olan iki nəfərlik yataq, həmin yatağa məxsus “Yataş” markalı matras, 1 ədəd yaşıl rəngli kreslo, 1 ədəd xalça, 1 ədəd sökülmüş vəziyyətdə stol, 2 ədəd bir nəfərlik yataq və onlara məxsus “Yataş” markalı matras, 2 ədəd qəhvəyi rəngli divan götürülmüş və həmin əşyalara baxış keçirilərək protokol tərtib edilmişdir. Cinayət işinin 134-136-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli, 4(005)-857/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində istintaq müddətinin sonunadək, yəni 18 oktyabr 2020-ci il tarixədək həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 23 iyul 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 137-139-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli, 4(005)-856/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonunadək, yəni 18 oktyabr 2020-ci il tarixədək həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 23 iyul 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 223-226-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.10.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1, 234.1,66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 07.09.2016-cı ildə Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 2.10-cu bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin 227-233-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.10.2014-cü il tarixli, 1(005)-290/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 10 iyun 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 234-236-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02.08.2016-cı ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs2 cəzası 06 ay müddətə azaldılmışdır. 05.05.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 237-243-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2016-cı il tarixli, 1(006)-202/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin 05 fevral 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış 03.05.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli qismən etiraf etmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 35 (otuz beş) iş saatına görə cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 23 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 23 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 35 (otuz beş) iş saatına görə cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-151/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-151/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver